I. Ümumi müddəalar
1.
Bu vəzifə təlimatı laborantın vəzifə öhdəliklərini,
hüquq və məsuliyyətini
müəyyən edir.
2.
Laborant vəzifəsinə, iş stajına tələb qoyulmadan, “laboratoriya
diaqnostikası” ixtisası üzrə orta tibb təhsili olan şəxs təyin edilir.
3.
Laborant Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.
4.
Laborant bilavasitə laboratoriyanın rəhbərinə olmaqla, müəssisə rəhbərinə
və ya onun müavininə tabe olur.
5.
Laborant aşağıdakıları bilməlidir:
5.1. Azərbaycan Respublikasının Konstitusiyasını; Azərbaycan
Respublikasının səhiyyə qanunvericiliyinin əsaslarını;
5.2. səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları;
5.3. sanitar mikrobioloji tədqiqatların əsaslarını;
5.4. ümumi klinik, biokimyəvi, hematoloji və sitoloji laboratoriya
tədqiqatlarının metodlarını;
5.5. xarici mühit obyektlərinin sanitar-gigiyenik tədqiqatlarının metodlarını;
5.6. laboratoriyanın işinin sanitar-gigiyenik normaları və rejimini;
5.7. laboratoriya aparatlarını istifadə etməklə laboratoriya tədqiqatlarının
aparılması texnikasını;
5.8. laboratoriya təhlillərinin aparılması zamanı analitik səhvlərin baş vermə
səbəb və şərtlərini;
5.9. tibb təşkilatlarında sterilizasiyanın təşkili qaydalarını və xəstəlik daxili
infeksiyaların profilaktikasında onun əhəmiyyətini;
5.10. sağlam həyat tərzinin əsaslarını; ümumi gigiyena və istehsalat
sanitariyasının əsaslarını;
5.11. mikrobiologiyanın əsaslarını; bioloji faktorların tədqiqatların nəticələrinə
təsirini;
5.12. klinik-diaqnostik laboratoriyalarda kargüzarlığın təşkilini
5.13. klinik-diaqnostik laboratoriyalarda iş qaydalarını, tibbi etikanı, peşəkar
ünsiyyəti psixologiyasını;
5.14. fəlakətlərdə tibbi xidmətin əsaslarını; əmək qanunvericiliyinin əsaslarını;
5.15. daxili əmək intizamı qaydalarını, əməyin mühafizəsi və yanğın
təhlükəsizliyi üzrə qaydaları bilməlidir.
Dostları ilə paylaş: