2.2.5. Nərə balığının ətində ammonyakın təyini.
Xarab olmuş qızılbalıq ətinin tərkibində olan amin turşularının parçalanması
nəticəsində ammonyak və digər aralıq məhsullar əmələ gəlir. Əmələ gəlmiş bu
ammonyak xlorid turşusu ilə reaksiyaya girərək ağımtıl duman şəklində
ammoniumxloridə çevrilir. [5]
NH
3
+HCl =NH
4
Cl
Ləvazimat və reaktivlər: enli sınaq şüşəsi, ucu əyilmiş şüşə çubuğa
bərkidilmiş tıxac. Eber qarışığı (bu 1 hissə 25%-li sıxlığı 1.12 q\sm
3
olan xlorid
turşusunun məhlulu, 3 hissə 95%-li spirt və 1 hissə efir qarışdırmaqla hazırlanır).
ş
in gedişi. Enli sınaq şüşəsinə 2-3 ml Eber qarışığı tökülür, ağzı bağlanır və
2-3 dəfə çalxalanır. Sonra tıxac çıxarılır, ucunda əyri şüşə çubuq olan tıxacla
tıxanır. Şüşə çubuğa tədqiq olunan balıq əti sancılır. Əti sınaq şüşəsinə
yerləşdirərkən elə etmək lazımdır ki, balıq sınaq şüşəsindəki məhluldan 1-2 sm
hündürlükdə olmaqla, sınaq şüşəsinin divarına toxunmasın. Sınaq şüşəsində olan
ammonyakın və amin birləşmələrinin xlorid-turşusu ilə qarşılıqlı təsiri nəticəsində
ağ duman şəklində ammonium-xlorid əmələ gəlir. Tədqiqat nəticəsində əmələ
gələn reaksiyanın intensivliyi aşağıdakı kimi qeyd edilir:
(-) – reaksiya mənfidir (ağ duman əmələ gəlmir), deməli, balıq təzədir;
(+) – reaksiya zəif gedir (tez dağılan ağ duman əmələ gəlir) balığın təzəliyi
ş
übhəlidir;
(++) – reaksiya müsbətdir (daim ağ duman alınır), deməli, balıq təzə
deyildir;
(+++) – reaksiya kəskin müsbətdir (reaktiv əlavə edildikdən sonra ağ duman
tədricən alınır), deməli, balıq xarab olmuşdur.
Nərə balığının bu qayda ilə tədqiqi zamanı reaksiya mənfi (-) olmuş və
buradan balığın təzə olduğu müəyyən edilmişdir
|