SƏmayə MƏMMƏD qızı mustafayeva


ALBANİYA  1918-1921-Cİ İLLƏRDƏ AZADLIQ



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə12/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
ms a&aoeyt


ALBANİYA 
1918-1921-Cİ İLLƏRDƏ AZADLIQ 
HƏRƏKATININ YÜKSƏLİŞİ 
1912-ci ilin noyabr ayının 12-də Albaniya Osmanlı impe-
riyasının tabeçiliyindən çıxdı  və müstəqil knyazlığa çevrildi. 
Albaniya müstəqillik əldə etsə də, ölkədə feodalizmin qalıqları 
hökm sürür, xarici kapitaldan asılılıq qalırdı. Siyasi hakimiy-
yətdə feodal aristokratiyası  və mülkədarlar idi. Albaniyada, 
demək olar ki, sənayenin heç bir sahəsi yüksək səviyyədə 
inkişaf etməmişdi. Albaniya rəsmən müharibədə iştirak etməsə 
də, onun ərazisi müharibə aparan ölkələr tərəfindən işğal 
edilmişdi. 1918-ci ilin ikinci yarısından sonra Albaniyanın 
şimal və  mərkəz hissəsini Avtsriya-Macarıstan qoşunları  tərk 
etdi. Ölkənin böyük bir hissəsi isə  İtaliyanın nəzarəti altında 
idi. 1918-ci ilin dekabr ayında Durresdə çağrılan Alban konq-
resində  təşkil edilən Turxan paşa Permetinin müvəqqəti hö-
kuməti 1919-cu ildə  İtaliyanın Albaniya üzərində protektorat-
lığını tanıdı. Paris sülh konfransında alban məsələsi müzakirə 
edilərkən böyük dövlətlər qərara gəldilər ki, Albaniyanı İtaliya, 
Yuqoslaviya və Yunanıstan arasında bölsünlər. Qalib dövlətlər 
1920-ci ilin yanvarın 14-də Albaniyanın bölünməsi haqqında 
1915-ci il London müqaviləsini bir daha təsdiq etdilər. Lakin 
alban xalqı azadlıq mübarizəsinə qalxdı. 
Albaniyanın vətənpərvər dairələri 1920-ci ilin yanvarında 
Lyuşna  şəhərində öz hökumətlərini təşkil etdilər. Konqres 
qətiyyətlə Albaniyanın bölünməsinə qarşı  çıxaraq Paris 
konfransına öz etirazını göndərdi. Ölkədə  işğalçılara qarşı 
silahlı mübarizə başlandı. Milli müdafiə komitəsi təşkil edildi. 
1920-ci ilin iyunun 3-də milli müdafiə komitəsi  İtaliya 
komandanlığından tələb etdi ki, Vlyöradan öz qoşunlarını  çı-
xartsın. Bu tələb yerinə yetirilmədikdə onlar işğalçılar əleyhinə 
hərbi  əməliyyata başladılar.  İtalyan qoşunları canlı qüvvə  və 

 
217
texnika cəhətdən əla səviyyədə təchiz edilmələrinə baxmayaraq 
məğlub oldular. 1920-ci il iyunun 12-də Vlyöra alban milli 
qüvvələrinin əlinə keçdi.  
İtaliya xalqı da öz hökumətinin təcavüzkar hərəkətinə 
qarşı  çıxdı. Ciolitti hökuməti qoşunlarını Albaniyaya göndər-
məyəcəyi barədə  bəyanat verməyə  məcbur oldu. Tirana höku-
məti ilə danışıqlar başlandı ki, hərbi əməliyyatlar dayandırılsın. 
1920-ci ilin avqustun 2-də "Vlyöra rayonunda münaqişəyə son 
qoyulması  və italyan qoşunlarının Albniyadan çıxarılması 
haqqında" protokol imzalandı. Bu hadisədən sonra Bayram 
Surrinin başçılığı altında alban vətənpərvərləri ölkədən serb və 
yunan işğalçılarını da qovdular. Nəticədə Albaniya öz müstə-
qilliyini bərpa etmiş oldu. 1920-ci ilin noyabrın 9-da Londonda 
olan konfransda müstəqil Albaniyanın müharibəyə  qədərki 
sərhədləri tanındı. 1920-ci ilin dekabrın 17-də Albaniya Mil-
lətlər Cəmiyyətinə daxil edildi. 
Milli müstəqillik qazandıqdan sonra Albaniyada hakimiy-
yət bir qrup feodalın  əlinə keçdi ki, onların içərisində  ən 
nüfuzlu fiqur Əhmət Zoqu (1895-1961) idi. 1920-1921-ci illər-
də o, xarici işlər  naziri, 1922-ci ilin dekabrından 1924-cü ilin 
fevralına qədər isə Albaniyanın baş naziri oldu. Feodal dairələr 
antixalq və antimilli siyasət yeridirdilər. Hökumət 1922-ci ildə 
Bayram Surrinin başçılığı altında ölkənin  şimalında baş verən 
kəndlilərin silahlı üsyanını yatırtdı.  
Ölkədə az sayda olan fəhlə sinfi əmək haqlarının artma-
sına və  əmək  şəraitlərinin yaxşılaşmasına nail oldular. Fəhlə 
sinfinin fəallığının artması  həmkarlar ittifaqı  və  fəhlə sinfinin 
siyasi partiyasını yaratmaq təşəbbüslərinə gətirib çıxartdı. 
Antifeodal dəyişikliklərin keçirilməsi uğrunda mübari-
zəyə milli burjuaziya və ziyalılar da qoşuldu. 1921-ci ildə 
ölkədə A.Rustaminin rəhbərliyi ilə "Başkimi" təşkilatı yarandı. 
Onun proqramında aqrar islahat keçirmək, vergi sistemində 
dəyişiklik etmək, ölkəyə xarici kapitalın müdaxiləsini məhdud-
 
218
laşdırmaq kimi burjua-demokratik dəyişiklikləri həyata 
keçirmək nəzərdə tutulurdu. 
 
  Albaniyada 1924-cü il iyun inqilabı 
 
Albaniyada Müəssislər məclisi çağırmaq ideyası böyük 
populyarlıq qazandı.  İctimai fikrin təzyiqi altında hökumət 
Müəssislər məclisinə seçkilər keçirilməsinə razılıq verdi. Alba-
niyada fəaliyyətdə olan seçki qanununda bir sıra 
məhdudiyyətlər var idi. Qadınlar və  hərbi qulluqçular seçki 
hüququndan məhrum idilər. 1923-cü ilin dekabrında Müəssislər 
məclisinə keçirilən seçkilər birbaşa deyil, çoxdərəcələrdə 
keçirildi. Bütün bunlara baxmayaraq seçkilər kütlələrin siyasi 
fəallığının artmasına təkan verdi. Hökumət bloku çox çətinliklə 
seçkilərdə  qələbə qazandı  və 1924-cü ilin martında mülkədar 
Şefket Berlyasi başda olmaqla hökumət təşkil edildi. 
Ölkənin iqtisadi vəziyyəti yaxşı deyildi. 1922, 1923, 
1924-cü illərin məhsul qıtlığı ölkədə gərgin vəziyyət yaratmış-
dı. Albaniyada inqilabi şərait yetişmişdi. 1924-cü ilin aprelində 
A.Zoqunun tapşırığı ilə A.Rustaminin öldürülməsi xalqın səbr 
kasasını doldurdu. 1924-cü ilin may ayının 1-də A.Rustaminin 
dəfni günü Vlyörada 10 min adamın iştirak etdiyi nəhəng nü-
mayiş keçirildi. May ayının sonunda ölkənin hər yerində 
kəndli, fəhlə və əsgərlərin birgə iştirak etdikləri silahlı inqilabi 
çıxışlar oldu. Silahlı üsyanın gedişində Albaniyada feodalların 
hakimiyyəti devrildi. İyunun 10-da üsyançılar Albaniyanın pay-
taxtı Tiranaya daxil oldular. İyunun 16-da başda liberal əhval-
ruhiyyəli Fon Nola olmaqla demokratik hökumət təşkil edildi. 
Bu hökumət demokratik dəyişikliklər keçirəcəyini vəd etdi. 
1924-cü ilin iyunun 24-də SSRİ ilə diplomatik münasibətlər 
yaratdı. Yeni hökumətin proqramında inzibati, hərbi və mülki 
islahatlar keçirmək, kəndlilərin vəziyyətini yaxşılaşdırmaq, 
vergi sistemi, səhiyyə və təhsilin təşkilində dəyişikliklər etmək 

 
219
nəzərdə tutulurdu. Beynəlxalq aləmdə isə hökumət müstəqil 
xarici siyasət yeritməyi planlaşdırdı. Lakin hökumət bu 
dəyişiklikləri etməyə müvəffəq olmadı. Hökumətin sosial baza-
sı  zəif idi. Onun daxilində ciddi ixtilaflar var idi. Burjua 
dairələri qətiyyətsizlik göstərərək feodallarla kompromisə gir-
məyə çalışırdılar. A.Zoqunun başçılığı altında Yuqoslaviya əra-
zisində əksinqilabi dəstələr təşkil edildi ki, onlar vrangelçilərin 
iştirakı ilə Albaniyaya soxuldular və burjua-demokratik 
inqilabını yatırtdılar. 1924-cü ilin dekabrında Tirana alındı. De-
mokratik azadlıqlar ləğv olundu. Mütərəqqi təşkilatlar qadağan 
edildi. Bütün hakimiyyət A.Zoqunun əlində cəmləşdi. 
 
   Albaniya kapitalizmin nisbi sabitləşməsi illərində  
 
Kapitalizmin nisbi sabitləşməsi illərində ölkə iqtisadiyya-
tında canlanma müşahidə edildi. Valyuta sabitləşdi, xarici və 
daxili ticarətin həcmi artdı, alban burjuaziyasının yeni müəs-
sisələri yarandı. Bununla belə, Albaniyada emal sənayesi çox 
zəif inkişaf edirdi. 
20-ci illərin II yarısında Albaniyaya İtaliya inhisarının 
müdaxiləsi gücləndi. 1925-ci ildə  təsis edilən Milli bankda 
səhmlərin  əksəriyyəti italyan bankirlərinə  məxsus idi. 1925-ci 
ildə Albaniyanın iqtisadi inkişafı üzrə italyan cəmiyyətləri 
meydana çıxdı. Onlar əsasən, alban banklarına kredit verirdilər. 
İtaliya kampaniyaları neft, kömür, mis və xrom filizləri kimi 
faydalı sərvətlərin çıxarılması üçün kəşfiyyat aparmaq hüququ 
aldılar. Albaniya hökumətinin razılığı ilə ölkənin ən yaxşı tor-
paqlarına 300 min italyan köçürüldü. İtaliya həmçinin öz mal-
larını kömrük vermədən Albaniyada satmaq hüququ əldə etdi. 
1930-cu ilə yaxın  İtaliyanın  əlində Albaniyanın ixracının 70, 
idxalının 50, dəniz yüklərinin 60%-i cəmləşmişdi.  
1926-cı ilin noyabrın 27-də bağlanılmış "dostluq və 
təhlükəsizlik haqqında" müqaviləyə əsasən İtaliya Albaniyanın 
 
220
müstəqilliyi üçün "təminat" verirdi. Həmin müqaviləyə  əsasən 
Albaniya  İtaliyanın razılığı olmadan "üçüncü" dövlətlə saziş 
bağlaya bilməzdi. 1927-ci ilin noyabrın 22-də bağlanmış 
müqaviləyə əsasən isə İtaliya Albaniya ordusu üzərində nəzarət 
hüququ  əldə edirdi. Əslində bununla Albaniyada İtaliyanın 
protektoratlığı yaranmış oldu.  
1925-ci ilin yanvarın 22-də Albaniya respublika elan 
edilsə də, əslində ölkədə Ə.Zoqunun diktaturası hökm sürürdü. 
1925-ci ilin yanvarın 31-də Zoqu ölkənin prezidenti seçildi və 
bütün hakimiyyəti öz əlinə aldı. 1928-ci ildə o özünü kral elan 
etdi. Albaniya krallığa çevrildi. 
 
Albaniya dünya iqtisadi böhranı illərində və İkinci 
dünya müharibəsi ərəfəsində 
 
İqtisadi böhran illərində Albaniyada ticarətin həcmi, öl-
kəyə xarici kapital qoyuluşu azaldı, işsizlik artdı. Ölkədə fəhlə 
və kəndli çıxışları çoxaldı. 1933-cü ildə Kuçevada fəhlə tətilləri 
baş verdi. Kəndli hərəkatının təsiri nəticəsində 1930-cu ildə 
aqrar islahat keçirilməsi haqqında qanun qəbul edildi. Mülkədar 
torpaqlarının kiçik bir hissəsi alınaraq kəndlilərə satıldı. Bütün 
məhdudiyyətlərinə baxmayaraq bu islahat kənddə kapitalizmin 
inkişafını sürətləndirdi. Kəndlərdə qolçomaq təbəqəsi yarandı. 
Bununla belə, 30-cu illərin  əvvəllərində  kəndlilərin 52%-i 
torpaqsız idi.  
Böhrandan sonra Albaniyada diktatura rejiminə qarşı mü-
barizə artdı. 1935-ci ildə Tiranada gizli "Antidiktatura təşkilatı" 
meydana gəldi. Bu təşkilat  Ə.Zoqu rejimini silahlı yolla 
devirməyi qarşısına məqsəd qoysa da, onun üzvlərinin geniş 
kütlələrlə əlaqəsi zəif idi. Ölkənin siyasi həyatında ən mühüm 
hadisələrdən biri 1936-cı ilin fevralında Kuçevada neftçi-fəh-
lələrin tətili oldu. Hərəkatın gedişində Kuçevada fəhlə 

 
221
təşkilatları və həmkarlar ittifaqı  yarandı. 1938-cü ildə fəhlələr 
Kuçevada "Əmək cəmiyyəti"ni yaratdılar. 
İkinci dünya müharibəsi  ərəfəsində Albaniya sənaye cə-
hətdən geridə qalmış ölkə idi. 1938-ci il sənaye məhsulları 
ölkənin topdansatış  məhsullarının cəmi 9,8%-ni təşkil edirdi, 
ölkədə cəmi 70 sənaye müəssisəsi var idi.  
İkinci dünya müharibəsi başlanmamışdan  əvvəl  İtaliya 
qərara gəldi ki, Albaniyanın müstəqilliyinə son qoysun. 1939-
cu ilin aprelin 7-də italyan qoşunları Albaniya ərazisinə daxil 
oldular.  Ə.Zoqu hökumətinin ölkənin müdafiəsini təşkil 
etməkdə bacarıqsızlığı, qərb dövlətlərinin isə təcavüzkara qarşı 
heç bir ölçü götürməməsi  İtaliyaya imkan verdi ki, Albaniya 
ərazisini qısa bir zamanda işğal etsin. 
 
222
ŞİMALİ AVROPA DÖVLƏTLƏRI 
İ S V E Ç 
İsveç  üçün birinci dünya müharibəsinin nəticələri 
Birinci dünya müharibəsi zamanı İsveç bitərəf mövqe tut-
muşdu. Bu siyasət  İsveç burjuazisıyanın mənafelərinə uyğun 
gəlirdi. Çünki o, müharibə aparan hər iki qrup ilə ticarət edirdi. 
1916-cı ilə  qədər hakimiyyətdə olan mühafizəkarlar Almani-
yaya meyl göstərirdi. Lakin ingilis blokadası gücləndikdən 
sonra ingilispərəst müxalifət gücləndi. 1916-1917-ci illərdə 
hakimiyyətdə olan liberallar Antantaya dost münasibət 
göstərirdilər. 
Hərbi sənaye ilə  əlaqədar olan sahələrdə, ticarət, gəmi-
çilikdə burjuaziya varlansa da, fəhlələrin vəziyyəti pis idi. Ər-
zaq məhsulları  qıt idi. 1915-ci ildən ölkədə kartoçka sistemi 
tətbiq edilmişdi.  
Müharibə dövründə İsveçdə sinfi qüvvələrin kəskin qütb-
ləşməsi baş verdi. 1917-ci ilin mayın ortalarında  İsveç sol so-
sialist-demokrat partiyası yaradıldı. 1917-ci ildə  İsveçdə haki-
miyyətdə Eden-Brantinq hökuməti idi. 1918-ci ilin sonunda 
parlament (riksdaq) islahatlar haqqında qanun qəbul etdi. Bu 
islahatlardan kralın hüququnun məhdudlaşdırılması, 23 yaşına 
çatmış kişi və qadınlar üçün seçki hüququ verilməsi, 8 saatlıq iş 
gününün tətbiq edilməsi, orduda xidmət vaxtının azaldılması 
xüsusi ilə əhəmiyyətli idi. 
1920-ci ilə qədər İsveç fəhlələri həm əmək haqqı, həm də 
əmək  şəraiti sahəsində bir sıra güzəştlər  əldə etmiş, habelə öz 
siyasi hüquqlarını genişləndirmişdilər. Bundan 1920-ci il seçki 
kompaniyasında sağ sosial demokratlar istifadə etdilər. 1920-ci 
ilin martında Brantinq ilk xalis sosial-demokrat hökuməti təşkil 
etdi. Bu hökumət pralamentdə çoxluğa malik deyildi və  hər 
vaxt burjuaziya tərəfindən «qanun yolu ilə» hakimiyyətdən 
götürülə bilərdi. Brantinq geniş islahatlar proqramını 
(vergilərin azaldılması, mənzil məsələsinin həlli, sənayenin 

 
223
sosialistləşdirilməsi) irəli sürdü, lakin burjua parlamenti bu 
proqramı qəbul etmədi. 
1920-ci ilin otkyabrında Brantinq hökumətinin Aland 
adalarını (bu adalar Rusiya imperiyasının tərkibinə daxil idi və 
inzibati cəhətdən Böyük Finlandiya knyazlığına mənsub idi). 
İsveçə birləşdirilməsinə yönəldilmiş xarici siyasəti iflasa 
uğradı. Riksdağa yeni seçkilərdə o, çoxluq qazanmadığından 
hakimiyyəti «bitərəf» De Qeyer hökmətinə verdi. Bir qədər 
sonra bu hökumətin yerində Fon Sudovun mühafizəkarlar 
hökuməti təşkil edildi. 
1921-ci ilin martında  İsveç Sovet Rusiyası ilə ticarət 
sazişi bağladı. 1921-ci ilin payızında riksdağa keçirilən seç-
kilərdə sağ sosialist-demokratlar 93, mərkəzçilər 6 və yenicə 
təşkil edilmiş kommunist partiyası (1921-ci il, oktyabr) 7 man-
dat aldı. Yenə də hakimiyyətə Brantinq hökuməti gəldi. 
 
İsveç XX əsrin 20-ci illərində 
1921-ci il İsveçin inkişafında dönüş ili oldu. Bu dövrdə 
iqtisadiyyat sahəsində müharibədən sonrakı ilk illərdə hökm 
sürən qızğın möhtəkirlik dövrü başa çatdı.  
Başqa ölkələrə nisbətən İsveçdə kapitalizmin qismən sa-
bitləşməsi prosesinin tez başlanması  və bu proses üçün sağ 
sosial demokratların müstəsna əlverişli şərait yaratması, İsveçə 
güclü miqdarda xarici kapitalın (alman və amerikan) nüfuz 
etməsi nəticəsində 5-6 il ərzində  sənaye, xüsusilə  dəmir, 
sellüloz, maşınqayırma və  hərbi sənaye yüksək sürətlə inkişaf 
etdi, texniki cəhətdən xeyli dərəcədə yenidən quruldu. 1921-ci 
ildə  İsveçdə  200-dən çox inhisar var idi. Artıq 1925-ci ildə 
İsveçin sənaye istehsalı müharibədən  əvvəlki səviyyəyə çatdı 
və 1929--cu ilə  qədər artmaqda davam etdi. Daxili bazarın 
həcmcə kiçik olması 20-ci illərdə  İsverç inhisarçı kapitalını 
iqtisadi qəsbkarlıq yoluna sövq etdi. Bu özünü İsveç 
inhisarlarının dünyanın  ən iri inhisarları: amerikan, alman, 
 
224
ingilis inhisarları ilə  sıx  əlaqə yaratmalarında, habelə çoxlu 
isveç kapitalının iqtisadi cəhətdən zəif və asılı (Pribaltika, Orta 
Şərq, Həbəşistan, Latın Amerikası ölkələri) ölkələrə qoyul-
masında göstərirdi. Bütün bunlar İsveç burjuaziyasına XX əsrin 
20-ci illərinin II yarısında  İsveçin «böyüklüyünün II döv-
rünün» başlanması haqqında danışmağa əsas verirdi.  
1921-ci ildən 1926-cı ilədək (1922-1924-cü illər müstəs-
na olmaqla) hakimiyyət başında sağ sosialist-demokratlar ol-
muşdular. 1925-ci ildə Brantinqin vəfatından sonra baş nazir 
vəzifəsini R.Sandler tutdu. 
20-ci illərin ikinci yarısında  İsveçdə mondizm geniş 
surətdə yayılmağa başlamışdı. Hakimiyyət başında duran bur-
juaziya (1926-1928-ci illərdə Ekman hökuməti, 1928-1930-cu 
illərdə Lindman hökuməti) və sosial-demokrat hökumətləri 
«əmək bazarında sülhü» qanunvericilik yolu ilə möhkəmləndir-
dilər. Fəhlələrlə sahibkarlar arasında münaqişələrlə  əlaqədar 
dövlət arbitrajı haqqında qanunlar qəbul edilmişdi. 
İsveç dünya iqtisadi böhranı illərində 
İsveç sənayesində iqtisadi böhran Avropanın başqa ölkə-
lərindən  nisbətəngec başladı.  İsveçdə iqtisadi böhranın ilk 
təzahürü 1929-cu ilin oktyabrında ABŞ-da olmuş birja 
iflasından sonra meydana çıxdı. 1930-cu ildə amerikan kredit 
bankları ilə bağlı olan Əkinçilik bankının iflası ilə  kənd 
təsərrüfatında da böhran özünü göstərdi. Bununla belə, 1930-cu 
ildə matorlar, generatorlar, telefon avadanlığı ixracı, demək 
olar ki, 1929-cu ilə nisbətən artıq idi. 
1931-ci ildə sənayedə böhran başlandı. İstehsal bütövlük-
də 21%, ixrac üçün işləyən sahələrdə isə 34% aşağı düşdü. 
Dəmir filizi istehsalı 1896-cı il səviyyəsinə qədər düşdü, onun 
ixracı isə 5 dəfə azaldı. Böhran keçirməmiş yeganə sahə hərbi 
sənaye idi. Böhran illərində «Büfors» hərbi konserni öz anbar 
ehtiyatlarını ləğv etdi, müəssisələrinin işini artırdı, 1932-ci ildə 
onun gəlirinin miqdarı çoxaldı. 

 
225
İsveç inhisarlarının beynəlxalq inhisar birləşmələri ilə 
əlaqəsi kredit-maliyyə sahəsində böhranı xüsusilə göstərdi. 
İsveçdə Kreyqer konserninin iflası maliyyə böhranı yaratdı, 
onun ardınca kibrit, elektrotexnika («Erikson») və  dəmir filizi 
(«Qrenqesberq») trestlərində böhran yarandı. Bütün İsveç 
iqtisadiyyatı pozuldu. İşsizlik 50% artdı.  İsveç kapital ixrac 
edən ölkədən kapital idxal edən ölkəyə çevrildi. Kreyqer 
konserninin iflasından sonra, Kreyqerin hakim sağ liberallar 
partiyasına və habelə xain çilbumçular təşkilatına pul buraxdığı 
aşkara çıxarıldı. Bununla əlaqədar siyasi vəziyyət kəskinləşdi. 
Ekman hökuməti (1930-1932-ci illər) istefaya çıxdı. 
Hakimiyyət başına gəlmiş Xolernin sağ liberal hökməti ay 
yarım hakimiyyətdə qala bildi. 
İSDP  İsveçdə  ən nüfuzlu və böyük partiya idi. 1926-cı 
ildən müxalifətdə olan İSDP 1932-ci il seçkilərində böhranın 
nəticələrini ləğv etmək və  İsveç dövlətinin demokratik yol ilə 
inkişafını  təmin etmək proqramı ilə  çıxış etdi və qalib gəldi. 
1932-ci ilin sentyabrında P.A.Xansonun sosial-demokrat hö-
kuməti təşkil edildi. 
Xanson hökuməti işsizlər üçün dövlət işləri sistemi təşkil 
etdi ki, burada da əmək haqqı azad bazar qiyməti ilə verilirdi. 
Kənd təsərrüfatına kredit buraxıldı  və  kənd təsərrüfatı 
məhsullarının qiyməti artırıldı. Bunun əvəzində «Kəndli 
ittifaqı» parlamentdə sosial-demokrat hökumətini müdafiə 
etməyə başladı. 
 
İsveç İkinci dünya müharibəsi ərəfəsində 
1932-ci ildə bütün liberal qruplar və iki liberal partiya 
Xalq partiyası adını almış vahid partiyada birləşdi. Sollar Al-
maniyaya, bu partiya isə  İngiltərə, Fransa, ABŞ-a meyl gös-
tərirdi. Avropada faşizmin fəallaşması  İsveçdə  də faşist təşki-
latlarının  əmələ  gəlməsinə  səbəb oldu. İsveç nasional-sosialist 
partiyası yarandı. Daha sonra İkinci dünya müharibəsinin 
 
226
sonuna qədər mövcud olan Per-Edqalın faşist partiyası 
yaradıldı. 
1936-cı ildə «Kəndli ittifaqı» partiyası  İSDP-dən ayrıldı 
ki, bu da Xanson hökumətinin istefasına səbəb oldu. 
1936-cı ilin yayında riksdaq seçkilərində  İSDP yenidən 
«Kəndli ittifaqı» ilə sazişə girdi, Xanson-Person-Bramstrop 
koalisiya hökuməti təşkil edildi. Bu hökumət 1939-cu ilin 
sonuna qədər hakimiyyətdə oldu. 
1936-cı ildə «mötədil qüvvələrin birliyi» əldə edildi ki, 
bu da İsveç burjuaziyasının bütün qruplarının (onların xüsusi 
mənafelərinin və xarici siyasətdə meyllərinin  müxtəlifliyinə 
baxmayaraq) mənafeyini müdafiə edirdi. Bu birlik İsveç malla-
rının hər iki imperialist qruplarına (Almaniya İttifaqı və ABŞ-
İngiltərə-Fransa) satışını genişləndirmək üçün müharibə  ərə-
fəsində əmələ gəlmiş yüksək konyukturadan sona qədər istifadə 
etmək səyini əks etdirirdi. 
 

 
227
FİNLANDİYA 
Finlandiya Birinci dünya müharibəsinin sonu və 
müharibədən sonrakı ilk  illərdə 
1809-1917-ci illər  ərzində böyük knyazlıq kimi Rusiya 
tərkibində olmuş Finlandiya olduqca geniş muxtariyyətdən 
istifadə edirdi. Onun öz maliyyə sistemi, kömrük sərhədi, 
seymi, senatı (yerli hökuməti) var idi. Dövlət dili İsveç və fin 
dilləri idi. Onun vətəndaşları Finlandiya təbəəliyinə malik idi-
lər. Birinci dünya müharibəsi illərində Finlandiyada hərbi və-
ziyyət elan edilsə  də, fin əhalisi müharibədə  iştirak etmirdi. 
Lakin onlar xəlvəti Almaniyaya kömək edirdilər. 
Çoxlu hərbi sifarişlər alan ölkənin sənayesi sürətlə inkişaf 
edir, burjuaziyaya çoxlu qazanc gətirirdi. 
Fin sosial-demokrat başçılarının tərəddüdü və sazişçi 
siyasəti onların nüfuzdan düşməsinə  və 1917-ci ilin oktyabrın 
1-2-də keçirilmiş seym seçkilərində  məğlubiyyətə  uğramasına 
səbəb oldu. 1917-ci il noyabrın 27-də təşkil edilmiş Svinxuvud 
hökuməti Finlandiyanın Rusiyadan dərhal ayrılmasını tələb etdi 
və seymin Rusiyanın tərkibində qalmaq haqqındakı 1917-ci il 
18 iyul qərarını  ləğv etdi. 1917-ci il dekabrın 31-də Sovet 
hökumətinin başçısı V.İ.Lenin Svinxuvudun başçılıq etdiyi fin 
nümayəndə heyətini qəbul etdi və elə  həmin gün də XKS-nin 
Finlandiya Respublikasına istiqlaliyyət verilməsi haqqında 
qərarını ona təqdim etdi. Hökumət 1918-ci il yanvarın 12-də 
sosial-demokrat fraksiyasının müqavimətinə baxmayaraq, 
seymə şüskorların açıq fəaliyyət göstərmələrinə icazə verən və 
Qızıl Qvardiyanın buraxılmasını  nəzərdə tutan diktatorluq 
vəkalətləri verilməsi haqqında qanun qəbul etdirdi. 1918-ci il 
yanvarın 16-da Svinxuvud keçmiş çar generalı Qustav Man-
nerheymi ordunun baş komandanı təyin etdi. 
1918-ci il yanvarın 22-də sosial-demokrat partiyası Şura-
sının iclasında ali inqilabi orqan – Finlandiya fəhlələrinin 
icraiyyə komitəsi seçildi. Yanvarın 28-də Helsinqforsda fəhlə 
 
228
sinfi inqilaba başladı. Paytaxt tutuldu və Xalq Müvəkkilləri 
Şurası yaradıldı. Ali dövlət orqanı 35 nəfərdən ibarət olan Baş 
Sovet idi. Finlandiyanın cənubunda yeni hökumət quruldu. Ağ 
hökumət ölkənin bütün qızıl ehtiyatını götürərək ölkənin 
şimalına qaçdı. Svinxuvud gizlicə Estoniyaya, oradan da Al-
maniyaya getdi. Ağ fin hökuməti Almaniya ilə ayrılıqda sülh 
bağladı və sonra inqilab əleyhinə hərbi yardım almaq haqqında 
onunla saziş imzaladı.  
Finlandiya fəhlə respublikası  cəmi 3 ay, 1918-ci il yan-
varın axırından mayın əvvəlinə qədər yaşadı. 1918-ci il martın 
sonu – aprelin əvvəllərində Finlandiyanın cənubuna-Qızıl 
Qvardiyanın arxasına fon der Holtsun komandanlığı altında 
alman qoşunlarının böyük desant qrupları  çıxarıldı.  Şimaldan  
isə fin inqilabi qoşunlarının mərkəz cəbhəsini yararaq 
Monnerheym ordusu irəlilədi. Qızıl Qvardiya məğlubiyyətə 
uğradı. 
Qalib gəlmiş  ağ hökumətin ilk tədbiri 1918-ci il mayın 
15-də Sovet Rusiyası ilə diplomatik münasibətləri kəsməsi 
oldu. 
1918-ci il avqustun 29-da Moskvada fin inqilabçı müha-
cirlərinin qurultayında Fin KP yaradıldı.  
Finlandiyada alman imperializmi ilə sıx bağlı olan rejim 
yaradıldı. 1918-ci il avqustun 15-də Finlandiyada monarxiya 
qurulduğu elan edildi. Oktyabrın 9-da isə alman şahzadəsi 
Hessenski-Karl-Fridrix «Finlandiya və Kareliyanın kralı» oldu. 
Müharibədə Almaniya məğlub edildikdən sonra, 1918-ci il 
dekabrın 12-də Antantanın  əlaltısı Mannerheym Finlandiyanın 
naibi təyin edildi. Alman ekspedisiya korpusu Finlandiyanı tərk 
etdi.  
1919-cu ildə  vətəndaş müharibəsindən sonra seymə ilk 
seçkilər keçirildi. 5 partiya: koalisiya, İsveç xalq partiyası, 
aqrar, tərəqqipərvər və sosial-demokrat partiyası bu seçkilərdə 
iştirak etdi. Seym respublika idarə formasını qəbul etdi, monar-

 
229
xiya haqqındakı qanunu ləğv etdi. 1919-cu ilin iyulunda liberal 
burjuaziyanın nümayəndəsi K.Stolberq (tərəqqipərvər partiyası) 
Finlandiyanın prezidenti seçildi.  
Fin hakim dairələri Kareliya, Kola yarımadası və Lenin-
qrad hesabına Finlandiyanın  ərazisini genişləndirmək istəyir-
dilər. Yalnız 1920-ci il oktyabrın 14-də Fin hökuməti Rusiya ilə 
Yuryev-Tartu sülhünü bağladı. Bu sülhə görə Barents dənizinə 
çıxış yolu ilə birlikdə Peçeneq (Petsamo) vilayəti Finlandiyaya 
verilirdi. 1922-ci il iyulun 1-də Finlandiya ilə Rusiya arasında 
sərhəd sazişi imzalandı. 
 
Finlandiya kapitalizmin nisbi sabitləşməsi dövründə 
Burjuaziyanın «möhkəm qol» hökuməti yaratmaq 
cəhdinə baxmayaraq 20-ci illərin birinci yarısında Finlandiyada 
daxili siyasi vəziyyət olduqca ağır idi. Fin və isveç kapitalı 
arasında gedən mübarizə  nəticəsində hökumətlər tez-tez 
dəyişilirdi. 
1918-1926-cı illərdə Finlandiyanın iqtisadiyyatında ha-
kim mövqe tutmuş xarici kapital ölkə iqtisadiyyatının birtərəfli 
inkişafına səbəb olurdu. Finlandiya meşə xammalı  mənbəyinə 
çevrilmişdi. Sənayenin bu əsas sahəsində  səhm kapitalının 
60%-dən çoxu xarici kapitala mənsub idi. İngilis və  İsveç 
kapitalı birinci yeri tuturdu. Ölkədə vergilərin son dərəcə çox 
artmasına baxmayaraq, bu vergilərdən toplanan məbləğ xarici 
borcların faizini belə ödəməyə çatmırdı. 
Daxili siyasi vəziyyətin möhkəm olmaması, müxtəlif bur-
jua partiyaları arasında mübarizə xarici kapitalistləri də narahat 
edirdi. Buna görə  də onlar daxili siyasətdəki gərginliyi 
yumşaltmağa cəhd edirdilər. Sənaye kapitalistləri ilə aqrarilər 
arasındakı ziddiyyətlər həddindən çox kəskinləşdiyi bir vaxtda 
1926-cı ilin dekabrında xarici kapitalistlər V.Tennerin başçılıq 
etdiyi sosial-demokrat hökumətini hakimiyyətə  gətirdilər. 
 
230
1926-cı ilin dekabrından 1927-ci ilin dekabrına qədər bu höku-
mət hakimiyyətdə oldu. 
1927-ci il seçkilərində hakimiyyətə aqrarilərin Sunila 
hökuməti gəldi. 1927-ci ildə İsveç ticarət müəssisələrinin bay-
kot edilməsi ilə  İsveç  əleyhinə kampaniya başlandı. Xarici 
siyasət sahəsində fin burjuaziyası  İsveç  əyaləti Norbottanın, 
Norveç  əyaləti Finmarkın Finlandiyaya birləşdirilməsi tələbini 
irəli sürdü. Lakin bu tələb hər iki dövlət tərəfindən qəti rədd 
edildi. 
 
Finlandiya dünya iqtisadi böhranı və İkinci dünya 
müharibəsi ərəfəsində
 
1928-ci ilin sonunda Finlandiyada başlanmış iqtisadi böh-
randan faşist hərəkatının «fin» formasını ölkədə yaymaq üçün 
istifadə edildi. İşsizlərin sayı 95 mindən 126 min nəfərə qədər 
artdı. Bu vaxt mürtəce qüvvələr Finlandiyanın şimal-qərbindəki 
Lapua mahalının, yəni 1929-cu il noyabrın ortasında yerli 
şüskorların tərəqqipərvər fəhlə  gənclərin iclasına basqın et-
dikləri və iclas iştirakçılarına ağır divan tutduqları yerin adı ilə 
adlanmış lapuas faşist təşkilatını yaratdılar. 1930-cu il iyulun 1-
də hökumət seymə fövqəladə qanunlar layihəsini təqdim etdi. 
Bu qanunları müdafiə etmək məqsədi ilə 1930-cu il iyulun 7-də 
lapuasçılar, bütün Finlandiyada Lapuas hərəkatının 12 min fəal 
iştirakçısı Helsinki üzərinə «yürüş» təşkil etdi. Bundan bir az 
əvvəl xaricdə mühacirətdə olmuş Svinxuvud ölkəyə çağrıldı və 
ona sağ burjua partiyaları nümayəndələrindəni yeni kabinet 
təşkil etmək tapşırıldı. 
Seymə edilən təzyiq  əks təzyiqə  səbəb oldu. Laupas 
hərəkatının getdikcə azğınlaşmasından qorxan liberal-burjua 
deputatların bir hissəsi fövqəladə qanunlara səs verməkdən 
imtina etdi və bu qanunlar üçüncü oxunuşda lazım olan 
əksəriyyəti qazana bilmədi. Belə olduqda prezident Relander 

 
231
1930-cu il iyulun 15-də seymi buraxaraq, 1930-cu il oktyabrın 
1-nə yeni seçkilər təyin etdi. 
Terror  şəraitində keçirilmiş  və koalisiya partiyasına böyük 
uğur gətirmiş (28 əvəzinə 42 mandat) yeni seçkilərin nəticə-
sində irtica öz mövqelərini möhkəmləndirdi. Seym bütün föv-
qəladə qanunları  qəbul etdi. Lapuasçılar açıq faşist çevrilişinə 
cəhd etməyə başladılar. Azğın antisovet təbliğatı başlandı. 
Lakin, Sovet İttifaqı orqanlarını  təqsirləndirmək məqsədi ilə 
keçmiş prezident K.Stolberqi öldürüb, onun meyitini SSRİ əra-
zisinə atmaq cəhdi baş tutmadı. 1931-ci il yanvarının 15-16-
sında cəmi iki səs çoxluğu ilə Svinxuvud prezident seçildi. 
1931-ci il martın 21-də isə Sunilanın mötədil burjua hökuməti 
təşkil edildi. 
Lapuasçıların öz hərəkatlarına geniş kəndli kütlələrindən 
yardım almaq ümidi boşa çıxdı. Xırda kəndlilər nəinki sağ 
partiyaları, habelə aqrarilər partiyasını da tərk edərək siyasi 
radikal «Xırda torpaq sahibləri» ittifaqını yaratdılar. 
Lapuasçıların nüfuzunun gündən-günə  aşağı düşdüyünü 
hiss edən onların başçıları  hərbi-faşist çevrilişini sürətləndir-
mək üçün cəhd göstərdilər. 1932-ci ilin fevralında paytaxtın 
yaxınlığındakı Miyantiyola adlanan yerdə lapuasçıların silahlı 
dəstəsi qiyam qaldırdı. Qiyam heç bir güllə atılmadan dağıdıldı. 
Hərəkat zəifləməyə başladı. Lakin onun əsasında  əvvəlcə 
koalisiya partiyasının bir qrupu kimi çıxış etmiş, sonra isə fin 
faşist partiyası kimi təşəkkül tapmış «Vətənpərvər xalq 
hərəkatı» adlı faşist partiyası yaradıldı. Bu partiya geniş ictimai 
baza  əldə edə bilmədi. Fin faşizminin – lapuas hərəkatının 
xüsusiyyəti onun ictimai bazasının darlığında idi. 
1932-ci ilin yanvarında laupas hərəkatı formal olaraq qa-
dağan edildikdən sonra SSRİ ilə Finlandiya arasında hücum 
etməmək haqqında 10 il müddətinə öhdəlik imzalandı. 
1932-ci ilin dekabrında sağ burjua partiyalarını  təmsil 
edən Kivimyaki hökuməti təşkil edildi. Bu hökumət əvvəlkilər-
 
232
dən daha çox - 1936-cı ilin sentyabrına qədər hakimiyyətdə 
qaldı. 
Finlandiyada fin burjuaziyası ilə  İsveç burjuaziyası ara-
sındakı ziddiyyətlər  əsas etibarı ilə fin və  İsveç iri 
kapitalistlərinin mənafelərinin tamamilə uyğun gəlməsi ilə 
əlaqədar aradan qaldırılmışdı. 1936-cı ilin iyulunda seymə 
keçirilmiş seçkilərdə, «sol» olan partiyalara verilən səslər çox-
luq təşkil etdi. FSDP 83 mandat, aqrarilər isə 53 mandat aldılar. 
1936-cı ilin sentyabrında Kivimyaki  hökuməti istefa verdi və 
üç partiya – aqrarilər, tərərqqipərvərlər, mühafizəkarlar 
koalisiyasını  təmsil edən Kalleo (aqrarii partiyasından idi) 
hökuməti təşkil edildi. Yarım ildən sonra prezident seçkilərində 
Svinxuvud məğlubiyyətə  uğradı. Prezident seçilmiş Kalleo 
hökumətin təşkilini Kayanderə tapşırdı. O isə, sosial-demokrat 
Tennerə maliyyə naziri vəzifəsini verməklə koalision hökumət 
təşkil etdi. Nəticədə Finlandiyada keçmiş hökumətdən fərqli 
olaraq  İngiltərə meylli Kayander-Xolsti-Tenner burjua höku-
məti hakimiyyətə  gəldi. Bu hökumət arasıkəsilmədən müha-
ribəyə hazırlıq aparırdı. Lakin ilk vaxtlarda yəni, 1937-1938-ci 
illərdə, fin burjuaziyası özünün xarici siyasət planlarını «Skan-
dinaviya istiqaməti» siyasəti ilə pərdələyirdi.  
1937-ci ilin fevralında Finlandiyanın xarici işlər naziri 
Xolsti Moskvaya gəldi. Bir az sonra R.Xolsti vəzifəsindən gö-
türüldü. Xarici işlər naziri vəzifəsinə SSRİ-yə nifrət edən Elias 
Erkko təyin edildi. Kayandar-Tenner hökuməti müharibəyə 
ideoloji hazırlığı gücləndirdi. «Mannerheym xətti» tikilməyə 
başladı. Yenidən Urala qədər «Böyük Finlandiya» yaratmaq 
haqqında fikirlər irəli sürülməyə başlandı. Belə olduqda, 1939-
cu ilin mart-aprel aylarında Sovet hökuməti Avropada yaranmış 
gərgin vəziyyəti nəzərə alaraq Finlandiyaya təklif etdi ki, Fin 
körfəzinin mərkəzi hissəsindəki ümumi sahəsi 48,5 min kv.km 
olan bir sıra xırda adaları (Suksaari, Tyuttarsaari, 
Lavansaari,Penisaari və Seyskari) Kareliya  ərazisinin müvafiq 

 
233
sahəsi ilə dəyişdirsin və ya onu SSRİ-yə icarəyə versin. Lakin 
Finlandiya hökuməti bu təklifi rədd etdi. Bu isə SSRİ ilə 
Finlandiya arasında 1939-cu ilin noyabrında müharibənin 
başlanmasına və Finlandiyanın məğlubiyyətinə səbəb oldu.  
 
234
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin