II FƏS L. EKSPER MENTAL H SSƏ.
2.1. Tətqiqat obyekti.
Tətqiqat obyekti olaraq biz nərəkimilər fəsiləsinə aid olan balıqlardan- nərə
balığı, Xəzər kələmosu ( qaya balığı ), Kür nərəsi, kaluqa balığı, Kür uzunburnu,
cökə balıqları, bölgə balıqlarını seçmişik ki, bu balıqlar da yüksək dad və qidalılıq
dəyəri ilə fərqlənir. Bu fəsiləyə mənsub olan balıqların 4 cinsi və 25 növü
məlumdur. Bunlardan Azərbaycan sularında 2 cinsi və 5 növü yaşayır. Fəsiləyə
mənsub olan balıqların başı uzunsov və sivri olur. Bu fəsiləyə aid olan balıqların
ə
ti zərif, yağlı və ən yaxşı dadlı balıq əti hesab edilir. Nərəkimilərdən sənayedə və
ev şəraitində müxtəlif xörəklər bişirilir.Kürüsündən dənəvər,sıxılmış,pasterizə
edilmiş və yastıq növlü kürülər hazırlanır.Nərəkimilərin bel onurğalarından
vyaziqa,üzgəc qovuğundan isə yüksək keyfiyyətli yapışqan istehsal olunur.
Nərəkimilərdən hazırlanan müxtəlif növlü qara kürü, vyaziqa və yapışqan
Azərbaycandan ixrac olunan mallar sırasındadır. Azərbaycanda ovlanan nərə cinsli
balıqlardan ən böyüyü bölgə və ən kiçiyi uzunburundur
Nərəkimilər fəsiləsinə aid olan bütün bu bu balıqlardan təzə və
dondurulmuş halda istifadə olunur. Hisə verilmiş balıq məmulatı, konserv və
kulinar məmulatı hazırlamaq üçün də istifadə oluna bilər. Nərəkimilərdən yüksək
dəyərli qara kürü istehsal olunur. Nərəkimilərin əti ağ, azca sarı rəngdə olur. Bu
balıqların uzunluğu 86-410 sm, kütləsi isə 6-263 kq olur. Nərəkimilər fəsiləsinə aid
olan balıqlardan yüksək dəyərli konservlər, preservlər, hislənmiş, duzlanmış, qaxac
edilmiş, qurudulmuş balıq məhsullar, müxtəlif kulinar məmulatları hazırlanır.
Dostları ilə paylaş: |