SƏmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə16/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   13   14   15   16   17   18   19   20   21
ms a&aoeyt


 
1933-cü ildə keçirilən VII Panameraikan konfransında 
ABŞ Latın Amerikası dövlətlərinin daxili işlərinə 
«qarışmayacağını» bildirdi. Tədricən ABŞ-la «mehriban 
qonşuluq»  əmələ  gəlməyə başladı. Yeni hökumətin siyasəti 
xarici kapitaldan asılılığı artırdı. Almaniyada faşistlər 
hakimiyyətə  gəldikdən sonra Argentinada İtaliya və Almaniya 
mühacirləri faşist partiyası yaratdılar. Lakin demokratik 
qüvvələr faşizmlə mübarizəyə qalxdılar. 1933-cü ilin mayında 
Buenos-Ayresdə faşizmə qarşı mübarizə komitəsi təşkil edildi. 
1935-ci ilin birinci yarısında Argentinada tətil hərəkatı 
gücləndi. Xalq cəbhəsi yaradılmasa da, müxalifətdə dayananlar 
1936-cı ilin martında mühüm müvəffəqiyyət qazandılar. İrticaçı 
qüvvələr konstitusiyanın bərpasından qorxaraq yeni dövlət 
çevrilişinə hazırlaşmağa başladılar. Buenos-Ayres əyalətinin 
qubernatoru öz əyalətində Kommunist Partiyasının fəaliyyətini 
qadağan etdi. Xusto hökuməti həmkarlar ittifaqı üzərində 
dövlət nəzarəti təşkil etdi.  
Demokratik ideyaların təbliğinə görə  həbs cəzası veril-
məsi haqqında qanun verildi. Deputatlar palatasındakı mü-
xalifətçi deputatlar – radikallar, sosialistlər, mütərəqqi demok-
ratlar Xalq Cəbhəsi adı altında blok düzəltdilər. Lakin sonra 
sosialistlər və radikallar bu blokdan ayrıldılar. 
Sol partiyalar 1937-ci ilin noyabrındakı prezident seç-
kilərində müstəqil çıxış etdilər, irticadan qorxaraq vahid blok 
təşkil etmədilər. Ortis prezident seçildi. Sağlar yenə  də qalib 
gəldilər.  
Xarici siyasətdə onlar ABŞ-ın təzyiqinə qarşı durmaq 
üçün faşist millitarist blokuna meyl edirdilər.  

 
283
İkinci dünya müharibəsi zamanı Argentina əvvəl 
bitərəfliyini elan etdi. Bu vəziyyət iqtisadi inkişafın 
srüətlənməsinə kömək etdi. Sənayenin yeni sahələri yaradıldı. 
İşsizlik, demək olar ki, ləğv edildi. İqtisadi yüksəliş baş verdi. 
1940-cı ildən prezident vəzifəsini Ortisin yerinə Ramon 
Kastilyo yerinə yetirməyə başladı 1943-cü ilə  qədər o, bu 
vəzifədə qaldı. Ölkədə mövcud rejim sərtləşdirildi. Almaniya 
və onun müttəfiqləri ilə  əlaqələr genişləndirildi. Müharibə 
illərində hökumətin daxili və xarici siyasətindən narazılıq onun 
xalq kütlələri tərəfindən devrilməsinə  gətirib çıxartdı. Yeni 
hökumətə  əvvəl Artero Ramson, sonra isə    Ramiris  başçılıq 
etdi. Ramiris Argentina hökumətinin müvəqqəti prezidenti 
seçildi. 1944-cü ilin fevral ayında Ramirisin istefasından sonra 
onu general Ferral əvəz etdi. Argentina hökuməti 1945-ci il 
martın 27-də Almaniya bloku ölklələrinə müharibə elan etdi.  
 
284
 MEKSİKA 
 
1910-1917-ci illər inqilabının başa çatması və onun nəticələri 
 
Meksikada1910-1917-ci illər inqilabı xarici 
imperialistlərə  və mülkədarlara qarşı çevrilmişdi. 1917-ci il 
yanvarın 31-də konstitusiya qəbul edildi. Bu konstitusiyada 
aqrar məsələ radikal həllini tapdı. Kəndli hərəkatının rəhbərləri 
Emiliano Sapata, Panço Vilya torpağın və xarici kapitalistlərin 
mülklərinin milliləşməsi  məsələsinin konstitusiyada öz əksini 
tapmasına nail oldular. Konstitusiyaya əsasən təbii sərvətlər 
Meksika xalqına məxsus idi. Kilsə daşınmaz əmlakdan məhrum 
edilməli, dini məktəblər bağlanmalı idi. 8 saatlıq iş günü 
müəyyən edildi, fəhlələr həmkarlar ittifaqında birləşə bilərdilər. 
1916-cı ildən ölkənin prezidenti Venustiano Karranso idi. 
O, aqrar məsələni həll etməyə tələsmədi. 1919-cu ilin yazında 
Sapata öldü. İqtisadi vəziyyətin ağırlığı inqilabi şərait yaratdı. 
1918-ci ilin mayında Meksika regional fəhlə konfe-
derasiyası (KPOM), 1919-cu ilin sentyabrında Meksika 
Kommunist Partiyası   yaradıldı. 
Xırda və orta burjuaziya Karransonun siyasətindən narazı 
idi, çünki o konstitusiyanı  həyata keçirməyə  tələsmirdi.1910-
1917-ci illər inqilabinın təşkilatçılarından olan general Obreqon 
Karransonu inqilaba xəyanətdə  təqsirləndirdi. Obreqonın  
rəhbərliyi altında 1919-cu ilin dekabrında Meksika fəhlə 
(laborist) partiyası yaradıldı. Bu partiya bitərəf mövqedə 
dururdu. 1920-ci ilin mayında Obreqon KROM-a arxalanaraq 
dövlət çevrilişi etdi, Karranso öldürüldü. Sonra Obreqon 
prezident seçildi. «Böyük və çiçəklənən Meksika» yaratmaq 
«İnqilabi kuaudilizmin» başlıca məqsədi elan edildi. 
Prezidentin  əlində böyük səlahiyyət toplanmışdı. Xırda 
burjuaziya aparatda çoxluq təşkil edirdi. 1921-1923-cü illərdə 
kəndlilərə 600 min ha torpaq paylandı. Böyük Britaniyadan 

 
285
başqa 1923-cü il avqustunadək başda ABŞ olmaqla bütün 
dövlətlər Obreqon hökumətini tanıdılar. 
1923-cü ilin sonu, 1924-cü ilin əvvəllərində iqtisadi və-
ziyyət yaxşılaşdı. Obreqonın siyasətinə qarşı latufindistlər, iri 
burjuaziya, katolik kilsəsinin ali təbəqəsi çıxış edirdilər. Mülkə-
darlar «ağ qvardiya» təşkil edərək 1923-cü ilin iyulunda kəndli 
hərəkatının rəhbəri Panço Vilyanı öldürdülər. 
 
Meksika kapitalizmin nisbi sabitləşməsi dövründə 
1924-cü ilin yayında prezident Plutarko Elios Kalyes 
seçildi. O, Obreqonın siyasətini davam etdirəcəyinə söz verdi. 
1928-ci ilə  qədər kəndlilərə 3,2 milyon ha torpaq verildi. 30 
milyon ha torpaq yenə  də  xaricilərin  əlində idi. 1925-ci il 
dekabrında «Neft qanunu» qəbul edildi. 1917-ci ilin  mayın 1-
dək neftli torpaq almış xaricilərə 50 ilə  qədər həmin neftli 
torpaqlar icarəyə verilə bilərdi.  
Xarici siyasətdə Meksikanın milli maraqları nəzərə alınır-
dı. 1924-cü il Meksika SSRİ ilə diplomatik münasibətlər 
yaratdı. 
Milli burjuaziya hakimiyyət başında olsa da, iqtisadiyyata 
hakim mövqeni o tutmurdu. Əsas sahələrdə – dağ-mədən, neft, 
emal sənayesində xaricilər ağalıq edirdilər. ABŞ-ın Meksikaya 
kapital qoyuluşu 1913-1929-cu ilədək iki dəfə artdı. ABŞ 
sahibkarlarının  əlində 20-ci illərdə ölkənin bütün torpaq 
fondunun 
8
1 -i var idi. ABŞ tələb edirdi ki, neftli torpaqlar üçün 
qoyulan müddət götürülsün. 
Kalyes hökumətinə qarşı feodal-klerikal irtica çıxış etdi. 
1926-cı ilin iyulunda 1917-ci il konstitusiyasına əsasən kilsənin 
siyasi fəaliyyətlə  məşğul olması qadağan edildikdə katoliklər 
baykot taktikasından istifadə etdilər. 1927-ci il yanvarda 
«Xristos» qiyamı baş verdi. «Yaşasın Xristos» şüarı  səsləndi. 
Krerikal irticaya qarşı milli burjuaziya və fəhlə sinfi çıxış etdi. 
 
286
KROM da, kəndlilər də hökumətə kömək etdi. Lakin ABŞ 
qiyamçılara gizli kömək etdi. Ali məhkəmə 1925-ci ildə qəbul 
edilmiş neft haqqında qanunu konstitusiyadankənar hesab etdi. 
Bütün bunlarla bərabər, neft yenə də milli sərvət kimi qaldı. 
Kalyes hökumətinin güzəşti Vaşinqtonda bəyənildi. Sağa 
doğru dönüş baş verdi. Hakimiyyətdə olan xırda burjuaziya 
nümayəndələri iri mülkiyyətçilərə çevrildilər. Onlar artıq sosial 
«eksperimentləri» dayandırmağı tələb edirdilər. 
1928-ci il iyulunda Obreqon yenidən prezident seçildi. 
Lakin iki həftədən sonra o, bir fanatik-katolik tərəfindən öldü-
rüldü. 1928-ci il sentyabrında müvəqqəti prezident Emilio 
Portes Xil seçildi. 1929-cu ildə ölkədə yeni prezident seçkiləri 
keçirildi. Ortis Rubio prezident seçildi. Kalyes isə  hərbi nazir 
oldu. 
1929-cu ilin mart-aprelində 18 min əsgərin iştirak etdiyi 
44 generalın qiyamı baş verdi. Bu dövrdə Meksika ordusunun 
sayı 56 min idi. Hökumət qoşunlarına Kalyes başçılıq etdi. 
Partizan dəstələrinin köməyi ilə qiyam yatırıldı.  
1929-cu ilin iyununda Kommunist partiyası qadağan 
edildi. Kilsəyə güzəşt edildi. 
Kalyesin təşəbbüsü ilə 1929-cu ildə Milli inqilabi partiya 
(MİP) yaradıldı. Tərkibi burjua, mülkədar, xırda burjua, 
kəndlilərin nümayəndələrindən ibarət idi. Kalyes xüsusi 
həmkarlar mərkəzi olan əmək palatasını təşkil etdi. 
 
Meksika dünya iqtisadi böhranı dövründə və İkinci dünya 
müharibəsi əpəfəsində  
 
Meksikaya dünya iqtisadi böhranı ağır təsir etdi, gümüş, 
qızıl, mis, sink istehsalı azaldı. Ölkədə 1 milyon işsiz var idi. 
1930-cu ildə aqrar islahat dayandırıldı.  Şəkər qamışı, banan 
plantasiyaları,  əsasən, xarici kompaniyaların  əlində idi. Onlar 
da iflas etdi. 

 
287
Siyasi həyatda bütün rəhbərlik Kalyesin əlində toplan-
mışdı. O, «İnqilabın ali rəhbəri» hesab edilirdi. 1930-cu ildə 
ABŞ-ın təzyiqi ilə Meksika SSRİ ilə diplomatik münasibətləri 
kəsdi. 
1932-ci ildə Ortısın istefasından sonra Abelyardo 
Rodriges prezident seçildi. 
MİP-nin sol qanadı hökuməti məcbur etdi ki, 1933-cü il-
də aqrar islahatlar keçirsin. Həmçinin altı illik proqram qəbul 
edildi. Bu proqramda milli sənaye yaradılması, kənd 
təsərrüfatının inkişafının  təşkil edilməsi nəzərdə tutulurdu. 
1933-cü il oktyabrda Meksikada kəndli və  fəhlə ümumi 
konfederasiyası yaradıldı. 
1934-cü ildə  MİP-nın sol qanadına məxsus olan Lasaro 
Kardenas prezident seçildi. O, hələ Miçoakan ştatında 
qubernator olanda korrupsiyaya qarşı mübarizədə  şöhrət 
qazanmışdı. Kardenas Kalyesin dediklərin etmədi. 
Kommunist partiyası leqallaşdırıldı, demokratik 
azadlıqlar bərpa edildi. Kalyesin qəsd yolu ilə Kardenası 
devirmək cəhdi baş tutmadı. Kalyes ABŞ-a sürgün edildi. 
Kalyesə məxsus əmlak dövlət tərəfindən müsadirə edildi. 
1936-cı ilin fevralında Meksika zəhmətkeşlər 
konfederasiyasının təşkilindən sonra Meksikanın ictimai-siyasi 
həyatında fəhlə sinfinin rolu artdı. 40 saatlıq iş həftəsi müəyyən 
edildi, kollektiv müqavilələr bağlanılmasına icazə verildi
xaricilərə  məxsus müəssisələr, dəmiryollar milliləşdirildi.  Ən 
iri addım 1938-ci ilin martında neft sənayesinin 
milliləşdirilməsi idi. Bu sənayenin  əksəriyyəti  İngiltərə  və 
ABŞ-a məxsus idi. Bu zaman ölkədə 17 amerikan və ingilis  
neft kompaniyası var idi. ABŞ Meksikaya iqtisadi sanksiya 
tətbiq etdi, ondan gümüş almadı. Böyük Britaniya və onun 
dominionları isə Meksikadan neft məhsulları almadı. Avropa 
ölkələrinin çoxu da onlara qoşuldu. 
 
288
Bu dövrdə 18 milyon ha torpaq 1 milyon kəndliyə pay-
lanıldı. Lakin yenə də mülkədarların əlində 80 milyon ha torpaq 
qalırdı. 
1934-1940-cı illər islahatlarının mütərəqqi xarakter daşı-
ması Meksikanın müstəqilliyini artırdı. Latın Amerikası ölkələ-
rindən ancaq Meksika İspaniya respublikasına kömək etdi. 
Kardenas hökumətini geniş xalq kütlələri müdafiə etdi. 1938-ci 
il martında Milli İnqilab Partiyası Meksika inqilab partiyası ad-
landı. Onun – fəhlə, kəndli, hərbçilər, xalqın digər təbəqələrini 
əhatə edən bölmələri yaradıldı. 
Hərbi qiyam yolu ilə 1938-ci ilin yazında Kardenası de-
virmək cəhdi baş tutmadı. Bu cəhd üçün bəhanə guya 
Meksikada kommunizm təhlükəsi idi. 
Kardenasın dövründə toxuculuq, tikinti, yeyinti sənayesi, 
xarici ticarət inkişaf etdi. 
1940-cı ilin iyulunda mühafizəkar qüvvələr Avilla Kamo-
çonun prezident seçilməsinə nail oldular. Kardenasın işini 
davam etdirəcəyinə söz versə də, onun dövründə ölkədə ABŞ-
ın təsiri gücləndi. 
1941-ci ilin dekabrınadək Meksika faşist-millitarist bloku 
ilə diplomatik münasibətləri kəsmədi. Ancaq ABŞ-ın təsiri 
altında 1942-ci il mayında onlara müharibə elan etdi. 1942-ci 
ilin noyabrında Meksika SSRİ ilə diplomatik münasibətləri 
bərpa etdi. 
Hərbi  əməliyyatların Meksika  ərazisində aparılmaması 
ölkə iqtisadiyyatının inkişafına əlverişli şərait yaratdı .  
1945-ci ilin fevral-mart aylarında müharibə  və sülh 
məsələlərini müzakirə etmək üçün Meksikada Amerika 
ölkələrinin xarici işlər nazirlərinin keçirilən konfransında 
“Çapıltəpək bəyannaməsi”  (Çapıltəpək Mexikoda qəsr adıdır) 
qəbul edildi. Amerika ölkələrinin təcavüzdən birgə müdafiə 
prinsipinə sadiq qalmaları onun əsas məzmununu təşkil edirdi. 
Konfransda ABŞ-ın təklifi ilə  qəbul edilən “İqtisadi 

 
289
xartiya”adlı  sənəddə iqtisadi və gömrük məsələlərində 
maneələrin tədricən aradan qaldırılmasından bəhs edilirdi.   
 
290
ÇİLİ 
      1918-1923-cü illərdə iqtisadi vəziyyət və sinfi mübarizə 
Birinci dünya müharibəsində Çili xeyli gəlir  əldə etdi. 
Lakin Birinci dünya müharibəsi qurtaran kimi Çili misinə olan 
təlabat da azaldı. Xüsusilə selitra sənayesinə böyük ziyan 
dəydi. 1919-cu ildə selitra istehsalı 1917-ci illə müqayisədə iki 
dəfə azaldı. Həmçinin xeyli mis yataqları və kömür qazmaları 
bağlandı.  İqtisadi vəziyyətin pisləşməsi sinfi mübarizəni kəs-
kinləşdirdi. Çilinin fəhlə sinfi Latın Amerikası fəhlə sinfinin ən 
qabaqcıl dəstəsi idi. Luis Emilio Rekabarren Çili Sosialist 
partiyasının yaradıcılarından və rəhbərlərindən biri idi. 
1920-ci ilin prezident seçkiləri çox çətin bir şəraitdə keçi-
rildi. Hakimiyyətdə olan mühafizəkarlar partiyası əsasən torpaq 
aristokratiyasının mənafeyini müdafiə edirdi, kifayət qədər 
populyar idi, lakin qələbə əldə edə bilmədi. Mühafizəkarlar par-
tiyasının təşkil etdiyi Milli Alyansa qarşı liberal-burjua par-
tiyalarını birləşdirən Liberal Alyans çıxış etdi və seçkilərdə 
onun nümayəndəsi Arturo Alessandri daha çox səs aldı və pre-
zident seçildi. Onun qələbəsində sosialist partiyasının da mü-
hüm rolu oldu. Hökumət seçkiqabağı "Liberal alyans və ya 
inqilab"  şüarı altında çıxış edərək hakimiyyətə  gəldiyi üçün 
seçkiqabağı verdiyi bir çox vədləri həyata keçirdi. 8 saatlıq iş 
günü, məzuniyyət və istirahət günü qanuniləşdirildi, ictimai sı-
ğorta həyata keçirildi, fəhlələrin həmkarlar ittifaqlarında birləş-
mək hüququ tanındı. Bununla belə daha əsaslı  dəyişikliklər 
yenə də həyata keçirilmədi. 
1922-ci ilin yanvarında Çili Kommunist Partiyası ya-
radıldı. 
 
Çili kapitalizmin nisbi sabitləşməsi dövründə 
 
 Alessandrinin 
hökuməti siyasi cəhətdən möhkəm deyildi. 
Amerikapərəst polkovnik Karlos İbanyes başda olmaqla ölkədə 
diktatura qurulmasına ciddi hazırlıq gedirdi. 1925-ci ilin av-

 
291
qustun 30-da hökumət icraedici hakimiyyəti gücləndirən kons-
titusiya islahatları keçirdi. Prezident altı il müddətinə seçilir və 
qeyri-məhdud səlahiyyətlərə malik idi. Bu islahat diktaturaya 
keçməyi asanlaşdırdı. 1927-ci ilin fevralında amerikan imperia-
lizminin və torpaq sahibləri oliqarxiyasının köməyi ilə Karlos 
İbanyes hakimiyyəti zəbt etdi. Çilidə diktatura dövrü başlandı. 
Kommunist partiyası qanundankənar elan edildi və gizli fəa-
liyyətə keçdi. Müsəssisələrdə  sənaye ittifaqları adlanan təş-
kilatlar yaradıldı. Hökumətin sərəncamı ilə sahibkarlar öz gə-
lirlərinin 2%-ni bu təşkilatların ixtiyarına verir, həm də ayrılmış 
bu məbləğin dörddə üçü ittifaq üzvləri, yəni fəhlələr arasında 
bölüşdürülməli idi. 
İbanyes Çilidə faşist xarakterli korporativ təşkilatlar ya-
ratmaq istəyi ilə 1929-cu ildə  fəhlə  və qulluqçuların respubli-
kaçı Mülki fəaliyyət konfederasiyasını  təşkil etdi. Diktator 
ölkəyə amerikan kapitalının soxulması üçün geniş  şərait 
yaratdı.  İngilis kapitalistləri arxa plana sıxışdırıldılar.  İngilis 
imperialistlərinin nəzarəti altında olan «Selitra istehsalçıları 
Assosiasiyası»  əvəzinə  İbanyes «Çili selitra kampaniyası» 
(«Kosaç») adlanan və  əslində amerikan kapitalının nəzarəti 
altında olan təşkilat yaratmaq haqqında dekret verdi. Eyni 
zamanda amerikan kampaniyalarına  ən mühüm konsessiyalar 
verildi. 
 Çili dünya iqtisadi böhranı illərində və İkinci dünya  
müharibəsi ərəfəsində 
 
Dünya iqtisadi böhranı Çili iqtisadiyyatına çox ağır təsir 
etdi. Mis əridilməsi 1932-ci ildə 320 min tondan 103 min tona 
qədər azaldı. 1932-ci ildə Çilinin ixracı 8 dəfə, idxalı isə 7,5 
dəfə aşağı düşdü. Başlanan maliyyə böhranını zəiflətmək üçün 
Çili hökuməti xarici borcların ödənilməsini dayandırdı. 4 
milyon  əhalisi olan ölkədə 1932-ci ildə  işsizlərin ümumi sayı 
350 min nəfərdən çox idi. Nominal əmək haqqı 30-40%, real 
əmək haqqı isə daha çox azalmışdı. Ölkəni tətillər bürümüşdü. 
 
292
Kütləvi inqilabi hərəkatın nəticəsində diktator 1931-ci ilin 
iyulunda hakimiyyətdən  əl çəkməyə  və Argentinaya qaçmağa 
məcbur oldu. Dekabrda İbanyes hökumətinin nazirlərindən biri 
– Xuan Esteban Montero prezident oldu. Lakin tətillər davam 
etməkdə idi. Bəzi yerlərdə bu üsyana çevrilsə də, hökumət onu 
yatırmağa müvəffəq oldu. Kəndli hərəkatı da ölkəni bürüdü. 
İnqilabi hərəkatın və kütlələrin narazılığının artdığı bir 
şəraitdə orduya arxalanan burjua müxalifəti Montero hökumə-
tini devirmək üçün hazırlığa başladı. 1932-ci il iyulun 4-də pay-
taxt qarnizonunun üsyanı başladı  və ona bütün xalq qoşuldu. 
Nəticədə Montero hökuməti yıxıldı  və milli burjuaziyanın 
nümayəndələri olan Davila və Qrove tərəfdarlarının müvəqqəti 
koalisiyalı hökuməti təşkil edildi. Lakin tezliklə bu ittifaq 
parçalandı. 1932-ci il iyulun 12-də amerikapərəst siyasət 
yeridən Davila hökumətin tərkibindən çıxmağa məcbur oldu. 
Lakin Qrove hökuməti də verdiyi vədləri yerinə yetirə bilmədi. 
Belə şəraitdə Çilidə Kommunist partiyasının fəallaşması və bir 
sıra şəhərlərdə sovetlərin yaranması imperialist dairələri təşvişə 
saldı. Təşkil edildikdən iki həftə sonra Qrove hökuməti xarici 
imperialistlərin fəal köməyi nəticəsində devrildi, sovetlər isə 
qovuldu. 
1932-ci ilin oktyabrında terror şəraitində aparılmış prezi-
dent seçkilərində burjua-mülkədar partiyalarının köməyi nəticə-
sində Arturo Alessandri qalib gəldi və altı il hakimiyyətdə oldu. 
Alessandri ABŞ imperialistləri ilə sazişə  girdi.  O,  həmçinin 
Almaniya, İtaliya və Yaponiya kapitalının ölkəyə soxulmasına 
kömək edirdi. İspaniyada Frankonu müdfaiə edirdi. Lakin xalq 
bütün bunları laqeyd qarşılamağı bacarmadı. Belə ki, 1936-cı 
ildə kommunist, sosialist, radikal və demokratik partiyalar ara-
sında bağlanmış saziş nəticəsində xalq cəbhəsi hərəkatı təşkilat 
cəhətdən təşəkkül tapdı, buraya Çili zəhmətkeşlər Konfedera-
siyası da daxil oldu.  

 
293
1938-ci ilin oktyabrın 25-də keçirilmiş prezident seçkilə-
rində Xalq cəbhəsinin namizədi professor Pedro Adippe Serda 
bütün səslərin mütləq əksəriyyətini toplayaraq qalib gəldi. Xalq 
cəbhəsinin qələbəsi nəticəsində yaradılmış hökumət (bu 
hökumətin tərkibinə ragikallar, sosialistlər və demokratlar daxil 
idilər). Xalq cəbhəsi proqramını  həyata keçirməyi, zəhmət-
keşlərin maddi vəziyyətini yaxşılaşdırmağı, demokratik azad-
lıqların verilməsini təmin etməyi, mürtəce təşkilatlara qarşı 
mübarizə aparmağı, xarici inhisarların ağalığı  əleyhinə 
qanunlar verməyi bacarmadı. Proqramda göstərilən kəndlilərə 
maliyyə  və aqronomluq köməyini təşkil etmək. milli sənayeni 
hərtərəfli inkişaf etdirmək məsələsi də  həll edilmədi. 
Hakimiyyətə  gəldiyi gündən Xalq cəbhəsi hökuməti irticanın 
ciddi müqavimətinə rast gəldi. Xalq cəbhəsinin qələbəsinə 
qədər seçilmiş deputatlar palatası ölkədəki  əsil qüvvələr 
nisbətini  əks etdirmirdi. Bununla belə, inadlı mübarizə  nə-
ticəsində Çili fəhlə sinfi öz vəziyyətini bir qədər yaxşılaşdıra 
bildi. Bəzi mülki və demokratik azadlıqlar (yığıncaqlar, 
təşkilatlar, tətillər və s. hüququ) bərpa edildi. Lakin Xalq 
cəbhəsinin seçkiqabağı şüarı– «çörək, yaşayış və geyim» şüarı 
həyata keçirilmədi. 
İkinci dünya müharibəsində Çili Antihitler koalisiyasının 
tərəfində iştirak etdi. 
 
294
 KUBA 
Kuba birinci dünya müharibəsindən sonrakı ilk illərdə 
Birinci dünya müharibəsi illərində Kuba hökuməti və bu 
ölkədə yerləşən Amerikanın  şəkər qamışı plantasiyaları  və 
şəkər zavodlarının sahibləri Avropaya bu məhsulun ixracını 
artırmaq üçün bu sahəyə kapital qoyuluşunu xeyli artırdılar. 
Şimali Amerika inhisarçıları müharibə dövründə Kubada 
iqtisadiyyatın başlıca sahələrini demək olar ki, tamamilə 
özlərinə tabe etdilər. 1920-ci ildə Kuba şəkərinin dünya 
bazarında qiyməti kəskin surətdə  aşağı düşdü. Bu isə Kuba 
istehsalçılarının iflasına səbəb oldu. Bundan isə ABŞ 
inhisarçıları  məharətlə istifadə etdilər və onların  əlində  şəkər 
zavodları, enerji şəbəkələri, dəmir yolarının 50%-i, dağ-mədən, 
tütün sənayesinin xeyli hissəsi cəmləşdi. ABŞ hökuməti 
ölkənin daxili işlərinə qarışmağa başladı. Bu hadisələr ölkənin 
fəhlə sinfi, ziyalı və tələbələrində böyük narazılığa səbəb oldu. 
Tələbələr universitetlərə muxtariyyət verilməsini, təhsilin 
demokratikləşdirilməsini tələb edirdilər. 1925-ci ilin av-
qustunda Kuba Kommunist partiyası yaradıldı. 
Maçadonun diktaturası. 
1925-ci ildə Kubada prezident kürsüsünə iri sahibkar, 
Amerika imperializminin satilletlərindən olan Xerardo Maçado 
əyləşdi. Maçado hökuməti dərhal fəhlə və demokratik hərəkata 
qarşı  təqiblərə başladı. Kommunist partiyası qanundankənar 
elan edildi. Universitetlərin muxtariyyəti ləğv edildi, mütərəqqi 
həmkarlar ittifaqlarının fəaliyyəti qadağan edildi. Maçado 
"minlərlə sui-qəsd prezidenti" adını aldı. Maçado özünü fəxrlə 
"Antil Mussolinisi" adlandırırdı  və onun əsas dayağı  xırda və 
orta burjuaziya idi. Onun dövründə  işsizlik bir qədər azaldı. 
1933-ci ilə  qədər o, həmin vəzifədə qaldı. Maçadonun dikta-
turası dövründə də Kuba iqtisadiyyatı ABŞ-ın təsiri altında idi. 
1929-cu ildə Kuba iqtisadiyyatına qoyulan 1,8 milyard xarici 
kapitalın 1,5 milyard dolları ABŞ-a məxsus idi. Amerika inhi-

 
295
sarçılarının siyasəti ölkədə  şəkər qamışının istehsalına xüsusi 
diqqətdən ibarət idi. Həmin dövrdə  ən məhsuldar torpaqlar 
latufindistlərə  məxsus idi, ona görə  də ölkə  ən zəruri  ərzaq 
məhsullarını xaricdən alırdı.  
1929-cu il dünya iqtisadi böhranı Kuba iqtisadiyyatını 
sarsıtdı. Böhran Kubada ixracın azalmasına və çoxlu şəkər 
zavodlarının bağlanmasına səbəb oldu. Kubanın dörd milyon 
əhalisinin yarım milyonu işləmirdi. Ölkədə sosial ziddiyyətlər 
kəskinləşdi. 1930-cu ilin martında keçirilən 24 saatlıq ümumi 
tətildə Havananın 200 min zəhmətkeşi iştirak edirdi. Bu  
Maçado diktaturasına qarşı ilk inqilabi çıxış idi. Bu tətillərdə 
tələbələr, ziyalılar, xırda burjuaziya da iştirak edirdi. Belə bir 
gərgin vəziyyətdə burjuaziya müxalifəti də  fəallaşdı  və onun 
liderləri hətta 1931-ci ilin avqustunda silahlı üsyan yolu ilə 
Maçado diktaturasını devirməyə  cəhd etdilər, lakin alınmadı. 
Müxalifətdə olan burjua ziyalıları "ABŞ" adlı gizli təşkilat da 
yaratdılar. Bu təşkilat fərdi terror yolunu tutdu. 
Kuba xalqının antiimperialist mübarizəsi ABŞ-ı Latın 
Amerikası ölkələrinə qarşı apardığı siyasətin forma və metodla-
rına yenidən baxmağa məcbur etdi. ABŞ hökuməti diktaturanın 
inqilabi yolla devrilməsi təhlükəsindən qorxaraq Maçadonun 
dinc yolla istefaya göndərilməsini təşkil etməyi lazım bildi. 
1933-1935-ci illər inqilabı 
Vaşinqton tərəfindən təzyiq göstərilməsinə baxmayaraq 
Maçado hələ hakimiyyətdə qalırdı. 1932-1933-cü illərdə ölkədə 
vəziyyət daha da kəskinləşdi. Partizan müharibəsi başladı. 
1933-cü ilin avqustun 1-də Havanada başlanan tətil tezliklə 
ümumi tətilə çevrildi, inqilabi mübarizənin hərəkətverici 
qüvvəsi isə  fəhlə sinfi idi. 1933-cü ilin avqust ayının 12-də 
ABŞ səfirinin iştirakı ilə diktator məzuniyyətə getdiyini bildirdi 
və ölkəni tərk etdi. Maçadonun yerinə müvəqqəti prezident 
Karlos de Sespedes oldu. Təzə hökumətin tərkibinə burjua mü-
xalifətinin nümayəndələri və "ABŞ"-ın liderləri daxil oldular. 
 
296
Onlar ilk növbədə tətilləri dayandırmaq üçün ciddi ölçü götür-
məyi qərara gəldilər. Kuba sahillərinə ABŞ hərbi gəmiləri gəl-
dilər, ölkədə  hərbi vəziyyət elan edildi, nümayişlər qadağan 
edildi. Lakin inqilabi hərəkatı dayandırmaq mümkün olmadı. 
Maçado tiranlığının devrilməsi inqilabın başlanğıcı oldu. 1933-
cü ilin sentyabrın 4-5-ində Batistanın başçılığı altında qəsdçilər 
amerikanpərəst hökuməti devirdilər və Havana Universitetinin 
professoru Ramon Qrau San-Martininin başçılığı altında Mü-
vəqqəti inqilabi hökumət təşkil etdilər. Batista polkovnik 
rütbəsi aldı, silahlı qüvvələrin ştabının rəisi oldu.  
1933-cü ilin sentyabrında keçirilən tətillərdə  fəhlələr 
səkkiz saatlıq iş günü, əmək haqlarının artırılmasını  tələb 
edirdilər. 
ABŞ hökuməti bu hadisədən narahat olaraq Kubadakı öz 
vətəndaşalrının təhlükəsizliyini təmin etmək bəhanəsi ilə Kuba 
sahillərinə 30 gəmidən ibarət hərbi-dəniz eskadrası göndərdi. 
Latın Amerikası ölkələri bu məsələyə  kəskin etirazlarını 
bildirdilər. 
Qrau San-Martini hökuməti hakimiyyətə gələn kimi elan 
etdi ki, "Kuba kubalılar üçündür!" şüarı altında siyasət yeridə-
cəkdir. O, ABŞ-a üstünlük verən 1901-ci il konstitusiyasını tə-
xirə saldı, hökumətin özündə Müvəqqəti hökuməti devirmək 
cəhdi Batista tərəfindən amansızlıqla yatırıldı. Vaşinqton 
əvvəlki kimi Kubada yeni rejimi tanımadı  və onu "qayda-qa-
nun" yaratmağı bacarmamaqda günahlandırdı. Kuba hökumə-
tinə təzyiq göstərmək üçün Ağ ev ABŞ-a şəkər gətirilməsində 
kvota qoyulmasından və Kubanın iqtisadi vəziyyətinin ağırlı-
ğını yüngülləşdirməkdən imtina etdi. Qrau hökuməti öz üzvlə-
rindən biri, tələbə  hərəkatının görkəmli xadimlərindən olan 
Antonio Qiterasın təşəbbüsü ilə bir sıra mütərəqqi islahatlar 
keçirdi. Belə ki, səkkiz saatlıq iş günü, 44 saatlıq iş  həftəsi 
müəyyənləşdirildi. Bildirildi ki, həmkarlar ittifaqlarını tanımaq 
və onlarla kollektiv müqavilələr bağlamaq sahibkarların 

 
297
vəzifəsidir. Vacib hesab edilən malların qiyməti aşağı salındı. 
Havana Universitetinin muxtariyyəti bərpa olundu. Bütün bu 
tədbirlər xırda burjuaziya və  zəhmətkeşlərin xeyli hissəsinin 
Qrau hökumətini dəstəkləməsinə  səbəb oldu. Bununla bərabər 
hökumətin sağ qanadı Batistanın  ətrafında qruplaşaraq köklü 
islahatların həyata keçirilməsinə mane olmaq üçün hökumət 
əleyhinə burjua-mülkədar müxalifətin liderləri ilə gizli danışıq-
lara girdi. Qrau San-Martini hökumətini devirmək üçün görülən 
hazırlıq işində Havanadakı ABŞ  səfiri də yaxından iştirak 
edirdi. 
1933-cü ilin dekabr -1934-cü ilin yanvarında Kuba höku-
məti ABŞ inhisarçılarının mənafelərinə qarşı çevrilmiş bir sıra 
yeni tədbirlər həyata keçirdi. Hökumət Kuba-ABŞ şəkər kom-
paniyalarının müəssisələri və elektrostansiyalarının bir hissəsini 
öz idarəsi altına aldı; Şəkər qamışı plantasiyalarının fəhlələrinin 
əmək haqqı artırıldı. Maçado rejiminin tərəfdarlarına məxsus 
olan torpaqlar müsadirə edildi. 1933-cü ilin dekabrında 
Montevideoda keçirilən Panamerikan konfransında Kuba 
nümayəndəsi ABŞ-dan tələb etdi ki, "Platta düzəlişi"ndən  əl 
çəksin və    Müvəqqəti inqilabi hökuməti tanısın. Vaşinqton bu 
tələblə hesablaşmağa məcbur oldu, lakin bununla bərabər Kuba 
hökumətinin tərkibində dəyişikliklər edilməsini də təkid etdi  
1934-cü ilin yanvar ayının 14-də Batista ABŞ  səfirinin 
dəstəyi ilə prezident Qrau San-Martinini istefaya getməyə məc-
bur etdi. Qrau hökumətinin süqutu göstərdi ki, Kubanın milli 
burjuaziyası ABŞ imperializmi tərəfindən iqtisadi və siyasi 
təzyiqə qarşı müqavimət göstərməkdə acizdir. Çevrilişdən görd 
gün sonra ABŞ Kubanın yeni hökumətini tanıdı. Bu hökumətin 
tərkibinə burjua-mülkədar partiyalarının və «ABŞ»-ın sağ 
qanadının üzvləri daxil oldular. O dərhal fəhlə  və  kəndli 
hərəkatına qarşı hücuma başladı. Batistanın  əmri ilə ölkədə 
hərbi vəziyyət elan edildi, fəhlə  hərəkatının bir çox görkəmli 
xadimləri həbsxanalara salındı, həmkarlar ittifaqları buraxıldı. 
 
298
ABŞ Kubada yeni hökumətin mövqeyini möhkəmlətməyə 
çalışırdı. ABŞ-ın 1934-cü ilin may ayında Kuba ilə imzaladığı 
müqaviləyə  əsasən o, Kubanın Quantanamo hərbi-dəniz 
bazasında  əvvəlcədən  əldə etdiyi hüququ saxlayırdı. Siyasi 
dəstəklə yanaşı ABŞ Kuba hökumətinə iqtisadi yardım da 
göstərdi, bir çox Kuba mallarının tarifi aşağı salındı. Bu da 
Kuba iqtisadiyyatının inkişafına kömək etdi. 1934-cü ildən 
başlayaraq ABŞ mallarının Kubaya idxalı ikinci dünya müha-
ribəsi başlayana qədər üç dəfə artdı. 
Batista rejiminin sərtliyinə baxmayaraq 1934-cü ildə  də 
ölkədə fəhlə və kəndli hərəkatı davam edirdi. 1935-ci ilin mar-
tında 700 mindən çox zəhmətkeş  hərbi diktaturanın ləğv edil-
məsi, demokratik azadlıqların bərpası  tələbi ilə  tətil etsə  də, 
nəticəsi olmadı. 
1935-ci itlin mart tətilləri ilə 1933-1935-ci illərin burjua-
demokratik inqilabı başa çatmış oldu. Bu inqilabın məğlub ol-
masının  əsas səbəbi milli burjuaziyanın qorxaqlığı  və  qətiy-
yətsizliyi idi. 
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin