Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə38/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   34   35   36   37   38   39   40   41   ...   105
Tərkibi (1 nəfər üçün)
Düyü – 100 qr
Müxtəlif göyərtilər (təxmini 2 dəstə)
Hazırlanması:
1 nəfər üçün 0.5 st düyü, müxtəlif yeməli göyərtilər-təxminən 2 dəstə. 100-150 
qr. Düyü adi qaydada süzülür, göyərti düyüyə qatılıb dəmə qoyulur.
Qubadlı
 

Maşlı plov
Tərkibi:
Maş-200 qr.
Düyü -1 kq.
Çolpa -2 ədəd
Ərinmiş yağ- 500 qr.
Muxəşər – 200 qr.
Soğan – 2 ədəd 
Duz – 200 qr.
Sarıkök – 5 qr. 
Qeyd: Çolpa ətini qoyun və mal əti ilə də əvəz etmək olar


Qarabaü mÿtbÿxi
98 ●
Hazırlanması:
Əvvəlcə maş ayrıca qaynadılır. Çolpalar doğranmamış,soğan isə halqa-halqa 
doğranaraq duzlanır. Müxəşər isladılır (zoğal turşusu). Odun üstünə qaynamaq 
üçün mis qazanda su qoyulur. Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda 
isladılır və su qaynayana qədər islaqda qalır. Su qaynadıqdan sonra duz atılaraq 
düyü qazana tökülür. Düyü suda qaynayan zaman bir neçə dəfə mis kəfkirlə 
qarışdırılır. Düyü uzandıqda, yaxud suyun üzərində oynamağa başlayanda 
maşı əlavə edib azacıq qaynadıqdan sonra çətəndə (qamışdan düzəlmiş) yaxud 
aşsüzəndə süzülür. Su süzüldükdən sonra çətəndəki düyü yenidən başqa qabın 
üzərinə qoyulur ki, düyünü buxar vurub əzməsin və su tamamilə çəkilsin. Mis 
qazana ərinmiş nehrə yağı atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca əridikdən 
sonra qazanın dibinə bir kəfkir düyü səpilir. Sonra çolpalar ortadan açılmış 
vəziyyətdə arxası üstə qazanın dibinə düzülür. Müxəşərlə qarışdırılmış soğan 
əlavə olunur və üzərinə düyü tökülür. Düyüyə azacıq sarıkök və yaxud zəfəran 
vurulur. Yenidən qazan vam odun üzərinə  dəm almaq üçün qoyulur. Plovun 
yaxşı bişməsi üçün qazan odun üstündə bir neçə dəfə fırladılır və dəmi alınır. 
Qazandakı düyününqıraqları bir qədər quruduqda artıq yemək hazırdır. Düyü 
yağlanır, buluda çəkilərək yuxa çörəklə süfrəyə verilir.
Qubadlı
 

Noxudlu plov
Tərkibi:
Düyü – 1 kq.
Mal əti (yaxud qoyun əti) -1 kq.
Ərinmiş yağ – 400 qr.
Kişmiş – 300 qr.
Noxud – 300 qr.
Soğan – 2 ədəd
Duz – 200 qr.
Limon duzu – 5 qr.
Hazırlanması:
Əvvəlcə ət qaynadılır, kəfi yığıldıqdan sonra qazana bir qədər duz və doğranmış 
bir baş soğan atılır. Ət pörtlədikdən sonra sudan çıxarılır. Qazanda odun üstünə 
qaynamaq üçün su qoyulur. Düyü yaxşı-yaxşı yuyulduqdan sonra duzlu suda 


2.2 Plovlar
● 99
isladılır, bir qədər də limon duzu atılır və su qaynayana qədər islaqda qalır. Su 
qaynadıqdan sonra duz atılaraq düyü tökülür. Düyü suda qaynayan zaman bir 
az da sarıkök atıb bir neçə dəfə kəfkirlə qarışdırılır. Düyü uzandıqda aşsüzəndə 
süzülür. Su süzüldükdən sonra yenidən başqa qabın üzərinə qoyulur ki, düyünü 
buxar əzməsin və su tamamilə çəkilsin. Qazana ərinmiş yağ və bir qədər sarıkök 
atılaraq odun üstünə qoyulur. Yağ yaxşıca  əridikdən sonra qazanın dibinə 
bir kəfkir düyü səpilir. Sonra pörtlədilmiş ətə azacıq duz vurularaq qazanın 
dibinə  yığılır, xırda-xırda doğranıb duzlanmış soğan  ətin üstünə yayılır və 
bir qədər düyü də  əlavə edilir. Əvvəlcədən qaynadılıb ləpə halına salınmış 
noxud kişmişlə qarışdırılaraq qazanın dibinə əalvə edilir. Sonra düyün qazana 
tökülür və vam odun üzərinə qoyulur. Bişənə yaxın üzərinə yağ əridilib tökülür. 
Qazan cızıldayanda yemək artıq hazırdır. Yemək buludlara çəkilərək süfrəyə 
yuxa çörəklə verilir. Zövqə uyğun olaraq qatıq və müxtəlif turşular da süfrəyə 
verilə bilər. 
Zwngilan
 

Pencwrli aş
Tərkibi:
Əməköməci – 2 dəstə.
Yağlıca – 2 dəstə.
Unnuça – 2 dəstə.
Dağ keşnişi – 1 dəstə.
Düyü – 500 qr.
Yumurta – 1 ədəd.
Yuxa – 1 ədəd.
Kərə yağı – 200 qr.
Duz
Hazırlanması:
Qazana su qoyulur və qaynadılır. Duz əlavə olunur. Düyü yaxşı yuyulub asta-asta 
qaynar suyun içinə tökülür. Arada bir qarışdırılır. Düyünün bişməyinə az qalmış 
yuyulub doğranmış göyərti  əlavə olunur. Göyərtinin rəngi dəyişiləndə düyü 
ehmalca aşsüzənə süzülür. Yağ əridilib dağ olur və düyünün üzərinə gəzdirilir. 
Qazanın qapağı  dəsmala bükülür və düyü vam odda dəmlənir. 30-35 dəqiqə 
dəmdə qalır. Süfrəyə isti halda verilir. Yeyilərkən yanına qatıq qoymaq olar.


Qarabaü mÿtbÿxi
100 ●
Şuşa
 

Qırxbuğumlu aş

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin