Tərkibi: Düyü – 500 qr.
Yağ – 80 qr.
Şüyüd – 1 dəstə.
Duz – 30 qr.
Hazırlanması: Düyü duzlu ilıq suda saxlanılır. Sonra düyü dəmə qoyulanda şüyüd xırda-xırda doğranılaraq düyüyə qatılır. Dəmə qoyulan zaman düyünün üzərinə yumurta vurularaq süfrəyə verilir. Qazanın dibinə qoyun əti də düzmək olar. Qubadlı
Şüyüdlü plov
Tərkibi: Düyü – 1kq.
Şüyüd – 4 dəstə
Ərinmiş yağ –300 qr.
2.2 Plovlar
● 91
Soğan – 100 qr.
Duz – 60 qr.
Yuxa çörək – 2 ədəd
Hazırlanması: Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda isladılır və su qaynayana qədər islaqda qalır. Su qaynadıqdan sonra duz ataraq düyü qazana tökülür. Düyü bir qədər uzandıqda doğranmış şüyüd qazana tökülür və azacıq qaynadıqdan sonra süzülür. Su süzüldükdən sonra aşsüzəndəki düyü yenidən başqa qabın üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş yağ atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca əridikdən sonra qazanın dibinə yuxa sərilir, yuxanın üstünə bir kəfkir düyü və doğranıb duzlanmış soğan səpilir və düyü yağlanaraq tökülür. Yenidən qazan vam odun üzərinə dəm almaq üçün qoyulur. Aşın yaxşı bişməsi üçün qazan odun üstündə bir neçə dəfə fırladılır və dəmi alınır. Qazanın yanına bir qədər su çilədikdə su yumurlanıb cızıltıyla düşürsə yemək hazırdır. Düyü buluda çəkilərək üstü qazmaqla bəzənir və qovurma ilə ayrı-ayrı qablarda, yanında yuxa çörəklə süfrəyə verilir.