AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,91 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix06.09.2017
ölçüsü2,91 Mb.
#29012
1   2   3   4   5   6   7   8   9   ...   43

I mühazirə
 
 
 
48
olduğunu təklif etdilər. General Tormasov öz hökumətinə 
bildirdi ki, İnglitərə də, Türkiyə də barışıq olmasını istəmirlər. 
Əsgəran danışıqları da pozuldu. 
Beləliklə, 1810-cu ildə Türkiyə və İranın Rusiyaya qarşı 
döyüş  əzmi tükənməmişdi. Həmin ilin avqustunda İran və 
Türkiyə arasında hərbi ittifaq yarandı. Bu ittifaq İran 
qoşunlarına gözə çarpacaq bir üstünlük gətirməsə də, Rusiyanın 
İranı təkləməsinə imkan vermədi. 
Quzey Azərbaycanda çar ordusuna qarşı  çıxışlar.  İran 
ordusuna dayaq və yardımçı ola biləcək daha bir amil də var idi. 
Bu, Azərbaycanın tabe edilmiş vilayətlərində zaman-zaman qa-
baran və çəkilən xalq müqavimət hərəkatı idi. Bu hərəkat Türkiyə 
və  İran dövlətlərini özünə  təbii müttəfiq sayırdı. Başqa bir 
müttəfiq bulmaq o zaman üçün mümkün də deyildi. 
Hələ 1808-ci ildə dirəniş  hərəkatı ilə bağlı olan dövlət 
adamı  şəkili Səlim xan ona yaxın olan yerli bəylərə yazmışdı: 
"Allahın rəhmi ilə... müzəffər Fars ordusu bir yandan və 
ildırımsaçan Türkiyə qoşunu, o biri yandan oraya (Şəkiyə – 
Red.) varacaq və yağı  cəsədlərindən ehram qurulacaqdır..." Bu 
məktubu alan bəylər 500-ə  qədər döyüşçü toplayıb  Şəkiyə 
yaxınlaşdılar. Onlar Rusiya idarəçiliyini aradan götürmək 
istəyirdilər. Çar qoşunu bu çıxışın qarşısını vaxtında ala bildi. 
Yeni çıxış  və üsyankarla üz-üzə  gələn çar komandanlığı 
Azərbaycan  əhalisini həm bu çıxışlara qarşı qoymaq, həm də 
Rusiya-İran savaşına soxmaq istəyirdi. Bunun üçün Rusiya 
qulluğunu qəbul etmiş xanlardan öz əyalətlərində  əmin-
amanlığı yerli qüvvələr ilə qorumaqla yanaşı, rus qoşunları 
üçün atlı döyüşçülər verməyi tələb edirdi. Ən çox Qarabağ, 
Şəki, Şirvan və Qazaxdan atlı qoşun yığılırdı. 
1810-1811-ci illərdə keçmiş  Gəncə xanlığında (yeni Ye-
lizavetpol hərbi dairəsi) yaşayan ayrumlar Rusiya ağalığına 
qarşı  çıxış etdilər. Çar hərbi məmurlarının qaba, qanunsuz 
davranışından cana doyan 1400 ayrum ailəsi ağır vergi 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
49 
ödənclərindən boyun qaçırdı, Gəncəbasardan köç edib Dərələ-
yəz yaylağına getdi. Burada onlar Cavad xanın  İrana qaçmış 
oğlu Uğurlu xanla görüşüb, onun himayəsində  İrəvan 
xanlığında yerləşdilər. Ancaq İran tabeliyində olan bu xanlıqda 
da vergilərdən qurtuluş bulmadılar. General Nebolsin Borçalı 
Nəsib sultanın vasitəsilə üsyan etmiş ayrumların yanına 
adamlarını göndərdi. Onların başçısı Dodaq Məhəmmədin 
xahişi ilə 400 rus piyadasını,  Şəmşədil və  Şəki atlı qoşununu 
"yardım" üçün yola çıxardı. Ayrumlar Rusiya tabeliyinə 
dönərək Şəmşədil torpağında yerləşdilər. 
Bu zaman yalnız Səlim xan deyil, Qarabağ hakimi 
Mehdiqulu xan, Şirvan hakimi Mustafa xan və Quba hakimi 
Şeyxəli xan da Rusiyaya qarşı idilər. Rus ordusu generalı 
olmalarına baxmayaraq, onlar bu ordunun əbədi köləlik vasitəsi 
olduğunu artıq anlaya bilmişdilər.- 
1810-cu ilin avqustunda xalqın döyüş yardımına ar-
xalanan Şeyxəli xan rus qoşun komandiri Leviçkini Gilgil çay 
üzərində əzdi, ona köməyə gələn general Repini də geri oturtdu. 
Bu, general Şeyxəli xanı tutub gətirən və ya öldürən adama 
1500 çervon "mükafat" verəcəyini bildirsə  də, istəyinə nail 
olmadı. Çünki Quba əyalətinin əhalisi üsyana qalxmışdı. Yerli 
bəylərin çoxunun Rusiya tabeliyindən çıxıb  Şeyxəli xana 
qoşulduğunu baş komandanlıq özü də etiraf edirdi. Ancaq Quba 
üsyanının başlıca qüvvəsi silaha qurşanmış kəndlilər idi. Silahlı 
kəndli üsyanı  Şeyxəli xanın başçılıq etdiyi müqavimət 
həpəkatının dayağına çevrilmişdi.  Şirvanlı Mustafa xan 
Qubadakı çıxışa dəyərli yardım göstərirdi. 
Quba üsyanı çar komandanlığını güzəştli yol tutmağa 
məcbur etdi. Bu komandanlıq üsyanın daha da genişlən-
məsindən qorxur, buna görə  "Şeyxəli xanı Qubanın xanı kimi 
tanıyaraq, Qubanı ona mənsub olan ətraf kəndlər ilə (xanın) 
hakimliyinə verməyi və traktat ilə (Qarabağ, Şəki və Şirvanda 
olduğu kimi – Red.) onu Rusiya təbəəliyinə keçirməyi" təklif 
I mühazirə
 
 
 
50
edirdi. Çar hökuməti bu təklifə razılıq vermədi. Çar 
komandanlığı üsyanı yatırmaq üçün Gəncədən bir rota, 
Qarabağdan iki rota, Bakıdan bir rota rus piyadası,  Şəkidən 
1000 atlıdan və  Şirvandan isə 100 atlıdan ibarət qoşun gön-
dərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisa-
neviçə tapşırdı. O, belə  işlər üzrə artıq bir sınanmış "mü-
təxəssis" kimi ad çıxarmışdı. 
Oktyabrın 4-ü və 25-də olan iki döyüşdə  Şeyxəli xan 
basıldı. Növbəti kəndli üsyanı da yatırıldı. İşğalçı məram güdən 
İran qoşunu mənəvi baxımdan bu çıxışlara "müttəfiq" olacaq 
durumda deyildi. 
Son diplomatiya çalışmaları, son döyüşlər. Böyük Bri-
taniya hökuməti qüvvədən düşmüş  İran ilə Rusiya arasında 
barışıga yol verməməyə çalışırdı. 1810-cu ildə general Mal-
kolm yenidən İrana gəlib, çoxlu top və tüfəng gətirdi. 1811-ci 
ildə Ouzli, Harford Consun yerinə Tehrana böyük elçi 
göndərildi. O, 1809-cu il müqaviləsi üzrə  nəzərdə tutulan pul 
yardımının yeni üçillik məbləğini (360 min funt sterlinq və ya 
600 min tümən) Fətəli şaha yetirdi. Tezliklə İngiltərədən İrana 
12 top, 12 min mərmi, 12 min tüfəng, 12 min əsgərin geyimi 
üçün mahud göndərildi. 
1810-1811-ci illərdə Türkiyə ilə savaşda Rusiyanın bəzi 
uğurları sülh bağlanmasını tezləşdirdi. 1812-ci il mayın 16-da 
Buxarest barışığı imzalandı. Türkiyənin Qafqaz sərhədləri 
dəyişməz qaldı. Bununla Türkiyə Transqafqaz torpaqlarının 
çoxunun Rusiyaya qatılmasını tanımalı olurdu. 
1812-ci ilin başlanğıcında 20 minlik Abbas Mirzə ordusu 
yenidən Qarabağa girib Şahbulağı tutdu. General Kotlyarevski 
bu ordunu vurub buradan çıxardı. Həmin ilin yayında Fransanın 
böyük bir ordu ilə Rusiyaya soxulması İranda ruh yüksəkliyi və 
sevinclə qarşılandı. Artıq iyul ayında  İranın atlı qoşunları 
Gəncəyə, sonra isə Şəkiyə basqın etdi. 
Avqust ayında 10 minlik İran ordusu Talış xanlığına 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
51 
soxuldu. Ancaq burada da yerini bərkidə bilmədi. Ağoğlandan 
rus qoşunu ilə  gələn Kotlyarevski oktyabrın 18-də Aslandüz 
döyüşündə Abbas Mirzəyə sarsıdıcı  zərbə endirdi. Rus ordusu 
Talış xanlığına yönəldi. 1813-cü il yanvarın 1-də  Lənkəran 
qalası tutuldu. Rusiyanın yeni Baş komandanı Rtişçev 
təşəbbüsü bütünlüklə öz əlinə aldı. 
Rusiyanın 1812-ci il Vətən müharibəsində  uğur qazan-
ması İranın bütün ümidlərinə son qoydu. 
Gülüstan müqaviləsi  
İranın savaşı uduzması, beynəlxalq münasibətlərin köklü 
dəyişilməsi barış  işini tezləşdirdi. Yaranmış  şəraitdən istifadə 
edən  İngiltərə Rusiya-İran arasında danışıqlarda vasitəçilik 
etməyə nail oldu. 1813-cü il oktyabrın 12-də Qarabağda 
müqavilə imzalandı. "Gülüstan müqaviləsi" adlanan barışın 
mətni budur
*
: "1813-cü il oktyabrın 12-də Zeyvə çayı 
yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında hər iki 
tərəfin səlahiyyətli Müvəkkilləri vasitəsilə Bütün Rusiya 
İmperiyası  və  İran Dövləti arasında bağlanmış  və 1814-cü il 
sentyabr ayının 10-da Tiflisdə  hər iki Dövlətin səlahiyyətli 
Müvəkkillərinin bir-biri ilə  dəyişdikləri ratifikasiyalarla təsdiq 
edilmiş əbədi sülh və dostluq 
 
Müqaviləsi qadir allahın adı ilə 
İmperator  əlahəzrətləri, bütün Rusiyanın  ən  şöhrətli və 
əzəmətli böyük hökmdarı  və imperatoru və  İran Dövlətinin 
sahibi, hökmdarı  Əlahəzrət Padşahın öz təbəələrinə yüksək 
hökmdar məhəbbətinə görə, onların ürəklərinə zidd olan sa-
vaşın fəlakətlərinə son qoymağı  və  qədimdən Bütün Rusiya 
İmperatorluğu və  İran Dövləti arasında mövcud olmuş  səbatlı 
sülh və xeyirxah qonşu dostluğunu möhkəm  əsas üzərində 
bərpa etməyi səmimi-qəlbdən qarşılıqlı surətdə arzulayaraq, bu 
                                                      
*
 
Barышыn  шяrtlяrи  Ы Aleksandrыn "Bцtцn xalqa bяyanatы"  ады ilя 
yalnыz 1818-cи ил avqustun 7-dя Senatыn nяzdиndя чap edildи. 
 
I mühazirə
 
 
 
52
ədalətli və nicatverici iş üçün aşağıdakıları  və  səlahiyyətli 
Müvəkkilləri təyin etməyi faydalı bilmişlər:  Əlahəzrət Bütün 
Rusiya  İmperatoru – öz General-leytenantı, Gürcüstandakı  və 
Qafqaz xəttindəki qoşunların Baş komandanı, Həştərxan və 
Qafqaz quberniyalarında, Gürcüstanda Mülki hissə, həmçinln 
bu ölkənin bütün sərhəd Işlərl üzrə Baş Müdiri... zati-aliləri 
Nikolay Rtişçevi, Əlahəzrət İran şahı isə – özünün, Türkiyə və 
İngiltərə Saraylarında fövqəladə elçisi olmuş,  İran Rəisləri 
arasında seçilmiş... Məmuru, Ali İran Sarayının Gizli İşlər 
Müşaviri, Vəzir nəslinə  mənsub olan, İran Sarayında ikinci 
dərəcəli Xan, Yüksək rütbəli və Çoxhörmətli Mlrzə  Həsən 
Xanı, bu səbəbdən də Biz, yuxarıda adları çəkilmiş səlahlyyətli 
Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı 
Gülüstan kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə 
təqdim etdikdən sonra, hər birimiz öz tərəfindən bizim Böyük 
hökmdarlarımız adından bərqərar edəcəyimiz sülh və dostluğa 
aid olan hər bir şeyi nəzərdən keçirib, bizə verilmiş hakimiyyət 
və Ali səlahiyyətlərə görə aşağıdakı maddələri qərara aldıq və 
əbədiyyət üçün təsdiq etdik. 
Birinci maddə.  İndiyədək Rusiya İmperiyası  və  İran 
dövləti arasında mövcud olmuş düşmənçilik və narazıiığa bu 
Müqavilə ilə bu gündən və  gələcəkdə son qoyulur və qoy 
İmperator  əlahəzrətləri Bütün Rusiya hökmdarı ilə  Əlahəzrət 
İran şahı, onların vəliəhdləri, Taxtlarının Varisləri və qarşılıqlı 
olaraq onların Yüksək Dövlətləri arasında  əbədi sülh, dostluq 
və xeyirxah andlaşma olsun. 
İkinci maddə.  Bir halda ki, hər iki Yüksək Dövlət ara-
sında ilkin əlaqələr vasitəsilə status kvo ad prezenten
5F
*
, yəni hər 
bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, 
mülklərə sahib qalması özülündə sülhün bərqərar edilməsi artıq 
qarşılıqlı surətdə razılaşdırılmışdır, onda bu gündən və gələcəkdə 
Bütün Rusiya İmperiyası  və  İran dövləti arasında sərhəd 
                                                      
*
 
Status kвo ad prezenten (lat.) hazыrkы vaxtda olan durum
 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
53 
aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz 
xətlə Muğan düzündən Araz çayında Yeddibulaq keçidinədək, 
oradan üzü yuxarı  Kəpənək çayının Arazla qovuşduğu yerə, 
sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə 
və  oradan  da  xətti Qarabağ  və Naxçıvan xanlıqlarının mərzləri 
ilə davam etdirərək, Alagöz dağları silsiləsilə Qarabağ, 
Naxçıvan,  İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin 
(keçmiş  Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən 
Dərələyəz mərzinədək, buradan İrəvan xanlığının Yelizavetpol 
dairəsindən, həmçinin Qazax və  Şəmşəddin torpaqlarından 
ayıran mərzlə  Eşşəkmeydan mərzinə, oradan da dağlar sllsiləsi 
ilə, çayın sağ tərəfi ilə, onun axarı yönündə, Həmzəçimən yolu 
ilə, Pənbək dağları silsiləsi ilə Şurakel mərzinin küncünədək, bu 
güncdən də qarlı Alagöz dağının başınadək, buradan da Şurakel 
mərzi ilə, dağlar silslləsl ilə, Mastaras və Artkin arası ilə 
Arpaçayadək. Bununla belə Talış mülkü müharlbə vaxtı  əldən-
ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən 
olan hüdudları daha artıq dürüstlük üçün, hər iki tərəfdən 
qarşılıqlı razılıqla seçilmlş Komlssarlar (onlar Baş 
komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin gerçək 
hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, 
həmçinin çayların, dağların, göllərin, təbii mərzlərin dəqlq və 
təfsilatlı  təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb 
təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (Status kvo ad 
prezenten)  əsasında Talış xanlığının sərhəd xətti ilə müəyyən-
ləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi 
qalsın. Eləcə  də, yuxarıda xatırlanmış  sərhədlərdə, bu və ya 
başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki Ali dövlətin 
Komissarlarının təhlilindən sonra hər bir tərəf status kvo ad 
prezenten əsasında təminat verəcək. 
Üçüncü maddə.  Şah  Əlahəzrətləri  Əlahəzrət Bütün Ru-
siya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün 
təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Yüksək 
I mühazirə
 
 
 
54
Vəliəhdləri adından Qarabağ  və indi Yelizavetpol adı altında 
əyalətə çevrilmiş  Gəncə xanlıqları, həmçinin  Şəki,  Şirvan, 
Dərbənd, Quba, Bakı  və Talış (bu xanlığın Rusiya imperiyası 
hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla 
yanaşı Dağıstan, Gürcüstan (Şurakel)  əyaləti ilə birlikdə 
İmeretiya, Quriya, Minqreliya və Abxaziya, eynən də indi 
bərqərar edilmiş Qafqaz sərhəd xətti (bu sonuncuya və  Xəzər 
dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı 
bütün mülk və torpaqların Rusiya imperatorluğu mülkiyyətinə 
mənsub olduğunu qəbul edir. 
Dördüncü maddə.  Əlahəzrət Bütün Rusiya İmperatoru 
Əlahəzrət  İran  Şahına öz qarşılıqlı dostluq hisslərini ifadə 
etmək və İranda – ona qonşu olan bu Dövlətdə, möhkəm özül 
üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu 
səmimi-qəlbdən təsdiq etmək üçün, bununla, öz adından və öz 
Vəliəhdləri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi 
təyin ediləcək Vəliəhdə lazım gəldikdə kömək göstərməyi vəd 
edir ki, heç bir xarici düşmən  İran Dövlətinin işinə qarışa 
bilməsin və Yüksək Rusiya Sarayının köməyi ilə  İran Sarayı 
möhkəmlənsin. Bununla belə  İran dövləti işləri üzrə  Şah 
oğulları arasında münaqişələr baş verərsə, Rusiya 
İmperatorluğu hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara 
qarışmayacaq. 
Beşinci maddə.  Rus ticarət gəmilərinə  əvvəlki qayda 
üzrə  Xəzər sahilləri yaxınlığında üzmək və onlara yan almaq 
hüququ verilir, həm də gəmi qəzası zamanı İranlılar tərəfindən 
dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu 
hüquq,  əvvəlki qayda üzrə, Xəzər dənizində üzmək və Rusiya 
sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası 
zamanı qarşılıqlı surətdə  İranlılara hər cür yardım 
göstərilməlidir. Hərbi gəmilərə  gəldikdə isə, savaşdan öncə, 
habelə sülh vaxtı  və  hər zaman Xəzər dənizində Rusiya hərb 
bayrağı  təkcə yellənmişdir. Həmin ehtiram daxilində keçmiş 

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
55 
ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, Xəzər 
dənizində ondan başqa heç bir Dövlətin hərbi bayrağı dolaşa 
bilməz. 
Altıncı maddə. Hər iki tərəfdən döyüşdə əsir alınmışları, 
Xristian dininə  və sair dinlərə  mənsub  ələ keçirilmiş sakinləri 
Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir 
tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri  əsirləri qəbul 
etmək üçün öz aralarında qarşılıqlı  əlaqə yaradırlar) azuqə  və 
yol xərcləri ilə  təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud 
qanunu pozaraq qaçanlardan hər birinə, milliyyətindən asılı 
olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq 
azadlığı verilir, qayıtmaq istəməyənlər isə  məcbur edilməsin. 
Bununla yanaşı  hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud 
bağışlanma verilir. 
Yeddinci maddə.  Bütün yuxarıda deyilənlərə  əlavə ola-
raq, Əlahəzrət Bütün Rusiya İmperatoru və Əlahəzrət İran Şahı 
buyururlar ki, lazım olduqda Əlahəzrətlərin  İqamətgahlarına 
göndərilən, Onların Yüksək Saraylarının qarşılıqlı Nazirləri və 
ya Elçiləri rütbələrinə  və onlara tapşırılmış  işlərin dəyərinə 
uyğun qəbul edilsinlər;  şəhərlərdə ticarətə himayəçilik üçün 
qoyulmuş Müvəkkillərin və ya konsulların on nəfərdən artıq 
rəiyyəti olmasın, onlar vəkil edilmiş  məmurlar kimi 
vəzifələrinə layiq hörmət və şərafətə malik olmalıdırlar, bir də 
Əmrnamə üzrə onları bundan sonra nəinki incitmək olmaz, 
hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin 
təbəələrini  ədalətlə mühakimə etmək, incidilmişləri mürvətlə 
razı salmaq gərəkdir. 
Səkkizinci maddə.  Əlahəzrətlərin, öz hökumət-lərindən, 
yaxud hökumətləri tərəfindən təyin edilmiş  sərhəd rəislərindən 
alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri 
olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı 
ticarət  əlaqələrinə  gəldikdə, saziş bağlayan hər iki yüksək 
dövlətə quru yolla və  dənizlə  sərbast gəlməyə, orada nə  qədər 
I mühazirə
 
 
 
56
istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür 
gecikdirilmədən oradan çıxıb getməyə, Rusiya İmperatorluğuna 
mənsub olan yerlərdən  İran Dövlətinə  gətirilən və qarşılıqlı 
olaraq,  İrandan ora aparılan malların satılmasına və başqa 
mallarla dəyişdirilməsinə icazə veriləcək, hər iki Yüksək 
Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların 
vəzifələri və sair ilə bağlı şikayətlərinə adi qayda üzrə baxılması 
Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə 
tapşırılır. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq 
təminatı verməli, yaxud bunu başqa lazımi  şəxslərin vasitəsilə 
tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən 
yol verməməlidirlər. 
Rusiya təbəəliyindən olan İrana gəlmiş tacirlər, istəsələr, 
oradan öz malları ilə birlikdə  İranla dostluq edən başqa 
dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran hökuməti bu 
tacirlərin sərbəst keçməsi üçün onları pasportlarla təmin 
edəcəkdir; buna ticarət işləri ilə bağlı Rusiyadan, Rusiya ilə 
dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün 
də qarşılıqlı surətdə riayət ediləcəkdir. 
Rusiya təbəələrindən  İrana gəlmiş kimlərinsə ölümü baş 
verərsə, onların müxəlləfatları, həmçinin başqa daşınan əmlakı 
və mülkləri, dost Dövlətin təbəələrinə  məxsus olduğu üçün 
saxlanılmadan və gizlicə 
mənimsənilmədən, Rusiya 
imperiyasından və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, 
kimin hansı Dövlətə mənsubiyyətindən asılı olmayaraq, qanuni 
əsasda, qəbzlə, ilk növbədə onların yoldaşlarına, yaxud 
qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə  və öz 
xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə 
verilməlidir. 
Doqquzuncu maddə.  Rus tacirlərindən  İran  şəhərlərinə 
və ya limanlarına gətirdikləri mallar üçün yüzə beş faizdən çox 
gömrük alınmasın və  həmin tacirlər bu mallar ilə hara 
gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olun-

Rusiyanın Şimali Azərbaycan xanlıqlarını işğal etməsi.  
Xanlıq dövrünün sonu 
 
57 
masın, oradan apardıqları  İran mallarına görə  də eyni kömrük 
alınsın, bundan başqa heç bir bəhanə  və uydurma ilə heç bir 
rüsum, vergi, gömrük tələb edilməsin.  İran təbəələrindən 
Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac 
etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni 
əsasda bir dəfə alınsın. 
Onuncu maddə.  Malları Müqavilə bağlamış  hər iki 
Dövlətin sahillərinə  və ya limanlarına, yaxud da quru yolla 
sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə 
nəzarət altında olduqları gömrük hakimlərindən və ya 
iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa 
malları satın, yaxud dəyişmə yolu ilə almaq azadlığı verilir ki, 
ticarət maneəsiz dövriyyədə olsun, həmçinin satıcıdan və ya 
alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük 
şərtilə qanuni rüsumlar yığılsın. 
On birinci maddə.  Bu müqavilə imzalandıqdan sonra 
hər iki Yüksək Dövlətin müvəkkilləri qarşılıqlı surətdə  və 
təxirə salınmadan bütün yerlərə onun haqqında lazımi xəbər və 
hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində 
əmrlər göndərsinlər. 
İki bərabərhüquqlu nüsxədə (fars dilinə  tərcüməsi ilə 
birlikdə) yazılmış və saziş bağlayan Yüksək tərəflərin yuxarıda 
göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların 
möhürləri ilə  təsdiq edilmiş  və qarşılıqlı surətdə  dəyişdirilmiş 
bu  əbədi sülh Müqaviləsi  Əlahəzrət Bütün Rusiya imperatoru 
və  Əlahəzrət  İran  Şahı  tərəfindən bərqərar ediləcək və 
Əlahəzrətlərin öz əlləri ilə imzalanmış 
təntənəli 
Ratifikasiyalarla təsdiq olunacaqdır. 
Bu Müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu 
Yüksək Saraylardan, qarşılıqlı surətdə göndərilməklə, onların 
yuxarıda adları  çəkilmiş Müvəkkillərinə üç ay müddətindən 
sonra çatdırılacaq. 
Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on 
I mühazirə
 
 
 
58
ikinci günü, İran sayması ilə min yüz iyirmi səkkizinci il 
Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə 
Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında 
bağlanmışdır. İmzalamışlar: 
Müvəkkil və Gürcüstanda Bas Koman-
dan Nikolay Rtişçev (M.Y.) 
Alişöhrətli  İran Dövlətindən Müvəkkil 
Mirzə Əbdül HəsənXan (M.Y.) 
 
5. Xanlıq dövrünün sonuna doğru 
 
Yeni savaş qarşısında.  Gülüstan müqaviləsindən sonra 
beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı 
idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib 
edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (16-
19)-da Leypsiq altında "Xalqlar döyüşü" oldu. Müttəfiqlər bu 
döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il 
martın 31-də müttəfiq ordular Fransanın paytaxtına girdi. 
Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də 
Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də "yekun aktı" 
imzalandı. 
Beləliklə, beynəlxalq münasibətlərdə yeni dövr başlandı. 
XVIII yüzilin ikinci yarısı – XIX yüzilin başlanğıcında olduğu 
kimi, Şərq məsələsi Avropa siyasətinin gündəliyində qalırdı. 
Rusiyanın Türkiyə  və  İrana qarşı  təcavüzkarlıq siyasəti 
Şərq məsələsinin yenidən kəskinləşməsinə səbəb oldu. Bununla 
bağlı Rusiyanın başlıca rəqibi olan İngiltərənin, həmçinin 
Türkiyə və İranın əks siyasəti fəallaşdı. İngiltərə hər vasitə ilə 
İranda Rusiya mövqeyinin möhkəmlənməsinə mane olmağa 
çalışırdı. 1814-cü ildə Tehranda İngiltərə ilə İran arasında yeni 
bağlaşma imzalandı. 1809-cu ildə olduğu kimi, Rusiya ilə savaş 
başlandığı halda, İran  İngiltərədən ildə 200 min tümən (2 
milyon gümüş rubl) yardım alacaqdı, ancaq bu böyük yardım 

Yüklə 2,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin