ÜLVİ RƏCƏB
(1903-1938)
Milliyyətcə acar olan Ülvi Rəcəb romantik və realist aktyor məktəblərinin poetika
səciyyələrini inamla zənginləşdirən sənətkarlardan biridir. Otuz beş illik ömründə və MDT-da on üç
illik fəaliyyəti dövründə zəngin yaradıcılıq irsi qoyub getmişdir.
Ülvi Rəcəb 1903-cü ilin yanvarında Batum (Batumi) yaxınlığındakı Canivri kəndində
doğulub. Atası Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında
onun söhbətləri mühüm rol oynayıb. On altı yaşında atasını itirmiş Ülvi təhsilə erkən yaşlarından
başlayıb. Xalası ilə İstanbula gedərək orada təhsil alıb. Birinci Dünya müharibəsi başlananda Ülvi
təhsilini ataraq çörəkpulu qazanmaq məcburiyyətində qalıb. 1918-ci ildə, müharibə qurtaranda
Batuma qayıdıb.
Həmin il Hüseyn Ərəblinski geniş repertuarla Batumda qastrolda olub. Onlar tamaşaları
əsasən "Artistlər cəmiyyəti"nin zalında oynayırdılar. Ülvi "Otello" tamaşasma baxıb və
Ərəblinskinin Otellosu onu məftun edib. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olub.
Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayıb. Gənc teatr həvəskar hətta "Arşın mal
alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxıb.
O vaxtdan Ülvi Rəcəb Batumdakı teatrın kollektivinə daxil olub. 1922-ci ildə həmin teatr
Tiflisə qastrola gəlib. Rustaveli teatrında iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna
görə səfərini yarımçıq saxlayıb. Ülvi burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim
İsfahanlı ilə tanış olub. Batuma qayıtmayan Ülvi Rəcəb Tiflisdə qalıb və "Zubalov evi"ndə fəaliyyət
göstərən "Azərbaycan uram cəmiyyəti"nə daxil olub. "Ölülər" (Mirzə Cəlil Məmmədquluzadə),
"Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edib.
Az sonra Tiflis Dövlət Azərbaycan Dram Teatrının kollektivində çalışıb. Uca boylu, aydın diksiyalı,
emosional və coşğun, lirik və ehtiraslı gənc aktyor dramatik, faciə və operetta rollarında eyni uğur
və bacarıqla çıxış edib.
1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov
hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılıb. Ülvi Rəcəbin istedad və yaradıcılıq
imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edib. Ülvi 1925-ci ildən Milli
Dram Teatrında işləməyə başlayıb.
Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olub. Çoxşaxəli
yaradıcılığa malik Ülvi Rəcəbin ifa etdiyi rolları şərti bölgüyə ayırsaq əsas beş qisının üstündə
dayanınış olarıq.
Dostları ilə paylaş: |