SƏmayə MƏMMƏD qızı mustafayeva



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix17.11.2019
ölçüsü1,62 Mb.
#29601
1   2   3   4   5   6   7   8   9   ...   21
ms a&aoeyt


IV. ALMANİYA
 
 
Almaniyada Noyabr inqilabı. Veymar konstitusiyası 
1914-1918-ci illəri  əhatə edən Birinci dünya müharibəsi 
ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə 
kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya mü-
haribəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna 
gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalma-
mışdı. Ona görə  də XX əsrin  əvvəllərində Almaniya dünyaya 
meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə 
durğuzmalı, bu əsrdə o, ya «çəkic», ya da «zindan» olmalıdır. 
Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə  qədər üs-
tünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə 
Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin 
taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu 
məqsədinə nail ola bilmədi.  
1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada 
həm də sosial partlayış yaranmaq üzrə idi. Bunu həmin ilin 
yanvar ayında ölkədə 1,5 mln-a qədər fəhlənin tətil etməsi bir 
daha göstərdi. Ölkə iqtisadi çətinliklə üzləşdi. Almaniya Rusiya 
ilə Brest-Litorisk sülhünü bağladıqdan sonra bütün qüvvələrini 
yenidən cəmləşdirərək yay hücumunə böyük ümid bəsləyirdi. 
Lakin yay hücumunda ABŞ qoşununun Avropada Antantanın 
tərəfində ilk dəfə  hərbi  əməliyyatlarda iştirak etməsi Alma-
niyanın vəziyyətnin daha da ağırlaşmasına səbəb oldu. 1918-ci 
il avqustun 8-də Almaniya qoşunları  qəti məğlubiyyətə  uğra-
dılar və bu, Almaniyanın  tarixinə «qara gün» kimi daxil oldu. 
Bu hadisədən sonra Almaniyanın Birinci dünya müharibəsində 
məğlubiyyəti qaçılmaz oldu. Hadisələrin gedişini diqqətlə 
izləyən  şahzadə Maks Bodenskinin başçılıq etdiyi Almaniya 
hökuməti 1918-ci ilin oktyabrın 5-də ABŞ prezidenti Vudro 
Vilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif 
etdi. Hökumət  həmçinin yetişən inqilabi böhranın qarşısını 
almaq üçün bir sıra islahatlar keçirdi. Belə ki, hökumət 

 
73
parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi 
məhbuslara amnistiya verildi. Sosialist partiyasının liderləindən 
olan Karl Libknext həbsxanadan azad edildi. Ölkədə 
yetişməkdə olan inqilabın qarşısını almaq üçün hökumət 
manevrlərə də əl atmalı oldu. O, Almaniyanın şimalında Kil li-
manında yerləşən matrosları  dənizdə  İngiltərə donanması ilə 
döyüşə  çıxarmaq istədi. Almaniya hökumətinin bu işdə iki 
məqsədi vardı. Hökumət belə güman edirdi ki, Əgər Almaniya 
donanması qalib gələrdisə, kütlələrdə  vətənpərvərlik  əhval-
ruhiyyəsi artar və onlar inqilab fikrindən  əl çəkərdilər.  İkinci 
halda, yəni matroslar  məğlub olardılarsa, bunun günahını 
inqilabi  əhvali-ruhiyyəli kütlələrin üzərinə  yıxmaq və onların 
üzərinə hücuma keçib inqilabın qarşısını almaq olardı. Lakin 
hadisələrin gedişi hökumətin gözlədiyi kimi olmadı. 1918-ci il 
noyabrın 3-də Kil limanının matrosları  dənizə  çıxmaqdan 
imtina etdilər və tətil etdilər. Onların tətili bütün ölkədə tətil və 
nümayişlərin başlamasına səbəb oldu. Həmin gün Almaniya 
tarixinə inqilabın başlanması tarixi kimi daxil oldu. 
Almaniyada inqilabı dörd mərhələyə bölmək olar: noyabrın 3-
dən 9-na qədər; noyabrın 10-dan dekabrın ortalarınalək, 
dekabrın ortalarından 1919-cu ilin fevralınadək, 1919-cu ilin 
fevralından may ayına qədər; 
 Almaniyadakı inqilab öz xarakterinə görə burjua-demok-
ratik inqilabı idi. Bu inqilab öz qarşısına monarxiyanı devirmək 
və demokratik respublika qurmaq məqsədini qoymuşdu. 
Noyabrın 9-da inqilab Berlində  qələbə çaldı  və monarxiya 
devrildi. Kral II Vilhelm və  şahzadə Maks Badenski heç bir 
müqavimət göstərmədən hakimiyyətdən  əl çəkdilər. Almani-
yada Hohensolernlər sülaləsinin mövcudluğuna son qoyuldu. 
Kral Hollandiyaya getdi. 1918-ci ilin noyabrın 10-da təşkil 
edilən hökumət Xalq Müvəkkilləri Şurası adlandı və ona sosial-
demokrat Ebert başçılıq etməyə başladı. O, Almaniya sosial-
demokrat partiyasının liderlərindən idi. Həmin gün Karl Lip-
 
74
qnext Almaniyanı sosial respublika elan etdi. Bolşeviklərin 
qırmızı terrordon istifadə etmələrinin acı təcrübəsini müşahidə 
edən Almaniya sosial-demokratları vətəndaş müharibəsinə im-
kan vermədilər. Ona görə  də Almaniyada Noyabr inqilabı 
«məxməri inqilab» adlandı. Birinci dünya müharibəsi 
Almaniyaya çox böyük zərər vurdu. Müharibədə Almaniyaya 
vurulan maddi və hərbi zərər 161 milyard marka olmuş, 2 mln. 
adam ölmüş, 1 mln əsir düşmüş, 4 mln adam isə yaralanmışdı. 
Almaniya öz əhalisinin 1/10, ərazisinin isə 1/8 hissəsini 
itirmişdi. Dəmir filizinin çıxarılması 75 %, daş kömür 
çıxarılması isə 20% azalmışdı. Almaniyanın dirçəlməsi üçün 
xeyli vaxt lazım idi. 
1918-ci ilin sonunda ölkədə baş verən hadisələrlə 
əlaqədar olaraq, sinfi qüvvələrin qruplaşması  və yeni siyasi 
partiyaların yaranması prosesi sürətləndi.  İlk növbədə 
fəaliyyətdə olan partiyalar öz sıralarına yenidən baxdılar. Bu 
partiyalardan biri hələ 1869-cu ildə Almaniyanın Eyzenax 
şəhərində təşkil edilmiş Almaniya sosial-demokrat partiyası idi. 
Müharibə dövründə bu partiyadan üç qanad ayrılmışdı. 
Onlardan biri 1916-cı ildə təşkil olunmuş «Spartakçılar» qrupu 
idi ki, bunlar daha sol mövqedə dururdular. İkinci qrup 
«mərkəzçilər» qrup idi ki, bu qrup barışdırıcılıq mövqeyində 
dururdu. Sosial-demokrat partiyasından ayrılan üçüncü qrup isə 
1917-ci ilin aprelində Almaniya Müstəqil sosial-demokrat 
pratiyasını (AMSDP) təşkil etmişdi. AMSDP müharibəni 
imperialist müharibəsi elan etsə  də, barışdırıcılarla  əlaqəni 
kəsmirdi: 
1918-ci ilin dekabrın 30-da «Spartak» qrupu Almaniya 
kommunist partiyasını  təşkil etdi. Onun ən görkəmli liderləri 
K.Libqnext və R.Lüksemburq  idi. 
1918-ci ilin sonunda burjua partiyalarında da yenidən 
təşkilolunma prosesi başlandı. Bu paritiyalardan biri Alma-
niyada monarxiyanın tərəfdarı olan Almaniya milli xalq parti-

 
75
yası idi. Bu partiya iri mülkədarları  və  qolçomaqları, bir sıra 
inhisarçıları, yüksək rütbəli məmurları, irticaçı zabit 
korpusunun maraqlarını müdafiə edirdi. Bu mühafizəkarlar, 
qisasçılar, monarxistlər, militaristlərin partiyası idi. Onun 
rəhbəri Huqenberq idi. 
İkinci partiya isə  ağır sənaye inhisarçılarını  və maliyyə 
oliqarxiyası quruplarını təmsil edən Ştrezemanın başçılıq etdiyi 
Alman xalq partiyası idi.  
Üçüncü burjua partiyası tərkibində əsasən, elektrotexnika 
və kimya sənayesi inhisarlarının sahiblərini, orta sahibkarlar, 
bankirlər, dövlət qulluqçuları və ziyalıları birləşdirən Almaniya 
demokrat partiyası idi. Onun liderləri B.Ratenau, E.Kox və 
başqaları idi. Onlar ölkədə respublika idarə formasının 
tərəfdarları idi.  
 Bismarkın dövründə  təşkil edilmiş Katolik Mərkəz 
partiyası da öz tərkibini yenidən qurdu. Bu partiya əsasən ağır 
sənayedəki katolik dairələrinin, iri mülkədarların maraqlarını 
müdafiə edirdi. Onlar katoliklərin  əksəriyyət təşkil etdiyi 
rayonlarda, xristian həmkarlar ittifaqlarında kütləvi bazaya 
malik idilər. Ona M.Ertsberqer, Y.Virt, V.Marks başçılıq 
edirdilər. 
Burjuaziya öz əlində çoxlu sayda mətbuat orqanları sax-
lamış, xüsusi təbliğat mərkəzləri təşkil etmişdi ki, əhalini əks-
inqilabi ruhda kökləyə bilsin. 
Hakimiyyətdə olan sosial-demokratlar 1918-ci ilin 
dekabrın 16-dan və 21-nə  qədər keçirilmiş Ümumalman 
sovetlər qurultayında Almaniyada sovet respublikasının qurul-
masına yol vermədilər. Qurultay ancaq 1919-cu il yanvarın 19-
da Müəssislər məclisinə seçkilər haqqında qərar qəbul etdi. 
Qurultayın qərarı ilə razı olmayan sosial-demokratların sol 
qanadı 1919-cu il yanvarın 5-də hakimiyyəti  ələ almaq üçün 
Berlində üsyan təşkil etsə  də, Ebert hökuməti tərəfindən bu 
 
76
üsyan yatırıldı.  Karl Lipqnext və Roza Lüksemburq isə 1919-
cu ilin yanvar ayının 15-də öldürüldü.  
1919-cu ilin yanvarın 19-da Müəssisələr məclisinə 
keçirilən seçkilərdə burjua partiyaları 54,5%, sosial-
demokratlar isə 45,5% səs aldılar. Berlində xalq 
həyəcanlarından qorxuya düşən hökumət qərara aldı ki, 
Müəssislər məclisini Trungiyanın paytaxtı Veymarda keçirsin. 
1919-cu il fevralın 6-da işə başlayan Müəssislər məclisi 
Almaniyanı respublika elan etdi. Ebert prezident seçildi. 
Şeydeman hökumətin başçısı, Noske daxili işlər naziri təyin 
edildi. 1919-cu ilin aprelin 13-də Bavariyada Sovet respublikası 
təşkil edildi. Lakin bu respublika çox yaşamadı. 1919-cu il 
mayın 4-də daxili işlər naziri Noskenin (Onu «inqilabın qanlı 
köpəyi» adlandırırdılar) başçılıq etdiyi qoşun hissələri 
Bavariyanın paytaxtı Münhenə daxil  oldular və sovet 
qoşunlarını məğlub etdilər. Bu Noyabr inqilabının Almaniyada 
sonu demək idi.  
1919-cu il iyunun 28-də xarici işlər naziri sosial-
demokrat Müller Versal sülhünü imzaladı. Bu sülhdən 
təxminən bir ay sonra 1919-cu ilin iyulun 31-də Veymarda 
Almaniya respublikasının konstitusiyası  qəbul edildi və 
avqustun 11-də qüvvəyə mindi. 1933-cü ilə  qədər Almaniya 
respublikası tarixə Veymar respublikası adı ilə düşdü. Veymar 
konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu 
prezident respublikası elan edildi. Almaniya parlamenti iki 
palatadan ibarət idi. Yuxarı palata reyxstrat adlanır və lantaq-
ların, yəni torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı 
palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. Seçib-seçilmək 
hüququ 20 yaş müəyyənləşdirildi. O, dörd ildən bir əhalinin 
ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli 
olaraq, Veymar konstitusiyasında demokratik azadlıqlar öz 
əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il 
müddətinə seçilirdi.  Reyxstaqın 68 nəfər üzvündən 27-si 

 
77
prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə 
xüsusi səlahiyyətlər verirdi. Onun 25-ci maddəsinə görə 
prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə  əsasən 
prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitu-
siyaya görə Almaniyanın muxtar dövlətlərə – torpaqlara bö-
lünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hü-
ququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Onların qanun-
verici orqanı isə landtaqlar idi. Konstitusiyaya görə qanunverici 
hakimiyyət reyxstaqa və lanqtaqlara məxsus idi. O zaman 
Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi 
mülkiyyəti qorumağa təminat verirdi. Ümumiyyətlə, konsti-
tusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından 
burjua-yunker Almaniyasına çevrildi. Veymar konstitusiyasının 
tətbiq edilməsi Noyabr inqilabının böyük nailiyyəti və Alma-
niyada burjua-demokratik prinsiplərin inkişafı  və möhkəmlən-
məsi yolunda mühüm addım oldu.  
 
Almaniya Noyabr inqilabından sonrakı ilk illərdə  
(1919-1923-cü illər) 
Konstitusiya qəbul ediləndən sonra da Almaniyada inqi-
labi  əhval-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə 
yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist 
partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası 
1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya 
fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə 
qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli 
sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki, 
Almaniyada həm millətçilik, həm də sosializm ideallarına 
sədaqət çox güclüdür. Ona görə  də 1921-ci ildə onlar bu 
partiyanın adını dəyişdirərək Almaniya nasional-sosialist fəhlə 
partiyası adlandırdılar. Ümumiyyətlə, Almaniya faşistləri 
özlərini faşist yox, «nasist» adlandırırdılar. 1921-ci ildən bu 
partiyaya Adlolf Hitler başçılıq etməyə başladı.Onun həqiqi adı 
 
78
Adolf Şkilqruberdir. O, Avstriyanın Braunau şəhərində anadan 
olmuş və 1932-ci ilə qədər Avtsriya vətəndaşlığını saxlamışdır. 
O, marksizm, sionizm, pasifizmin düşməni olsa da, sosializm 
ideyalarından istifadə edərək özünə geniş sosial baza yaratmağa 
çalışırdı. 
Adolf Hitler 1914-cü ildə Birinci dünya müharibəsi başla-
yarkən könüllü müharibəyə getmiş, yaralanmış, yefreytor 
rütbəsi almışdır. O, belə hesab edirdi ki, müharibədə Alma-
niyanın məğlubiyyətinin  əsas səbəbi yəhudilərin pozuculuq 
siyasəti və xəyanəti, həm də Almaniya sosial-demokratiyasının 
alman xalqına arxadan zərbə vurmaları olmuşdur. Almaniya 
nasional-sosialist fəhlə partiyası XX əsrin iyirminci illərinin 
əvvəllərində fəhlə hərəkatına təsir etmək qüvvəsinə o qədər də 
malik deyidi və miskin bir varlığa  bənzəyirdi.  
Versal sülhü və Veymar konstitusiyasına münasibət iki 
istiqamətdə özünü göstərirdi. Bunlardan biri liberal, ikincisi 
mühafizəkar istiqamət idi. Liberal istiqamət tərəfdarları belə 
hesab edirdilər ki, mövcud şəraitlə barışmaq vacibdir. Beymar 
konstitusiyası  çərçivəsində  hərəkət edib Versal sülhünün 
şərtlərini Almaniya üçün yumşaltmaq lazımdır. İkinci istiqamət 
tərəfdarları isə belə hesab edirdilər ki, bunların heç biri ilə 
barışmaq lazım deyil, Almaniyada monarxiyanı yenidən bərpa 
etmək lazımdır. Bu məqsədlə 1920-ci ilin martın 13-də Bava-
riya mülkədarı Kappın başçılığı ilə Berlində qiyam baş verdi. 
Qiyamçılar Milli Məclisin  buraxılmasını, yeni prezident 
seçkiləri keçirilməsini, reyxsverin ixtisarından imtina 
edilməsini, hərbi canilərin Antanta ölkələrinə verilməsini tələb 
edirdilər. Hökumət bu ultimatumu rədd etdi. Qiyam o qədər 
güclü idi ki, hökumət  Ştutqarta qaçmalı oldu. Lakin Berlin 
fəhlə sinfinin qətiyyətli mövqeyi qiyamın yatırılmasına və 
hökumətin Berlinə qayıtmasına səbəb oldu. Almaniyada 
monarxiyanın bərpası məsələsinə birdəfəlik son qoyulmuş oldu. 
Hökumətə Bauer başçılıq etməyə başladı. 

 
79
1920-ci ilin iyununda keçirilən parlament seçkilərində 
burjua partiyaları 58% səs alaraq çoxluq təşkil etdilər. Katolik 
Mərkəz partiyasının liderlərindən olan Ferenbaxın başçılığı 
altında hökumət təşkil edildi. Onun tərkibinə sosial-
demokratlar daxil olmadılar. Bu hökumətin dövründə Almaniya 
ilə ABŞ arasında 1921-ci il avqustunda separat sülh bağlandı. 
1921-ci ilin noyabrında keçirilən parlament seçkilərində 
hökumətə Katolik Mərkəz partiyasından olan Virt gəldi. Onun 
dövründə müharibədən məğlub, iqtisdiyyatı dağılmış 
vəziyyətdə çıxmış Almaniya öz qəddini düzəltmək üçün yollar 
axtarmağa başladı. Qaliblər arasındakı ziddiyyətlərdən istifadə 
edən Almaniya 1922-ci ilin aprelin 16-da İtaliyanın Rapollo 
şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Al-
maniyanın diplomatik və iqtisadi təklənməkdən xilas olmaq 
yolunda atdığı ilk addım idi.  
Almaniyada sosial-siyasi sabitlik yaratmaq o dövrün ən 
mühüm vəzifəsi idi. 1922-ci ilin noyabrından Almaniya 
hökumətinə Kuno başçılıq etdi. Bu dövrdə ən xarakterik hadisə 
1923-cü ilin yanvarında Belçika və Fransa dövlətinin 
Almaniyaya qoşun yeritməsi oldu. Buna bəhanə isə 
Almaniyanın təzminat verməsini gecikdirməsi idi. Hökumət 
çətin vəziyyətdə qaldığına görə passiv itaətsizlik kampaniyasını 
irəli sürdü. Almaniyanın kömür ehtiyatlarının 72%-i, çuqun və 
polad ehtiyatının 50%-i Fransa və Belçika qoşunlarının 
soxulduğu Rur hövzəsində idi. Almaniya ciddi maliyyə  və 
iqtisadi böhranla qarşılaşdı. Əgər 1919-cu ildə Almaniyada bir 
dollar on dörd marka təşkil edirdisə, 1923-cü ildə bir dollar yüz 
doqquz min markaya bərabər idi. Almaniya hökumətinin bu 
ağır vəziyyəti İngiltərə və ABŞ hökumətinin ciddi narahatlığına 
səbəb oldu və onların ciddi təzyiqi nəticəsində Fransa və 
Belçika qoşunları 1923-cü ilin sonunda Almaniya ərazisini tərk 
etdilər. 1923-cü ilin avqustunda Kuno hökuməti istefa verdi və 
hökumətə Almaniya xalq partiyasının lideri olan Ştrezeman 
 
80
başçılıq etməyə başladı. 1923-cü ilin dekabrında katolik mərkəz 
partiyasından olan Vilhelm Marks «Kiçik koalisiya hökuməti» 
təşkil etdi. 1923-cü ilin dekabrından 1924-cü ilin fevralınadək 
75 fövqaladə qanun qəbul edildi. Mühasirə  vəziyyəti ləğv 
edildi. Kommunist partiyası açıq fəaliyyətə keçdi. «Rentabelli 
iqtisadiyyata keçid proqramı» elan edildi. İş günü 9-12 saata 
çatdırıldı. İşsizləri işlə təmin etmək üçün yeni iş yerləri açıldı. 
Əlillərə pensiya verildi. Müharibədə ziyan çəkmiş müəssisələr 
kompensasiya aldılar. 
1924-cü ilin əvvəllərindən isə hökumətə sosial-demokrat 
Lüter başçılıq etdi. 1923-cü ildə Almaniyanın Saksoniya, 
Bavariya, Trungiya torpaqlarında xalq hərəkatı güclənhdi. 
Hətta Hamburqda üsyan baş  verdi.  Bu  vəziyyətdən istifadə 
edən faşistlər yenidən fəallaşdılar. 1923-cü ilin noyabrın 8-də 
Münxendə pivəxanalardan birində Hitlerin başçılıq etdiyi 
faşistlər qiyam təşkil etmək haqqında qərar qəbul etdilər. Lakin 
məğlub oldular. Bu qiyam tarixə «pivəxana qiyamı» kimi daxil 
oldu. Hitler isə beşillik həbs cəzasına məhkum edildi, lakin 
cəmi 6 ay yatdı. Bu müddətdə silahdaşları Moris və Gessə 
«Mənim mübarizəm» kitabını diktə edib yazdırdı. Faşistlər ona 
görə hakimiyyətə  gələ bilmədilər ki, o dövrdə Almaniya bur-
juaziyasının faşistlərə ehtiyacı yox idi. Alman sosial demok-
ratları burjuaziyaya hakimiyyətlərini gücləndirməkdə kömək 
edirdi. Sosial-demokratlar xalqı inandırırdılar ki, sosial isla-
hatlar yolu ilə  fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq müm-
kündür. 
 
 Almaniya kapitalizmin nisbi sabitləşməsi dövründə  
1923-cü ilin sonunda Almaniya iqtisadi və maliyyə böh-
ranından ilk növbədə  ABŞ və İngiltərə hökumətlərinin verdiyi 
kreditlər hesabına çıxa bildi və 1924-cü ildə kapitalizmin nisbi 
sabitləşməsi dövrünə  qədəm qoydu. Bu proses 1929-cu ilə 

 
81
qədər davam etdi və bu dövr Almaniya tarixinə «qızıl dövr» 
kimi daxil oldu. 
1924-cü ilin avqustunda təzminat məsələsi ilə  əlaqədar 
olaraq, böyük dövlətlərin Londonda xüsusi konfransı toplandı. 
Həmin konfransda ABŞ-ın məşhur ekspertlərindən Daues 
xüsusi plan irəli sürdü və bu plan tarixə «Daues planı» kimi 
daxil oldu. O, təklif edirdi ki, Almaniyadan təzminat onun 
təsərrüfatı bərpa edilə-edilə alınsın. Bu təzminat 1924-cü ildə 1 
mlrd.-dan 1929-cu ilə qədər 2,5 mlrd. markaya qədər artırılsın. 
Həmin plan London konfransında təsdiq edildi. Plana görə 
ABŞ elə 1924-cü ildə Almaniyaya 800 mln marka kredit verdi. 
1924-26-cı illərdə isə bu kreditin miqdarı 5 mlrd marka oldu. 
Almaniya xarici dövlətlərdən istiqraz aldı. ABŞ-ın 
Almaniyanın təsərrüfatını dirçəltməkdə  məqsədi Almaniyanı 
Avropada Sovet Rusiyasına qarşı dura biləcək güclü dövlətə 
çevirmək və ondan Sovet Rusiyasına qarşı bir sipər kimi 
istifadə etmək idi. Almaniya təzminatı  əhalidən alınan birbaşa 
və dolayı vergilər, dəmir yollarının istismarından gələn gəlirlər 
və zəhmətkeşlərin istismar edilməsi hesabına verməli idi. 
ABŞ  və  İngiltərə imperialistləri Almaniyaya qoyduqları 
kapitalın müqabilində yüksək gəlir götürməklə yanaşı, 
Almaniyanın hərbi-sənaye potensialının bərpa olunmasına 
kömək edirdilər. Alman inhisarları üçün əlverişli olan təzminat 
məsələsinin həlli də bu planlara cavab verirdi. 1924-1929-cu 
illərdə  təzminat kimi 11 milyard marka ödəyən Almaniya 
iqtisadiyyatını dirçəltmək üçün isə 26 mlrd marka məbləğində 
ABŞ  və  İngiltərədən birbaşa kapital qoyuluşu və istiqrazlar 
almışdı. Alman imperialistləri «Dranq Nax Osten» («Şərqə hü-
cum») planlarının həyata keçirilməsinə qayıtmaq niyyətində 
idilər. 
Almaniya tezliklə verilən istiqrazlar hesabına öz təsərrü-
fatını bərpa etməyə başladı. 1927-ci ildə sənaye istehsalına görə 
1913-cü il səviyyəsinə çatdı. Bir sıra sahələr üzrə  İngiltərə  və 
 
82
Fransanı ötüb keçdi. Sənaye məhsulunun həcminə görə Av-
ropada birinci yerə çıxdı. 
1924-29-cu ildə Almaniyada «İq-Farbenindustri», həmçi-
nin, «Polad tresti» kimi yeni inhisarlar yaradıldı. Almaniyada 
bu dövrdə ABŞ kapitalının köməyi ilə hərbi sənaye inkişaf etdi. 
Alman inhisarçıları  həmçinin Hollandiya, İspaniya,  İsveçrədə 
də  hərbi məhsullar istehsal edən sənaye müəssisələri inşa 
etdirdilər. Almaniyada bu dövrdə 2100 kartel var idi. 
1925-ci iln aprelində Almaniyanın prezidenti Ebert vəfat 
etdi. Prezident seçkilərində sosial-demokratlardan Bauer, kom-
munistlərdən Ernest Telman, Katolik Mərkəz partiyasından 
Marks öz namizədliyini irəli sürsə  də, prezident feldmarşal 
Hindenburq seçildi. Onun seçilməsi monarxist dairələrin 
fəallaşmasına səbəb oldu. Hindenburqun seçilməsi ilə bütün 
monarxiya tərəfdarları, o cümlədən, kilsə xadimləri və yüksək 
hərbi dairələrin burjua demokratiyasını  məhdudlaşdırmaq və 
Birinci dünya müharibəsindəki itkinin əvəzini çıxmağa 
çalışmaq səyləri meydana çıxdı. Keçmiş malikanə knyazları 
inqilab vaxtı onlardan alınmış malikanələr, meşələr və 
banklarının geri qaytarılmasını  və ya əvəzinin ödənilməsini 
tələb etdilər. Bunların dəyəri 3 mlrd markaya yaxın idi. 1926-cı 
ilin iyulunda bu məsələ ilə  əlaqədar keçirilmiş referendumda 
14,5 milyon seçici (onların ümumi sayının 38%-i) knyaz 
mülklərinin tamamilə müsadirə edilməsinə  səs verdi. 
Referendum sol qüvvələrin birgə  fəaliyyətinin böyük 
imkanlarını göstərdi.  
1928-ci ildə Almaniyada keçirilən parlament seçkilərində 
yenidən sosial-demokratlar qələbə çaldılar və German Müllerin 
başçılığı ilə «böyük koalisiya hökuməti» adlanan hökumət 
təşkil edildi. Onun belə adlanmasının səbəbi bu hökumətin 
tərkibində sosial-demokratlardan başqa dörd burjua  partiyası-
nın nümayəndələrinin də olması idi. Müller hökuməti müha-
ribədən sonra ilk dəfə «Doyçland» tipli linkorların inşası haq-

 
83
qında qərar qəbul etdi və Almaniyanın hərbi-sənaye poten-
sialının təkmilləşdirilməsini davam etdirdi. 
Almaniyanın dirçəldilməsi məqsədilə 1929-cu ilin avqus-
tunda Haaqada olan beynəlxalq konfransda ABŞ bankiri 
Yunqun təklifi ilə yeni plan irəli sürüldü. Həmin plana görə 
Almaniya 114 mlrd marka məbləğində  təzminatı 59 il ərzində 
ödəməli idi. Yaxın 37 il ərzində onun 2 milyard marka təzminat 
ödəməsi müəyyənləşdirildi.  Həmçinin Yunq planına  əsasən 
alman iqtisadiyyatı üzərində qalib dövlətlərin nəzarəti götü-
rüldü, sənayedən gələn gəlirin hesablanması  təxirə salındı, 
işğalçı qoşunlar Reyn əyalətindən çıxarıldı. Bütün bu güzəştlər 
isə alman inhisarçı kapitalını gücləndirdi. 
Kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın 
xarici siyasətində Versal sülhünün şərtlərinin bir qədər yumşal-
dılması mühüm yer tuturdu. 1925-ci ilin oktyabrın 5-16-da ça-
ğırılmış Lokarno konfransında Almaniya yenə  də  bərabər 
hüquqlu dövlət kimi tanındı  və  həmin konfransda ilk dəfə 
olaraq İngiltərə və Fransa Versal müqaviləsinin ədalətsiz oldu-
ğunu etiraf etməli oldular. Konfransda yekun aktı olaraq 
Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında 
təminat müqaviləsi imzalandı. Bu müqavilə tarixə «Reyn tə-
minat paktı» kimi düşdü. Bu pakta görə bu sənədi imzalayan 
dövlətlər Versal sülhü ilə müəyyən edilmiş  ərazilərdə status-
kvoya hörmət edəcəklərini bildirir, bir-birinə qarşı silah 
işlətməkdən imtina edir və  sərhədlərin toxunulmazılığına dair 
öhdəlik götürürdülər. 1926-cı ilin aprelində  Almaniya ilə SSRİ 
arasında bir-birinə hücum etməmək haqqında müqavilə 
bağlandı. 1926-cı ilin sentyabrında Almaniya Millətlər 
cəmiyyətinə daxil edildi.  
 
 
 
 
84
Almaniya 1929-1933-cü illər dünya iqtisadi böhranı illərində 
1929-cu ilin oktyabrında ABŞ-da başlanan dünya iqtisadi 
böhranı Almaniyaya daha ağır təsir etdi. Çünki, bir tərəfdən 
böhranın yaratdığı  çətinliklər, digər tərəfdən ABŞ  və  İngil-
tərənin ona verdiyi kreditləri dayandırması, həm də Alma-
niyanın təzminat verməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. 
1929-1933-cü illərdə ölkədə istehsal vasitələri istehsalı 60% 
azaldı.  İşsizlərin sayı 6 milyonu ötüb keçdi. 1932-ci il Alma-
niyada 2600 işsizlər komitəsi fəaliyyət göstərirdi. İdxal və ixrac 
2 dəfədən çox ixtisar edildi.  1931-ci ildə Almaniya bildirdi ki, 
o, təzminatı ödəmək iqtidarında deyildir. ABŞ prezidenti Hu-
verin təklifi ilə Almaniyadan bir il müddətində  təzminat 
alınması təxirə salındı. 1932-ci ilin iyulunda Lozannada çağrıl-
mış konfransda isə Almaniyadan təzminat alınmaması haqqında 
qərar qəbul edildi. Almaniyadan bu vaxtdan etibarən təzminat 
alınmadı.  
1929-cu ildən başlanan dünya iqtisadı böhranından həm 
yuxarı, həm də  aşağı dairələr çıxış yolu axtarmağa başladılar. 
Yaranmış bu şəraitdən bu illər  ərzində heç bir siyasi qüvvəyə 
malik olmayan faşistlər çox məharətlə istifadə etdilər və xalqı 
öz tərəflərinə çəkməyi bacardılar. Onlar öz təbliğatlarına xırda 
burjuaziyanın müflisləşdiyi, işsizliyin kütləvi hal aldığı, insan-
ların siyasi istiqamətlərini itirdikləri bir şəraitdə başladılar. 
Onların xalqı inandıra bilmələrinin səbəbi isə böhrandan 
çıxmaq və xalqın vəziyyətini yaxşılaşdırmaq yollarını 
göstərməsi idi. Faşist partiyasının proqramında göstərilirdi ki, 
nasist diktaturasının yaradılması Versal müqaviləsi 
buxovlarından xilas olmaq, böhrandan qurtarmağın yeganə 
yoludur. Onların  şüarı "Məhv olsun Versal!" idi.  Onlar 
göstərdilər ki, dövlət ilk növbədə qadınların və  gənclərin 
qayğısına qalmalıdır. Faşistlərə münasibətdə iri inhisarçılar və 
maliyyə maqnatları  əvvəllər tərəddüd edirdilər. Lakin 1932-ci 
ilin yanvarında Dyusseldorfda olan yığıncaqda Hitler bildirdi 

 
85
ki, o, xüsusi mülkiyyətə toxunmayacaq. Nasistlər Almaniyanın 
xilas yolunu xərçəng xəstəliyinə  bənzəyən demokratiya və 
marksizmi məhv etməkdə, alman xalqı üçün “yeni həyat 
sahəsi”  əldə etməkdə görürdülər. Nasisitlərin proqramları 
Nitsenin fəlsəfəsindən qidalanırdı. Bu fəlsəfəyə görə  həyat 
güclülərin olmalı idi. Güclülər Nitsenin fikrincə, həmişə 
qalibdirlər və onlar ağalıq etmək üçün doğulmuşlar. Faşistlər 
şovinizmi və irqçiliyi təbliğ edir və almanların ari irqindən 
olduğunu, sinfi bölgüyə yabançı olduğunu göstərirdilər. 
Faşistlərin emblemi də arilərin özləri üçün götürdüyü emblemə 
bənzəyirdi. Bu emblem kəllə sümüyündən və çarpazlaşmış 
sümüklərdən təşkil edilmişdi. Faşistlər həyatda xoşbəxt olmaq 
üçün zorakılığı əsas vasitə kimi götürürdülər. Onlar polukpatiya 
və yəhudilərin kapitalı ilə qurtarmağı, trestlər üzərində nəzarət 
təşkil etməyi, universal mağazaları bağlamağı, işsizliyi ləğv 
etməyi, aqrar islahat keçirməyi vəd edirdilər. Onlar həmçinin 
almanların "həyat sahəsini" genişləndirməyi vəd edirdilər. 
Nasist başçıları "yeni qayda" yaratmağı öz məqsədləri elan 
edirdilər ki, bu qaydaya görə bir qisim xalqları  qırmaq, 
başqalarını tabe etməklə "təmiz arilərin hökmranlığı" qurulmalı 
idi. Onlar almanlara təlqin edirdilər ki, sosial-iqtisadi 
probelmləri «daxili düşmənlərin» – kommunistlərin və başqa 
antifaşistlərin məhv edilməsi və Sovet İttifaqına qarşı müharibə 
aparılması yolu ilə həll etmək olar. SSRİ-nin ərazisini, slavyan 
xalqlarının məskunlaşdığı torpaqları hitlerçilər özlərinin 
"ömürlük boş" torpaqları elan etmişdilər. 
Nasistlər insan şəxsiyyətinə  hər cür hörməti inkar edir, 
qəddarlığa və zorakılığa pərəstişi yayırdılar. Nasist təbliğatına 
uyan təbəqələr – yəni sənətkarlar, kəndlilər, müharibə veteran-
ları, işsizlər, kapittalın nüfuzlu dairələri, demokratiyadan yo-
rulmuş  gənclər, Veymar respublikasından narazı olan səna-
yeçilər, bankirlər və hərbi bürokratiya onları müdafiə edirdilər. 
Nasistlər göstərirdilər ki, məqsədə çatmaq üçün hər cür vasitə 
 
86
yaxşıdır. Onlar belə ideya irəli sürürdülər ki, alman xalqı bütün 
dünyaya ağalıq etmək üçün yaranmışdır. Onlar minillik quldar-
lıq quruluşu yaratmaq, bu quruluşda almanları, ağa, yerdə qalan 
xalqları qul etmək fikrində idilər. Faşizmin prinsipləri belə 
ifadə olunurdu. Güclü vahid dövlət, güclü vahid millət, güclü 
vahid rəhbər.  
Müllerin «böyük koalisiya» hökumətini 1930-cu ilin mar-
tında prezidentin sərəncamı ilə  Mərkəz partiyasından olan 
Brüninqin koalision hökuməti  əvəz etdi. Bu vaxtdan Al-
maniyada demokratik rejimdən avtoritar rejimə keçidin əsası 
qoyulmuş oldu. Brüninq hökuməti  əmək haqqını  aşağı saldı, 
işsizliyə görə verilən müavinəti azaltdı, vergiləri artırdı. 1932-
ci ilin iyununda Brüninqi əvvəlcə fon Papen, dekabrda isə 
Şlyayxer əvəz etdilər ki, onlar da Hitlerin hakimiyyətə gəlməsi 
üçün yol açmış oldular. 1932-ci ildə fon Papen xüsusi dekretlə 
sahibkarlara icazə verdi ki, onlar fəhlə  və qulluqçuların  əmək 
haqlarını  aşağı salsınlar.  Şlyayxer öz hökumətini «milli 
həmrəylik hökuməti» adlandırdı. Böhran illərində faşistlərin 
nüfuzu xeyli artdı. Belə ki, onlar 1928-ci il seçkilərində  cəmi 
800 min, 1930-cu il seçkilərində 6,4 milyon səs almışdılarsa, 
1932-ci ilin iyun seçkilərində isə 13,7 milyon səs aldılar. Lakin 
fon Panen hökumətinin fəaliyyəti faşistlərin nüfuzuna xeyli 
xələl gətirdi. Belə ki, 1932-ci ilin noyabrında reyxstaqa 
keçirilən seçkilərdə nasistlər 2 milyon səs itirdilər. Bu hadisə 
alman inhisarçı burjuaziyasını  və yunkerləri narahat etdi və 
onlar kütlələrin inqilabi hərəkatından qorxaraq faşistləri ha-
kimiyyətə gətirməyə tələsdilər. Y.Şaxtın təşəbbüsü ilə bir qrup 
iri burjuaziyanın adından prezident Hündenburqa 1932-ci ilin 
noyabrın 19-da belə bir tələb göndərildi ki, A.Hitler 
reyxkansler təyin edilsin və yeni hökumətin tərkibinə faşistlər 
daxil edilsin. Prezident hakim sinfin iradəsini yerinə yetirərək 
1933-cü ilin yanvar ayının 30-da A.Hitleri alman hökumətinin 
başçısı  təyin etdi. Yeni hökumət formal olaraq koalision 

 
87
adlansa da, əslində orada əksəriyyəti faşistlər təşkil etdilər. 
Hitlerin "Milli həmrəylik" adlandırdığı hökumətin tərkibində 
mərkəzçilər və mühafizəkarlardan da nümayəndələr var idi.  
 
Almaniyada faşist diktaturası dövründə daxili siyasət 
Versal müqaviləsinin alçaldıcı  şərtləri Almaniyada şovi-
nizmin təbliğatının genişlənməsinə imkan verdi. Almaniyada 
faşistlər kutləvi sosial bazaya malik olmağı bacardılar. Bunun 
əsas səbəbi fəhlələr, kəndlilər və burjuaziyanın səbatsız 
ünsürlərinin onun dalınca getməsi idi. Faşistlər siyasi cərəyana 
çevrildilər. Almaniyanın iri maliyyə dairələri faşistləri maliyyə 
cəhətdən təmin etdilər.  Əslində Almaniyada yaranan faşist 
diktaturası da iri maliyyə maqnatlarının diktaturasından başqa 
bir şey deyildi. Almaniyada fəhlə sinfinin parçalanması, xüsu-
silə komunistlərin sosial-demokratları «nasistlərin mötədil 
qanadı» adlandırması da bu məsələdə mühüm rol oynadı. 
Nasional-sosialistlərin gəncləri müdafiə edərək özlərinə onların 
simasında güclü dayaq yaratmaları, hələ 20-ci illərdə partiya 
işini yenidən qurmaları, 1928-ci ildə partiyanın  ərazi 
təşkilatlarını yaratmaları, nəinki regionlarda, hətta küçə  və 
məhəllələrdə  də partiya özəkləri qurmaları, "pivəxana qiya-
mı"ndan sonra seçki yolu ilə hakimiyyətə  gəlməyə üstünlük 
vermələri və bu sahədə  təbliğatı genişləndirmələri də onların 
qələbəsinə imkan yaradan mühüm amillər idi. Dindarlar da 
nasional-sosialistləri müdafiə etdilər. Almaniyada nasional-
sosialistlərin  əleyhinə olan qüvvələr zəif idi. Beynəlxalq 
vəziyyət, ABŞ-ın bu məsələdə bitərəf mövqeyi və Avropada 
formalaşmış ictimai rəy də nasional-sosalistlərin xeyrinə oldu.  
1933-cü yanvarın 30-da Almaniyada faşist partiyasının 
hakimiyyətə  gəlməsi ilə Veymar konstitusiyasının demontajı 
başladı. Ümumiyyətlə, Almaniyada Veymar konstitusiyası  və 
Respublikası 1933-cü ilin yanvarına qədər qüvvədə qaldı. 
Faşistlər hakimiyyət başına gəldikdən dərhal sonra demokratik 
 
88
azadlıqlar üzərinə hücumə keçdilər. Onlar ölkədə demokratik 
azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıqca terrora 
başladılar. Onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün 
1933-cü il fevralın 27-də Reyxstaqı yandırıb onun təqsirini 
kommunistlərin üstünə  yıxdılar. 1933-cü il fevralın 28-də 
Hitlerin tələbi ilə Hindenburq "xalqı və dövləti müdafiə etmək" 
adlı fövqaladə fərman imzaladı ki, bu fərmana əsasən Veymar 
konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi. 
Əslində Veymar konstitusiyası qüvvədən düşmüş oldu.  1933-
cü il martın 5-də yeni növbədənkənar parlament seçkiləri təşkil 
edildi. Martın 5-də keçirilən seçkilərdə kommunistlər – 5, 
burjua partiyaları 9, sosial demokratiklər 7 milyondan çox, 
faşistlər isə 17,5 milyon səs aldılar. Bu hadisə faşistlər 
tərəfindən "milli inqilab" adlandırıldı. Bu hadisədən sonra 
faşistlər unifikasiya, yəni vahid şəklə salma siyasəti yeritməyə 
başladılar. 1933-cü il martın 14-də kommunist partiyasının 
fəaliyəti qadağan edildi və onun 81 mandat yeri ləğv edildi. 
1933-cü ilin mayında həmkarlar  ittifaqının fəaliyyəti 
dayandırıldı. Fəhlələr məcburi surətdə faşist Leyin başçılıq 
etdiyi "Əmək cəbhəsi"ndə birləşməli idilər. 18 yaşdan 25 yaşa 
qədər olan gənclər üçün ikiillik əmək mükəlləfiyyəti tətbiq edil-
di. Bu müddətdə onları  hərbiləşdirilmiş düşərgələrdə saxlayır, 
istehkamlarda, yollarda və s. tikintilərdə  işlədirdilər.  Əmək 
düşərgələrinin yaradılması  işsizliyin bir qədər azalmasına 
gətirib çıxardı və hitlerçilərə gənclərin bir hissəsinə siyasi təsir 
göstərmək imkanı asanlaşdı. 1933-cü il iyunun 23-də sosial-
demokrat, iyulun 24-də isə faşist partiyasından başqa bütün 
siyasi partiyaların fəaliyyəti qadağan edildi. Ölkədə ancaq 
Almaniya nasional-sosialist fəhlə partiyasının fəaliyyəti 
saxlanıldı. Bu ölkədə totalitar rejimin yaranması demək idi.  
1933-cü ilin yazı  və yayında faşist idarə üsulunun for-
malaşması  əsasən başa çatdı. Hökumət,  şəxsən Hitler qanun 
vermək hüququ aldı. 1933-cü ilin martında federal dövlətin 

 
89
tərkibinə daxil olan alman torpaqlarının muxtariyyəti ləğv 
edildi. Torpaqlara faşist canişinləri başçılıq etməyə başladılar 
ki, onlar da qaulyayterlər adlanırdı. 
1933-cü ildə faşistlər xüsusi mühafizə dəstələri yaratdılar 
ki, bu da eseslər adlanırdı. Bu mühafizə  dəstələrinin rəhbəri 
Gimmel idi. Bundan başqa gizli polis dəstəsi yaradıldı ki, bu da 
gestapo adlandı. Gestaponun kadrları eseslərin tərkibindən  
seçilirdi. Gestaponun rəhbəri Göbbels təyin edildi. Bütün bu 
tədbirlər Hitlerin tərəfdarlarının bir hissəsində  məyusluq hissi 
doğurdu. Lakin Hitler asanlıqla onların öhdəsindən gəlməyi 
bacardı. 1934-cü il iyunun 30-u Almaniya tarixinə "uzun bı-
çaqlar gecəsi" kimi daxil oldu. Həmin gecə Almaniyanın bir 
sıra  şəhərlərində – Berlin, Münhen, Breslau və digərlərində, 
həmçinin Lüxtenburq həbsxanasında müxalifət üzərinə aman-
sızlıqla hücuma keçildi. Bir gecədə 1000-ə  qədər adam həlak 
oldu. Hitler müxalifətə elə bir dərs verdi ki, bu hadisədən sonra 
heç kim ona qarşı çıxmağa cəsarət etmədi. Bu hadisədən sonra 
SA adlanan və hələ 1931-ci ildə yaradılmış hücumçu dəstələrin 
nüfuzu düşdü. Eseslərin nüfuzu artdı.  1934-cü ilin avqust 
ayının 2-də prezident Hindenburqun ölümündən sonra Hitler 
prezident və kansler vəzifələrini birləşdirərək özünü alman 
millətinin "fürer"i adlandırdı. Reyxstaq və landtaq torpağa 
gömüldü və heç bir təsirə malik olmadı. 
Faşistlər hakimiyyətə  gəldikdən sonra yəhudilər üzərinə 
hücuma keçdilər. 1933-cü ildə yəhudilərin müəssisələri baykot 
edilməyə başlandı. 1935-ci ildə onları alman vətəndaşlığından 
məhrum edən və onların dövlət aparatında hər hansı  vəzifə 
tutmalarını qadağan edən bir sıra qanunlar verildi. 1938-ci ilin 
noyabrın 9-dan 10-a keçən gecə yəhudi qırğını təşkil edildi (bu 
«büllur gecə» əməliyyatı adlanır). Almanlar marksizm-leninizm 
klassiklərinin bütün əsərlərini küçələrə tökərək yandırmağa 
başladılar. "Hayl Hitler" salamlaşma formasına çevrildi. Onlar 
güclü təbliğat maşınından da istifadə edirdilər. 
 
90
Alman faşizmi yüksək inkişaf etmiş kapitalist ölkəsində 
hakimiyyət başına gəlmişdi. Hitler diktaturası inhisarçı kapita-
lizmin sosial-siyasi əsasları üzərində quruldu və tezliklə iqtisa-
diyyatın dövlət tərəfindən tənzim edilməsi tədbirləri sistemini 
işləyib hazırladı. Bu məqsədlə Almaniyada 18-ə qədər inhisarı 
birləşdirən Alman təsərrüfat baş şurası təşkil edildi.  
1934-cü ilin fevralın 27-də "Alman iqtisadiyyatının üzvü 
qurulmasına hazırlıq haqqında" qanun qəbul edildi. 
Yenidənqurma işləri beş  əsas istiqamətdə getməyə başladı: 1) 
hərbi xammal bazalarının yaradılması, 2) hərbi sənayenin 
sürətlə inkişaf etdirilməsi, 3) Əmək ehtiyatlarının yaradılması, 
4) ərzaq bazalarının yaradılması, 5) bütün ölkəni tənzimedən və 
hərbiləşdirən orqanların yaradılması. 
1936-cı ilin sentyabrında Nürnberqdə Alman nasional-
sosialist fəhlə partiyasının qurultayında dördillik plan qəbul 
edildi ki, bundan da məqsəd alman iqtisadiyyatını müharibəyə 
hazırlamaq idi. İ.Gerinqin başçılığı altında iqtisadiyyatın tən-
zimlənməsinin yeni sistemi təşkil edildi. 
Bütün ölkənin iqtisadiyyatında "fürerçilik" sistemi tətbiq 
olundu. Müəssisə  və  sənaye sahələrinin başında duran kapita-
listlər "fürer" elan edildilər və müvafiq dərəcələrə bölünərək 
dövlət hakimiyyətinin nümayəndəsi səlahiyyətini aldılar. Nasist 
başçıları ən iri konsernlərin səhmlərinin sahibləri oldular. Belə-
liklə, inhisarların gücü faşist dövlətinin gücü ilə birləşdirildi. 
Hitler Almaniyasında dövlət-inhisarçı kaptalizminin əsas 
xüsusiyyəti müharibəyə hazırlıq məqsədi ilə dövlət tərəfindən 
bütün iqtisadiyyatın ümumi nizamlanması oldu. 1934-cü ildə 
verilən «Milli əməyin nizama salınması haqqında» qanuna 
əsasən bütün müəssisələrdə Alman nasional-sosialist fəhlə par-
tiyasının özəkləri yaradılmış oldu. 1932-ci ildə əgər hərbi xərc-
lər büdcənin 7%-ni təşkil edirdisə,1938-ci ildə bu rəqəm 32% 
oldu. 1933-1939-cu illərdə hərbiyə 90 milyard marka pul xərc-
ləndi. 

 
91
 Ümumiyyətlə, Almaniya 1939-cu ildə dünya sənaye 
məhsulunun 15%-ni verirdi və ABŞ-dan sonra kapitalist ölkələr 
içərisində ikinci yeri, Avropada isə birinci yeri tutdu. 
Gənclərin böyük bir hissəsi "Hitlerçi gənclər", "Gənc 
millət", "Alman qızları ittifaqı" və başqa təşkilatlara daxil ola-
raq  əxlaqın və vicdanın mənasızlığı, "böyük reyxin" mənafeyi 
naminə  hər cür zorakılığa yol verilməsi haqqında faşist nəzə-
riyyəsini mənimsəyirdilər.  
Hitlerçilər kollektiv müqavilələr sistemini ləğv etdilər, 
fabrik-zavod komitələrini dağıtdılar. Fəhlələrə  iş yerini də-
yişmək qadağan olunurdu, sahibkarlar iş gününü 14 saata qədər 
uzatmaq hüququ alırdılar. İnhisarların möhkəmlənməsi xırda və 
orta sahibkarların kütləvi surətdə yoxsullaşmasına gətirib 
çıxartdı. "İrqi" yoxlanışdan sonra onların bəzilərinə dövlət və 
ya partiya aparatında sərfəli yer verilirdi. 
Görülən bütün tədbirlər nəticəsində Almaniyada həm fa-
şist partiyası üzvlərinin sayı, həm də fəhlələrin sayı artdı. 1930-
cu ildə faşist partiyası üzvlərinin sayı cəmi 130 min nəfər idisə, 
1933-cü ildə 300 minə, 1939-cu ildə 1 mln, 1945-ci ildə 6 mln-
a çatdı. Bu partiyanın üzvlərinin 2/3 hissəsi fəhlələr və  xırda 
burjuaziya, cəmisi 10%-ni isə varlı sinfin nümayəndələri təşkil 
edirdi. Fəhlə sinfinin sayı 1939-cu ildə 20,8 mln nəfərə yaxın 
idi ki, onun da 30%-ni qadınlar təşkil edirdi. 
 Hitlerçilərin aqrar siyasəti iri mülkədar torpaq sahib-
liyinin və  kənd burjuaziyasının müdafiəsində  ifadə olunurdu. 
1933-cü ilin sentyabrın 29-da verilmiş "İrsi həyətlər" haqqında 
qanun irsən yalnız böyük oğula keçən orta və iri kəndli təsər-
rüfatlarının satılmasını  və ya parçalanmasını qadağan edirdi. 
Kənd varlılarının timsalında faşistlər möhkəm dayaq əldə 
etdilər. Onlar torpaqsız kəndlilərə Şərqdə "daimi baş torpaqlar"ı 
işğal etdikdə pay torpaqları verməyi vəd edirdilər. 
 
92
Almaniyada faşist diktaturasının xarici siyasəti 
Hitler xarici siyasəti də geopolitik nəzəriyyəyə əsaslanır-
dı. Burada qarşıya qoyulan məqsəd bioloji dövlət, təbii sər-
hədlər və optimal coğrafi-iqtisadi rayonlar yaradaraq "yeni 
dünya qaydası" qurmaq idi. 1933-cü ilin fevralın 1-də verilən 
dekretdə  yaşamaq hüququnun təsdiqi, azadlığın bərpası xarici 
siyasətin  əsas vəzifələri kimi müəyyənləşdirilmişdi. Nasional-
sosialist partiyasında yaradılan xarici siyasət  şöbəsinə Ro-
zenberq rəhbərlik edirdi. İlk dövrdə Almaniya hökuməti  əsas 
diqqəti Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulması 
və inkişafına yönəltmişdi. 1933-cü ilin fevral-iyul aylarında Ce-
nevrədə keçirilən tərksilaha dair konfransda Almaniya nüma-
yəndə heyəti də iştirak etdi və silahların saxlanması sahəsində 
digər dövlətlərlə Almaniyanın bərabərliyi prinsipini təklif etdi. 
Almaniyada faşist diktaturasının yaradılması ilə Versal-
Vaşinqton sistemi iflas etməyə başladı. Almaniyada faşistlər 
hakimiyyət başına gələn kimi Versal sülhünün şərtlərinin ləğv 
edilməsini Millətlər cəmiyyətinin qarşısında qoydular. Cəmiy-
yətin Baş şurası buna qəti etirazını bildirdiyinə görə Almaniya 
həmin ilin oktyabrın 14-də Millətlər Cəmiyyətindən çıxdığını 
bildirdi. Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin 
bütün hərbi maddələrini ləğv etməyi, alman ordusunun sayını 
artırmağı, bütün silah növlərinin istehsalının bərpa olunmasını, 
hərbsizləşdirilmiş Reyn zonasının Almaniyaya verilməsini 
tələb etdi. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada 
müharibə ocağına çevrildi.  
1935-cir ildə  məcburi hərbi mükəlləfiyyəti bərpa etmək 
haqqında qanun qəbul olundu. Vermaxt, yəni alman silahlı 
qüvvələri yaradılmağa başladı. Almaniya Baş  qərargahı  bərpa 
olundu. Həmin ildə Almaniya İngiltərə ilə bağladığı sazişə 
əsasən suüstü və sualtı donanmanın yaradılması  işini sürət-
ləndirdi. Hərbi hava qüvvələri təşkil edilməyə başlandı. 1935-ci 
ilin yanvarında Hitler hökuməti referendum keçirərək Saar 
vilayətini geri aldı. 1936-cı ildə  hərbisizləşdirilmiş Reyn zo-

 
93
nasına qoşun yeridərək oranı tutdu. 1936-cı ildə İspaniyada və-
təndaş müharibəsi başlanarkən faşistləri müdafiə edərək  
Frankoya yardım üçün İspaniyaya hərbi müdaxilə etdi. 1936-
1937-ci illərdə Almaniya Yaponiya və İtaliya ilə birlikdə anti-
kommintern paktını imzalandı.  
1937-ci ilin sonu və 1938-ci ilin əvvəllərində alman rəh-
bər dairələrində Almaniyanın silahlandırılmasının sürəti, me-
todları  və  Qərb dövlətlərinə münasibət məsələsində fikir 
ayrılığı meydana gəldi. Şaxt, Tissenin rəhbərlik etdiyi bir qrup 
inhisarçılar göstərirdilər ki, Almaniya hələ müharibəyə hazır 
deyildir. O, Avropa və Amerika ölkələri  ilə iqtisadi əlaqələri 
davam etdirsin, ixracı artırsın, tam hazırlıqdan sonra 
müharibəyə başlasın. Digər qrupa Hitler başda olmaqla daxil 
olan "Farbenindustri", elektrotexnika konserni, Flik, Krupp, 
Mannesmanın  şirkətlərinin nümayəndələri göstərirdilər ki, 
Almaniya müaribəyə elə indi başlamalıdır. Birincilərin etirazı 
onların rəhbər vəzifələrdən götürülməsinə səbəb oldu. Belə ki, 
1937-ci ilin noyabrında  Şaxt təsərrüfat naziri vəzifəsindən 
istefa verdi. 1938-ci ilin yanvarında Blomberq hərbi nazir, 
Neyrat xarici işlər naziri, həmin ilin fevralında Fric isə quru 
qoşunlarının komandanı  vəzifəsindən azad edildi. Bu vəzifəyə 
Hitlerin həmfikirləri təyin edildilər. Hitler özü həm kansler, 
həm də hərbi nazir oldu, Vermaxın, yəni alman silahlı qüvvə-
lərinin baş komandanı Keytel, Hərbi hava qüvvələrinin baş 
komandanı Q.Qerinq oldu. Quru qoşunlarının baş komandanı 
vəzifəsini Brauxic, Təsərrüfat naziri vəzifəsini Funk tutdu. 
Xarici işlər naziri Ribbentrop təyin edildi. 
Hitler 1938-ci ilin martında Avstriyanı dinc yolla – 
sadəcə bir kağıza imza atdırmaqla III imperiyanın tərkibinə 
qatdı.  Avstriyanı  ələ keçirdikdən sonra hitlerçilər üzünü Çe-
xoslovakiyanın Sudet vilayətinə tutdu. Belə bir bəhanə irəli sü-
rüldü ki, Sudet vilayətinin əhalisinin əksəriyyəti almanlardır və 
onlar Çexoslavakiyada milli zülmə məruz qalırlar. Almaniyanın 
 
94
«sakitləşdirilməsi» siyasətinin tərəfdarı olan İngiltərə və Fransa 
1938-ci ilin sentyabrın 29-30-da Münhendə Sudet vilayətinin 
Almaniyaya birləşməsinə  tərəfdar oldular. İngiltərə  və 
Fransanın biganəliyini görən Hitler 1939-cu ilin martında tərtib 
etdiyi "Yaşıl" plana əsasən Çexoslavakiyanı  işğal etdi. 
 
Slovakiya "müstəqil dövlət" elan edildi və Almaniyanın satil-
letinə, yəni  əlaltısı olan dövlətə çevrildi. 1939-cu ildə artıq 
Almaniya ayrı-ayrı ölkələri işğal etmək üçün hərbi planlar 
işləyib hazırladı. O, Polşa üçün "Vays", Skandinaviya ölkələri 
üçün "Vezerdə  təlim", Fransa üçün "Sarı",  İngiltərə üçün 
"Dəniz şiri", İspaniya üçün "İzabella" planını tərtib etdi. 
1939-cu ilin aprelində Almaniya Litvadan Klaypedi, Pol-
şadan Odanski tələb etdi. Birinci istəyinə nail oldu, Klaypedi 
götürdü, lakin Polşa hökuməti Qdanski verməkdən imtina etdi. 
Polşa ona arxalanırdı ki, Fransa və İngiltərə onun təhlükəsizliyi 
üçün təminat veriblər. 1939-cu ilin mayında Mussolini ilə 
Hitler arasındakı danışıqlar nəticəsində Almaniya ilə  İtaliya 
arasında «polad» və ya «möhkəm pakt» bağlandı.  
1939-cu ilin avqustun 23-də Almaniya  SSRİ ilə bir-biri-
nə hücum etməmək haqqında on illik müqavilə bağladı. Bu mü-
qavilənin gizli protokolunda Polşa və Pribaltikanın Almaniya 
və SSRİ arasında təsir dairələrinə bölünməsi öz əksini tapdı. 
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu 
ilə ikinci qrupun ideyası reallaşdı. Birinci dünya müharibəsi 
kimi  İkinci Dünya müharibəsi də Almaniya tərəfindən 
başlanmış oldu. 

 
95
Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin