XI. CƏNUBİ AVROPA DÖVLƏTLƏRİ
YUNANISTAN
Yunanıstan Birinci dünya müharibəsindən
sonrakı ilk illərdə
Yunanıstan Birinci dünya müharibəsinə qədər geridə
qalmış aqrar ölkə idi. Fəaliyyət göstərə bilən əhalinin əsas küt-
ləsi (təqribən 70%) kənd təsərrüfatı ilə məşğul idi. Yunanıs-
tanın iqtisadi cəhətdən geriliyinin səbəbi ölkədə müasir fabrik-
sənayesinin yoxluğunda idi Yunanıstanın xalq təsərrüfatının
xarakterik xüsusiyyəti onun xarici kapitaldan asılı olması idi.
İngiltərə, Fransa, sonra isə ABŞ kapitalı ölkədə ağalıq edirdi.
Ölkənin ən böyük siyasi partiyaları – liberal, xalq və
respublika ittifaqı partiyaları idi ki, onlar da çox vaxt böyük
dövlətlərin yedəyində gedirdilər.
1917-ci ilin yayında Yunanıstan Antanta tərəfində
birinci dünya müharibəsinə qoşuldu. Yunanıstanın hakim dairə-
ləri böyük Ellin dövləti yaratmaq planını həyata keçirmək
istəyirdilər, lakin buna nail olmadılar.
Yunanıstan da antisovet müdaxilədə iştirak etdi.
Venizelosun başçılıq etdiyi hökumət Paris sülh
konfransında iştirak etdi və Yunanıstan bütün Frakiyanı, İzmiri
götürdü. İzmirin işğalı 1919-cu ilin mayında yunan-türk mü-
haribəsinin başlanmasına səbəb oldu. 1918-ci ildə Yunan
Ümumi Əmək Konfederasiyası və Yunanıstan fəhlə sosialist
partiyası təşkil olundu. 1920-ci ildə kral Aleksandr öldu.
Parlament seçkilərində Venizelosun başçılıq etdiyi hökumət
iflasa uğradı. Monarxiyaçı xalq partiyası qalib gəldi. Konstan-
tin yunan taxtına qaytarıldı.
1923-cü il iyulun 24-də Türkiyə ilə Lozzannada sülh
müqaviləsi imzalandı. Sevr müqaviləsinə əsasən Yunanıstana
verilmiş Şərqi Frakiya və Türkiyənin Kiçik Asiyadakı əraziləri
Türkiyəyə qaytarıldı.
251
Yunanıstanın respublika elan edilməsi
1922-ci ildə Konstantin 2-ci dəfə taxtdan əl çəkməyə və
ölkədən çıxıb getməyə məcbur oldu. Zabitlər hakimiyyətdən
salınmış kralın əvəzinə onun böyük oğlu II Georqu taxta
oturtdular. Respublika qurulması tərəfdarları 1923-cü ilin
dekabrındakı parlament seçkilərində çoxluq qazana bilməsələr
də, onlar ordu və donanmanın köməyinə arxalanaraq haki-
miyyətə gəlmiş mötədil liberal çoxluğu II Georqu ölkədən
qovmağa və 1924-cü il martın 25-də Yunanıstanı respublika
elan etməyə məcbur edə bildilər. 1924-cü ilin aprelində
keçirilən referendum da bunu bəyəndi.
Yunan-türk müharibəsi qurtardıqdan sonra Kiçik
Asiyadan 1,2 milyondan çox qaçqın yunanlar ölkəyə axışıb
gəlirdilər. Beş milyon əhalisi olan kasıb ölkə üçün bu çox çətin
vəziyyət idi.
Yunanıstan kapitalizmin nisbi sabitləşməsi və dünya
iqtisadi böhranı dövründə
Kapitalizmin qismən sabitləşməsi dövründə Yunanıs-
tanda sənaye istehsalı və sənaye müəssisələri tikintisi artdı.
500-ə qədər sənaye müəssisəsi və elektrik stansiyası tikildi.
Yunanıstanda 1924-1926-cı illərdə natamam da olsa,
aqrar islahatı keçirildi.
Ölkədə respublika qurulduqdan sonra daxili və beynəl-
xalq vəziyyətin pisləşməsindən polkovnik Panqalos istifadə
etdi. O, Afina qarizonuna arxalanaraq 1925-ci ilin iyununda
dövlət çevrilişi etdi və hakimiyyəti öz əlinə aldı. Parlament və
nazirlikləri ləğv etdi. Onun Fransa ilə yaxınlığı İngiltərə və İta-
liyanın xoşuna gəlmədi. 1926-cı ilin avqustunda Panqalos dev-
rildi. Ölkədə burjua partiyalarının nümayəndələrindən ibarət
252
koalisiyalı hökumət hakimiyyət başına gəldi. Parlament çağ-
rıldı.
1927-ci ili iyununda qəbul edilmiş konstitusiyaya görə
qanunverici hökumət iki palatadan ibarət Parlamentə məxsus
idi. 1926-1928-ci ildə Yunanıstanın maliyyə vəziyyəti xarici
borclar hesabına yaxşılaşdı. Yunanıstanın İtaliya ilə müna-
sibətləri yaxşılaşdı. Böyük Britaniyanın hərbi-dəniz nü-
mayəndələri Afinaya qayıtdı. 1929-cu ilin iyununda SSRİ ilə
ticarət və dənizçilik haqqında müqavilə bağlandı.
1929-cu ilin avqustunda Milli Məclisə keçirilən seçki-
lərdə sağ burjua partiyaları əksəriyyət qazandılar. Venizelosun
başçılığı ilə hökumət təşkil olundu.
1929-cu ildə başlanan iqtisadi böhran Yunanıstanın
iqtisadiyyatına ağır təsir göstərdi. 1931-1932-ci illərdə 1929-cu
illə müqayisədə metallurgiyada 30%, ağac emalı sənayesində
20%, kimya sənayesində 15%, spirtli içkilər sənayesində 35%
istehsal azaldı. Tütün istehsalı 68 min tondan 24 min tona endi.
Böhran kənd təsərrüfatına daha ağır təsir etdi. Ölkədə aclıq
başlandı. İş günü 10 saatdan 14 saata qaldırıldı. İşsizlərin sayı
200 mini ötüb keçdi.
1932-ci ildə keirilmiş seçkilərdə Saldarisin başçılıq
etdiyi xalq (monarxist) partiyası qalib gəldi. Yeni hökumətə
Saldaris başçılıq etdi.
Yunanıstan ancaq 1934-cü ildə iqtisadi böhrandan
çıxmağa başladı.
Yunanıstan İkinci dünya müharibəsi ərəfəsində
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Yuna-
nıstanda faşizmin dirçəlməsinə səbəb oldu. 1935-ci il martın 1-
də xalq partiyasının başçısı Kondilis hərbi-monarxist çevriliş
etdi. Monarxistlərin 1935-ci ilin noyabrın 25-də fırıldaqla
253
keçirdikləri xalq rəy sorğusundan sonra kral II Georq
İngiltərədən Yunanıstana qayıtdı.
Ölkədəki inqilabi hərəkatın qarşısını almaq üçün 1936-cı
il avqustun 4-də monarxist Metaksas hərbi dairələr tərəfindən
çoxdan bəri hazırlanmış çevrilişi etdi və yalnız orduya və
jandarmaya arxalanaraq faşist diktaturası qurdu. O, mühasirə
vəziyyəti tətbiq etdi, parlamenti buraxdı, kütləvi həbslər keçir-
məyə başladı. Yunanıstan faşist Almaniyası ilə yaxınlaşmağa
başladı. Lakin buna baxmayaraq İkinci dünya müharibəsi
ərəfəsində Yunanıstanda yenə də İngiltərənin nüfuzu üstünlük
təşkil edirdi.
254
PORTUQALİYA
Birinci dünya müharibəsindən sonra ölkədə iqtisadi
və siyasi vəziyyət
1910-cu il burjua inqilabından sonra Portuqaliya burjua
parlament respublikası oldu. O, geridə qalmış kapitalist ölkəsi
idi. İngiltərədən xeyli dərəcədə asılılıq var idi. Ölkə bununla
belə Anqola, Mozambik və s. kimi iri müstəmləkələrə malik
imperiya idi. Onun müstəmləkələrinin ərazisi öz ərazisindən
təxminən 23 dəfə böyük idi. Ölkədə feodal qalıqları yaşamaqda
idi. Əhalinin 60%-i kənddə yaşayırdı. Cənubda iri latu-
findiyalar, şimalda isə xırda torpaq sahibliyi üstün idi. Kənd
təsərrüfatında icarədarlıq geniş yayılmışdı. Sənaye yarımkustar
səciyyə daşıyırdı. Dəmiryolu və kommunal nəqliyyatı əsasən
ingilislərin əlində idi. Fəhlə sinfinin sıralarında 250 min adam
var idi.
Ölkədə siyasi hakimiyyət mülkədarların və burjuaziyanın
mənafeyini müdafiə edən Respublikaçılar partiyasının əlində
idi. Fəhlə hərəkatında reformist və anarxist əhval-ruhiyyə güclü
idi. 1875-ci ildən ölkədə zəif nüfuza malik olan Sosialist
partiyası da fəaliyyət göstərirdi. 1910-cu ildə yaradılmış Milli
fəhlə ittifaqı 1919-cu ildə Ümumi Əmək Konfederasiyası kimi
təşkil edildi.
1916-cı ildə İngiltərənin təzyiqi ilə Portuqaliya Antan-
tanın tərəfində birinci dünya müharibəsinə daxil oldu. Versal
sülhünə əsasən Portuqaliyaya keçmiş alman müstəmləkələ-
rindən ancaq Şərqi Afrikadakı üçbucaq Kionqosu verildi.
1917-ci ilin dekabrın 11-də keçirilən prezident seçkilə-
rində Sidoniy Paiş qalib gəldi. Rejimdən narazılıq 1918-ci ilin
sonunda hökumətlə fəhlə təşkilatları arasında baş verən güclü
toqquşmada özünü göstərdi. Ölkədə baş verən tətillər Paişin
diktaturasının 1918-ci ilin dekabrın 14-də süqutuna səbəb oldu.
255
1919-1921-ci illərdə Portuqaliyanı ümumi tətillər bürüdü.
Bu monarxistlərin qiyam yolu ilə 1919-cu ilin qışında ha-
kimiyyətə gəlmək cəhdlərinin qarşısını aldı.
1921-ci ilin martında Portuqaliya kommunist partiyası
təşkil edildi. 1923-cü ildə iqtisadi böhranla əlaqədar ölkədə
yenidən ümumxalq hərəkatı gücləndi.
1926-cı il hərbi çevrilişi və faşist
diktaturasının qurulması
1924-1925-ci illərdə Portuqaliyada iqtisadi, xüsusilə
maliyyə böhranı kəskin şəkil aldı, bu həmçinin siyasi sabitliyi
də pozdu. 1910-cu ildən 1925-ci ilədək ölkədə 40 hökumət
dəyişikliyi, 18 qiyam olmuşdu. Kapitalizmin nisbi sabitləşməsi
illərində də qeyri-sabit şərait qalmaqda idi. Bundan istifadə
edən hərbi dairələr 1926-cı ilin may ayının 28-də dövlət
çevrilişi edərək öz diktaturalarını qurdular. Respublika
partiyası, o cümlədən sosialistlər əvvəl dəyişikliyin mahiyyətini
başa düşməyərək yeni rejimi alqışladılar. Ümumi əmək
konfederasiyası bitərəf qaldı. Kommunist partiyası çevrilişin
əleyhinə olduğunu bildirdi. Tez bir zamanda hakimiyyət
general Koştun əlində mərkəzləşdi. 1928-ci ilin martın 25-də
ölkənin prezidenti İngiltərənin himayəsi ilə general Karmon
oldu. Ölkənin faşistləşməsi başladı. 1911-ci il konstitusiyası
təxirə salındı. Onunla birlikdə burjua-demokratik azadlıqlar da
ləğv edildi. 1928-ci ilin aprelin 28-də maliyyə naziri O.Salazar
oldu. O, iqtisadiyyat sahəsində fövqəladə səlahiyyətlər aldı.
Portuqaliyanın demokratik dairələri ardıcıl olaraq
faşistləşmə və diktaturaya qarşı mübarizə aparırdılar. 1927-ci
ilin fevralında respublika əhval-ruhiyyəli zabitlər, həmçinin
fəhlələrin bir hissəsi Lissabon və Portuda üsyan qaldırdılar.
1928-ci ildə baş verən üsyanlar diktator tərəfindən yatırıldı.
256
Portuqaliya dünya iqtisadi böhranı və İkinci cahan
müharibəsi ərəfəsində
Ölkədə diktatura rejiminin möhkəmlənməsi Portuqali-
yada İngiltərənin nüfuzunun daha da artmasına, zəhmətkeşlərin
istismarına, feodalizm qalıqlarının qalmasına və kilsənin ro-
lunun yüksəlməsinə şərait yaratdı.
1929-1933-cü illərin dünya iqtisadi böhranı ənənəvi
Portuqaliya mallarının (balıq konservləri, şərab və s.) ixtisarına
və həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu. 1935-ci ildə
fəhlələrin 35%-i (150 min adam) işsiz idi. Sənaye fəhlələrinin
əmək haqqının səviyyəsi 40-45% düşdü. 1926-cı illə
müqayisədə isə kənd təsərrüfatı fəhlələrinin əmək haqqı 75%
aşağı idi.
Böhrandan çıxmaq üçün hakimiyyət iri sahibkarlara və
torpaq sahiblərinə güzəştə getməklə zəhmətkeşlərdən alınan
vergiləri artırdı. Bu dövrdə istehsal inhisarçıların kiçik dai-
rəsinin əlində cəmləşdi. Həmçinin faşist rejiminin köməyi
nəticəsində ölkə iqtisadiyyatında iri inhisar birliklərinin, məsə-
lən, Fabrik ittifaqı kampaniyasının, SAKOR-un ağalıq mövqeyi
gücləndi. Onlar ölkənin kimya və neft sənayesində ağalıq
edirdilər.
İqtisadi böhran illərində ölkənin faşistləşməsi prosesi
gücləndi. Müxalifətçi partiyalar qanundan kənar elan edildi.
1930-cu ildə Salazar "Milli ittifaq" adlı faşist partiyası təşkil
etdi. O, ölkədə yeganə leqal partiya idi. 1932-ci ilin iyulun 5-də
o, baş nazir təyin edildi və uzun illər faşist diktatoru kimi qaldı.
Faşist rejimi 1933-cü il konstitusiyası ilə möhkəmləndirildi. Bu
konstitusiyaya
əsasən Portuqaliya "unitar korporativ
respublika" adlandırıldı. Baş nazirə qeyri-məhdud səlahiyyətlər
verildi. Yaşlı əhalinin ¾-ü seçki hüququndan məhrum edildi.
Azad həmkarlar ittifaqlarının yerinə Salazar 1933-cü ilin
257
sentyabrın 23-də faşist "Milli həmkarlar ittifaqları"nı təşkil etdi.
Fəhlələr tətil hüququndan məhrum edildi. Salazarın parti-
yasından başqa bütün digər partiyalar gizli iş şəraitinə keçdilər.
Kilsə faşist diktaturasının ən mühüm dayağı oldu. Ölkədə
xüsusi təqib aparatı təşkil edildi. "PİDE" adlanan gizli siyasi
polis yaradıldı. Hərbi düşərgələr təşkil edildi ki, onlardan biri
Yaşıl Burun adasında yerləşən "Trafal" idi. Faşist rejimi ordu,
donanma və polisə çəkilən xərcləri xeyli artırdı. Bu xərclər
büdcənin 1/3-ni təşkil edirdi. 1934-cü ildə Portuqaliya höku-
məti özünün yeni hərbi proqramını qəbul etdi ki, bu proqrama
əsasən İngiltərəyə 20 hərbi gəmi inşa etmək sifarişi verildi.
1935-ci ildə isə daha 14 hərbi gəmi inşa etmək üçün hökumət
65 milyon funt-sterlinq həcmində pul ayırdı. Bundan başqa
ölkədə strateji əhəmiyyətə malik olan yollar çəkildi, hərbi
aviasiya möhkəmləndirildi. Portuqaliya silahın xeyli hissəsini
Almaniya və İtaliyadan alırdı.
Bu dövrdə müstəmləkə xalqlarının istismarı gücləndi.
1930-cu il iyulun 8-də qəbul edilmiş “müstəmləkələr üzrə akt”a
əsasən Portuqaliya müstəmləkələrinin əhalisi bütün iqtisadi,
siyasi və
mədəni hüquqlardan məhrum edilirdi.
Müstəmləkələrdə məcburi əmək sistemi geniş tətbiq edildi, işçi
qüvvəsinin satışı həyata keçirildi.
Antifaşist hərəkatını ləğv etmək Salazar diktaturasına tam
nəsib olmadı. Bu özünü aydın formada İspaniyada vətəndaş
müharibəsi dövründə xüsusilə göstərdi. Portuqaliya hökuməti
dərhal Franko diktaturasını tanıdığını bildirdi və onun ordusunu
silahla təchiz etməyə, oraya əsgər göndərməyə başladı. 1939-cu
ilin mart ayının 17-də Salazar ilə Franko arasında "Dostluq və
hücum etməmək haqqqında" pakt bağlandı. Bununla bərabər,
həmin dövrdə Portuqaliya demokratları da İspaniya
respublikaçılarına rəğbətlərini gizlətmirdilər. 1936-cı ilin
sentyabrında Lissabon limanında üç gəmidə hərbi dənizçilər
İspaniya respublikası ilə həmrəylik əlaməti altında silahlı üsyan
258
qaldırdılar. Portuqaliya antifaşistləri İspaniyaya gələrək
beynəlmiləl briqadaların tərkibində vuruşurdular.
İkinci dünya müharibəsi ərəfəsində İngiltərə Portuqaliya
iqtisadiyyatında ağalıq mövqeyini saxlayır, onun əsas kreditoru
olaraq qalırdı. 1935-ci ildə Portuqaliyanın 30,9 milyon funt-
sterlinq xarici borcundan 22 milyon funt-sterlinqi İngiltərəyə
məxsus idi. 1937-ci ildə Portuqaliya müstəmləkələrinə İn-
giltərənin kapital qoyuluşu 25 milyon funt-sterlinq idi. Portu-
qaliya ordusu və donanmasını silahla, demək olar ki, İngiltərə
təchiz edirdi. Eyni zamanda, İkinci dünya müharibəsi ərəfə-
sində Salazar hökuməti faşist İtaliyası və Hitler Almaniyası ilə
də sıx iqtisadi və siyasi əməkdaşlıq yaratmışdı. Almaniya
müharibə ərəfəsində Portuqaliyaya idxal etdiyi məhsul və
kapitala görə, demək olar ki, İngiltərəyə çatmışdı.
259
İSVEÇRƏ
İsveçrə Birinci dünya müharibəsindən
sonrakı ilk dövrdə
1815-ci
ildən bitərəf ölkə olan İsveçrə birinci dünya
müharibəsi dövründə öz bitərəfliyini saxlamaqla müharibə
aparan bütün ölkələrlə ticarət edərək öz burjuaziyasına çoxlu
gəlir gətirdi. Ölkədə maşınqayırma, hərbi sənaye, elektroener-
getika sənayesi xeyli inkişaf etdi. Ölkənin qızıl ehtiyatı artdı.
Bununla bərabər ərzaq mallarının qiymətlərinin bahalanması
xalq kütlələrinin maddi vəziyyətini ağırlaşdırdı. Müharibə
illərində ordunun səfərbərliyə alınması ilə əlaqədar İsveçrə bu
işə 1,2 milyard frank sərf etməli oldu. 1913-cü ildəki 140
milyon franka qarşı 1918-ci ildə İsveçrənin dövlət borcu 1
milyard franka çatdı. Həmçinin bu dövrdə İsveçrə xəzinəsi
xarici turizmdən gələn gəlirlərdən də məhrum oldu.
1917-1918-ci illərdə Rusiyada baş verən Fevral burjua-
demokratik inqilabı və Oktyabr çevrilişinin nəticəsində İsveç-
rədə də fəhlə hərəkatı gücləndi. Bu dövrdə fəhlə hərəkatında
İsveçrə sosial-demokrat partiyasının nüfuzu güclü idi. Fəhlə
hərəkatının təsiri altında hökumət güzəştə getməyə məcbur
olaraq 1918-ci ildə proporsional seçki sistemi tətbiq etdi, 48
saatlıq iş həftəsi müəyyən edildi.
1919-cu ildə çağrılmış Parist sülh konfransı İsveçrənin
"daimi bitərəflik" doktrinasını bir daha təsdiqlədi.
1921-ci ilin martında sosial-demokrat partiyasının sol
qanadından İsveçrə Kommunist partiyası təşkil edildi və o,
Kominternə daxil oldu.
Birinci dünya müharibəsindən sonra İsveçrə beynəlxalq
münasibətlərdə mühüm rol oynamağa başladı. Onun ərazisində
beynəlxalq təşkilatlardan Beynəlxalq Qırmızı Xaç Komitəsi,
Ümumdünya poçt ittifaqı, Millətlər Cəmiyyəti fəaliyyət
göstərirdi.
260
Sovet dövlətinə qarşı İsveçrə düşmənçilik mövqeyində
dururdu. 1923-cü ilin iyunun 20-də İsveçrə hökuməti onun
ərazisində keçirilən beynəlxalq konfranslarda sovet nümayəndə
heyətinin iştirakını qadağan etdi.
1920-1921-ci illərin iqtisadi böhranı xalq kütlələrinin
maddi vəziyyətinə ağır təsir etdi. 1922-ci ildə ölkədə 130 min
işsiz var idi. Qiymətlər müharibədən əvvəlki dövrlə müqa-
yisədə 4 dəfə artdı.
İsveçrə 1924-1939-cu illərdə
Kapitalizmin sabitləşməsi illərində İsveçrənin iqtisadi
vəziyyəti bir qədər yaxşılaşdı. Həyat səviyyəsi bir qədər
yüksəldi. Bir sıra, xüsusilə, ixracla əlaqədar olan sahələrdə
fəhlələrin əmək haqqı artdı. 1925-ci ildə ölkədə qocaların,
yetimlərin və şikəstlərin sığorta edilməsi, 1927-ci ildə dövlət
qulluqçularının əmək haqlarının ödənilməsi vəziyyəti haqqında
qanun qəbul edildi. 1929-cu ilin martından ölkənin çörəklə
təmin edilməsi üzərində dövlət inhisarı həyata keçirilməyə
başlandı.
Bu dövrdə Vahid İsveçrə həmkarlar ittifaqı və sosial-
demokrat partiyası əməklə kapitalın əməkdaşlığı uğrunda mü-
barizəni genişləndirdilər. 1926-cı ildə onlar parlamentə belə bir
təklif verdilər ki, bütün sosial münaqişələrin arbitraj
məhkəməsi vasitəsi ilə həll edilməsinə icazə versinlər ki, "sinfi
sülh" yaradılsın.
İsveçrədə 20-ci illərin ortalarından başlanan iqtisadi
yüksəlişi 1929-1933-cü illərin iqtisadi böhranı dayandırdı.
Böhran illərində 2500 müəssisə və bank iflasa uğradı. Bir sıra
bankların səhmlərinin qiyməti 40% aşağı düşdü. Hökumət
böhrandan çıxmaq üçün lazım olan bir sıra, məsələn, əmək
haqlarını dondurmaq, frankı devolvasiya etmək və s. tədbirləri
görmədi. Böhranın bütün ağırlığı xalq kütlələrinin üzərinə
düşdü. Bazel, Sürix, Cenevrədə fəhlə tətilləri artdı.
261
Sosial ziddiyyətlərin kəskinləşməsindən faşist ünsürlər
istifadə edərək Hitler və Mussolininin ideyalarını təbliğ etməyə
başladılar. İsveçrədə "Milli cəbhə" adlanan faşist təşkilatı öz
fəaliyyətini genişləndirdi. Həmçinin Milli İttifaq, İsveçrə faşist
partiyası da təbliğat işini gücləndirdi. Faşist təşkilatlarının
fəaliyyətinə mane olmamaq üçün hökumət antifaşist çıxışları
qadağan etdi. 1932-ci ilin noyabrın 9-da hökumət Cenevrədə
antifaşist nümayişi gülləbaran etdi.
30-cu illərin ikinci yarısında antifaşist hərəkat gücləndi.
1940-cı ilin noyabrın 27-də İsveçrədə Kommunist partiyasının
fəaliyyəti qadağan edildi.
İkinci dünya müharibəsi ərəfəsində İsveçrədə iqtisadi
inkişaf yenidən yüksəldi. Ölkənin xüsusilə hərbi istehsalla bağlı
olan müəssisələri bütün gücü ilə faşist dövlətlərinin sifarişini
yerinə yetirmək üçün işləyirdi.
İsveçrə daha çox Almaniyanın təsir dairəsində idi. O,
1934-cü ildə SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olmasının
əleyhinə səs verdi. Həmçinin İsveçrə faşist təcavüzünün Av-
ropa, Asiya və Afrikada genişlənməsini sakitliklə qarşılayaraq
təcavüzkara qarşı iqtisadi sanksiyaların tətbiq edilməsində işti-
rak etmədi.
262
XII. KANADA
Birinci dünya müharibəsinin Kanada üçün nəticələri
1914-cü ilin avqustun 4-də Böyük Britaniyanın
dominionu olduğu üçün Kanada da Birinci dünya müharibəsinə
qoşuldu. Onun 400 mindən çox əsgəri Avropada hərbi
əməliyyatlarda iştirak etdi. Bununla belə, müharibə dövründə
Kanadanın ərazisi hərbi əməliyyatlar meydanına çevrilmədi.
Ölkədə iqtisadiyyat xeyli inkişaf etdi. 1917-1920-ci illərdə
Kanadada R.Z.Bordenin başçılıq etdiyi mühafizəkar və
liberallar partiyasının üzvlərindən ibarət olan koalisiyalı
hökumət hakimiyyətdə idi. 1918-ci ilin fevralında Kanadada
ordudan tərxis edilmiş əsgərləri işlə təmin etmək üçün xüsusi
departament təşkil edildi. İşsizlərə kömək, səhiyyə, texniki
təhsilin inkişafı üçün bir sıra tədbirlər görüldü.
Müharibə dövlət-inhisarçı kapitalizmin inkişafını sürət-
ləndirdi. Bunun təzahürlərindən biri 1918-1923-cü illərdə də-
mir yollarının milliləşdirilməsi idi. Müharibədən sonra Kana-
daya ABŞ kapitalının müdaxiləsi gücləndi.
Fəhlə hərəkatının güclənməsindən ehtiyat edən Borden
hökuməti əməklə kapitalın sinfi əməkdaşlığı siyasətini yeri-
dirdi. "Sosial sülh" yaratmaq məqsədi ilə 1918-ci ildə həm-
karlar ittifaqları ilə hökumət arasında bir sıra müşavirələr
keçirildi.
Fermerlərin mübarizəsi 1919-cu ildə xırda burjua-
ziyanın mənafeyinin təmsilçisi olan Milli mütərəqqi partiyanın
yaranması ilə nətiəcələndi.
1920-ci ildə Kanadanı iqtisadi böhran bürüdü. Sənaye
məhsulları istehsalı 11%, ixrac 13% azaldı. Aqrar böhran 1921-
ci ildə xüsusilə dərinləşdi. Avropaya buğda göndərilməsi,
demək olar ki, dayandırıldı. Zəhmətkeşlərin vəziyyəti pisləşdi.
263
1921-ci ilin parlament seçkilərindən sonra hakimiyyəti
1926-cı ilə qədər M.Kinqin başçılıq etdiyi liberallar hökuməti
idarə etdi. Bu hökumət ölkənin qərbindəki fermerlərlə
şərqindəki sənayeçilər arasında manevr etmək siyasəti
yeridirdi. O, fermerlərin mənafeyini nəzərə alaraq kömrük
tariflərini aşağı salsa da, sənayeçilərin xeyrinə olaraq dəmiryolu
tariflərini qaldırdı. Tədricən Mütərəqqi partiya öz nüfuzunu
itirdi və 1926-cı il seçkilərində məğlubiyyətə uğradı. Bu dövrdə
Kanadada Böyük Britaniyadakı Leyborist partiyası tipində
yaranmış leyborist partiyanın fəaliyyəti artdı. Həmçinin 1921-ci
ilin iyununda Kanadada gizli şəraitdə Kanada Kommunist
partiyası yaradıldı.
Müharibədən sonra Kanadanın beynəlxalq aləmdə nü-
fuzu artdı. Belə ki, o Paris sülh konfransında bütün müqavi-
lələrə müstəqil imza atdı. Vaşinqton konfransında iştirak etdi.
1922-ci ildə Sovet Rusiyasını de-fakto tanıdı.
Kanada kapitalizmin nisbi sabitləşməsi illərində
1923-cü ildə Kanada iqtisadi böhrandan çıxa bildi və
1929-cu ilədək ölkədə topdan satış milli məhsul 35% artdı. Bu
dövrdə Kanada aqrar sənaye ölkəyə çevrildi. Dağ-mədən,
selluloz-kağız, əlvan metallurgiya, elektroenergetika daha sü-
rətlə inkişaf etdi, taxıl istehsalı artdı. Bununla bərabər, Kanada
yenə də ABŞ və Böyük Britaniya bazarından asılı vəziyyətdə
idi. Ölkənin ixracının 2/3-si, idxalının isə 4/5-ü bu ölkələrlə
bağlı idi. 50 iri bank və kampaniya, demək olar ki, ölkəyə
sahiblik edirdi.
Bu dövrdə mərkəzləşmə və təmərküzləşmə artıq kənd
təsərrüfatını da əhatə etdi. Kanada kapitalının Latın Amerikası
ölkələrinə müdaxiləsi artdı. Lakin yenə də Kanada kapitalizmi
asılı vəziyyətdə idi. Belə ki, onun emal və istehsal sənayesinin
40%-i xaricilərin, xüsusilə, ABŞ inhisarçılarının əlində idi.
M.Kinqin başçılıq etdiyi liberallar hökumətinin əsas
diqqəti tarif siyasəti məsələsinə yönəldilmişdi. 1926-ci il par-
264
lament seçkilərində liberallar yenidən uğur qazandılar və Kinq
hökumətə yenidən 1930-cu ilədək başçılıq etdi. Fəhlə hə-
rəkatının artması nəticəsində 1927-ci ildə yeni həmkarlar təş-
kilatı olan Ümumkanada həmkarlar ittifaqı konqresi təşkil
edildi. Həmçinin 1925-ci ildə Fermerləri maarifləndirmə liqası
yarandı.
Kapitalizmin nisbi sabitləşməsi dövründə Kanadanın
müstəqilləşməsi prosesi gücləndi. İngilis imperializmi öz möv-
qeyini burada xeyli itirdi. 1923-cü ildə Kanada Londonun
icazəsi ilə müstəqil xarici siyasət yeritmək hüququ aldı. 1926-cı
ildə isə Kanada digər dominionlarla birlikdə bütün sahələrdə
İngiltərə ilə bərabər hüquqa malik oldu. 1927-ci ildə ABŞ və
Kanada səfirlər mübadiləsi etdi. Fransada Kanada nümayən-
dəliyi açıldı. Kanadanın Millətlər Cəmiyyəti və digər beynəl-
xalq təşkilatlarda fəaliyyəti gücləndi.
1927-ci ildə o, Böyük Britaniyanın təsiri altında SSRİ
ilə münasibətləri kəsdi.
Kanada 30-cu illərdə.
1929-1933-cü illərdə ABŞ-ın ardınca Kanadanı güclü
iqtisadi böhran bürüdü. Sənaye istehsalı iki dəfə aşağı düşdü.
Artıq 1933-cü ilin əvvəllərində ölkədə 1,3 milyon nəfər işsiz
var idi ki, bu da ölkə əhalisinin 12%-ni təşkil edirdi. Kənd
təsərrüfatı məhsullarının qiyməti düşdü. Xüsusilə buğdanın
qiyməti 88% endi. 240 min fermer təsərrüfatı tənəzzülə uğradı.
İnfilyasiya artdı. Orta hesabla zəhmətkeşlərin gəliri 48% aşağı
düşdü.
1930-cu ilin iyulun 30-da keçirilən parlament seçki-
lərində liberallar böhranı aradan qaldırmaqda heç bir fəallıq
göstərmədikləri üçün məğlub oldular. Seçkilərdə qələbə qaza-
nan mühafizəkarlar Bennetin başçılığı altında hökumət təşkil
etdilər və bu hökumət 1935-ci ilə qədər hakimiyyətdə qaldı.
Sənaye mallarının tarifi qaldırıldı. Bu hökumət işsizliyi aradan
qaldırmaq üçün 1930-cu ildən 1942-ci ilə qədər 20 milyon
265
dollar vəsait ayırdı. Bu hökumətin dövründə zəhmətkeşlər
işsizlərin sığorta edilməsi haqqında qanun qəbul edilməsinə
nail oldular. ABŞ-ın nümunəsi əsasında Kanadada "əmək
düşərgələri" təşkil edildi. Kommunist partiyasının fəaliyyəti
qadağan edildi.
Fəhlə sinfinin həyati maraqlarının müdafiəsində 1929-
cu ildə təşkil edilmiş Fəhlə birliyi liqası mühüm rol oynadı. Bu
dövrdə fəhlələrin mübarizə formalarından biri "arzuedilməz
mühacirlərin" ölkədən qovulmasına qarşı mübarizə idi. 1929-
1934-cü illərdə Kanadadan müxtəlif bəhanələrlə 27 min adam
qovulmuşdu.
Böhran dövründə Kanadada siyasi partiyaların yenidən
qurulması baş verdi ki, bu da xırda burjuaziya təbəqələrinin
tərəddüdü ilə əlaqədar idi. Kanadada həm faşist, həm də sosial-
demokrat tipli təşkilatlar bu dövrdə yenidən formalaşmağa
başladı. Albert əyalətində antiinhisar meylli "sosial kredit"
hərəkatı gücləndi. Onlar 1935-ci ildə əyalət seçkilərində
əksəriyyət qazandılar və əyalətdə hökümət təşkil etdilər.
1931-ci il Bestministr statusuna əsasən Kanada İngiltərə
parlamentinin qəbul etdiyi qanunları dəyişmək və təxirə salmaq
hüququ əldə etdi. Bu andan London Kanada üçün Kanadanın
razılığı olmadan qanunlar vermək hüququnu itirdi. Bununla
bərabər, bu status Kanada federal hökumətinin əyalətlərə
münasibətdə qanunvericilik hüququnu xeyli məhdudlaşdırdı.
Böyük Britaniya müəyyən səviyyədə Kanadanın xarici
siyasətində öz nəzarətini saxlayırdı. Lakin hər halda bu status
Kanadanın suverenliyinin gələcəkdə təsdiqi üçün imkan
yaratmış oldu.
1935-ci il oktyabrın 14-dəki parlament seçkilərində mü-
hafizəkarlar uğur qazanmadılar. Hakimiyyətə yenidən M.Kin-
qin başçılıq etdiyi liberallar hökuməti gəldi.Bu hökumət 1957-
ci ilə qədər hakimiyyətdə qaldı. Bu hökumət tədricən "əmək
düşərgələri"ni ləğv etdi. Bir sıra əyalətlərdə həmkarlar
266
ittifaqlarının tanınması, kollektiv müqavilələr, minimum əmək
haqqı haqqında qanunlar qəbul edildi.
1937-1938-ci illərdə Kanada yenidən iqtisadi böhranla
üzləşdi ki, bu da ölkədə sosial-siyasi şəraiti gərginləşdirdi.
30-cu illərin ikinci yarısında Kanada ilə ABŞ-ın əmək-
daşlığı gücləndi. 1935-ci ildə bağlanmış ticarət sazişinə görə
Kanada ABŞ mallarının idxalında kömrüyü azaltmağı öhdəsinə
götürdü. Bu ölkələr arasında hərbi əməkdaşlıq başlandı. 30-cu
illərin sonuna yaxın Kanadanın 1500 kampaniyası ABŞ
inhisarçılarının əlində idi. 1939-cu ildə Kanadaya xarici
ölkələrin kapital qoyuluşu 6913 milyon dollar təşkil edirdi ki,
bunun 4151 milyon dolları ABŞ-a məxsus idi. 1939-cu ildə
Kanadanın xarici ölkələrə, ilk növbədə ABŞ-a və Latın Ame-
rikası ölkələrinə kapital qoyuluşu isə 1865 milyon dollar təşkil
edirdi.
Kanada ABŞ, İngiltərə, Fransa meylli xarici siyasət
yeridirdi. O, İspaniyada baş verən hadisələrə "qarışmamaq"
siyasətini müdafiə etdi. İtaliyanın Efiopiyaya təcavüzü zamanı
ona qarşı sanksiya tətbiq etmədi. 1937-ci ildə Kanada
İspaniyaya silah və hərbi materiallar ixracı üzərində embarqo
qoydu. Kanada Münxen sazişini bəyəndi. İkinci dünya
müharibəsində Kanada antihitler koalizasiyasının tərəfində
iştirak etdi. 1939-cu ilin sentyabrın 10-da Kanada Almaniyaya
müharibə elan etdi. Ölkə iqtisadiyyatı hərbi relsə keçirildi.
Hərbi əməliyyatlar ölkə ərazisində aparılmadığından yeni
sənaye müəssisələrinin yaranması üçün əlverişli şərait yarandı.
Kanadanın hərbi məhsulunun 53%-i antihitler koalisiyası
üzvlərinə verlirdi. Kanadanın müharibə dövründə olan 70 min
ordusundan 1939-40-cı illərin qışından İngiltərəyə hərbi yardım
məqsədilə hərbi hissələr göndərildi. Lakin onlar 1943-cü ilin
yayınadək böyük döyüşlərdə iştirak etmədilər. Kinq
hökumətinin 1943-44-cü illərdə Avropaya göndərdiyi hərbi
hissələr Aralıq dənizində aparılan hərbi əməliyyatlarda,ikinci
267
cəbhənin açılmasında yaxından iştirak etdi. ABŞ və İngiltərə
ilə münasibətlər daha da yaxşılaşdı. Kanada Hayd-park
bəyannaməsini imzalayaraq Lend-liz sisteminə qoşuldu.
268
Dostları ilə paylaş: |