V. RUSİYA (1922-Cİ İLDƏN SSRİ)
Rusiya Fevral burjua-demokratik inqilabından və oktyabr
çevrilişindən sonrakı ilk dövrdə
(1917-1918-ci illər)
XX əsrin əvvəllərində Rusiya da digər kapitalist ölkələri
kimi imperializmə qədəm qoymasına baxmayaraq, Avropanın
qabaqcıl ölkələri və ABŞ-dan iqtisadi inkişaf səviyyəsinə görə
xeyli geridə qalırdı. Rusiya sənaye məhsulları istehsalına görə
1913-cü ildə ABŞ-dan 8 dəfə, İngiltərədən 4,6 dəfə, Alma-
niyadan 6 dəfə, adambaşına düşən sənaye məhsulları istehsalına
görə isə ABŞ-dan və İngiltərədən 14 dəfə, Almaniyadan isə 13
dəfə geridə qalırdı. 1917-ci ildə Rusiyada 150-yə qədər inhisar
birliyi var idi ki, bunun ən çoxu sindikatlar idi. Rusiyada dağ-
mədən və metal emalı sənayesinin yarıdan çoxu, energetika
sənayesinin 75%-i, Donbasın kömür şaxtalarının 70%-i,
Krivoyroqdakı dəmir filizinin 87%-i xarici kapitalistlərin əlində
idi. Ölkədə neft hasilatının yarıya qədərini xarici kapitalistlərə
məxsus müəssisələr verirdi. Bu geriliyin əsas səbəbi siyasətdə
çarizmin, iqtisadiyyatda isə mülkədar torpaq sahibliyinin
Rusiyada mövcud olması idi. 1905-1907-ci illər Rusiya inqilabı
çarizmi və mülkədar torpaq sahibliyini ləğv etməyi qarşısına
məqsəd qoysa da, buna nail ola bilmədi.
Rusiya xalqlar həbsxanası idi. Çarizm "Parçala və hökm-
ranlıq et" siyasətini davam etdirməkdə idi. Rus imperializmi
hərbi-feodal xarakteri daşımaqla bərabər həm də xaici ka-
pitaldan asılı idi. Rusiyada kəndlilərin çoxu aztorpaqlı idi. Belə
ki, 30 min mülkədarın 70 milyon desyatin torpağı, 10 milyona
yaxın kəndlinin də təxminən o qədər torpağı var idi.
Birinci dünya müharibəsi Rusiyada inqilabı yetişdirmiş
oldu və 1917-ci il fevralın 27-də 304 il hökmranlıq etmiş Ro-
manovlar sülaləsi devrildi. Lakin Rusiyada inqilabın əsas mə-
sələsi olan hakimiyyət məsələsi başqa ölkələrdən fərqli olaraq
xüsusi tərzdə həll edildi. Rusiyada xırda burjuaziyanın çoxluğu,
96
fəhlə sinfinin isə əhalinin cəmi 10%-ni, yəni 16 mln nəfərini
təşkil etməsi, Rusiyada ikihakimiyyətliyin yaranmasına səbəb
oldu. Bu hakimiyyətlərdən biri 1917-ci ilin martın 2-də knyaz
Lvovun sədrliyi ilə yaranmış müvəqqəti hökumət, digəri isə
fəhlə və əsgər deputatları soveti idi. Müvəqqəti hökumətin
sosial dayağını burjuaziya və burjualaşmış mülkədarlar, sovet-
lərin sosial dayağını isə fəhlələr və əsgər şineli geymiş kənd-
lilər təşkil edirdi. Müvəqqəti hökumətin xarici işlər naziri
Milyukov, hərbi naziri Quçkov, torpaq naziri Şinqaryov,
ədliyyə naziri Kerenski oldu. 1917-ci ilin iyulundan isə
hökumətə Kerenski başçılıq etməyə başladı.
Rəsmi hakimiyyət müvəqqəti hökumətə, real hakimiyyət
isə sovetlərə məxsus idi. 1917-ci ilin Fevral inqilabından sonra
Rusiya dünyada ən demokratik ölkə oldu. O zaman Rusiyada
70-ə qədər partiya vardı ki, onlardan 39-u iri burjua partiyası
idi və onlar leqal fəaliyyət göstərməyə başladılar. Kütlələr
üzərində heç bir zorakılıq yox idi. Ona görə də Fevral inqilabı
ərəfəsində cəmisi 24 min üzvü olan bolşeviklər partiyası
hakimiyyətin dinc yolla sovetlərə keçməsi şüarını irəli sürdü.
Bolşeviklər belə hesab edirdilər ki, sovetlərə seçkilər zamanı
eser və menşeviklərin sayı azalar, bolşeviklərin sayı çoxalar və
nəticədə hakimiyyət bolşevikləşmiş sovetlərin əlinə dinc yolla
keçə bilər. "Bütün hakimiyyət sovetlərə" şüarı 1917-ci il
avqustun 31-nə qədər dinc yolla bolşeviklərin qələbəsini
nəzərdə tuturdu. Lakin 1917-ci ilin avqustun 25-31-i arasında
baş vermiş və yatırılmış Kornilov qiyamı vəziyyəti dəyişdirdi.
Kornilov qiyamının məqsədi dövlət çevrilişi etmək və Rusiyada
hərbi diktatura qurmaq idi. Müvəqqəti hökumətin sədri eser
Kereniski özü bu qiyama qarşı çıxdı, çünki hakimiyyəti heç
kimə vermək istəmirdi. Xalq kütlələri bu qiyamın yatırılmasına
nail oldular. Bu hadisədən sonra "Bütün hakimiyyət sovetlərə!"
şüarının ikinci mərhələsi – hakimiyyətin silahlı üsyan yolu ilə
bolşeviklər tərəfindən ələ alınması mərhələsi başladı. 1917-ci il
97
sentyabrın 1-də Rusiya respublika elan olundu. Sentyabrın 5-də
Rusiyada direktoriya təşkil olundu. Bu dövr ərzində bolşeviklər
partiyası öz fəaliyyətini xeyli genişləndirdi. Bolşeviklər
partiyasına 1917-ci ilin aprelində İsveçrədən qayıtmış Lenin
başçılıq edirdi. Ölkə yenidən ümummilli böhran içərisində idi.
Bolşeviklər partiyasının ən uğurlu cəhəti onun kütlələri
inandırmağı bacarması idi. Bu partiya Rusiyada o dövrdə
fəaliyyət göstərən 70-ə qədər partiya içərisində ən çoxsaylı
partiyalardan biri idi.Artıq oktyabr çevrilişi ərəfəsində L.Trots-
kinin "samuraylar ordusu", Stalinin isə "qılınclılar ordeni"
adlandırdığı bolşeviklər partiyası üzvlərinin sayı 350 minə qə-
dər idi. 1917-ci ilin oktyabrın 24-dən 25-ə keçən gecə bolşevik-
lər ən mühüm strateji nöqtələri Petroqradda ələ aldılar.
Oktyabrın 26-da hökumət boşeviklər partiyasının çevrilişə rəh-
bərlik etmək üçün təşkil etdiyi Hərbi inqilab komitəsinin əlinə
keçdi. 1917-ci ilin oktyabr çevrilişinin belə tezliklə qələbə
çalmasının əsas səbəblərindən biri rus burjuaziyasının qabaqcıl
kapitalist ölkələrinin burjuaziyasından fərqli olaraq siyasi cə-
hətdən təcrübəsiz, iqtisadi cəhətdən isə zəif olması idi. Bur-
juaziya Rusiyada siyasi hakimiyyətdə cəmi bir neçə ay olmağı
bacardı.
Oktyabr çevrilişi baş verən gün İkinci Ümumrusiya so-
vetlər qurultayı çağırıldı. Həmin qurultayda hərbi inqilab ko-
mitəsi hakimiyyəti sovetlərə verdi. Ümumrusiya ikinci sovetlər
qurultayının torpaq haqqında dekretinə əsasən torpaq kəndlilərə
verildi. Həmin qurultayın sülh haqqında dekretinə əsasən bütün
gizli müqavilələr açıqlandı. Həmçinin ilk dəfə olaraq burada
dinc yanaşı yaşamaq prinsipi elan edildi və müharibə edən
ölkələrə ilhaqsız, təzminatsız, ədalətli sülh təklif edildi. Lenin
ilk sovet hökumətinin – Rusiya Xalq Komissarları Sovetinin
sədri təyin edildi. Qanunverici orqan isə Ümumrusiya Mərkəzi
İcraiyyə Komitəsi, onun sədri isə Sverdlov oldu. Oktyabr
çevrilişi baş verəndən dərhal sonra Rusiyada keçmiş
98
imtiyazların hamısı ləğv edildi. Fəhlələr abad mənzillərə
köçürüldü. Bütün vətəndaşların hüquq bərabərliyi elan edildi.
1917-ci ilin oktyabrın 25-dən 1918-ci il martın 3-nə qədər olan
dövr Rusiya tarixində “Sovet hakimiyyətinin təntənəsi” dövrü
hesab edilir. Çünki bu dövrdə Rusiyanın özündə və bütün
müstəmləkələrində sovet hakimiyyəti qələbə çaldı. Sovet
hökuməti məzlum xalqları öz tərəfinə çəkmək üçün 1917-ci il
noyabrın 2-də «Rusiya xalqının hüquq bəyannaməsi» adlı
dekret imzaladı. Həmin sənədə əsasən bütün millətlərin hüquq
bərabərliyi elan edildi. Onların ayrılmaq hüququ təsdiqlənir,
ayrılmaq istəməyənlərə geniş yerli özünidarə hüququ verilirdi.
Məhz həmin sənəd əsasında 1917-ci ilin dekabrında Finlandiya,
1918-ci ilin noyabrında Polşa Rusiyadan ayrıldı və müstəqil
dövlətlər oldular. 1918-ci ilin yanvarın 5-də Rusiyada burjua
parlamentinin rolunu oynayan Müəssislər məclisi açıldı. Bu-
rada Rusiyanın hər yerindən seçilən deputatlar iştirak edirdi.
Lakin həmin məclis bolşeviklərin təqdim etdiyi "Zəhmətkeş və
istismar olunan xalqın hüquq bəyannaməsi" adlı sənədi qəbul
etməkdən imtina etdiyinə görə yanvarın 6-da onun
Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən buraxıldığı
elan olundu. 1918-ci ilin yanvarın 15-də vicdan azadlığı
haqqında verilən dekretə əsasən əhalinin dini hisslərində
sərbəstlik təmin edildi. Həmçinin məktəb kilsədən, dövlət
dindən ayrıldı.
Rusiyada sovet hakimiyyətini qoruyub saxlamaq üçün
bolşeviklər Almaniya ilə 1918-ci il martın 3-də Brest-Litovsk
sülhünü bağladılar və ölkə Birinci dünya müharibəsindən çıxdı.
Birinci dünya müharibəsi nəticəsində Rusiyada 2 milyona
yaxın insan öldü, 5 milyona yaxını isə yaralandı.1918-ci ilin
martında Lenin Rusiyada sovet hakimiyyətinin növbəti
vəzifələrini müəyyən etdi. O, göstərdi ki, Rusiyada oktyabr
çevrilişindən sonra da mövcud olan aşağıdakı dörd ukladı:
natural kəndli təsərrüfatı, xırda əmtəə istehsalı, xüsusi kapitalist
99
təsərrüfatı, dövlət kapitalizmi ukladını ləğv etmək, sosialist
ukladını əvvəl hakim, sonra isə yeganə uklada çevirmək
lazımdır.
Sovet hakimiyyətinin qarşısında duran vəzifələrdən biri
də iqtisadiyyatı ixtisaslı kadrlarla təmin etmək məsələsi idi.
Bolşeviklər özlərinin ixtisaslı kadrları olmadığına görə burjua
mütəxəsisslərindən onlara yüksək maaş verməklə istifadə et-
məyi lazım bildilər. Növbəti vəzifələrdən biri də əmək məhsul-
darlığını artırmaq idi. Bunun üçün Rusiyanın həm geniş ərazisi,
həm kifayət qədər yeraltı və yerüstü sərvətləri, insan ehtiyatları,
həm də insanlarında yüksək yaradıcılıq ehtirasları var idi.
Rusiya vətəndaş müharibəsi dövründə
(1918-ci ilin mayı – 1920-ci ilin noyabrı)
1918-ci ilin yazına yaxın Rusiya vətəndaş müharibəsi və
xarici hərbi müdaxilə təhlükəsi ilə qarşılaşdı. Rusiyada vətən-
daş müharibəsinin və xarici hərbi müdaxilənin baş verməsinin
səbəblərindən biri ilk növbədə varlı siniflərin öz hakimiyyət və
mülkiyyətlərindən imtina etmək istəməmələri ilə əlaqədar idi.
Həmçinin xarici dövlətlərin burada çoxlu müəssisələri vardı ki,
onlar bu müəssisələrdən, gələn gəlirlərdən əl çəkmək
niyyətində deyildilər. Oktyabr çevrilişindən sonra Rusiyanın 50
milyard rubla qədər daxili və xarici borcları vardı. Bunun 16
milyard rublu xarici borclar idi. Rusiya 1918-ci ilin yanvarında
bu borcları verməkdən imtina etdiyini bildirmişdi. Xarici
dövlətlər həm də Rusiyada baş verən hadisələrin öz ölkələrinə
təsir edəcəyindən də qorxurdular. Odur ki, 1918-ci il mayın 25-
də Vladivostokda Birinci dünya müharibəsi dövründə ruslara
əsir düşmüş 50 min nəfərlik çexoslavak korpusunun qiyamı ilə
Rusiyada vətəndaş müharibəsi başlanmış oldu. 1920-ci ilin no-
yabrına qədər Rusiyada davam edən vətəndaş müharibəsi 3
dövrə bölünür:
100
I dövr – 1918-ci ilin yazından – 1919-cu ilin martına
qədər olan dövrü əhatə edir.
II dövr – 1919-cu ilin martından 1920-ci ilin martına
qədər olan dövrü əhatə edir.
III dövr – 1920-ci ilin martından 1920-ci ilin noyabrına
qədər olan dövrü əhatə edir.
Tezliklə, Samaradan Çelyabinskiyə qədər olan ərazi Çe-
xoslavak korpusunun nəzarəti altına keçdi. Paralel olaraq
ölkədə kəndlilərin də antisovet qiyamları genişlənirdi.
1918-ci il noyabrın 18-də Omskda birləşmiş antibolşevik
hökumətin hərbi naziri admiral A.B.Kolçak bütün hakimiyyətin
onun əlinə keçdiyini bildirdi və özünü "Rusiyanın bütün quru
və dəniz silahlı qüvvələrinin ali komandanı" elan etdi. O, həm
də Ali hakim elan olundu. Beləliklə, Kolçak ağ hərəkatın əsas
siması oldu. Ağların əsas ideyası bolşevimzi dəf etmək, döyüş
qabiliyyətli ordunun gücü ilə böyük, vahid və bölünməz
Rusiyanı bərpa etməkdən ibarət idi.
Bu zaman ciddi intizam yaratmaq üçün çox sərt tədbir-
lərlə köhnə zabitləri Qırmızı Orduya cəlb edən L.Trotski
nizami, döyüş qabiliyyətli ordu yaratmağa nail oldu. 1918-ci
ilin iyulunda çar ailəsinə mənsub olanların hamısı
Yekaterinburqda güllələndi. 1918-ci ilin sentyabrında ölkədə
qırmızı terror tətbiq edilməyə başlandı. Mübarizə gah bir
tərəfin, gah da digər tərəfin üstünlüyü ilə gedirdi. 1918-ci ilin
yazında Kolçakın ordusu Ufadan Volqaya hərəkət etdiyi,
payızın əvvəlində isə general Denikinin orduları Oryol və
Voroneji tutaraq Moskvanı hədələdiyi zaman sovet hökuməti
və Qırmızı Ordu böhranlı vəziyyətə düşdü. Həmçinin ingilis,
fransız, alman və yaponların Vladivostok, Krım, Arxangelsk və
Murmanskdan sovet Rusiyasına qarşı hərbi müdaxiləsi
başlandı. Kolçakı İngiltərə hər vasitə ilə təchiz etməyi öz
öhdəsinə götürdü. Donda Denikinin cənub qrupu öz fəaliyyətini
genişləndirdi. Petroqradda Yudeniçin dəstələri hücuma
101
keçdilər. Orta Asiyada basmaçılar hakimiyyəti ələ aldılar.
1918-ci ilin sentyabrın 15-də Bakının türklər tərəfindən tu-
tulması ilə Sovet Rusiyası ağlar tərəfindən halqaya alınmış
oldu. Ağların ilk dövrdə qələbəsi Qırmızı ordunun hələ zəif
olması, müasir ordunun yaradılmaması, ortabab kəndlilərin
tərəddüdü, ağ qvardiyaçıların əsasən sənaye cəhətdən zəif
inkişaf etmiş yerləri tutmasından irəli gəlirdi.
Sovet hökuməti üçün belə çətin bir vaxtda 1918-ci ilin
yayından 1919-cu ilin yazına qədər ölkədə mərhələ-mərhələ
ərzaq sapalağına keçildi və bu siyasət 1921-ci ilin martına
qədər davam etdi. Ərzaq sapalağında kəndlidən ailəsinə lazım
olandan artıq qalan bütün məhsul dövlət tərəfindən alınırdı. Bu
isə kəndlidə əslində maddi maraq hissini zəiflədirdi. Vətəndaş
müharibəsi dövründə ilk dəfə elmi ədəbiyyata Baqdanov tərə-
findən gətirilmiş "hərbi kommunizm" adlanan siyasət həyata
keçirildi. Bu siyasətin əsas cəhətləri ərzaq sapalağının tətbiqi,
ticarətin ləğv edilməsi, hər şeyin məhsullarla mübadilə
edilməsi, bütün xırda, orta və iri müəssisələrin milliləşdirilməsi,
məcburi əmək mükəlləfiyyəti qoyulması və "işləməyən
dişləməz" prinsipinin həyata keçirilməsindən ibarət idi. Bu
siyasət ona görə hərbi kommunizm adlanırdı ki, o, məcburiyyət
üzündən görülən tədbir idi.
1918-ci ilin iyulun 19-da RSFSR-in ilk konstitusiyası
qəbul edildi. Həmin konstitusiyaya görə Rusiya sovet federativ
sosialist respublikası (RSFSR) elan edildi. Həmin
konstitusiyaya əsasən seçkiyə görə vətəndaşlar 4 dərəcəyə
bölünürdü. I dərəcə üçün seçkilər asanlaşdırılmış, IV dərəcə
üçün son dəəcə çətinləşdirilmişdi.
Şərq cəbhəsindəki müvəffəqiyyət 1919-cu ilin martın
əvvəllərində Kolçak üzərində qələbəni asanlaşdırdı və vətəndaş
müharibəsinin birinci mərhələsi qırmızı ordunun və ya qırmızı-
ların qələbəsi ilə başa çatdı. 1918-ci il noyabrın 30-da Leninin
sədrliyi ilə təşkil edilən Dövlət Müdafiə Komitəsinin fəaliyyəti
102
nəticəsində qırmızı ordunun sayı 5 mln-a çatdırıldı. Artıq 1919-
cu ilin martında müharibənin ikinci mərhələsi başlandı və bu
mərəhələdə əsas zərbə Denikinin Donda toplanmış cənub
qrupuna vurulmalı idi. 1919-cu ilin iyul ayında Denikin qoşunu
da ciddi məğlubiyyətə uğradıldı. Denikin özü xaricə qaçdı.
Kolçak isə 1920-ci ilin yanvarında İrkutsk şəhərində güllələndi.
1920-ci ilin martından vətəndaş müharibəsinin III mərhələsi
başladı. Bu mərhələ Polşa qoşunlarının Ukrayna və
Belarusiyaya, general Vrangelin isə Krımda hücuma keçməsi
ilə başlanmış oldu. Əvvəl qırmızılar Polşa qoşunları üzərində
qələbə çalaraq Varşavaya qədər gəlib çatdılar. Qoşun
arxasından hədsiz aralı düşdüyünə, həm də Polşada təcili olaraq
aqrar islahat keçirildiyinə görə Polşa kəndliləri qırmızılara
ciddi müqavimət göstərdilər və qırmızı ordu geri çəkilməyə
məcbur oldu. Polşa ilə 1921-ci ilin martında bağlanan Riqa
sülhünə əsasən Qərbi Ukrayna və Qərbi Belarusiya Polşada
qaldı. 1920-ci il noyabrın 16-da Perekop bərzəxinin tutulması
ilə Krımdakı Vrangel qoşunları da məğlub oldular. Beləliklə,
1918-ci ildə başlanmış vətəndaş müharibəsi əsasən başa çatdı.
Ancaq Uzaq Şərqdə yaponlarla müharibə 1922-ci ilin oktyabrın
25-nə qədər, yəni Vladivostok azad edilənə qədər davam etdi.
Vətəndaş müharibəsində ağların məğlubiyyətinin bir sıra
səbəbləri vardır. Onların sıralarında sağ sosialistlərdən qatı
monarxistlərə kimi müxtəlif siyasi qüvvələr var idi. Bu şəraitdə
vahid ideya-siyasi platforma hazırlamaq mümkün deyildi.
Ağlar cəbhə arxasında normal mülki idarə yarada bilmədilər.
Bu işlə kifayət qədər təcrübəsi olmayan hərbiçilər məşğul
olmalı olurdular. Maliyyə təminatları olmadan zorakı
müsadirələr əvvəlcə bolşevikləri qovduğu üçün ağlara rəğbətlə
yanaşan kəndlilərin tezliklə onlardan üz çevirməsinə səbəb
oldu. Real aqrar proqramın olmaması və antibolşevik
istiqamətli milli hərəkatlarla əlaqə yaratmağın mümkünsüzlüyü
ağ hərəkatın müqəddəratına çox mənfi təsir göstərdi. Xarici
103
dövlətlər də kifayət qədər yardım göstərməyi bacarmadılar.
Müttəfiqlərin maliyyə, silah və paltarla təchizatı məhdud
xarakterdə idi və bu döyüş əməliyyatlarına öz təsirini göstərdi.
Vətəndaş müharibəsi və xarici hərbi müdaxilədə sovet
hakimiyyətinin qələbəsi, əsasən, güclü qırmızı ordunun
yaradılması, ortabab kəndlilərin sovet hakimiyyətinə dönüş
etməsi, xarici ölkələrdəki fəhlə sinfinin və digər demokratik
qüvvələrin Rusiyadakı sovet hakimiyyətini müdafiə etməsi, rus
burjuaziyasının siyasi cəhətdən təcrübəsizliyi və iqtisadi
cəhətdən zəifliyi ilə bağlı idi.
104
RUSİYA (1922-ci ildən sonra SSRİ) xalq
təsərrüfatının bərpası dövründə (1921-1925-ci illər)
1921-ci ilin əvvəllərində Sovet Rusiyasının həm beynəl-
xalq, həm də daxili vəziyyəti son dərəcə gərgin idi. Kapitalist
dövlətlərinin bir qismi belə hesab edirdilər ki, Rusiya ilə
iqtisadi əlaqələri inkişaf etdirmək və bu yolla bolşeviklərin
sonuna çıxmaq lazımdır. Kapitalist dövlətlərinin digər bir qrupu
isə Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməyin əleyhinə idi.
Onlar deyirdilər ki, fürsət düşən kimi sovet Rusiyasına qarşı
yenidən hücuma keçmək lazımdır, bolşeviklərlə heç bir sazişə
yol vermək olmaz. Bu meyllərdən gah biri, gah da digəri
şəraitdən asılı olaraq üstünlük təşkil edirdi. 1921-ci ilin
əvvəllərində Sovet dövləti Pribaltika ölkələri, Finlandiya, Polşa
ilə diplomatik münasibətlər yaratdı. 1921-1922-ci illərdə
İngiltərə, Almaniya, Norveç, Avstriya, Danimarka, Çexoslo-
vakiya, İtaliya ilə ticarət sazişləri bağlandı. Sovet Rusiyası
1921-ci il fevralın 26-da İran, fevralın 28-də Əfqanıstan, martın
16-da Türkiyə, noyabrın 5-də Monqolustanla bərabərhüquqlu
müqavilələr bağladı.
Vətəndaş müharibəsində qələbə Rusiyaya çoxlu itkilər
hesabına başa gəldi. Əgər 1917-ci ildə Rusiyanın əhalisi 136
mln-dan çox idisə, vətəndaş müharibəsindən sonra 20 mln-a
qədər azaldı, təqribən 5 milyon adam əlil oldu. 2 mln-a qədər
varlı adamlar xaricə getdilər. Rusiyada 1913-cü illə müqayisədə
sənaye məhsulu istehsalı 7 dəfə, neft istehsalı 2,5 dəfə, pambıq
parça istehsalı 20 dəfə, daş kömür istehsalı 3 dəfə azaldı.
Müharibədən əvvəlkinin 3%-i miqdarında çuqun əridilirdi.
Çuqun istehsalına görə Rusiya XVII əsr səviyyəsinə endi.
Rusiyaya vətəndaş müharibəsi nəticəsində dəyən maddi zərər
isə 39 mlrd rubl oldu. Milli gəlir 1917-ci ildəki 11 milyard
rubldan 1920-ci ildə 4 milyard rubla endi. Müharibədən sonra
ölkədə həm fəhlə sinfi, həm də kəndlilər acınacaqlı vəziyyətə
düşdü. Əhali hərbi kommunizm siyasətindən son dərəcə narazı
idi. 1920-ci ilin dekabrında VIII Ümumrusiya sovetlər qurultayı
105
Qızıl Ordunun tərkibinin 5,3 milyondan 1921-ci ilin yayın
ortalarınadək iki dəfə azaldılmasını nəzərdə tutan qərar qəbul
etdi. Həmin qurultayda həmçinin Rusiyanın elektrikləşdirilməsi
haqqında QOELRO planı tərtib edildi ki, bu plana əsasən
Rusiyada 10 il ərzində 30 iri elektrik stansiyasının tikilməsi
planlaşdırılırdı.
1921-ci ilin martında RK(b)P-nin X qurultayında yeni
iqtisadi siyasətə keçid xətti elan edildi. Həmin siyasətin
mahiyyəti fəhlə sinfi ilə
kəndlilərin ittifaqını
möhkəmləndirmək, kəndlə şəhər arasındakı əlaqələri bəpa
etmək, bazar iqtisadiyyatı və sahibkarlığa imkanlar yaratmaq,
ölkədəki maliyyə böhranını aradan qaldırmaq, iqtisadiyyatı
canlandırmaq idi. Yeni iqtisadi siyasət kapitalizmə qayıtmaq
demək idi. Lakin dövlət və istehsalın hakim mövqeləri
bolşeviklərin əlində olduğuna görə onlar bu riskə getməkdən
qorxmurdular. 1921-ci ildən başlayaraq ölkədə kooperativlərin,
xırda, orta sahibkarlığın inkişafına yol açıldı. Kənd
təsərrüfatında ərzaq saplağını ərzaq vergisi əvəz etdi.
Sapalaqdan fərqli olaraq, ərzaq vergisi kəndliyə yaz tarla işləri
başlamazdan əvvəl bildirilirdi. Bu da kəndlidə öz əməyinə
maraq yaradır, vergini verdikdən sonra qalan məhsulla istədiyi
kimi rəftar edə bilirdi. Ticarət azadlığına yol verildi. Həmçinin
icazə verildi ki, dövlətin gücü çatmadığı və ya pis işləyən
müəssisələr xaricilərə icarəyə verilsin. Millətlərin faktiki
bərabərliyini təmin etmək məsələsi də yeni iqtisadi siyasətin
(YİS) ən mühüm vəzifələrindən biri idi. YİS ölkədə 3 mərhə-
lədə həyata keçirildi. I mərhələ 1921-1925-ci illəri əhatə
etmişdi ki, bu mərhələdə bazar iqtisadiyyatının inkişafına geniş
imkan yaradılımışdı. II mərhələ 1926-1929-cu illəri əhatə
etmişdiki, bu mərhələdə şəhər burjuaziyası üzərinə hücum
başlamış, geniş sənayeləşdirmə həyata keçirilmişdi ki, bundan
da məqsəd sosializmin maddi-texniki bazasını yaratmaq idi. III
mərhələ 1929-1936-cı illəri əhatə etmişdi ki, bu mərhələdə
106
kənd burjuaziyası üzərinə hücuma keçilmiş, kənd təsərrüfatının
kollektivləşdirilməsi xətti həyata keçirilmiş, sosialist ukladının
və idelogiyasının hökmranlığına nail olunmuşdu. Bu mərhələdə
yeni iqtisadi siyasət Rusiyası sosialist Rusiyasına, sosializm
ukladı isə yeganə uklada çevrildi. Lakin bu sosializm zor
gücünə qurulduğu üçün çox vaxt ədəbiyyatda ‘’kazarma
sosializmi’’ kimi səciyyələndirilir.
1921-ci ildə Volqaboyu, Ukrayna, Krım, Şimali Qafqazı
bürüyən quraqlıq baş verdi ki, bu da dəhşətli aclığa səbəb oldu.
1922-ci ildə Ümumrusiya fövqəladə komissiyası dövlət
siyasi idarəsinə çevrildi. 1922-ci ildə həmçinin torpaq cə-
miyyətləri təşkil edildi.
1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları
İttifaqı – SSRİ təşkil edildi. 1922-ci ilin dekabrın 30-da SSRİ—
nin I Sovetlər qurultayı ittifaq dövləti yaratmaq haqqında
Müqavilə və Bəyannaməni təsdiq etdi. Həmin sənədlərə əsasən
respublikaların beynəlxalq nümayəndəlik, müdafiə, sərhədlərə
yenidən baxma, dövlət təhlükəsizliyi, xarici ticarət, nəqliyyat,
büdcə, rabitə, pul dövriyyəsi kimi səlahiyyətləri mərkəzi
orqanlara verildi. Bu əslində müttəfiq respublikaların suveren
hüquqlarının əlindən alınması demək idi. Onun tərkibinə
Rusiya, Ukrayna, Belorusiya, Zaqafqaziya respublikaları daxil
oldu. SSRİ mərkəzi icraiyyə komitəsinin sədrləri - Rusiyadan
Kalinin, Ukraynadan Petrovski, Belorusiyadan Çervyakov,
Zaqafqaziyadan Nərimanov seçildi.
1924-cü ilin yanvarın 31-də SSRİ-nin I konstitusiyası
qəbul olundu. Həmin konstitusiyaya görə onun tərkibinə dörd
respublika severen dövlət kimi daxil oldu.
1922-1924-cü illərdə SSRİ-də pul islahatı keçirildi.
Çervonun qızıl dəyəri sabitləşdi. 1922-ci ildə mülki məcəllə
haqqında qanun da verildi. Həmin ildə bütün kilsələrin qızıl
əmlakı müsadirə edildi. 1918-ci ilin sonundan Rusiyada
mövcud olan bütün partiyaların (bolşeviklərdən başqa)
107
buraxılması prosesi 1923-cü ildə başa çatdı. Artıq 1923-cü ildə
sovetlərin tərkibində bir nəfər də olsun eser və menşevik yox
idi. 1923-cü ildə artıq eserlər partiyası da buraxıldı.
1925-ci ildə ölkə iqtisadiyyatında canlanma yarandı.
Maliyyə böhranı qismən həll edilmiş oldu. 1923-1924-cü
illərdə sənaye məhsulunun artımı 30%-ə bərabər idisə, 1924-
1925-ci illərdə 64% təşkil edirdi. Kənd təsərrüfat malları
istehsalı əvvəlki illə müqayisədə 32% çoxaldı. Sənayedə
fəhlələrin sayı 1914-cü il səviyyəsinə, yəni 2429 min nəfərə
çatdı. 1924-1925-ci illərdə həyata keçirilmiş hərbi islahat Sovet
silahlı qüvvələrinin möhkəmləndirilməsində mühüm rol oynadı.
1925-ci ildə bərpa dövrü əsasən başa çatmış oldu.
SSRİ-də sənayeləşdirmə və kollektivləşdirmə
1925-ci ilin dekabrında PK(b)P-nin XIV qurultayı oldu.
Həmin qurultayda partiyanın adı dəyişilərək ÜİK(b)P adlandı.
Həmin qurultay tarixə sənayeləşdirmə qurultayı kimi daxil ol-
du. 1926-cı ildə ölkədə sənayeləşdirmə başlandı.
Sənayeləşdirmənin başlıca məqsədi ölkənin texniki-iqti-
sadi geriliyini aradan qaldırmaq, iqtisadi cəhətdən xaricdən
asılılığa son qoymaq, güclü hərbi sənaye yaratmaq, ilk növbədə
baza sənaye sahələrini (yanacaq, metallurgiya, kimya,
maşınqayırma) inkişaf etdirməkdən ibarət idi. Bu vəzifələrin
yerinə yetirilməsində ilk sovet beşilliklərinin mühüm rolu oldu.
Ağır sənayenin inkişafına daha çox fikir verilirdi.
1928/29 – 1932/33-cü illəri əhatə edən birinci beşillik
planın başlıca məqsədi sosializmin maddi təməlini yaratmaq
idi. Birinci beşillikdə xalq təsərrüfatına 64,6 milyard rubl
kapital qoyulmuşdu. Beşillik dövründə SSRİ-də 1500 sənaye
müəssisəsi tikildi və 1913-cü illə müqayisədə sənaye məhsulu
istehsalı 7 dəfədən çox artdı. 1930-cu ildə ölkədə işsizlik ləğv
edildi. 1930-cu ildə ilk dəfə xalq təsərrüfatında sənayenin
108
xüsusi çəkisi kənd təsərrüfatından üstün oldu. Lakin sə-
nayeləşdirmə şəhər burjuaziyasının əmlakının müsadirə edil-
məsi və kəndlilərdən alınan yüksək vergilər hesabına həyata
keçirilirdi.
1933-1937-ci illəri əhatə edən ikinci beşilliyin əsas
vəzifəsi sosialistcəsinə yenidən qurmanı başa çatdırmaq idi. Bu
beşillikdə xalq təsərrüfatına təqribən 133 milyard rubl kapital
ayrılmışdı. Ölkədə 1923-cü ildən tətbiq edilən kartoçka sistemi
1934-cü ildə ləğv edildi. İkinci beşillikdə 4500 yeni sənaye
müəssisəsi tikilib istifadəyə verildi. 1937-ci ildə kənd
təsərrüfatında 456 min traktor, 129 min kombayn, 146 min yük
avtomobili işləyirdi.
Üçüncü beşillik 1938-1942-ci illəri əhatə etməli idi. Bu
beşillikdə xalq təsərrüfatına təqribən 192 milyard rubl vəsait
ayrılmışdı. Bu beşillik kimya və xüsusi poladlar beşilliyi olmalı
idi. Bu beşillik tam həyata keçirilməsə də, ölkədə 6 min yeni
sənaye müəssisəsi tikildi.
1929-cu ildə SSRİ dünyada polad istehsalına görə
beşinci, çuqun əridilməsi və kömür hasilatında 6-cı, elektrik
enerjisi istehsalında 9-cu yeri tuturdu. 1940-cı ildə isə SSRİ-də
48 milyard kilovat-saat elektrik enerjisi, 18 mln. ton polad, 152
milyon ton daş kömür istehsal edilirdi. Bu dövrdə Almaniyada
isə 37 milyard kv.saat elektrik enerjisi, 18 milyon ton polad,
İngiltərədə 40 milyard kv.saat eleketrik enerjisi, 13 milyon ton
polad, Fransada 20 milyard kilovat-saat elektrik enerjisi, 8
milyon ton polad istehsal edilirdi. SSRİ bu dövrdə dünyada
ABŞ-dan sonra ikinci, Avropada isə birinci sənaye dövlətinə
çevrildi.
Ölkədə sosializm qurmaq planının mühüm tərkib hissə-
lərindən biri də kənd təsərrüfatının sosialistcəsinə yenidən
qurulması idi. 1927-ci ilin dekabrında olmuş XV qurultay SSRİ
tarixinə kollektivləşdirmə qurultayı kimi daxil oldu. 1929-cu
ilin yayından ölkədə kollektivləşdirmə, yəni kənd ərazisində
109
olan bütün torpaqların kolxozların ixtiyarına keçməsi prosesi
başlandı. Sovet siyasətində bu, «yuxarıdan inqilab» kimi
qiymətləndirildi.
1929-cu ildə SSRİ-də 24,5 milyona yaxın fərdi kəndli
təsərrüfatı mövcud idi. Onların 8,5 milyona yaxını yoxsul, 15
milyonu ortabab, 1 milyonu qolçomaq təsərrüfatı idi. Kəndli
təsərrüfatlarının 5%-ə qədərini təşkil edən qolçomaqların 1927-
ci ildə 10 milyon ha-ya qədər (94,7 milyon ha ümumi sahədən)
taxıl əkin sahəsi var idi və onlar bütün satlıq taxılın 1/5
hissəsini verirdilər. Partiya və dövlət 1918-ci ildən
qolçomaqları bir sinif kimi məhdudlaşdırmaq, 1929-cu ildən isə
bir sinif kimi ləğv etmək siyasətinə keçdi. 1929-cu il SSRİ
tarixinə "böyük dönüş" ili kimi daxil oldu.
1930-cu ilin yanvarın 5-də ÜİK(b)P-nin MK-nın kollek-
tivləşdirmə ilə əlaqədar verdiyi qərara əsasən kollektivləşmənin
gedişinin sürəti cəhətdən rayonlar üç qrupa bölünürdü. I qrupa
Şimali Qafqaz, Orta və Aşağı Volqa, II qrupa Mərkəzi
Qaratorpaq vilayəti, Ukrayna, Sibir, Ural, Qazaxıstan, II qrupa
isə digər bölgələr daxil idi.
Bu dövrdə 20000-dən artıq qolçomaq ailəsi Sibirə, Urala,
Şimali Qazaxıstana sürgün edildi. Bu dövrdə 10-12 mln-a qədər
kəndli kollektivləşdirmə nəticəsində təqibə məruz qaldı.
Heyvandarlığa böyük zərbə dəydi. 1930-cu il martın 14-də
Mərkəzi komitə kolxoz qurucularındakı əyintilərlə əlaqədar
qərar qəbul etdi ki, bu qərarda kolxozlara daxil olarkən könül-
lülük prinsipinin pozulması yolverilməz hesab edilirdi. Kollek-
tivləşdirmə SSRİ-də 1936-cı ilə qədər davam etdi. Nəticədə
243 min kolxoz təşkil edildi ki, bu da bütün kəndli
təsərrüfatının 93%-ni əhatə edirdi.
Kollektivləşdirmə ölkənin kənd təsərrüfatını pis vəziyyətə
saldı. 1929-1934-cü illərdə ölkədə taxil istehsalının həcmi 10%
aşağı düşdü. 1929-1932-ci illərdə iribuynuzlu heyvanların və
atların sayı 1/3 dəfə, donuzların sayı 2 dəfə, qoyunların sayı 2,5
110
dəfə azaldı. 1932-1933-cü illərdə bir sıra iri rayonları bürüyən
aclıq nəticəsində yüz minlərlə adam tələf oldu.
Kollektivləşdirmə nəticəsində kəndlilər cəmiyyətin ən
hüquqsuz hissəsinə çevrildilər. 1932-ci ildən pasportlaşma sis-
teminə keçirilməsinə baxmayaraq, bəzi bölgələr istisna
olmaqla, bu kəndlilərə tətbiq edilmədi. Pasportu olmayan
kəndli doğulduğu və yaşadığı yerdən kənara çıxa bilməzdi.
Bunu əslində «ikinci təhkimçilik hüququ» da adlandırmaq
olardı.
SSRİ-də həyata keçirilən sosialistcəsinə yenidənqurma
nəticəsində sənaye və kənd təsərrüfatı üzərində ictimai
mülkiyyət bərqərar oldu, hamıya və heç kimə mənsub olmayan
mülkiyyət forması təşəkkül tapdı. Bu forma insanlarda sahiblik
və işgüzarlıq hissini itirir, insanların sərbəst yaradıcılıq əzmini
buxovlayırdı. Bir sözlə, bu sistem insan psixologiyasına uyğun
gələn mülkiyyətçilik hissinə yad idi.
SSRİ-də sosializmi qurmaq planının mühüm tərkib hissə-
lərindən biri də insanların şüurunda sosialist ideologiyasının
möhkəmləndirilməsindən ibarət olan «mədəni inqilab» idi.
Rusiyada əhalinin 1920-ci ildə 97%-i savadsız olduğuna görə
mədəni inqilaba başlamaq üçün ilk növbədə savadsızlığı ləğv
etmək lazım idi. 1921-ci ildən ölkədə savadsızlığı ləğvetmə
prosesi başlandı.
1930-cu illərdə partiyanın XVI qurultayında sosializmin
bütün cəbhə boyu hücuma keçməsi qərara alındı və icbari,
ibtidai təhsilə keçmək zəruri sayıldı. Həmçinin ölkədə ali, orta,
texniki peşə, orta ixtisas məktəblərinin şəbəkəsi genişləndirildi.
1934-cü ildə SSR-də Akademiyanın müxbir və həqiqi üzvü,
professor, dosent, assistent, elmlər namizədi, elmlər doktoru
adları təsis edildi. Artıq ikinci beşilliyin sonunda ali
məktəblərdə 500 minə qədər tələbə oxuyurdu. Ölkədə 191 ali
məktəb vardı. Ziyalıların sayı 19 mln-u ötüb keçmişdi.
Nəticədə SSRİ başdan-başa savadlılar ölkəsinə çevrildi.
111
Əgər 1926-cı ildə SSRİ-də 147 mln nəfər əhali yaşayırdı-
sa, ikinci beşilliyin sonunda bu rəqəm 170,6 mln-a qalxmışdı.
12 il ərzində əhalinin orta illik artımı SSRİ-də 1,23% idisə,
Fransada 0,08 %, İngiltərədə 0,36%, Almaniyada 0,62%, ABŞ-
da 0,67% idi. Əgər SSRİ-də 1926-cı ildə şəhərlərdə 26,3 mil-
yon nəfər, yəni bütün əhalinin 17,9%-i yaşayırdısa, 1939-cu il-
də isə 56,1 milyon nəfər, yəni bütün əhalinin 32,9%-i yaşayırdı.
Fəhlə sinfinin sayı isə bu dövrdə 8-9 mln nəfərdən 23-24 mln
nəfərə çatmışdı.
1936-cı ilin dekabr ayının 5-də qəbul edilmiş konstitusiya
SSRİ-də sosializmin tam qələbəsini nümayiş etdirmiş oldu.
SSRİ-də ancaq iki sinif: fəhlə və kəndli sinfi, bir də onların
içərisindən çıxan ziyalılar qaldı. Un sənayesindən başqa yerdə
qalan bütün sənaye sahələrində xüsusi mülkiyyət ləğv edildi.
Ölkədə ictimai mülkiyyətin iki forması – dövlət və kolxoz-
kooperativ forması hökm sürməyə başladı.
SSRİ-DƏ İNZİBATİ-AMİRLİK SİSTEMİNİN
FORMALAŞMASI
SSRİ-də inzibati-amirlik sistemi ilk rüşeymlərini hələ
Oktyabr çevrilişindən keçən ilk aylarda göstərməyə başladı.
1918-ci ilin sonuna qədər bolşeviklər və eserlərdən başqa bütün
partiyaların fəalliyyəti qadağan edildi. O zaman Rusiyada 70-ə
yaxın partiya vardı. 1923-cü ildə eserlər partiyasının da
fəaliyyəti qadağan edildi. Ölkədə ancaq bir partiyanın –
bolşeviklər partiyasının hökmranlığı başladı və bu 1985-ci ilə
qədər davam etdi.
1920-ci
ildə həmkarlar ittifaqı haqqında ölkədə keçirilən
ümumpartiya müzakirəsində müxalifətçi qrupların hamısı məğ-
lub edildi. 1926-cı ildə meydana gələn və SSRİ-də sosializmin
qələbəsinin mümkünlüyünü inkar edən trotşkici-zinovyeçi
qrup 1927-ci ildə partiyadan xaric edildi. 1928-ci ildə ölkədə
taxılın çatışmaması ilə əlaqədar kəndlilər taxılı gizlətdikdə
dövlət taxıl tədarükü məsələsini qaldırdı. Bu dövrdə Buxarin,
112
Rıkov və Tomskinin başçılığı altında sağ təmayül meydana
gəldi. Sağ təmayül kolxozların əleyhinə idi. Onlar ancaq
təchizat-satış və istehlak kooperasiyası tərəfdarı idilər. Həm də
onlar qolçomaqlara qarşı zorakılıq tədbirlərini bəyənmirdilər.
Qolçombaqların dinc yolla sosializmə qovuşmasını iddia edir-
dilər. Stalin bu fikri «paralellər nəzəriyyəsi» adlandırırdı. Buxa-
rın göstərirdi ki, kəndli psixologiyası xüsusi mülkiyyətə öyrəşib
və bu psixologiyanı dəyişdirmək qeyri-mümkündür. Bütün
bunlara baxmayaraq, sağ təmayül də 1929-cu ilin aprelində
məğlubiyyətə uğradı. 20-ci illərin ən mühüm cəhətlərindən biri
vahid birpartiyalı siyasi sistemin formalaşması idi. Vətəndaş
müharibəsi dövründən başlamış bu proses 20-ci illərdə qəti
olaraq başa çatdırıldı. ÜİK(b)P ölkədə yeganə siyasi qüvvəyə
çevrildi, totalitar sistemin formalaşmasına şərait yaradılmış
oldu. 1934-cü ildə olmuş partiyanın XVII qurultayı tarixə
«qaliblər qurultayı» adı altında daxil oldu. Artıq ölkədə heç bir
müxalifətçi qrup yox idi. 1934-cü ilin dekabrın 1-də Leninqrad
vilayət komitəsinin birinci katibi Sergey Mironoviç Kirovun
öldürülməsi ilə ölkədə kütləvi represiyaların (təqiblərin)
bağlanğıcı qoyuldu. 1934-1935-ci illərdə partiya sənədlərinin
yoxlanışı başlandı. 1937-ci ilin fevral-mart plenumlarında
Zinovyev və Kamenev, Buxarin «xalq düşməni» adlandırıldılar.
1937-1940-cı illərdə 20 milyondan çox sovet adamı kütləvi
təqiblərə məruz qaldı. Bu illərdə 40 min hərbiçi kütləvi təqibin
qurbanı oldu ki, bu da Böyük Vətən müharibəsinin əvvəllərində
cəbhədə özünü aydın göstərdi. Tədricən Stalinin şəxsiyyətinə
pərəstiş və bir partiyanın diktaturası hökm sürməyə başladı ki,
bu da totalitar rejim demək idi. SSRİ-də totalitar rejimin əmələ
gəlməsinin obyektiv və subyektiv səbəbləri vardı. Obyektiv
səbəblər ilk növbədə Rusiyanın özünün konkret tarixi şəraiti ilə
bağlı idi. Bunlar əsasən, ölkənin texniki iqtisadi geriliyi, kifayət
qədər vəsait və kadrların çatışmaması, Mərkəzi komitə işçilə-
rinin cəmi 5%-nin ali təhsilli olması, 40%-nin isə hətta orta
113
təhsilinin də olmaması, ölkənin kapitalizm əhatəsində olması və
sosializmə ilk yol açması, xırda burjuaziyanın çoxluq təşkil
etməsi və onun kifayət qədər intizamlı olmaması, Rusiyada
xalqların uzun əsrlər boyu bir monarxın hakimiyyəti altında
qalması və onlarda bir nəfərə pərəstiş hissinin güclü olması,
Leninin ölümündən sonra Stalinin siyasi rəqiblərinin Mərkəzi
Komitədən kənarlaşdırılması və s. idi.
Stalinin şəxsiyətinə pərəstişin əmələ gəlməsi bu obyektiv
səbəblər ilə yanaşı, Stalinin özünün şəxsi keyfiyyətləri ilə də
bağlı idi. Lenin XIII qurultaya yazdığı «Qurultaya məktub» adlı
məqaləsində açıq göstərirdi ki, Stalin 1922-ci ildə, yəni
partiyanın XI qurultayında Baş katib seçildikdən sonra “öz
əlinə hədsiz hakimiyyət toplamışdır və mən onun bu
hakimiyyətdən kifayət qədər ehtiyatla istifadə edə biləcəyinə
əmin deyiləm”. Məktuba əlavədə o göstərirdi ki, “Stalin
olduqca kobuddur. Yoldaşlar arasında dözülə bilən bu nöqsan
baş katib vəzifəsində tamamilə dözülməzdir. Ona görə də Sta-
lini başqa bir vəzifəyə keçirmək və bu vəzifəyə elə bir adamı
təyin etmək lazımdır ki, bütün keyfiyyətlərdə Stalin yoldaşa
oxşamaqla bərabər, ondan fərqli olaraq daha az kobud, daha az
qərəzli və daha az şıltaq olsun”. Lenin həmin məktubda
Mərkəzi Komitənin digər üzvlərinin də xarakteristikasını
vermişdi. O, Trotski haqqında yazırdı ki, Trotski hazırkı
Mərkəzi Komitədə bəlkə də ən bacarıqlı yoldaşdır. Lakin işin
inzibati cəhətinə uyan və özünə hədsiz güvənən adamdır.
Buxarin haqqında yazırdı ki, o, haqlı olaraq bütün partiyanın
sevimlisi hesab edilir. Lakin onun nəzəri baxışlarını çox böyük
şübhə ilə dialektik baxışlar hesab etmək olar.
Həmin məktub Leninin ölümündən sonra 1924-cü ilin
mayında olmuş XIII qurultayda müzakirə edildi. Stalinin 6
maddədən ibarət andını, trotskizmə qarşı onun fəal mübarizə
apardığı nəzərə alınaraq, onu Baş katib vəzifəsində yenə də
saxlamağı qurultay məsləhət bildi.
114
Stalin, həqiqətən, Lenin ideyalarının və sosializmin quru-
culuğunun fəal müdafiəçisi idi. Lakin onun bədbəxtliyi onda idi
ki, o, bu müdafiədə barbar metodlardan istifadə edirdi. Stalinin
xüsusilə 30-cu illərin II yarısında irəli sürdüyü "Sosializm
inkişaf etdikcə sinfi mübarizə də güclənir" tezisi milyonlarla
sovet adamına divan tutulmasına səbəb oldu. Kütləvi repres-
siyaların həyata keçirilməsində o zaman Daxili İşlər Nazirliyin-
də və Dövlət Təhlükəsizlik Komitəsində işləyən Yejov və Be-
riyanın da mühüm xidmətləri olmuşdur.
30-cu illərdə Stalin SSRİ-ni elə bir yüksəliş səviyyəsinə
çatdırmışdı ki, onun əleyhinə deyilən sözə xalq inanmazdı.
Stalinin həyata keçirdiyi quruculuq işləri ona həm daxildə, həm
də beynəlxalq aləmdə böyük nüfuz və təbii hörmət
qazandırmışdı.
1924-1939-cu illərdə SSRİ-nin xarici siyasəti
SSRİ öz xarici siyasətində əvvəlcə xarici dövlətlərlə dinc
yanaşı yaşamaq prinsipinə xüsusi üstünlük verirdi. 1926-cı ilin
aprelin 14-də o, Almaniya ilə hücum etməmək haqqında
müqavilə bağlandı. 1927-ci ildə İngiltərə Sovet İttifaqını
dempinq siyasəti yeritməkdə təqsirləndirərək onunla diplomatik
əlaqələri kəsdi. Bu münasibətlər yenidən 1929-cu ildə bərpa
edildi. 1932-ci ildə SSRİ hücum etməmək haqqında Fransa ilə
müqavilə bağladı. 1933-cü ilin noyabrında SSRİ ilə ABŞ
arasında diplomatik münasibətlər yarandı. 1934-cü ildə o,
Millətlər Cəmiyyətinə daxil oldu. 1935-ci ildə Fransa və
Çexoslavakiya ilə qarşılıqlı yardım haqqında müqavilələr
bağlandı.
1934-cü ildə olmuş ÜK (b)P-nin XVII qurultayında Stalin
partiyanın MK-anın hesabat məruzəsində belə bir tezis irəli
sürdü ki, Birinci dünya müharibəsi nəticəsində dünyanın 1/6
hissəsində sosializm cəbhəsi yaranıbsa, əgər İkinci dünya
115
müharibəsi olarsa, dünyanın yarısında sosializm qurula bilər.
Bununla belə bu dövrdə SSRİ həm də faşizmə qarşı kollektiv
təhlükəsizlik sisteminin yaranması tərəfdarı kimi çıxış edirdi.
Digər tərəfdən isə ölkədə müdafiə sənayesinin inkişafı üçün
büdcədən getdikcə daha çox vəsait ayırılırdı. Əgər birinci
beşillikdə büdcədən hərbi xərclər üçün 13% vəsait ayrılmış-
dırsa, III beşillikdə bu rəqəm 39% təşkil edirdi.
1938-ci ildə SSRİ Uzaq Şərqdə yapon təcavüzkarlarının
müdaxiləsinin qarşısını alaraq, həmin il Xasan gölü, 1939-cu
ildə isə Xalxin – Qol çayı yaxınlığında yaponları darmadağın
etdi. Bunun nəticəsi idi ki, Yaponiya İkinci dünya müharibəsi
dövründə SSRİ-yə hücum etməyə cürət etmədi. 1939-cu ilin
mart-iyul aylarında Sovet-Fransa-İngiltərə danışıqları baş tut-
madıqda 1939-cu ilin avqustunda SSRİ çox cəsarətli addım
ataraq özünü beynəlxalq aləmdə təcriddən qurtardı və Alma-
niya ilə bir-birinə hücum etməmək haqqında 10 illik müqavilə
bağladı. Bu tarixdə Molotov-Ribbentrop paktı adlandı.
Leninqraddan sərhədi bir qədər uzatmadığı, ərazisi cəmisi 48
min km
2
olan strateji cəhətdən əhəmiyyətli 5 kiçik adanı ona
icarəyə vermədiyi və Mannerheym xəttini qurduğuna görə
1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya müharibə elan et-
di. Bu tarixdə «Qış müharibəsi» də adlanır. Həmin müharibədə
Finlandiya məğlub oldu. SSRİ ilə Finlandiya arasında 1940-cı
ilin martında bağlanmış Moskva müqaviləsinə əsasən sərhəd
Leninqraddan əvvəlki 32 km əvəzinə 150 km uzaqlaşdırıldı. 5
ada SSRİ-yə icarəyə verildi. Strateji cəhətdən mühüm
əhəmiyyət kəsb edən Xanko yarımadası da SSRİ-yə icarəyə
verildi.
Almaniya Polşaya hücum etdikdən sonra SSRİ həmçinin
1939-cu il sentyabrın 17-də Qərbi Ukrayna və Qərbi
Belarusiyaya qoşun yeridərək yenidən onları özünə birləşdirdi.
1940-cı ildə SSRİ 1918-ci ildə Rumıniya tərəfindən tutulmuş
Bessarabiya və Şimali Bukovinanın SSRİ-yə qaytarılmasına
116
nail oldu. Bessarabiya Moldaviya MSSR ilə birləşdikdən sonra
Moldaviya müttəfiq respublikaya çevrildi. Şimali Bukovina isə
Ukraynaya birləşdirildi. 1939-cu ilin sentyabrında Almaniya ilə
SSRİ arasında bağlanmış gizli müqaviləyə əsasən Pribaltika
SSRİ-nin təsir dairəsinə daxil edildi. Pribaltika ölkələri, yəni
Estoniya, Latviya və Litva 1940-cı ildə SSRİ-yə birləşdirildi.
1940-cı ilin II yarısından, xüsusilə 1941-ci ilin yazında
Moskvaya müxtəlif kanallardan məlumat daxil olurdu ki,
Almaniya SSRİ-yə qarşı müharibəyə hazırlaşır. Müharibənin
qaçılmaz fakt olduğunu SSRİ-nin sərhədi yaxınlığında alman
qoşunlarının toplanması da göstərirdi. Yaranmış mürəkkəb
şəraitdə Stalin belə güman edirdi ki, diplomatik və siyasi
tədbirlər vasitəsi ilə Almaniyanın SSRİ-yə qarşı mühribəyə
başlaması vaxtını uzada bilər. Hitlerə heç bir bəhanə
verməməkdən ötrü SSRİ öz qoşunlarını hətta tam döyüş
hazırlığı səviyyəsinə də gətirməmişdi. 1941-ci il iyunun 14-də
SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) belə bir məlumat dərc
etdirdi ki, xarici mətbuatda Almaniyanın tezliklə SSRİ-yə
hücum edəcəyi barədə məlumatlar verilir, lakin SSRİ buna
inanmır. Bu diplomatik manevrə Almaniya cavab vermədikdə,
SSRİ bu məlumatların həqiqət olduğuna inandı.
1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə
SSRİ İkinci dünya müharibəsinə girmiş oldu və 1939-cu il
SSRİ-Almaniya müqavilələri qüvvədən düşdü.
|