Kuba İkinci dünya müharibəsi ərəfəsində
İnqilab üzərində qələbə çaldıqdan sonra hökumət formal
da olsa, konstitusiyalı demokratiya yoluna qayıtdığını elan etdi.
1936-cı ilin yanvarında ölkədə parlament və prezident seçkiləri
keçirildi. Əslində isə bütün hakimiyyət Batistannı əlində cəm-
ləşmişdi, onun ixtiyarında 30 minlik ordu var idi. Rejimin bir
qədər yumşaldılmasından istifadə edən demokratik qüvvələr
demokratik quruluşun bərpası uğrunda mübarizəni davam
etdirirdilər. Müəssislər məclisinin bərpası uğrunda mübarizədə
təkcə fəhlələr deyil, burjua partiyalarının nümayəndələri də
iştirak edirdilər. Batista prezident kürsüsünü tutmağa çalışaraq
özünü müəssislər məclisinin çağrılmasının və yeni konstitusi-
yanın tərəfdarı elan etdi. Seçicilərin populyarlığını qazanmaq
üçün o, "İqtisadi və sosial yenidənqurmanın" üçillik planını
299
nəşr etdirdi. Bir sıra islahatlar keçirilməsini lazım bildi. Hö-
kumətin şəkər, tütün, dağ-mədən sənayesi üzərində nəzarəti qo-
yuldu, dövlət torpaqlarının müəyyən hissəsi yoxsul kəndlilərə
verildi, fəhlələrin sosial sığortası təşkil edildi, siyasi məh-
buslara amnistiya verildi və s.
1938-ci ilin sentyabrında kommunistlərin və digər inqila-
bi təşkilatların açıq fəaliyyətinə icazə verildi.
1939-cu ilin noyabrında fəhlə və kəndli hərəkatının yük-
səlişi şəraitində Müəssislər məclisinə seçkilər keçirildi. 1940-cı
ilin iyulunda Müəssislər məclisi Kubanın yeni konstitusiyasını
qəbul etdi. Konstitusiyada əsas burjua-demokratik azadlıqlar
olan söz, mətbuat, yığıncaq, nümayişlər azadlığı öz əksini
tapdı. İrqi, sosial vəziyyətinə görə ayrı-seçkilik qadağan edildi.
Hər iki cinsdən olan vətəndaşlar üçün ümumi seçki hüququ
müəyyən edildi, 8 saatlıq iş günü qanuniləşdirildi, zəhmətkeşlər
ikihəftəlik haqqı ödənilən məzuniyyət aldılar, sosial təminat
hüququ qazandılar. Konstitusiyaya latifundizmin ləğvi, borcu
verməməyə görə torpaqdan məhrum edilmənin qadağan edil-
məsi maddəsinin salınması xüsusilə mühüm əhəmiyyət kəsb
edirdi.
1940-cı ilin iyulunda keçirilən prezident seçkilərində
Batista 1940-cı il konstitusiyasına əsasən geniş sosial-iqtisadi
dəyişikliklər tərəfdarlarını öz tərəfinə çəkərək rəqibi Qrau San-
Martini üzərində qələbə çaldı. Onun qələbəsini Ağ ev də
dəstəklədi. "Mehriban qonşuluq" siyasəti ABŞ-a imkan verirdi
ki, özünün iqtisadi mövqeyini Kubada daha da möhkəmlətsin.
Kubanın bütün xarici ticarəti, demək olar ki, ABŞ-a doğru
istiqamətləndirilmişdi.
İkinci dünya müharibəsi dövründə Kuba xalqı 1940-cı il
konstitusiyasının əsaslarının həyata keçirilməsi və ictimai-siya-
si həyatın demokratikləşməsi uğrunda mübarizəni davam et-
dirdi.
300
1941-ci ilin dekabrında Kuba faşist bloku dövlətlərinə
müharibə elan etdi, 1942-ci ilin oktyabrında isə SSRİ ilə diplo-
matik münasibətlər yaratdı.
301
XIV. 1924-1939-CU İLLƏRDƏ BEYNƏLXALQ
MÜNASİBƏTLƏR
1924-cü ildə kapitalizmin qismən siyasi və iqtisadi sabit-
ləşməsi dövrü başlandı. Beynəlxalq şəraitdə əmələ gəlmiş ciddi
dəyişikliklər kapitalist ölkələrini öz xarici siyasətlərinə yenidən
baxmağa məcbur etdi.
SSRİ-ni tanımaq dövrü
Tezliklə dünya burjuaziyası özünün SSRİ-ni təcrid etmək
siyasətindən əl çəkməyə məcbur oldu. Bu ilk növbədə SSRİ ilə
iqtisadi əlaqələri inkişaf etdirməkdə onların maraqlı olmaları ilə
bağlı idi. SSRİ-ni tanımaq mərhələsini İngiltərə açdı. Belə ki,
İngiltərədə hakimiyyətə gəlmiş leyboristlər hökuməti 1924-cü il
fevralın 1-də SSRİ-ni rəsmən tanıdığını bildirdi. Bunu ardınca
İtaliya və Avstriya, Yunanıstan, Norveç, İsveç, həmin ilin
fevral-martında, Çin 1924-cü ilin mayında, Fransa isə
oktyabrında SSRİ ilə diplomatik münasibətlər yaratdı.
Ümumiyyətlə, 1924-cü il ərzində 12 dövlət SSRİ-ni rəsmən
tanıdı. 1924-cü il tarixə “SSRİ-nin tanınması dövrü” kimi də
daxil oldu.
1925-ci il yanvarın 20-də SSRİ ilə Yaponiya arasında
diplomatik münasibətlər yaradıldı, saziş bağlanıldı. Saziş
Şimali Saxalinin Yaponiya tərəfindən boşaldılmasını nəzərdə
tuturdu. Böyük dövlətlərdən bu dövrdə yalnız ABŞ SSRİ-ni
tanımamaq siyasətini davam etdirirdi.
Sabitləşmə dövründə beynəlxalq münasibətlər
(1924-1929-cu illər)
20-ci illərdə qalib dövlətlər Almaniya üçün sülh
şərtlərinin yumşaldılmasına çalışırdılar. 1924-cü ilin aprelində
ABŞ generalı Çarlz Dauesin hazırladığı plan əsasında (bu
“Daues plan”ı adlanır) Almaniyadan alınan təzminatın ümumi
şərtini azaltmamaq şərti ilə illik ödənişin həcmi xeyli aşağı
302
salınırdı. Həmin ilin iyul-avqustunda keçirilən London
konfransında Fransanın təzminat məsələsini tezliklə həll etmək
təklifi rədd edildi. İngiltərə və ABŞ tərəfindən Almaniyaya 800
milyon marka istiqraz verildi. «Daues planı» İngiltərə-ABŞ
blokunun ön plana çıxdığını göstərdi.
1925-ci ilin əvvəllərində Almaniya hökumətinin Reyndə
mövcud vəziyyəti saxlanmasını təmin edən pakt layihəsini irəli
sürməsindən Qərb dövlətləri SSRİ əleyhinə Almaniyanın da
daxil olduğu ittifaq yaratmaq üçün istifadə etmək qərarına
gəldilər. Bu məqsədlə çağrılan Lokarno konfransı 1925-ci il
oktyabrın 5-dən 16-na qədər davam etdi. Bu konfransda
İngiltərə, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və
Çexoslovakiyanın nümayəndələri iştirak edirdi. Konfransın
qərarları içərisində İngiltərə, Fransa, Almaniya, Belçika və
İtaliya arasında imzalanmış təminat paktı mərkəzi yer tuturdu.
İngiltərə və İtaliya paktın təminatçıları elan edilirdilər. Fransa-
alman və Belçika-alman sərhədlərinin toxunulmazlığını təmin
edən, «Reyn təminat paktı» adlandırılan bu saziş alman – Polşa
və alman-Çexoslovakiya sərhədlərinin təminatı haqqındakı
məsələni açıq saxlayırdı. Bundan məqsəd isə Almaniya SSRİ
əleyhinə təcavüz etmək istədikdə bu ərazilərdə Almaniya üçün
azad hərəkat etmək imkanını təmin etmək idi.
Polşa və Çexoslovakiya xalqı qarşısında tam nüfuzdan
düşməmək üçün Fransa Lokarnoda bu dövlətlərlə qarşılıqlı yar-
dım haqqında xüsusi sazişlər imzaladı. Konfransda Almani-
yanın Millətlər Cəmiyyətinə qəbul olunması haqqında razılıq
da əldə edildi.
Lokarno konfransının qərarları alman imperializminin
mövqelərini gücləndirdi. Fransanın isə mövqeləri zəiflədi. Belə
ki, Fransa Almaniya əleyhinə sərbəst sanksiya tətbiq edə
bilməzdi. Bu vaxtdan etibarən Fransanın öz təhlükəsizliyi İngil-
tərədən asılı olurdu. Fransa-alman sərhədlərinin təminatçısı
303
kimi İngiltərə iki tərəfdən hansının hücum edən tərəf hesab
etmək məsələsini öz istədiyi kimi həll edə bilərdi.
SSRİ 1925-ci il oktybarın 12-də, Lokarno sazişləri imza-
lanmamışdan dörd gün əvvəl, Almaniya ilə ticarət müqaviləsi
bağladı. Müqavilə Rapollo müqaviləsinin və sovet xarici ticarət
inhisarının sarsılmazlığını təsdiq edirdi. Alman diplomatı
Dirksen bu sazişi «kiçik əks – Lokarno» adlandırmışdı.
1926-cı il aprelin 24-də SSRİ ilə Almaniya arasında
dostluq və bitərəflik haqqında müqavilə bağlandı. Müqavilədə
göstərilirdi ki, tərəflərdən biri, hərəkətlərinin sülhsevərliyinə
baxmayaraq, üçüncü bir dövlətin və yaxud üçüncü dövlətlər
qrupunun hücumuna məruz qalarsa, digər tərəf bitərəfliyə riayət
edəcəkdir. Müqavilə hər iki tərəfi, müqavilə bağlamış
tərəflərdən birini iqtisadi və ya maliyyə cəhətdən baykota tut-
maq məqsədi güdən üçüncü dövlətlərin ittifaqlarına qoşulma-
mağa məcbur edirdi. SSRİ Lokarno konfransından sonra öz
beynəlxalq mövqeyini daha da möhkəmləndirmək üçün 1925-ci
ilin dekabrın 17-də Türkiyə, 1926-cı il avqustun 31-də Əfqa-
nıstan, 1927-ci il sentyabrın 28-də Litva ilə dostluq və bitərəf-
lik, 1927-ci ilin oktyabrın 1-də isə İran ilə təminat və bitərəflik
haqqında müqavilə bağladı.
1927-ci ildə SSRİ-də sosializm quruculuğuna mane ol-
maq məqsədi ilə İngiltərə başda olmaqla antisovet kompaniya
başlandı. 1927-ci il fevralın 23-də İngiltərənin xarici işlər naziri
U.Çemberlen Sovet hökumətinə göndərdiyi notada SSRİ-ni
antibritaniya təbliğatı aparmaqda günahlandırdı. İngiltərə höku-
məti 1927-ci il mayın 27-də SSRİ ilə ticarət və diplomatik
münasibətləri kəsdi.
Kapitalizmin qismən sabitləşməsi dövrünün sonunda
kapitalistlər dövlətləri daxilində başlıca ziddiyyətlər ABŞ ilə
İngiltərə arasındakı ziddiyyətlər idi. İngiltərə bir sıra hallarda
amerikan inhisarlarının təzyiqi altında geri çəkilirdisə də, lakin
öz müstəmləkə imperiyasından möhkəm yapışırdı. O, dəniz-
304
lərdə itirdiyi hökmranlığı geri qaytarmağa cəhd edir və bu məq-
sədlə ingilis və ABŞ donanmalarının bərabərliyi haqqındakı
Vaşinqton konfransının qərarlarına yenidən baxılmasına
çalışırdı.
İngilis-amerikan ziddiyyətləri ilə yanaşı ABŞ ilə
Yaponiya, Fransa ilə Almaniya, Fransa ilə İtaliya arasındakı
ziddiyyətlər də inkişaf edirdi.
Cənub-Şərqi Asiyada və Sakit Okeanda hökmranlıq
uğrunda yapon-amerikan mübarizəsi bu dövrdə ən kəskin şəkil
almışdı. Yaponiyanın «pozitiv», yəni açıq hücumçu siyasəti
1927-ci ildə yapon hərbçilərinin başçısı general Tanaka tərə-
findən müəyyənləşdirilmişdi. Bu planda SSRİ-nin bütün Asiya
hissəsinin və Çinin işğalı ən mühüm yer tuturdu. ABŞ əleyhinə
amansız mübarizə bu təcavüzkar siyasətin bir hissəsini təşkil
edirdi. ABŞ isə Çini «birləşdirmək» şüarından öz xeyri üçün
istifadə edərək burada öz iqtisadi və siyasi mövqelərini xeyli
genişləndirdiyi üçün Tanaka planı onu narahat edirdi.
20-ci illərin sonunda Avropada hərbi qarşıdurma təhlü-
kəsi gücləndi. Bu sürətlə silahlanmaya təkan verdi. Dövlətlərin
hərbi büdcələri artırıldı, orduların sayı çoxaldıldı. Nəticədə
Millətlər Cəmiyyəti 1927-ci ilin payızında Cenevrədə tərksilaha
dair xüsusi məsələ müzakirə etməyə məcbur oldu. Millətlər
Cəmiyyəti yanında Beynəlxalq Təhlükəsizlik Komitəsi
yaradıldı.
Beynəlxalq siyasi şəraitin yumşaldılmasında ABŞ, Fran-
sa, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrin nüma-
yəndələri tərəfindən 1928-ci ilin avqustunda Parisdə imza-
lanmış Brian-Kelloq (Brian Fransanın xarici işlər naziri, Kelloq
isə ABŞ-ın dövlət katibi idi) paktının da müəyyən rolu
olmuşdu. Müxtəlif vaxtlarda bu pakta 48 dövlət, o cümlədən,
SSRİ də qoşulmuşdu. Pakta imza atan tərəflər müharibədən
imtina etməyi, bütün münaqişələri və mübahisəli məsələləri
dinc yolla həll etməyi öhdələrinə götürmüşdülər.
305
Müharibədən sonra Mərkəzi və Cənub-Şərqi Avropa
dövlətlərində də şərait dəyişmişdi. Bu bölgədə mövcud
vəziyyəti qoruyub saxlamaq marağı Çexoslovakiya, Rumıniya
və Yuqoslaviyanın bir-birinə yaxınlaşmasının zəruriliyini tələb
edirdi. Buna görə də onlar Fransanın rəhbərliyi altında «Kiçik
Antanta» adlandırılan ittifaq yaratmışdılar. Bu ittifaq 1938-ci
ilə qədər mövcud olmuşdu.
1926-cı ildə Türkiyə ilə Böyük Britaniya arasında
bağlanan müqaviləyə əsasən Mosul münaqişəsinə son qoyuldu.
Mosul vilayəti İraqın tərkibində qaldı, əvəzində isə Türkiyə
kompensasiya aldı
XX əsrin 20-ci illərində beynəlxalq münasibətlərdə
müəyyən mənada nisbi sakitlik hökm sürürdü.
Dünya iqtisadi böhranı və ikinci dünya müharibəsi ərəfəsində
beynəlxalq münasibətlər
1929-1933-cü illərin dünya iqtisadi böhranı kapitalist
dövlətləri arasında ziddiyyətləri daha da kəskinləşdirdi. Bunun
əsas mənbəyi isə kapitalist dövlətlərinin iqtisadi və siyasi
inkişafının qeyri-bərabərliyinin güclənməsi idi.
İqtisadi böhranın və silahlanmanın qarşısını bütün
dövlətlərin səyi ilə almaq məqsədilə Fransanın xarici işlər
naziri A.Brian 1930-cu ilin mayında SSRİ də daxil olmaqla
Avropanın 27 dövlətinə “Avropa Federal İttifaqı”nı yaratmaq
təşəbbüsü ilə müraciət etdi. Bu plan “ Pan avropa planı” kimi
tarixə daxil oldu. Lakin Avropada Fransanın hegemon
olacağında ehtiyat edən Avropa dövlətləri bu planın
reallaşmasına imkan vermədilər.
Dünya iqitsadi böhranı illərində hərbi dəniz gəmilərinin
tikintisinə dair həll olunmamış məsələləri qaydaya salmaq üçün
1930-cu ilin yanvarın 21-dən aprelin 22-dək Londonda
keçirilən dəniz konfransında ABŞ, İngiltərə və Yaponiya
arasında donanma sahəsində münaisbətlər qismən tənzimləndi.
306
30-cu illərin başlanğıcında bir tərəfdən Almaniya, İtaliya,
Yaponiya, digər tərəfdən isə Böyük Britaniya, Fransa, ABŞ
arasında ziddiyyətlər nəzərə çarpacaq dərəcədə kəskinləşdi.
Faşist dövlətləri SSRİ-ni məhv etməyə, həmçinin öz imperialist
rəqiblərini darmadağın etmək yolu ilə dünyanı yenidən bö-
lüşdürməyə çalışırdılar. Böyük Britaniya, Fransa və ABŞ-ın
hakim dairələri faşist təcavüzkarlarını SSRİ üzərinə hücuma
təhrik edərək belə hesab edirdilər ki, müharibədə hər iki tərəf
qüvvədən düşəcək və müharibədən sonrakı dünyada öz möv-
qelərini gücləndirəcəklər.
İmperilistlərarası ziddiyyətlərin kəskinləşməsi antisovet
sövdələşmə imkanını qətiyyən istisna etmirdi. Antikommunizm
zəncirində eyni vaxtda faşist dövlətləri təcavüzkar xarici siyasət
xətti yeridirdilər ki, 30-cu illərdə Böyük Britaniya, Fransa,
ABŞ bunu müdafiə edirdilər.
Dünyanı yenidən bölüşdürmək uğrunda silahlı mübari-
zəyə birinci olaraq Çində və Sakit Okean hövzəsində şəriksiz
hökmran olmaq istəyən Yaponiya başladı. 1931-ci ilin sentyab-
rında yapon ordusu Çinə soxuldu və üç ay ərzində Mancuriyanı
işğal etdi. ABŞ, Böyük Britaniya və Fransa Yaponiyanın
tezliklə SSRİ üzərinə hücum edəcəklərini gözlədikləri üçün
təcavüzkara qarşı çıxmadılar.
Bundan başqa onlar yapon ordusunun gücü ilə Çin xal-
qının milli-azadlıq hərəkatını yatırmaq ümidində idilər.
Yaponiya bütün Mancuriyanı işğal edərək tutulmuş əra-
zidə oyuncaq Mançyou Qo dövlətini yaratdı. Yalnız 1933-cü
ilin fevralında Millətlər Cəmiyyəti Mancuriyanın işğalını ifşa
edən qətnamə qəbul etdi və onun Çinə qaytarılmasını tələb etdi.
Buna cavab olaraq 1933-cü ilin martında Yaponiya Millətlər
Cəmiyyətindən çıxdı və yeni işğallara hazırlaşmağa başladı.
1937-ci ildə o, Çinə qarşı yenidən müharibəyə başladı. 1939-cu
ilin payızında Yaponiya ölkənin cənubundakı Tayvan adasına
qədər ərazi daxil olmaqla Çinin sahilboyu torpaqlarının çox
307
hissəsini zəbt etdi. 1938-1939-cu illərdə Xasan gölü və Xalxin-
Qol çayı sahilində olan döyüşlərdə yapon qoşunları sovet ordu-
su tərəfindən ciddi məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra
Yaponiya SSRİ-yə hücum etmək planını təxirə salmalı oldu.
İkinci müharibə ocağı Avropada yarandı ki, bunun da
əsas günahkarları Almaniya və İtaliya idi. Almaniyada faşist-
lərin hakimiyyətə gəlməsi Avropada müharibə ocağının yaran-
ması üçün başlanğıc oldu. Faşistlər dünya ağalığına can ataraq
Avropanı özlərinə tabe etməyi birinci dərəcəli vəzifələri hesab
edirdilər. Hitlerçilərin planında Şərqdə «çox zəruri ərazilər»
tutmaq, yəni SSRİ-yə qarşı hərbi yürüşə başlamaq nəzərdə
tutulurdu.
ABŞ və İngiltərə maliyyə-sənaye maqnatlarının alman
inhisarları ilə çoxillik əlaqəsi Almaniyanı «sakitləşdirmə» siya-
sətinin iqtisadi əsasını təşkil edirdi. 1933-cü ilin oktyabrında
Almaniya nümayişkaranə surətdə Millətlər Cəmiyyətindən
çıxdı və bu addımla sürətlə silahlanma və təcavüz üçün öz əl-
qolunu tamam açdı. 1934-cü ildə alman kəşfiyyatı vasitəsilə
Avstriya kansleri Dolfusun, Yuqoslaviya kralı Aleksandrın,
Fransanın xarici işlər naziri Lui Bartunun öldürülməsi Avropa-
da gərginliyi daha da artırdı. 15 il ərzində Millətlər Cəmiyyə-
tinin idarəsi altında olan Saar vilayəti ümumxalq səsverməsi
nəticəsində 1935-ci il martın 1-də Almaniyaya keçdi.Bu Alma-
niyanın sənaye bazasını nəzərə çarpacaq dərəcədə gücləndirdi.
Hitler Versal müqaviləsinin hərbi maddələrini birtərəfli
surətdə pozaraq 1935-ci ilin martında ümumi hərbi mükəlləfiy-
yət keçirdi. 1935-ci il ingilis-alman dəniz müqaviləsi almanlara
hərbi dəniz donanmasını artırmağa, sualtı qayıqlar hazırlamağa
yol açdı ki, bu da faktiki olaraq Versal sazişlərinə ikitərəfli
yenidən baxılması demək idi. 1936-cı ilin martında alman
ordusu hərbisizləşdirilmiş Reyn zonasını tutdu. Hitler əslində
bu addımı ilə riskə getdi. O bilirdi ki, Fransanın təhlükəsizliyini
zərbə altında qoyan bu addım Fransa tərəfindən silahlı
308
müqavimətə səbəb ola bilər və həm də bu dövrdə qüvvələr
nisbəti Almaniyanın xeyrinə deyildi. Çünki onun 36, Fransa və
Çexoslovakiyanın isə 55 dviziyası var idi. Lakin Fransa hö-
kuməti heç bir fəaliyyət göstərmədi, bu isə Hitlerin yeni müha-
ribəyə hazırlığını gücləndirdi. Versal sistemi iflasa uğramış
oldu.
Dünyanın yenidən bölüşdürülməsi «kiçik müharibələr-
dən» başlandı. Almaniya və Yaponiya ilə birlikdə Afrika və
Aralıq dənizi hövzəsində geniş müstəmləkə imperiyası yarat-
maq xətti götürmüş faşist İtaliyasının böyük xammal sərvətləri
və mühüm strateji mövqeyi olan Efiopiyanı işğal etmək ən
yaxın məqsədi idi. 1935-ci ilin oktyabrında yaxşı silahlanmış
İtaliya ordusu Efiopiyaya soxuldu. 1936-cı ilin mayında Efiopi-
ya xalqının inadlı müqavimətinə baxmayaraq paytaxt Əddis-
əbəbə tutuldu. Efiopiya İtaliyanın müstəmləkəsi elan edildi.
Qərb dövlətlərinin köməyi nəticəsində İtaliya buna nail oldu.
Beynəlxalq ictimaiyyətin təzyiqi altında Millətlər Cəmiy-
yəti İtaliyanı təcavüzkar dövlət elan etməyə məcbur oldu və
onunla ticarətdə bəzi məhdudiyyətlər qoydu. Lakin bu tədbirlər
vəziyyəti dəyişdirmədi. Belə ki, İtaliya sanksiyalarda iştirak
etməyən ölkələrlə, məsələn, ABŞ-la ticarəti genişləndirdi.
İkinci dünya müharibəsinin törədilməsi yolunda yeni
addım İspaniyaya İtaliya-Almaniya müdaxiləsi oldu. Almaniya
və İtaliyanın bu müdaxilədə əsas məqsədi İspaniyada faşist
idarə üsulunun qurulmasına nail olmaq idi. İngiltərənin təşəb-
büsü ilə 27 dövlətin daxil olduğu. “İspaniya işlərinə
qarışmamaq komitəsinin yaradılması imkan verdi ki,
İspaniyada faşist diktaturası qurulsun. İspaniya təcavüzkar
dövlətləri müxtəlif xammal və ərzaqla təchiz edən əsas ölkə
oldu. Bundan başqa vermaxt İspaniya ərazisindən öz aviasiya
və tankları ilə hərbi manevrlər etmək, hərbi təcrübə qazanmaq
və hərbi strategiyanı təkmilləşdirmək üçün meydan kimi də
istifadə edirdi.
309
İtaliya-Almaniya müdaxləsi və İspaniyanın faşist dövlət-
lərinin müttəfiqinə çevrilməsi İngiltərə və Fransanın
müstəmləkəri ilə dəniz rabitəsi üçün birbaşa təhlükə yaradırdı.
Hər iki dövlətin hərbi-dəniz bazaları üçün də müəyyən təhlükə
yaranırdı. Bu Fransa üçün daha ağır nəticələr verə bilərdi.
Çünki o, faşist dövlətlərinin mühasirəsində qalmış olurdu.
Lakin ingilis və fransız imperialistlərinin siyasətində
antisovetizm daha çox üstünlük təşkil etdiyindən onlar İspani-
yada faşist diaktaturası qurulmasına mane olmadılar.
Ciddi surətdə dünya müharibəsinə hazırlaşan Almaniya,
İtaliya və Yaponiya tədricən hərbi blok yaratmağa başladılar.
1936-cı ilin oktyabrında beynəlxalq siyasətin əsas məsələlə-
rində birgə fəaliyyət, Mərkəzi və Cənub-Şərqi Avropada nüfuz
dairələrinin hüdudlarını müəyyən etmək haqqında Almaniya-
İtaliya müqaviləsi imzalandı. Eyni vaxtda təcavüzkar planları
həyata keçirməkdə əməkdaşlığa marağı olan Almaniya
Yaponiya ilə yaxınlaşdı. 1936-cı ilin noyabrında Almaniya ilə
Yaponiya "Antikomintern paktı" bağladılar. Bir ildən sonra
İtaliya da bu pakta qoşuldu. Əslində faşist-militarist koalisiyası
dünyanı Almaniya, İtaliya və Yaponiya inhisarlarının
mənafeyinə uyğun bölmək uğrunda müharibənin hazırlanması
və törədilməsi məqsədi ilə meydana çıxmışdı. Blokun əsas
zərbəsi təkcə SSRİ-yə qarşı deyil, həmçinin ABŞ, İngiltərə və
Fransaya qarşı da çevrilmişdi. "Antikomintern paktı"
bağlandıqdan sonra faşist dövlətlərinin təcavüzkarlığı daha da
artdı. Faşist dövlətləri təcavüzün yeni aktını Avropada da
törətdilər. Bunlardan birincisi, almanların məskunlaşdığı bütün
ərazilərin birləşdirilməsi şüarı altında Avstriyanın Almaniyaya
"birləşdirilməsi" (anşlüs) oldu. Bu addımı atmazdan əvvəl
Hitler Britaniya hökumətinin razılığını aldı. Almaniyanı
"Qərbin bolşevizmə qarşı qalası" hesab edən İngiltərənin hakim
dairələri, ona Mərkəzi və Şərqi Avropada fəaliyyət sərbəstliyi
verdilər.
310
Avropanın İngilətərə və Fransaya arxalanan kiçik dövlət-
ləri faşist blokunun təcavüzkarlığına qarşı birləşmək cəhdi
göstərirdilər. 1934-cü ildə Yunanıstan, Rumıniya, Türkiyə və
Yuqoslaviya "Balkan Antantası" adlanan ittifaq yaratdılar. La-
kin sonrakı hadisələr göstərdi ki, belə cəhdlər kiçik ölkələrə
Almaniya və İtaliya təcavüzündən xilas olmağa təminat vermir.
İkinci dünya müharibəsi başlanmazdan əvvəl "Balkan An-
tantası" dağıldı. Ərizsinin təhlükəsizliyini təmin etmək üçün
Türkiyə boğazlara dair Lozanna konvensiyasına yenidən
baxılmasına nail oldu 1936-cı ilin iyunun 22-dən iyulun 20-dək
İsveçrənin Möhtre şəhərində çağırılan konfransda boğazlar
məsələsində Türkiyəyə böyük üstünlüklər verildi. Boğazlar
faktiki olaraq Türkiyənin daxili sularına çevrildi. Qara dənizə
çıxışı olmayan ölkələrin hərbi gəmilərinə istər müharibə, istərsə
də dinc dövrdə boğazlardan keçmək qadağan edilirdi. İqtisadi
və siyasi cəhətdən Balkanlarda hakim olmaq siyasəti yeridən
İtaliya 1939-cu ilin aprelində Albaniyanı işğal etdi.
Təcavüzkar bloka qarşı digər blokun yaradılmaması onla-
rın işğallarını daha da genişləndirməsinin səbəblərindən biri idi.
30-cu illərin sonunda dünyada burjua-demokratik, sovet və
totalitar-militarist qüvvələri mövcud idi. Dövr tələb edirdi ki,
totalitar-inzibati bloka qarşı burjua-demokratik və sovet qüvvə-
ləri birləşsin.Lakin bu alınmadı. Çünki burjua-demokratik qüv-
vələr sovet qüvvəsinə faşist militarizminə nisbətən daha qatı
düşmən kimi baxırdılar və onları bir-birinə qarşı qoymaq
siyasəti yeridirdilər.
ABŞ XX əsrin 20-30-cu illərində yenə də təcridçilik si-
yasətini davam etdirir, narahat Avropanın işlərinə qarışmamağı
lazım bilirdi. 1935-ci ilin avqustunda ABŞ konqresinin qəbul
etdiyi "Bitərəflik haqqında" qanun da buna xidmət edirdi. Hə-
min qanun müharibə edən ölkələrdən hər birinə onların ədalətli
və ya ədalətsiz müharibə aparmalarına baxmayaraq silah satma-
ğı qadağan edirdi. Lakin 30-cu illərin ikinci yarısında prezident
311
F.Ruzvelt başda olmaqla "beynəlmiləlçilər" qrupu yarandı ki,
onlar faşizmə qarşı mübarizədə Avropanın qabaqcıl dövlətləri
ilə əməkdaşlıq etməyi lazım bilirdilər. Bunun nəticəsi idi ki,
ABŞ konqresi Almaniya ilə müharibə aparan ölkələrə 1939-cu
ilin sentyabrın sonunda silah satmağa icazə vermişdi.
SSRİ XX əsrin 20-ci illərində öz xarici siyasətini kapi-
talist dövlətlərinin hər hansı gözlənilməz hücumunu dəf etməyə
istiqamətləndirmişdi. Lakin yeni müharibə ocaqlarının
yaranması, xüsusilə Almaniyada faşizmin hakimiyyət başına
gəlməsi onun xarici siyasətində əsaslı dəyişikliyə səbəb oldu.
1933-cü ildə SSRİ kollektiv təhlükəsizlik sistemi yaratmaq
təklifi ilə Avropa dövlətlərinə müraciət etdi. 1933-cü ilin
noyabrında SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər
yaradıldı. SSRİ 1934-cü ilin sentyabrında 30 dövlətin dəvəti ilə
Millətlər Cəmiyyətinə daxil edildi.
1935-ci ilin mayında SSRİ-nin təşəbbüsü ilə təcavüzkara
qarşı qarşılıqlı yardım haqqında Sovet-Fransa, Sovet-Çexoslo-
vakiya paktları imzalandı. Çexoslovakiya hökumətinin təkidi
ilə Sovet-Çexoslovakiya paktına belə bir şərt də əlavə edildi ki,
təcavüzün qurbanına Fransa da köməyə gələrsə, qarşılıqlı
yardım haqqında öhdəlik qüvvəyə minir. Bu isə əslində müqa-
vilənin təsirini zəiflədirdi.
Təcavüzkarın cəzalandırılmaması Almaniyanı yeni işğal-
lara sövq etdi.Hitlerçilər indi diqqətlərini əlverişli strateji möv-
qeyi və inkişaf etmiş sənayesi olan Çexoslovakiyaya yönəldə-
rək alman milli azlığının yaşadığı Sudet vilayətinin ona veril-
məsi tələbi ilə çıxış etdilər. ABŞ, İngiltərə və Fransa guya
"sülhü xilas etmək" naminə Almaniyaya güzəştə getməyi lazım
bildlər. 1938-ci ilin sentyabrın 29-30-da İngiltərənin baş naziri
N.Çemberlen, Fransanın baş naziri E.Daladye, İtaliyanın "du-
çe"si B.Mussolini və Almaniyanın "fürerı" A.Hitlerin iştirakı
ilə Münhendə konfrans oldu. İngiltərə və Fransanın faşist döv-
lətləri ilə sövdələşməsi Çexoslovakiyanın parçalanması haqqın-
312
da qeyri-qanuni müqavilənin imzalanması ilə möhkəmlən-
dirildi. Çexoslovakiya ərazisinin və əhalisinin
3
1 -ni təşkil edən
Sudet vilayəti və başqa rayonlar Hitler Almaniyası, burjua-
mülkədar Polşası
və Xorti Macarıstanına verildi.
Çexoslovakiyanı parçalayarkən Böyük Britaniya və Fransa ha-
kim dairələri ümid edirdilər ki, Hitler daha istiqamətini SSRİ-
yə qarşı yönəldəcəkdir. Lakin onlar tezliklə yanıldıqlarını mü-
şahidə etməli oldular. Çünki Münhen sövdələşməsi Almaniya-
nın iştahasını daha da artırdı. 1939-cu ilin martında Almaniya
Çexoslovakiyanın qalan hissəsini də işğal etdi. Çexiya və Mo-
raviya Almaniya "protektoratı" oldular, "Müstəqil" Slovakiyada
isə oyuncaq faşist hökuməti yaradıldı. Münhen sövdələşməsi
Almaniyanın strateji mövqeyini möhkəmləndirdiyinə, Fransa
və İngiltərənin isə beynəlxalq aləmdə öz mövqelərini əldən
vermələrinə şərait yaratdığına görə İkinci dünya müharibəsinin
başlanması yolunda mühüm addım oldu.
Münhen sazişi ilə SSRİ beynəlxalq aləmdən təcrid olun-
muş oldu. Hitler və Çemberlen bir-birinə hücum etməmək haq-
qında alman-ingilis deklarasiyasını imzaladılar ki, bununla da
Almaniyaya Şərqi Avropada azad hərəkət etmək imkanı verildi.
Belə bir deklarasiya 1938-ci ilin dekabrında Almaniyaya
Fransa tərəfindən də verildi. Bu, SSRİ ilə qarşılıqlı yardım
haqqındakı müqavilənin əhəmiyyətini heçə endirdi. Münhen
sazişinin ABŞ tərəfindən müdafiə olunması və Yaponiya tərə-
findən bəyənilməsi SSRİ-ni ona qarşı vahid antisovet koalisi-
yanın yarana biləcəyi qorxusuna saldı. Lakin hitlerçilər və
onların müttəfiqləri zərbəni ilk növbədə daha zəif rəqiblərə
endirməyi qərara almışdılar.
SSRİ 1939-cu ilin noyabrında Finlandiya ilə müharibəyə
başladığına görə elə həmin ilin dekabrın 14-də təcavüzkar
dövlət kimi Millətlər Cəmiyyətindən çıxarıldı.
313
Qərb dövlətlərinin təcavüzkara yardım siyasətinə keçməsi
yeni işğallara yol açdı. 1939-cu ilin martında nasistlər Litvanın
liman şəhəri Klaypedanı tutdular. Hələ 1938-ci ilin payızında
Almaniya Polşadan Qdanskın Almaniyaya birləşdiriliməsini və
bu ölkənin "Antikominetrn paktı"nda iştirakını tələb etdi. Lakin
rədd cavabı aldı. 1939-cu ilin yazında Berlin ikinci dəfə bu
tələblə Varşavaya müraciət edib rədd cavabı aldıqda, 1939-cu
ilin aprelində Polşanın tamamilə ləğv edilməsi haqqında "Vays"
("Ağ") planını təsdiq etdi. «Polşa» böhranı meydana çıxdı.
Polşaya hücum 1939-cu il avqustun 26-na təyin edilmişdi. Belə
olduqda qərb dövlətləri Münhen kursunun həyata keçirilməsi
taktikasını dəyişdirməyə məcbur oldular. İngiltərə və Fransa
hökumətləri öz ölkələrinin müdafiəsini möhkəmləndirmək üçün
bəzi tədbirlər gördülər. Parlamentlər iri həcmli hərbi təxsisatları
təsdiq etdilər. İngiltərədə ümumi hərbi mükəlləfiyyət keçirildi.
Kiçik dövlətlər, o cümlədən Polşa və Rumıniya onlara qarşı
təcavüz olduqda ingilis-fransız yardımına zəmanət aldılar.
Qərb dövlətlərinin uzaqgörən siyasi xadimləri təcavüzə
qarşı mübarizədə SSRİ ilə əməkdaşlığa mühüm əhəmiyyət
verirdilər.
1939-cu ilin aprelin 17-də SSRİ Qərb dövlətlərinə bə-
rabər öhdəliklərə əsaslanan üçtərəfli saziş və hərbi müqavilə
bağlamağı təklif etdi. Bu müqavilədə Baltik və Qara dəniz ara-
sında yerləşən dövlətlərə qarşı təcavüz olduqda onlara yardım
göstərilməsi nəzərdə tutulurdu. İngiltərə isə ancaq SSRİ-nin
Polşaya və Rumıniyaya qarşı öhdəliklər götürməsini istəyirdi.
Əslində İngiltərə hökuməti Almaniyanın-Şərqdə təcavüzünə
imkan yaratmağa, üçtərəfli danışıqlarla Almaniyaya təzyiq gös-
tərməyə, həmçinin sovet-alman yaxınlaşmasına mane olmağa
üstünlük verirdi.
1939-cu ilin mayından etibarən İngiltərə eyni zamanda
dünyanı nüfuz dairələrinə bölmək və bazarlarda birgə əməkdaş-
lıq etmək üçün əvvəlcədən zəmin yaratmaq məqsədilə Alma-
314
niya ilə də məxfi danışıqlar aparırdı. Berlin də şərqdə ona sər-
bəstlik verilməsi şərti ilə geniş ingilis-alman sazişi bağlamaq
üçün qapını açıq qoymuşdu.
İngiltərə və Fransa ilə əməkdaşlığa səy göstərən sovet
tərəfi Qızıl Ordunun Baş qərargahı tərəfindən hazırlanmış
təklifləri irəli sürdü. Almaniyanın təcavüzü zamanı sovet qo-
şunlarının onun ərazisindən keçməsinə icazə verilməsi təklifini
Polşa hökuməti rədd etdi. İngiltərə və Fransa Varşavaya lazımi
təsir göstərə bilmədilər, nəticədə Moskva danışıqlarını nüfuz-
dan saldılar. Danışıqların baş tutmamasının əsas səbəblərindən
biri İngiltərə və Fransanın mühafizəkar dairələrinin SSRİ-yə
başqa ölkələrdə inqilabi hərəkatların katalizatoru funksiyasını
yerinə yetirən bir dövlət kimi baxması, onun xarici siyasətinə
şübhə ilə yanaşmaları idi. Digər səbəb isə ordunun ali komanda
heyətinə tutulan divan nəticəsində SSRİ-də ordunun döyüş
qabiliyyəti səviyyəsinin aşağı düşməsi idi. Nəticədə Rusiyaya
Avropa və dünyanın ikinci dərəcəli dövləti kimi baxmaq meyli
formalaşdı.
Hərbi təhlükənin artdığı bir şəraitdə SSRİ Almaniyanın
hücum etməmək haqqında müqavilə bağlamaq təklifini qəbul
etmək məcburiyyətində qaldı. SSRİ buna təklənməkdən xilas
olmağın yeganə yolu kimi baxırdı. Sovet tərəfi Almaniyanın
xarici işlər naziri Ribbentropun Moskvaya gəlməsinə razılıq
verdi. Onunla danışıqları Stalin və Molotov aparırdı.
1939-cu il avqustun 23-də Almaniya ilə SSRİ-nin bir-bi-
rinə qarşı hər cür zorkaılıqdan, hər cür təcavüz hərəkətindən
(istər tək, istərsə də başqa dövlətlərlə birlikdə) imtina etməyi
öhdələrinə götürməsini nəzərdə tutan 10 il müddətinə bir-birinə
hücum etməmək haqqında sovet-alman müqaviləsi imzalandı.
Müqavilənin məzmunu 1926-cı il müqaviləsinin başlıca müd-
dəasına əsaslanırdı. Lakin Moskvada Molotov və Ribbentrop
Baltik dənizindən Qara dənizədək hər iki tərəfin "maraq dairə-
sini" müəyyənləşdirən "gizli əlavə protokol" da imzaladılar.
315
Protokolda alman müdaxiləsinin şərqə doğru hüdudları müəy-
yən olundu Almaniya Pribaltika respublikalarına və
Finlandiyaya soxulmamaq barədə öhdəlik götürürdü. Alman
qoşunlarının irəliləməsi Tissa, Narev, Visla və San çayları xətti
ilə məhdudlaşdırılırdı. Polşa dövlətinin tərkibinə daxil olan və
əhalisi ukraynalı və beloruslardan ibarət olan rayonların gə-
ləcək taleyi SSRİ-nin razılığı olmadan həll edilə bilməzdi.
Almaniya 1918-ci ildə Rumıniyaya birləşdirilmiş Bessarabi-
yaya SSRİ-nin marağı faktı ilə də razılaşırdı. Lakin hadisələrin
sonrakı gedişi göstərdi ki, bu müqavilə ilə Almaniyanın SSRİ
üzərinə hücumunun ancaq vaxtı uzadılmış, qarşısı isə alınma-
mışdır. Bu sənədlərin imzalanması Hitlerə Polşaya qarşı tərtib
etdiyi planı həyata keçirmək üçün şərait yaratdı. Bu da İkinci
dünya müharibəsinə gətirib çıxartdı.
Sovet-alman müqaviləsi Yaponiyanın siyasətinə də təsir
göstərərək onu təcavüzkarlıq istiqamətini dəyişməyə məcbur
etdi.
Almaniyanın SSRİ üzərinə hücumu ilə 1939-cu il SSRİ-
Almaniya müqaviləsi və onun gizli protokolu qüvvədən
düşmüş oldu.
316
Dostları ilə paylaş: |