Pedaqogika, Fəlsəfə, Psixologiya olaraq göstərir ki: «Bu xalqın ruhunda və təbiətində, rübab, saz və
söz xəzinəsinin hər qatında Azərbaycan folkloruna bir bağlılıq,
bir doğmalıq, məhrəmlik və əkizlik yaşayır. Nə yaxşı ki, tarix bu
məhrəmliyi qoruyub saxlayıb. Nə yaxşı ki, şüurda, düşüncədə,
mənəviyyatda xalq parçalanmayıb»2.
Orxon - Yenisey yazılı abidəsində görülmüş illüstra-
siya və şəkillər əsasında İraqda çap olunmuş folklorşünas
Ə.Bəndəroğlunun «Bayatılar xoyratlar» kitabına baxanda profes-
sor Q.Paşayevin yuxarıdakı fikrinə tam şərik oluruq:
Bayatı:
Dam üstə yatan oğlan, Köynəyi kətan oğlan! Apardılar yarıvı, Bixəbər yatan oğlan. (Bax: Q.Paşayev. İraq-Kərküt bayatıları. B., Yazıçı, 1984)
Xoyrat:
Qələdə yatan oğlan, Könəgi kətan oğlan. Adaxlıv əldən getdi, Bixəbər yatan oğlan. (Bax: Əli Bəndər. Bayatılar və xoyratlar. Bağdad, 1989)
İzaha, təhlilə ehtiyac varmı? Göründüyü kimi hər iki dörd-
lükdə fərqlər etnik bütövlüyü qoruyub saxlamış Təbriz, Ərdəbil,
Bakı, Şəki, Şirvan, Gəncə, Dərbənd, Qarabağ, Naxçıvan və digər
folklor qaynaqlarında olan regional variantlar vardır. Bu baxım-
dan İraq foklorşünası Ata Tərzbaşı yazır: «Xoyratın kökləri İraq-
da türkmanların yaşadığı bölgələrdə meydana çıxmış, Ağqoyunlu