IX. MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUBİ-ŞƏRQİ AVROPA
ÖLKƏLƏRİ
AVSTRİYA
Avstriyanın respublika elan edilməsi
Birinci dünya müharibəsi dövründə də Avstriya-Macarıs-
tanın əhalisinin əksəriyyəti milli zülm altında olan və istismar
olunan xalqlardan ibarət idi.
Müharibədən əvvəl Avstriya-Macarıstan kapitalizmin zəif
inkişaf etdiyi ölkə idi. Sənaye ancaq Çexiyada bir qədər inkişaf
etmişdi. Müharibə bu çoxmillətli ölkənin iqtisadiyyatını xeyli
zəiflətdi, milli və sinfi ziddiyyətləri isə daha da kəskinləşdirdi.
1918-ci ilin noyabrın 3-də o, müharibədən məğlub vəziyyətdə
çıxdı. Müharibədə Avstriya-Macarıstandan 4 milyondan artıq
yaralanan, ölən və əsir düşən oldu.
Müharibənin ən mühüm nəticələrindən biri Avstriya-
Macarıstan imperiyasının dağılması və onun yerində bir sıra
yeni milli dövlətlərin yaranması idi. Bu dövlətlərdən biri də
Avstriya oldu.
1918-ci ilin oktyabr-noyabr aylarında bütün Avstriyanı
fəhlə və əsgərlərin inqilabi çıxışları bürüdü. Müharibə illərində
Avstriya sosial-demokrat partiyası içərisində sol qruplar təşək-
kül tapmaqda idi. 1918-ci il noyabrın 3-də Vyanada təsisedici
konfransda Avstriya Kommunist Partiyası (AKP) təşkil olundu.
Partiya «Vekruf» (Çağırış) qəzetini buraxmağa başladı. Ancaq
AKP ideaoloji cəhətdən zəif, üzvləri az idi. Avstriya
burjuaziyası inqilabi-çıxışları yatırmağı bacardı. Avstriyada
1918-ci il noyabr inqilabı burjua-demokratik inqilab
çərçivəsindən kənara çıxmadı. Vyanada Avstriya vilayətlərinin
deputatlarının məclisi çağırıldı. Məclis özünu «Alman
Avstriyasının müvəqqəti Milli Məclisi» elan etdi. Dövlət şurası
təşkil olundu. Dövlət kansleri vəzifəsinə sosial-demokrat
partiyasının lideri Karl Renner təyin edildi. Milli Məclis Avs-
171
triyanı 1918-ci il noyabrın 12-də respublika və Almaniya
Respublikasının tərkib hissəsi elan etdi. Sənaye fəhlələri üçün 8
saatlıq iş günü müəyyən olundu. İşsizliyə görə vəsait ayrıldı.
Lakin bununla belə sosial-demokrat partiyasının başçılıq etdiyi
bu hökumət milli qvardiyanı tərksilah etdi, fəhlə və əsgər
deputatları sovetinin rolunu heçə endirdi. Avstriya dövlət şurası
ilə Almaniya arasında anşlüs haqqında danışıqlar başlandı.
Lakin 1919-cu ildə anşlüs siyasəti həyata keçirilmədi. Çünki
Antanta dövlətləri Almaniyanın güclənməsini istəmirdilər.
1919-cu ildə Avstriya Milli-Məclisinə seçkilər keçirildi. Sosial-
demokratlar seçkilərdə birinci yeri tutdular. Milli Məclisin sədri
Karl Zeyts seçildi. 1919-cu ilin martında Karl Renner yeni
hökumət təşkil etdi. 1920-ci ilin iyununda K.Renner hökuməti
xalq kütlələrinin güclü tətilinin təsiri altında istefa verdi. Yeni
hökuməti Xristian-sosialist partiyasının lideri Mayr təşkil etdi.
1919-cu il sentyabrın 10-da Avstriya ilə Antanta
dövlətləri arasında Parisin yaxınlığında olan Sen-Jermen
qəsəbəsində sülh müqaviləsi bağlandı. Avstriyadan təzminat
alınmasını xüsusi təzminat komissiyası müəyyən etməli idi.
Müqavilə Avstriya üçün məcburi hərbi mükəlləfiyyəti qadağan
edirdi.
1920-ci il oktyabrın 1-də Təsisedici məclis Avstriyanın
konstitusiyasını qəbul etdi. Avstriya federativ respublika elan
olundu. Avstriyanın torpaqları landtaqlarını saxlayırdı.
Vyanada landtaqın vəzifələrini bələdiyyə idarəsi yerinə
yetirirdi. Konstitusiyaya əsasən burjua-demokratik azadlıqları
elan edildi. Lakin kilsə dövlətdən ayrılmadı. 1920-ci ilin
oktyabr seçkilərində Xristian sosialist partiyası qələbə qazandı.
Haynş prezident seçildi.
172
Avstriya kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi
böhranı illərində
Yeni təşkil edilmiş Avstriya dövləti iqtisadi cəhətdən çə-
tinlik keçirirdi. Sen-Jermen sülh müqaviləsinə görə Avstriyanın
tərkibində 6,4 milyon əhalisi olan ərazi qalmışdı. Avstriyada
sənaye fəhlələrinin sayı milyon yarıma çatırdı.
52 milyon əhalisi olan Habsburqlar monarxiyasını idarə
etmək üçün yaradılmış idarə heyətlərini işlə təmin etmək im-
periya dağıldıqdan sonra çətin idi. Buna görə də Avstriyada
böyük bir qrup insan işsiz qaldı. Avstriya sənayesi bir çox
xammal növlərindən məhrum oldu. İmperiya dağıldıqdan sonra
fabrik-zavodların çoxu fəaliyyətdən qaldı. Avstriya burjuaziya-
sı və iri torpaq sahibləri xaricdən borc almağı qərara aldı. 1922-
ci ildən 1929-cu ilə qədər Avstriya xaricdən 650 milyon qızıl
kron borc aldı.
Avstriyada fəhlələrin əksəriyyəti sosial-demokrat partiya-
sının arxasınca gedirdi. 1924-cü ildə bu partiyanın 555 min
üzvü var idi. Sosial demokratların rəhbərlik etdikləri həmkarlar
ittifaqları bir milyondan artıq fəhlə və qulluqçunu öz sıralarında
birləşdirirdi. Otto Bauer və başqaları fəhlələrə sosializm uğ-
runda mübarizədə ancaq seçkilərə ümid bəsləməyi təbliğ edirdi.
1927-ci il seçkilərində Avstriya Sosial-demokrat partiyası 42%
səs topladı. Sosial demokratlar uzun müddət Vyana bələdiyyə
idarəsini öz əllərində saxladılar. Avstriya SDP sosializm qur-
mağa başladığını qeyd etsə də, onların həyata keçirdiyi
tədbirlər kapitalizmin əsaslarına toxunmurdu. Avtsriya burjua
mürtəce dairələri faşist terrorçu metoduna keçdiklərinə görə
1923-cü ildə sosial-demokrat partiyası özü hərbiləşdirilmiş
təşkilatını yaratdı. Təşkilat Ştusbund (Müdafəi ittifaqı) adlan-
dırıldı. Onun 100 minə yaxın üzvü var idi. 1927-ci il yanvarın
30-da faşist qrupları Kiçik Ştattekdorf əyalət şəhərində fəhlə
173
nümayişinə atəş açdılar. Faşist terroruna qarşı Avstriyada
kütləvi nümayiş başlandı. Öldürülən fəhlələrin dəfni zamanı
Avstriyada bütün fəhlə sinfi 15 dəqiqə işi dayandırdı.
1927-ci ilin iyulun 14-də burjua məhkəməsi Ştattekdorf-
dakı qırğına haqq qazandırdı. Buna etiraz əlaməti olaraq kütləvi
fəhlə tətilləri başlandı. 20 gün ərzində tətillər dayanmadı.
Hökumət tətilləri qəddarcasına yatırtdı. 1929-cu ildə hakimiy-
yətə fəhlələrin iyul nümayişinə divan tutmuş Şober keçdi. O,
konstitusiyanı yenidən faşizm ruhunda tərtib etdirdi.
Dünya iqtisadi böhranı Avstriyanın sosial-siyasi və iqti-
sadi həyatına ciddi təsir etdi. 1929-cu ilin oktyabrında böyük-
lüyünə görə Vyananın ikinci bankı olan "Bodenkredit ştabı"
iflasa uğradı. Ölkənin maliyyə sistemi pozuldu. İqtisadi böhran
Avstriya sənayesində mərkəzləşməni və təmərküzləşməni güc-
ləndirdi. İşsizlərin sayı artdı. Vergilər çoxaldıldı. Mənzil
haqları artırıldı. Şober hökuməti 1930-cu il sentyabrın 5-də
istefaya getdi. Voquci kansler oldu. Lakin 1930-cu il noyabrın
29-da o da istefaya getdi. 1930-cu il noyabrın 9-da keçirilən
seçkilərdən sonra Xristian sosialist partiyasının nümayəndəsi
Otto Ender ölkə kansleri oldu. Hökumətin Avstriya-Almaniya
gömrük ittifaqının yaradılması haqqında qərarı beynəlxalq
təzyiqlərə səbəb oldu. Ender hökuməti də 1931-ci il iyunun 20-
də istefa verdi. Yeni hökuməti Karl Bureş yaratdı. O, iqtisadi
böhranın qarşısını almaqda aciz qaldı. Avstriyaya kreditlər
verilməsi məsələsi böyük dövlətlər tərəfindən istənilən qaydada
həll olunmadığı üçün qalmaqal yarandığından Bureş hökuməti
1932-ci il may ayının 13-də istefaya getdi.
Sosial-demokratların apardığı islahatçılıq təbliğatı nəticə-
sində pərən-pərən düşmüş fəhlə sinfi faşizmin yolunu kəsə
bilmədi. 1932-ci ilin mayında Xristian-sosialişlər partiyasının
sağ qanadının lidrei Dolfusun hökuməti hakimiyyətə keçdi. O,
1933-cü ildə dövlət çevrilişi edib, parlamenti buraxdı.
Demokratik azadlıqları ləğv etdi. Sosial-demokratların
174
ştusbundu buraxıldı. AKP qadağan edildi. Dolfus arxalandığı
partiyaları – Xristian sosialistlər partiyasını, Katolik təşkilatını,
Heynveri "Vahid vətən cəbhəsi" partiyası adı altında
birləşdirdi. Bu partiya Dolfus hökumətinin dayağına çevrildi.
Avstriyada fəhlələr faşistlərə qarşı silahlı mübarizəyə başla-
dılar. Barrikadalar təşkil etdilər. Lakin ordu 1934-cü il fevral
çıxışlarını qəddarcasına yatırtdı. 1200 nəfər öldü, 5000-ə yaxın
yaralandı, 11 minə yaxın isə həbs edildi, yüzlərlə fəhlə Çexos-
lovakiyaya keçib, oradan SSRİ-yə gəldilər.
Hitler Almaniyasının Avstriyanı işğal etməsi
1934-cü il iyulun 25-də hitlerçilər Dolfusu öldürüb Avs-
triyanı işğal etməyə cəhd göstərdilər. Ancaq sərhədlərdə yerlə-
şən alman qoşunlarını Hitler Avstriyaya yeridə bilmədi. Çünki
Mussolini də belə olacağı təqdirdə qoşunlarını Avstriyaya yeri-
dəcəyini bildirmişdi. Şuşink Avstriya hökumətinin başçısı oldu.
O, 1936-cı ilin yayında Avstriya və Almaniya arasında dostluq
münasibətlərini bərpa etmək haqqında müqaviləyə imza atdı.
Almaniya faşist mətbuatı anşlüs haqqında yenidən təbliğata
başladı. Şuşink hökuməti yenə də xalqın iradəsi ilə
hesablaşaraq almanların Avstriyada təşkil etdiyi nasional-
sosialist partiyasını qadağan etdi. Bu Hitlerin qəzəbinə səbəb
oldu. 1938-ci ilin fevralın 12-də Hitler Şuşinkə ultimatum ver-
di. Nəticədə nasional-sosialistlər azad olundu. Nasist Zeys-
İnkvard daxili işlər naziri təyin olundu. Şuşink Avstriyanın
müstəqilliyi barəsində plebist (ümumi rəy sorğusu) keçirməyi
qərara aldı. Ancaq Hitler yenə ona ultimatum göndərib plebsisti
ləğv etməyə nail oldu. Şuşink 1938-ci il martın 11-də radio ilə
çıxış edib istefaya çıxdığını bildirdi. Eyni zamanda xalqı alman
qoşunlarına müqavimət göstərməməyə çağırdı. İnkvard
Avstriyanın kansleri təyin edildi. 1938-ci il martın 11-də Hitler
ordusu heç bir müqavimətsiz Avstriyaya daxil oldu. Kansler
Avstriyanı alman dövləti elan etdi. Anşlüs Avstriyanın Alma-
175
niyanın hakimiyyəti altına alınması ilə nəticələndi. Avstriya
rəsmi olaraq Ostmark ("Şərq markası") adı altında üçüncü
reyxin tərkibinə qatıldı.
176
MACARISTAN
Macarıstanda 1918-ci il burjua-demokratik inqilabı
Çoxmillətli Habsburqlar monarxiyası tərkibində Macarıs-
tan imtiyazlı dövlət idi. Macar iri torpaq sahibəri və burjuazi-
yası serbləri, rumınları, slovakları, xorvatları və digərlərini-ni
təzyiq altında saxlayaraq onların milli mədəniyyətlərinin
inkişafına mane olurdular. Bu dövrdə Macarıstan kapitalizmin
orta səviyyədə inkişaf etdiyi 10 miloyn əhaliyə malik olan aq-
rar-sənaye ölkəsi idi. Bir sıra iri sənaye sahələri də inkişaf
etməkdə idi. Macarıstanda fəhlə sinfinin əksəriyyət hissəsi
Budapeştdə yerləşmişdi. Kənd təsərrüfatında feodalizmin
qalıqları, latifundiyalar mövcud idi. Birinci dünya müharibəsi
illərində Macarıstandan ölənlərin sayı 1,4 milyon, əsir
düşənlərin sayı isə 700 min nəfər oldu. Müharibə nəticəsində
ölkədə aclıq və təsərrüfat pozğunluğu əmələ gəldi. Zəhmətkeş
kütlələrin nifrəti iri mülkədar və burjuaziyanın mənafeyini
müdafiə edən hökumətə qarşı getdikcə güclənirdi. Rusiyadakı
Fevral inqilabı və oktyabr çevrilişi inqilabi hərəkatın
yüksəlməsinə təkan verdi.
1918-ci ildəki tətillərin gedişində ilk dəfə Macarıstanda
fəhlə deputatları sovetləri təşkil edildi. Zəhmətkeş kütlələr mü-
haribənin dayandırılmasını, Habsburqlar monarxiyasının dağı-
dılmasını daha qətiyyətlə tələb edirdilər. Serbiya, Xorvatiya,
Çlovakiyada və s. başqa yerlərdə milli-azadlıq hərəkatı
gücləndi.
1918-ci ilin oktyabrında ölkədə kütləvi tətil hərəkatı ən
yüksək nöqtəsinə çatdı. Kəndlilər mülkədarların torpaqlarını
müsadirə edərək öz aralarında paylayırdılar. Cəbhələrdə fəra-
rilərin sayı artırdı. Bu hadisələr Habsburqlar monarxiyasının
dağılmasını surətləndirdi. 1918-ci ilin oktyabrın 30-da Buda-
peştdə zəhmətkeşlərin üsyanı oldu. Üsyan edən fəhlələr silah
zavodunu ələ keçirərək silahlanıb əsgərlərə qoşuldular. Silahlı
177
üsyançılar oktyabrın 31-də hökumət evini, teleqraf, poçt və s.-
ni ələ keçiridlər. Lakin sovetlərdə əksəriyyəti təşkil edən sağ
sosialistəlr fəhlə hökuməti təşkil etməkdən boyun qaçıraraq
hakimiyyəti burjuaziyaya verdilər. Oktyabrın 31-də
İstiqlaliyyət partiyasının rəhbəri Mixail Karoyi başda olmaqla
koalisiyalı hökumət təşkil edildi. Bu hökumətin tərkibinin
əksəriyyəti burjua nümayəndələrindən ibarət idi. Lakin burada
sağ və mərkəzçi sosialistlərin də nümayəndələri var idi.
1918-ci il noyabrın 16-da Macarıstan respublika elan
edildi. 1919-cu ilin yanvar ayında M.Karoyi prezident seçildi.
Yenicə təşkil edilmiş koalision hökumət fəhlə-kəndlilərin
çıxışlarını yatırmağa və burjuaziyanın hakimiyyətini
möhkəmləndirməyə çalışdı. Bu hökumət Habsburqlar
monarxiyasının dövlət aparatına toxunmadı. Hökumətin
göstərişi ilə müəyyən yerlərdə mülkədar torpaqlarının
bölüşdürülməsi dayandırıldı. Kəndlilər tərəfindən
bölüşdürülmüş torpaqlar təkrar sahiblərinə qaytarıldı. Koalision
hökumət müəyyən güzəştlər etməyə də məcbur oldu. Ümumi
seçki hüququ, söz, mətbuat, yığancaq azadlığı verildi. 8 saatlıq
iş günü müəyyən edildi. Hökumətin tərkibindən müəyyən
komissiya ayrıldı ki, ona da «sosialistləşmə komissiyası» adı
verildi. Ölkədə aqrar islahatın həyata keçirilməsi vəd edildi.
Göstərildi ki, 500 xoltdan (57 sotdur) artıq torpaq mülklərinə
sahib olmaq qadağan edilir. Lakin aqrar islahatlar və
"sosialistləşmə" hökumət tərəfindən həyata keçirilməyərək
kağız üzərində qaldı. Ölkədə iqtisadi vəziyyət olduqca
çətinləşdi. Bir sıra şəhərlərdə, xüsusilə, Budapeştdə xeyli
miqdarda işsizlər ordusu əmələ gəldi. Ərzaq mallarının
çatışmazlığı şəraitində möhtəkirlik gücləndi.
1918-ci il noyabrın 24-də Budapeştdə Rusiyadan qayıt-
mış kommunistlərin və sol sosialistlərin müşavirəsi çağırıldı.
Burada Bela Kunun rəhbərliyi altında Macarıstan Kommunist
partiyası təşkil edildi. Bu partiya Macarıstan zəhmətkeşlərini
178
burjua hakimiyyətini yıxmağa və proletariat diktaturasını
qurmağa çağırdı.
Kommunist partiyası təşkil edilən gündən hökumət bu
partiyanı ciddi təqib etməyə başladı. 1919-cu il fevralın 21-də
MK-nın bütün tərkibini həbs etdi. Sağ sosialistlər hökumətin bu
təşəbbüsünü bəyənərək kommunistləri həmkarlar ittifaqının
rəhbər vəzifələrindən uzaqlaşdırmağa çalışdı. Hökumətin bu
tədbirinə qarşı 1919-cu ilin mart ayında fəhlələr çıxış edərək
Bela Kun və onun silahdaşlarının həbsxanadan azad edilmə-
lərini tələb etdilər. Çıxış edən fəhlələr kommunistlərlə sosialist-
demokratların birgə fəaliyyət göstərmələrini də tələb edirdilər.
1919-cu ilin əvvəlindən ölkədə inqilabi yüksəliş əmələ gəldi.
Fəhlələr fabrik-zavodları ələ keçirdilər. Kəndlərdə kəndlilər
mülkədar torpaqlarını müsadirə edərək onu yenidən öz
aralarında bölüşdürürdülər. Bu zaman Macarıstanın beynəlxalq
vəziyyəti də çətin idi. Burjuaziya dairələri danışıq şərtlərini
sözsüz qəbul etməyi tələb edirdilər ki, Antanta dövlətləri
Ruminiya, Çexoslavakiya, başqa dövlətlərin Macarıstandan
ərazi tələblərini yerinə yetirməsinlər və bu işdə Macarıstana
yardım etsinlər. Lakin onlar səhv edirdilər. 1919-cu il martın
20-də Macarıstanda olan Fransa podpolkovniki Vik vasitəsilə
Antanta dövlətləri Macarıstana nota verdi. Notada göstərilirdi
ki, Macarıstan hökuməti Şərqi Macarıstanı və Zakarpatiya
ərazisini tam azad etsin və bu yerlərdə Rumıniya, Çexoslava-
kiya qoşunları yerləşdirilsin. Kütləvi hərəkatı yatıra bilməyən
koalisiya hökuməti bu notanı alarkən daha çətin vəziyyətə düş-
dü və martın 21-də istefa verərək sosialistlərə hökumət təşkil
etmələrini təklif etdi. Lakin bu zaman ölkədə hakimiyyət fak-
tiki olaraq silahlı fəhlələrin əlində idi. Onlar polis və jan-
darmanı tərksilah edərək strateji cəhətdən mühüm məntəqələri
ələ keçirdilər. Martın 21-də sosial-demokratların rəhbərləri
həbsxanada olan Bela Kun və MK-nın digər üzvlərinin yanına
gəldilər. Onlar bilmək istəyirdilər ki, kommunistlər sosialistlə-
179
rin təşkil edəcəyi hökumətə razılıq verəcəklərmi? Buna cavab
olaraq həbsxanadakı kommunist rəhbərlər təklif etdilər ki, fəhlə
partiyasının hər ikisi birlikdə hökuməti təhvil alsınlar. Sosial-
demokratlar bu iki partiyanın birləşdirilməsi planını tərtib etdi.
Kommunistlər bu planı bəyəndilər. Həbsxanada bu iki partiya
rəhbərləri arasında saziş bağlandı. Sazişdə göstərilirdi ki, həmin
partiyalar birləşərək Birləşmiş Sosialist Partiyası təşkil edirlər.
Macarıstan Sovet hökuməti
1919-cu il martın 21-də Macarıstanda zəhmətkeşlər höku-
məti təşkil edildi. Hökumət Macarıstanı Sovet respublikası elan
etdi. Başçısı sosial-demokrat Şandor Qarban oldu. Bela Kun
xarici işlər komissarı təyin edildi. Bütün komissarlar sosial-
demokratlardan, onların müavinləri isə kommunistlərdən ibarət
idi. Burjuaziyanın zəifliyi və özünü itirməsi nəticəsində fəhlə-
kəndlilərə müqavimət göstərə bilmədi. Ölkə hər tərəfindən düş-
mənlərlə mühasirə edilmiş kiçik ərazidən ibarət idi. Antanta
imperializminə Macarıstan Sovet respublikasını dağıtmaq asan
idi.
Macarıstan Sovet hökuməti 133 gün fəaliyyət göstər-
məsinə baxmayaraq bir sıra mühüm tədbirlər həyata keçirdi.
Burjuaziya tərksilah edildi. Sənaye müəssisələrini idarə etmək
üçün fəhlə sinfi içərisindən inzibati işçilər irəli çəkildi. Fəhlə
millisi yaradıldı. Qızıl Ordu təşkil edildi. 21 fəhlədən artıq olan
istehsalat müəssisələri, xarici ticarət, nəqliyyat milliləşdirildi.
Fəhlələrin əmək haqqı artırıldı. 8 saatlıq iş günü haqqında
fərman verdi. Mənzil kirayələri aşağıya salındı. Fəhlələrin
ərzaqla təmin edilməsi qaydaya düşdü. Onların mənzil şəraiti
də yaxşılaşdı. Ancaq Budapeştdə 30 min nəfər fəhlə qaranlıq
mənzillərdən işıqlı binalara köçürüldülər. Qadınlar da kişilərlə
bərabər hüquqa malik oldular. Xalq maarifi sahəsində də böyük
işlər görüldü. Macarıstanda 14 yaşına qədər uşaqlar üçün
180
ümumi icbari təhsil elan olundu. Kilsə dövlətdən ayrıldı. 1919-
cu il aprelin 3-də mülkədarların 100 xoltdan artıq torpağı
müsadirə edildi. Lakin bu torpaqlar kəndlilərə paylanmayaraq
dövlət torpağı şəklində qaldı. Macarıstan Sovet hökuməti
həmişə Antantanın müdaxiləsini gözlədiyi üçün o bir neçə dəfə
dünya fəhlə sinfinə müraciət etdi ki, çətin vaxtlarda ona yardım
etsinlər. Doğrudan da, Paris sülh konfransının iştirakçıları
Macarıstanı iqtisadi blokadaya almağı qərara aldılar. Aprelin
axırlarında İngiltərə vaxtilə irəliyə sürmüş olduğu tələbləri
təkrar etdi. Macarıstan Sovet hökuməti bu tələbləri rədd etdi.
Belə bir şəraitdə Antanta dövlətlərinin razılığı ilə Fransa silahlı
qüvvələri hücum edərək Macarıstan ərazisinin bəzi yerlərini
işğal etdi. Fransızların yardımı ilə Sekel şəhəri Macarıstan
ərazisində əksinqilabçıların yığnağına çevrildi. Admiral Xorti
bu şəhərdə fəallıq göstərirdi. Aprel ayında Rumıniya və Çe-
xoslovakiya da müdaxiləyə başladı. Bir sözlə, 50 min nəfərlik
Qızıl Orduya qarşı Antanta dövlətlərinin 150 min qoşunu
dururdu. Belə bir çətin şəraitdə sağ sosialistlər təkid etdilər ki,
Sovet hökuməti istefa versin, ölkədə həmkarlar ittifaqından
ibarət bitərəf hökumət təşkil edilsin. Lakin Bela Kun başda
olmaqla kommunislər bu fikrin əleyhinə gedərək zəhmət-
keşlərin daha geniş miqyasda silahlanmalarını tələb etdilər.
May ayının 3-də Sovet hökuməti ümumi səfərbərlik elan etdi.
Bu çağırışa qoşularaq 100 min fəhlə ordu sıralarına gəldilər.
Macarıstan ordusu çox böyük inqilabi əhval-ruhiyyədə hücuma
başlayıb Rumıniya ordusunu Tissa çayından sıxışdırıb çıxartdı.
Çexoslovakiya ordusuna da ciddi zərbə endirdi. Bunun təsiri
altında Slovakiyada iyunun 16-da Sovet respublikası elan edildi
və bu əyalət federativ respublika kimi Macarıstanın tərkibinə
daxil oldu. Macarıstan ordusunun bu müvvəffəqiyyətini görən
Paris sülh konfransının sədri Klemanso Macarıstana yeni
ultimatum göndərərək Antanta dövlətləri adından tələb etdi ki,
Çexoslovakiya ərazisindən silahlı qüvvələri dərhal geri
181
çağırsın. Bu tələb yerinə yetirilməzsə, Macarıstan üzərinə daha
geniş miqyasda müdaxilə başlanacaqdır. Klemanso vəd edirdi
ki, bu tələb yerinə yetirilərsə, Macarıstandan sülh konfransına
nümayəndə dəvət ediləcək, Rumıniya da öz qoşunlarını
Macarıstandan geri çəkəcəkdir.
Belə bir çətin şəraitdə kənardan heç bir yardım ala bil-
məyən və eyni zamanda müəyyən mənada “Brest tənəfffüsü”nə
ehtiyacı olan Macarıstan Sovet hökuməti bu ultimatumu qəbul
etməyə məcbur oldu. Slovakiyadan qoşunlarının geri çəkilməsi
Macarıstan silahlı qüvvələrinə mənfi təsir etdi və ordu
içərisində ruh düşkünlüyü əmələ gətirdi. Lakin Klemanso öz
vədinə əməl etmədi. Macarıstan ərazisindən Rumıniya
qoşunları çıxarılmadı və Sovet hökumətinin nümayəndələri
konfransa dəvət edilmədi. Vəziyyətin belə gərgin vaxtında
daxildəki əksinqilabçılar baş qaldırmağa başladılar. İyunun 24-
də Budapeştdə əksinqilabçılar qiyam qaldırdı. Bu qiyamda
şəhər komendantı, sosial-demokrat Kalbruxt da iştirak etdi.
Budapeşt qiyamı başqa şəhərlərdə də əksinqilabın baş
qaldırması üçün işarə oldu. Fəhlələrin fəal iştirakı ilə bu qiyam
yatırıldı. Lakin əksəriyyəti sosial-demokratlardan ibarət olan
Macarıstan Sovet hökuməti qiyamçıları ağır cəzalandırmadı.
Rumıniya qoşunlarının ölkə ərazisində qaldığını görən
Macarıstan Sovet Respublikası bu qoşunlara qarşı hücum
etmək üçün plan tərtib etdi. İyulun 20-də tənəffüs pozularaq
hücum başlandı. Bu vuruşmada Qızıl Ordu hissələri məğlu-
biyyətə uğradı. Fransa-Çexoslovakiya müdaxiləsi yenidən baş-
ladı. İyulun 28-də Antanta dövlətləri Macarıstanda Sovet hö-
kumətinin istefa verməsini tələb etdilər. İyulun 30-da Bela Kun
yardım üçün dünya fəhlə sinfinə müraciət etdi. Lakin bu zaman
Sovet Rusiyası vətəndaş müharibəsi ilə məşğul olduğu üçün
Macarıstana yardım etmək iqtidarında deyildi. Kəndlilər Maca-
rıstan Sovet hökumətini müdafiə etmədilər. Avqustun 1-də 133
gün yaşadıqdan sonra Macarıstan Sovet hökuməti süqut etdi.
182
Macarıstan Sovet hökumətinin məğlubiyyətə uğramasının bir
sıra obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəb-
lərdən biri bu inqilabın beynəlxalq vəziyyətə uyğun şəraitdə baş
verməməsi idi. Antanta dövlətləri Macarıstana müdaxilə etdilər.
Ölkə olduqca kiçik ərazidən ibarət idi. Ölkə, eyni zamanda
inqilabın mərkəzi olan Budapeşt hərbi cəbhələrdən o qədər də
uzaq məsafədə deyildi. Aqrar məsələ düzgün həll edilmədiyi
üçün fəhlə-kəndli ittifaqı pozuldu. Hökumət bütün sənaye
sahələrini milliləşdirməklə süni olaraq öz yükünü artırdı, digər
tərəfdən də xırda burjua dairələrini özündən narazı saldı.
Xorti diktaturasının qurulması
Macarıstan Sovet hökumətinin süqutundan sonra ölkədə
kommunistlərə, demokratik qüvvələrə qarşı ciddi terror
tədbirləri həyata keçirildi. Kommunist rəhbərlərdən Samuel,
Korvin və başqaları edam edildilər. Antantanın yardımı ilə
hakimiyyətə keçmiş Xorti 25 il öz faşist rejimini Macarıstanda
davam etdirdi. Ölkədə naiblik sistemi yaradıldı. Naib vəzifəsini
kontr-admiral Mikloş Xorti tutdu. O, Trianon sülh müqaviləsini
tanıdığını bildirdi. Bu sülhə əsasən Macarıstan ərazisinin 2/3,
əhalisinin isə 1/3 hissəsini və dənizə çıxış yolunu itirirdi. 1921-
ci ilin aprelində ölkədə qraf İ.Betlenin başçılığı altında təşkil
edilən hökumət a sosial-demokratların sağ mövqedə dayanan
rəhbərləri ilə həmin ilin dekabrında gizli saziş bağladı ki, bu
saziş Xorti rejimini daha da möhkəmləndirilməsinə kömək etdi.
Bu dövrdə beynəlxalq miqyasda Macarıstan Trianon sül-
hünün şərtlərinə yenidən baxılmasına və təzminatın bir qədər
azaldılmasına çalışırdı. Məhz bu səylər nəticəsində Slovakiya,
Cənubi Karpat Ukraynası və Transilvaniya torpaqlarında macar
hökmranlığı bərpa olundu. 1927-ci ildən İtaliya ilə yaxınlaşma
başlandı. Macarıstan tədricən öz hərbi potensialını artırdı.
183
Macarıstan kapitalizmin nisbi sabitləşmə dövründə
Macarıstan iqtisadi böhrandan ancaq 1924-1926-cı illərdə
İngiltərə, ABŞ və Fransanın verdiyi kreditlər hesabına çıxa
bildi və iqtisadiyyatın inkişafında nisbi sabitlik yarandı. Lakin
ölkədə xarici kapitalın mövqeyi gücləndi. Macarıstanda ağır
sənaye (metallurgiya, maşınqayırma və s.), toxuculuq sənayesi
nisbətən daha sürətlə inkişaf edirdi. İnhisarların sayı artdı.
Lakin 1929-cu ildə də bu inkişaf 1913-cü il səviyyəsinə çat-
madı. Əsaslı aqrar islahat keçirilmədiyindən kəndli ailələrinin
yarıya qədərinin torpağı yox idi. Betlen hökuməti Xorti rejimi
ilə siyasi razılığa gəlməyi bacardı. 1922-ci il seçki qanunu
Budapeşt və 11 iri əyalətdə gizli səsverməni saxlayırdısa da,
1925-ci il seçki qanunu parlament demokratiyasını minimum
səviyyəyə endirdi.
Macarıstan dünya iqtisadi böhranı dövründə və
İikinci dünya müharibəsi ərəfəsində
1929-1933-cü illər dünya iqtisadi böhranı Macarıstan
iqtisadiyyatına ağır təsir göstərdi. Sənaye istehsalı 1929-cu ilə
nisbətən 23,1 % aşağı düşdü. 1930-1932-ci illərdə taxıl yığımı
5,5 milyon sentner azaldı. Vergilər artırıldı. Demokratik
təşkilatlar dağıdıldı. İttifaq, tətil hüquqları, 8 saatlıq iş günü
ləğv edildi. 1927-ci ildə Millətlər Cəmiyyətinin beynəlxalq
bürosu 21 ölkədə fəhlələrin vəziyyətini yoxladı. Yaşayışlarının
pis olması etibarı ilə Macarıstan birinci yer tutdu. Ölkədə
vərəm və s. yoluxucu xəstəliklər, ölüm hadisələri olduqca
çoxaldı. Uşaqların vaxtından əvvəl ölməsinə görə də
Macarıstan bütün Avropada birinci yerdə idi.
İqtisadi böhran daxili vəziyyəti də kəskinləşdirdi. Ölkədə
kütləvi narazılıq artdı. Ölkədə işsizlərin sayı 800 minə yaxın
idi. 1931-ci ilin avqustunda keçirilən parlament seçkilərində
184
Birlik partiyası uğur qazanmadı, qraf Betlen istefa verdi. Xorti
1932-ci ilin oktyabrında Birlik partiyasının sağ qanadının
rəhbərlərindən olan Kömböşi hökumətə başçı təyin etdi. Bu
hökumət demokratiyanı daha da məhdudlaşdırdı. Xarici siya-
sətdə "Macar millətini canlandırmaq» şüarını irəli sürdü. 1938-
ci ilin mayında hökumətin sədri B.İmredi oldu. Yeni nazir
faşist dövlətlərilə əlaqəni genişləndirdi. Faşist partiyası kimi
1935-ci ildə yaranan Milli iradə partiyası fəaliyyətini canlan-
dırdı. 1938-ci ilin noyabrında Vyana arbitrajının qərarına əsa-
sən Slovakiyanın cənubu və Zakarpat Ukraynasının qərb hissəsi
Macarıstana verildi.
Faşistlər zəhmətkeş kütlələr üzərində istismar təzyiqini
artırmaq yolu ilə iqtisadi böhrandan çıxmaq istədilər. Maliyyə
çətinliyini düzəltmək üçün çoxlu miqdarda kağız pul kəsildi.
Xorti hökuməti beynəlxalq aləmdə bu rüsvayçılıqdan İngiltərə
və İtaliya diplomatiyasının yardımı ilə yaxa qurtara bildi.
Macarıstan İngiltərə, ABŞ, İtaliyadan çoxlu miqdarda borc aldı.
Bunun nəticəsində ölkədə iqtisadiyyat getdikcə xaricilərin təsiri
altına düşdü. İkinci dünya müharibəsi ərəfəsində sənayedəki
əsas kapitalın 40%-i xarici inhisarlara məxsus idi. Xarici
ticarətdə Almaniyanın payı 1933-cü ildə 11%, 1939-cu ildə isə
50% oldu.
1939-cu ilin fevralında hökumətin başçısı qraf Pol Teleki
təyin edildi. Bu hökumət iki imperialist qrupu arasında manevr
etməyə çalışırdı. Lakin 1939-cu ilin martında Çexoslovakiyanın
işğalından sonra qəti olaraq nasist Almaniyası və faşist İtaliyası
tərəfinə keçdi. 1939-cu ilin martında Hitlerin razılığı ilə
Macarıstan Zakarpat Ukraynasını işğal etdi.
Macarıstan 1939-cu ildə «Antikomintern» və 1940-cı ildə
isə Berlin paktlarına qoşuldu.
|