2.2.6. Hislənmiş nərə baliqlarında qalay, qurğuşunun miqdarının
təyini.
Müayinə olunan məhsulun nümunəsini yaş üsul ilə yandırıb minerallaşdırılır,
minerallaşmış kütlədə olan qalayı karbon qazı atmosferində qalay-xloridə
çevrilir.Yod məhlulu ilə olan reaksiyadan sonra yod qalığının miqdarını təyin
edirlər. Hislənmiş balıq məhlulundan 40q çəkib çini həvəngdəstədə qarışdıraraq
həmcins hala salındıqdan sonra 500ml həcmi olan Keldal kolbasına boşaldılır,
üzərinə 50 ml azot turşusunun 10%-li məhlulundan və bıçağın ucu ilə bir qədər
təmiz şüşə tozu əlavə edib çalxalayırlar. 10 dəqiqə (məhsul çox yağlı olarsa 1 saat)
saxlandıqdan sonra 25ml qatı sulfat turşusu töküb qarışdırırlar. Bu qayda ilə
hazırlanmış Keldal kolbasını sorucu şkafın içərisində,ortasındakı dəliyi asbest
parçası ilə örtülmüş asbestli tor üstünə qoyub dəmir ştativə bərkidirlər.[3]
Kolbanın üstündə dəmir bərkidilmiş damcı qıfına 150-200ml təmiz qatı azot
turşusu tökür, həmin qıfı şüşə boru vasitəsilə kolba ilə birləşdirirlər.Tədqiqat
karbon qazı atmosferində aparılır. Bunun üçün də kip aparatında 2-3 parça mərmər
və bir qədər də (50-100ml) 1:1 nisbətində hazırlanmış hidrogen-xlorid turşusu
məhlulu tökürlər. Daha sonra kolbaya 0,4-0,5q alüminium tozu əlavə edilir.
Reaksiya nəticəsində atom şəklində hidrogen əmələ gəlir:[22]
Al+3HCl=AlCl
3
+3HCl
Bu tədqiqatla yanaşı,eyni məhlullarda və eyni şəraitdə nəzarət təcrübəsi
aparılır. Hər iki məhlulun titrlənməsinə sərf olunan natrium tiosulfat məhlulunun
miqdarını qeyd edib aşağıdakı düsturla hesablayaraq, təhlil olunan məhsulun 1kq-
da olan qalayın milliqramla miqdarını təyin edirlər:
X=
ሺଵିሻ.,ଵହ.ଵ
Burada X-təhlil olunan məhsulun 1 kq-da olan qalayın miqdarı;mq-la;
64
V
1
-nəzarətçi işdə ayrılan yodun titrlənməsinə sərf olunan 0,01 normal natrium
tiosulfatın miqdarı;ml-lə;
V
2
-müayinə məhlulu olan kolbadakı 25ml yod məhlulunun titrlənməsinə sərf
olunan 0,01 normal natrium sulfatın miqdarı,ml-lə;
0,615-1 ml 0,01 normal natrium tiosulfatla ekvivalent olan qalayın miqdarı;
g-müayinə üçün götürülən məhsulun miqdarı,q-la;
1000-məhsulun 1kq-na görə hesablama əmsalı.
Qurğuşunun miqdarını təyin etmək üçün B məhlulundan istifadə edilir.1 ml B
məhlulu silindrdən götürülüb yumru dibli 10 ml ölçülü sınaq şüşəsinə keçirilir,
digər 3 sınaq şüşəsinə 0,01;0,15;0,02 mq qurğuşun olan məhlul süzülür. Standart
sınaq şüşələrinə 0,1 ml doymuş natrium sirkə oksidi əlavə edilir. Sonra bütöv 4
sınaq şüşəsinə 10 ml-ə qədər distillə suyu qatılır və yenidən üzərinə 3 damcı 5%-li
kalium 2 xrom oksidi məhlulu əlavə edilir.10-15 dəqiqədən sonra əmələ gələn
bulanıqlar digər sınaq şüşələrində olan standart məhlullar müqayisə edilir.
Qurğuşunun miqdarı (X) aşağıdakı düsturla hesablanır:
X=
୫.ଶ.ଵ
ଵ.
Burada: m-sınaq aparılan nefelometrlə həcmi üçün götürülən məhsulda
qurğuşunun miqdarı; V
1
-nefelometləmək üçün götürülən məhlulun ümumi
miqdarı; V
2
-qurğuşun üçün sınaq aparılan məhlulun ümumi miqdarı;g-yeyinti
məhsulunun nümunəsi.
|