ƏHMƏD İSGƏNDƏROV
Rusiya Elmlər akademiyasının akademiki,
«Voprosı istorii» jurnalının baş redaktoru
Moskvada Anarın 70 illiyinə həsr olunmuş
yubiley tədbirində çıxışından.
Əziz Anar! Deyə bilmərəm ki,Azərbaycan ədəbiyyatının dərin bilicisiyəm. Amma
yubileyinizlə bağlı oxuduqlarım məni sövq edir ki, Sizin haqqınızda bir yazı yazım. Özü
də məhz bizim jurnal üçün və beləliklə rus oxucusunu, tarixlə maraqlanan hər kəsi Sizin
tarixi hadisələrə baxışlarınızla tanış edim. Bu fikir məni məşğul edir. Bu barədə çox
düşünürəm və bunu hökman edəcəm. Mən çox istərdim ki, Anarı tarixçilər də tanısın,
çünki yazıçıların heç də hamısı mütəfəkkir deyil. Vacibdir ki, yazıçı özünün
ədəbiyyatda mövqeyi haqqında düşünməkdənsə iştirakçısı olduğu tarixi proseslər
haqqında fikirləşsin. Anar məhz bu cür hərəkət edir. Oxuduqlarım kifayət edir ki, bu
adamın ürəyinin necə ağrıdığını hiss edim, bu dünyada ədalətsizlikləri necə ürəyinə
saldığını, həyatda rastlaşdığı səfehliklər və murdarlıqlardan necə əzab çəkdiyini bilim.
Bu da hər yazıçının işi deyil. Anarın «Azərbaycançılıq haqqında düşüncələri» çox
xoşuma gəldi. Bu düşüncələrində Anar Azərbaycanın humanizmin hansı dəyərlərinə
malik olduğunu dərk etmək istəyir, dünya dəyərləri içində özününküləri necə tapmağın
və qoruyub saxlamağın fikrini çəkir. Yazıçı başqalarından ona görə üstündür ki, o
nəhəng daxili gücə malikdir. Bu güc ona imkan verir ki, belə gücü olmayan adi
adamların duyduqlarını, amma deyə bilmədiklərini ya demək istədiklərini deyə bilsin.
Mən sizi bu günlə ürəkdən təbrik edirəm və demək istəyirəm ki, sizi çox sevirəm. Sizi
də, sizin yaradıcılığınızı da. Ymid edirəm ki, bunu daha geniş şəkildə ifadə edə biləcəm.
Dostları ilə paylaş: |