Üstünə şirə tökülmüş balığın hazırlanma texnologiyası.
Üstünə şirə tökülmüş balığı hazırlamaq üçün adətən əzələlərarası sümüyü
olmayan böyük balıqlardan istifadə edirlər. Balıqdan əsasən file və dərisi üstündə
olan cəmdək hazırlayırlar, hazırlanmış xammalı bir cərgə olmaqla tor üzərinə
düzür və suda, qaynatmamaq şərti ilə 20 – 30 dəqiqə ərzində 90 – 95
0
C istilikdə
bişirirlər. Soyudulmuş yarımfabrikatı iti bıçaqla 75 – 100 qram çəkili porsiyalara
doğrayırlar. Porsiyaları formalara düzür, hər birinə bərk bişirilmiş yumurta, limon
tikələri əlavə edir və üzərinə jeleləşdirici həlim (lanspiq) tökürlər. Üzərinə həlim
tökülmüş formacıq və ya tavaları 2 – 3 saat ərzində 2 – 5
0
C istilikdə soyudurlar.
Jeleləşdirici həlimi adətən balıq tullantılarından (balıq başı, qığırdaq sümüklər və
s.) alırlar. Bu tullantıları 1,5 – 2,0 saat ərzində qaynadırlar. Alınmış həlimi yumurta
zülalı ilə şəffaflaşdırır və üçqat cunadan süzürlər. Bu üsulla hazırlanmış həlimə
ə
vvəlcədən isladılmış jelatini əlavə edir, sirkə qatır və ikinci dəfə qızdırırlar.
Soyumuş həlim şəffaf, səthi hamar, çatsız, konsistensiyası möhkəm, dadı yüngül
limon iyi çalarlı turşməzə olmalıdır.
Dostları ilə paylaş: |