Dərs vəsaiti baki nurlan 2 0 0 6


Fonetik  hadisələrdən  bəzisi  tara  halda  ümumi  prosesə



Yüklə 17,8 Mb.
Pdf görüntüsü
səhifə11/59
tarix07.09.2017
ölçüsü17,8 Mb.
#29251
1   ...   7   8   9   10   11   12   13   14   ...   59

Fonetik  hadisələrdən  bəzisi  tara  halda  ümumi  prosesə 
çevrlərək  qanuniJəşir,  bəzisi  isə  ümumiləşmiş  halda  deyil, 
məhdud  dairədə  qanuniləşir.  Buna  görə  də  belə  qanuniləşən 
fonetik  hadisələr orfoqrafik və  ortbetik qanun mahiyyəti  kəsb edir 
və  fonetik qanun sayıhr».'
A.A.Axundov  fonetik  əvəzlənm ələrin  iki  tipini  göstərir; 
fonematik  əvəzlənm ə  və  fonetik  əvəzlənmə;  «Bəzən  bir  fonemin 
digər  fonemlə  əvəz  olunması  onlarm  kombinator  əlaqələrindən, 
tələbindən irəli  gələn fonetik şərtlərdən asılı  olmur.  Eyni zamanda 
belə  fonem  əvəzlənmələri  müəyyən  semantik  v ə   qrammatik 
dəyişikliklərlə  nəticələnir.  Beləhklə,  dildə  fonemlərin  və  onlarm 
variantlarmın əvəzlənmələri bir-birindən fərqli  iki  xüsusiyyət kəsb 
edir.  Fonemlər  bir-birini  əvəz  etdikdə  müəyyən  məna  dəyişikliyi 
əm ələ  gətirirsə,  belə  əvəzlənm ələrə  fonematik  əvəzlənm ə,  heç 
bir  məna  fərqinə  səbəb  olmursa,  onlara  fonetik  əvəzlənm ə 
deyilir».2
A.A.Axundovun fıkrincə,  fonematik  hadisələr ən  çox  flektiv 
dillərə  aiddir,  bu  hadisələr  aqqlütinativ  dillərdə,  o  cümlədən  türk 
dillərində  baş  vennir,  buna  görə  də  bu  dillərdə  fonematik 
hadisələr axtarmaq lazım deyildir.
Fonetik  hadisə  və  qanunlar  türk  dillərinin  hamısmda  bu  və 
ya  digər  dərəcədə  özünü  göstərir.  Qədim  türk  yazısı  abidələrinin 
dili  də  türk  dillərinə  aid olduğu  üçün  fonetik  hadisə  və  qanunlann 
hökmü  eyni  dərəcədə  qədim  türk  yazısı  abidələrinin  dilinə  də 
şamildir.  Lakin  bu  hadisə  və  qanunlann  fəaliyyəti  bütün  türk 
dillərində  eyni dərəcədə deyildir;  müəyyən bir hadisə  və ya qanun 
türk  dillərindən  birində  geniş  dairədə  fəaliyyət  göstərdiyi  halda, 
digər türk  dilində  onun fəaliyyət dairəsi  dar ola  bilər.  Eyni  fıkirlər 
qədim  türk  yazısı  abidələrinin  dilinə  də  aiddir.  M əsələn,  saitlərin 
dodaq  ahəngi  qanunu  qırğız dilində  mütləqdir,  müasir Azərbaycan 
dilində  nisbidir  (şəkilçilərdə  geniş  dodaq  saitlərinin  -   o,  ö 
saitlərinin  ahəngi  gözlənilmir),  qədim  türk  yazısı  abidələrinin 
dilində  isə üçüncü hecadan başlayaraq,  tez-tez pozulur.
'  Ə.M.Dəmirçizadə.  Müasir Azərbaycan diH.  I, Bakt,  1984,  s.  121-122. 
^ A.Axundov. Azərbaycan dilinin fonetikası. Bakı,  1984, s.206.

Qədim  türk  yazısı  abidələrinin  dilində  özünü  göstərən  bir 
fonetik  qanun  müasir  türk  dillərindən  heç  birində  yoxdur;  bu, 
fonetik itələm ə qanunudur.
FONETİK İTƏLƏMƏ QANUNU
Müasir  Azərbaycan  dilində  ahəng  qanununa  görə  söz  saitlə 
və  ya  cingiltili  samitlə  bitdikdə  və  şəkilçi  samitlə  başlandıqda 
şəkilçinin  ilk  samiti  ciogiltiH,  söz  kar  samitlə  bitdikdə  və  şəkilçi 
samitlə  başlandıqda  şəkilçinin  ilk  samiti  kar  olur.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  bu  qanunun  tam  əksi  olan  bir  fonetik 
qanun  fəahyyət  göstərir.  Həmin  qanuna  görə,  sözün  kökü  və  ya 
törəmə  söz  saitlə  və  ya  kar  samitlə  bitdikdə  və  şəkilçi  samitlə 
başladıqda  şəkilçinin  ilk  samiti  cingihih  ,  kök  və  ya  törəmə  söz 
cingiltih  samitlə  bitdikdə  və  şəkilçi  də  samitlə  başladıqda 
şəlfllçinin  ilk  samiti  kar  oiur.  Bu  qanun  mürəkkəb  tərkibli 
şəkilçilərə  (iki  və  daha  artıq  şəkilçinin  birləşməsindən  törəyən 
şəkilçilərə)  də  aiddir.  Mürəkkəb  şəkilçilərin  birinci  komponenti 
sait  və  ya  kar  samitlə  bitdikdə  ikinci  komponent  samitlə 
başlandıqda  ikinci  komponentin  ilk  samiti  cingiltih,  birinci 
komponent  cingihih  samitlə  bitdikdə və  ikinci  komponent  samitlə 
başladıqda ikinci komponentin ilk samiti  kar olur; məsolən: 
uda (KT ş 35) «yuxuda» 
yazıda (T  33) «yazida» 
yirtə  (KT c 4)  «yerdə» 
köUə  (KT şm 2) «göldə» 
süQüşdə (KT şm 2) «döyüşdə»
>T)5AVJ$Tabğaçda (O 5) «Tabğaçda (Çində)» 
>^$^'i>oturtukda (KT ş  17) «oturduqda»
.
.
.
vT0  
> olurtukmta (BK c  13) «oturduqda»
|;x çK təgdükdə (KT ş 36) «döyüşdə» 
r/ 

töpəsintə (KT ş  11) «təpəsində» 
/TX 
teqridən (IB 66)  «tandıran» 
jCü; /j kantan  (KT ş 23) «xandan» 
^/f>|>olurtdı (KT ş 26) «oturtdu» 
olurtım (KT ş 26)  «oturdum»
(f 
Y'IFI  süoüşdimiz (KT ş  35)  «döyüşdük» 
ölürtimiz (KT ş  38) «öldürdüfo> və s.
-tuAc/a
  (KT  ş  17), 
-dükdə
  (KT  ş  36), 
-tukmta
  (BK  c  13),  - 
sıntəiY^T
  ş  11)  mürəkkəb  şəkilçilərinə  diqqət  yetirmək  lazımdır. 
Birinci  iki  şəkilçinin  (-tukda,  -dükdə)  birinci  komponenti  kar 
samitlə  bitdiyi  üçün  (-tuk,  -dük)  ikinci  komponenti  cingiltili 
samitlə  (-da,  -də) başlanır.  Üçüncü  və  dördüncü mürəkkəb  tərkibh 
şəkilçidə  (-tukınta,  -sintə)  vəziyyət  başqa  cürdür.  Hər  iki 
şəkilçinin  birinci  komponenti 
(-tukm,  -sin)  sonor  səslə  (cingiltili 
samitlə)  bitdiyi  üçün  ikinci  komponent 
(-ta,  -tə)  kar  samitlə 
başlanır. 
Olurtdı
  (KT  26)  və 
olurtım
  (K T  ş  26)  sözləri  eyni  bir 
sətirdə  işlənmişdir,  hər  iki  felin  kökü  (və  mənası)  eynidir,  lakin 
birinci  sözə 
t
  kar  samiti  artınldığı  üçün  şühudi  keçmiş  zaman 
şəkilçisinin  samiti  cingitililənmiş 
{-di),
  ikinci  söz  sonor  (cingiltili) 
samitlə  bitdiyi  üçün  şühudi  keçmiş  zaman  şəkilçisinin  samiti  (-/?) 
karlaşmışdır.  Düzdür,  qədim  türk  yazısı  abidələrinin  dilində 
orfoqrafiya  qaydalan  tam  sabitləşmədiyi  üçün  qanundan  sapmalar 
da olur,  lakin həmin sapmalar istisna təşkil edir.
AHƏNQ QANUNU
Ahəng qanunu ümumiyyetlə aqqlütinativ dillər,  xüsusən türk 
dilləri,  o  cümlədən  qedim  türk  yazısı  abidələrinin  dili  üçün  də 
ümumi  fonetik  qanundur.  Ahəng  qanunu  ən  çox  saitlərde 
müşahidə  edildiyi,  həm  də  dilçihkdə  saitlərin  ahəngi  daha  çox 
öyrənildiyi  üçün  bu  qanuna  dilçilik  ədəbiyyatında  bəzən  saitlərin 
ahəngi  qanunu  da  deyilir.  Əslində  türk  diUərində  təkcə  saitlərin 
yox,  saitlərlə  samitlərin,  aynca  olaıaq  samitlərin  də  ahəngi 
mövcuddur.  Buna  görə  də  türk dillerində,  o  cümlədən  qədim türk 
yazısı  abidələrinin  dilinde  təkcə  saitlərin  ahəngindən  damşmaq, 
ahəng qanununu təkcə saitlərə aid etmək düzgün olmazdı.
A həng  qanunu  türk dilləri  üçün  yeni  hadisə  deyildir,  güman 
ki,  bu  dillərin  bütün  tarixi  boyu  onlarda  aheng  qanunu  fəaliyyet 
göstərmişdir.  Buna  görə  də  türkoloji  ədəbiyyatda  bu  qanun 
haqqında  çoxlu  yazıya  rast  gəlm ək  olar,  hetta  rus  dilçiliyinde 
saitlərin 
ahəngi 
m eseləsinə 
aynca 
elmi-tədqiqat 
esəri- 
monoqrafıya  hesr  edilmişdir.  Ümumiyyətle,  ahəng  qanunu  türk

dilləri  fonetik  quruluşunun  ən  çox  araşdmlmış  sahəsidir.  Məşhur 
rus  türkoloqu  A.N.Kononov  ahəng  qanununa  belə  bir  tərif verir; 
«İstər  söz  köklərində,  istərsə  də  şəkilçilərin  kök  və  ya  əsasla 
birləşməsində  səslərin  assimilyasiya  prosesi  sinharmonizm  admı 
daşıyır».  Daha  sonra  A.N.Kononov yazır:  «Sinharmonizm saitlərə 
və  samitlərə  təsirindən  asıh  olaraq,  iki  şəkildə  özünü  göstərir;  1) 
saitlərin  harmoniyası  şəkhndə  (saitlərin  müstəqil  uyğunluğu);  2) 
samitlərin hantıoniyası şəkhndə  (samitlərin müstəqil  uyğunluğu)». 
A.N.Kononovun  fıkrincə,  sinharmonizm  hadisəsi  türk  dillərində 
uyuşma  (assimilyasiya)  hadisəsindən  başqa  bir  şey  deyildir  və 
məhz  buna  görə  də  türk  diilərində  şəkilçilər  variantlaşır;  «Türk 
şəkilçilərinin  səs  tərkibi  sabit  olmayıb  kök  və  əsasın  səs 
tərkibindən  asıh  olaraq,  həm  saitlər,  lıəm   də  samitlər  xətti  ilə 
variantlaşıo).  Daha  sonra  müəllif  saitlərin  ahəngindən  danışaraq 
onu  belə  izah  edir;  «Saitiərin  harmoniyası  qanunu  istər  türk 
sözünün tərkibində,  istərsə  də kök və şəkilçinin birləşməsində  sait 
səslərin  keyfıyyət  etibarilə  ilk  saitlə  həmahəngləşməsindən 
ibarətdip).'  Türk  dillerində  ahəng  qanunu  sözün  səs  tərkibinin 
fizioloji-akustik  vəhdətini,  yəni  bir-birini  izləyən  səslərin  həm 
fızioloji  (tələflıiz  məxrəci),  həm  də  akustik  (səslənmə)  baxımdan 
vəhdət  təşkil  etməsini  nəzərdə  tutur.  Beləliklə,  türk  dillərində 
ahəng  qanunu  sonra  gələn  səsin  əvvəl  gələn  səsə  fızioloji-akustik 
uyuşmasıdır.  M əhz  buna  görə  də,  A.N.Kononov  ahəng  qanununu 
sait  və  samit  səslərin  uyuşması  adlandırır.  Bu  o  deməkdir  ki,  türk 
sözündə  arxasıra  saitlərindən  sonra  arxasıra  saitləri,  dilarxası 
samitlərdən  sonra  dilarxası  samitlər,  arxasıra  saitlərdən  sonra 
dilarxası  samitlər;  önsıra  saitlərindən  sonra  önsıra  saitləri,  dilönü 
samitlərdən  sonra  dilönü samitlər,  önsıra  saitlərindon  sonra  dilönü 
samitlər  işlənir,  damaq  saitlərindən  sonra  damaq  saitləri,  dodaq 
saitlərindən  sonra  dodaq  saitləri  işlənir.  Bu  o  deməkdir  ki, 
cingiltili  samitdən  sonra  cingiltili  samit,  kar  samitdən  sonra  kar 
samit  işlənməlidir.  İdeal  şəkildə  türk  dillərində,  ahəng  qanununu 
belə başa düşmək olar.  Lakin həyatda hər şey  ideal  olmadığı  kimi, 
dildə  hər  hansı  bir  qanun  ideal  ola  bilməz.  Bu  baxımdan  ahəng
'  A.H.KoHOHoe.  rpoMMamuKKa  coepeMeHHoeo  mypetjKoeo  jıumepamypuo?o 
f!3biKa,  M.-Jl.,  1956,  c.  35.
qanunu  da  istisna  təşkil  etmir;  türk  dillərində  də  ahəng 
qanunundan  sapmalar  mövcuddur.  Gənc  qrammatiklərin  dili  ilə 
desək,  bu  sapmaların  özündə  də  müəyyən  qanunauyğunluqlar 
vardır,  bu  sapmalarda  digər  qanunlar  fəaliyyət  göstərir.  M əsələn, 
qədim  türk  yazısı  abidələrinin  dilində  tərkibində 
e,  o,  ö
  saitləri 
işlənən  təkhecah  sözlərdə  ahəng  qanununa  görə  geniş  (açıq)  saitli 
şəkilçilərdə bu saitlər işlənməlidir,  lakin  əslində  qədim türk  yazısı 
abidələrinin  dilində  sözlərdə  tərkibində  bu  saitlərin  işləndiyi 
şəkilçilər yoxdur.  Lakin  aydın  olur ki,  türk  dillərində,  o  cümlədən 
qədim  türk  yazısı  abidələrinin  dilində  bu  hah  tənzim  edən  bir 
qanun  mövcuddur;  qədim  türk  yazısı  abidələrinin  dilində  sözlərdə 
ikinci  və sonrakı  hecalarda 
e,  o,  ö
 saitlori  işlənmir.  Hətta təkhecah 
sözlərdə  belə  kökə  artırılan  hər  hansı  şəkilçi  artıq  qeyri-birinci 
heca olur.  Buna görə də şəkilçilərdə həmin saitlər işlənmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  ahəng  qanununun  üç 
növü fəaliyyət göstərir;
1.  Saitlərin ahəngi.
2.  Saitlərlə samitlərin  ahəngi.
3.  Samitlərin ahəngi.
SAtTLƏRİN AHƏNOİ
Saitlərin  ahəngi  qanununda  iki  meyar  əsas  götürülür;
1)  əm ələgəlm ə yerinə,  yaxud dilin üfüqi  vəziyyətinə  görə saitlərin 
bir-birini  iziəməsi  və  2)  səsin  tələffüzündə  dodaqların  iştirak 
etməsinə  və  ya  etməməsinə  görə  saitlərin  bir-birini  izləməsi. 
Bununla  əlaqədar  olaraq  saitlərin  ahənginin  iki  növünə  rast 
gəlm ək olar;
1.  Saitlərin dil ahəngi  - dilçilik ədəbiyyatmda əksər  hallarda 
«saitlərin  dil  ahəngi»  tcrmini  əvəzinə  «saitlərin  damaq  ahəngi» 
termini  işlədilir.  Burada  da  «saitlərin  damaq  ahəngi»  termini 
işlədiləcəkdir.
2.  Saitlərin dodaq ahəngi.
Saitlərin  ahəngi  haqqında  A.A.Axundov  yazır;  «ƏməIəgəl- 
m ə  yerinə,  yaxud  dilin  üfiiqi  vəziyyətinə  görə  eyni  növdən  olan 
saitlərin  bir-birini  izləməsinə saitlərin ahəngi  deyilir.  Əm ələgəlm ə 
yerino  görə  eyni  qrupa  daxil  olan  saitlər  dodaqlann  vəziyyətinə

görə  də  ahəng qanununa tabe  olur.  Daha  doğrusu,  dodaqlanmayan 
saitlər  bir-birini,  dodaqlanan  saitlər  də  bir-birini  izləyir.  Dilin 
şaquh  vəziyyətinə  görə  dilimizdə  (Azərbaycan  dilində  -   Ə.R.) 
ahəng  qanunu  yoxdur.  Beləliklə,  saitlərin  ahəngi  dilimizdə 
(Azərbaycan dilində -  Ə.R.) iki prinsipə  əsaslanır;  l)ə m ələ g əlm ə  
yerinə  və  ya  dilin  üfuqi  veziyyətinə  görə;  2)  dodaqlarm  iştirakma 
görə.  Dodaqlann  ahəngi  dilimizdə  (Azərbaycan  dihndə  -   Ə.R.) 
məhduddur  və  əslində  saitlərin  əm ələgəlm ə  yerinə  görə  olan 
ahəngin  növləri  kimi  izah  edilə  bilər.  Ə m ələgəlm ə  yerinə  və 
yaxud  dilin  üfuqi  vəziyyətinə  görə  saitlərin  bir-birini  izləməsi 
incəlik-qahnlıq  əlamətinə  görə  olur  və  iki  şəkiidə  təzahür  edir; 
incə  saitlərin  ahəngi,  qalm  şaitlərin  ahəngi».'  Azərbaycan 
dilçiliyində  bir  su-a  hallarda  (m əsələn,  Ə.M.Dəmirçizadənin 
əsərlərində)  incə  saitlərin  ahəngi  və  qahn  saitlərin  ahəngi 
ifadələri  əvəzinə  önsıra  saitlərinin  ahəngi  və  arxasıra  saitlərinin 
ahəngi  ifadələri  də işlədilir.  Türkoloji  ədəbiyyatda bu  da göstərilir 
ki,  türk  dillərində  saitlərin  damaq  ahəngi  (incə-qahnhq  əlamətinə 
görə saitlərin ahəngi) daimi, dodaq ahəngi isə məhduddur.
Qədim  türk  yazns  abidələrinin  dilində  saitlərin  ahəng 
qanunu  müasir  türk  dillərində  fəahyyət  göstərən  eyni  qanundan, 
demək  olar  ki,  fərqləmnir.  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır 
ki,  qədim  türk  yazısı  abidələrinin  dilində  saitlərin  damaq 
(əm ələgəlm ə  yerinə  görə)  ahəngi  bütün  müasir  türk  dillərinə 
nisbətən  çox  güclüdür,  hətta  demək  olar  ki,  göytürk  yazısı 
abidələrinin  diii  üçün  mütləqdir,  pozulmazdır,  dodaq  ahəngi  isə 
müasir  türk  dillərində  olduğundan  zəifdir.  Göytürk  yazısı 
abidələrinin  dilində  saitlərin  damaq  ahənginin  pozulduğu  bir  sözə 
belə  təsadüf edilmir,  qədim  uyğur  yazısı  abidələrinin  dilində  isə 
bəzən  bu  qanunun  pozulduğu  hallara  rast  gəlmək  olur.  Onu  da 
demək  lazımdır  ki,  göytürk  əlifbası  saitlərin  damaq  ahəngi 
qanununa,  bu  qanunun  prinsiplərinə  əsaslanaraq  tərtib  edilmişdir 
və  göytürk  dilində  bir  sözdə  belə  saitlərin  damaq  ahəngi  pozulsa 
idi,  göytürk  əlifbası  öz  həyatilik  qabiliyyətini  tamamilə  itirər, 
tamamilə yarasızlaşardı.
‘ AAxundov. Azərbaycan dUinin fonetikası. Bakı,  1984, s.210.
Qədim  türk  yazısı  abidələrinin  dilində  saitlərin  damaq 
ahənginə  görə  sözün  birinci  hecasmda  arxasma  (qahn) 
a,  ı,  o,  u 
saitlərindən  biri  işlənmişsə,  onda  sözün  bütün  sonrakı  hecalannda

cümlədən  şəkilçilərdə  də  bu  saitlərdən  biri  (qədim  türk  yazısı 
abidələrinin  dilində 
ikinci 
və 
sonrakı 
hecalarda, 
habelə 
pkilçilərdə 
o
 saiti  işlənmir)  işlənməlidir;  sözün  birinci  hecasmda 
önsıra  (incə) 
ə, i,  ö,  ü
 saitlərindən  biri  və  ya  ortasıra  (incə) 
e
 saiti 
işlənirsə, 
önda  sözün  bütün  sonrakı  hecalannda,  o  cümlədən 
şəkilçilərdə  də  bu  saitlərin  biri  (qədim  türk  yazısı  abidələrinin 
dilində  sözün  ikinci  və  sonrakı  hecalarmda,  habelə  şəkilçilərdə  e 
və 
ö
 saitləri  işlənmir)  işlənməlidir.  Qədim  türk yazısı  abidələrinin 
dilində  saitlərin  dodaq  ahənginə  görə  sözün  birinci  hecasmda 
dodaqlanan  saitlərdən 
{o,  ö,  u,  ü)
  biri  işlənirsə,  onda  sözün  ikinci 
və sonrakı  hecalannda və  şəkilçilərdə  də  bu  saitlərdən  biri  (qədim 
türk yazısı abidələrinin dilində sözün ikinci  və sonrakı  hecalannda, 
habelə  şəkilçilərdə 
o
  və 
ö
  saitləri  işlənmir)  işlənməlidir;  sözün 
birinci  hecasında  dodaqlanmayan  saitlərdən 
{a,  e,  ə,  ı,
  /)  biri 
işlənirsə,  onda  sözün  ikinci  və  sonrakı  hecalannda,  o  cümlədən 
şəkilçilərdə  də  bu  saitlərdən  biri  (qədim  türk  yazısı  abidələrinin 
dilində  sözün  ikinci  və  sonrakı  hecalannda,  habelə  şəkilçilərdə 
e 
saiti  işlənmir)  işlənməlidir.  Artıq  yuxanda  deyildiyi  kimi,  qədim 
türk  yazısı  abidələrinin  dilində  saitlərin  damaq  ahənginin 
pozulduğu  hallara  təsadüf  edilmirsə  və  həmin  dildə  bu  qanun 
mütləq  (istisnalara  yol  verməyən)  səciyyə  daşıyırsa,  saitlərin 
dodaq  ahəngi  nisbi  səciyyə  daşıyır,  istisnalara,  pozulmalara,  lakin 
qanunauyğun istisnalara yol verilir.
Qədim türk yazısı  abidələrinin dilində saitlərin dodaq ahəngi 
(labiallaşma)  müasir  türk  dillərinin,  demək  olar  ki,  hamısından 
fərqlənir.  Buna  görə  də  bu  m əsələ  üzerinde  bir  qədər  geniş 
dayanmaq lazımdır.
Qırğız  dilində  saitlərin  dodaq  ahəngi  mütləqdir,  yəni  sözün 
son  hecasında  hansı  dodaq  saiti  işlənirsə,  şəkilçidə  də  həmin  sait 
işlenir.  Buna  göre  de  bu  dildə  şəkilçidə 
o və  ö
  saitlərinin  işlən- 
m əsi  təəccüblü  deyildir 
(offor
 «otIar>>, 
qöldör
 «göllər»).  Azərbay- 
can  dilində  saitlərin  dodaq  ahəngi  nisbidir,  sÖ
2
:ün  son  hecasında 
o 
və 
ö
  saitləri  işlənirse,  şəkilçidə  bu  saitlər  işlənmir;  Azerbaycan 
dilində  şəkilçilərdə dodaq saitlərindən yalnız  wvə  üsəsləri  işlənir.

Lakin  Azərbaycan  dilində  şəkilçilərdə  dar  dodaqlanan  saitlerin 
dodaq  ahəngi  pozulmur: 
oturduğumvzu,  öldürdüyümüzü.
  Bu  ba- 
xımdan  qədim  türk  yazısı  abidələrinin  dilində  saitlərin  dodaq 
ahəngi hətta müasir Azərbaycan dili ilə müqayisədə  belə  daha çox 
nisbidir.
Məlum olduğu kimi, qədim türk yazısı abidələrindən göytürk 
Onton-Yenisey  yazısı  abidələrinin  mətnlərində  saitlər  əksər 
hallarda  qrafık  şəkildə  göstərilmir,  yəni  sait  işarələri  yazılmır. 
Sözdə sait işarəsinin yazılmaması  səbəbindən bu və ya digər sözdə 
dodaq 
ahənginin 
pozulub-pozulmadığmı 
qəti 
şəkildə 
müəyyənləşdirmək  çətindir.  Göytürk  Orxon-Yenisey  abidələrinin 
diiini  araşdıran  mütəxəssislərin  əksəriyyəti  bu  fıkirdədir  ki,  əgər 
dodaqlanan  saiti  göstərən işarə  sözün birinci  hecasmda yazılmışsa, 
ikinci  hecasmda  yazılmamışsa,  onun  ikinci  hecasmdakı  sait 
dodaqlanmayan  saitdir.  Belə  tədqiqatçılann  fıkrincə, 
yazıldıqda 
üçün,
 
yazıldıqda 
üçin
  oxumaq  lazımdır.  Bundan 
başqa, 
göytürk 
Orxon-Yenisey 
yazısı 
abidələrinin 
bütün 
nəşrlərində  tez-tez  tamamilə  sərbəst  transkripsiyaya  da  rast 
gəlmək  olur;  eyni  bir  müəllif  eyni  bir  abidədə  eyni  şəkildə 
yazılmış  eyni  bir  sözü  müxtəlif  şəkildə  transkripsiya  edir. 
M əsələn,  fərz edək ki,  söz^^^/< şəklində  yazümışdır.  Bü  sözü  gah 
özümün,
  gah 
özümin
  şəldində  transkripsiya  edirlər.  Mübahisə 
etmək  də  lazım  deyil,  çünki  hər  kəs  öz  dediyini  sübut  edəcək. 
M əsələ  burasmdadır  ki,  qədim  türkün  sözü  canh  şəkildə  necə 
tələffuz etdiyini bilmirik.
Orxon-Yenisey  yazısı  abidələrinin  diiində  saitlərin  dodaq 
ahəngi  haqqmda  V.Tomsen  belə  yazır;  «İndi  məlum  olan  türk 
ləhcələrində...  güclü,  yaxud  z ə if  dərəcədə  «dodaq  ahəngi» 
adianan  qanun  fəahyyət  göstərir.  M əsələ  bundadır  ki,  bizim 
abidələr  (Orxon-Yenisey  abidələri  -   Ə.R)  bu  münasibətdə  hansı 
mövqeyi  tutur,  yaxud,  heç  olmasa,  transkripsiya  zamam  hansı 
başlanğıcı  əsas  götürmək  lazımdır?  Ümumiyyətlə  desək,  mənim 
fikximcə,  görünür,  heç  olmasa,  iki  böyük  kitabənin  (Kül  tigin  və 
Mogilyan  xan  şərəfmə  qoyulmıiş  abidələrin)  dilində  bu  cinsdən 
olan  «dodaq  ahəngi»  müasir  türk  dialektlerinin  (türk  dillərinin  -  
Ə.R.)  əksəriyyətində  olduğundan,  xüsusən  ikidən  artıq  hecadan 
ibarət  olan  sözlərdə,  daha  az  güclü  olmuşdur;  lakin  hər  halda
şübhəsizdir  ki.  bclə  ahəngin  başlanm ası  m üşahidə  edilir.  «Labial' 
laşma»  (yaxud  <«iodaq  ahəngi»)  hadisəsi  üçüncü  (Karabalqasun) 
abidəsinin  dilində  daha  güclüdür  ki,  bu  da  bu  m ünasibətdə  bizim 
Kutadğu  bilig  abidəsində  rast  gəldiyim iz  uyğur  dilinə  yaxmlaşır»' 
Göytürk  Orxon-Yenisey  yazısı  abidələrinin  dilində  şəkilçilərin 
dodaq  ahəngi  haqqmda  V .Tom sen  yazır;  «Sait  səslə  başlanan 
(yaxud  birləşdirici  sait  səsin  köm əyi  ilə  bitişdirilən)  şəkilçilərə 
gəüncə,  demək  lazımdır  ki,  xüsusən  şəkilçi  samit  səslə  bitdikdə, 
«dodaq  ahəngi»  onlara,  şübhəsiz,  xeyli  güclü  ləsir  göstərir;  lakin, 
çətin  ki,  bu  ahəng  özünün  bütün  gücü  ilə  (yəni  müasir  türk 
dialektlərində  m üşahidə  edilən  güc  ilə  -   P.M clioranski)  fəaliyyət 
göstərmişdir»,-
Məlum  oldüğu  kimi,  O rxon  kitabələrinə  nisbətən  Yeniscy 
kitabələrində  sait  işarələri,  dem əli,  o  cüm lədən  dodaq  saitlərinin 
işarələri  yazıda  göstərilm işdir.  Bəzi  tədqiqatçılar  bundan  çox  irəli 
gcdib  çıxan  nəticələr  çıxanrlar:  1.  O rxon  kitabələrinə  nisbətən 
Yenisey  kitabələrinin  daha  qədim   olduğunu  nəzərə  alsaq,  dcyə 
bilərik  ki,  türk  dillərinin  O rxon-Y enisey  yazısı  abidələrindən 
əvvəlki  inkişaf  dövründə  onlarda  saitlərin  dodaq  ahəngi  daha 
güclü  olmuşdur.  2.  Müasir  türk  dillərindən  saitlərin  dodaq  ahəngi 
ən  çox  Sibirin  türk  dillərində  (tuva,  xakas,  şor,  altay  və  s.)  və 
qırğız dilində  mühafızə  edilmişdir.  Bu  faktdan  çıxış  edərək,  həmin 
tədqiqatçılar  sübut  etm əyə  çahşırlar  ki,  Sibirin  Yenisey  yazısı 
abidəiəri  yuxanda  adları  çəkilən  xalqlara  mənsubdur.  Digər 
tərəfdən,  saitlərin  dodaq  ahənginin  Y enisey  kitabələrinə  nisbətən 
Orxon  kitabələrində  z ə if  olmasmdan  a)  Yenisey  kitabələrinin 
Orxon  kitabələrinə  nisbətən  daha  qədim   olması;  b)  türk  dillərində 
dodaq  ahənginin  Orxon-Yenisey  dövründən  daha  əvvəl  daha 
güclü  olması  \ ə   getdikcə  zəifləm əsi  haqqm da  çıxarılan  nəticənin 
d ə  elmi 
Yüklə 17,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin