SƏmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə6/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   2   3   4   5   6   7   8   9   ...   21
ms a&aoeyt


VI.  İTALİYA 
 
İtaliya üçün Birinci dünya müharibəsinin nəticələri 
İtaliya Birinci dünya müharibəsinin başlanmasına qədər 
Üçlər ittifaqının tərkibində idi. 1881-ci ildə Tunisi öz 
himayəsinə keçirdiyinə görə Fransadan hədsiz dərəcədə inciyən 
İtaliya 1882-ci ildə Üçlər  İttifaqına daxil olmuşdu. Lakin 
tezliklə başa düşdü ki, Avstriya-Macarıstanla onun ittifaqı 
qeyri-mümkündür. Çünki Dunay hövzəsində  və Balkanlarda 
onların mövqeyi toqquşurdu. Ona görə  də Birinci dünya 
müharibəsi başlanarkən  İtaliya Üçlər ittifaqının tərəfində 
müharibəyə girmədi və gözləmə mövqeyi tutdu. Hər iki tərəf 
İtaliyanı müharibəyə  cəlb etmək üçün ona çoxlu vədlər 
verirdilər. Lakin Antantanın verdiyi vədlər (Misir mülklərindən 
pay, Albaniya üzərində protektoratlıq, Cənubi Tirol, İstriya 
yarımadası, Terentino) İtaliya üçün daha əlverişli olduğuna 
görə 1915-ci ilin may ayında o, Avstriya-Macarıstana müharibə 
elan etməklə Antantanın tərəfində müharibəyə başladı. 1916-cı 
ilin avqustunda isə  İtaliya Almaniyaya müharibə elan etdi. 
Alman qoşunları 1917-ci ilin oktyabrında olmuş Koperetto 
döyüşündə italyanları  məğlub etdi. İtalyanları ancaq ingilis-
fransız qoşunlarının köməyə  gəlməsi xilas etdi. İtaliya daha 
döyüş əməliyyatlarında iştirak etmədi.  
Antantanın üzvü olduğuna görə  İtaliya Birinci dünya 
müharibəsindən qalib dövlət kimi çıxdı. Lakin o qaliblər içində 
məğlub, məğlublar içində qalib vəziyyətində idi. Bunun səbəbi 
isə italyan burjuaziyasının iqtisadi cəhətdən kifayət qədər 
qüdrətli olmaması idi. Müharibə qurtardıqdan sonra Antantanın 
hakim dövlətləri olan İngiltərə  və Fransa İtaliyaya verdikləri 
vədləri yerinə yetirməkdən imtina etdilər. Konfransda həmin 
ərazilərin  İngiltərə Balkan yarımadasında öz siyasi təsir və 
nüfuzunu gücləndirmək məqsədilə Yunanıstana və yeni 
yaranmış Serb-Xorvat Sloven Krallığına verilməsinə nail oldu. 
 
118
İtaliyanın baş naziri Orlando Paris sülh konfransında «Dördlər 
şurası»nın üzvü kimi iştirak etsə  də, nəticəni öz xeyrinə 
dəyişdirə bilmədi.  İtaliyaya ancaq bir sıra  ərazilər – Cənubi 
Tirol, Terentino vilayəti, Triyestlə birlikdə  İstriya yarımadası 
verildi.  
İtaliya üçün Birinci dünya müharibəsinin nəticəsi maddi 
və insan itkisi baxımından da xoşagələn deyildi. Belə ki, İtaliya 
müharibədə 700 min adam itirdi. 450 min nəfər şikəst oldu, 1 
milyona qədər adam isə yaralandı. İtaliya öz milli sərvətinin 1/3 
hissəsini itirdi. Müharibə dövründə  İtaliyanın maddi və  hərbi 
xərcləri 65 mlrd qızıl lirə bərabər oldu. Birbaşa hərbi xərclər isə 
12 milyard lir idi. 
İtaliya üçün Birinci dünya müharibəsinin nəticələrindən 
biri də onun xarici,  ilk növbədə, ABŞ  və ingilis kapitalından 
asılılığının güclənməsi idi. Müharibədən sonrakı dövrdə İtaliya 
ABŞ-a 1,5 mlrd, İngiltərəyə isə 2,5 mld dollar borclu qaldı.  
Müharibə İtaliyada istehsalın və kapiatlın təmərküzləşmə-
si və mərkəzləşməsini gücləndirdi. Dövlət inhisarçı kapitalizmi 
inkişaf etməyə başladı. Müharibə dövründə İtaliyada bir sıra iri 
inhisar birlikləri yarandı. Bunlardan ən mühümləri metallurgiya 
və maşınqayırma sahələrində «Ansaldo» və  «İlva», avtomobil 
istehsalında «Fiat», hərbi sənayedə «Breda» inhisar birliyi idi. 
 İtaliya  müharibə nəticəsində aqrar ölkədən aqrar-sənaye 
ölkəyə çevrildi və müharibə dövründə də belə qaldı.  
Müharibə qurtardıqdan sonra sifarişlərin azalması  və 
ordunun tərxisi nəticəsində ölkədə  işsizlik artdı.  İtaliyanın 
cənubunda latifundiyalar qalmaqda idi. İqtisadi cəhətdən güclü 
inkişaf etmiş  şimalla feodal qalıqlarının hökm sürdüyü cənub 
arasında olan fərqlər kəskin idi və İtaliyada təsadüfi deyildir ki, 
cənubu şimalın «müstəmləkəsi» hesab edirdilər.  
Rusiyadakı Oktyabr çevrilişindən sonra İtaliyada fəhlə 
hərəkatı geniş vüsət aldı.  İtaliya hökuməti də öz müttəfiqləri 
kimi Qara dənizə donanma göndərdi və xarici hərbi müdaxilədə 

 
119
iştirak etmək istədi. Lakin İtaliya fəhlə sinfinin kəskin mövqeyi 
bu müdaxilədə axıra qədər iştirak etməyə imkan vermədi. 
 Birinci dünya müharibəsi qurtardıqdan sonra İtaliya 
hökuməti 1918-ci ildə  zəhmətkeşlərin təzyiqi altında bir sıra 
islahatlar keçirməyə məcbur oldu. Fəhlələr üçün səkkiz saatlıq 
iş günü rəsmiləşdirildi. Seçki qanunu qəbul edildi. Həmçinin 
seçki sistemində proporsional seçki qaydası  tətbiq olundu. 
Ərzaq məhsullarının satışında qiymət maksimumu qoyuldu.  
İtaliya fəhlə  hərəkatında sosialist partiyasının böyük 
nüfuzu var idi. Müharibənin sonunda onun üzvlərinin sayı 216 
min nəfərə yaxın idi. İtaliya sosialist partiyası müharibə 
dövründə üç qanada parçalanmışdı. Onun sağ qanadına İtaliya 
parlamentinin dəfələrlə üzvü olmuş Filippe Turati başçılıq 
edirdi. O, belə güman edirdi ki, İtaliyada inqilab yolu ilə deyil, 
evolyusiya (təkamül yolu) ilə sosializm qurula bilər. O, 
Rusiyada Fevral burjua-demokratik inqilabını alqışlasa da, 
Oktyabr çevrilişini tanımaq istəmirdi. O, Rusiyanın təcrübəsi-
nin  əleyhinə idi və göstərirdi ki, bu təcrübə qabaqcıl Avropa 
üçün yararsızdır.  İtaliya sosialist partiyasında ikinci qanad 
Djaçinto Serratinin başçılıq etdiyi «mərkəzçilər» idi. Onun 
tərəfdarları daha çox idi. Bu qanad sağlarla sollar arasında 
barışdırıcı mövqe tuturdu. Üçüncülər «sollar» adlanırdı ki, bu 
qanadda həm Neapoldan, həm də Turindən olan sosialist 
nümayəndələr birləşmişdilər. Neopoldan olan sosialistlərin 
başında Amadeo Bordiqa, Turindən olan sosialistlərin başında 
isə A.Qramşı və P.Tolyatti dururdu.  
1919-cu ilin yanvarında italyan burjuaziyası Sosialist 
partiyasına qarşı dura biləcək bir partiya yaratmaq qərarına 
gəldi və bu partiya keşiş Sturso tərəfindən yaradılmış Xalq 
partiyası oldu. 1919-cu ilin noyabrında keçirilən seçkilərdə 
Liberal və Sosialist partiyası ilə  bərabər bu partiya da 
parlamentə xeyli deputat keçirə bildi.  
 
120
1919-cu ilin iyununda Orlandonun istefasından sonra, 
1920-ci ilin iyunun 6-dək baş nazir Françesko Nitti olşdu. O, 
siyasi amnistiya verdi. 8 saatlıq iş günü tətbiq etdi, kəndlilərin 
tutduqları torpaqları geri qaytarmadı. 
1920-1922-ci illərdə  İtaliya hökumətinə  əvvəl C.Ciolitti, 
sonra İvanos Bakomi və Luici Fakta başılıq edirdi. 
1919-1920-ci illər  İtaliya tarixinə «qırmızı ikillik» kimi 
daxil oldu. Bu dövrdə oktyabr çevrilişinin təsiri altında  İtali-
yada fabrik-zavod komitələri və sovetlər yaradıldı və onlar yeni 
mübarizə formaları olan fabrik-zavodların  ələ keçirilməsi 
üsullarından istifadə etdilər.  İtaliyada inqilabı  təşkilatlar yara-
dıldı. Kütlələr üzərində heç bir zorakılıq yox idi. İtaliyada 
liberallar hökumətinə başçılıq edən Ciolliti kütlələrə qarşı silah 
işlədilməsinin əleyhinə idi.  
Fəhlə  hərəkatının parçalanması inqilaba gətirib 
çıxarmadı. 1921-ci ilin yanvarında İtaliyanın Livorno şəhərində 
Sosialist partiyasının xüsusi qurultayı oldu. Qurultayda irəli 
sürülən  əsas məsələ Kommunist partiyasının yaradılması idi. 
«Sollar» Kominternin 21 şərtini qəbul etdilər və  İtaliya 
kommunist partiyası yaradıldı. Onun ilk sədri Bordiqo oldu.  
İtaliyada faşizmin hakimiyyət başına gəlməsi. 
1919-20-ci illərdə  fəhlə  hərəkatının yüksəlişi, həmçinin 
1920-1921-ci illərdəki iqtisadi böhran burjuaziyanı bu 
vəziyyətdən çıxmaq yolu üzərində düşünməyə vadar etdi. Belə 
bir yolu onlara faşistlər göstərdilər. Faşistlər hələ 1919-cu ildə 
özlərinin mübarizə ittifaqlarını yaratdılar. Onların ilk toplantısı 
1919-cu ilin martında Milanda oldu. Faşistlər  əvvəllər  ən çox 
öz sıralarına müharibənin nəticələrindən incik olan gəncləri 
toplayırdılar. Belə gənclərdən biri faşist şair Qabriel Arnnuntsio 
idi. Onun başçılığı altında bir legion təşkil edildi. Bu legion 
1919-cu ilin sentyabrında Fium limanını  işğal etdi. Lakin 
tezliklə onlar Fiumu tərk etməli oldular. Çünki bu hadisə iki 
dövlət arasında narazılığa səbəb oldu. 1920-ci ilin noyabrında 

 
121
İtaliya ilə Serb-Xorvat-Sloven krallığı arasında Rapolloda 
müqavilə bağlandı. 
Hələ 1919-cu ildə faşistlərin kifayət qədər mövqeyi yox 
idi. Parlament seçkilərində faşistlər heç bir səs ala bilməmiş-
dilər. Faşist təşkilatlarının nüfuzu 1920-ci ilin payızında 
inqilabi hərəkatın sönməsi dövründə artmağa başladı.  1921-ci 
ilin mayındakı parlament seçkilərində faşistlər ilk dəfə par-
lamentə 35 deputat keçirə bildilər. Onların  şüarı  aşağıdakı 3 
maddədən ibarət idi. Əməkdaşlıq, bu əməkdaşlığı  təmin edən 
güclü dövlət, millətlər ittifaqı. Onlar belə hesab edirdilər ki, 
millətin mənafeyi hər  şeydən üstündür. Faşistlərin terrorçuluq 
fəaliyyəti genişlənmişdi. 1920-ci ilin sonu, 1921-ci ilin 
əvvəllərində  zəhmətkeşlərin 726 təşkilatı faşistlərin terroruna 
məruz qalmışdı. 1921-ci ilin yayında faşistlərə qarşı müqavimət 
gücləndi, müharibə  iştirakçılarından zəhmətkeşləri faşist 
terrorundan qorumaq üçün «xalq cəsurları» təşkilatı yaradıldı. 
Təşkilatın başında leytenant Arqo Sekondari dururdu.  
Tezliklə faşistləri iri inhisarçılar və maliyyə maqnatları 
maddi cəhətdən təmin etməyə başladılar. 1921-ci ilin noyabrın-
da Milanda keçirilən qurultayda faşist partiyası yaradıldı. Onun 
rəhbəri isə  əvvəllər sosialist partiyasının üzvü və onun orqanı 
«Avantı» qəzetinin redaktoru olmuş, dəmirçi ailəsində 
doğulmuş, italyan dili müəllimi Benito Mussoliini oldu. Onu 
"duce", yəni rəhbər adlandırmağa  başladılar.  
Faşistlər xalq kütlələrini öz tərəfinə  çəkmək üçün proq-
ramlarında xeyli dəyişikliklər etdilər. Onlar kapital üzərinə 
vergi qoymaq, respublika qurmaq, ümumi seçki hüququ, bir sı-
ra sənaye müəssisələrini milliləşdirmək, kəndlilərə torpaq ver-
mək, kilsə mülkiyyətini müsadirə etmək, müəssisələr üzərində 
fəhlə  nəzarəti qoymaq məsələsini irəli sürdülər. 1921-1922-ci 
illərdə faşistlərlə xalq kütlələri arasında ciddi döyüşlər oldu. 
Faşizm sosial qruplar arasında mübarizə prinsipini inkar edən, 
sosial qrupları  əməkdaşlığa çağıran, irqçiliyi təbliğ edən, 
 
122
parlamentli quruluşun  əleyhinə olan, güclü rəhbərin olması 
şərtilə «sosial qruplar fövqündə» totalitar dövlət yaratmaq 
uğrunda mübarizə aparan siyasi hərəkat idi.  
1921-ci ilin avqustun 31-də faşist partiyası və İtaliya so-
sialist partiyasının rəhbərləri arasında "sakitləşdirmə paktı" 
bağlandı. Hər iki tərəf bir-birinə münasibətdə düşmənçilik hərə-
kətlərindən çəkinmək öhdəliyini götürdü. Bu səbəbdən  İta-
liyada antifaşist birliyinin yarardılması ideyası baş tutmadı. 
Artıq 1922-ci ilin oktyabrın ortalarında faşistlər dövlət 
çevrilişi etməyə hazırlaşırdılar. Oktyabrın 16-da dövlət çevrili-
şinə  rəhbərlik etmək üçün "kvadrumviri" – dördlük yaradıldı. 
Onun tərkibinə Balbo, Byanka, De Boko və De Vekin daxil 
oldular. 
1922-ci il oktyabrın 24-də "Romaya yürüş" şüarı altında 
faşistlərin Neapolda 40 minlik toplanışı keçirildi. Kral III Vik-
tor Emmaniel oktyabrın 28-də Salandreyə faşistlərin iştirakı ilə 
yeni kabinet təşkil etməyi tapşırdı. Lakin Mussolini bu təklifi 
rədd edərək hökumətin tamamilə ona verilməsini tələb etdi. 
Həmçinin  İtaliyanın nüfuzlu inhisarçı  təşkilatı olan Sənayeçi-
lərin Baş Konfederasiyası krala teleqram göndərərək hakimiy-
yətin Mussoliniyə verilməsini tələb etdi. Bir gün sonra Musso-
lini hökumətə başçılıq etmək üçün Romaya dəvət olundu. 
Oktyabrın 29-da onun Romaya gəlişi ilə "faşist inqilabı" sona 
yetmiş oldu. Xalq arasında onu istehza ilə "yataq vaqonnuda 
inqilab" adlandırırdılar. Oktyabrın 31-də Mussolini kral III 
Viktor Emmanuil ilə birlikdə faşist dəstələrinin rəsmi keçidinə 
baxdılar. Beləliklə, iri kapitalın müdafiəsi, Vatikanın "neytral" 
mövqedə durması, kral ailəsi və bir çox görkəmli siyasətçilərin 
faşistləri dəstəkləməsi, xırda burjuaziyanın, gənclərin və varlı 
kəndlilərin faşistlərin tərəifnə  cəlb edilməsi nəticəsində 
İtaliyada faşistlər hakimiyyətə gəldilər. 
İtaliyada faşistlərin hakimiyyətə  gəlməsi adi hökumət 
dəyişikliyi deyildi. Bu iri burjuaziya, mülkədarlar və katolik 

 
123
kilsəsi tərəfindən hazırlanmış dövlət çevrilişi idi. Onların haki-
miyyətə gəlməsi ilə burjua-demokratik quruluşun ləğvi prosesi 
başlandı və onu maliyyə kapitalının və iri mülkədarların dikta-
turası-totalitar faşist rejimi əvəz etdi. İtaliya faşizmin təsdiqini 
tapan ilk ölkə oldu ki, bu da təsadüfi deyildir. Kəskin qarşudur-
malar, hakim dairələrdə hökm sürən çaşqınlıqlar, liberal-burjua 
dövlət quruluşundakı böhran İtaliyada faşizmin çiçəklənməsinə 
şərait yaratdı. Faşistlərin hakimiyyətdə olduğu dövr tarixə "qara 
iyirmillik" kimi daxil oldu.  
Mussolini dərhal qeyri-məhdud diktatura yaratmağa 
tələsmədi. O, zəhmətkeşlərin inqilabi mübarizəsinin yenidən 
başlanmasından ehtiyat edirdi. "Duçe" monarxiya ilə 
hesablaşmasa da, onu saxladı.  Diktaturaya keçid tədricən 
həyata keçirilməyə başladı. Faşistlərin emblemi dövlət gerbi 
elan edildi. Mussolini özünün birinci kabinetinə liberal və 
katoliklərdən bir sıra görkəmli siiyasi xadimləri daxil etdi. 
1922-ci il dekabrın 15-də Mussolini başda olmaqla "Böyük 
faşist  şurası" yaradıldı. Bu şura həm qanunvericilik, həm də 
icraedicilik funksiyasını öz üzərinə götürmüşdü. 
Rəsmən qadağan edilməsə də birinci zərbə kommunistlə-
rə vurulmağa başladı. Dövlətin inhisarların gəliri üzərində  nə-
zarəti məsələsi təxirə salındı, çünki Mussolini bilirdi ki, onların 
köməyi ilə o qələbə çalmışdır. Mussolini gəncləri faşist 
partiyası  ətrafında toplamaq məqsədilə bütün gənclər və  uşaq 
təşkilatlarını yarımhərbi gənclər təşkilatında – İtaliya fəxri 
keşikçi təşkilatında birləşdirdi. Təşkilatın başlıca  şüarı: "inan-
maq, tabe olmaq, döyüşmək" idi. 
1924-cü ilin parlament seçkilərində faşistlər saxtakarlıq 
edərək  əksəriyyətə nail oldular. Rəsmi məlumatlara görə 
faşistlər 4,5 milyon səs, digər partiyalar isə 3,5 milyon səs 
aldılar. Lakin faşistlər parlamentdə 374, Xalq, Sosialist və 
Kommunist partiyası isə cəmi 104 deputat yeri tutdular. İtaliya 
Unitar sosialist partiyasından parlamentə deputat seçilmiş 
 
124
Cakomo Matteotti özünün cəsarətli çıxışında bu saxtakarlığı 
ifşa etdi və o tələb etdi ki, seçkilərin nəticəsi ləğv olunsun və 
faşistlər deputat mandatından məhrum edilsin. Bu çıxışdan 10 
gün sonra, 1924-cü ilin iyun ayının 10-da o oğurlandı və yoxa 
çıxdı. Bu hadisədən təsirlənən müxalifətdən olan deputatlar 
parlamentin işində  iştirak etməkdən imtina etdilər. Kəskin 
siyasi böhran yaranmış oldu. Tezliklə məlum oldu ki, Matteotti 
faşistlər tərəfindən vəhşicəsinə öldürülmüşdür. Romadan bir 
qədər uzaqda onun meyidi tapıldı. Bu hadisədən sonra hətta 
faşist partiyası üzvlərinin bir çoxu da onun tərkibindən çıxdılar. 
Mussolini Matteottini öldürən Duminini həbs etdirdi. O, 
terrorçu təşkilatın rəhbəri Maripellinin tapşırığı ilə bu qəsdi 
həyata keçirdiyini bildirdi. Parlamentdən getmiş deputatlar 
"Müxalifət partiyalarının komitəsi"ni təşkil etdilər ki, bu 
komitə qədim Romada plebeylərin yığıncaq keçirdikləri təpənin 
adı ilə "Aventin bloku" adını aldı. Lakin tezliklə kommunistlər-
dən fərqli olaraq digər partiyalardan olan deputatlar zəiflik və 
qətiyyətsizlik göstərdilər. Xalq Matteottinin xatirəsini  əziz 
tutaraq etiraz mitinqləri və nümayişlər təşkil etdilər, lakin 
«Aventin bloku» bundan istifadə edərək xalqı faşizmlə 
mübarizəyə qaldırmadı. Kommunistlər Aventin blokunun 
tərkibindən çıxdılar. «Duçe» Aventin blokunun fəaliyyətini 
qadağan etdi və kütləvi surətdə həbslər keçirməyə başladı. 
 
İtaliyada açıq faşist diktaturasının qurulması 
1925-ci ilin yanvar ayının 3-də Mussolini rejimin təh-
lükəsizliyini hiss edərək deputatlar palatasında böyük nitqlə 
çıxış etdi. O, nitqində "Bütün hakimiyyət faşistlərə!"  şüarını 
irəli sürdü. Bu hadisədən sonra o, bir sıra qanunlar qəbul etdi 
ki, bununla da demokratik azadlıqlar və parlamentin səlahiyyəti 
məhdudlaşdırıldı. Bundan sonra hökumətin başçısını kral təyin 
edirdi və hökumət ancaq onun qarşısında məsuliyyət daşıyırdı. 

 
125
Kralın isə rolu əslində simvolik xarakter daşıyırdı. Deməli, 
hökumət heç kimin qarşısında məsuliyyət daşımırdı. Hökumət 
dekretlər vermək hüququ əldə etdi ki, bu dekretlər qanun 
qüvvəsində idi. Yerli hakimiyyət orqanlarının funksiyası  təyin 
edilmiş hökumət prefektlərinə verilirdi. Faşistlərinkindən başqa 
bütün həmkarlar ittifaqlarının hüquqları  məhdudlaşdırıldı, 
tətillər qadağan edildi. 1926-cı ilin noyabrında "Fövqəladə 
faşist qanunları" nəşr edildi ki, bu əslində açıq terrorist 
diktaturaya keçid demək idi. Bütün müxalifət partiyaları bura-
xıldılar, onların qəzetləri bağlandı. "Dövlətin təhlükəsizliyinin 
müdafiəsi" tribunalı  təşkil edildi, ölüm cəzası  tətbiq edilməyə 
başlandı, OVRA adlanan mühafizə dəstələri yaradıldı. Kütləvi 
həbslər başlandı. 1926-cı ilin noyabrında A.Oramşi, onun 
ardınca isə 12 min kommunist həbs edildi. Bütün müxalifət 
partiyaları öz fəaliyyətlərini xaricə keçirməyə  məcbur oldular. 
1927-ci ildə "Əmək xartiyası" adlı həmkarlar təşkilatı yaradıldı 
ki, bu da bütün fəhlə təşkilatları üzərində nəzarəti həyata keçir-
məli idi. Bütün digər həmkarlar idtifaqlarının fəaliyyəti qada-
ğan edildi. Ölkədə bütün hakimiyyət faşist partiyasının  əlində 
cəmləşdi. Ali orqan «Böyük faşist  şurası» oldu və 
qanunvericilik funksiyası aldı. 
1929-cu ilin fevralında  İtaliya dövləti ilə Roma papası 
arasında Lateran sazişi bağlandı.  İtaliya Vatikanı müstəqil 
dövlət kimi tanıdı, katolizmi müdafiə edəcəyini vəd etdi, onun 
doktrinasının ali məktəblərdə  tədrisinə icazə verdi, onun 
ənənələrini vətəndaş aktlarında yerinə yetirəcəyini öhdəsinə 
götürdü. Vatikan da öz növbəsində  İtaliya dövlətini müdafiə 
edəcəyinə təminat verdi. 
Lateran sazişi faşizmlə kilsə arasında ittifaqı rəsmiləşdir-
di, bu isə demokratik qüvvələrə qarşı mübarizədə Mussolininin 
mövqeyini möhkəmləndirdi. 
 
 
 
 
126
 
İtaliya kapitalizmin nisbi sabitləşməsi və dünya 
     iqtisadi böhranı dövründə  
 
Kapitalizmin nisbi sabitləşməsi dövründə iqtisadi inkişaf 
yaxşılaşdı, sənaye məhsullarının artımı başlandı. 1928-ci ildə 
sənaye məhsullarının artımı 1920-ci illə  müqayisədə 60% 
artdı. Mussolini təbliğat kampaniyasına başlayaraq dünya ic-
timaiyyətini inandırmağa çalışırdı ki, guya bu yüksəliş faşistlə-
rin "müdrik" siyasətinin nəticəsidir. Faşistlərin hakimiyyəti 
dövründə iqtisadi inkişaf özünəməxsus xüsusiyyətləri ilə 
fərqlənirdi. İtaliyada sənayenin inkişaf surəti onu sənaye-aqrar 
ölkəyə çevirdi, lakin sənaye sahələri qeyri-bərabər səviyyədə 
inkişaf edirdi. Mussolini iqtisadi inkişafa güvənərək Roma 
imperiyasını dirçəltmək fikrinə düşdü. Onun planında Afrikada 
geniş  ərazilər zəbt etmək, Fransadan Nitsa və Savoyyanı qo-
parmaq, Balkan yarımadasını öz təsir dairəsinə çevirmək, Ara-
lıq dənizini isə romalıların dediyi kimi, "bizim dəniz", yəni 
"İtaliyanın daxili dənizi etmək» kimi əsassız iddialar var idi. 
Mussolini bu planı həyata keçirmək üçün hərbi sənayenin inki-
şafına xüsusi üstünlük verirdi. Ona görə də faşistlərin hakimiy-
yəti dövründə  İtaliya iqtisadiyyatını  bəzən fil xəstəliyinə  də 
bənzədirlər. 
Sabitləşmə illərində fəhlələrin istismarı artdı, 8 saatlıq iş 
günü faktiki təxirə salındı. Bir çox ərzaq məhsulları xaricdən 
gətirilirdi. 1927-ci ildə Mussolini ölkədə korporativ dövlət 
"yaradacağını elan etdi". 
1929-1933-cü illərdə dünya iqtisadi böhranı faşist İtaliya-
sının da təsərrüfatına ciddi zərbə vurdu. 1932-ci ildə  İtaliyada 
sənaye istehsalı 1929-cu ilə nisbətən 33% aşağı düşdü.  Əmək 
haqqı 12-16% aşağı düşdü.  İşsizlərin sayı bir milyonu ötdü. 
Faşist hökuməti böhrandan çıxmaq üçün tədbirlər görməyə 
başladı. 1930-1934-cü illərdə "korporativ dövlət" yaratmaq 

 
127
proqramı həyata keçirilməyə başladı. İqtisadiyyatın bütün sahə-
lərində – sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində 
müvafiq olaraq sahibkarla həmkarlar ittifaqlarını  və bütün 
zəhmətkeşləri öz sıralarında birləşdirən 22 korporasiya yara-
dıldı. Korporativ sistemin yaradılması ölkə iqtisadiyyatına 
dövlət nəzarətini gücləndirməyin səciyyəvi forması idi. Musso-
lininin iqtisadi xətti güclü "dövlət- güclü rəhbər" ideyasına 
əsaslanırdı. Bu ideya əsasında dövlət-inhisar kompleksi yaradıl-
dı.  İqitsadi böhran illərində hökumət «Çörək uğrunda 
mübarizə!»  şüarını irəli sürlü. 1928 və 1933-cü illərdə  əkin 
sahələrini genişləndirmək və suvarma qurğularını tikməyə dair 
iki qanun verdi. Bu qanunlar ölkənin aqrar bölməsinin 
böhrandan çıxmasına kömək etdi. Ölkədə taxıl istehsalı 82 mln. 
tona çatdı.  Korporasiya nazirliyi təşkil edildi ki, ona Mussolini 
özü başçılıq edirdi. 
 
Avtargiya uğrunda mübarizə 
 
XX  əsrin 30-cu illərində  İtaliyanın iqtisadi həyatında 
gedən proseslərdən biri də avtorgiyaya nail olmaq uğrunda 
mübarizə idi. Bundan məqsəd ölkədə özünü təmin edən və iqti-
sadi cəhətdən müstəqil olan sistem yaratmaq idi. Bu məqsədlə 
1937-ci ilin oktyabrında Avtorgiya  üzrə Ali komissiya yaradıl-
dı. Ali komissiya tərəfindən iqtisadiyyatın və ayrı-ayrı sahələrin 
texniki cəhətdən yenidən qurulması, istehsal və maliyyə üzə-
rində ciddi nəzarət qoyulması, istehlakın, hərbiləşmənin nizama 
salınması tədbirləri həyata keçirildi. İqtisadiyyatın işinə birbaşa 
və  hərtərəfli qarışmaq sayəsində faşist-korporativ dövləti 
ölkənin iqtisadi inkişaf sürətinin artırılmasına nail oldu. 
Tezliklə  sənaye istehsalının strukturu dəyişildi, maşınqayırma 
və metallurgiya sənayesinin xüsusi çəkisi xeyli yüksəldi. Be-
ləliklə, İtaliya faşizmin dünyada yayılmasında, onun beynəlxalq 
amilə çevrilməsində əməli addımlar atıldı. Faşizm hərəkatında 
 
128
italyan forması ideallaşmağa başladı. 1939-cu ildə parlamenti 
korporativ parlament əvəz etdi, onun üzvləri "duçe" tərəfindən 
təyin edilirdi və  həqiqətdə bu orqan heç bir səlahiyyətə malik 
deyildi.  İtaliyada dövlət-inhisarçı birliklər yaranmağa başladı 
ki, bunlardan ən məşhurları  Əmlak institutu və  Sənayenin 
Yenidən Qurulması idarəsi idi. Bu inhisar birliyi hərbi və ağır 
sənayenin əksəriyyət hissəsini öz nəzarəti altına almışdı. 
 
Faşizmə qarşı fəhlə və demokratik hərəkatı 
 
1929-1933-cü illər dünya iqtisadi böhranı dövründə bütün 
İtaliyada antifaşist hərəkatı gücləndi. Faşizmə qarşı müqavimə-
tin başlıca qüvvəsi fəhlə  sinfi idi. 1930-cu ildə xaricə müha-
cirət etmiş  İtaliya sosialist partiyasının sol qanadı  İtaliya 
Kommunist partiyası ilə 1934-cü ilin avqustunda və 1937-ci 
ilin iyulunda faşizmə qarşı birgə mübarizə haqqında pakt 
bağladılar. O zaman İtaliya Kommunist partiyasına P.Tolyatti, 
İtaliya Sosialist partiyasına isə P.Nenni başçılıq edirdi. Bu pakt 
İtaliyanın azad edilməsi uğrunda mübarizədə mühüm rol 
oynadı və 1956-cı ilə qədər qüvvədə qaldı. 
Xaricə mühacirət etmiş demokratik ziyalıların nümayən-
dələri də "Ədalət və azadlıq" adlı antifaşist təşkilat yaratdılar. 
 
Faşist İtaliyasının xarici siyasəti 
 
İtaliya SSRİ-ni ilk tanıyan dövlətlərdən oldu və 1924-cü 
ilin fevralında onunla ticarət sazişi bağladı. Öz zəifliklərini hiss 
edən faşistlər açıq təcavüzkarlığa keçmək üçün əlverişli  şərait 
gözləyirdilər.  İtaliyada  şovinist və militarist təbliğat 
genişlənməkdə idi.  1923-cü ildə  İtaliyanın yunan adası olan 
Korfini tutmaq planına İngiltərə mane oldu. Lakin İtaliya 1924-
cü ildə Fium limanını Yuqoslaviyadan ala bildi. Həmçinin 
Albaniya da İtaliyanın protektoratlığı altına düşdü. 1925-ci ildə 

 
129
Həbəşistandakı Eriteriya və Somali müstəmləkələri arasında 
dəmiryolu çəkmək üçün konsessiyalar almaq və onun qərb 
hissəsində iqtisadi nüfuz qazanmaq istəyinə İngiltərənin ralızığı 
ilə nail oldu.  
1929-1933-cü illər dünya iqtisadi böhranı zamanı 
kütlələri daxili problemlərdən yayındırmaq məqsədi ilə 
Mussolini xarici ekspansiyaya başlamağı mühüm vasitə hesab 
edirdi. 
Hitlerin Almaniyada hakimiyyətə  gəlməsi və Yaponiya-
nın Çində müharibəyə başlaması, xammal mənbələrini  ələ ke-
çirmək və dünyanı bölüşdürməkdə gecikmək təhlükəsi Musso-
linini daha fəal fəaliyyətə həvəsləndirdi. 
İtaliya təcavüzünün birinci qurbanı Efiopiya oldu. 1935-
1936-cı illərdə Efiopiyada apardığı müharibə  və Efiopiyanın 
işğalı faşizmin cinayətkar xarakterini göstərmiş oldu. 
İtaliyanın Almaniya ilə birlikdə İspaniyaya hərbi müdaxi-
ləsi təcavüzkarlıq yolunda sonrakı addım oldu. İspaniyaya mü-
daxilə zamanı Almaniya və İtaliyanın hərbi-siyasi əməkdaşlığı 
faşist dövlətləri blokunun yaranmasını sürətləndirdi. 1936-cı 
ilin oktyabrında beynəlxalq siyasətin  əsas məsələlərində birgə 
fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz dairələrinin 
hüdudlarını müəyyən etmək haqqında Almaniya-İtaliya 
müqaviləsi bağlandı. 1936-cı ilin noyabrında Almaniya və 
Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra 
İtaliya da bu pakta qoşuldu. Əslində faşist militarist koalisiyası 
dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının 
mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması 
və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas 
zərbəsi təkcə SSRİ-yə qarşı yox, həmçinin, ABŞ,  İngiltərə  və 
Fransaya qarşı da çevrilmişdi. 
1937-ci ilin dekabrında  İtaliya Millətlər Cəmiyyətindən 
çıxdı. 1937-ci ildə  İtaliya ilə  İngiltərə arasında imzalanan 
«centlmen sazişləri»nə görə dövlətlər Aralıq dənizində bir-
 
130
birlərinin mənafelərinə hörmət etməli idilər. 1938-ci ildə 
bağlanmış  İtaliya-İngiltərə sazişinə görə isə  İngiltərə Aralıq 
dənizi rayonunda İtaliyaya müəyyən güzəştlərə getdi. 
İlk dövrlərdə Avstriya, Dunay hövzəsi və Balkan yarım-
adasına qarşı işğalçılıq planlarına görə İtaliya ilə Almaniyanın 
mənafeyi toqquşurdu. Lakin Efiopiyanın təcrübəsi “duce”ni 
inandırdı ki, Hitlerlə ittifaq olmadan o heç nəyə nail ola bil-
məyəcək. Ona görə  də Hitlerlə alçaldılmış  şəraitdə ittifaqa 
girməyə  məcbur oldu və Almaniya tərəfindən Avstriyanın 
işğalını, onun Çexoslovakiya və Polşaya qarşı iddialarını 
sakitliklə qarşıladı. Mussolini Münhen sazişini imzaladı. 
Mussolini 1939-cu ilin fevralın 4-də  İtaliyanın xarici siyasət 
məqsədlərini elan edərək bildirdi ki, İtaliya Avropada 
Albaniyanı  çıxmaq  şərti ilə heç bir ərazi iddiasına 
düşməyəcəkdir.  İtaliyanın məqsədi Aralıq dənizinə sahib 
olmaqdır.  İtaliya Albaniyanı 1939-cu ilin aprelində  işğal 
etməklə kifayətlənməyə məcbur oldu. 1939-cu ilin mayın 22-də 
İtaliya ilə Almaniya arasında "polad pakt" adlanan müqavilə 
imzalandı. İtaliya İkinci dünya müharibəsi başlanarkən 1939-cu 
il sentyabrın 1-də öz bitərəfliyi haqqında rəsmi bəyanat verdi. 
1940-cı ilin martın 18-də Brennerdə Hitlerlə görüşündə 
Mussolini «paralel müharibə» aparmaq planını irəli sürdü. Bu 
plan «Fransa sərhədlərində müdafiə mövqeyi seçməyi, 
Yuqoslaviyaya qarşı qüvvə toplamağı, Egey dənizi rayonu və 
Liviyada hərbi  əməliyyatlar aparmağı  nəzərdə tuturdu. İtaliya 
1940-cı ilin iyunun 10-da Fransanın cənubuna qoşun 
yeritməklə Almaniyanın tərəfində  İkinci dünya müharibəsinə 
girmiş oldu. 

 
131
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin