Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan


 Dünya mehmanxana şəbəkələri, оnlаrın əsаs göstəriciləri



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix06.09.2017
ölçüsü0,95 Mb.
#29039
1   2   3   4   5   6   7   8   9   ...   12

2. Dünya mehmanxana şəbəkələri, оnlаrın əsаs göstəriciləri 
Mehmanxan təsərrüfatının gələcək inkişafı onun qloballaşması ilə bağlıdır. Bu 
sahədə  fəaliyyət  göstərən  şirkətlər  öz  ölkələri  sərhədlərindən  xaricə  çıxmadan 
inkişaf  edə  bilməz.  Beynəlxalq  mehmanxana  korpоrasiyalarinın  inkişafı  70-ci 
illərin axırında  “Boinq-707” və “Boinq-747 ” təyyarələrinin meydana çıxması ilə 

 
12 
ə
laqədardır.  O  zaman  beynəlxalq  turizmdə  sürətli  inkişaf  var  idi  ki,  bu  da 
beynəlxalq mehmanxan şəbəkələrinin yaranmasına səbəb olmuşdur. 
Mehmanxana  şəbəkələri  (iki  və  daha  çox)  mehmanxana  qruplarından  ibarət 
olur, kollektiv biznesi həyata keçirir və vahid rəhbərliyin nəzarəti altında fəaliyyıt 
göstərir.  Mehmanxana  şəbəkələrinin  rəhbərliyi  mehmanxanlarin  hər  hansı  bir 
fəaliyyətindən  gəlir  götürərək  üstünlük  əldə  edir,  eyni  zamanda  iş  prosesində 
nöqsanların  məsuliyyətini  də  daşıyır.  Şəbəkələrin  yaranması  dünya  bazarına 
yüksək  səviyyəli,  beynəlxalq  standartlara  uyğun  mehmanxana  xidmətlərininn 
çıxrılmasına  şərait  yaradır.  Turist  xarici  ölkədə  ona  tanış  olan  şirkətin 
mehmanxanasinda özünü rahat ve evindəki kimi hiss edir. 
Beynalxalq  mehmanxana  şəbəkələrinin  böyük  bir  qismi  ABŞ-a  məxsusdur. 
Bu,  lüks  dərəcəli  mehmanxana  şəbəkələri  olan  “Hyatt”,  “Hilton”,  “West  Inn”, 
“Mariott”, “Şeraton”, “Ramada” və başqalarindan ibarətdir. 
IEOÖ-də ABŞ mehmanxanasına idarəetmə təcrübəsinə böyük ehtiyac var idi. 
ABŞ  1948-ci  ildə  Latın  Amerikası  ölkələrinin  iqtisadiyyatinın  inkişafı 
məqsədilə  bu  ölkələrdə  öz  filiallarını  açmaq  və  otellər  tikmək  üçün  bir  neçə 
mehmanxana  şirkətinə  müraciət  edir.  Yalnız  19500-ci  illərin  axırlarında  “Pan 
American  Airways”  şirkəti  buna  razılıq  verir.  Beləliklə  onun  “Intercontinental 
Hotels” adlanan filialları Vensuela, Baziliya, Uruqvay, Çili, Kolumbiya, Meksika 
və  Latın  Amerikasının  digər  ölkələrində  yaranır.  Artıq  1981-ci  ildə  dünyanın  50 
ölkəsində bu tipli 85 otel yayılmışdı. Sonralar “Pan American” öz mehmanxansina 
şə
bəkəsini  “Sasian  Japanese  Corporation”  şirkətinə,  o  da  öz  növbəsində  bu 
mehmanxana şəbəkəsini “Grand Metropelitan” şirkətinə satmışdır. 
        Konrad Hilton beynəlxalq mehmanxana bazarını mənimsəyən ilk liderlərdən 
biri  idi.  O,  1948-ci  ildə  San  Xuanda  (Puerto-Riko)  “Caribe  Hilton”  otelinin 
idarəçiliyini ələ keçirir. Hilton öz rəqiblərini qabaqlayraq bu müqaviləni bağlayır. 
Bu işdə ona ispan dilini bilməsi də kömək etmişdir. Artiq 1974-cü ildə Hilton 31 
dövlətdə yerləşən 61 (23263 nomrə) mehmanxanya rəhbərlik edir. Hazırda “Hilton 
International” Böyük Britaniyanın “Ladbroks Group PLC” şirkətinə məxsusdur. 

 
13 
        “Sheraton  hotel  Corporation  ITT”  şirkətinin  dünyanın  62  ölkəsində  422 
mehmanxanası  var.  Bu  mehmanxanalarda  nömrəlörin  sayı  131007-dir.  Öz 
ə
məliyyatlarına görə Şeraton yalnız Fransız “Group Accor” Şirkətindən geri qalir. 
ABŞ  mehmanxana  şəbəkələri  sistemindən  başqa,  dünyanın  mehmanxana 
şə
bəkəələrinə aəğıdakı şirkətlər daxildir: 
         “Accor”Fransa)-80000 nömrəsi olan 700 mehmanxana; 
         “Trunsthouse  Fort”  (Böyük  Britaniya)  –  70000  nömrəsi  olan  800 
mehmanxana; 
         “Club Meditrans” (Fransa) -61 nömrəsi olan 243 mehmanxana; 
         “Qrupp Sol” (Ispaniya) – 34000 nömrəsi olan 133 mehmanxana və başqaları 
(cədvəl 1). 
          Son  onillikdə  mehmanxan  sənayesinin  inkişafı  meylinə  aşağıdakıları  aid 
etmək olar: 
         - mehmanxana təklif və tələblərinin dərindən ixtisaslaşması; 
         - beynəlxalq mehmanxana əbəkələrinin yaranması; 
         - kiçik müəssisə şəbəkələrinin inkişafı; 
         - mehmanxana sənayesində müasir kompyuter texnologiyasinin istifadəsi; 
         Beynəlxalq  Mehmanxana  Asossasiyası  mehmanxana  şəbəkələrini  3  qrupa 
bölür: 
1)  Kooperativ  şəbəkələr  –  çoxsaylı  müəssisələrə  sahib  olan  mehmanxana 
ş
irkətləri; 
2)  Müstəqil  müəssisələr  şəbəkəsi  –  bu  müəssisələr  birləşərək  vahid 
brondlaşdirma reklam marketinq və s.xidmətlər siyasəti yeridir; 
3)  Idarəedici xidmətlər göstərən mehmanxana şəbəkələri. 
        Müxtəlif  mehmnaxanaların  xidmətlərinin  eyniliyi,  qonaqlar  üçün  əlverişli 
qiymətlərin,  xidmətlərin  keyfiyyəti,  komfort  nömrələr  və  s.  mehmanxana 
şə
bəkələrinin müvəffəqiyyətinin əsas göstəricisidir. 
        Mehmanxana  şəbəkəsinə  daxil  olan  hər  bir  şəbəkə  nişanı  altinda  fəaliyyət 
göstərir. Öz firma nişanlarına ciddi əməl edən mehmanxanaların üstünlüyü ondan 
ibarətdir ki, eyni nişanlı müəssisələrin müştərilərinin bu mehmanxanalarda (hansi 

 
14 
ölkədə yerləşməsindən asılı olmayaraq) təqdim olunan xidmətlər haqqında kifayət 
qədər təsəvvürləri olur. Bu, sistem şəbəkəsinə imkan verir ki, yeni mehmanxanalar 
fəaliyyətə  başlamazdan  əvvəl  onların  reklamını  həyata  keçirsin  və  əvvəlcədən 
sifariş qəbul etsin. 
Cədvəl 1 
Dünyannın ən iri  mehmanxana şəbəkəsi 
Nömrə  Mehmanxana 
şə
bəkəsinin adı 
Mənzil-qərargahın 
yerləşdiyi  şəhər  və 
ölkə  
Nömrələrin 
sayı 
Mehmanxanalarının 
sayı 

HFS INK 
Parsippani, USA 
490 000 
5300 

Holiday 
Inn 
Worldwide 
Atlanta, USA 
386 323 
2260 

Best 
western 
international 
Feniks, USA 
295 305 
3654 

Accor  
Evri, Fransa 
279 145 
2465 

Choice 
Hotels 
International 
Silber 
Springs, 
USA 
271 812 
3197 

Marriot 
International 
Washington, USa 
251 425 
1268 

ITT Sheraton Corp  Boston, USa 
130528 
413 

Promus Cos 
Mernfis, USA 
105 930 
809 

Hilton Hotels Corp  Beverli Hillz, USA  101 000 
245 
10 
Carlson Hospitality 
Worldwide 
Minneapolis, USA  91 777 
437 
11 
Hyatt  Hotels/Hyatt 
International 
Chicago, USA  
80 598 
176 
12 
Inter-Continental 
Hotels 
London, 
Great 
Britain 
69 632 
193 
13 
Hilton 
Uatford, 
Great  51 305 
160 

 
15 
International 
Britain 
14 
Grupo Sol Meliq 
Palmade, 
Malyorka, Spain 
47 371 
203 
15 
Forte Hotels 
London, 
Great 
Britain 
46 847 
259 
16 
Doubletree Hotels 
Feniks, USA 
28 501 
166 
17 
Westin  Hotels  & 
Resorts 
Sietl, USA 
42 897 
97 
18 
Club  Mediterrance 
SA 
Paris, Fransa 
37 906 
133 
19 
Societe du Louvre   Paris, Fransa 
36 059 
567 
20 
La Quintrq Inns 
San-Antonio, USA  32096 
249 
 
 
        Son zamanlar MDB ölkələrində mehmanxana şəbəkələrinin yaradılma  meyli 
inkişaf  edir.  Belə  ki,  1997-ci  ilin  oktyabrında  Moskvada  Rusiya  mehmanxana 
şə
bəkəsi-  “Nord  Hotel”  yaradılmışdır.  Bu  şbəkəyə  könüllü  olaraq  paytaxt 
Moskvanın şimal-şərq dairəsinin 12 mehmanxansı daxil olmuşdur. Onalr müxtəlif 
mülkiyyət  formasına  malik  idilər.  Bu  mehmanxanalar  “Altay”,  “Baykal”, 
“Vostok”, “ Zarya”, “Ostankino”, “Zolotoy Qolos ”, “ Turist”, “Yaroslav skarya”, 
“Zvezdnaya”  və  başqaları  idi.  Sabiq  SSRI  mıəkanında  ölkədə  yeganə 
mehmanxanalar  şəbəkəsi  “Inturist”  Səhmdar  Cəmiyyəti  idi.  O,  1970-ci  ildə 
dünyada 23-cü yeri tuturdu. “Inturist” 27 000 nömrəyə malik idi.bakıda “Inturist” 
Səhmdar  Cəmiyyətinin  3  mehmanxanasi  var  idi.  Bunlar  “Azerbaycan”,  “Inturist” 
və “Moskva” mehmanxanaları idi. 
        Hal-hazırda  Rusiyada  özəl  mehmanxana  şəbəkəsi  yaradılıb.  Bu,  “Inturist 
Korona” və “Inturotel Avroasiya” şəbəkəsidir. 
        Baıda  fəaliyyət  göstərən  “Hyatt  Regency  Baku”  (160  nömrə),  “Hyatt  Park 
Baku”  (159  nömrə),  “Plaza-Baku”  (40  nömrə),  “Wüllington-Baku”  (80  nömrə) 
müxtəlif mehmanxana şəbəkələrinə daxildir. 

 
16 
        Mehmanxana  şəbəkələrinədən  fərqli  olaraq  dünya  turizm  bazarında  digər 
xüsusi  birləşmələr,  ittifaqlar,  assosiasiyalar  da  aktiv  fəaliyyət  göstərirlər.  Bu 
assosiasiyaların  əsas  məqsədi  məhşur  və  fərqlənmiş  mehmanxanalrı 
birləşdirməkdir. 
        Avropada  mehmanxana  şəbəkələrinin,  müstəqil  mehmanxalar  və  restoranlar 
assosiasiyalarının  fəaliyyətinin  koordinasiya  oplunması  problemləri  ilə  Avropa 
Iqtisadi  Birliyinin  Milli  Mehmanxanalar  və  Restoranlar  Aassosiasiyalarının 
Konfederasiyası (HOTREK) məşğul olur. 
         Təcrübə  göstərir  ki,  təkcə  mehmanxana  şəbəkələrinin  inkişafı  çoxsaylı 
turistlərin  istək  və  arzularının  ödənilməsini  təmin  etmir  və  bu,  kiçik  müstəqil 
mehmanxanaların yaranmasına səbəb olur. 
         Bu kiçik mehmanxanalar əsas üstünlüyü təkrarolunmaz xidmətlərə, nadirliyə 
və  qeyri-adiliyə  verirlər.  Məhz  bunları  mütəxəssislər  XXI  əsrin  mehmanxanaları 
hesab  edirlər.  Məsələn,  kiçik  kənd üslubunda  tikilmiş,  əlverişli  qiymətlərlə,  iş  və 
istirahət  üçün  bütün  şəraiti  olan  restoranı  olmayan  (yaxın  ərazidə  yerləşən 
restoranda  müştərilər  nəzkətli  və  yüksək  xidmət  ala  bilirlər)  kiçik 
mehmanxanaların  nadirliyi,  qeyri-adiliyi,  xidmət  keyfiyyəti  bazar  iqtisadiyyatı 
şə
raitində  mehmanxana  sənayesində  rəqabətə  davam  gətirə  bilər.  Kiçik 
mehmanxanalar  adətən  müstəqildir,  sahiblərinin tam  mülkiyyətidir  və bütün gəlir 
ona məxsusdur. 
         Avropada  nəhəng  mehmanxana  imperiyaları  əvəzinə  könüllü  şəbəkələr 
yaratmağa daha meyilli olan ənənəvi mehmanxanaların sayı üstünlük təşkil edir. 
         Hazirda  dünyada  14  milyon  nömrəli  (26  mln.  yer      olan)  350  min  yüksək 
səviyyəli komfort mehmanxana var. Son 20 ildə mehmanxana nömrələrinin sayı 3-
4  %  artmışdır.  Bu,  turistləri  yerləşdirmə  vasitələrinin  dinamikasının  artmаsına 
sübutdur. Dünya mehmanxna  təsərrüfatında Avropa regionu aparıcı yer tutur. 
         Dünya  turist  axınının  70%-i  mehmanxana  nömrə  fondunun  isə  45%-i 
Avropanin  payına  düşür.  Lakin  qeyd  etmək  lazımdır  ki  turistlərin  yarısı 
mehmanxanalarda  yarısı  isə  başqa  yerləşdirmə  müəssisələrində  qəbul  olunur. 
Amerika qitəsində dünya mehmanxana fondunun 35% -ni təşkil edən 5 mln nömrə 

 
17 
var.  Amerika  mehmanxana  bazasının  artım  sürəti  Avropanı  qabaqlayır.  90-cı 
illərdə  amerika  mehmanxan  şəbəkələrinin  təsiri  daha  da  güclənir.  Onlar 
mehmanxana  şəbəkələri  siyahısında  1-ci  onluğundan  Avropanın  “Travelodge 
International”  və  “Master  Hosts  International”  kimi  mehmanxana  şəbəkələrini 
sıxışdırıb çıxarmıış və hazırda bu siyahıda yalnız “Accor” (Fransa) və “Forte PLC” 
(Böyük Britaniya) mehmanxan şəbəkələri qalmışdır. 
         Dünya  mehmanxana  nömrə  fondunun  14%-nə  (3  mln  nömrə)  malik  olan 
Asiya regionu bu sahədə 3-cü yeri tutur. Artım sürəti isə 15-20% olaraq orta dünya 
tempini 2-3% qabaqlayir. 
         Afrika  regionun  payina  0,4  mln  nömrə  düşür  ki,  bu  dünya  fondunun  3%ni 
təşkil edir. 
         Avstraliya    və  Okeaniya  regionunda  dünya  nömrə  fondunun  3%-ni  təşkil 
edir. 
         Ayrıca ölkələr dünya mehmanxana sənayesində öz qüdrətinə əzəmətinə görə 
liderıik  ABŞ  (3.5  mln),  Yaponiya(1.65  mln),  Italiya  (1mln),  Fransa,  Ispaniya, 
Ingiltərə,  Çin,  Avstraliya(0.5  mln),  Avstriya,  Kanada,  Yunanistan(0.3mln), 
Tailand,  Rusiya,  Indoneziya,  Türkiyə  (0.15-0.23  mln),  Isveçrə,  Braziliya, 
Argentina (0.5 mln) kimi ölkələrə məxsusdur. 
         Dünya  mehmanxana  sənayesində  mehmanxana  fondunun  artımına  görı 
Türkiyə,  Çin,  Malayziya,  Sinqapur,  Mərakeş,  Ispaniya,  Almaniya  və  Argentina 
kimi ölkələr liderliyə çıxıblar. 
3. Dünyanın məşhur, ən yaxşı və qeyri-adi mehmanxanaları 
“Institusional  Investor”  jurnalinda  bütün  regionlardan  bankir  arasında 
keçirilmiş  sorğu  əsasında  dərc  edilmiş  “Dünyanın  ən  yaxşı  mehmanxanaları” 
məqaləsində bir neçə il ərzində Banqkokun(Tailand) “Oriental” mehmanxanası 1-
ci  sayılırdış  onun  ardınca  Honkonqdakı  “Regent  Honq  Konq”  və  hamburqdakı 
“Vier jahrenzeiten” sonra yenə Honkonqdakı “Mandarin Oriental” və Londondakı 
“Connanqht” qeyd edilmişdiş 

 
18 
           1992-ci ildə bu siyahıda bir qıdır dəyişiklik oldu:1-ci iki yerə “Regent Honq 
Konq”  və  “Bel  air”  (Los-Anceles)  layiq  görülürlər.”Shanqri-La”  (Sinqapur) 
mehmanxanasınisə 3-cü yeri tutur. 
           Beyneəlxalq  korporasiyanın  (1928-ci  ildə  yaradılmışdır)  “Dünyanın 
qabaqcıl  otelləri  kataloqunda  ən  çox  fərqlənmiş  mehmanxana  müəssisələri 
haqqında”  məlumat  verilir.  1997-ci  il  kataloqunda  qabaqcıl  ən  yaxşı 
mehmanxanaların  sayı  308-dir.  (92  min  nömrə).  Bu  cür  otelləri  yüksək  peşəkar 
müstəqil ekspertlər seçir. Ən yaxşı otellər ABŞ-da fəaliyyət göstərir. Onların sayı 
40-dan artıqdır. 
           Bu cür mehmanxanalar Italiyada 30 Isveçrədə 23 Almaniyada 21 Fransa və 
Ispaniyada 15 Hindistanda 12 Yaponiyda 11 Ingiltərədə 9 Tailandda və Meksika 8 
Çin və Avstriyada 7 Portuqaliyada 6-dır. 
           Bu  kataloqda  Rusiyanın  2  otelinin  adı  da  dərc  edilmişdir.  Bunlar  “Balçuq 
Kempinski” 
(Moskva) 
və 
“Qrand 
Otel 
Avropa” 
(Sankt-Peterburq) 
mehmanxanalaridır. 
           Dünyanin ən yaxşı otellərini təyin etməklə təkcə “Dünyanin aparıcı otelləri” 
ş
irkəti  deyil,    həmçinin  30  ildən  çox  bu  işlə  məşğul  olan  “Dünyanın  imtiyazlı 
otelləri  və  kurortları”  (Preferred  Hotels  and  Resorts  Worldwide)  beynəlxalq 
təşkilatı da məşğul olub. Bu təşkilatön təşkil etdiyi ən yaxşı mehmanxanalarin sayı 
101-dir,  bunlardan  69  otel  Şimali  amerikada  yerləşir  ki,  bu  da  regionda  servisin 
yüksək  səviyyəsinə  sübutdur.  Bu  otellərin  müştəriləri  varlı  insanlardır  və  otel 
sahiblərinin  dediyinə  görə  onların  əksəriyyəti  Rusiya  və  MDB-nin  digər 
ölkələrindəndir. 
           “Tişay  otelləri”  beynalxalq  assosiasiyası  1968-ci  ildən  fəaliyyət  göstərir. 
Onun mənzil-qərargahı Parisdə yerləşir. 
            Bu assosiasiyaya daxil olmaq üçün 3 əsas meyar olmalıdır: 
1)  Qonağı təbii və komfort şərait əhatə etmılidir; 
2)  Müasir tələblərə cavab verən xarakterik görünüşlü, qonaqpərvər, rahat və 
bəzəkli mehmanxana; 
3)  Yüuksək səviyyəli restoran və mətbəx. 

 
19 
             Hal-hazırda  “Tişay  otelləri”  Şəbəkəsinə  Avropada  329  mehmanxana 
aiddir. 
             Dünyanin ən iri mehmanxanasi “MGM Grant” (Las-Veqas) hesab edilirdi. 
Onun 5505 nömrəsi var. 
             Hazırda  Las-Veqasın  digər  mehmanxnası  “MGM  Grant”ı  ötmüşdür.  Bu, 
“Sands  Hotel”dir  (6600  nömrə).  “Pul  Karlton”  və  Kanadanin  “Four  Seasons” 
(Dörd  Mövsüm)  mehmanxanalarını  adətən  ən  yüksək  səviyyəli  mehmanxanalar 
kimi qiymətləndirirlər. 
             Beləliklə  dünyanın  ən  iri  20  otelindən  14-ü  Las-Veqasda  yerləşir.  Las-
Veqas  dünyanın  əyləncə  mərkəzi  sayılır.  Şəhərdə  50-dən  çox  kazino  var  ki, 
bunlarin  çoxu  xüsusi  tikilmiş  mehmanxanaların  nəzdində  fəaliyyət  göstərir.  Bu 
otellərin apartmentləri adi mehmanxana apartmentlərindən böyükdür, mini hovuz, 
cakuzisi,  böyük  ekranli  bir  neçə  televizoru,  bir neçə  hollu,  yataq  və  qonaq  otağı, 
bar  və  s  var.  Bele  apartmentlər  binanın  digər  hissələrində  təcrid  olunmuş  yerdə 
yerləşir  və  müstəqil  brondlaşdirma  və  yerləşdirmə  xidmətləri  vardır.  Kazinolu 
otellərin  bir  çox  nömrələri  varlı  müştərilər  üçün  boş  saxlanılır.  Bu  nömrələrin 
qiyməti sutkaya 1000-25000 ABŞ dolllarina qədərdir. 
             1993-cü  ildə  “Rits  Karlton”  mehmanxansı  “Baldrige  National  Quality 
Awards”  mükafatına  layiq  görülmüşdür.    Bu  mükafat  ABŞ  Konqresi  tərəfindən 
1987-ci  ildə  Amerika  biznesində  ən  yüksək  nailiyyətlərin  havasləndirilməsi 
məqsədilə  təsis  edilmişdir.  Bu  mükafat  keyfiyyətin  kompleks  şəkildə  idarə 
edilməsi istiqmətində bir çox səylər göstərmiş mərhum Abş ticarəti naziri Melkolm 
Bolbrijin  (ABŞ)  adını  daşıyır.  ABŞ-da  əmtəələrin  və  xidmətlərin  keyfiyyəti 
uğurunda  çalışan  ən  nüfuzlu  mükafat  hesab  edilir.”Pur  Karlton”  ən  dəbdəbəli 
mehmanxana şəbəkələrindən biri kimi şöhrət qazanmışdır. 
  

 
20 
Mövzu: 3. Dünya mehmanxana sənаyеsində idarəetmə formaları 
Plаn 
1. Françayzinq yolu ilə idarəetmə 
2. Müqavilə (kontrakt) yolu ilə mehmanxanaları idarəetmə   
3. Icarə yolu ilə idarəetmə 
 
1. Françayzinq*  –  Iri və kiçik müstəqil müəssisələrin müqavilə münasibətləri  
sistemidir. Bu idarəetmədə bir  xüsusiyyət vardı ki, kiçik mehmanxana iri məşhur 
mehmanxana nişanı (markası) altında fəaliyyət göstərir. 
Beynəlxalq  Françayzinq  Təşkilatları  Assosiasiyası  françayzinqin  geniş 
təyinatını verir. Françayzinq müəyyən münasibətləri təyin edir. 
Françayzer**  (franşizverən)  françayziyə***  (franşizalan)  qanuni  qaydada 
müdafiə  olunmaqla,  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ  verir,  habelə  
bu  fəaliyyətin  təşkilinə, təlim-təhsil almağa və s. kömək  edir. 
Françayzer  müəssisənin  tam  konsepsiyasını  və  iş  üsullarını  yaradır, 
franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır. 
Fransız  mənşəli  termin  olmasına  baxmayaraq,  françayzinq  müxtəlif  spesfik  
müqavilə formasında ABŞ-da yaranmışdır. 
1907-ci  ildə  “Rits-Development  Company”    Nyu-York  firmasından  “Rits 
Carlton” adını almaqla bu sistemin əsasını qoymuşdur. 
1927-ci ildə Horvard Conson françayzinq müqaviləsi əsasında otellərini idarə 
etməyə başlayır. Bu ona əvvəlcə ABŞ-ın şərq sahillərində, sonra orta qərbdə, 60-cı 
illərdə  Kaliforniyada  öz  biznesini  genişləndirməyə  imkan  verir.  Hal-hazırda 
Horvard Consonun mehmanxana şəbəkəsinə 900 müəssisə daxildir. 
60-cı  illərdə  françayzinq  mehmanxana  və  motellərin  yüksəliş  və  inkişaf 
strategiyası olur. 90-cı illərdə də bu tendensiya qalmaqda idi. 
Françayzinq  mehmanxana  sənayesində  şirkətin  öz  fəaliyyətini  daha  dinamik  
aparmağa  imkan  verən  konsepsiyadır.  Şirkətin  kənardan  maliyyə  cəlb  edib  daha 
sürətlə  inkişaf  etməsi  bu  konsepsiyanın    əsas  mahiyyətidir.  Mehmanxana 
sənayesində françayzinqlə məşğul olan ən iri şirkət “Hospitality Franchise System” 
sayılır. Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu şirkətin 5300 oteli var. 

 
21 
Onun ardınca “Choice  Hotels International” şirkəti gəlir (3130 otel). Bu  siyahıda 
üçüncü yeri “Holiday Inn Worldwide” (2082 otel) tutur.  
Cədvəl 1. 
Korporativ  mehmanxana  şəbəkələri 

Ş
irkətlər 
Fransız tipli 
otellərin sayı 
Otellərin 
ümumi sayı 

HFS Inc 
5300 
5300 

Choise Hotels International 
3130 
3197 

Holiday Inn Worldwide 
2082 
2260 

Promus Cos 
683 
809 

Marriott International 
604 
1268 

Carlson Hospitality Worldwide 
416 
437 

Accor 
343 
2465 

IDD Sheraton Corp 
204 
413 

Hilton Hotels Corp 
173 
245 
1

Best Western International 
Məlumat yoxdur 
3654 
 
Hər bir françayzinq müqaviləsində françayzer françayziyə öz firma nişanı, iş 
texnologiyası və metodları, bron (sifariş) sistemi, marketinq üsulu, güzəşt sistemi 
və  s.-dən  istifadə  etmək  hüququ  verir.  Françayzer  özünün  bazar  şəbəkəsinə  yeni 
mehmanxanalar cəlb etməkdə maraqlıdır. Bu məqsədlə adətən françayzer maraqlı  
tərəflər  üçün  xüsusi  sənədlər  hazırlayır,  bunlardan  ən  əsası  şərtlər  haqqında 
məlumatdır.  Şərtlər  haqqında  məlumatda  françayzerin  rəhbər  heyətinin  ixtisası, 
ş
irkətin  maliyyə  durumu,  müqavilə  bağlanarsa,  münasibətlərin  mahiyyəti,  hansı 
konkret  məsələlərdə  françayzer  françayziyə  yardım  edir,  müəssisədə  çatışmayan 
hansı əlavə avadanlıq almağa və s. kömək göstərir. 
  Françayzer  və  françayzi  arasında  hüquqi  münasibət  müqavilənin 
imzalanması ilə təsdiq olunur. 
  Mehmanxana sənayesi üçün françayzinq müqaviləsi mehmanxananın xarici 
görünüşü,  vestibülün  interyeri,  nömrələrin  sayı,  qonaqlara  təqdim  olunan 
xidmətlər, onların ketfiyyəti və s. şərtləri müəyyən edir. 

 
22 
  Müqavilənin  əsas  elementlərindən  biri  razılaşdırılmış  pul  ödəmələrinin 
formalarıdır.  Mərkəzi  bronlaşdırma  sistemindən  istifadə  edən  mehmanxana  pul 
ödəməlidir.  Bundan  əlavə,  mehmanxana  ona  verilən  hüquq  və  imtiyazlara, 
göstərilən xidmətə görə birdəfəlik müəyyən edilmiş məbləğ ödəməlidir. 
  Bir  qayda  olaraq  bu  ödəməyə  layihə  sənədlərinin  paketi,  müəssisəni  idarə 
etmək üçün tam təlimat toplusu, orta və yüksək rəhbər heyətin ixtisasını artırmaq, 
müəssisənin  açılışına  qədər  xidmət  heyətinin  təlim  və  təhsili  daxildir.  Daxilolma 
haqqı  françayzinq  müqaviləsi  bağlanan  gündən  verilir  və  ya  iki  bərabər  hissəyə 
bölünür, bunun 50%-i təlimdən əvvəl, qalanı isə təlim müddətində ödənilir. 
  Françayzerə ilk ödənilən məbləğin haqqı onun nişanının nüfuzundan asılıdır. 
Bəzən françayzdan reklam üçün ümumi gəlirin 1-5%-ni təşkil edən məbləğ alınır. 
Françayzinq müqaviləsinə xitam vermək üçün potensial səbəblər müxtəlif ola 
bilər: 
1. Françayzer tərəfindən təyin edilmiş standartlar səviyyəsini françayz yerinə 
yetirməsə; 
2. Mehmanxananın  xidmət  mexanizmi,  çeşidi,  keyfiyyəti,  restoran  menyusu  
müəyyən edilmiş normalara uyğun olmasa; 
3. Müqavilə üzrə pul ödəmələri olmasa; 
Françayzinq sistemi hər iki tərəf üçün müsbət və mənfi cəhətlərə malikdir. 
Françayzinq müqaviləsinin françayz üçün müsbət cəhətləri: 
1. Fəaliyyətinin əvvəlində ona planlar paketi ilə yardım göstərilir; 
2. Ölkə və dünya üzrə reklamı təmin olunur; 
3. Mərkəzləşdirilmiş bron sisteminə qoşulur; 
4. Qonaqlara xidmət göstərmək məqsədilə alınan avadanlıq güzəştlə verilir. 
Françayzerə  müqaviləsinin  françayz  üçün  mənfi  cəhətləri: 
1. Françayzerə zəruri qəbul haqqı ödənişini vermək; 
2. Françayzerin tələb etdiyi zəruri tələblərə əməl etmək; 
3. Françayzerin  yarıtmaz  fəaliyyəti  nəticəsində  firmanın  nişan  imicinin 
nüfuzdan düşməsi. 
Françayzinq müqaviləsinin françayzer üçün müsbət cəhətləri: 

 
23 
1. Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirir. 
2. Françayzer ödəmələrdən əlavə gəlir qazanır. 
Françayzer  üçün  mənfi  cəhətlər: 
1. Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır. 
2. Françayzi  müəyyən  edilmiş  keyfiyyət  standartlarına  əməl  etmədikdə 
françayzerin imici, nişanı nüfuzdan düşür. 
Beynəlxalq  françayzinq  təşkilatının  apardığı  tədqiqatlar  göstərir  ki,  onun 
üzvlərinin  ancaq 1%-i  iflasa  uğrayır. 
  1960-cı  ilə  qədər  “Hilton”  və  “Şeraton”  şirkətləri  françayzinq  müqavilə 
formasından  imtina  etmişlər.  Yalnız  1960-cı  ildən  sonra  bu  şirkətlərin 
strategiyasını  françayzinq  müqavilələri  təşkil  etməyə  başlayıb.  Bu hələ  də davam 
edir. 
Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin