Neriman Qurban indd



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə118/175
tarix02.01.2022
ölçüsü2,37 Mb.
#2192
1   ...   114   115   116   117   118   119   120   121   ...   175
nın xəyanət elədiyi, ağlını itirən Əsəd bəydən bədbəxt həmtalesinə”.

  Merinq  kitabı  aldı,  avtoqrafı  oxudu,  köksünü  ötürüb 

kədərlə gülümsədi:

 “Bir də görüşüb-görüşməyəcəyimizi bilmirəm, Leo, amma 

çalışıb sağ qalmaq lazımdı. Yaşamaq gözəldi!” – Sonra kitabı 

götürdü,  Leonun  əlini  bərk-bərk  sıxdı,  içkidən  bir  qədər 

dəyişmiş addımlarla kafedən çıxdı...

 ...Erikadan aldığı zərbənin təsiri bir qədər azalanda nəşr 

işlərini yoluna qoymaq üçün cəhdlərə başladı. Baş verəndən 

mütəəssir  olmuş  Cey  Dretler  Londondakı  naşirinə  məktub 

yazıb  Əsəd  bəyin  kitablarının  ingilis  dilinə  tərcüməsi  və 

nəşriylə bağlı təklifini çatdırdı. Özü Verner Şendelə məktub 

göndərib Praqada görüş təyin elədi, amma ordan demək olar, 

əliboş  döndü:  Verner  yalnız  indiyə  qədər gördükləri  işi  ye-

kunlaşdıra bilərdi, əlindən başqa bir şey gəlmirdi. Belə məlum 

olurdu ki, kitablarının çapı üçün Vyanada çıxış yolu axtarma-

lıdı.

 Bu ovqatla qəzetçi-romançı Jö Ledererə rast gəlməyi də ta-



leyin  işiydi,  yoxsa  sarsılmış  əsəbləri,  yəqin  ki,  tab  gətir-

məyəcəkdi.  Jö  onun  başına  gələnləri  yazılanlardan,  söylə-

nənlərdən  öyrənmişdi,  ona  görə  də  Əsəd  bəyə  artıq-əskik 



450

suallar vermədi, əksinə, ağrılarını ovutmaq üçün əsl comərdlik 

nümunəsi göstərdi, sevgisini əsirgəmədi. “Əsəd bəy çox qəribə, 

qeyri-adi adam idi, – Jö sonralar yazacaqdı, – hamı kimi deyildi. 

Onu anlamaq və içini görmək çətin idi...” 

 Elə o günlərdə də “Herenhof” kafesində Herta Pauliyə rast 

gəldi. Herta, onu uzaqdan-uzağa tanıyırmış, özü yaxınlaşdı, 

tanış oldu, həyatının tarixçəsini danışdı: aktrisadı, Maks Rey-

nhardtla  Berlində  işləyib,  nasional-sosialistlər  hakimiyyətə 

gələndən sonra Vyanaya qayıdıb; həm də yazıçıdı, kitab ya-

zır; üstəlik, ədəbi agent kimi çalışır, kitabların satışıyla məşğul 

olur,  Üçüncü  Reyxin  qadağan  elədiyi  yəhudi  yazıçıların 

əsərlərini çap eləmək üçün “Avstriya yazışması” adlı koope-

rativ nəşriyyat qurub, əgər Əsəd bəy arzu eləsə, kooperativin 

üzvü ola bilər.

  Əlbəttə,  niyə  olmasın  ki?!.  Şübhəsiz,  Herta  artıq  bulvar 

qəzetlərində yazılanlardan Əsəd bəyin başına gələnləri bilir.

 “Əsəd bəy, sizinlə tanışlığa can atmağımın daha bir səbəbi 

də  var:  Alfred  Nobel  barədə  kitab  yazmağa  hazırlaşıram, 

onun Bakı həyatıyla, həm də Bakı neftilə bağlı sizin məslə-

hətlərinizə ehtiyacım var”.

  “Bakı...  –  Əsəd  bəyin  baxışlarında  xatirə  dumanı  peyda 

oldu. – Alfred Nobel atamın dostuydu, sıx əlaqələri vardı. Bu 

barədə sizə danışaram”.

 Hertanın kifayət qədər yaraşıqlı qadın olduğunu Əsəd bəy 

indi sezdi. Həmin gündən onunla ünsiyyəti Erikadan sonra 

dözülməz boşluq yaranmış həyatına müəyyən məna gətirirdi. 

Herta  gündüzlər  kooperativlə  bağlı  işlərlə  məşğul  olur,  ax-

şamlar “Herrenhof” kafesində Əsəd bəyin masası arxasında 

yerini  tutur,  onun  Qafqaz  həyatı,  Bakı  nefti,  gənc  Stalinin 

macəraları, atasıyla ağlagəlməz səyahətləri barədə danışdıq-

larına  sonsuz  maraqla  qulaq  asırdı.  “Əsəd  bəyin  danışdığı 



hekayələr, – sonralar yazacaqdı, – çox vaxt nağıl kimi səslənirdi və 

onun qələmə aldıqları kimi uydurma idilər”.


451

***


 Amma bütün bunlar – yazı prosesi də, Hertanın ünsiyyəti 

də,  “Herenhof”  kafesinin  qaynar,  səs-küylü  mühitdə 

günlərinin ancaq yarısını doldururdu. Leo evə qayıdanda Eri-

kanın yoxluğunu əzabla duyur, ümidsizlikdən ağlını itirmək 

dərəcəsinə çatırdı: deməli, həyat heç nəyi havayı vermirmiş, tale-


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin