D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə275/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   271   272   273   274   275   276   277   278   ...   290
Pedaqogika, Fəlsəfə, Psixologiya
abidəsində qədim türk xalqlarının həyatı, məişəti, məşğuliyyəti, 
milli  mənəvi  dəyərləri  ilə  yanaşı  qəbilə  və  sülalə  davası, 
hakimiyyət, işğalçılıq siyasəti, günahsız qanlar tökülməsi, ölüm 
səhnələri də öz əksini tapmışdır. «Avesta» və «Kitabi-Dədə Qor-
qud» abidələrində də bu əlamətlər aydın görünür.
M.Seyidovun bu abidələr barədə maraqlı araşdırmaları var-
dır.  O,  göstərir  ki:  «Son  vaxtlara  qədər  Azərbaycanın  bir  çox 
yerlərində ağac pirlər olmuşdur. Həmin pirlər əsasən uşaq doğum 
pirləri kimi məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu 
ilə gələr, səcdəyə durarmışlar. Ağacın doğum piri olması, onun 
həm dünya ağacının atributu olmasına işarədir. Bizcə, ardıca və 
başqa ağaclara belə münasibət  sitayiş əlamətidir. Bir çox axtarış-
lar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayıl-
mışdır. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbiləsinə aid 
edilən maddi-mədəniyyət nümunələri elmə xeyli material verir. 
Eradan  əvvəl  IV-III  əsrlərə  aid  edilən  həmin  sənət  nümunələri 
içərisində bir əl-üz dəsmalı xüsusi əhəmiyyət kəsb edir.
Həmin şəkildə ilahinin əlində müqəddəs ağac təsvir olunmuş-
dur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaz-
nova qeyd etmişdir ki, burada doğum və bərəkət  ilahəsi və onun 
əlində ağac  təsvir olunmuşdur.  Dəsmaldakı təsvir sübut edir ki, 
qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan 
ağaca  müqəddəs bir şey kimi baxmışlar»
1
.
Deməli,  türk  xalqları  ağaca  doğum,  uşaqların  hamisi,  ilahi 
bir varlıq kimi baxmışlar. Kökü minilliklərin dərinliklərinə gedən 
Umaya inamının izlərinə Orxon-Yenisey abidələrində rast gəlmək 
olar. Bu baxımdan Gül-Tigin abidəsinin şərq tərəfində 31-ci sı-
rada yazılır: «Umay tək öğim katun kutunqa inim Gül-Tigin at 
bulu».
2
 Yəni, tək anam xatunun bəxtinə kiçik qardaşım Gül-Tigin 
ad qazandı; Tonyuk abidəsinin qərb tərəfində 38-ci sırada: «Tenq-
ri, Umay, İduk Yer-Sub başa berti erinc».
3
 Yəni, Tanrı, umay və 


274

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   271   272   273   274   275   276   277   278   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin