59
2.2.4. Balığın təzəliyinin təyini.
Balıqdan kulinar məmulatlar hazırlamazdan əvvəl onların təzəliyinin
yoxlanılması vacib və əsas işlərdən biridir. Belə ki, əgər kulinar məmulatların
hazırlandığı balıq təzə olmazsa bu zəhərlənməyə hətda ölüm hallarının
yaranmasına səbəb ola bilər.[2,10]
Balığın təzəliyinin laboratoriya üsulu ilə təyin edilməsi yalnız
konservləşdirilməmiş, təzə və dondurulmuş balıqlara aiddir. Dondurulmuş və hisə
verilmiş baığın xoşxassəli olması orqanoleptik üsulla təyin edilir. Balığın və balıq
məhsullarının baytar-sanitar ekspertizası qaydaları balığın keyfiyyətli olmasının
təyini zamanı dörd laborator üsulundan istifadə edilməsini nəzərdə tutur:
1. Bakterioskopiya.
2. PH-ın təyini.
3. Nessler rəqəminin təyini.
4. Hidrogen sulfidin (nümunəni qızdırmaq üsulu) təyini.
Bakterioskopiya
. Əşya şüşə üzərində iki yaxma-preparat hazırlanır-
bunlardan biri balığın səthindən, ikincisi əzələ toxumasının dərin qatlarından.
Yaxmalar Qram üsulu ilə boyanır və mikroskopiya edilir. Hər yaxmada ən azı beş
görüş sahəsi müşahidə edilməlidir. Koklar və çöpəoxşar formalı mikroorqanizmlər
sayılır və bir görünüş sahəsi üçün rəqəm çıxarılır. Təzə balıqda mikroflora
müşahidə olunmur, yalnız tək-tək koklar və çöplər ola bilər. Xarab olmuş balığın
səthindən hazırlanmış, yaxmada hər görünüş sahəsində 60-dan çox, dəri qatlardan
hazırlanmış yaxmada isə 30- dan çox mikroorqanizmlər aşkar edilir.
Hidrogen ionlarının konsentrasiyasının təyini. (pH).
Balığın əzələsindən
suspenziya (filtrat) hazırlanır. Bütün tərkibi 1 hissə balıq əti və 10 hissə distillə
suyundan ibarətdir (1:10). Məhlul 15 dəqiqə hər 5 dəqiqədən bir çalxalamaqla
ekstraksiya edilir sonra hamar kağız filtrdən keçirilir. pH –kolorimetrik üsulla
60
Mixaelis aparatının köməyi ilə metanitrofenol intidaktoru istifadə etməklə təyin
edilir. Təzə balığın əzələsindən hazırlanmış filtratın pH-ı 6,8-7,0; köhnə balığın
filtratı bulanıq olur, xoşagəlməyən iyi var. pH-ı 7,2-7,6 olur.
Nessler rə
qə
minin tə
yini.
Reaksiyanı aparmaq üçün əzələ filtratı pH-ın təyin
olunmasındakı kimi hazırlanır. Sınaq şüşəsinə 2 ml filtrat tökülür və üzərinə 0,5 ml
Nessler reaktivi əlavə edilir. Sınaq şüşəsinin içərisindəki yüngülcə çalxalanır və 5
dəqiqə saxlanılır. Bundan sonra maye 3 dəqiqə sentrifuqadan keçirilir onun
rənginin intensivliyi ağ fonda şkalalı sınaq şüşəsində olan bixromatla müqayisə
edilir. Yaxşı keyfiyyətli təzə balıqda Nessler rəqəmi 1-ə qədər, təzəliyinə şübhə
olan balıqda 1,2-1,4; köhnə balıqda 1,6-2,4 və daha çox olur. Nessler reaktivinin
hazırlanması. 200ml-lik ölçülü kolbaya 30 qr kalium yod çəkilib tökülür, üzərinə
20ml destillə suyu və kalium yod həll olduqdan sonra üzərinə 22,5 qr kristal yod
ə
lavə edilir. Bu məhlulun üzərinə 30 qr metallı civə əlavə olunur, yoddan alınan
rəng itənə qədər yaxşıca çalxalanır və həcmi distillə suyu ilə 200 ml- ə çatdırılır.
Bundan sonra həmin kolbadan məhlul həcmi 800-1000 ml olan başqa kolbaya
keçirilir, üzərinə 375 ml 10%-li natrium qələvisi əlavə edilib, diqqətlə qarışdırılır.
Alınan məhlul ağzı kip bağlı qabda 1 sutka qaranlıq yerdə saxlanılır və sonra sifon
vasitəsilə çöküntüdən ayrılır. Nessler reaktivi tünd rəngli şüşə qabda ağzı bağlı
şə
kildə qaranlıq, sərin yerdə saxlanılır. Etibarlılıq müddəti 5-6 aydır. Reaktiv o
zaman etibarlı sayılır onun 0,5ml həcminə 2ml distillə suyu əlavə etdikdə maye
demək olar ki, rəngsiz qalır. Bixromatlı şkalanın hazırlanması. Rəngsiz şüşədən
eyni dametli 8 sınaq şüşəsi götürülür. Həcmi 25ml olan ölçülü kolbalarda 0,1N
bixromat natrium durulaşdırma aparılır (duruluşdırma 0,6, 0,8, 1,0, 1,2, 1,4, 1,6,
1,8 və 2,4 ml olmalıdır) və həcmi ditsillə suyu ilə 25ml-k ölçüyə çatdırır. Diqqətlə
qarışdırdıqdan sonra hər durulaşdırılmadan 7ml götürüb ayrıca sınaq şüşəsinə
tökülür. Sınaq şüşələrinin ağzı ya lehimlənir yaxud kip bağlanır, hər birinin üzərinə
bixromat kaliumun millilitrə miqdarı yazılır ki, bu da Nessler rəqəmini göstərir.
Ş
kalalar qaranlıq yerdə saxlanılır. Etibarlılıq müddəti 1 ildir.[22]
61
Hidrogen-sulfidin təyini.
Nərə balığınınn əti xarab olarkən ayrılan hidrogen-
sulfid (H
2
S), qurğuşun-asetat Pb(CH3COO)
2
ilə isladılmış kağıza toxunduqda
qurğuşun-sulfidin əmələ gəlməsi nəticəsində tünd ləkə əmələ gətirir. Bu reaksiya
aşağıdakı kimi gedir:
(CH3COO)
2
Pb + H
2
S ↔ PbS + 2CH3COOH
Ləvazimat və reaktivlər: 40-50 ml həcmli büks, süzgəc kağızı, qurğuşun
duzunun məhlulu (bu məhlul 30%-li natrium qələvisinə 4%-li qurğuşun asetat
ə
lavə etməklə hazırlanır).
ş
in gedişi. Tədqiq olunan balığın ətindən hazırlanmış qiymədən təqribən
15-20 qram götürüb həcmi 40-50 ml olan büksə qoyulur. Zolaq şəklində kəsilmiş
süzgəc kağızının bir ucuna qurğuşun asetatın 4%-li qələvi məhlulundan 2-3 damcı
töküb büksün içərisinə salır və büksün ağzını örtən xırda tıxacla süzgəc kağızı
kolbaya bərkidilir. Büksün içərisində asılı vəziyyətdə yerləşdirilmiş süzgəc
kağızının aşağı ucu orada olan qiymədən 1 sm aralı (yuxarı) olmalıdır. Bu cür
hazırlanmış sınaq büksü 15 dəqiqə saxlandıqdan sonra tıxacı açıb süzgəc kağızını
götürürük. Alınan nəticələri müqayisə etmək üçün, əsas işlə yanaşı, nəzarətçi işi də
aparılmalıdır. Süzgəc kağızı qurğuşun duzu məhlulu ilə isladıldıqdan sonra havada
15 dəqiqə müddətində saxlanılır. Əsas işlə nəzarət işinin süzgəc kağızından alınan
qara və ya bozumtul-qəhvəyi ləkələri müqayisə edilir. Təhlilin nəticələri aşağıdakı
kimi qeyd edilir:
(-) – süzgəc kağızında heç bir dəyişkənlik görünmür, mənfi reaksiya;
(+-) – süzgəc kağızının üzərində olan məhlul damcısının kənarlarında boz
rəngli ləkə əmələ gəldikdə zəif müsbət reaksiya;
(++) – süzgəc kağızındakı məhlul damcısı yeri bütövlükdə boz rəngli
olduqda, müsbət reaksiya;
(+++) – süzgəc kağızındakı məhlul damcısının yeri bütövlükdə boz və ya
qara rəngli olduqda, kəskin, müsbət reaksiya.