SƏmayə MƏMMƏD qızı mustafayeva


POLŞA  POLŞANIN MÜSTƏQİLLİYİNİN BƏRPASI



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   ...   6   7   8   9   10   11   12   13   ...   21
ms a&aoeyt


 POLŞA 
POLŞANIN MÜSTƏQİLLİYİNİN BƏRPASI 
 
 Birinci 
dünya 
müharibəsi dövründə Polşa hərbi əməliyyat 
meydanı idi. 1915-ci ilin yayında Almaniya və Avstriya-
Macarıstan Rusiyanın tərkibində olan Polşa krallığını tutdu. 
Rusiyada baş verən Fevral inqilabından sonra Polşada müs-
təqillik uğrunda mübarizə başlandı. 1918-ci il avqustun 29-da 
Sovet Rusiyası Polşanın müstəqilliyini tanıdı. 
1918-ci il noyabrın 6-7-də Polşa Sosialist Partiyası ilə 
Qalitsiya Sosialist Partiyası Lyublində müstəqil Polşa dövləti 
yaratdıqlarını elan etdilər. Təşkil edilən yeni hökumətə  İqnasi 
Daşınski başçılıq edirdi. Bu hökumət Polşanı Xalq Respub-
likası elan etdi, Müəssisələr məclisi çağırmağı  və demokratik 
islahatlar keçirməyi vəd etdi. Lakin o çox yaşamadı. 1918-ci il 
noyabrın 10-da Polşaya qayıdan Pilsudski Polşanı burjua 
dövləti yoluna keçirdi. 1918-ci il noyabrın 11-də Varşavadakı 
Naiblər şurası hakimiyyəti ona verdi. Daşinski hökuməti istefa 
verməli oldu və sağ sosialist Moraçevskinin başçılığı ilə yeni 
hökumət təşkil edildi. Polşanın müstəqilliyi 1918-ci ilin 
noyabrında bərpa olunmuş oldu. 
1918-ci ilin dekabrında Polşa və Litva SDP və Polşa 
Sosialist Partiyası birləşib PKFP-ni (Polşa Kommunist Fəhlə 
Partiyası)  təşkil etdilər. 
Polşanın qərb sərhədləri Versal sülh müqaviləsi ilə 
müəyyənləşdirildi. Lakin şərq sərhədlərini müəyyən etməkdə 
Antanta ölkələri Polşaya fəaliyyət azadlığı verdilər. 1919-cu 
ilin dekabrında Antantanın Ali Şurası  şərqdə Polşanın sərhəd 
xəttini təsdiq etdi. Bu xətt  şərti olaraq İngiltərənin xarici işlər 
naziri Kerzonun adı ilə "Kerzon xətti" adlandırıldı. 
Xalq artıq saikitləşdiyinə görə 1919-cu ilin yanvarın 
ortalarında Moraçevski hökumətini məşhur pianist, sağlara 
yaxın olan İqnasi Paderevskinin təşkil etdiyi hökumət əvəz etdi. 
 
186
O Polşa Xalq Demokrat partiyasının sağ qanadına mənsub idi. 
Bu hökumət 1919-cu ilin yanvarında Müəsisslər Seyminə 
seçkilər təyin etdi. Xalq Demokratlar partiyası (endeki adlanır) 
çox səs aldı. Kilsənin köməyi ilə Pilsudski «dövlət rəisi» 
vəzifəsini saxladı. 
Ölkədə 8 saatlıq iş günü müəyyən edildi, torpaq islahatı 
keçirildi. Bu kəndli hərəkatını zəiflətdi.  
1918-1920-ci ildə Polşa antisovet mudaxilədə  iştirak 
etdi. 1921-ci il  martın 18-də Polşa ilə Sovet Rusiyası arasında 
Riqa sülhü bağlandı. Bu sülhə görə  Qərbi Ukrayna və  Qərbi 
Belorusiya Polşaya verildi. Polşanın qəti sərhədləri 1923-cü 
ildə müəyyən edildi. 
1921-ci ilin martında Polşa Respublikasının konstitusi-
yası  qəbul edildi. Konstitusiyada respublika quruluşu təsbit 
olundu. Prezident hər iki palata tərəfindən 7 il müddətinə seçilir 
və ona mühüm səlahiyyətlər verilirdi. Pilsudski prezident 
seçildi. 1922-ci ilin noyabrında birinci parlament seçkiləri 
keçirildi. Demokrat partiyası xristian demokrat partiyası ilə 
blokda 444 yerdən 163 yer aldılar. Kəndli partiyası (Lyudovtsı) 
da mühüm yer tutdu. Bu partiyanın sağ qanadı «Pyast» (rəhbəri 
Vitos idi) sol qanad isə «Vızvolene» adlanırdı. Onlar seymdə 
25% səs aldılar ki, bu 125 yer demək idi. Sosialist partiyasının 
sol qanadı 141 mandat aldı, Prezident «Pyast»a yaxın olan 
Voytsexovski oldu. 1923-cü ilin mayında «Xyena-Pyast» 
hökuməti yaradıldı ki, onun da başında Vitos dururdu. 1923-cü 
ilin ortalarında inflyasiya artdı, qiymətlər qalxdı. Vitos höku-
mətindən narazılıqdan Pilsudski istifadə etdi. Tezliklə Vitos 
hökuməti  də istefaya çıxdı. 
 
Polşa kapitalizmin nisbi sabitləşməsi və dünya 
iqtisadi böhranı dövründə 
1924-1925-ci illərdə hökumətə məşhur iqtisadçı Qrabski 
başçılıq edirdi. O «daxili sülh, iqtisadiyyatın sağlamlaşdırıl-

 
187
massı»na nail olmaq istədisə  də, bacarmadı. Xarici  dövlətlər 
Almaniyaya istiqraz verdilər, Polşaya isə yox, bu isə onun 
beynəlxalq vəziyyətini çətinləşdirdi.  Ən böyük zərbə ona 
Lokarno (1925) konfransında dəydi, çünki bu konfrans alman-
Polşa sərhədinin təhlükəsizliyinə təminat vermədi. 
1925-ci ilin aqrar islahatı yalnız qolçomaqlara və mül-
kədarların bəzi qruplarına xeyir verdi. 1925-ci ilin fevralında 
Qrabski hökuməti Vatikanla konkordat (dini saziş) bağladı. 
Dövlət din üzərindəki nəzarətdən imtina etdi. Bütün ziddiy-
yətləri həll etməyə imkan tapmayan hökumətin 1925-ci ilin 
noyabrında vəziyyəti mürəkkəbləşdi. Qızıl standartı siyasətinə 
hücum başlandı, sənaye istehsalı azaldı, işsizlik artdı. 1926-cı 
ilin mayın 10-da «güclü əllər» hökuməti təşkil edildi ki, ona 
yenə  də Vitos başçılıq edirdi. 1926-cı ilin mayın 12-də 
Pilsudskinin general və zabitlərinin rəhbərlik etdiyi qoşunlar 
Varşavaya yürüş etdilər. Hökumət əleyhinə fəhlə sinfi də çıxış 
etdi. Nə hökumət, nə  də Polsudski vətəndaş müharibəsi 
istəmirdilər. Prezident Voytexovski və Vitos hökuməti istefa 
verdi. Professor Bartel hökumətin başçısı təyin edildi. Pilsudski 
seymin və senatın  əksəriyyət səsi ilə prezident seçildi. Həm-
çinin o, hərbi nazir və ordunun baş inspektoru vəzifəsini özünə 
götürdü. O, "sanasion" rejim yaradacağını elan etdi. 
"Sanasion" (sağlamlaşdırma) rejimin şüarı «Demokra-
tiya Pilsudski ilə, Pilsudski demokratiya ilədir» idi. Pilsudski 
siniflərin və partiyaların siyasətdən kənar olduğunu bildirdi. 
Parlamenti formal olaraq saxladı. Faktiki olaraq o, həm döv-
lətin daxili, həm də xarici siyasətinə  rəhbərlik edirdi. 
Pilsudskinin dayağı iri burjuaziya və mülkədarlar idi. O, Xalq 
Demokrat partiyasının (Xyena) nüfuzunu məhdudlaşdırmağa 
çalışırdı. Bu rejim tezliklə zəiflədi. Polşa İtaliya və Almaniyaya 
bənzəməyi bacarmadı. O kütləvi siyasi partiya yarada bilmədi.  
Kapitalizmin nisbi sabitləşməsi dövründə  işsizlik bir 
qədər azaldı, sənaye istehsalı artdı. 1926-1928-ci illərdə 700 
 
188
min ha torpaq kəndlilərə haqqı ödənilməklə verildi ki, bu kəndli 
problemini bir qədər həll etmiş oldu. Lakin kommunistlərə  və 
sosialistlərə qarşı kütləvi təqiblər hökumətdən narazılığı artırdı. 
Pilsudski öz tərəfdarlarından "bitərəf blok" yaratdı. 
Seymə  və senata 1928-ci ilin mart seçkiləri  ərəfəsində 
«Bitərəf bloka» cəmi 25% səs verildi, 31% səs isə sosialistlər 
topladılar. 
1928-ci ildə Polşada hələ başqa ölkələrdən qabaq 
iqtisadi böhran başlandı. Bu böhran 1935-ci ilə  qədər davam 
etdi. 1931-ci ildə 1,5 milyon adam işsiz idi. 1930-1935-ci 
illərdə 3 min sənaye müəssisəsi iflasa uğradı. 
Böhran "Sanasion" rejimin möhkəm olmadığını  yəqin 
etdi. 1930-1935-ci illərdə 10 hökumət dəyişildi. Bu hökumətlər 
«polkovniklərin hökuməti» adlanırdı. Sol partiyalarla «Mərkəz 
partiya»sı parlamentdə birləşib, «Sentrol» adlanmağa 
başladılar. Onlar konstitusiya və demokratiyanın bərpa 
olunması uğrunda çıxış edirdilər. 
1930-cu ilin yayında parlament buraxıldı, yeni seçkilər 
təyin edildi. Müxalif qüvvələr həbs edilib cəzalandırıldı  və 
Brest qalasına salındı. Bu  seçkilər «Brest seçkiləri» adını aldı. 
"Bitərəf blok" çox səs aldı. Seçkilərdən sonra Pilsudski hö-
kumətdən getdi, onu növbəti polkovnik əvəz etdi. Polşada təqib 
dalğası davam edirdi.  
 
Polşa İkinci dünya müharibəsi ərəfəsində 
Faşistləşmə meyli özünü 1935-ci il konstitusiyasında bir 
daha göstərdi. «Vahid və bölünməz dövlət», «tarix və allah 
qarşısında məsuliyyət» konstitusiyada öz əksini tapdı. Pilsudski 
prezident seçildi. Bütün dövlət orqanları ona tabe edildi. 
Hökumət parlamentə tabe olmadı. Avtoritar rejim yaranmış 
oldu. 1935-ci ilin mayında Pilsudski öldü. 
Polşanın Fransa və Kiçik Antantanın üzvü olan Ru-
mıniya ilə əlaqəsi yaxşı idi. 1932-ci ildə Polşa SSRİ ilə hücum 

 
189
etməmək haqqında müqavilə bağladı. 1934-cü ildə Polşa ilə 
Almaniya arasında silah işlətməmək haqqında bəyannamə 
imzalandı. 
Pilsudskinin silahlı qüvvələrin baş inspektoru yerini 
Rıda Smiqla tutdu. Prezident isə Mostsisski seçildi. Xarici işlər 
naziri Bek idi. 1935-ci ildə "Bitərəf blok" buraxıldı. 1937-ci 
ildə isə Milli birlik cəbhəsinin yaradıldığı elan edildi. Antifaşist 
mübarizə gücləndi.  
1937-1939-cu illərdə iqtisadi vəziyyət bir qədər yax-
şılaşdı. Visla və Sana çayları arasında Mərkəzi sənaye dairəsi 
yaradılmış oldu. Lakin bununla belə 1939-cu ildə ölkədə 240 
min işsiz var idi. 
Kənd təsərrüfatında da yüksəliş nəzərə çarpırdı. 
1938-ci ildə Kominternin qərarı ilə Polşa KP buraxıldı. 
İkinci dünya müharibəsi  ərəfəsində Polşa Almaniya və 
SSRİ əleyhinə olan xarici siyasət yeridirdi ki, bu da onun 1939-
cu ildə bu iki dövlət tərəfindən bölüşdürülməsinə səbəb oldu. 
 
190
ÇEXOSLOVAKİYA 
 
Çexoslovakiya respublikasının təşkili 
Birinci dünya müharibəsinin sonuna qədər Çexiya və 
Slovakiya Avstriya-Macarıstan imeriyasının tərkibində idi. 
Müharibədə "Dördlər  İttifaqı"nın məğlubiyyəti Çexiya 
xalqını da öz müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı. 
1918-ci ilin yanvar ayının 6-da çex deputatları Avstriya 
reyxstrat və seymindən Çexiyaya müstəqillik verilməsini tələb 
etdilər.  Lakin bu tələb rədd edildi.  
1918-ci ilin iyununda isə Parisdə  fəaliyyət göstərən çex 
siyasi partiyaları Milli komitə təşkil etdilər. Komitənin rəhbəri 
Tomas Masarik təyin edildi. 1918-ci ilin oktyabrın 28-də Milli 
Komitə müstəqil Çexiya dövlətinin yaradıldığını elan etdi. 
1918-ci ilin oktyabrın 30-da Slovakiya da Macarıstandan ay-
rıldığını  və Çexiya ilə birləşdiyini bildirdi. 1918-ci ilin no-
yabrın 14-də Milli Məclis Çexoslovakiyanı respublika elan etdi. 
Respublikanın prezidenti T.Masarik seçildi. "Ümumxalq 
koalisiyası" adlanan hökumət təşkil edildi və onun tərkibinə 
ölkədəki siyasi partiyaların nümayəndələri daxil oldular. Hö-
kumət 8 saatlıq iş günü müəyyən etdi. Aqrar islahat keçirildi. 
Hökümət Macarıstana müdaxilədə  iştirak etdi. Bu dövrdə 
Slovakiyada yaranan Sovet respublikası 1919-cu il iyulun 1-də 
süqut etdi. 
1920-ci ilin iyulunda sosial-demokrat partiyasının sağ 
qanadının lideri V.Tusar "qırmızı-yaşıl koalisiya" adlanan hö-
kumət təşkil etdi. 1920-ci il fevralın 20-də Çexoslovakiya Res-
publikasının konstitusiyası  qəbul edildi. Konstitusiyaya görə 
prezident 7 il müddətinə seçilir və ona böyük səlahiyyətlər ve-
rilirdi. Qanunverici məclis ikipalatalı parlament idi ki, onun da 
aşağı palatası Milli Məclis adlanırdı. Paris sülh konfransının 
qərarına  əsasən Zakarpat Ukraynası da Çexoslovakiyaya veri-
lirdi. Çexoslovakiya Habsburqlar imperiyasının sənaye poten-
sialının 4/5 hissəsinə sahib oldu. Çexoslovakiya çoxmillətli 

 
191
ölkə idi. Onun 13,5 milyonluq əhalisinin 7 milyona qədəri çex, 
3 milyona qədəri alman, 2 milyona yaxını slovak, 750 minə ya-
xını macar, 500 minə yaxını ukraynalı, 100 minə yaxını polyak 
idi. 
XX  əsrin 20-ci illərinin  əvvəllərində Çexoslovakiyanın 
xarici siyasətinə böyük dövlətlərin, ilk növbədə Fransanın təsiri 
güclü idi. 1920-1921-ci illərdə Çexoslovakiya Fransanın rəh-
bərliyi ilə təşkil edilən Kiçik Antantanın üzvü oldu. 
1920-ci ilin aprelində keçirilən parlament seçkilərində 
sosial-demokratlar və milli sosialistlər  əksəriyyət qazandılar. 
Tusar yenə də hökumətə başçılıq etdi. 
Kommunist İnternasialının fəaliyyəti Çexoslovakiyaya da 
öz təsirini göstərdi. 1921-ci ilin mayında  Şmeralın başçılığı 
altında Çexoslovakiya Kommunist Partiyası təşkil edildi. 
 
Çexoslovakiya kapitalizmin nisbi sabitləşməsi və  
dünya iqtisadi böhranı illərində 
Birinci dünya müharibəsindən sonra ölkədə baş verən 
böhrandan ölkə ancaq 1923-cü ilin sonunda çıxa bildi. Çex 
inhisarçıları Slovakiya və Zakarpat Ukraynasının iqtisadiyyatı-
nı özlərinə tabe etdilər və onu yüksək inkişaf etmiş çex tor-
paqlarının aqrar-xammal əlavəsinə çevirdilər. Kapitalizmin nis-
bi sabitləşməsi illərində ölkədə yüngül sənaye sahələri daha 
sürətlə inkişaf etdi. "Skoda" zavodu öz silah məhsullarını Kiçik 
Antantanın üzvlərinə və digər ölkələrə satırdı. 
1929-1933-cü illərin dünya iqtisadi böhranı Çexoslova-
kiya iqtisadiyyatına da ciddi zərbə vurdu. Böhran hərbi səna-
yedən başqa bütün sənaye sahələrinə toxundu. Ölkədə işsizlərin 
sayı 700 mini ötüb keçdi. Böhran illərində ölkədə milli müna-
sibətlər də  kəskinləşdi. Siyasi məsələlərin həllində "Qrad" 
qrupu  əsas rol oynayırdı. Onunla müxalifətdə olan partiya isə 
"Pyaterka" partiyası idi. "Qrad"ın nüfuzu daha güclü idi. 
Ölkədə "çexləşdirmə" siyasəti yeridilirdi. Bu siyasətin nəti-
 
192
cəsində Slovakiyada millətçi xalq partiyası  təşkil edildi ki, 
onun da rəhbəri Qlinka idi. Sudet  vilayətində  də Henleynin 
başçılığı altında millətçi Alman partiyası təşkil edildi. Zakarpat 
Ukraynası da muxtariyyət tələb edirdi. 
1929-cu ilin dekabrında keçirilən parlament seçkiləri 
nəticəsində "hakim koalisiya hökuməti" təşkil edildi. Çexoslo-
vakiya böhrandan ancaq 1934-cü ildə çıxa bildi. 
 
Çexoslovakiya İkinci dünya müharibəsi ərəfəsində 
Almaniyada faşizmin hakimiyyət başına gəlməsi Çexos-
lovakiyada da millətçi qrupların daha da fəallaşmasına səbəb 
oldu. Ölkədə təqiblər artdı. 1934-cü ildə Kommunist partiyası-
nın fəaliyyəti qadağan edildi.  
1935-ci ilin mayın 19-da Milli Məclisə keçirilən seçki-
lərdə Sudet vilayətində Alman partiyası, Slovakiyada isə Xalq 
partiyası səslərin əksəriyyətini topladı. 1935-ci ilin dekabrında 
keçirilən prezident seçkilərində "Qrad" qrupunun rəhbəri Beneş 
qalib gəldi. Hökumətin başçısı isə Milan Qoca oldu. 1936-
1938-ci illərdə ölkədə alman, slovak, ukrain, macar və polyak 
separatizmi gücləndi. Bununla belə 1938-ci ilin mayında 
Çexoslovakiya sərhədinə faşist Almaniyasının qoşun yığmaq 
cəhdi uğursuz oldu. Çünki o dövrdə Çexoslovakiya Avropada 
ən güclü qoşuna malik olan dövlətlərdən biri olduğu üçün 
Hitler buraya hücum etməyə  cəsarət etmədi. 1938-ci ilin 
mayında Milan Qocanı general Sırov  əvəz etdi. 1938-ci ilin 
sentyabrında olan Münhen konfransı Sudet vilayətinin orada 
almanların çoxluq təşkil etməsi bəhanəsi ilə Almaniyaya bir-
ləşdirilməsi haqqında qərar qəbul etdi. 1938-ci ilin oktyabrında 
Almaniya Sudet vilayətini özünə birləşdirdi. Çexoslovakiya öz 
ərazisinin 1/3-ni, əhalisinin 5 milyonunu, sənaye potensialının 
isə 40%-ni itirdi. Bundan sonra o, “İkinci respublika” adlandı. 
Prezident Beneş istefa verdi. Onu Qaxa əvəz etdi. Baş nazir 
Milli birliyin lideri R.Beran oldu. 1938-ci ilin oktyabrında 

 
193
Slovakiyada Tisonun başçılığı altında hökumət təşkil edildi. 
Slovakiya 1939-cu ilin martın 14-də öz müstəqilliyini elan etdi. 
Slovakiya Almaniyanın satilletinə çevrildi. Zakarpat 
Ukraynasına isə Hitlerin razılığı ilə macar qoşunları daxil 
oldular. 1939-cu ilin martın 14-də Zakarpat Ukraynası da öz 
müstəqilliyini elan etdi. 1939-cu ilin martın 15-də prezident 
Qaxa Hitlerin Çexoslovakiya Respublikasını ləğv etmək tələbi 
ilə razılaşmalı oldu. Bohemiya (Çexiya) və Moraviya 
Almaniyanın protektoratlığına verildi. Beləliklə, Çexoslovakiya 
parçalandı və onun dövlət müstəqilliyinə son qoyulmuş oldu. 
 
194
BOLQARISTAN 
Birinci dünya müharibəsinin 
Bolqarıstan üçün nəticələri 
Birinci Dünya müharibəsi  ərəfəsində Bolqarıstan Balkan 
yarımadasında strateji mövqeyə malik olduğu üçün bu ölkəni 
öz tərəflərinə  çəkmək məqsədi ilə Antanta dövlətləri və Üçlər 
ittifaqı ciddi mübarizə aparırdılar. Almaniya bu vilayəti  ələ 
keçirərək Orta Şərqdə ağalıq etmək istəyirdi. Bolqarıstanı təsiri 
altına salmaq üçün 1914-cü ildə Almaniya Bolqarıstana 500 
milyon lev pul borc verdi. Ölkənin birinci və ikinci Balkan 
müharibəsində  məğlub edilməsindən istifadə edərək Almaniya 
imperializmi burada şovinist təbliğatı genişləndirdi. Çar 
Ferdinand Almaniya tərəfdarı idi. Bolqarıstan 1915-ci il 
sentyabrın 6-da Üçlər ittifaqı  tərəfində müharibədə  iştirak 
edərək Serbiyaya hücum etdi. Burjua partiyalarının hakim 
dairələri Bolqarıstanın  müharibəyə qoşulmasını  bəyənərək 
parlamentdə  hərbi büdcə lehinə  səs verdilər. Ancaq sosial-
demokratların sol qanadı olan tesnyaklar parlamentdə  hərbi 
büdcə əleyhinə səs verdilər. Müharibənin əmələ gətirdiyi çətin-
liklər, xüsusilə Almaniyanın bu ölkəni qarət etməsi kənd 
təsərrüfatı ölkəsi olan Bolqarıstanda çox ciddi ərzaq çətinliyi 
əmələ gətirdi. 
1918-ci il sentyabrın 15-də Antanta ordusu Makedoniya 
cəbhəsində hücuma keçdi. Bu zaman Bolqarıstan əsgərləri vu-
ruşmadan boyun qaçıraraq bir hissəsi əsir düşdü. Qalan qoşun 
hissələri isə geriyə qayıdaraq cəbhədən 45 km məsafədə olan 
Radomir  şəhərinə  gəldilər. Radomir şəhərində  əsgərlər üsyan 
edərək strateji əhəmiyyətə malik olan bütün məntəqələri  ələ 
keçirdilər. Üsyan etmiş  əsgərlər 1917-ci ildə  həbs edilmiş 
Dmitrovun və Stambuleyskinin («Əkinçilər ittifaqı» partiya-
sının rəhbəri idi) həbsxanadan azad edilmələrini tələb etdilər. 
Üsyançılar öz məqsədlərinə nail olduqdan sonra Radomirə 
gələn Stambuleyski üsyançıları sakit etmək məqsədi ilə vəd etdi 

 
195
ki, Ferdinand taxtdan salınacaq və ölkə respublika elan 
ediləcəkdir. Belə bir şəraitdə hökumət orqanları özünü topla-
yaraq Radomirə silahlı qüvvələr göndərdilər. İki günlük gərgin 
vuruşmadan sonra hökumət qoşunları üsyanı yatıra bildi. 
Burjua dairələri bu üsyandan qorxuya düşərək onun bir 
daha təkrar edilməməsi üçün Ferdinandı qurban verdilər. 
Hakim dairələrin təkidi ilə Çar Ferdinand oğlu Borisin xeyrinə 
taxtdan əl çəkdi. Lakin müharibədə Bolqarıstanın məğlubiyyəti 
ölkədə siyasi böhranı daha da gücləndirdi. Fəhlələr kütləvi bir 
surətdə  çıxış edərək bir sıra siyasi tələblər, o cümlədən siyasi 
məhbuslara amnistiya verilməsini irəliyə sürdülər. Hökumət 
tərəfindən bu nümayişlər dağıdıldı.  
1919-cu il mayın 28-də müharibədən sonra tesnyakların I 
qurultayı oldu. Bu qurultayda tesnyaklar özlərini Kommunist 
Partiyası adlandıraraq yeni proqram qəbul etdilər. 1919-cu ilin 
avqustunda ölkədə parlament seçkiləri keçirildi. Seçkilərin 
nəticəsində 229 deputatdan 85 nəfəri «Əkinçilər ittifaqı» 
partiyasından (bu partiya üzvlərinin  əksəriyyəti xırda və 
ortabab kəndlilərdən ibarət idi), 45 deputat isə BKP-dən seçildi. 
Bu iki partiya deputatların  əksəriyyətinə malik olduğu üçün 
hökuməti də onlar təşkil etməli idilər. Lakin Stambuleyski KP 
ilə deyil, iri torpaq sahiblərinin və burjuaziyanın mənafelərini 
müdafiə edən xalq, tərəqqipərvər və liberallar partiyası ilə 
koalisiya bağlayaraq hökumət təşkil etdi. 
Beləliklə də, 1919-cu il oktyabrın 17-də Stambuleyskinin 
birinci hökuməti təşkil olundu. Bu hökumət ilk növbədə fəhlə-
kəndli ittifaqının möhkəmlənməsinə mane olaraq BKP-na qarşı 
mübarizəyə başladı. Burjuaziya blokuna qarşı geniş miqyasda 
çıxış edən xalq kütlələrinin təzyiqi altında Stambuleyaki 
hökuməti 1920-ci ilin mart ayında yeni parlament seçkiləri elan 
etməyə  məcbur oldu. Bu dəfəki seçkilərdə  də BKP-nın 50 
deputat yerinə malik olmasına baxmayaraq, Stambuleyaki BKP 
ilə bloka girməyərək yeni  ikinci hökuməti xalis "Əkinçilər 
 
196
ittifaqı" partiyası xadimlərindən təşkil etdi. Stambuleyskinin 
hökuməti kütlələr içərisində BKP-nın təsirini azaltmaq məqsədi 
ilə bir sıra tədbirlər həyata keçirdi. Əmək mükəlləfiyyəti ləğv 
edildi, torpaq və mal-qara vergilərinin miqdarı azaldıldı. 
Mütərəqqi vergi sistemi müəyyən edildi. (Əmlak, varidat, 
sərvət artdıqca vergi də ona münasib artırdı). Varlıların 
evlərinin bir hissəsi müsadirə edildi, möhtəkirlərə qarşı 
mübarizə aparıldı. Bu hadisə burjua dairələrini Stambuleyski 
hökumətindən narazı saldı. Lakin bu tədbirlər geniş zəhmətkeş 
kütlələrinin vəziyyətini yaxşılaşdıra bilmədi. Bu dəfə burjua 
dairələri də Stambuleyskinin ikinci hökumətindən narazı oldu 
və ona qarşı mübarizəyə başladılar.  
 
1923-cü il hərbi-faşist çevrilişi 
 
1920-ci ildə Sankov "xalq sazişi" adlı faşist partiyası 
təşkil etdi. Bu zaman burjuaziya xalq içərisində dayağa malik 
olmadığı üçün o, hərbi qüvvələrə  və Sovet Rusiyasından 
qaçmış 30 min nəfərdən artıq ağqvardiyaçılara istinad edərək 
hökuməti dəyişdirməyə çalışdı. Stambuleyski hökumətinin 
kommunistlərə qarşı apardığı mübarizədən xalq kütlələrinin 
narazı olmasını hiss edən iri burjua dairlərəi çıxış üçün bu 
şəraiti əlverişli hesab etdilər. Faşistlərin başçısı Sankov Vrangel 
qoşunlarının qalıqlarına və öz silahlı  dəstələrinə arxalanaraq 
1923-cü il iyunun 9-da qiyam qaldırdı. Qiyam zamanı 
Stambuleyski də daxil olmaqla hökumət üzvlərinin bir neçəsi 
öldürüldü, qalanları isə  həbs edildi. Həmin gün Bolqarıstanda 
faşist hökuməti təşkil edildi. Faşistlər fəhlə və kəndlilərin fəal 
xadimlərini təqib etməyə başladılar. "Əkinçilər ittifaqı" 
partiyası qadağan etdikdən sonra faşist hökuməti silahı 
kommunist partiyasına qarşı çevirdi.   
Sankov hökuməti həmkarlar ittifaqları, gənclər 
təşkilatlarına qarşı da hücuma keçdi. Müsadirə edilmiş binalar 

 
197
öz sahiblərinə qaytarıldı. Ölkədə  hərbi vəziyyət elan edildi. 
Sankov hökumətinin geniş terrorçu tədbirlərinə baxmayaraq, 
müəyyən sənaye mərkəzlərində  tətillər başlandı. Hökumət bu 
tətilləri silah gücü ilə yatırtdı. Sankov hökuməti iri 
burjuaziyanın və xarici imperialistlərin ölkə daxilində 
imtiyazlarını  bərpa etdi. Stambuleyski hökumətinin keçirdiyi 
islahatlar (mütərəqqi vergi, iri binaların müsadirəsi və s.) ləğv 
edildi.  
Fəhlə sinfi uzun müddət mübarizə prosesində əldə etdiyi 
nailiyyətlərdən məhrum oldu. BKP gizli işə keçməyə  məcbur 
oldu. Faşist rejimi həmkarlar ittifaqlarını da ciddi bir surətdə 
təqib edirdi.  
 
Bolqarıstan kapitalizmin nisbi sabitləşməsi  
və dünya iqtisadi böhranı illərində 
 
1923-cü ilin sentyabrın 13-dən 23-nə qədər Bolqarıstanın 
cənubunda və  şimal-qərbində  fəhlə  və  kəndlilərin faşist reji-
minə qarşı qaldırdığı üsyanlar yatırılsa da, hərbi-faşist rejimin 
sosial bazasının məhdudluğunu da üzə  çıxartdı.  İlk dəfə 
dünyada faşizm əleyhinə mübarizəyə bolqar xalqı qalxdı. 
1924-1925-ci illərdə Bolqarıstan iqtisadiyyatının sabitləş-
məsi başladı.  Əkin sahələri genişləndirildi, iqtisadiyyatın  əsas 
sahəsi olan kənd təsərrüfatının texniki bazası gücləndirildi. 
Yüngül sənaye daha çox inkişaf etdi. Xarici kapitalın köməyi 
ilə ölkədə inhisarlar yarandı. 1926-cı ildə Bolqarıstan İngiltərə, 
Fransa və ABŞ-dan çoxlu istiqrazlar aldı ki, bu da onun xarici 
kapitaldan asılılığını gücləndirdi. 
Sentyabr üsyanının yatırılması  hərbi-faşist rejiminə im-
kan verdi ki, öz siyasi vəziyyətini sabitləşdirsin. Lakin 1923-cü 
ilin noyabrında keçirilən seçkilər rejimin kifayət qədər möhkəm 
olmadığını bir daha göstərdi. 
 
198
Sankovun hökumətindən həm xalq kütlələri, həm də 
burjuaziya narazı idi. Burjuaziya elə bir hökumət istəyirdi ki, 
ölkəni sakitləşdirməyi, iqtisadiyyat və maliyyəni sağlamlaşdır-
mağı bacarsın. "Demokratik saziş" partiyası üzvləri də ölkənin 
siyasi kursunun dəyişdirilməsini tələb edirdilər. Sankov çar və 
hərbiçilərdən dayaq istəsə  də, nail olmadığı üçün 1926-cı ilin 
yanvarında istefaya getməyə  məcbur oldu. Yeni hökuməti 
"Demokratik saziş" partiyasından olan və  Qərb dövlətləri 
tərəfindən dəstəklənən Andrey Lyapçev təşkil etdi. O, ölkədə 
sakitlik yaradacığını və demokratik azadlıqları bərpa edəcəyini 
elan etdi. 
Sankov məclisin sədri vəzifəsini icra edərək Bolqarıstan 
irticaçılarına ilham verməyi davam etdirdi. 1926-ci ildə ölkənin 
maliyyə sistemində baş vermiş pozğunluğu bir qədər düzəltmək 
üçün Lyapçev hökuməti ABŞ və İngiltərədən 3,5 miloyn funt-
sterlinq borc aldı. Bu kimi borcların nəticəsində Bolqarıstan 
daha güclü şəkildə xarici imperialistlərin təsiri altına düşdü. 
Kredit bankı xaricilərin əlində qaldı.  
1929-cu ildə başlanmış iqtisadi böhran Bolqarıstana da 
sarsıdıcı  təsir etdi. Kənd təsərrüfatı mallarının qiyməti 50% 
aşağı düşdüyü üçün kəndlilərin alıcılıq qabiliyətləri olduqca 
zəiflədi. Böhran sənaye sahələrinin də ixtisara düşməsinə səbəb 
oldu. Sənayedə ixtisar işsizlər ordusunun sayını artırdı. 
İnhisarların təzyiqi daha da artaraq xeyli miqdarda orta və xırda 
burjuaziyanı iflasa uğratdı.  İqtisadi böhran Bolqarıstanda 
ictimai və sinfi ziddiyyətləri də  kəskinləşdirdi. Hakimiyyət 
başında olan faşist partiyasının inhisarların mənafeyini müdafiə 
edərək orta və  xırda burjua dairələrini nəzərə almamaları  
həmin qruplar içərisində narazılığı artırdı. Bu əsasda inhisar-
lara, iri burjua dairələrinə qarşı mübarizə aparmaq üçün orta və 
xırda burjuaziyaya mənafeyini müdafiə edən demokratik, 
radikal və "əkinçilər ittifaqı" partiyaları birləşərək "Xalq bloku" 
təşkil etdilər. 1931-ci ilin parlament seçkilərində bu blok 

 
199
"Demokratik saziş" partiyası üzərində  qələbə çaldı  və "Xalq 
bloku" hökuməti təşkil etdi. Lakin Xalq bloku hökumətinin təş-
kili də Bolqarıstan zəhmətkeşlərinin vəziyyətini yaxşılaşdıra 
bilmədi. Böhran getdikcə  dərinləşərək kapitalın təzyiqini  
artırdı. Kəndlilər üzərində vergilərin artması onları daha da 
müflisləşdirdi. İşsizlərin çıxışlarına, ayrı-ayrı kommunistlərə və 
tətillərə qarşı Xalq bloku hökuməti  terror tədbirləri ilə cavab 
verirdi. 1929-1933-cü illərin iqtisadi böhranı dövründə  fəhlə 
hərəkatı daha da geniş vüsət aldı.  
 
Ölkədə monarxo-faşist diktaturasının qurulması 
1932-ci ilin bələdiyyə idarələrinə seçkilərdə  fəhlə par-
tiyası Sofiyada birinci yerə  çıxdı. Fəhlə partiyasının 
müvəffəqiyyəti hakim dairələri olduqca narahat etdi. Hakim 
siniflər ölkədə faşizmin güclənməsinə meyl göstərirdilər. 1932-
ci ildən Bolqarıstanın siyasi həyatında "Zveno" adlı yeni faşist 
təşkilatı  fəaliyyətə başladı. Bu zaman Sankov da "İctimai və 
milli hərəkat" adlı faşist təşkilatı yaratdı. Bu iki faşist təşkilatı 
ölkədə yeni çevriliş hazırlamağa başladı. 1934-cü il mayın 19-
da "Zveno" təşkilatı faşist çevrilişi etdi. Onlar hakimiyyətə keç-
dikdən sonra qısa müddət içərisində ölkədə terror rejimi əmələ 
gətirdilər. "Zveno" hökuməti bütün siyasi partiyaları qadağan 
edib onların  əmlakını müsadirə etdi. Bütün demokratik təş-
kilatlar buraxıldı.  
19 may çevrilişindən sonra təşkil edilmiş Kimon Giorgi-
yev hökuməti ancaq səkkiz ay yaşaya bildi. Bu hökumət  İn-
giltərə və ABŞ-a böyük hüsn-rəğbət bəsləyərək onlarla əlaqəni 
gücləndirməyə çalışırdı. Çar Boris başda olmaqla saray isə 
Almaniya ilə əlaqəni gücləndirmək tərəfdarı idi. Buna görə də 
saray adamlarına xoş  gəlməyən Kimon Giorgiyev 1935-ci ilin 
yanvarında hökumətdən kənar edildi. Bu dəfə hakimiyyəti çar 
Boris öz əlində  cəmləşdirdi. Çar Boris istədiyi adamları nazir 
 
200
təyin edir, xoşa gəlməyən nazirləri işdən çıxarırdı. Eləcə  də 
nazirlər kabinəsini, inzibati idarələri dəyişdirə bilirdi. Bu qayda 
üzrə çar Boris ölkədə monarxo-faşist diktaturası yaratdı. Çar 
Boris faşist Almaniyasının agenti kimi hərəkət edərək ölkənin 
daxili və xarici siyasətini Almaniyaya tabe etdirdi. Alman 
kapitalı ölkəyə soxularaq başqa dövlətləri sürətlə  sıxışdırmağa 
başladı. Bu zaman Bolqarıstanın xarici ticarətində başlıca rolu 
da Almaniya oynayırdı. Bir sözlə, monarxo-faşist rejimi ölkəni 
Almaniyanın satilleti (əlaltısı) halına saldı.  

 
201
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin