SƏmayə MƏMMƏD qızı mustafayeva


NORVEÇ     Norveç Birinci  dünya müharibəsindən sonrakı ilk illərdə



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   9   10   11   12   13   14   15   16   ...   21
ms a&aoeyt


NORVEÇ  
 
Norveç Birinci  dünya müharibəsindən sonrakı ilk illərdə 
 
Birinci dünya müharibəsi Norveçin təsərrüfatının yenidən 
qurulmasını sürətləndirdi. Müharibədə Norveç burjuaziyası hər 
iki kapitalist qrupu arasında manevr edərək varlandı və yüksəliş 
dövrü keçirdi. 1913-cü ildə 1 milyard kron borcu olan ölkədən 
1919-cu ildə 1,31 milyard kron borc verən ölkəyə çevrildi. Ka-
pital qoyuluşunda  İngiltərənin payının artması, Almaniyanın 
payının azalması müşahidə edilməyə başladı. Əkin sahələrinin 
63%-ni öz əlində toplamış qolçomaqların tədavül kapitalı 5 
dəfə, xalis gəliri isə 3,5 dəfə artdı. Fəhlə aristokratiyası yarandı. 
Bahalıqla  əlaqədar 1917-ci il iyunun 6-da Norveç fəhlə 
hərəkatının tarixində ilk dəfə olaraq ümumi tətil baş verdi. Bu 
dövrdə  fəhlə  və  əsgər deputatları sovetləri yarandı  və  məhəlli 
orqanlar kimi fəaliyyət göstərməyə başladı. 
Dünya müharibəsi qurtardıqdan bir qədər sonra ölkədə 
iqtisadi böhran başlandı. Gəmi istehsalı ixtisar edildi, xarici 
sifarişlər azaldı. Meşə emalı sənayesində «Borreqer», «Yunion 
K» kimya sənayesində «Norsk Xüdro» xarici kapitalın Norveç 
torpağında votçinası idilər. 
Knudsen hökuməti (1915-1920-ci illər) dövründə idxalın 
ümumi məbləği 5 dəfədən çox artdı.  
Digər ölkələrdə inqilabların yatırılması Norveç burjua-
ziyasını da ruhlandırdı. 1920-ci ildə «Venstre» liberal partiya-
sından başlıca olaraq iri torpaq sahiblərinin və qolçomaqların 
mənafeyini müdafiə edən «Vunneparti» kəndli partiyası ayrıldı. 
Mühafizəkarlar «Xoyre» adlanırdı.  
1920-ci ilin iyulunda Xalversenin mühafizəkar hökuməti 
hakimiyyətə  gəldi. 1921-ci ildə Norveç Fəhlə Partiyasının sağ 
qanadından Norveç SDP yaradıldı, sol qanadından isə 1923-cü 
ildə Norveç Kommunist Partiyası təşkil edildi.  

 
235
 
Norveç kapitalizmin nisbi sabitləşməsi və  dünya iqtisadi 
böhranı illərində 
 
1924-cü il sinfi döyüşləri fəhlə sinfinin məğlubiyyəti ilə 
qurtardı. Sənayenin sabitləşməsi kapitalist «səmərə-
ləşdirilməsi» yolu ilə  əldə edildi. 1927-ci ildə NFP (Norveç 
Fəhlə Partiyası) və NSDP bir partiyada birləşdi və NFP adlandı.  
Lükkenin (1926-1928) mühafizəkar hökuməti tətilə təhrik 
edənləri həbsə almaq, ştreykbrexerləri müdafiə etmək haqqında 
stortinqin qanunlar verməsinə nail oldu. 
Zəhmətkeş kütlələrin kortəbii çıxışlarının qarşısını almaq 
üçün 1928-ci ilin yanvarında Xonsrudun başçılığı altında so-
sial-demokrat «fəhlə» hökuməti yaradıldı. Lakin o, üç həftədən 
sonra istefa verdi. L.Movingelin (1928-1931) «Venstre» liberal 
hökuməti təşkil edildi. 
1930-cu ildə Norveç yeni iqtisadi böhrana məruz qaldı. 
1932-ci ildə sənaye məhsulu 38%, xarici ticarət dövriyyəsi 37-
40% azaldı. 1,1 milyon ton su tutumu olan gəmilər fəaliyyətsiz 
qaldılar. 47 bank iflasa uğradı. Yalnız onlardan 6-sı bərpa oluna 
bildi. Ölkədə 111 min işsiz var idi. 1931-ci ildə  ən böyük 
lokaut baş verdi. 86 min adam işdən çıxarıldı. 
Böhrandan çıxmaq üçün kəndli partiyası hakimiyyətə 
gətirildi. Kolstad-Xunsrud hökuməti təşkil edildi. Bu hökumət 
1931-1933-cü illərdə hakimiyyətdə oldu. Böhran illərində 
burjuaziya faşist və yarımfaşist xarakterli «Leydanq», «Norveç 
Lattları», «Böhran zamanı  kənd  əhalisinə yardım», «Vətən 
ittifaqı» kimi təşkilatlar yaratdı. 1931-ci ildə Kvislinqin 
yaratdığı  «Şimal xalq intibahı» partiyası tipik faşist partiyası 
idi.  
1931-1932-ci ildə Norveç Danimarkaya məxsus olan 
Şərqi Qrenlandiyanı  işğal etdi. Lakin tezliklə  də tutduğu 
ərazidən geri çəkilməli oldu. 
 
236
Norveç İkinci dünya müharibəsi ərəfəsində 
 
L.Movingelin başçılıq etdiyi «venstre» hökuməti 1933-
1935-ci illərdə Norveçdə hakimiyyətdə oldu. 
1933-cü ildə NFP-nin proqramında dəyişiklik edilərək 
orada “mütəşəkkil kapitalizm və korporativ sistem tətbiq 
edilməsi müddəaları” öz əksini tapdı. 
1935-ci ilin yazında Norveç böhrandan çıxdı  və 1935-ci 
ilin martında Q.Nyuqorsvollun başçılığı altında NFP hökuməti 
təşkil edildi. Bu dövrdə faşistlərin fəaliyyəti canlandı. Kvislinq 
1933-cü ildə «Namunal Samlinq» faşist partiyasını yaratdı.  
1937-ci ildə Norveç yeni böhranla üzləşdi. 1939-cu ilin 
yayında stortinq konstitusiyada belə bir dəyişiklik etdi ki, 
seçkilər 3 yox, 4 ildən bir keçirilsin. 
1931-ci ildə Oslo qrupu yaradıldı. Belçika, Niderland və 
Şimali Avropa dövlətləri ilə birlikdə Norveç də bu qrupun üzvü 
idi. 1936-cı il iyulun 1-də onlar təcavüzkar dövlətlərə qarşı 
iqtisadi qadağalar tətbiqinə qarşı  çıxdılar. Onlar bununla 
yüksək iqtisadi konyukturadan istifadə etmək niyyətində idilər. 
1937-1938-ci ildə Danimarka, Norveç və  İsveç arasında 
Skandinaviya müdafiə ittifaqı yaradıldı. 1938-ci ildə xarici 
siyasətdə Norveç bitərəf mövqe tuturdu. 
İkinci dunya müharibəsində Almaniya tərəfindən işğal 
edilən ilk ölkələrdən biri də Norveç oldu. 

 
237
DANİMARKA 
 
Danimarka Birinci dünya müharibəsindən sonrakı ilk 
illərdə 
 
 
Danimarka XX əsrin əvvəllərində inkişaf etmiş kənd tə-
sərrüfatı ölkəsi idi və bu əhalinin müharibə dövründə  ərzaq 
məhsulları ilə  təmin edilməsində mühüm rol oynadı. Lakin 
müharibə dövründə ölkəyə xammalın az gətirilməsi istehsalın 
həcminin azalması, işsizliyin artması, real əmək haqqının aşağı 
düşməsi, vergilərin yüksəlməsi,  şəhərlərdə  mənzil böhranı 
yaranmasına gətirib çıxartdı. 
Danimarka burjuaziyası içərisində xarici siyasətdə ciddi 
fikir ayrılığı özünü göstərirdi. Mühafizəkarlar partiyasının əsas 
hissəsini təşkil edən iri və orta şəhər burjuaziyası Antanta 
ölkələrinə, miqdarca daha çox və nüfuzlu olan aqrarilər və 
sosial-demokratlar partiyası isə Almaniyaya meyl edirdi. Bu 
isə, hər  şeydən  əvvəl, onların iqtisadi maraqlarından irəli 
gəlirdi. 
Rusiyadakı Oktyabr çevrilişi və milliləşdirmə  tədbirləri 
Danimarka burjuaziyasını Rusiyadakı, xüsusən, teleqraf və 
paraxod kompaniyalarına qoyduqları kapitallardan məhrum 
etdi. Çevriliş Danimarka fəhlə hərəkatına təsir göstərdi. Bu öz 
ifadəsini 1918-ci il fevralın 11-də işsizlərin birjaya hücumunda 
nümayiş etdirdi. Lakin anarxo-sindikalistlərin dünyagörüşün-
dəki ziddiyyətlər fəhlə hərəkatını zəiflədirdi. 1918-ci il aprelin 
8-də Danimarka sosialist fəhlə partiyası yaradıldı. Fəhlə 
hərəkatının təsiri altında sosial-demokratlar Tsale hökumə-
tindən «cəmiyyətin demokratikləşdirilməsinə» yönəldilmiş 
islahatlar aparılmasını tələb etdi. Onlar 8 saatlıq iş günü tətbiq 
edilməsi, banklar və istehsal üzərində  nəzarət qoyulmasını, 
ictimai təminatı yaxşılaşdırmağı, konstitusiyanı yenidən 
 
238
nəzərdən keçirməyi və s. tələb edirdilər. Lakin bunların heç biri 
əməli olaraq yerinə yetirilmədi.  
Fəhlə  hərəkatının yüksəlişi illərində (1918-1920-ci illər-
də) bir sıra burjua islahatları: kommunaların bələdiyyə rəisləri-
nin seçkisi, xüsusi gimnaziyaların ləğvi, iri torpaq sahiblərinin 
torpaqlarının 25%-ni dövlətin ixtiyarına verən qismən torpaq 
islahatı  və s. həyata keçirildi. 1918-ci ildə, Danimarka və 
İslandiya arasında krallıq çərçivəsində İslandiyaya istiqlaliyyət 
verildi. 
Versal sülhünə görə, Almaniyanın 1864-cü ildə Danimar-
kadan zəbt etdiyi Holşteyn  əyaləti və  Şlezviq  əyalətinin  şimal 
hissəsi (orada danimarkalılar çoxluq təşkil edirdilər) yenidən 
qaytarıldı.  Şlezviliqin cənub hissəsinin harada qalması isə 
(orada almanlar çoxluq təşkil edirdi) referendum yolu ilə  həll 
edilməli idi. Keçirilən referendumda əhalinin çoxu Almaniyada 
qalmaq istədiyini bildirdi. 
1920-ci il aprelin 26-da riqsdağa keçirilən seçkilərdə 
mandatların çoxunu «Venstre» (49 mandat) qolçomaq partiyası 
aldı və bu partiyanın liderlərindən biri olan Neyerqorun başçı-
lığı altında hökumət təşkil edildi. Sosial-demokratlar 42 mandat 
qazandılar və müxalifət partiyasına çevrildilər. Bu isə DSDP-na 
həyata keçirilməli olan tələbləri irəli sürmək imkanı verdi. 
1920-ci ilin sentyabrında keçirilmiş növbəti seçkilər Neyerqor 
hökumətinin vəziyyətini daha da möhkəmlətdi. 
1920-ci ilin sonunda DSDP-yə çoxlu üzv daxil olmağa 
başladı ki, bu da ilk növbədə möhtəkirliyə və ticarət sahəsində 
«azad sahibkarlığa» geniş xalq kütlələrinin narazılığının art-
ması ilə əlaqədar idi. 1920-ci ilin noyabrında Sol sosialist par-
tiyası Komminternin 21 şərtini qəbul etdi və Danimarka Kom-
munist Partiyası adlandırıldı. 
Neyerqor hökumətinin iqtisadi siyasəti ölkədə  işsizliyin 
artmasına gətirib çıxartdı. Burjuaziyanın fəhlə sinfi üzərinə 
hücumu 1922-ci ildə Danimarkanı bürümüş iqtisadi böhran 

 
239
dövründə daha da genişləndi. Maliyyə böhranı Danimarkanın 
İngiltərə və ABŞ-ın ən yüksək banklarından asılılığı nəticəsin-
də daha da dərinləşdi. 
 
 
Danimarka kapitalizmin sabitləşməsi dövründə 
1924-cü ilin aprelində Stauninqin bir partiyalı ilk sosial-
demokrat hökuməti təşkil edildi. Bu hökumət 1924-cü ildə 
SSRİ-ni rəsmi surətdə tanıdı. İqtisadi böhranı aradan qaldırmaq 
üçün o gəlir vergisini 50% artırdı və xarici mallar üzərinə 50% 
artıq qiymət gəldi.  
1925-ci ildə genişlənən tətil hərəkatı yatırıldıqdan sonra 
ölkədə sosial-demokratların sağ qanadının nüfuzu  aşağı düşdü. 
Kömrükləri və  kənd təsərrüfatı mallarının qiymətini daha çox 
artırmadığına görə hökumətin siyasətindən burjuaziya da narazı 
idi. 
Belə bir şəraitdə 1926-cı ilin dekabrında riqsdağa keçi-
rilən seçkilərdə burjua partiyaları qələbə əldə etdilər. «Venstre» 
partiyasının təşkil etdiyi və Neyerqorun maliyyə naziri 
vəzifəsini tutduğu Madsen-Müqdal hökuməti aqrarilərin 
mənafeyinə uyğun olan iqtisadi siyasət yeritməyə başladı. Bu 
isə  sənaye burjuaziyasını hökumətdən narazı saldı. 1929-cu il 
seçkilərində Venste məğlubiyyətə uğradı və sosial-demokratlar 
qələbə  əldə etdilər. DSDP başçıları yenə  də burjua radikallar 
partiyası ilə parlamentdə ittifaq yaradaraq ikipartiyalı Stauninq-
Munk kabinetini təşkil etdilər. Bu kabinet 10 il  hakimiyyətdə 
qaldı. 
Danimarka dünya iqtisadi böhranı illərində
 
Dünya iqtisadi böhranı Danimarkanı yalnız 1931-ci ilin 
sonunda-İngiltərə  qızıl paritetindən  əl çəkəndən sonra bürüdü. 
Maldarlıq məhsullarının 80-90%-ni İngiltərəyə ixrac edən 
Danimarkaya qiymətlərin aşağı düşməsi və xarici ticarət balan-
sının pozulması çox pis təsir göstərdi. Böhranın təsiri altında 
hökumət riqsdağı buraxdı. 1932-ci ilin noyabrında növbədən-
 
240
kənar keçirilən seçkilərdə Venstre partiyası  məğlub oldu. 
Böhran gəmi inşaatı, toxuculuq, sement və  sənaye məhsulları 
istehsalının azalmasına və  işsizlərin sayının 200 minə çatma-
sına səbəb oldu. Hökumət  şəraiti bir qədər yumşaltmaq üçün 
tətilləri və lokautları qadağan etmək haqqında müvəqqəti qanun 
verdi və müştərək müqavilələrin müddətini bir il uzatdı. 1933-
cü ilin yanvarında Venstre, Sosial-demokrat və Radikallar 
partiyası arasında getən gizli danışıqlar nəticəsində  gələcək 
daxili siyasi xətt haqqında saziş bağlandı ki, buna «Kansler-
qradda saziş» (Stauninqin mənzili yerləşdiyi və danışıqlar 
aparılmış küçənin adıdır) adı  verildi.  Bu  saziş  İkinci dünya 
müharibəsinə  qədər Danimarkanın bütün iqtisadi və sosial-
siyasətinin  əsası oldu. Böhran və böhrandan sonrakı dövrdə 
Stauninq hökuməti büdcə  xərclərinin və idxal mallarının 
istehlakının ciddi surətdə məhdudlaşdırılması siyasəti yeridirdi. 
Nəticədə, 30-cu illərin ortaları üçün, sənaye malları ixracının 
dəyəri ölkəyə  gətirilən sənaye xammalının dəyəri ilə  tədricən 
tarazlaşdı, sonra isə onu ötüb keçdi. 
Danimarkanın İkinci dünya müharibəsi ərəfəsində 
daxili və xarici siyasəti.
 
 Stauninq  hökumətinin siyasəti aqrar və  sənaye kapita-
listlərinin mənafeyinə uyğun gəlsə  də, burjuaziyanın daha sağ 
dairələri sosial-demokrat hökumətinin öz işini gördükdən sonra 
hakimiyyətdə qalmasını artıq hesab edirdi. Bu dövrdə Danimar-
ka burjuaziyasının cüzi hissəsi  İngiltərəyə,  əksəriyyətii isə 
Almaniyaya meylli idi. Almaniyada faşist partiyası hakimiy-
yətə  gəldikdən sonra Danimarkada da faşizm canlanmağa 
başladı  və ilk vaxtlarda, başlıca olaraq kənd  əhalisini bürüdü. 
Artıq 1933-cü ildə Danimarka nasional-sosialist fəhlə partiyası 
adlanan faşist partiyası yarandı. Lakin həm fəhlə sinfi, həm də 
Danimarka sosial-demokratları faşistlərin əleyhinə çıxdı. 1934-
cü ildə Stauninq hökuməti qanunsuz yollarla ictimai işlərə təsir 
göstərmək istəyən ittifaqlar, birliklər, korporasiyalar 

 
241
yaradılmasını qadağan edən qanunlar qəbul edilməsinə nail 
oldu. 1935-ci il seçkilərində sosial-demokratlar yenidən uğur 
qazandılar.1936-cı ildə isə sosial-demokratlar və radikallar ilk 
dəfə olaraq landstinq seçkilərində çoxluq əldə etdilər. 
Konstitusiyanın yenidən nəzərdən keçirilməsi və ictimai 
siyasət haqqında məsələ 30-cu illərin ikinci yarısında yeganə 
böyük daxili siyasət məsələsi idi. 
İkinci dünya müharibəsinə hazırlıqla əlaqədar olaraq 30-
cu illərin sonunda xarici siyasət Danimarka üçün getdikcə daha 
çox  əhəmiyyət kəsb edirdi. Almaniya ilə daimi gərginliyin 
mənbəyinə çevrilmiş  Şlezviq məsələsi xüsusi narahatlıq 
törədirdi. Danimarka burjuaziyası Şlezviqdə mənafelərini əldən 
verməmək üçün o zamankı Avropa siyasətinin  ən mühüm 
prinsipial məsələlərində Almaniyaya güzəştə getdi. Belə ki, Da-
nimarka 1935-ci ildə Millətlər Cəmiyyəti tərəfindən həddindən 
artıq silahlandığına görə Almaniyanın pislənməsi  əleyhinə  səs 
verdi. 1936-cı ildə  təcavüzkar  əleyhinə sanksiyalarda iştirak 
etməkdən boyun qaçırdı. Danimarkanın Almaniyaya güzəştə 
getməsinin bir səbəbi də onu ağır hərbi-siyasi vəziyyətə salmış 
1935-ci il ingilis-alman dəniz sazişi idi. Bu sazişin nəticəsində 
Danimarka tamamilə  alman nüfuz dairəsinə düşmüşdü. Məhz 
buna görə də Danimarka faşist Almaniyası ilə 1939-cu ilin ma-
yında hücum etməmək haqqında müahidə bağlayan ilk dövlət-
lərdən biri idi. Lakin bu müahidə Danimarkanın təhlükəsizliyini 
təmin etmədi və o, müharibə dövründə Almaniyanın 
satilletlərindən biri oldu. 
 
242
BELÇİKA 
 
Belçika Birinci dünya müharibəsindən sonrakı ilk illərdə 
Birinci dünya müharibəsi zamanı Belçikanın Almaniya 
tərəfindən işğalı onu ağır vəziyyətə saldı. Müharibədə 40 min-
dən çox insan həlak oldu, ərzaq mallarının qıtlığı kəskin surətdə 
özünü göstərdi, bahalıq artdı, yüz minlərlə adam işdən və 
yaşayış vasitələrindən məhrum oldu. 
Müharibə qurtardıqdan sonra Belçika imperialistləri sü-
rətlə öz mövqelərini bərpa etməyə başladılar. Versal müqavi-
ləsinə görə Eypen və Malmedi dairələri Belçikaya birləşdirildi, 
Ekvator Afrikasındakı Ruanda-Urundi ərazisi üzərində ona tam 
mandat verildi. Belçika təzminat hüququ aldı, fransız və ingilis 
qoşunları ilə birlikdə Belçika qoşunları Reyn zonasının işğalın-
da iştirak etdilər. 1920-ci ildən Almaniya əleyhinə yönəldilmiş 
birgə hərəkat haqqında Fransa, 1921-ci ildə  ilə kömrük ittifaqı 
və vahid valyuta haqqında Lüksemburq, 1922-ci ildə isə 
təminatlar haqqında İngiltərə ilə saziş bağladı. 
Müharibədən sonra Belçika inhisarları  sənayeni nəinki 
bərpa etdilər, hətta onu yenidən qurdular. İşsizlik xeyli azaldı, 
fəhlə sinfinin vəziyyəti yaxşılaşdı. Kütlələrin tələbi ilə 1919-
1921-ci illərdə seçicilərin sayı xeyli artırıldı, mənzil tikintisi 
proqramı qəbul edildi, müharibə əlillərinə və qocalara pensiya 
təyin edildi. Burjua partiyaları olan liberal və katolik partiyaları 
siyasi həyatda həlledici rol oynamalarına baxmayaraq 1919-cu 
il parlament seçkilərində xeyli mandat itirdilər. Fəhlə 
partiyasının əldə etdiyi mandatların sayı çoxaldı. 
1920-ci ilin payızında Belçikada böhran başladı, isteh-
salın səviyyəsi aşağı düşdü. 1921-1923-cü illərdə baş vermiş tə-
tillər hökuməti məcbur etdi ki, 1921-ci ildə tətillər və həmkarlar 
ittifaqları  əleyhinə müstəsna qanunları  ləğv etsin, 8 saatlıq iş 
günü təyin etsin. 1921-ci ilin sentyabrında Belçika Kommunist 
Partiyası yaradıldı. Kütlələr içərisində nüfuzlarını itirməkdən 

 
243
qorxan sağ sosialistlər 1921-ci ilin oktyabrında hökumətin 
tərkibindən çıxdılar. Fəhlə partiyası başçılarının, xüsusilə 
E.Vanderveldenin opportunist siyasəti partiyanın bir qədər 
nüfuzdan düşməsinə səbəb oldu. 
1921-1922-ci illərdə ölkənin başlıca burjua partiyası ka-
tolik ittifaq partiyası idi. Bu da katolik dininin bu ölkədə güclü 
nüfuza malik olmasından irəli gəlirdi.  
Müharibədən sonrakı ilk illərdə Belçika inhisarları Yu-
qoslaviya, Rumıniya, Polşa, habelə Asiya və Afrikanın bir sıra 
ölkələrinin iqtisadiyyatında ciddi mövqelər tutmuşdu. 
Belçika 1924-1929-cu illərdə  
Pur kömür hövzəsinə müdaxilənin uğursuzluğu ölkənin 
iqtisadiyyatına ağır zərbə vurdu.1924-cü ildə dövlət borcu 41.6 
milyard franka qədər artdı. Qiymətlər və vergilər yüksəlmiş, 
müəssisələrin çoxunda iş günü uzadılmış, yenidən işsizlik 
artmışdı. Ona görə  də 1925-ci ilin aprelində keçirilmiş 
parlament seçkilərində seçicilərin bir hissəsi burjua 
partiyalarından uzaqlaşıb fəhlə partiyasına öz səsini verdi. 
Kommunistlər də 2 mandat aldılar. 
Seçkilərdən sonra katoliklərin və sosialistlərin nümayən-
dələrindən ibarət Pule-Vandervelde hökuməti yaradıldı. Höku-
mət  əsas vəzifəsi hesab etdiyi frankın sabitləşməsini təmin 
etmək üçün zəhmətkeşlər üzərinə yeni ağır vergilər qoydu. 
Burjuaziya partiyalarının müxtəlif fraksiyaları arasında 
sabitləşmənin üsulları haqqında məsələ  ətrafında ziddiyyətlər 
hökumətin istefasına və 1926-cı ilin mayında Jasparın başçılığı 
altında yeni koalisiya hökumətinin hakimiyyətə  gəlməsinə 
səbəb oldu. Hökumət vergiləri artırmaq, amerikan və ingilis 
banklarından borc almaq hesabına frankı sabitləşdirə və büdcə 
kəsirini nizama sala bildi. Sənaye istehsalı 1927-ci ildə 1918-
1939-cu illər dövrünün ən yüksək səviyyəsinə çatdı. Məh-
sulunun 75%-i ixraca göndərildiyinə görə  ən çox müvəffə-
qiyyət metallurgiya sənayesində qazanılmışdı. Brüssel və 
 
244
Anterverpen birjalarının rolu artmış, Belçika kapitalının ixracı 
çoxalmışdı. 
Belçika dünya iqtisadi böhranı illəri və İkinci dünya 
müharibəsi ərəfəsində 
1929-cu ilin sonunda baş verən dünya iqtisadi böhranı 
Belçikaya 1930-cu ildə öz təsirini göstərdi. İstehsal 1932-ci ildə 
1929-cu il səviyyəsinin yalnız 37%-ni təşkil edirdi. 1932-ci ilin 
sonunda ölkədə 400 min tam və qismən işsiz var idi. Böhran 
illərində tətil hərəkatı gücləndi. 
Hakimiyyət başında duran Katolik ittifaqı ilə liberallar 
partiyası blokundan ibarət hökumətlər fövqəladə mürtəce dek-
retlər vermək, vergiləri artırmaq, sosial xərcləri azaltmaq yolu 
ilə böhrandan çıxmağa çalışırdılar. 
Faşist qrupları Belçikada iki əsas etnik qrupun (vallan və 
flamand) mövcud olmasından öz talançı  təşviqatları üçün isti-
fadə etməyə  cəhd göstərirdilər. Lakin fəhlələr onları  dəf edir-
dilər. Bununla belə  fəhlə partiyasının sağ başçıları hökumətin 
bütün tədbirlərini müdafiə edirdilər. 1934-cü ildə onlar kral 
Albertin dəfni və Leopoldun taxta çıxması  mərasimi zamanı 
monarxist kampaniyada iştirak etdilər. Fəhlə partiyasının 
təşkilatlarında sağ  rəhbərliyin siyasətindən narazılıq artırdı. 
Belə  şəraitdə hakim dairələr 1935-ci ildə  Fəhlə partiyasından  
Vandervalde, de-Man, Spaakın daxil olduqları Ban-Zeyelandın 
başçılığı altında «milli ittifaq» hökuməti yaratmağı qət etdilər. 
Beynəlxalq aləmdə SSRİ-nin rolunun artması yeni hökuməti 
1935-ci ilin iyulunda SSRİ ilə diplomatik əlaqələr yaratmağa 
məcbur etdi. Hökumətin yeni maliyyə tədbirləri və davam edən 
kapitalist səmərələşdirilməsi ölkədə  işsizliyin daha da 
artmasına səbəb oldu.  
1936-cı il parlament seçkilərində Katolik ittifaqı  və Li-
berallar partiyasının tərəfdarlarının bir hissəsi öz səslərini 
inhisarçı kapitalın  ən mürtəce qrupları, həmçinin alman 
nasistləri ilə sıx əlaqədə olan faşistlərə verdilər. 

 
245
Lakin 1936-cı ilin oktyabrında fəhlələr faşistlərin çevriliş 
cəhdinin qarşısnı aldılar. 1939-cu ildə keçirilmiş seçkilərdə isə 
faşist qrupları  məğlubiyətə  uğradılar. Yenə  də hakim dairələr 
«azad  əllər» siyasətinə keçdiklərini söyləyərək, hitlerçilərə 
güzəştə getməklə alman faşizminin təcavüzkarlıq siyasətinə 
kömək edirdilər.  
İkinci dünya müharibəsi  ərəfəsində ölkənin iqtisadi və-
ziyyəti yenə  də  gərgin olaraq qalırdı. 1938-ci ilin sonunda iş-
sizlərin sayı 400 mindən çox idi.  
Avropada silahlanma Belçikanın iqtisadiyyatına getdikcə 
daha çox təsir göstərirdi. Hərbi məqsədlər üçün lazım olan 
malların, xüsusilə kömürün istehsalı və ixracı artmışdı. Anter-
verpen limanının yük dövriyyəsi xeyli çoxalmışdı. Konqoda 
hasil edilən strateji xammal ticarətin genişlənməsində mühüm 
rol oynadı. Belçikanın xaricə uzun müddətə qoyduğu kapitalın 
miqdarı 1953 milyon dollar idi. Bu dövrdə Belçikanın təkcə 
ölkə daxilində deyil, beynəlxalq miqyasda da tanınan «Sosyete-
Jeneral», «Solvey», «Bank de Brüssel» və başqaları kimi 
nüfuzlu inhisarları var idi. 
İkinci dünya müharibəsi zamanı Belçika da alman 
işğalına məruz qalan ölkələrdən biri oldu. 
 
 
246
NIDERLAND
  
Niderland Birinci dünya müharibəsindən sonrakı ilk 
illərdə (1918-1923-cü illər)
 
Birinci dünya müharibəsi başlanarkən Niderland öz bitə-
rəfliyini elan etsə  də, müharibə edən tərəflərə xammal, ərzaq, 
sənaye malları, silah və digər material satmaq hesabına xeyli 
varlandı.  İnhisarların sayı çoxaldı.  İstər «Royyal-Datç Şell» 
ingilis-holland neft tresti kimi beynəlxalq xarakter daşıyan, is-
tərsə də Filipsin elektrik konserni və digər ölkə daxilində fəa-
liyyət göstərən başqa inhisar birliklərinin rolu xeyli artdı. 
Müharibə  zəhmətkeşlərin vəziyyətinə çox pis təsir gös-
tərdi. Yeyinti məhsullarının qiymətləri artdı. 1918-ci ildə ərzaq 
kartoçkaları  tətbiq edildi. İşsizlərin sayı xeyli çoxaldı. Bütün 
bunlar hakim dairələri məcbur etdi ki, 1917-ci ildə kişilər üçün 
ümumi seçki hüququ haqqında qanun verilməsinə razı olsunlar. 
Niderlandın siyasi həyatında XIX əsrin sonundan başla-
yaraq xalq içərisində kilsənin geniş yayılmış nüfuzundan hakim 
siniflərin mənafeləri üçün istifadə edən burjua-klerikal (istər 
kapitalist və istərsə katolik) partiyaları əsas rol oynayırdılar. Bu 
partiyalar  parlamentdə tam əksəriyyətə malik idilər. Bütün 
bunlara baxmayaraq, 1918-ci ilin iyulunda aşağı palataya keçi-
rilmiş seçkilərdə Sosial-demokrat fəhlə partiyası  əvvəlki 
seçkilərdən fərqli olaraq daha çox mandat aldı. Ancaq yenə də 
katolik partiyası hökumətdə əsas yer tuturdu. 
1918-ci ildə ölkədəki inqilabi hərəkatın təsiri altında ka-
tolik partiyasının rəhbərləri bir sıra ictimai islahatlar keçirmək 
üçün proqram tərtib etməyə məcbur oldular. Onlar 8 saatlıq iş 
gününü tətbiq etməyi, müştərək müqavilələrin açıq bağlanma-
sına icazə verməyi, pensiyaları artırmağı  və s. vəd etdilər. 
1919-cu ilin aprelində ölkədə inqilabi hərəkatın təsiri altında 
Niderland Kommunist Partiyası yaradıldı. 1918-ci ilin sonu – 
1919-cu ilin əvvəllərində 8 saatlıq iş günü tətbiq edildi. 1919-
cu ilin iyulunda verilmiş qanuna görə 45 saatlıq iş həftəsi təyin 

 
247
edildi. Aşağı palataya seçilmək hüququ qadınlara da şamil 
edildi. Qocalar və əlillər üçün pensiyalar artırıldı, pensiya alan 
şəxslər üçün yaş həddi azaldıldı. «Gent ictimai sığorta sistemi» 
adlanan sistem (həmkarlar ittifaqları üzvlərinin işsizlikdən sı-
ğorta edilməsində dövlətin iştirakı və s.) tətbiq edildi. 
1920-ci ilin sentyabrından başlayaraq Niderland iqtisa-
diyyatı böhran dövrünə qədəm qoydu. İstehsal azaldı, xarici ti-
carət xeyli ixtisar edildi. İşsizlərin sayı artdı. Tətillər başlandı. 
1922-ci ilin iyulun 3-də iş həftəsinin uzadılması haqqında par-
lament tərəfindən qəbul edilmiş qanun qüvvəyə mindi. Beləlik-
lə  də  fəhlələrin 1919-cu ildə qazandıqları nailiyyətlər  əlindən 
alındı. 
1922-ci ilin iyulunda mühafizəkar qüvvələrin güclənməsi 
şəraitində keçirilmiş parlament seçkilərində klerikal partiyalar 
xeyli çoxluq qazanaraq qələbə  əldə etdilər. Yeni hökumət 
ictimai sığorta xərclərini, dövlət qulluqçularının  əmək haqqını 
və s. olduqca azaltdı. 1922-1923-cü illərin tətilləri nəticəsində 
fəhlələr tələblərinin bir hissəsini hökumətə qəbul etdirə bildilər. 
Niderland 1924-1929-cu illərdə 
 
Niderlandda kapitalizmin qismən sabitləşməsi dövrü 
burjuaziyanın zəhmətkeşlərin yaşayış 
səviyyəsinə 
və 
hüquqlarına hücum etməsi ilə  səciyyələnirdi.  İndoneziyanın 
müstəmləkə istismarının gücləndirilməsi də mühüm rol 
oynayırdı. Ölkədə 1929-cu ildə 1400 nəfər milyoner var idi. 
1930-cu ildə 20 min hektar sahəsi olan polderlərin qurudulması 
başa çatdırıldı.  Əvvəllərdə olduğu kimi, yenə  də ölkədə  və 
onun müstəmləkələrində ingilis kapitalı böyük rol oynayırdı. 
Alman kapitalının da Niderlanda nüfuzu güclənmişdi. 
 
248
Niderland dünya iqtisadi böhranı illərində və İkinci 
dünya müharibəsi ərəfəsində 
 
Dünya iqtisadi böhranı 1930-cu ildə ölkənin bütün iqtisa-
diyyatını bürüdü və 1932-1933-cü illərdə daha kəskin  şəkil 
aldı. Ölkə iqtisadiyyatının vasitəçilik xarakteri daşıyan ticarət, 
nəqliyyat və müstəmləkə xammal emalı ilə  əlaqədar olan əsas 
sahələri daha çox böhran keçirirdi. Ölkənin və onun müstəm-
ləkələrinin xarici ticarəti yarıdan çox azalmışdı. 1933-cü ildə 
işsizlərin sayı yarım milyona çatırdı.  İşsizlər hərəkatı geniş-
lənirdi. Koleynin başçılıq etdiyi «milli birlik» hökuməti bu 
hərəkatı yatırmaq üçün polis, zirehli avtomobilləri və topları işə 
salmışdı. 
Niderlandın iqtisadiyyatı 1933-cü ilin sonunda tədricən 
böhran vəziyyətindən çıxmağa başladı. 1938-ci ildə xaricdə və 
müstəmləkələrdə qoyulmuş Niderland kapitalının ümumi 
məbləği 4 milyard 818 milyon dollar idi. Xaricə kapital qoyu-
luşuna görə Niderland kapitalı ingilis və amerikan kapitalından 
sonra üçüncü yeri tuturdu. Buna baxmayaraq, ölkənin iqtisadi 
vəziyyəti heç də möhkəm deyildi. Əgər 1937-ci ilin iyulunda 
sənaye istehsalı 1929-cu il səviyyəsini ötüb keçmişdisə, həmin 
ilin sonunda yenə  də  aşağı düşdü. 1938-ci ildə  işsizlərin sayı 
439 minə çatırdı. 
İşsizlərin narazılığından böhran illərində meydana çıxmış 
müxtəlif faşist təşkilatları istifadə etmək istədilər. Bu təşki-
latlardan  ən fəalı Hitler Almaniyası irlə  sıx surətdə bağlı olan 
və Niderlandda pozuculuq fəaliyyəti gxöstərən Mussertin «Na-
sional-sosialist hərəkatı» idi. O, ölkədə faşizm qurmaq və 
Niderlandı Almaniyaya qatmaq məqsədini güdürdü. 1935-ci il 
parlament seçkilərində faşistlər 8% səs aldılar. Fəhlələrin çoxu 
yenə  də sosial-demokratların ardınca gedirdi. 1937-ci il seç-
kilərində bütün seçicilərin 22%-i səslərini sosial-demokratlara 
vermişdi. 

 
249
İkinci dünya müharibəsi  ərəfəsində hakim dairələr faşist 
təşkilatları ilə mübarizə aparmırdılar. Xarici siyasətdə onlar 
bitərəflik elan edərək ölkəni müdafiəyə hazırlamır, Hitler Al-
maniyası və militarist Yaponiyasının təcavüzkarlığını sakitliklə 
qəbul edirdilər. 
Bu siyasət isə Niderlandın da Almaniya tərəfindən İkinci 
dünya müharibəsində işğalına gətirib çıxartdı. 
 
 
250
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin