NORVEÇ
Norveç Birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Birinci dünya müharibəsi Norveçin təsərrüfatının yenidən
qurulmasını sürətləndirdi. Müharibədə Norveç burjuaziyası hər
iki kapitalist qrupu arasında manevr edərək varlandı və yüksəliş
dövrü keçirdi. 1913-cü ildə 1 milyard kron borcu olan ölkədən
1919-cu ildə 1,31 milyard kron borc verən ölkəyə çevrildi. Ka-
pital qoyuluşunda İngiltərənin payının artması, Almaniyanın
payının azalması müşahidə edilməyə başladı. Əkin sahələrinin
63%-ni öz əlində toplamış qolçomaqların tədavül kapitalı 5
dəfə, xalis gəliri isə 3,5 dəfə artdı. Fəhlə aristokratiyası yarandı.
Bahalıqla əlaqədar 1917-ci il iyunun 6-da Norveç fəhlə
hərəkatının tarixində ilk dəfə olaraq ümumi tətil baş verdi. Bu
dövrdə fəhlə və əsgər deputatları sovetləri yarandı və məhəlli
orqanlar kimi fəaliyyət göstərməyə başladı.
Dünya müharibəsi qurtardıqdan bir qədər sonra ölkədə
iqtisadi böhran başlandı. Gəmi istehsalı ixtisar edildi, xarici
sifarişlər azaldı. Meşə emalı sənayesində «Borreqer», «Yunion
K» kimya sənayesində «Norsk Xüdro» xarici kapitalın Norveç
torpağında votçinası idilər.
Knudsen hökuməti (1915-1920-ci illər) dövründə idxalın
ümumi məbləği 5 dəfədən çox artdı.
Digər ölkələrdə inqilabların yatırılması Norveç burjua-
ziyasını da ruhlandırdı. 1920-ci ildə «Venstre» liberal partiya-
sından başlıca olaraq iri torpaq sahiblərinin və qolçomaqların
mənafeyini müdafiə edən «Vunneparti» kəndli partiyası ayrıldı.
Mühafizəkarlar «Xoyre» adlanırdı.
1920-ci ilin iyulunda Xalversenin mühafizəkar hökuməti
hakimiyyətə gəldi. 1921-ci ildə Norveç Fəhlə Partiyasının sağ
qanadından Norveç SDP yaradıldı, sol qanadından isə 1923-cü
ildə Norveç Kommunist Partiyası təşkil edildi.
235
Norveç kapitalizmin nisbi sabitləşməsi və dünya iqtisadi
böhranı illərində
1924-cü il sinfi döyüşləri fəhlə sinfinin məğlubiyyəti ilə
qurtardı. Sənayenin sabitləşməsi kapitalist «səmərə-
ləşdirilməsi» yolu ilə əldə edildi. 1927-ci ildə NFP (Norveç
Fəhlə Partiyası) və NSDP bir partiyada birləşdi və NFP adlandı.
Lükkenin (1926-1928) mühafizəkar hökuməti tətilə təhrik
edənləri həbsə almaq, ştreykbrexerləri müdafiə etmək haqqında
stortinqin qanunlar verməsinə nail oldu.
Zəhmətkeş kütlələrin kortəbii çıxışlarının qarşısını almaq
üçün 1928-ci ilin yanvarında Xonsrudun başçılığı altında so-
sial-demokrat «fəhlə» hökuməti yaradıldı. Lakin o, üç həftədən
sonra istefa verdi. L.Movingelin (1928-1931) «Venstre» liberal
hökuməti təşkil edildi.
1930-cu ildə Norveç yeni iqtisadi böhrana məruz qaldı.
1932-ci ildə sənaye məhsulu 38%, xarici ticarət dövriyyəsi 37-
40% azaldı. 1,1 milyon ton su tutumu olan gəmilər fəaliyyətsiz
qaldılar. 47 bank iflasa uğradı. Yalnız onlardan 6-sı bərpa oluna
bildi. Ölkədə 111 min işsiz var idi. 1931-ci ildə ən böyük
lokaut baş verdi. 86 min adam işdən çıxarıldı.
Böhrandan çıxmaq üçün kəndli partiyası hakimiyyətə
gətirildi. Kolstad-Xunsrud hökuməti təşkil edildi. Bu hökumət
1931-1933-cü illərdə hakimiyyətdə oldu. Böhran illərində
burjuaziya faşist və yarımfaşist xarakterli «Leydanq», «Norveç
Lattları», «Böhran zamanı kənd əhalisinə yardım», «Vətən
ittifaqı» kimi təşkilatlar yaratdı. 1931-ci ildə Kvislinqin
yaratdığı «Şimal xalq intibahı» partiyası tipik faşist partiyası
idi.
1931-1932-ci ildə Norveç Danimarkaya məxsus olan
Şərqi Qrenlandiyanı işğal etdi. Lakin tezliklə də tutduğu
ərazidən geri çəkilməli oldu.
236
Norveç İkinci dünya müharibəsi ərəfəsində
L.Movingelin başçılıq etdiyi «venstre» hökuməti 1933-
1935-ci illərdə Norveçdə hakimiyyətdə oldu.
1933-cü ildə NFP-nin proqramında dəyişiklik edilərək
orada “mütəşəkkil kapitalizm və korporativ sistem tətbiq
edilməsi müddəaları” öz əksini tapdı.
1935-ci ilin yazında Norveç böhrandan çıxdı və 1935-ci
ilin martında Q.Nyuqorsvollun başçılığı altında NFP hökuməti
təşkil edildi. Bu dövrdə faşistlərin fəaliyyəti canlandı. Kvislinq
1933-cü ildə «Namunal Samlinq» faşist partiyasını yaratdı.
1937-ci ildə Norveç yeni böhranla üzləşdi. 1939-cu ilin
yayında stortinq konstitusiyada belə bir dəyişiklik etdi ki,
seçkilər 3 yox, 4 ildən bir keçirilsin.
1931-ci ildə Oslo qrupu yaradıldı. Belçika, Niderland və
Şimali Avropa dövlətləri ilə birlikdə Norveç də bu qrupun üzvü
idi. 1936-cı il iyulun 1-də onlar təcavüzkar dövlətlərə qarşı
iqtisadi qadağalar tətbiqinə qarşı çıxdılar. Onlar bununla
yüksək iqtisadi konyukturadan istifadə etmək niyyətində idilər.
1937-1938-ci ildə Danimarka, Norveç və İsveç arasında
Skandinaviya müdafiə ittifaqı yaradıldı. 1938-ci ildə xarici
siyasətdə Norveç bitərəf mövqe tuturdu.
İkinci dunya müharibəsində Almaniya tərəfindən işğal
edilən ilk ölkələrdən biri də Norveç oldu.
237
DANİMARKA
Danimarka Birinci dünya müharibəsindən sonrakı ilk
illərdə
Danimarka XX əsrin əvvəllərində inkişaf etmiş kənd tə-
sərrüfatı ölkəsi idi və bu əhalinin müharibə dövründə ərzaq
məhsulları ilə təmin edilməsində mühüm rol oynadı. Lakin
müharibə dövründə ölkəyə xammalın az gətirilməsi istehsalın
həcminin azalması, işsizliyin artması, real əmək haqqının aşağı
düşməsi, vergilərin yüksəlməsi, şəhərlərdə mənzil böhranı
yaranmasına gətirib çıxartdı.
Danimarka burjuaziyası içərisində xarici siyasətdə ciddi
fikir ayrılığı özünü göstərirdi. Mühafizəkarlar partiyasının əsas
hissəsini təşkil edən iri və orta şəhər burjuaziyası Antanta
ölkələrinə, miqdarca daha çox və nüfuzlu olan aqrarilər və
sosial-demokratlar partiyası isə Almaniyaya meyl edirdi. Bu
isə, hər şeydən əvvəl, onların iqtisadi maraqlarından irəli
gəlirdi.
Rusiyadakı Oktyabr çevrilişi və milliləşdirmə tədbirləri
Danimarka burjuaziyasını Rusiyadakı, xüsusən, teleqraf və
paraxod kompaniyalarına qoyduqları kapitallardan məhrum
etdi. Çevriliş Danimarka fəhlə hərəkatına təsir göstərdi. Bu öz
ifadəsini 1918-ci il fevralın 11-də işsizlərin birjaya hücumunda
nümayiş etdirdi. Lakin anarxo-sindikalistlərin dünyagörüşün-
dəki ziddiyyətlər fəhlə hərəkatını zəiflədirdi. 1918-ci il aprelin
8-də Danimarka sosialist fəhlə partiyası yaradıldı. Fəhlə
hərəkatının təsiri altında sosial-demokratlar Tsale hökumə-
tindən «cəmiyyətin demokratikləşdirilməsinə» yönəldilmiş
islahatlar aparılmasını tələb etdi. Onlar 8 saatlıq iş günü tətbiq
edilməsi, banklar və istehsal üzərində nəzarət qoyulmasını,
ictimai təminatı yaxşılaşdırmağı, konstitusiyanı yenidən
238
nəzərdən keçirməyi və s. tələb edirdilər. Lakin bunların heç biri
əməli olaraq yerinə yetirilmədi.
Fəhlə hərəkatının yüksəlişi illərində (1918-1920-ci illər-
də) bir sıra burjua islahatları: kommunaların bələdiyyə rəisləri-
nin seçkisi, xüsusi gimnaziyaların ləğvi, iri torpaq sahiblərinin
torpaqlarının 25%-ni dövlətin ixtiyarına verən qismən torpaq
islahatı və s. həyata keçirildi. 1918-ci ildə, Danimarka və
İslandiya arasında krallıq çərçivəsində İslandiyaya istiqlaliyyət
verildi.
Versal sülhünə görə, Almaniyanın 1864-cü ildə Danimar-
kadan zəbt etdiyi Holşteyn əyaləti və Şlezviq əyalətinin şimal
hissəsi (orada danimarkalılar çoxluq təşkil edirdilər) yenidən
qaytarıldı. Şlezviliqin cənub hissəsinin harada qalması isə
(orada almanlar çoxluq təşkil edirdi) referendum yolu ilə həll
edilməli idi. Keçirilən referendumda əhalinin çoxu Almaniyada
qalmaq istədiyini bildirdi.
1920-ci il aprelin 26-da riqsdağa keçirilən seçkilərdə
mandatların çoxunu «Venstre» (49 mandat) qolçomaq partiyası
aldı və bu partiyanın liderlərindən biri olan Neyerqorun başçı-
lığı altında hökumət təşkil edildi. Sosial-demokratlar 42 mandat
qazandılar və müxalifət partiyasına çevrildilər. Bu isə DSDP-na
həyata keçirilməli olan tələbləri irəli sürmək imkanı verdi.
1920-ci ilin sentyabrında keçirilmiş növbəti seçkilər Neyerqor
hökumətinin vəziyyətini daha da möhkəmlətdi.
1920-ci ilin sonunda DSDP-yə çoxlu üzv daxil olmağa
başladı ki, bu da ilk növbədə möhtəkirliyə və ticarət sahəsində
«azad sahibkarlığa» geniş xalq kütlələrinin narazılığının art-
ması ilə əlaqədar idi. 1920-ci ilin noyabrında Sol sosialist par-
tiyası Komminternin 21 şərtini qəbul etdi və Danimarka Kom-
munist Partiyası adlandırıldı.
Neyerqor hökumətinin iqtisadi siyasəti ölkədə işsizliyin
artmasına gətirib çıxartdı. Burjuaziyanın fəhlə sinfi üzərinə
hücumu 1922-ci ildə Danimarkanı bürümüş iqtisadi böhran
239
dövründə daha da genişləndi. Maliyyə böhranı Danimarkanın
İngiltərə və ABŞ-ın ən yüksək banklarından asılılığı nəticəsin-
də daha da dərinləşdi.
Danimarka kapitalizmin sabitləşməsi dövründə
1924-cü ilin aprelində Stauninqin bir partiyalı ilk sosial-
demokrat hökuməti təşkil edildi. Bu hökumət 1924-cü ildə
SSRİ-ni rəsmi surətdə tanıdı. İqtisadi böhranı aradan qaldırmaq
üçün o gəlir vergisini 50% artırdı və xarici mallar üzərinə 50%
artıq qiymət gəldi.
1925-ci ildə genişlənən tətil hərəkatı yatırıldıqdan sonra
ölkədə sosial-demokratların sağ qanadının nüfuzu aşağı düşdü.
Kömrükləri və kənd təsərrüfatı mallarının qiymətini daha çox
artırmadığına görə hökumətin siyasətindən burjuaziya da narazı
idi.
Belə bir şəraitdə 1926-cı ilin dekabrında riqsdağa keçi-
rilən seçkilərdə burjua partiyaları qələbə əldə etdilər. «Venstre»
partiyasının təşkil etdiyi və Neyerqorun maliyyə naziri
vəzifəsini tutduğu Madsen-Müqdal hökuməti aqrarilərin
mənafeyinə uyğun olan iqtisadi siyasət yeritməyə başladı. Bu
isə sənaye burjuaziyasını hökumətdən narazı saldı. 1929-cu il
seçkilərində Venste məğlubiyyətə uğradı və sosial-demokratlar
qələbə əldə etdilər. DSDP başçıları yenə də burjua radikallar
partiyası ilə parlamentdə ittifaq yaradaraq ikipartiyalı Stauninq-
Munk kabinetini təşkil etdilər. Bu kabinet 10 il hakimiyyətdə
qaldı.
Danimarka dünya iqtisadi böhranı illərində
Dünya iqtisadi böhranı Danimarkanı yalnız 1931-ci ilin
sonunda-İngiltərə qızıl paritetindən əl çəkəndən sonra bürüdü.
Maldarlıq məhsullarının 80-90%-ni İngiltərəyə ixrac edən
Danimarkaya qiymətlərin aşağı düşməsi və xarici ticarət balan-
sının pozulması çox pis təsir göstərdi. Böhranın təsiri altında
hökumət riqsdağı buraxdı. 1932-ci ilin noyabrında növbədən-
240
kənar keçirilən seçkilərdə Venstre partiyası məğlub oldu.
Böhran gəmi inşaatı, toxuculuq, sement və sənaye məhsulları
istehsalının azalmasına və işsizlərin sayının 200 minə çatma-
sına səbəb oldu. Hökumət şəraiti bir qədər yumşaltmaq üçün
tətilləri və lokautları qadağan etmək haqqında müvəqqəti qanun
verdi və müştərək müqavilələrin müddətini bir il uzatdı. 1933-
cü ilin yanvarında Venstre, Sosial-demokrat və Radikallar
partiyası arasında getən gizli danışıqlar nəticəsində gələcək
daxili siyasi xətt haqqında saziş bağlandı ki, buna «Kansler-
qradda saziş» (Stauninqin mənzili yerləşdiyi və danışıqlar
aparılmış küçənin adıdır) adı verildi. Bu saziş İkinci dünya
müharibəsinə qədər Danimarkanın bütün iqtisadi və sosial-
siyasətinin əsası oldu. Böhran və böhrandan sonrakı dövrdə
Stauninq hökuməti büdcə xərclərinin və idxal mallarının
istehlakının ciddi surətdə məhdudlaşdırılması siyasəti yeridirdi.
Nəticədə, 30-cu illərin ortaları üçün, sənaye malları ixracının
dəyəri ölkəyə gətirilən sənaye xammalının dəyəri ilə tədricən
tarazlaşdı, sonra isə onu ötüb keçdi.
Danimarkanın İkinci dünya müharibəsi ərəfəsində
daxili və xarici siyasəti.
Stauninq hökumətinin siyasəti aqrar və sənaye kapita-
listlərinin mənafeyinə uyğun gəlsə də, burjuaziyanın daha sağ
dairələri sosial-demokrat hökumətinin öz işini gördükdən sonra
hakimiyyətdə qalmasını artıq hesab edirdi. Bu dövrdə Danimar-
ka burjuaziyasının cüzi hissəsi İngiltərəyə, əksəriyyətii isə
Almaniyaya meylli idi. Almaniyada faşist partiyası hakimiy-
yətə gəldikdən sonra Danimarkada da faşizm canlanmağa
başladı və ilk vaxtlarda, başlıca olaraq kənd əhalisini bürüdü.
Artıq 1933-cü ildə Danimarka nasional-sosialist fəhlə partiyası
adlanan faşist partiyası yarandı. Lakin həm fəhlə sinfi, həm də
Danimarka sosial-demokratları faşistlərin əleyhinə çıxdı. 1934-
cü ildə Stauninq hökuməti qanunsuz yollarla ictimai işlərə təsir
göstərmək istəyən ittifaqlar, birliklər, korporasiyalar
241
yaradılmasını qadağan edən qanunlar qəbul edilməsinə nail
oldu. 1935-ci il seçkilərində sosial-demokratlar yenidən uğur
qazandılar.1936-cı ildə isə sosial-demokratlar və radikallar ilk
dəfə olaraq landstinq seçkilərində çoxluq əldə etdilər.
Konstitusiyanın yenidən nəzərdən keçirilməsi və ictimai
siyasət haqqında məsələ 30-cu illərin ikinci yarısında yeganə
böyük daxili siyasət məsələsi idi.
İkinci dünya müharibəsinə hazırlıqla əlaqədar olaraq 30-
cu illərin sonunda xarici siyasət Danimarka üçün getdikcə daha
çox əhəmiyyət kəsb edirdi. Almaniya ilə daimi gərginliyin
mənbəyinə çevrilmiş Şlezviq məsələsi xüsusi narahatlıq
törədirdi. Danimarka burjuaziyası Şlezviqdə mənafelərini əldən
verməmək üçün o zamankı Avropa siyasətinin ən mühüm
prinsipial məsələlərində Almaniyaya güzəştə getdi. Belə ki, Da-
nimarka 1935-ci ildə Millətlər Cəmiyyəti tərəfindən həddindən
artıq silahlandığına görə Almaniyanın pislənməsi əleyhinə səs
verdi. 1936-cı ildə təcavüzkar əleyhinə sanksiyalarda iştirak
etməkdən boyun qaçırdı. Danimarkanın Almaniyaya güzəştə
getməsinin bir səbəbi də onu ağır hərbi-siyasi vəziyyətə salmış
1935-ci il ingilis-alman dəniz sazişi idi. Bu sazişin nəticəsində
Danimarka tamamilə alman nüfuz dairəsinə düşmüşdü. Məhz
buna görə də Danimarka faşist Almaniyası ilə 1939-cu ilin ma-
yında hücum etməmək haqqında müahidə bağlayan ilk dövlət-
lərdən biri idi. Lakin bu müahidə Danimarkanın təhlükəsizliyini
təmin etmədi və o, müharibə dövründə Almaniyanın
satilletlərindən biri oldu.
242
BELÇİKA
Belçika Birinci dünya müharibəsindən sonrakı ilk illərdə
Birinci dünya müharibəsi zamanı Belçikanın Almaniya
tərəfindən işğalı onu ağır vəziyyətə saldı. Müharibədə 40 min-
dən çox insan həlak oldu, ərzaq mallarının qıtlığı kəskin surətdə
özünü göstərdi, bahalıq artdı, yüz minlərlə adam işdən və
yaşayış vasitələrindən məhrum oldu.
Müharibə qurtardıqdan sonra Belçika imperialistləri sü-
rətlə öz mövqelərini bərpa etməyə başladılar. Versal müqavi-
ləsinə görə Eypen və Malmedi dairələri Belçikaya birləşdirildi,
Ekvator Afrikasındakı Ruanda-Urundi ərazisi üzərində ona tam
mandat verildi. Belçika təzminat hüququ aldı, fransız və ingilis
qoşunları ilə birlikdə Belçika qoşunları Reyn zonasının işğalın-
da iştirak etdilər. 1920-ci ildən Almaniya əleyhinə yönəldilmiş
birgə hərəkat haqqında Fransa, 1921-ci ildə ilə kömrük ittifaqı
və vahid valyuta haqqında Lüksemburq, 1922-ci ildə isə
təminatlar haqqında İngiltərə ilə saziş bağladı.
Müharibədən sonra Belçika inhisarları sənayeni nəinki
bərpa etdilər, hətta onu yenidən qurdular. İşsizlik xeyli azaldı,
fəhlə sinfinin vəziyyəti yaxşılaşdı. Kütlələrin tələbi ilə 1919-
1921-ci illərdə seçicilərin sayı xeyli artırıldı, mənzil tikintisi
proqramı qəbul edildi, müharibə əlillərinə və qocalara pensiya
təyin edildi. Burjua partiyaları olan liberal və katolik partiyaları
siyasi həyatda həlledici rol oynamalarına baxmayaraq 1919-cu
il parlament seçkilərində xeyli mandat itirdilər. Fəhlə
partiyasının əldə etdiyi mandatların sayı çoxaldı.
1920-ci ilin payızında Belçikada böhran başladı, isteh-
salın səviyyəsi aşağı düşdü. 1921-1923-cü illərdə baş vermiş tə-
tillər hökuməti məcbur etdi ki, 1921-ci ildə tətillər və həmkarlar
ittifaqları əleyhinə müstəsna qanunları ləğv etsin, 8 saatlıq iş
günü təyin etsin. 1921-ci ilin sentyabrında Belçika Kommunist
Partiyası yaradıldı. Kütlələr içərisində nüfuzlarını itirməkdən
243
qorxan sağ sosialistlər 1921-ci ilin oktyabrında hökumətin
tərkibindən çıxdılar. Fəhlə partiyası başçılarının, xüsusilə
E.Vanderveldenin opportunist siyasəti partiyanın bir qədər
nüfuzdan düşməsinə səbəb oldu.
1921-1922-ci illərdə ölkənin başlıca burjua partiyası ka-
tolik ittifaq partiyası idi. Bu da katolik dininin bu ölkədə güclü
nüfuza malik olmasından irəli gəlirdi.
Müharibədən sonrakı ilk illərdə Belçika inhisarları Yu-
qoslaviya, Rumıniya, Polşa, habelə Asiya və Afrikanın bir sıra
ölkələrinin iqtisadiyyatında ciddi mövqelər tutmuşdu.
Belçika 1924-1929-cu illərdə
Pur kömür hövzəsinə müdaxilənin uğursuzluğu ölkənin
iqtisadiyyatına ağır zərbə vurdu.1924-cü ildə dövlət borcu 41.6
milyard franka qədər artdı. Qiymətlər və vergilər yüksəlmiş,
müəssisələrin çoxunda iş günü uzadılmış, yenidən işsizlik
artmışdı. Ona görə də 1925-ci ilin aprelində keçirilmiş
parlament seçkilərində seçicilərin bir hissəsi burjua
partiyalarından uzaqlaşıb fəhlə partiyasına öz səsini verdi.
Kommunistlər də 2 mandat aldılar.
Seçkilərdən sonra katoliklərin və sosialistlərin nümayən-
dələrindən ibarət Pule-Vandervelde hökuməti yaradıldı. Höku-
mət əsas vəzifəsi hesab etdiyi frankın sabitləşməsini təmin
etmək üçün zəhmətkeşlər üzərinə yeni ağır vergilər qoydu.
Burjuaziya partiyalarının müxtəlif fraksiyaları arasında
sabitləşmənin üsulları haqqında məsələ ətrafında ziddiyyətlər
hökumətin istefasına və 1926-cı ilin mayında Jasparın başçılığı
altında yeni koalisiya hökumətinin hakimiyyətə gəlməsinə
səbəb oldu. Hökumət vergiləri artırmaq, amerikan və ingilis
banklarından borc almaq hesabına frankı sabitləşdirə və büdcə
kəsirini nizama sala bildi. Sənaye istehsalı 1927-ci ildə 1918-
1939-cu illər dövrünün ən yüksək səviyyəsinə çatdı. Məh-
sulunun 75%-i ixraca göndərildiyinə görə ən çox müvəffə-
qiyyət metallurgiya sənayesində qazanılmışdı. Brüssel və
244
Anterverpen birjalarının rolu artmış, Belçika kapitalının ixracı
çoxalmışdı.
Belçika dünya iqtisadi böhranı illəri və İkinci dünya
müharibəsi ərəfəsində
1929-cu ilin sonunda baş verən dünya iqtisadi böhranı
Belçikaya 1930-cu ildə öz təsirini göstərdi. İstehsal 1932-ci ildə
1929-cu il səviyyəsinin yalnız 37%-ni təşkil edirdi. 1932-ci ilin
sonunda ölkədə 400 min tam və qismən işsiz var idi. Böhran
illərində tətil hərəkatı gücləndi.
Hakimiyyət başında duran Katolik ittifaqı ilə liberallar
partiyası blokundan ibarət hökumətlər fövqəladə mürtəce dek-
retlər vermək, vergiləri artırmaq, sosial xərcləri azaltmaq yolu
ilə böhrandan çıxmağa çalışırdılar.
Faşist qrupları Belçikada iki əsas etnik qrupun (vallan və
flamand) mövcud olmasından öz talançı təşviqatları üçün isti-
fadə etməyə cəhd göstərirdilər. Lakin fəhlələr onları dəf edir-
dilər. Bununla belə fəhlə partiyasının sağ başçıları hökumətin
bütün tədbirlərini müdafiə edirdilər. 1934-cü ildə onlar kral
Albertin dəfni və Leopoldun taxta çıxması mərasimi zamanı
monarxist kampaniyada iştirak etdilər. Fəhlə partiyasının
təşkilatlarında sağ rəhbərliyin siyasətindən narazılıq artırdı.
Belə şəraitdə hakim dairələr 1935-ci ildə Fəhlə partiyasından
Vandervalde, de-Man, Spaakın daxil olduqları Ban-Zeyelandın
başçılığı altında «milli ittifaq» hökuməti yaratmağı qət etdilər.
Beynəlxalq aləmdə SSRİ-nin rolunun artması yeni hökuməti
1935-ci ilin iyulunda SSRİ ilə diplomatik əlaqələr yaratmağa
məcbur etdi. Hökumətin yeni maliyyə tədbirləri və davam edən
kapitalist səmərələşdirilməsi ölkədə işsizliyin daha da
artmasına səbəb oldu.
1936-cı il parlament seçkilərində Katolik ittifaqı və Li-
berallar partiyasının tərəfdarlarının bir hissəsi öz səslərini
inhisarçı kapitalın ən mürtəce qrupları, həmçinin alman
nasistləri ilə sıx əlaqədə olan faşistlərə verdilər.
245
Lakin 1936-cı ilin oktyabrında fəhlələr faşistlərin çevriliş
cəhdinin qarşısnı aldılar. 1939-cu ildə keçirilmiş seçkilərdə isə
faşist qrupları məğlubiyətə uğradılar. Yenə də hakim dairələr
«azad əllər» siyasətinə keçdiklərini söyləyərək, hitlerçilərə
güzəştə getməklə alman faşizminin təcavüzkarlıq siyasətinə
kömək edirdilər.
İkinci dünya müharibəsi ərəfəsində ölkənin iqtisadi və-
ziyyəti yenə də gərgin olaraq qalırdı. 1938-ci ilin sonunda iş-
sizlərin sayı 400 mindən çox idi.
Avropada silahlanma Belçikanın iqtisadiyyatına getdikcə
daha çox təsir göstərirdi. Hərbi məqsədlər üçün lazım olan
malların, xüsusilə kömürün istehsalı və ixracı artmışdı. Anter-
verpen limanının yük dövriyyəsi xeyli çoxalmışdı. Konqoda
hasil edilən strateji xammal ticarətin genişlənməsində mühüm
rol oynadı. Belçikanın xaricə uzun müddətə qoyduğu kapitalın
miqdarı 1953 milyon dollar idi. Bu dövrdə Belçikanın təkcə
ölkə daxilində deyil, beynəlxalq miqyasda da tanınan «Sosyete-
Jeneral», «Solvey», «Bank de Brüssel» və başqaları kimi
nüfuzlu inhisarları var idi.
İkinci dünya müharibəsi zamanı Belçika da alman
işğalına məruz qalan ölkələrdən biri oldu.
246
NIDERLAND
Niderland Birinci dünya müharibəsindən sonrakı ilk
illərdə (1918-1923-cü illər)
Birinci dünya müharibəsi başlanarkən Niderland öz bitə-
rəfliyini elan etsə də, müharibə edən tərəflərə xammal, ərzaq,
sənaye malları, silah və digər material satmaq hesabına xeyli
varlandı. İnhisarların sayı çoxaldı. İstər «Royyal-Datç Şell»
ingilis-holland neft tresti kimi beynəlxalq xarakter daşıyan, is-
tərsə də Filipsin elektrik konserni və digər ölkə daxilində fəa-
liyyət göstərən başqa inhisar birliklərinin rolu xeyli artdı.
Müharibə zəhmətkeşlərin vəziyyətinə çox pis təsir gös-
tərdi. Yeyinti məhsullarının qiymətləri artdı. 1918-ci ildə ərzaq
kartoçkaları tətbiq edildi. İşsizlərin sayı xeyli çoxaldı. Bütün
bunlar hakim dairələri məcbur etdi ki, 1917-ci ildə kişilər üçün
ümumi seçki hüququ haqqında qanun verilməsinə razı olsunlar.
Niderlandın siyasi həyatında XIX əsrin sonundan başla-
yaraq xalq içərisində kilsənin geniş yayılmış nüfuzundan hakim
siniflərin mənafeləri üçün istifadə edən burjua-klerikal (istər
kapitalist və istərsə katolik) partiyaları əsas rol oynayırdılar. Bu
partiyalar parlamentdə tam əksəriyyətə malik idilər. Bütün
bunlara baxmayaraq, 1918-ci ilin iyulunda aşağı palataya keçi-
rilmiş seçkilərdə Sosial-demokrat fəhlə partiyası əvvəlki
seçkilərdən fərqli olaraq daha çox mandat aldı. Ancaq yenə də
katolik partiyası hökumətdə əsas yer tuturdu.
1918-ci ildə ölkədəki inqilabi hərəkatın təsiri altında ka-
tolik partiyasının rəhbərləri bir sıra ictimai islahatlar keçirmək
üçün proqram tərtib etməyə məcbur oldular. Onlar 8 saatlıq iş
gününü tətbiq etməyi, müştərək müqavilələrin açıq bağlanma-
sına icazə verməyi, pensiyaları artırmağı və s. vəd etdilər.
1919-cu ilin aprelində ölkədə inqilabi hərəkatın təsiri altında
Niderland Kommunist Partiyası yaradıldı. 1918-ci ilin sonu –
1919-cu ilin əvvəllərində 8 saatlıq iş günü tətbiq edildi. 1919-
cu ilin iyulunda verilmiş qanuna görə 45 saatlıq iş həftəsi təyin
247
edildi. Aşağı palataya seçilmək hüququ qadınlara da şamil
edildi. Qocalar və əlillər üçün pensiyalar artırıldı, pensiya alan
şəxslər üçün yaş həddi azaldıldı. «Gent ictimai sığorta sistemi»
adlanan sistem (həmkarlar ittifaqları üzvlərinin işsizlikdən sı-
ğorta edilməsində dövlətin iştirakı və s.) tətbiq edildi.
1920-ci ilin sentyabrından başlayaraq Niderland iqtisa-
diyyatı böhran dövrünə qədəm qoydu. İstehsal azaldı, xarici ti-
carət xeyli ixtisar edildi. İşsizlərin sayı artdı. Tətillər başlandı.
1922-ci ilin iyulun 3-də iş həftəsinin uzadılması haqqında par-
lament tərəfindən qəbul edilmiş qanun qüvvəyə mindi. Beləlik-
lə də fəhlələrin 1919-cu ildə qazandıqları nailiyyətlər əlindən
alındı.
1922-ci ilin iyulunda mühafizəkar qüvvələrin güclənməsi
şəraitində keçirilmiş parlament seçkilərində klerikal partiyalar
xeyli çoxluq qazanaraq qələbə əldə etdilər. Yeni hökumət
ictimai sığorta xərclərini, dövlət qulluqçularının əmək haqqını
və s. olduqca azaltdı. 1922-1923-cü illərin tətilləri nəticəsində
fəhlələr tələblərinin bir hissəsini hökumətə qəbul etdirə bildilər.
Niderland 1924-1929-cu illərdə
Niderlandda kapitalizmin qismən sabitləşməsi dövrü
burjuaziyanın zəhmətkeşlərin yaşayış
səviyyəsinə
və
hüquqlarına hücum etməsi ilə səciyyələnirdi. İndoneziyanın
müstəmləkə istismarının gücləndirilməsi də mühüm rol
oynayırdı. Ölkədə 1929-cu ildə 1400 nəfər milyoner var idi.
1930-cu ildə 20 min hektar sahəsi olan polderlərin qurudulması
başa çatdırıldı. Əvvəllərdə olduğu kimi, yenə də ölkədə və
onun müstəmləkələrində ingilis kapitalı böyük rol oynayırdı.
Alman kapitalının da Niderlanda nüfuzu güclənmişdi.
248
Niderland dünya iqtisadi böhranı illərində və İkinci
dünya müharibəsi ərəfəsində
Dünya iqtisadi böhranı 1930-cu ildə ölkənin bütün iqtisa-
diyyatını bürüdü və 1932-1933-cü illərdə daha kəskin şəkil
aldı. Ölkə iqtisadiyyatının vasitəçilik xarakteri daşıyan ticarət,
nəqliyyat və müstəmləkə xammal emalı ilə əlaqədar olan əsas
sahələri daha çox böhran keçirirdi. Ölkənin və onun müstəm-
ləkələrinin xarici ticarəti yarıdan çox azalmışdı. 1933-cü ildə
işsizlərin sayı yarım milyona çatırdı. İşsizlər hərəkatı geniş-
lənirdi. Koleynin başçılıq etdiyi «milli birlik» hökuməti bu
hərəkatı yatırmaq üçün polis, zirehli avtomobilləri və topları işə
salmışdı.
Niderlandın iqtisadiyyatı 1933-cü ilin sonunda tədricən
böhran vəziyyətindən çıxmağa başladı. 1938-ci ildə xaricdə və
müstəmləkələrdə qoyulmuş Niderland kapitalının ümumi
məbləği 4 milyard 818 milyon dollar idi. Xaricə kapital qoyu-
luşuna görə Niderland kapitalı ingilis və amerikan kapitalından
sonra üçüncü yeri tuturdu. Buna baxmayaraq, ölkənin iqtisadi
vəziyyəti heç də möhkəm deyildi. Əgər 1937-ci ilin iyulunda
sənaye istehsalı 1929-cu il səviyyəsini ötüb keçmişdisə, həmin
ilin sonunda yenə də aşağı düşdü. 1938-ci ildə işsizlərin sayı
439 minə çatırdı.
İşsizlərin narazılığından böhran illərində meydana çıxmış
müxtəlif faşist təşkilatları istifadə etmək istədilər. Bu təşki-
latlardan ən fəalı Hitler Almaniyası irlə sıx surətdə bağlı olan
və Niderlandda pozuculuq fəaliyyəti gxöstərən Mussertin «Na-
sional-sosialist hərəkatı» idi. O, ölkədə faşizm qurmaq və
Niderlandı Almaniyaya qatmaq məqsədini güdürdü. 1935-ci il
parlament seçkilərində faşistlər 8% səs aldılar. Fəhlələrin çoxu
yenə də sosial-demokratların ardınca gedirdi. 1937-ci il seç-
kilərində bütün seçicilərin 22%-i səslərini sosial-demokratlara
vermişdi.
249
İkinci dünya müharibəsi ərəfəsində hakim dairələr faşist
təşkilatları ilə mübarizə aparmırdılar. Xarici siyasətdə onlar
bitərəflik elan edərək ölkəni müdafiəyə hazırlamır, Hitler Al-
maniyası və militarist Yaponiyasının təcavüzkarlığını sakitliklə
qəbul edirdilər.
Bu siyasət isə Niderlandın da Almaniya tərəfindən İkinci
dünya müharibəsində işğalına gətirib çıxartdı.
250
Dostları ilə paylaş: |