D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə270/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   266   267   268   269   270   271   272   273   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
«Küli-çor»  abidəsində  Şərqi  türk  xaqanlığının  ən  görkəmli 
əyanlarından biri, tərdüş bəylərinin igid rəhbəri olmuş xaqanın- 
Küli-Qorun məhz Tabğaca qarşı döyüşlərdə cəsurluğu, igidliyi ilə 
bunca hörmət qazandığı qeyd edilir.
İgidliyi, şücaəti ilə şöhrət tapan xaqanların həm də ağıllı tak-
tikaya malik olması nizamlı qanunlar qəbul etməsi vacib hesab 
edilir.
Məsələn, Bilgə xaqan bu qəbildən olan xariqüladə qabiliyyətə, 
uzaqgörənliyə  malik  bir  hərbçi  kimi  təsvir  olunur.  O,  mənəvi 
keyfiyyətləri zəkası ilə özünəqədərki xaqanlardan çox fərqlənir. 
Çadırda  oturaraq  minlərlə  mil  uzaqda  yerləşən  ərazidə  gedən 
müharibəni əvvəlcədən udacağını təyin edə bilir. Ağıllı planları 
və qanunları ilə xalqına səadət bəxş edə bilir (s.174).
Kitabələrdə  mənəvi  tərbiyənin    məzmununda  ən  vacib 
komponentlərdən biri olan dostluq və yoldaşlıq keyfiyyətləri xü-
susi yer tutur. 
Dünyasını dəyişən xaqanlar həyatı sona çatdığına görə deyil, 
dostundan, yoldaşından ayrıldığına görə təəssüflənir. «Arxamca 
gələnim, yoldaşım, dostum, əfsus ki, sizdən ayrıldım» (s.304).
Beləliklə,  Orxon-Yenisey    abidələri  qədim  türklərin  etik 
münasibətlərini,  adət-ənənələrini,  mənəvi  dəyərlərini  gələcək 
nəsillərə çatdırmaq kimi möhtəşəm bir vəzifəni həyata keçirməkdə 
istinad edilə bilən qüdrətli  sənət  nümunələridir.
Folklorşünas, filologiya elmləri doktoru, professor Qəzənfər 
Paşayev Orxon-Yenisey yazılı abidələrini onun əlamətlərini, folk-
lor qaynaqlarını İraq türkmanlarının ədəbiyyatı ilə səciyyələndirir. 
Bu  yaxınlıq  beşikdən-qəbrədək  yol  gedən  türkdilli  xalqların 
mərasim və nəğmələrində, bayatı və oxşamalarında, atalar sözləri 
və  tapmacalarında,  nağıl  və  dastanlarında,  uşaq  oyunlarında, 
rəvayət,  əfsanə  və  lətifələrində,  inac  və  dualarında  və  s.  əsla 
fərqlənmir, eyniyyət təşkil edir. Professor Qəzənfər Paşayev haqlı 


269

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin