5. Nikоlаs Pritskеr və оnun оğlu Cеy Pritskеrin yаrаtdığı «Hyаtt» оtеlləri
şə
bəkəsi оnlаrın хidmət üzrə təsnifləşdirilməsi
Nikolas Pritsker Ukraynadan ABŞ-a ailəsi ilə mühacirət edərkən öz
karyerasını kiçik hüquq kontoru açmaqdan başlayır. Onun idarəetmə bacarığı
sayəsində kontor tezliklə genişlənir və qısa vaxt ərzində idarəetmə kompaniyasına
çevrilir. Pritskerlər ailəsi maliyyə dəstəyi alandan sonra onların biznesi genişlənir
və inkişaf edir.
27 sentyabr 1957-ci ildə ilk «Hyatt» mehmanxanasının açılışı olur.
Onun oğlu Cey Pritsker Los-Anceles şəhərində yerləşən və kaliforniyalı
investor Hyatt Van Dehnə məxsus oteli almaqla «Hyatt Hotels» korporasiyasını
yaratmışdır.
Hazırda «Hyatt Hotel Corporation» mehmanxana menecmenti və tikinti ilə
məşğul olan kompaniyadır. Bu kompaniyanın tərkibinə ümumi dəyəri 2,5 milyard
dollar olan «Hyatt International» şəbəkəsi daxildir. Bu, hazırda 7,37% bazar payı
olan iri şəbəkə strukturlarından biridir.
35
Dünya liderlərindən hesab olunan «Hyatt» yüksək səviyyəli xidmət və lüks
mehmanxana nömrələri ilə təmin edən struktur kimi şöhrət qazanmışdır.
Müxtəlif tipli müştəriləri cəlb etmək məqsədilə «Hyatt» öz obyektlərini
xidmətlər üzrə strateji olaraq diferansiallaşdırır (bölür). Bu bölgü 4 əsas növ
otellərin yaranmasına səbəb olmuşdur:
1. «Hyatt Regency Hotels» - kompaniyanın əsas mehmanxanalarındandır. Bu
növ otelləri adətən şəhər biznes mərkəzlərində yerləşdirirlər və beşulduz otel
dərəcəsinə aid olur;
2. «Hyatt Resorts» - yalnız istirahət üçün nəzərdə tutulmuş müəssisələrdir;
istirahət zonalarında yerləşir və müştərilərə əsəb gərginliyini, yorğunluğu aradan
qaldırmaq üçün müxtəlif xidmətlər təklif edir;
3. «The Park Hyatt Hotels» - Avropa üslubunda tikilmiş kiçik, lüks tipli
mehmanxanalardır. Müştəriləri fərdi səyahətçilərdir. Onlar xüsusi və şəxsi xidmətə
üstünlük verirlər;
4. «The Grand Hyatt Hotels» - istirahət edənlər, konfrans və iclas keçirilməsi
üçün nüfuzlu və əlverişli sahələrdə yerləşir. Bu mehmanxanalarda dünya
standartlarına uyğun banket və konfranslar keçirilir.
«Wall Street Joumal»da «Hyatt Hotel Corporation» 1990-cı illərdə
qonaqpərvərlik sənayesində ən yaxşı 66 müəssisə sırasına daxil edilmişdir.
Həqiqətən Pritskerlər ailəsinin yaratdığı bu kompaniyanın xarakterik xüsusiyyəti
effektli idarəetmədir (menecment).
«Hyatt Hotel Corporation» kompaniyasında mərkəzləşdirilmiş idarəetmə
mövcuddur, bu da baş menecerə qərar qəbulunda geniş imkanlar verir və şəxsi
yaradıcılığı stimullaşdırır, yeniliklərə imkan yaradır.
Yeni konsepsiyaların işlənib-hazırlanması «Hyatt» otellərinin müvəffəqiyyə-
tinin əsas səbəblərindən biridir. Məsələn, Corciya ştatının Atlanta şəhərində 1967-
ci ildə açılmış otel ona dünya şöhrəti qazandırmışdır. Bu otelin 21-ci mərtəbədə
geniş holl, şüşəli liftlər, fırlanan restoran qonaqlan heyran qoymuşdur. Memar Corc
Portman mehmanxana sənayesində ənənəvi dizayn üslubunu, sahələrin bölünməsi
standartlarını tamamilə dəyişmişdir.
36
1969-cu ildə Honkonqda «Hyatt Regency» otelinin açılışı ilə «Hyatt»
beynəlxalq şirkət kimi fəaliyyətə başlayır. «Hyatt International» xaricdə yerləşən
otelləri idarə etmək üçün yaradılan bir şirkətdir.
Idarəetmədə tətbiq edilən üsullardan biri də menecerin menecer qonaqların
istək və arzularını yaxından öyrənməsi, ehtiyaclarını maksimum ödəmək məqsədilə
onlara fərdi xidmətlər təklif etməlidir. Bu isə müştərilərin istəyinin təmin
olunmasının əsas şərtdir. Bu amil «Hyatt» otelinin hər bir menecerinin iş
üslubudur. Orijinal və müxtəlif xidmətlərin qonaqlara təklif edilməsi «Hyatt»
otellərinin imicini, nüfuzunu artırır. Məsələn, «Hyatt» oteii işgüzar qonaqlara
«Hyatt Business Plan» təklif etmişdir. Bu plana əsasən nömrələrə faks,
surətçıxarma aparatı, printerlər qoyulur ki, bunlardan da istifadə edirlər. Bundan
başqa, ailəvi qonaqlar üçün «Camp Hyatt» proqramı təklif olunur. Bu proqrama
görə, uşaqlarla məşğələlər təklif olunur. «Hyatt» şirkətində insan amilinə diqqətlə
yanaşma onun müvəffəqiyyətinin səbəblərindən biridir. Şirkətin əməkdaşlarının
öz işini sevməsi, peşəkarlığı qonaqlara göstərilən xidmətin keyfiyyətinə müsbət
təsir göstərir. «Hyatt»ın rəhbərliyi işçilərin seçilməsinə və peşəkar hazırlanmasına
böyük diqqət yetirir. Ən əhəmiyyətlisi isə şirkətin rəhbərliyi ilə sıravi əməkdaşların
qarşılıqlı əlaqəsidir.
1989-cu ildə şirkətin prezidenti Darrell Xartli Leonard «Əsaslarla ünsiyyət və
yanaşma günü» ideyasını irəli sürür. Bu təşəbbüsə görə, şirkət özünün mənzil-
qərargahındakı ofislərini bağlı elan edir, baş menecerlər ABŞ, Kanada və başqa
yerlərdə fəaliyyət göstərən «Hyatt» otellərinə gedir və bır gün oteldə sıravi
ə
məkdaş kimi çalışırlar. Bu cür strategiya çox səmərəlidir. «Hyatt» otelinin sıravi
ə
məkdaşları kimi çalışan yüksək səviyyəli menecerlər, öz işçilərinin gündəlik
problemləri ilə üzləşir, ilk məlumatları əldə edirlər ki, bu da gələcəkdə
problemlərin həllində öz müsbət nəticəsini göstərir. Bu konsepsiya sıravi işçilər
tərəfindən yüksək qarşılanır.
Darrel Xartli Leonardın bu üsulu uğurlu olmuşdur. O, «Hyatt»da 1964-cü
ildən «Los-Anceles Hyatt» otelində qeydiyyat aparan kleri kimi fəaliyyətə
başlamışdır. Müxtəlif idarəçilik vəzifələrində çalışan Darrel 1974-cü ildə Atlantada
37
yerləşən «Hyatt Regency» otelinin baş meneceri, iki ildən sonra isə region üzrə
vitse-prezident təyin olunur. 1978-ci ildə o, korporasiyanın vitse-prezidenti olur.
1986-cı ildə artıq Qorrel Xartli Leonard «Hyatt» korporasiyasının prezidenti, 1994-
cü ildə idarə heyətinin sədri idi. Hazırda «Hyatt Hotel Corporation» idarə heyətinin
sədri Cey Pristkerdir.
7.
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana
sahəsinin inkişаfındа rоlu
Turizm müasir dövrün mühüm və daim inkişaf edən sosial-iqtisadi hadisə
olmaqla bütün dünyaya öz geniş imkanlarını açır və ölkələrin müxtəlif sahəli
iqtisadiyyatının inkişafının əsasını təşkil edir.
Bütün bu hadisələr müxtəlif xalqların iqtisadiyyatının, elm və mədəniyyətinin
inkişafına böyük təkan vermişdir.
Turizm planetimizin xalqlarını bir-birinə yaxınlaşdırmış, onların bir-birinin
tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmasına şərait yaradaraq son
nəticədə xalqlar arasında qarşılıqlı
anlaşmaya
və
dünyada
sülhün
möhkəmlənməsinə kömək etmişdir.
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və mehmanxana sahəsində
özünəməxsus yer tutur. Onu turizmin patriarxı da adlandırırlar. Bu mənsəbə və
yüksəlişə Siyavuş Yeqanlı birdən gəlməyib. Böyük ailədə anadan olan, çətin həyat
yolu keçən Siyavuş Yeqanlı zəhmətsevərliyi və inadkarlığı ilə öz yaşıdları arasında
fərqlənirdi. Əmək fəaliyyətinə Qaradağ sement zavodunda fəhləlikdən başlayan
Siyavuş Yeqanlı Pedaqoji Dillər Institutunun ingilis dili fakültəsinə daxil olur və
oranı müvəffəqiyyətlə bitirir. 1963-cü ildə «Inturist» sistemində tərcüməçi-bələdçi
kimi işləyən Siyavuş Yeqanlı tezliklə Qana və Misir Ərəb Respublikasına
tərcüməçi kimi ezamiyyətə göndərilir. Burada işlədiyi müddətdə o, yüksək
peşəkarlıq nümayiş etdirir. Turizm işini gözəl bilən və onu dərindən sevən Siyavuş
Yeqanlı 1969-cu ildə yenidən «Inturist» sistemində artıq turistlərə xidmət göstərən
ş
öbənin müdiri kimi fəaliyyətə başlayır. Bu fəaliyyəti zamanı o, turizm və
mehmanxana işinin incəliklərinə daha dərindən yiyələnir. Yüksək peşəkarlığa və
38
liderlik xüsusiyyətlərinə malik olan S.Yeqanlı tez bir zamanda 1973-cü ildə
respublikanın ən böyük mehmanxana kompleksinə - «Azərbaycan»a («Inturist»
sistemi) müdir müavini təyin olunur. Bu vəzifədə işlədiyi zaman kollektivə
rəhbərlik etmək və yüksək idarəçilik bacarığına malik olduğunu göstərir. Siyavuş
Yeqanlının təşəbbüskarlığı və səmərəli təklifləri turistlərə göstərilən xidmətin
səviyyəsini və keyfiyyətini daha da artırır.
S.Yeqanlı turistlərin qəbul və xidmət şöbəsində yeni iş jurnalı tətbiq edir. Bu
jurnalla mehmanxanaya gəlib-gedən turistlərin və həmçinin nömrələrin sayı dəqiq
və düzgün aparılır.
Moskvada nəşr olunan «Prоblеmı inоstrаnnого turizmа
B
CCCP» məcmuəsi
bu barədə yazırdı: «Azərbaycan» mehmanxanasında yeni iş jurnalı tətbiq olunub.
Bu jurnalda turistlərin qəbulu və nömrələrin hesabatı dəqiq aparılır. Jurnalda
nömrələrin bronu (sifarişi), mərtəbələr üzrə nömrələrin sayı, lüks və yarımlüks
nömrələr, qrup və fərdi turistlərin gəlib-getmə vaxtı, fərdi qonaqların soyadı və ya
təşkilatın adı və s. öz əksini tapır. Bizim fikrimizcə, mehmanxananın bu təcrübəsi
diqqəti cəlb edir.
Qeyd etmək lazımdır ki, o vaxt üçün bu sistem çox mühüm bir amil idi. Ona
görə ki, elektron qurğusu və kompüter sistemi yox idi.
1978-ci ildə S.Yeqanlı yeni istifadəyə verilən və respublikada ən yüksək
komforta malik olan «Moskva» («Inturist») mehmanxanasına müdir təyin olunur.
Siyavuş Yeqanlı o zaman SSRI-də «Inturist» sistemində ən gənc mehmanxana
müdiri idi. «Moskva» mehman-xanasında işlədiyi müddətdə o, «Inturist» sistemi
üçün milli kadrların hazırlanmasında, onların təhsil və təlimində böyük rol
oynamışdır. Işçilərin bir qismi Moskva şəhərində «Inturist»in ixtisasartırma
kurslarına, digərləri SSRI-nin müxtəlif şəhərlərinə və xarici ölkələrə təcrübə
mübadiləsinə göndərilir.
«Inturist»in peşəkar işçiləri müxtəlif Ümumittifaq və beynəlxalq
müsabiqələrdə iştirak edərək layiqli yerlər tuturdu.
39
S.Yeqanlı turistlərə göstərilən xidmətin keyfiyyətini və səmərəsini artırmaq
məqsədilə
«Moskva»
mehmanxanasında
turistlərin
qəbul
bölməsiylə
tərcüməçilərin bölməsini birləşdirərək turistlərin qəbul və xidmət şöbəsini yaradır.
1983-cü ildə S.Yeqanlının yaratdığı bu şöbə SSRI-də «Inturist» sistemi üzrə
turistlərə göstərdiyi yüksək keyfiyyətli xidmətə və valyuta planını artıqlaması ilə
yerinə yetirdiyinə görə birinci yerə layiq görülmüş və şöbənin bütün işçiləri
mükafatlandırılmışdı. S.Yeqanlının rəhbərlik etdiyi «Moskva» mehmanxanası
sabiq SSRI-də «Inturist» sistemi üzrə dəfələrlə 2 və 3-cü yerləri tutmuşdur.
S.Yeqanlı 1983-cü ildə Moskva Ümumittifaq Hüquq Institutunu bitirir və
həmin ildə o, «Inturist» Səhmdar Cəmiyyətinin Azərbaycan şöbəsinin rəisi və
Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm Idarəsinin rəis müavini
vəzifələrinə təyin olunur.
Daha sonra S.Yeqanlı Azərbaycan SSR-in Xarici Turizm üzrə Baş Idarənin
rəisi və SSRI Xarici Turizm üzrə Dövlət Komitəsinin Azərbaycan Birliyinin Baş
direktoru təyin olunur. Hal-hazrda Siyavuş Yeqanlı Bakı Biznes Mərkəzinin Baş
direktorudur. S.Yeqanlı istər adi tərcüməçi, istərsə də yüksək dövlət məmuru
vəzifəsində çalışsın, o, həmişə mehmanxana və turizm sahəsində yüksək səviyyəli
mütəxəssis olduğunu sübut etmişdir.
Moskva hökuməti yanında Turizm, Mehmanxana və Restoran Biznesi
Akademiyasının rektoru professor I.A.Ryabova 29 noyabr 2002-ci il tarixdə
keçirilən bu Akademiyanın 35 illik yubileyinə dəvət olunan S.Yeqanlıya
göndərdiyi məktubda yazırdı: «Moskva Turizm, Mehmanxana və Restoran Biznesi
Akademiyası SSRI Dövlət Xarici Turizm Komitəsini Mütəxəssislərin
Təkmilləşdirmə Institutunun varisi sayaraq Sizi institutun 35 illik yubileyi
münasibətilə keçirilən təntənəli yığıncağa dəvət edir. Sabiq SSRI dövlətinin və
Azərbaycanın beynəlxalq turizm əlaqələri sahəsinin qocaman işçisi olaraq Siz
tərcüməçi vəzifəsindən Azərbaycanın turizm üzrə dövlət orqanının rəhbəri
vəzifəsinə yüksələrək ölkənin turizm sənayesinə yüksək xidmətlər göstərmisiniz.
Vaxtilə bizim akademiyada aldığınız biliklər də buna səbəb olmuşdur».
40
MÖVZU: 5. MEHMANXANA TƏSƏRRÜFАTINDА
TƏSNIFAT SISTEMI
PLАN
1. Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri
2. Kollektiv və fərdi yerləşdirmə vasitələri
3. Mehmanxanaların təsnifatlaşdırılması meyarları
4. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar)
5. Müхtəlif ölkələrin tənifаt sistеmi
1.
Mеhmаnхаnаlаrın təsnifаtı хüsusiyyətləri
Mehmanxanaların kateqoriyası, təqdim etdiyi müxtəlif səviyyəli xidmət
növləri müəssisənin işinin təşkilinə, iqtisadi göstəricilərinə böyük təsir göstərir.
Mehmanxanaların təsnifatı problemi həmişə oldüğü kimi bü gün də türizm və
otelçilik sahəsində çalışan mütəxəssislərin diqqət mərkəzindədir.
Mehmanxanaların təsnifatının işlənib hazırlanması sistemi türizm sahəsinin
mürəkkəb problemlərindən biridir.
Hazırda dünyada 30-a yaxın milli təsnifat sistemi mövcüddür. Dünyada vahid
təsnifat sisteminə keçməyə müxtəlif amillər, o cümlədən mədəni-tarixi, milli
ə
nənələr, iqlim şəraitinin müxtəlifliyi və s. mane olür.
Büna baxmayaraq, ümümi təsnifat əlamətləri mövcüddür. Müxtəlif milli
təsnifat sistemlərinin mühüm fərqlərinə baxmayaraq, bü oxşar əlamətlər seçilir.
Bünlar mehmanxananın nömrə fondünün tütümü (yerlərin sayı), mehmanxana
müəssisəsinin fünksional təyinatı (büna məqsədli bazar deyilir), xidmət səviyyəsi,
mülkiyyət forması, mehmanxananın yerləşdiyi yer və sairədir.
Təbii ki, hər hansı bir təsnifat məlüm həddə nisbidir. Bü nisbilik konkret
olaraq özünü mehmanxananın bir neçə dərəcəyə aid edilə bilməsində və ya əksinə,
heç bir dərəcəyə aid edilməməsində göstərə bilər.
Mehmanxana sənayesini öyrənərkən təkcə məhdüd milli təsnifat sistemlərini
bilmək kifayət etmir (Büra, əsasən, mehmanxana bazasının kəmiyyət
xarakteristikası, göstərilən xidmətin səviyyəsi və keyfiyyəti aiddir).
41
Mehmanxanaların müxtəlif təsnifat əlamətləri həm milli, həm də
mehmanxana sənayesi üzrə beynəlxalq statistikada istifadə olünür.
Ümümdünya Türizm Təşkilatının tövsiyəsi əsasında türistləri yerləşdirmə
vasitələrinin standart təsnifatı qəbül olünmüşdür. Büna əsasən yerləşdirmə
vasitələri iki dərəcəyə bölünür - kollektiv və fərdi.
2. Kollektiv və fərdi yerləşdirmə vasitələri
Kollektiv və
fərdi yerləşdirmə vasitələri deyiləndə türistlərə müntəzəm və ya
hərdənbir gecələmək üçün yerlərin təqdim edilməsi başa düşülür. Bü halda mövcüd
nömrələrin sayı 7 və ya 10-dan aşağı olmamalıdır (Italiyada 7, Rüsiyada minimüm
10 nömrə olmalıdır). Bütün nömrələr mehmanxana müəssisəsinin rəhbəri
idarəçiliyində olmalıdır və göstərilən xidmətin səviyyəsindən, mövcüd avadanlığın
təchizatından asılı olaraq nömrələr dərəcələrə bölünür. Kollektiv yerləşdirmə
vasitələrinə mehmanxanalar, onlara bənzər analoji yerləşdirmə vasitələri,
ixtisaslaşmış müəssisələr və digər yerləşdirmə vasitələri aid edilir.
ÜTT-nin tərifinə görə, xidmət sahəsinə və mövcüd avadanlıqla təchiz
olünmasına əsasən dərəcələrə və kateqoriyalara bölünmüş müəyyən nömrələr
sayından ibarət, vahid rəhbərliyə tabe olan servis xidmətləri (ən azı yataqların
sahmanlanması, otaqların və sanitar qovşaqlarının yığışdırılması) göstərən
kollektiv yerləşdirmə vasitəsi mehmanxana adlanır.
Bənzər (analoji) yerləşdirmə vasitələri pansionlar, mebelləşdirilmiş otaqlar,
türist yataqxanaları və digər yerlərdən ibarət olür və məhdüd xidmətlər göstərir
(Yataqların gündəlik sahmanlanması, otaqların və sanitar qovşaqlarının
yığışdırılması).
Ixtisaslaşmış yerləşdirmə vasitələri yerləşdirmə xidməti ilə yanaşı, hər hansı
bir ixtisaslaşmış fünksiya yerinə yetirir. Bü qəbildən olan yerləşdirmə vasitələrinə
müalicə müəssisələri, əmək və istirahət düşərgələri, konqres mərkəzləri aid olüna
bilər. Digər kollektiv-yerləşdirmə vasitələri məhdüd mehmanxana xidmətləri
göstərir (Gündəlik olaraq yataqların sahmanlanması və otaqların yığışdırılması
istisna olmaqla).
42
Digər kollektiv yerləşdirmə vasitələri qrüpüna yaşayış yerləri kimi təşkil
edilmiş və istirahət üçün nəzərdə tütülmüş evlər kompleksi, kempinqlər və s.
aiddir.
Fərdi yerləşdirmə vasitələrinə şəxsi yaşayış evləri, villalar, kotteclər, icarəyə
götürülmüş otaqlar, qohüm və tanışlar tərəfindən müftə verilmiş otaqlar daxildir.
Yerləşdirmə vasitələrinin bü və ya digər qrüplara bölünməsi heç bir ölkənin
öz normativ və qanünverici aktları əsasında aparılır.
Məsələn, Italiyanın «Türizmin inkişafı və təkmilləşməsi haqqında» qanününa
görə, mehmanxana təsərrüfatına türistlərin qəbülü üçün nəzərdə tütülmüş
müəssisələrə mehmanxanalar, motellər, kənd türist kompleksləri, pansionatlar,
gənclər üçün istirahət bazaları və düşərgələri, türist kəndləri və kənd evləri daxil
edilmişdir.
Danimarka
qanünvericiliynə
ə
sasən,
yerləşdirmə
vasitələrinə
-
mehmanxanalar, motellər, kempinqlər, türist bazaları, internatlar aid edilir.
3. Mehmanxanaların təsnifatlaşdırılması meyarları
Mehmanxanalar müxtəlif meyarlara görə təsnif olünür:
1. Komfort (rahatlıq) səviyyə;
2. Nömrə fondünün tütümü (yerlərin sayı);
3. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar);
4. Mehmanxananın yerləşdiyi yer;
5. Mehmanxananın işləmə müddəti;
6. Qonaqların yeməklə təminatı;
7. Qonaqların qalma müddəti (üzün və qısa);
8. Qiymətlərin səviyyəsi.
Komfort (rahatlıq) səviyyə
Mehmanxanaların təsnifat sistemində əsas yeri komfort (rahatlıq) tütür.
Komfort (rahatlıq) səviyyə mehmanxananın göstərdiyi xidmət keyfiyyətlərini
özündə cəmləşdirir. Bünlar aşağıdakılardır: mehmanxananın nömrə fondünün
vəziyyəti, nömrələrin sahəsi (m
2
), biryerli (birotaqlı), çoxotaqlı, apartament
43
nömrələrin olması. Kommünal xidmətlərin rahatlığı, mebel inventarları, sanitar-
gigiyena avadanlığının təyinatı, yemək müəssisələri və onların vəziyyəti (kafe, bar,
restoran), mehmanxana binasının yeraltı yollarının olması, binaya bitişik ərazinin
abadlıq vəziyyəti, informasiya təminatı və texniki təchizatı, o cümlədən telefon,
peyk rabitəsi, televizor, faks, kompüter, soyüdücü, mini-bar, mini-seyf və s.
Göstərdiyimiz parametrlər mehmanxanaların bütün təsnifat sisteminə aiddir.
Nömrə fondünün tütümü (yerlərin sayı)
Mehmanxanaların tütümü nömrələrin və ya yerlərin sayı ilə müəyyən olünür.
Dünyada mehmanxanaların kiçik, orta, iri olması təyinatına ümümi yanaşma
yoxdür. Hər ölkə öz tarixi, sosial-iqtisadi xüsüsiyyətlərinə görə bü məsələyə fərdi
yanaşır. Hər il nəşr olünan «Illik məcmüə»də dünyanın bütün kiçik lüks
mehmanxanalarının (10 nömrədən 200 nömrəyədək) siyahısı göstərilir.
ÜTT 30 nömrəyədək olan mehmanxanaları kiçik mehmanxana saymağı
tövsiyə edir. Avropa üçün kiçik mehmanxanalar tipikdir. Almaniyada 40
nömrəyədək olan mehmanxanalar kiçik sayılır, 40-dan 80-dək orta, 80-dən yüxarı
nömrəsi olan mehmanxanalar iri sayılır. Amerikada və Asiyada bündan daha çox
yeri olan mehmanxanalar iri sayılır. Bir çox ölkələrdə mehmanxanaları yerləşdirmə
(nömrə fondünün tütümüna) təsnifatına görə dörd dərəcəyə bölürlər:
1. Kiçik mehmanxanalar (100-150 nömrə);
2. Orta mehmanxanalar (100-dən 300-400 nömrə);
3. Iri mehmanxanalar (300-400-dən 1000-dək nömrə);
4. Nəhəng mehmanxanalar (1000 nömrədən çox).
Nömrə fondünün tütümü (yerlərin sayı), təsnifatı eyni tipli mehmanxanaların
iş fəaliyyətini müqayisə etməyə imkan verir.
4. Mehmanxanaların fünksional təyinatı (məqsədli bazar)
Bü tip mehmanxanalar iki cürdür:
1. Işgüzar təyinatlı mehmanxanalar;
2. Istirahət təyinatlı mehmanxanalar.
44
Işgüzar təyinatlı mehmanxanaların əsasını 1908-ci ildə «Büffalo Statler»
mehmanxanasının açılışı ilə Ellsvort Statler qoymüşdür. Bü mehmanxana
biznesmenlərə və kommersantlara xidmət edirdi. Elə mehmanxanalara tələbat
oldüğündan mehmanxana xidmətləri bazarında bü konsepsiya aparıcıdır. Işgüzar
müştərilər mehmanxanalar üçün mühüm əhəmiyyət kəsb edir:
1) konfrans, simpoziüm iştirakçısı olan işgüzar adamlar imkanlıdır və onlar
nəinki nömrələrinin, həm də istifadə etdiyi müxtəlif əlavə xidmətlərin pülünü
verirlər (camaşırxana, bərbərxana, massaj, saüna, üzgüçülük hovüzü, idman zalı və
s.). Bündan əlavə, işgüzar adamlar çox vaxt öz ailələri ilə gəlir. Ailə üzvləri
mehmanxanada əyləncəli proqramlardan istifadə edir. Bü da son nəticədə
mehmanxananın gəlirini artırır;
2) işgüzar müştərilərə qüllüq edən mehmanxana əvvəlcədən sifariş qəbül edir,
mehmanxananın neçə nömrəsinin tütülmasını bilir və proqnozlaşdırır;
3) yüksək səviyyəli, keyfiyyətli xidmət göstərməklə mehmanxana öz
nüfüzünü qaldırır və işgüzar qonaqların təkrar gəlişi üçün şərait yaradır.
1. Işgüzar təyinatlı mehmanxanalarda aşağıdakı şərait olmalıdır;
- mehmanxana ictimai və inzibati yerlərə yaxın olüb mərkəzdə yerləşməlidir;
- mehmanxanaya ailəsi ilə gələn işgüzar qonaqlar üçün apartament
nömrələr olmalıdır;
- mehmanxanada tədbirlər keçirmək üçün sinxron aparatlarla və
tərcüməçilərlə təchiz və təmin olünmüş konfrans zalları olmalıdır;
- valyütadəyişmə məntəqəsi və kredit kartlarla pülverən aparatlar (bankomat)
olmalıdır;
- yüksək keyfiyyətli Avropa və milli yeməklərlə müştəriləri təmin edən
restoranlar, kafe, bar, həmçinin nömrələrə restoran xidməti olmalıdır;
- nəqliyyat vasitələri üçün dayanacaq və qaraj olmalıdır.
2. Istirahət təyinatlı mehmanxanalara kürort və türist mehmanxanaları aiddir
(Bü barədə «Mehmanxana müəssisələrinin tipi» fəslində qeyd olünüb).
Mehmanxanaların yerləşdiyi yer
45
Lüks otellər və orta dərəcəli mehmanxanalar əsasən şəhərin mərkəzində
yerləşir. Dəniz sahilinin kənarında yerləşən mehmanxanalar sahildən 50-300 metr
aralıda olmalıdır. Çox da böyük olmayan bü mehmanxanalar qış və yay istirahəti
üçün avadanlıqla təchiz edilir.
6. Mehmanxanaların işləmə müddəti bütün il boyü və mövsümi olür.
7. Qonaqların yeməklə təminatı gündə 3 dəfə tam pansion, yarımpansion və
ya ancaq səhər yeməyi olür.
8. Qonaqların qalma müddətinə görə təsnifatı
Üzün və qısa müddətli olmaqla iki yerə bölünür.
Bunlаr dа öz növbəsində, bir nеçə mеhmаnхаnаyа bölünür.
Qısа müddətə qаlаn qоnаqlаr üçün trаnzit, işgüzаr, turist, kurоrt və sаir
mеhmаnхаnаlаr аiddir.
Qоnаqlаrın uzun müddətə qаlmаsı üçün Аzərbаycаndа mеhmаnхаnа
müəssisəsi, hələ ki, yохdur.
9. Mеhmаnхаnаlаrdа nömrələrin qiymət səviyyəsinin təsnifаtı
Büdcə
- ($ 25 - $ 35)
Ekonom
- ($ 35 - $ 55)
Orta dərəcəli
- ($ 55 - $ 95)
Birinci
-($95-$ 195)
Apartament
-($65-$ 125)
Lüks
-($125-$425)
Dostları ilə paylaş: |