2. Müqavilə (kontrakt) yolu ilə mehmanxanaları idarəetmə
Mehmanxana sənayesi müəssisələrinin idarəetmə formalarından biri olan
müqavilə ilə idarəetmə 1970-ci illərdə geniş yayılmışdı.
Mehmanxana sahibkarları, menecer və ya şirkətlə yazılı razılaşma əsasında
müqavilə (kontrakt) bağlayaraq idarəçiliyi ona verir.
Mehmanxana idarəçiliyi (menecment) sahəsində çalışan mütəxəssislər dəqiq
müəyyən edə bilməyiblər ki, mehmanxana sənayesində ilk dəfə müqavilə ilə
idarəçilik sazişi nə vaxt və harada bağlanıb. Mütəxəssislərin bir qismi müqavilə ilə
idarəçiliyin ilk dəfə XX əsrin əvvəllərində “Sezar Rits Qrupp” şirkəti ilə
bağlandığını söyləyir. Digər mütəxəssislər hesab edir ki, ilk dəfə müqavilə ilə
idarəçiliyi “Tradway Hotel Co” şirkəti həyata keçirib. Bəziləri isə iddia edir ki,
30-cu illərdə “Uestin hotelz” şirkəti ilk dəfə müqavilə ilə idarə edilmişdir.
90-cı illərin əvvəllərində mehmanxanaların müqavilə ilə idarə olunmasında
“Riçfild Hotel Menecment”, “Dalbri Hotel Korp” və “Intersteyt Hotelz Korp” kimi
iri şirkətlərin rolu çox böyük olmuşdur.
Müqavilə yolu ilə idarə edən şirkətin və ya menecerin müəssisəsinin əmlakına
heç bir hüquqi iddiası yoxdur.
24
Müqavilə üzrə şirkət adətən məhdud maliyyə məsuliyyəti daşıyır və hər bir
halda gəlir əldə edir. Təbii ki, mehmanxananın gəliri çoxaldıqca şirkətin və ya
menecerin gəliri də artır.
Lüks və orta dərəcəli mehmanxana sahibkarları şirkətlərin yüksək səviyyəli
peşəkar menecerləri ilə müqavilə bağlayaraq otelləri onların idarəçiliyinə verirlər.
Mənzil-qərargah Kaliforniya ştatının Beverli-Hilz şəhərində yerləşən “Hilton
Hotels” ABŞ-ın 219 şəhərində 97000 nömrəsi olan 271 oteli idarə edir. Mənzil-
qərargahı Memfisdə yerləşən və dünyanın iri şirkətlərindən sayılan “Holiday Inn”
in ABŞ və Kanadada, Avropa ölkələrində, Asiya və Cənubi Amerikada 1600
mehmanxana müəssisəsi var. Idarəetmə müqaviləsinin məzmununa, bir qayda
olaraq, 7 əsas şərt daxildir:
1. Şirkətin menecerinə mehmanxananı idarə etmək hüququ vermək. Sahibkar
(mülkiyyətçi) idarəetmə prosesinə müdaxilə edə bilməz;
2. Mehmanxana idarəçiliyində müxtəlif əməliyyatlar üzrə məsrəflər
sahibkarın (mülkiyyətçinin) üzərinə düşür, həmçinin mülkiyyət hüququndan irəli
gələn bütün maliyyə və əməli risklərə (təhlükələrə) o cavabdehdir;
3. Ehtiyatsızlıq və qəsdən elədiyi hərəkətlər istisna olmaqla, menecer digər
fəaliyyətə görə məsuliyyət daşımır;
4. Mehmanxana mülkiyyətinin idarəetmə müddəti sazişlə adətən 5, 10 və ya
20 il göstərilir;
5. Idarəetmə mükafatının ölçüsü ümumi gəlirin və ya xalis mənfəətin 2-4.5%-
ni təşkil edir. Bu müqavilədə 1-ci il 2, 2-ci il 2.5, 3-cü il və sonrakı illərdə 3.5% və
s. nəzərdə tutulur;
6. Müqaviləni yenidən bərpa etmək şərtləri. Əsasən bu şərtlərdə qərar qəbul
etməkdə üstünlük şirkətə verilir;
7. Müqaviləyə xitam vermək üçün şərtlərin ən azı 4 variantı mövcuddur. Bu
variantlarda üstünlük ya sahibkara (mülkiyyətçiyə), ya da şirkətə və ya menecerə
verilir:
- Hər hansı bir tərəfin xəbərdarlığına baxmayaraq, o biri tərəf müqavilənin
şə
rtlərini yerinə yetirməsə;
25
- Hər hansı bir tərəf iflasa uğrayarsa və ya əmlak borc olaraq kredit əvəzinə
verilərsə;
- Müəssisənin funksiyalarını həyata keçirməyə hüquq verən lisenziyanın
dayandırılmasına və ya geri çağırılmasına hər hansı bir tərəf səbəbkar olarsa.
Müqavilə hər iki tərəfin razılığı ilə dayandırıla bilər.
Müqavilə ilə idarəçilik müsbət və mənfi tərəflərə malikdir.
Sahibkar üçün müqavilə ilə idarəçiliyin müsbət tərəfləri bunlardır:
1. Menecer və ya şirkət mülkiyyə hüququna malik deyil;
2. Şirkətin rəhbərini və ya meneceri seçmək hüququ;
3. Şirkət rəhbərinin və ya menecerin rəyi ilə hesablaşmadan müəssisəyə
investisiya qoymaq hüququ;
4. Idarəçiliyin mükafatını çıxmaqla maksimum gəlir əldə etmək.
Sahibkar üçün müqavilə ilə idarəçiliyin mənfi yolları:
1. Operativ nəzarətin olmaması;
2. Maksimum risk (təhlükə) və idarəçilik mükafatının zəruriliyi;
3. Idarəçilik prosesinə müdaxilə huququnun olmaması;
4. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinin çətinlikləri.
Ş
irkətin rəhbəri və ya menecer üçün müqavilə ilə idarəçiliyin müsbət tərəfi:
1. Nüfuz dairəsinin və təsirinin genişlənməsi;
2. Sahibkarın (mülkiyyətçinin) maliyə vəziyyətindən asılılığı;
3. Müqavilənin müddətinin yaxınlaşması ilə işi itirmək təhlükəsi.
Müasir dövrdə müqavilə ilə idarəçilik sazişində qoyulmuş şərtlərin sayı artıb
və otellərin sahibkarları əməli qərarların qəbulunda daha çox təsir və nufuza
malikdir.
Sahibkar (mülkiyyətçi) şirkətin rəhbərində və ya menecerdə aşağıdakı
xüsusiyyətləri daha çox qiymətləndirir:
- təcrübəli və etibarlı olmaq;
- hesabatı tərtib etməyi bacarmaq;
- müştərilərlə danışıq aparmaq tərzini bilmək və rəhbərlik etdiyi işçiləri idarə
etmək;
26
- otelin gəlirini artırmaq üçün strateji plan işləyib həyata keçirmək bacarığına
malik olmaq;
- müştərilərə göstərilən xidmət keyfiyyətinin standartlara cavab verməsini
təmin etmək.
Beynəlxalq münasibətlərin genişlənməsi şəraitində hər bir mehmanxana
ş
irkəti digər ölkədə yerli tərəfdaş və ya daşınmaz əmlakın sahibi ilə müştərək
müəssisə yaratmağa maraqlıdır.
Hazırda mehmanxana biznesinin menecment məsələləri ilə məşğul olan
ş
irkətlər fövqəladə rəqabət şəraitində fəaliyyət göstərir.
3. Icarə yolu ilə idarəetmə
Mehmanxana sənayesi müəssisələrinin icarə yolu ilə idarə olunması 1950-
1960-cı illərdə geniş yayılmışdı.
Hazırda bu forma az istifadə edilir. Bu idarəetmənin mahiyyəti ondadır ki,
mehmanxana müəyyən müddətə icarəyə götürülür və danışıqlar əsasında faiz
müəyyən edilir (adətən 20-50%). Inkişaf etməkdə olan ölkələrdə bu forma geniş
yayılmışdır. Məsələn, “Hilton” şirkəti San-Xuan şəhərindəki (Puerto-Riko) oteli
icarəyə götürür. Bundan sonra Puerto-Riko hökuməti “Hilton”un nüfuzlu, məşhur
ş
irkət olmasını nəzərə alıb, ölkədə onun adından istifadə etməklə turizmi inkişaf
etdirmək məqsədilə “Hotel Caribe”ni “Hilton” şirkətinə güzəştli şərtlərlə icarəyə
verir.
Icarə yolu ilə idarəetmə Kubada da müvəffəqiyyətlə həyata keçirilmişdir.
Lakin Kuba inqilabından sonra Havanadakı “Hilton” oteli öz rentabelliyini itirir.
Avropada icarə forması daha çox gəlir gətirir. Londondakı “Hilton” oteli 25 illiyə
icarəyə verilmişdir. Proqnozlara görə, yaxın gələcəkdə mehmanxana sənayesində
icarə formasının yenidən geniş yayılması gözlənilir.
Mehmanxana bazarında maliyyə və pul azlığı ilə əlaqədar bəzən yarımçıq
qalmış mehmanxana layihələrinə münasibətdə yeni idarəçilik formaları axtarılır.
Arizona ştatından olan Kriçer nə Snayder icarənin yeni tipini təşkil edirlər. Bu
varianta görə ilkin kapital olmadan icarəçi mənfəət götürür. Bu sxem üzrə hər
nömrənin ümumi gəliri və müqavilə şərtləri əsasında icarəçi mehmanxananı idarə
27
edir. Icarəçi sığortaya, personalın işə qəbuluna, təchizata və marketinqə
cavabdehdir. Buna görə də icarəçi nömrələrdən əldə olunan xalis gəlirin böyük bir
hissəsinə və əlavə gəlirə malik olur.
*Françayzinq – etimoloji termininə görə fransız mənşəlidir – güzəşt, imtiyaz deməkdir.
**Françayzer – güzəşt, imtiyaz verən
***Françayz – güzəşt, imtiyaz alan
28
MÖVZU: 4. DÜNYА MEHMANXANA SƏNAYESININ
YARADICILARI VƏ LIDERLƏRI
PLАN
1.
Sеzаr Ritsin mеhmаnхаnа biznеsinin inkişаfındа rоlu
2.
Еllsvоrt Miltоn Stаtlеrin mеhmаnхаnа işinin təşkilində еtdiyi yеniliklər
3.
Kоnrаd Hiltоnun mеhmаnхаnа biznеsində əsаs strаtеgiyаsı
4.
Cоn Villаrd Mаrriоt və Еrnеst Hеndеrsоnun mеhmаnхаnа təsərrüfаtının
inkişаfındа gördükləri işlər
5.
Nikоlаs Pritskеr və оnun оğlu Cеy Pritskеrin yаrаtdığı «Hyаtt» оtеlləri
şə
bəkəsi оnlаrın хidmət üzrə təsnifləşdirilməsi
6.
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana
sahəsinin inkişаfındа rоlu
1. Sеzаr Ritsin mеhmаnхаnа biznеsinin inkişаfındа rоlu
XIX əsrin sonu, XX əsrin əvvəllərində Sezar Rits, Ellsvort Statler, Konrad
Hilton, Ernest Henderson, Hovard Conson, Uillord (Bill) Marriott mehmanxana
sənayesində öz nailiyyətləri ilə seçilmiş və tarixdə bu sahənin yaradıcıları adını
qazanmışlar.
Sezar Rits hələ sağlığında əfsanəvi şəxsiyyət kimi ad qazanmışdır. O,
vəzifəsinə sadə işdən başlayaraq inadkarlığı, zəhmətkeşliyi sayəsində tez bir
zamanda mehmanxana biznesinin sirlərinə yiyələnir. Bu sahədə mehmanxana
müdirinin, şagirdi kimi, 15 yaşından başlayır. Artıq 19 yaşında Rits Paris
restoranlarından birinə rəhbərlik edir, ancaq naməlum səbəbdən bu işini buraxaraq
məşhur «Voisin» restoranında xörəkpaylayan köməkçisi işinə düzəlir. Burada Rits
tezliklə varlı və nüfuzlu şəxslərin zövqlərini öyrənərək onları razı salmaq
məharətinə yiyələnir. Çox keçməmiş o, artıq daimi müştərinin hər biri haqqında
məlumatlı idi (müştərilər nəyi xoşlayır və onların zövqünə nə uyğun gəlir) və onlar
da həmişə Ritsin xidmət göstərməsini xahiş edirdilər.
Artıq 22 yaşında Rits Isveçrənin Lüsserna şəhərində yerləşən «Grand
National Hotel» mehmanxanasının müdiri olur. Ritsin sayəsində bu otel
29
məşhurlaşır. Ritsin yaradıcılığı ən yüksək səviyyəli və adlı-sanlı seçilmiş
müştəriləri belə özünə cəlb edir. Bu oteldə 11 il müvəffəqiyyətlə çalışan Rits
Londonda yeni açılan «Savoy Hotel» mehmanxanasının təklifini qəbul edir və 38
yaşında dünyanın dəbdəbəli otellərindən birinin müdiri olur. Ritsin şəxsi
keyfiyyətləri bu oteldə də özünü göstərir. Rits oteli kübar cəmiyyətin mədəni
mərkəzinə çevirir. Baş aşpaz Ogüst Eskofye ilə birlikdə onlar Avropa mətbəxinin
ə
n ləziz yeməklərini hazırlaya və restoranda bu yeməklərə uyğun mühit yarada
bilən kollektiv toplayırlar. Restorana yalnız axşam ziyafətləri geyimində gəlmək
ə
nənəsini məhz Rits tətbiq etmişdir. O, restorana ən məşhur musiqiçiləri dəvət edir,
vəsait xərcləyib qeyri-adi effektlər təşkil edirdi. Hətta bir dəfə suda üzən restoran
ə
trafında «Venesiya» yaratmışdı. Suda üzən qandollarda qandolyerlər italyanca
sevgi mahnıları ifa edirdilər. Rits müştərilərlə ünsiyyəti menecerin ən vacib
xüsusiyyətlərindən biri kimi qəbul edirdi. Insanların istək və arzularına diqqətlə
yanaşmağı menecer sənətinin yeni mərhələsi sayırdı. Rits özünü bütün varlığı ilə
işə sərf edir, var qüvvəsini əsirgəmirdi. 52 yaşında Rits güclü əsəb gərginliyi
keçirir və bundan sonra vəfat edir. Bu gün Ritsin adı mehmanxana biznesində
nəzakət, kübar və zəriflik sinonimi kimi səslənir.
2.
Ellsvort Milton Statlerin mеhmаnхаnа işinin təşkilində еtdiyi
yеniliklər
Ellsvort Milton Statler bütün dövrlərin və xalqların mehmanxana işinin baş
mütəxəssisi hesab edilir. Məhz o, ilk dəfə olaraq orta səviyyəli səyyahlar üçün
münasib qiymətlərlə komfort və rahatlığın yüksək standartlarına cavab verən
otellər təşkil etmişdir. Onun şəxsi həyatı çətinliklərlə doludur. Statler 15 yaşında
Qərbi Virciniya ştatının Uilinqa şəhərinin qabaqcıl otelində kuryer işləmiş, sonra
baş dəhliz xidmətçisi vəzifəsinə yüksəlmişdir. Statler tezliklə anlayır ki, bilyard
otağı və dəmir yolu biletlərini sifariş etmək üçün nəzərdə tutulmuş masa nə qədər
gəlir gətirə bilər və otelin müdirini inandırır ki, bu iki gəlirli yeri onun tabeliyinə
versin. Istedadlı təşkilatçı Statler bilyard üzrə yarışlar keçirir. Tezliklə o, boulinq
30
üçün zal açır və çox keçmədən özünün xüsusi restoranını («The Pie House») açır.
Artıq 1894-cü ildə 31 yaşlı Statler ildə 10 000 dollar gəlir əldə edirdi.
Statler Nyu-York ştatının Buffalo şəhərində özünün yeni «Ellicott Square
Buildinq» ofisinin birinci mərtəbəsində restoran açır. Tezliklə o anlayır ki, Buffalo
şə
hərinin əksər əhalisi evində yeməyi üstün tutur. Statler yaradıcılıq fantaziyası
tətbiq etmiş və uzun sürən çətinlikdən sonra şəhərin mərkəzində işləyən iş
adamlarını öz vərdişlərini dəyişdirməyə müvəffəq olmuşdur. Belə ki, onun reklam
kampaniyalarından biri belə adlanırdı: «25 sentə kifayət qədər yeyə bilərsiniz».
Biznesinin müvəffəqiyyətlə getdiyini görən Statler daha yüksək işlər haqqında
düşünürdü. Əvvəlcə Statler 2257 nömrəli «Inside-Inn» otelini açır. Sent-Lusdə
keçirilən ümumdünya sərgisində bu otel əlamətdar tikinti kimi qəzetlərdə reklam
olunmuşdu. 1908-ci ildə Buffalo şəhərində 300 nömrəli «Buffalo Statler» oteli
açılır. Otelin işinin təşkilində Statlerin bacarığı, dahiliyi özünü bütün varlığı ilə
göstərir. Bu otel orta səviyyəli qonaqlara xidmət göstərən ilk mehmanxana idi ki,
hər nömrənin öz vanna otağı vardı. Statler o oteldə digər yeniliklər də tətbiq
etmişdi. Bu, Buffalo şəhərində ilk otel idi ki, nömrələrində su kranları, dəsmal
asılqanları, telefon və işıqlı olan geniş tualetlər var idi. Statlerin mehmanxana
biznesi üçün geniş imkanlar açılırdı.
1912-ci ildə o, «Cliveland Statler» otelini tikdirir. Bu mehmanxana iri biznes
qrupları üçün nəzərdə tutulmuşdu. Hər qonağa pulsuz qəzet çatdırılması oteldə bir
yenilik idi. Burada hər bir şey nəzərə alınmışdı. Belə ki, mətbəx işinin təşkili,
işçilərin bir-birinə mane olmadan hərəkət etmələri, yeməklərin keyfiyyətlə və
vaxtında hazırlanması, mətbəxin bilavasitə yaxında olması və s. Oteldə nömrələr
zəngin bəzədilmiş, divarların rəngləri zövqlə seçilmişdi.
Statler otellərdə bir çox yeniliklər tətbiq etmişdi. Bunlar poçt xidmətinin
otellərdə tətbiqi, otaqlarda yataq yanında işıqlandırıcı cihazlar, pulsuz radio
nöqtələri, dəsmalların və dəftərxana ləvazimatının olması idi.
«EM» - Statler məhz belə imza atarmış. O, elə bil ki, daimi enerji istehsal
edən bir «mühərrik» idi və işinin təşkilində hətta xırda detalları belə nəzərdən
qaçırmazdı.
31
3.
Kоnrаd Hiltоnun mеhmаnхаnа biznеsində əsаs strаtеgiyаsı
Konrad Hiltonun müvəffəqiyyətini adətən iki strategiya üzrə müəyyən
edirlər:
1) Ən yaxşı menecerləri işə dəvət edib onlara fəaliyyətində tam müstəqillik
vermək;
2) Məharətli danışıq aparmaq qabiliyyəti Bank işində uğur qazanan Konrad
Hilton sonradan mehmanxana biznesi ilə məşğul olur və böyük nailiyyətlər
qazanır. Hələ 1919-cu ildə bank işi ilə məşğul olduğu vaxtlar Texas ştatının
Sisko şəhərində «Mobley» adlı Konrad Hilton adlı oteli 5000 dollara alır və ora
xeyli sərmayə qoyur. Hilton mehmanxana otaqlarını neft axtaran işçilərə və
inşaatçılara icarəyə verir. Mehmanxana nömrələrinə böyük ehtiyac olduğundan o,
bir otağı eyni zamanda üç və ya dörd adama yaşamağa verərdi. Bəzən hətta öz
otağını da icarəyə verər və özü dəhlizdə kresloda yatardı. Bank biznesini yaxşı
bildiyindən və bu sahədə müəyyən əlaqələri olduğundan Hilton çox asanlıqla
kredit götürərək əldə edilmiş yeni obyektlərin haqqını ödəyirdi. Məhz bu səbəbdən
onun biznesi sürətlə inkişaf edir və o, tezliklə yeddi otelin sahibi olur. Hiltonun
strategiyasına görə, biznesi sürətlə inkişaf etdirmək üçün çoxlu borc (kredit pul)
götürmək lazımdır. Bu strategiya 1930-cu ilə kimi (Böyük depressiyanın
başlanması ilə əlaqədar) yaxşı işləyirdi. Hilton aldığı borcları (kreditləri) qaytara
bilməyərək iflasa uğrayır. Buna baxmayaraq, Hilton yenidən müvəffəqiyyət
qazanmağa can atırdı. Xərcləri azaltmaq məqsədilə Hilton həyatını sığortalayaraq
pul götürür, özü isə başqa bir oteldə işə düzəlir. Hiltonun biznesi və onun otelçilik
işində müvəffəqiyyəti və uğursuzluqları bu sahədə əfsanəyə çevrilib.
«Nyu-York Tayms» qəzeti Hilton haqqında yazırdı ki, o, maliyyə
ə
məliyyatlarının ustadı və məharətli danışıqlar aparan işgüzar adam idi. Hilton
danışıqlarda diqqət edirdi ki, aldığı əmlaka görə artıq pul verməsin. O, «zamanı və
vaxtı» gözəl və mükəmməl hiss edirdi.
32
Hilton otelin vestibülündə kresloda əyləşən, dincələn insanları müşahidə
edərək ilk dəfə bu vestibüllərdə görüş yeri, bar, qəzet və hədiyyələr satılan köşk
təşkil edərək əlavə pul qazanmışdır.
1994-cü ildə «Hilton» şirkəti özünün 75 illik yaradıcılıq biznesinin brilyant
yubileyini keçirib (Konrad Hilton 1919-cu ildə «Mobley» otelini almaqla bu
biznesin əsasını qoymuşdur).
4. Cоn Villаrd Mаrriоt, Еrnеst Hеndеrsоn Hovard və Dirinq Consonun
mеhmаnхаnа təsərrüfаtının inkişаfındа gördükləri işlər
Con Villard Marriott ABŞ-ın Yuta ştatında anadan olmuşdur. O, ailənin səkkiz
uşağından ikincisi idi. Adətən böyük ailələrdə olduğu kimi, o, gənc yaşlarından
müxtəlif işlər görərək pul qazanmağa başlamışdır. Belə ki, 18 yaşına kimi iki il
ə
rzində o, mormonlar missiyasında işləmiş, bundan sonra Weber Junior kollecinə
daxil olmuş, onu bitirdikdən sonra Yuta ştatının universitetində təhsilini davam
etdirmişdi. Təhsilinin haqqını ödəmək və ailəsinə kömək etmək məqsədilə Marriott
müxtəlif yerlərdə işləmiş, hətta yun paltarlar satmaqla məşğul olmuş, kitab
mağazasında müdir və orta məktəbdə ingilis dili müəllimi olmuşdur.
1927-ci ildə o, həyat yoldaşı Elis Marriottla birlikdə ölkənin paytaxtı
Vaşinqton şəhərində özü tikdiyi köşkdə «A & W Root Beer» pivəsi satırdı. Onun
bu biznesi havaların soyuq düşməsi ilə əlaqədar zəifləyirdi. Marriott qərara gəlir ki,
çeşidə (assortimentə) isti yeməklər əlavə etsin. O, köşkün adını «Hot Shoppe»
(«Isti yeməklərin satışı») qoyur. Marriottun bu ideyası uğur qazanır və 30 yaşında
artıq o, milyonçu olur.
Səhhətindəki problemlərə baxmayaraq, Marriott çox enerjili bir insan idi. O,
hər cəhdlə öz biznesini genişləndirirdi. Məhz Marriott ilk dəfə olaraq sərnişinləri
uçuş zamanı yeməklə təmin etmək təklifini verir. Bu ideyanı o, 1937-ci ildə
«Hoover Airfield» kompaniyası (şirkəti) ilə birgə həyata keçirmişdir. Bundan iki il
sonra o, qida məhsulları bazarına çıxaraq dövlət idarələrinə, məktəb
yeməkxanalarına və xəstəxanalara öz xidmətlərini təklif etmişdir. 1957-ci ildə
Marriott ilk mehmanxanasını açır.
33
Uğurlarını və şirkətinin müsbət imicini nəzərə alaraq 1967-ci ildə o,
kompaniyasının adını «Marriott Corparation» qoyur.
Marriottun kiçik oğlu Kiçik Bil! 1972-ci ildə «Marriott Corporation» şirkətinin
rəsmi baş icraçı direktoru olmuşdur. Yeni rəhbərliyin idarəçiliyi ilə kompaniyanın
satış həcmi sürətlə artır və 1980-ci ildə üç milyardı keçir. Kompaniyanın fəaliyyət
sahəsi genişlənir, kurort-mehmanxanalar, kruiz (səyahət) gəmiləri ilə, tez yeməklə
təmin edən restoranlarla, ahıl və qoca adamların yaşadığı yerlərlə məşğul olur.
Villard Marriottun 1985-ci ildə vəfatından sonra da şirkət qonaqpərvərlik
sənayesində əsas yerlərdən birini tutmaqdadır. Biznesini pivə satışı köşkündən
başlayan Marriott özünə inamı, iradəsi, zəhmətkeşliyi sayəsində müvəffəqiyyətlərə
nail olmuş, tarixdə ad qoymuş və milyardlarla dollar qazanaraq böyük bir
«Marriott Corporation» şirkətini qoyub getmişdir.
Ernest Henderson («Şeraton» şirkəti) 26 il ərzində möhtəşəm mehmanxana
korporasiyası yaratmağa müvəffəq olmuşdur. Onun maliyyə hesabları, analitik
zəkası, sağlam düşüncəsi, hissiyyatı, enerjisi, zəhmətkeşliyi adi «Şeraton» şirkətini
dünya mehmanxana liderləri sırasına çıxarmışdı. Henderson 1967-ci ildə vəfat
etmişdir. Həmin il onun 154 oteli var idi. Henderson uğurlu sövdələşmələr
aparmaq ustası idi. O, sərfəli qiymətlərlə otel almağı, baha qiymətə satmağı
bacarırdı. Onun ağıllı hesablamaları və məqsədli işi həssaslığına, hissiyyatına,
sentimentallığına, lirikasına üstün gəlirdi. Henderson mehmanxana biznesində lider
kimi ad qoyub getmişdir.
Hovard Conson mehmanxana və restoran biznesində məşhur adlardan biridir.
Bu ad təkmilləşməyə cəhd edən və amerikalıların bu sahəyə tələbatını vaxtında
görən bir sinonimdir.
Conson atasının tütün məmulatları kompaniyasında satıcı işləyir, 1925-ci ildə
onun vəfatı ilə əlaqədar məktəbdə oxumağı davam etdirə bilməyərək başqa işlə
məşğul olur. O, sabit gəlir mənbəyi əldə etmək məqsədilə 500 dollar borc əldə edir
və Uoleston (Massacusets ştatı) şəhərində kiçik aptek açır. Bu aptekin nəzdində
kiçik qəzet köşkü də var idi. Biznesinin gəlirli olmasına baxmayaraq, qəzet
Sаtışına verilən francayzinq lisenziyasını itirmək qorxusu onu mağazanı
34
bağlamağa vadar edir. Yay mövsümündə Conson Massacusets çimərliklərində xeyli
miqdarda köşk tikir və 10 sentə pirojki, dondurma satmaq üçün yeniyetmə uşaqları
cəlb edir. Conson 1930-cu illərdə francayzinq təcrübəsini geniş həyata
keçirənlərdəndir. Bunun sayəsində 1935-ci ildə Hovard Consonun 25 restoranı,
1940-cı ildə artıq 100 restoranı fəaliyyət göstərirdi. 1954-cü ildən Consonun
kompaniyası mehmanxana biznesi ilə məşğul olur və francayzinq lisenziyası ilə
Corciya ştatının Savanna şəhərində ilk motelini açır.
1959-cu ildə Böyük Hovard şirkət prezidentinin səlahiyyətini oğluna verir və
biznesi inkişaf etdirməyi vəsiyyət edir. 1996-cı ildə Hovard Conson
kompaniyasının yeni prezidenti və icraçı direktoru Stefan Filipsin rəhbərliyi altında
qonaqpərvərlik sahəsində «Gələcək bu gün gəlir» planını işləyib hazırlayır. Bu
planın əsas məqsədi gələcək yüzillik üçün kompaniyanın şöhrətini bərpa etməkdir.
Bu yeniliyin əsasını cəsarətli müasir marketinq təşkil edir.
Dostları ilə paylaş: |