IV. ALMANİYA
Almaniyada Noyabr inqilabı. Veymar konstitusiyası
1914-1918-ci illəri əhatə edən Birinci dünya müharibəsi
ilk növbədə Almaniya-İngiltərə ziddiyyətlərinin son dərəcə
kəskinləşməsi üzündən başladı. Almaniya Birinci dünya mü-
haribəsinə ona görə başladı ki, o, imperialist təamları stoluna
gecikmişdi, gücləndiyi vaxt günəş altında boş torpaq qalma-
mışdı. Ona görə də XX əsrin əvvəllərində Almaniya dünyaya
meydan oxuyaraq belə hesab edirdi ki, o bu stoldan kimi isə
durğuzmalı, bu əsrdə o, ya «çəkic», ya da «zindan» olmalıdır.
Birinci dünya müharibəsi başlandıqdan 1916-cı ilə qədər üs-
tünlük Almaniyanın tərəfində idi. Əgər Almaniya 1915-ci ildə
Rusiyanı müharibədən çıxara bilsəydi, yəqin ki, müharibənin
taleyi bəlkə də başqa cür həll olunardı. Lakin 1915-ci ildə o bu
məqsədinə nail ola bilmədi.
1918-ci ildə, yəni müharibənin son ilində Almaniyada
həm də sosial partlayış yaranmaq üzrə idi. Bunu həmin ilin
yanvar ayında ölkədə 1,5 mln-a qədər fəhlənin tətil etməsi bir
daha göstərdi. Ölkə iqtisadi çətinliklə üzləşdi. Almaniya Rusiya
ilə Brest-Litorisk sülhünü bağladıqdan sonra bütün qüvvələrini
yenidən cəmləşdirərək yay hücumunə böyük ümid bəsləyirdi.
Lakin yay hücumunda ABŞ qoşununun Avropada Antantanın
tərəfində ilk dəfə hərbi əməliyyatlarda iştirak etməsi Alma-
niyanın vəziyyətnin daha da ağırlaşmasına səbəb oldu. 1918-ci
il avqustun 8-də Almaniya qoşunları qəti məğlubiyyətə uğra-
dılar və bu, Almaniyanın tarixinə «qara gün» kimi daxil oldu.
Bu hadisədən sonra Almaniyanın Birinci dünya müharibəsində
məğlubiyyəti qaçılmaz oldu. Hadisələrin gedişini diqqətlə
izləyən şahzadə Maks Bodenskinin başçılıq etdiyi Almaniya
hökuməti 1918-ci ilin oktyabrın 5-də ABŞ prezidenti Vudro
Vilsona məktub göndərərək sülh danışıqlarına başlamağı təklif
etdi. Hökumət həmçinin yetişən inqilabi böhranın qarşısını
almaq üçün bir sıra islahatlar keçirdi. Belə ki, hökumət
73
parlament qarşısında məsuliyyət daşımalı idi. Siyasi
məhbuslara amnistiya verildi. Sosialist partiyasının liderləindən
olan Karl Libknext həbsxanadan azad edildi. Ölkədə
yetişməkdə olan inqilabın qarşısını almaq üçün hökumət
manevrlərə də əl atmalı oldu. O, Almaniyanın şimalında Kil li-
manında yerləşən matrosları dənizdə İngiltərə donanması ilə
döyüşə çıxarmaq istədi. Almaniya hökumətinin bu işdə iki
məqsədi vardı. Hökumət belə güman edirdi ki, Əgər Almaniya
donanması qalib gələrdisə, kütlələrdə vətənpərvərlik əhval-
ruhiyyəsi artar və onlar inqilab fikrindən əl çəkərdilər. İkinci
halda, yəni matroslar məğlub olardılarsa, bunun günahını
inqilabi əhvali-ruhiyyəli kütlələrin üzərinə yıxmaq və onların
üzərinə hücuma keçib inqilabın qarşısını almaq olardı. Lakin
hadisələrin gedişi hökumətin gözlədiyi kimi olmadı. 1918-ci il
noyabrın 3-də Kil limanının matrosları dənizə çıxmaqdan
imtina etdilər və tətil etdilər. Onların tətili bütün ölkədə tətil və
nümayişlərin başlamasına səbəb oldu. Həmin gün Almaniya
tarixinə inqilabın başlanması tarixi kimi daxil oldu.
Almaniyada inqilabı dörd mərhələyə bölmək olar: noyabrın 3-
dən 9-na qədər; noyabrın 10-dan dekabrın ortalarınalək,
dekabrın ortalarından 1919-cu ilin fevralınadək, 1919-cu ilin
fevralından may ayına qədər;
Almaniyadakı inqilab öz xarakterinə görə burjua-demok-
ratik inqilabı idi. Bu inqilab öz qarşısına monarxiyanı devirmək
və demokratik respublika qurmaq məqsədini qoymuşdu.
Noyabrın 9-da inqilab Berlində qələbə çaldı və monarxiya
devrildi. Kral II Vilhelm və şahzadə Maks Badenski heç bir
müqavimət göstərmədən hakimiyyətdən əl çəkdilər. Almani-
yada Hohensolernlər sülaləsinin mövcudluğuna son qoyuldu.
Kral Hollandiyaya getdi. 1918-ci ilin noyabrın 10-da təşkil
edilən hökumət Xalq Müvəkkilləri Şurası adlandı və ona sosial-
demokrat Ebert başçılıq etməyə başladı. O, Almaniya sosial-
demokrat partiyasının liderlərindən idi. Həmin gün Karl Lip-
74
qnext Almaniyanı sosial respublika elan etdi. Bolşeviklərin
qırmızı terrordon istifadə etmələrinin acı təcrübəsini müşahidə
edən Almaniya sosial-demokratları vətəndaş müharibəsinə im-
kan vermədilər. Ona görə də Almaniyada Noyabr inqilabı
«məxməri inqilab» adlandı. Birinci dünya müharibəsi
Almaniyaya çox böyük zərər vurdu. Müharibədə Almaniyaya
vurulan maddi və hərbi zərər 161 milyard marka olmuş, 2 mln.
adam ölmüş, 1 mln əsir düşmüş, 4 mln adam isə yaralanmışdı.
Almaniya öz əhalisinin 1/10, ərazisinin isə 1/8 hissəsini
itirmişdi. Dəmir filizinin çıxarılması 75 %, daş kömür
çıxarılması isə 20% azalmışdı. Almaniyanın dirçəlməsi üçün
xeyli vaxt lazım idi.
1918-ci ilin sonunda ölkədə baş verən hadisələrlə
əlaqədar olaraq, sinfi qüvvələrin qruplaşması və yeni siyasi
partiyaların yaranması prosesi sürətləndi. İlk növbədə
fəaliyyətdə olan partiyalar öz sıralarına yenidən baxdılar. Bu
partiyalardan biri hələ 1869-cu ildə Almaniyanın Eyzenax
şəhərində təşkil edilmiş Almaniya sosial-demokrat partiyası idi.
Müharibə dövründə bu partiyadan üç qanad ayrılmışdı.
Onlardan biri 1916-cı ildə təşkil olunmuş «Spartakçılar» qrupu
idi ki, bunlar daha sol mövqedə dururdular. İkinci qrup
«mərkəzçilər» qrup idi ki, bu qrup barışdırıcılıq mövqeyində
dururdu. Sosial-demokrat partiyasından ayrılan üçüncü qrup isə
1917-ci ilin aprelində Almaniya Müstəqil sosial-demokrat
pratiyasını (AMSDP) təşkil etmişdi. AMSDP müharibəni
imperialist müharibəsi elan etsə də, barışdırıcılarla əlaqəni
kəsmirdi:
1918-ci ilin dekabrın 30-da «Spartak» qrupu Almaniya
kommunist partiyasını təşkil etdi. Onun ən görkəmli liderləri
K.Libqnext və R.Lüksemburq idi.
1918-ci ilin sonunda burjua partiyalarında da yenidən
təşkilolunma prosesi başlandı. Bu paritiyalardan biri Alma-
niyada monarxiyanın tərəfdarı olan Almaniya milli xalq parti-
75
yası idi. Bu partiya iri mülkədarları və qolçomaqları, bir sıra
inhisarçıları, yüksək rütbəli məmurları, irticaçı zabit
korpusunun maraqlarını müdafiə edirdi. Bu mühafizəkarlar,
qisasçılar, monarxistlər, militaristlərin partiyası idi. Onun
rəhbəri Huqenberq idi.
İkinci partiya isə ağır sənaye inhisarçılarını və maliyyə
oliqarxiyası quruplarını təmsil edən Ştrezemanın başçılıq etdiyi
Alman xalq partiyası idi.
Üçüncü burjua partiyası tərkibində əsasən, elektrotexnika
və kimya sənayesi inhisarlarının sahiblərini, orta sahibkarlar,
bankirlər, dövlət qulluqçuları və ziyalıları birləşdirən Almaniya
demokrat partiyası idi. Onun liderləri B.Ratenau, E.Kox və
başqaları idi. Onlar ölkədə respublika idarə formasının
tərəfdarları idi.
Bismarkın dövründə təşkil edilmiş Katolik Mərkəz
partiyası da öz tərkibini yenidən qurdu. Bu partiya əsasən ağır
sənayedəki katolik dairələrinin, iri mülkədarların maraqlarını
müdafiə edirdi. Onlar katoliklərin əksəriyyət təşkil etdiyi
rayonlarda, xristian həmkarlar ittifaqlarında kütləvi bazaya
malik idilər. Ona M.Ertsberqer, Y.Virt, V.Marks başçılıq
edirdilər.
Burjuaziya öz əlində çoxlu sayda mətbuat orqanları sax-
lamış, xüsusi təbliğat mərkəzləri təşkil etmişdi ki, əhalini əks-
inqilabi ruhda kökləyə bilsin.
Hakimiyyətdə olan sosial-demokratlar 1918-ci ilin
dekabrın 16-dan və 21-nə qədər keçirilmiş Ümumalman
sovetlər qurultayında Almaniyada sovet respublikasının qurul-
masına yol vermədilər. Qurultay ancaq 1919-cu il yanvarın 19-
da Müəssislər məclisinə seçkilər haqqında qərar qəbul etdi.
Qurultayın qərarı ilə razı olmayan sosial-demokratların sol
qanadı 1919-cu il yanvarın 5-də hakimiyyəti ələ almaq üçün
Berlində üsyan təşkil etsə də, Ebert hökuməti tərəfindən bu
76
üsyan yatırıldı. Karl Lipqnext və Roza Lüksemburq isə 1919-
cu ilin yanvar ayının 15-də öldürüldü.
1919-cu ilin yanvarın 19-da Müəssisələr məclisinə
keçirilən seçkilərdə burjua partiyaları 54,5%, sosial-
demokratlar isə 45,5% səs aldılar. Berlində xalq
həyəcanlarından qorxuya düşən hökumət qərara aldı ki,
Müəssislər məclisini Trungiyanın paytaxtı Veymarda keçirsin.
1919-cu il fevralın 6-da işə başlayan Müəssislər məclisi
Almaniyanı respublika elan etdi. Ebert prezident seçildi.
Şeydeman hökumətin başçısı, Noske daxili işlər naziri təyin
edildi. 1919-cu ilin aprelin 13-də Bavariyada Sovet respublikası
təşkil edildi. Lakin bu respublika çox yaşamadı. 1919-cu il
mayın 4-də daxili işlər naziri Noskenin (Onu «inqilabın qanlı
köpəyi» adlandırırdılar) başçılıq etdiyi qoşun hissələri
Bavariyanın paytaxtı Münhenə daxil oldular və sovet
qoşunlarını məğlub etdilər. Bu Noyabr inqilabının Almaniyada
sonu demək idi.
1919-cu il iyunun 28-də xarici işlər naziri sosial-
demokrat Müller Versal sülhünü imzaladı. Bu sülhdən
təxminən bir ay sonra 1919-cu ilin iyulun 31-də Veymarda
Almaniya respublikasının konstitusiyası qəbul edildi və
avqustun 11-də qüvvəyə mindi. 1933-cü ilə qədər Almaniya
respublikası tarixə Veymar respublikası adı ilə düşdü. Veymar
konstitusiyasına görə Almaniya parlamentli federal quruluşlu
prezident respublikası elan edildi. Almaniya parlamenti iki
palatadan ibarət idi. Yuxarı palata reyxstrat adlanır və lantaq-
ların, yəni torpaqların nümayəndələrindən təşkil edilirdi. Aşağı
palata isə reyxstaq, yəni ölkə məclisi adlanırdı. Seçib-seçilmək
hüququ 20 yaş müəyyənləşdirildi. O, dörd ildən bir əhalinin
ümumi sayına görə seçilirdi. 1871-ci il konstitusiyasından fərqli
olaraq, Veymar konstitusiyasında demokratik azadlıqlar öz
əksini tapmışdı. Prezident ümumi səsvermə yolu ilə yeddi il
müddətinə seçilirdi. Reyxstaqın 68 nəfər üzvündən 27-si
77
prezident tərəfindən təyin edilirdi. Konstitusiya prezidentə
xüsusi səlahiyyətlər verirdi. Onun 25-ci maddəsinə görə
prezident parlamenti buraxa bilərdi. 48-ci maddəyə əsasən
prezident ölkədə fövqəladə vəziyyət elan edə bilərdi. Konstitu-
siyaya görə Almaniyanın muxtar dövlətlərə – torpaqlara bö-
lünməsi saxlanıldı. Landlar, yəni torpaqlar, muxtar dövlət hü-
ququ ilə Almaniyanın tərkibinə daxil olurdular. Onların qanun-
verici orqanı isə landtaqlar idi. Konstitusiyaya görə qanunverici
hakimiyyət reyxstaqa və lanqtaqlara məxsus idi. O zaman
Almaniyada landtaqların sayı on yeddi idi. Konstitusiya xüsusi
mülkiyyəti qorumağa təminat verirdi. Ümumiyyətlə, konsti-
tusiya nəticəsində Almaniya yunker-burjua Almaniyasından
burjua-yunker Almaniyasına çevrildi. Veymar konstitusiyasının
tətbiq edilməsi Noyabr inqilabının böyük nailiyyəti və Alma-
niyada burjua-demokratik prinsiplərin inkişafı və möhkəmlən-
məsi yolunda mühüm addım oldu.
Almaniya Noyabr inqilabından sonrakı ilk illərdə
(1919-1923-cü illər)
Konstitusiya qəbul ediləndən sonra da Almaniyada inqi-
labi əhval-ruhiyyə davam etməkdə idi. Bu isə ilk növbədə
yuxarı dairələri narahat edirdi. Ona görə də onlar çarəni faşist
partiyasını yaratmaqda gördülər. Almaniyada ilk faşist partiyası
1919-cu ilin yanvarında Anton Dreksler tərəfindən Almaniya
fəhlə partiyası adı ilə yarandı. Onun proqramı 1920-ci ildə
qəbul edildi və orada Böyük Almaniya yaratmaq ideyası irəli
sürüldü. Bu partiyanın liderləri tezliklə müəyyən etdilər ki,
Almaniyada həm millətçilik, həm də sosializm ideallarına
sədaqət çox güclüdür. Ona görə də 1921-ci ildə onlar bu
partiyanın adını dəyişdirərək Almaniya nasional-sosialist fəhlə
partiyası adlandırdılar. Ümumiyyətlə, Almaniya faşistləri
özlərini faşist yox, «nasist» adlandırırdılar. 1921-ci ildən bu
partiyaya Adlolf Hitler başçılıq etməyə başladı.Onun həqiqi adı
78
Adolf Şkilqruberdir. O, Avstriyanın Braunau şəhərində anadan
olmuş və 1932-ci ilə qədər Avtsriya vətəndaşlığını saxlamışdır.
O, marksizm, sionizm, pasifizmin düşməni olsa da, sosializm
ideyalarından istifadə edərək özünə geniş sosial baza yaratmağa
çalışırdı.
Adolf Hitler 1914-cü ildə Birinci dünya müharibəsi başla-
yarkən könüllü müharibəyə getmiş, yaralanmış, yefreytor
rütbəsi almışdır. O, belə hesab edirdi ki, müharibədə Alma-
niyanın məğlubiyyətinin əsas səbəbi yəhudilərin pozuculuq
siyasəti və xəyanəti, həm də Almaniya sosial-demokratiyasının
alman xalqına arxadan zərbə vurmaları olmuşdur. Almaniya
nasional-sosialist fəhlə partiyası XX əsrin iyirminci illərinin
əvvəllərində fəhlə hərəkatına təsir etmək qüvvəsinə o qədər də
malik deyidi və miskin bir varlığa bənzəyirdi.
Versal sülhü və Veymar konstitusiyasına münasibət iki
istiqamətdə özünü göstərirdi. Bunlardan biri liberal, ikincisi
mühafizəkar istiqamət idi. Liberal istiqamət tərəfdarları belə
hesab edirdilər ki, mövcud şəraitlə barışmaq vacibdir. Beymar
konstitusiyası çərçivəsində hərəkət edib Versal sülhünün
şərtlərini Almaniya üçün yumşaltmaq lazımdır. İkinci istiqamət
tərəfdarları isə belə hesab edirdilər ki, bunların heç biri ilə
barışmaq lazım deyil, Almaniyada monarxiyanı yenidən bərpa
etmək lazımdır. Bu məqsədlə 1920-ci ilin martın 13-də Bava-
riya mülkədarı Kappın başçılığı ilə Berlində qiyam baş verdi.
Qiyamçılar Milli Məclisin buraxılmasını, yeni prezident
seçkiləri keçirilməsini, reyxsverin ixtisarından imtina
edilməsini, hərbi canilərin Antanta ölkələrinə verilməsini tələb
edirdilər. Hökumət bu ultimatumu rədd etdi. Qiyam o qədər
güclü idi ki, hökumət Ştutqarta qaçmalı oldu. Lakin Berlin
fəhlə sinfinin qətiyyətli mövqeyi qiyamın yatırılmasına və
hökumətin Berlinə qayıtmasına səbəb oldu. Almaniyada
monarxiyanın bərpası məsələsinə birdəfəlik son qoyulmuş oldu.
Hökumətə Bauer başçılıq etməyə başladı.
79
1920-ci ilin iyununda keçirilən parlament seçkilərində
burjua partiyaları 58% səs alaraq çoxluq təşkil etdilər. Katolik
Mərkəz partiyasının liderlərindən olan Ferenbaxın başçılığı
altında hökumət təşkil edildi. Onun tərkibinə sosial-
demokratlar daxil olmadılar. Bu hökumətin dövründə Almaniya
ilə ABŞ arasında 1921-ci il avqustunda separat sülh bağlandı.
1921-ci ilin noyabrında keçirilən parlament seçkilərində
hökumətə Katolik Mərkəz partiyasından olan Virt gəldi. Onun
dövründə müharibədən məğlub, iqtisdiyyatı dağılmış
vəziyyətdə çıxmış Almaniya öz qəddini düzəltmək üçün yollar
axtarmağa başladı. Qaliblər arasındakı ziddiyyətlərdən istifadə
edən Almaniya 1922-ci ilin aprelin 16-da İtaliyanın Rapollo
şəhərində Sovet Rusiyası ilə müqavilə imzaladı. Bu, Al-
maniyanın diplomatik və iqtisadi təklənməkdən xilas olmaq
yolunda atdığı ilk addım idi.
Almaniyada sosial-siyasi sabitlik yaratmaq o dövrün ən
mühüm vəzifəsi idi. 1922-ci ilin noyabrından Almaniya
hökumətinə Kuno başçılıq etdi. Bu dövrdə ən xarakterik hadisə
1923-cü ilin yanvarında Belçika və Fransa dövlətinin
Almaniyaya qoşun yeritməsi oldu. Buna bəhanə isə
Almaniyanın təzminat verməsini gecikdirməsi idi. Hökumət
çətin vəziyyətdə qaldığına görə passiv itaətsizlik kampaniyasını
irəli sürdü. Almaniyanın kömür ehtiyatlarının 72%-i, çuqun və
polad ehtiyatının 50%-i Fransa və Belçika qoşunlarının
soxulduğu Rur hövzəsində idi. Almaniya ciddi maliyyə və
iqtisadi böhranla qarşılaşdı. Əgər 1919-cu ildə Almaniyada bir
dollar on dörd marka təşkil edirdisə, 1923-cü ildə bir dollar yüz
doqquz min markaya bərabər idi. Almaniya hökumətinin bu
ağır vəziyyəti İngiltərə və ABŞ hökumətinin ciddi narahatlığına
səbəb oldu və onların ciddi təzyiqi nəticəsində Fransa və
Belçika qoşunları 1923-cü ilin sonunda Almaniya ərazisini tərk
etdilər. 1923-cü ilin avqustunda Kuno hökuməti istefa verdi və
hökumətə Almaniya xalq partiyasının lideri olan Ştrezeman
80
başçılıq etməyə başladı. 1923-cü ilin dekabrında katolik mərkəz
partiyasından olan Vilhelm Marks «Kiçik koalisiya hökuməti»
təşkil etdi. 1923-cü ilin dekabrından 1924-cü ilin fevralınadək
75 fövqaladə qanun qəbul edildi. Mühasirə vəziyyəti ləğv
edildi. Kommunist partiyası açıq fəaliyyətə keçdi. «Rentabelli
iqtisadiyyata keçid proqramı» elan edildi. İş günü 9-12 saata
çatdırıldı. İşsizləri işlə təmin etmək üçün yeni iş yerləri açıldı.
Əlillərə pensiya verildi. Müharibədə ziyan çəkmiş müəssisələr
kompensasiya aldılar.
1924-cü ilin əvvəllərindən isə hökumətə sosial-demokrat
Lüter başçılıq etdi. 1923-cü ildə Almaniyanın Saksoniya,
Bavariya, Trungiya torpaqlarında xalq hərəkatı güclənhdi.
Hətta Hamburqda üsyan baş verdi. Bu vəziyyətdən istifadə
edən faşistlər yenidən fəallaşdılar. 1923-cü ilin noyabrın 8-də
Münxendə pivəxanalardan birində Hitlerin başçılıq etdiyi
faşistlər qiyam təşkil etmək haqqında qərar qəbul etdilər. Lakin
məğlub oldular. Bu qiyam tarixə «pivəxana qiyamı» kimi daxil
oldu. Hitler isə beşillik həbs cəzasına məhkum edildi, lakin
cəmi 6 ay yatdı. Bu müddətdə silahdaşları Moris və Gessə
«Mənim mübarizəm» kitabını diktə edib yazdırdı. Faşistlər ona
görə hakimiyyətə gələ bilmədilər ki, o dövrdə Almaniya bur-
juaziyasının faşistlərə ehtiyacı yox idi. Alman sosial demok-
ratları burjuaziyaya hakimiyyətlərini gücləndirməkdə kömək
edirdi. Sosial-demokratlar xalqı inandırırdılar ki, sosial isla-
hatlar yolu ilə fəhlə sinfinin vəziyyətini yaxşılaşdırmaq müm-
kündür.
Almaniya kapitalizmin nisbi sabitləşməsi dövründə
1923-cü ilin sonunda Almaniya iqtisadi və maliyyə böh-
ranından ilk növbədə ABŞ və İngiltərə hökumətlərinin verdiyi
kreditlər hesabına çıxa bildi və 1924-cü ildə kapitalizmin nisbi
sabitləşməsi dövrünə qədəm qoydu. Bu proses 1929-cu ilə
81
qədər davam etdi və bu dövr Almaniya tarixinə «qızıl dövr»
kimi daxil oldu.
1924-cü ilin avqustunda təzminat məsələsi ilə əlaqədar
olaraq, böyük dövlətlərin Londonda xüsusi konfransı toplandı.
Həmin konfransda ABŞ-ın məşhur ekspertlərindən Daues
xüsusi plan irəli sürdü və bu plan tarixə «Daues planı» kimi
daxil oldu. O, təklif edirdi ki, Almaniyadan təzminat onun
təsərrüfatı bərpa edilə-edilə alınsın. Bu təzminat 1924-cü ildə 1
mlrd.-dan 1929-cu ilə qədər 2,5 mlrd. markaya qədər artırılsın.
Həmin plan London konfransında təsdiq edildi. Plana görə
ABŞ elə 1924-cü ildə Almaniyaya 800 mln marka kredit verdi.
1924-26-cı illərdə isə bu kreditin miqdarı 5 mlrd marka oldu.
Almaniya xarici dövlətlərdən istiqraz aldı. ABŞ-ın
Almaniyanın təsərrüfatını dirçəltməkdə məqsədi Almaniyanı
Avropada Sovet Rusiyasına qarşı dura biləcək güclü dövlətə
çevirmək və ondan Sovet Rusiyasına qarşı bir sipər kimi
istifadə etmək idi. Almaniya təzminatı əhalidən alınan birbaşa
və dolayı vergilər, dəmir yollarının istismarından gələn gəlirlər
və zəhmətkeşlərin istismar edilməsi hesabına verməli idi.
ABŞ və İngiltərə imperialistləri Almaniyaya qoyduqları
kapitalın müqabilində yüksək gəlir götürməklə yanaşı,
Almaniyanın hərbi-sənaye potensialının bərpa olunmasına
kömək edirdilər. Alman inhisarları üçün əlverişli olan təzminat
məsələsinin həlli də bu planlara cavab verirdi. 1924-1929-cu
illərdə təzminat kimi 11 milyard marka ödəyən Almaniya
iqtisadiyyatını dirçəltmək üçün isə 26 mlrd marka məbləğində
ABŞ və İngiltərədən birbaşa kapital qoyuluşu və istiqrazlar
almışdı. Alman imperialistləri «Dranq Nax Osten» («Şərqə hü-
cum») planlarının həyata keçirilməsinə qayıtmaq niyyətində
idilər.
Almaniya tezliklə verilən istiqrazlar hesabına öz təsərrü-
fatını bərpa etməyə başladı. 1927-ci ildə sənaye istehsalına görə
1913-cü il səviyyəsinə çatdı. Bir sıra sahələr üzrə İngiltərə və
82
Fransanı ötüb keçdi. Sənaye məhsulunun həcminə görə Av-
ropada birinci yerə çıxdı.
1924-29-cu ildə Almaniyada «İq-Farbenindustri», həmçi-
nin, «Polad tresti» kimi yeni inhisarlar yaradıldı. Almaniyada
bu dövrdə ABŞ kapitalının köməyi ilə hərbi sənaye inkişaf etdi.
Alman inhisarçıları həmçinin Hollandiya, İspaniya, İsveçrədə
də hərbi məhsullar istehsal edən sənaye müəssisələri inşa
etdirdilər. Almaniyada bu dövrdə 2100 kartel var idi.
1925-ci iln aprelində Almaniyanın prezidenti Ebert vəfat
etdi. Prezident seçkilərində sosial-demokratlardan Bauer, kom-
munistlərdən Ernest Telman, Katolik Mərkəz partiyasından
Marks öz namizədliyini irəli sürsə də, prezident feldmarşal
Hindenburq seçildi. Onun seçilməsi monarxist dairələrin
fəallaşmasına səbəb oldu. Hindenburqun seçilməsi ilə bütün
monarxiya tərəfdarları, o cümlədən, kilsə xadimləri və yüksək
hərbi dairələrin burjua demokratiyasını məhdudlaşdırmaq və
Birinci dünya müharibəsindəki itkinin əvəzini çıxmağa
çalışmaq səyləri meydana çıxdı. Keçmiş malikanə knyazları
inqilab vaxtı onlardan alınmış malikanələr, meşələr və
banklarının geri qaytarılmasını və ya əvəzinin ödənilməsini
tələb etdilər. Bunların dəyəri 3 mlrd markaya yaxın idi. 1926-cı
ilin iyulunda bu məsələ ilə əlaqədar keçirilmiş referendumda
14,5 milyon seçici (onların ümumi sayının 38%-i) knyaz
mülklərinin tamamilə müsadirə edilməsinə səs verdi.
Referendum sol qüvvələrin birgə fəaliyyətinin böyük
imkanlarını göstərdi.
1928-ci ildə Almaniyada keçirilən parlament seçkilərində
yenidən sosial-demokratlar qələbə çaldılar və German Müllerin
başçılığı ilə «böyük koalisiya hökuməti» adlanan hökumət
təşkil edildi. Onun belə adlanmasının səbəbi bu hökumətin
tərkibində sosial-demokratlardan başqa dörd burjua partiyası-
nın nümayəndələrinin də olması idi. Müller hökuməti müha-
ribədən sonra ilk dəfə «Doyçland» tipli linkorların inşası haq-
83
qında qərar qəbul etdi və Almaniyanın hərbi-sənaye poten-
sialının təkmilləşdirilməsini davam etdirdi.
Almaniyanın dirçəldilməsi məqsədilə 1929-cu ilin avqus-
tunda Haaqada olan beynəlxalq konfransda ABŞ bankiri
Yunqun təklifi ilə yeni plan irəli sürüldü. Həmin plana görə
Almaniya 114 mlrd marka məbləğində təzminatı 59 il ərzində
ödəməli idi. Yaxın 37 il ərzində onun 2 milyard marka təzminat
ödəməsi müəyyənləşdirildi. Həmçinin Yunq planına əsasən
alman iqtisadiyyatı üzərində qalib dövlətlərin nəzarəti götü-
rüldü, sənayedən gələn gəlirin hesablanması təxirə salındı,
işğalçı qoşunlar Reyn əyalətindən çıxarıldı. Bütün bu güzəştlər
isə alman inhisarçı kapitalını gücləndirdi.
Kapitalizmin nisbi sabitləşməsi dövründə Almaniyanın
xarici siyasətində Versal sülhünün şərtlərinin bir qədər yumşal-
dılması mühüm yer tuturdu. 1925-ci ilin oktyabrın 5-16-da ça-
ğırılmış Lokarno konfransında Almaniya yenə də bərabər
hüquqlu dövlət kimi tanındı və həmin konfransda ilk dəfə
olaraq İngiltərə və Fransa Versal müqaviləsinin ədalətsiz oldu-
ğunu etiraf etməli oldular. Konfransda yekun aktı olaraq
Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında
təminat müqaviləsi imzalandı. Bu müqavilə tarixə «Reyn tə-
minat paktı» kimi düşdü. Bu pakta görə bu sənədi imzalayan
dövlətlər Versal sülhü ilə müəyyən edilmiş ərazilərdə status-
kvoya hörmət edəcəklərini bildirir, bir-birinə qarşı silah
işlətməkdən imtina edir və sərhədlərin toxunulmazılığına dair
öhdəlik götürürdülər. 1926-cı ilin aprelində Almaniya ilə SSRİ
arasında bir-birinə hücum etməmək haqqında müqavilə
bağlandı. 1926-cı ilin sentyabrında Almaniya Millətlər
cəmiyyətinə daxil edildi.
84
Almaniya 1929-1933-cü illər dünya iqtisadi böhranı illərində
1929-cu ilin oktyabrında ABŞ-da başlanan dünya iqtisadi
böhranı Almaniyaya daha ağır təsir etdi. Çünki, bir tərəfdən
böhranın yaratdığı çətinliklər, digər tərəfdən ABŞ və İngil-
tərənin ona verdiyi kreditləri dayandırması, həm də Alma-
niyanın təzminat verməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi.
1929-1933-cü illərdə ölkədə istehsal vasitələri istehsalı 60%
azaldı. İşsizlərin sayı 6 milyonu ötüb keçdi. 1932-ci il Alma-
niyada 2600 işsizlər komitəsi fəaliyyət göstərirdi. İdxal və ixrac
2 dəfədən çox ixtisar edildi. 1931-ci ildə Almaniya bildirdi ki,
o, təzminatı ödəmək iqtidarında deyildir. ABŞ prezidenti Hu-
verin təklifi ilə Almaniyadan bir il müddətində təzminat
alınması təxirə salındı. 1932-ci ilin iyulunda Lozannada çağrıl-
mış konfransda isə Almaniyadan təzminat alınmaması haqqında
qərar qəbul edildi. Almaniyadan bu vaxtdan etibarən təzminat
alınmadı.
1929-cu ildən başlanan dünya iqtisadı böhranından həm
yuxarı, həm də aşağı dairələr çıxış yolu axtarmağa başladılar.
Yaranmış bu şəraitdən bu illər ərzində heç bir siyasi qüvvəyə
malik olmayan faşistlər çox məharətlə istifadə etdilər və xalqı
öz tərəflərinə çəkməyi bacardılar. Onlar öz təbliğatlarına xırda
burjuaziyanın müflisləşdiyi, işsizliyin kütləvi hal aldığı, insan-
ların siyasi istiqamətlərini itirdikləri bir şəraitdə başladılar.
Onların xalqı inandıra bilmələrinin səbəbi isə böhrandan
çıxmaq və xalqın vəziyyətini yaxşılaşdırmaq yollarını
göstərməsi idi. Faşist partiyasının proqramında göstərilirdi ki,
nasist diktaturasının yaradılması Versal müqaviləsi
buxovlarından xilas olmaq, böhrandan qurtarmağın yeganə
yoludur. Onların şüarı "Məhv olsun Versal!" idi. Onlar
göstərdilər ki, dövlət ilk növbədə qadınların və gənclərin
qayğısına qalmalıdır. Faşistlərə münasibətdə iri inhisarçılar və
maliyyə maqnatları əvvəllər tərəddüd edirdilər. Lakin 1932-ci
ilin yanvarında Dyusseldorfda olan yığıncaqda Hitler bildirdi
85
ki, o, xüsusi mülkiyyətə toxunmayacaq. Nasistlər Almaniyanın
xilas yolunu xərçəng xəstəliyinə bənzəyən demokratiya və
marksizmi məhv etməkdə, alman xalqı üçün “yeni həyat
sahəsi” əldə etməkdə görürdülər. Nasisitlərin proqramları
Nitsenin fəlsəfəsindən qidalanırdı. Bu fəlsəfəyə görə həyat
güclülərin olmalı idi. Güclülər Nitsenin fikrincə, həmişə
qalibdirlər və onlar ağalıq etmək üçün doğulmuşlar. Faşistlər
şovinizmi və irqçiliyi təbliğ edir və almanların ari irqindən
olduğunu, sinfi bölgüyə yabançı olduğunu göstərirdilər.
Faşistlərin emblemi də arilərin özləri üçün götürdüyü emblemə
bənzəyirdi. Bu emblem kəllə sümüyündən və çarpazlaşmış
sümüklərdən təşkil edilmişdi. Faşistlər həyatda xoşbəxt olmaq
üçün zorakılığı əsas vasitə kimi götürürdülər. Onlar polukpatiya
və yəhudilərin kapitalı ilə qurtarmağı, trestlər üzərində nəzarət
təşkil etməyi, universal mağazaları bağlamağı, işsizliyi ləğv
etməyi, aqrar islahat keçirməyi vəd edirdilər. Onlar həmçinin
almanların "həyat sahəsini" genişləndirməyi vəd edirdilər.
Nasist başçıları "yeni qayda" yaratmağı öz məqsədləri elan
edirdilər ki, bu qaydaya görə bir qisim xalqları qırmaq,
başqalarını tabe etməklə "təmiz arilərin hökmranlığı" qurulmalı
idi. Onlar almanlara təlqin edirdilər ki, sosial-iqtisadi
probelmləri «daxili düşmənlərin» – kommunistlərin və başqa
antifaşistlərin məhv edilməsi və Sovet İttifaqına qarşı müharibə
aparılması yolu ilə həll etmək olar. SSRİ-nin ərazisini, slavyan
xalqlarının məskunlaşdığı torpaqları hitlerçilər özlərinin
"ömürlük boş" torpaqları elan etmişdilər.
Nasistlər insan şəxsiyyətinə hər cür hörməti inkar edir,
qəddarlığa və zorakılığa pərəstişi yayırdılar. Nasist təbliğatına
uyan təbəqələr – yəni sənətkarlar, kəndlilər, müharibə veteran-
ları, işsizlər, kapittalın nüfuzlu dairələri, demokratiyadan yo-
rulmuş gənclər, Veymar respublikasından narazı olan səna-
yeçilər, bankirlər və hərbi bürokratiya onları müdafiə edirdilər.
Nasistlər göstərirdilər ki, məqsədə çatmaq üçün hər cür vasitə
86
yaxşıdır. Onlar belə ideya irəli sürürdülər ki, alman xalqı bütün
dünyaya ağalıq etmək üçün yaranmışdır. Onlar minillik quldar-
lıq quruluşu yaratmaq, bu quruluşda almanları, ağa, yerdə qalan
xalqları qul etmək fikrində idilər. Faşizmin prinsipləri belə
ifadə olunurdu. Güclü vahid dövlət, güclü vahid millət, güclü
vahid rəhbər.
Müllerin «böyük koalisiya» hökumətini 1930-cu ilin mar-
tında prezidentin sərəncamı ilə Mərkəz partiyasından olan
Brüninqin koalision hökuməti əvəz etdi. Bu vaxtdan Al-
maniyada demokratik rejimdən avtoritar rejimə keçidin əsası
qoyulmuş oldu. Brüninq hökuməti əmək haqqını aşağı saldı,
işsizliyə görə verilən müavinəti azaltdı, vergiləri artırdı. 1932-
ci ilin iyununda Brüninqi əvvəlcə fon Papen, dekabrda isə
Şlyayxer əvəz etdilər ki, onlar da Hitlerin hakimiyyətə gəlməsi
üçün yol açmış oldular. 1932-ci ildə fon Papen xüsusi dekretlə
sahibkarlara icazə verdi ki, onlar fəhlə və qulluqçuların əmək
haqlarını aşağı salsınlar. Şlyayxer öz hökumətini «milli
həmrəylik hökuməti» adlandırdı. Böhran illərində faşistlərin
nüfuzu xeyli artdı. Belə ki, onlar 1928-ci il seçkilərində cəmi
800 min, 1930-cu il seçkilərində 6,4 milyon səs almışdılarsa,
1932-ci ilin iyun seçkilərində isə 13,7 milyon səs aldılar. Lakin
fon Panen hökumətinin fəaliyyəti faşistlərin nüfuzuna xeyli
xələl gətirdi. Belə ki, 1932-ci ilin noyabrında reyxstaqa
keçirilən seçkilərdə nasistlər 2 milyon səs itirdilər. Bu hadisə
alman inhisarçı burjuaziyasını və yunkerləri narahat etdi və
onlar kütlələrin inqilabi hərəkatından qorxaraq faşistləri ha-
kimiyyətə gətirməyə tələsdilər. Y.Şaxtın təşəbbüsü ilə bir qrup
iri burjuaziyanın adından prezident Hündenburqa 1932-ci ilin
noyabrın 19-da belə bir tələb göndərildi ki, A.Hitler
reyxkansler təyin edilsin və yeni hökumətin tərkibinə faşistlər
daxil edilsin. Prezident hakim sinfin iradəsini yerinə yetirərək
1933-cü ilin yanvar ayının 30-da A.Hitleri alman hökumətinin
başçısı təyin etdi. Yeni hökumət formal olaraq koalision
87
adlansa da, əslində orada əksəriyyəti faşistlər təşkil etdilər.
Hitlerin "Milli həmrəylik" adlandırdığı hökumətin tərkibində
mərkəzçilər və mühafizəkarlardan da nümayəndələr var idi.
Almaniyada faşist diktaturası dövründə daxili siyasət
Versal müqaviləsinin alçaldıcı şərtləri Almaniyada şovi-
nizmin təbliğatının genişlənməsinə imkan verdi. Almaniyada
faşistlər kutləvi sosial bazaya malik olmağı bacardılar. Bunun
əsas səbəbi fəhlələr, kəndlilər və burjuaziyanın səbatsız
ünsürlərinin onun dalınca getməsi idi. Faşistlər siyasi cərəyana
çevrildilər. Almaniyanın iri maliyyə dairələri faşistləri maliyyə
cəhətdən təmin etdilər. Əslində Almaniyada yaranan faşist
diktaturası da iri maliyyə maqnatlarının diktaturasından başqa
bir şey deyildi. Almaniyada fəhlə sinfinin parçalanması, xüsu-
silə komunistlərin sosial-demokratları «nasistlərin mötədil
qanadı» adlandırması da bu məsələdə mühüm rol oynadı.
Nasional-sosialistlərin gəncləri müdafiə edərək özlərinə onların
simasında güclü dayaq yaratmaları, hələ 20-ci illərdə partiya
işini yenidən qurmaları, 1928-ci ildə partiyanın ərazi
təşkilatlarını yaratmaları, nəinki regionlarda, hətta küçə və
məhəllələrdə də partiya özəkləri qurmaları, "pivəxana qiya-
mı"ndan sonra seçki yolu ilə hakimiyyətə gəlməyə üstünlük
vermələri və bu sahədə təbliğatı genişləndirmələri də onların
qələbəsinə imkan yaradan mühüm amillər idi. Dindarlar da
nasional-sosialistləri müdafiə etdilər. Almaniyada nasional-
sosialistlərin əleyhinə olan qüvvələr zəif idi. Beynəlxalq
vəziyyət, ABŞ-ın bu məsələdə bitərəf mövqeyi və Avropada
formalaşmış ictimai rəy də nasional-sosalistlərin xeyrinə oldu.
1933-cü yanvarın 30-da Almaniyada faşist partiyasının
hakimiyyətə gəlməsi ilə Veymar konstitusiyasının demontajı
başladı. Ümumiyyətlə, Almaniyada Veymar konstitusiyası və
Respublikası 1933-cü ilin yanvarına qədər qüvvədə qaldı.
Faşistlər hakimiyyət başına gəldikdən dərhal sonra demokratik
88
azadlıqlar üzərinə hücumə keçdilər. Onlar ölkədə demokratik
azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıqca terrora
başladılar. Onlar öz hərəkətlərinə haqq qazandırmaq üçün
1933-cü il fevralın 27-də Reyxstaqı yandırıb onun təqsirini
kommunistlərin üstünə yıxdılar. 1933-cü il fevralın 28-də
Hitlerin tələbi ilə Hindenburq "xalqı və dövləti müdafiə etmək"
adlı fövqaladə fərman imzaladı ki, bu fərmana əsasən Veymar
konstitusiyasının müəyyən etdiyi bütün azadlıqlar ləğv edildi.
Əslində Veymar konstitusiyası qüvvədən düşmüş oldu. 1933-
cü il martın 5-də yeni növbədənkənar parlament seçkiləri təşkil
edildi. Martın 5-də keçirilən seçkilərdə kommunistlər – 5,
burjua partiyaları 9, sosial demokratiklər 7 milyondan çox,
faşistlər isə 17,5 milyon səs aldılar. Bu hadisə faşistlər
tərəfindən "milli inqilab" adlandırıldı. Bu hadisədən sonra
faşistlər unifikasiya, yəni vahid şəklə salma siyasəti yeritməyə
başladılar. 1933-cü il martın 14-də kommunist partiyasının
fəaliyəti qadağan edildi və onun 81 mandat yeri ləğv edildi.
1933-cü ilin mayında həmkarlar ittifaqının fəaliyyəti
dayandırıldı. Fəhlələr məcburi surətdə faşist Leyin başçılıq
etdiyi "Əmək cəbhəsi"ndə birləşməli idilər. 18 yaşdan 25 yaşa
qədər olan gənclər üçün ikiillik əmək mükəlləfiyyəti tətbiq edil-
di. Bu müddətdə onları hərbiləşdirilmiş düşərgələrdə saxlayır,
istehkamlarda, yollarda və s. tikintilərdə işlədirdilər. Əmək
düşərgələrinin yaradılması işsizliyin bir qədər azalmasına
gətirib çıxardı və hitlerçilərə gənclərin bir hissəsinə siyasi təsir
göstərmək imkanı asanlaşdı. 1933-cü il iyunun 23-də sosial-
demokrat, iyulun 24-də isə faşist partiyasından başqa bütün
siyasi partiyaların fəaliyyəti qadağan edildi. Ölkədə ancaq
Almaniya nasional-sosialist fəhlə partiyasının fəaliyyəti
saxlanıldı. Bu ölkədə totalitar rejimin yaranması demək idi.
1933-cü ilin yazı və yayında faşist idarə üsulunun for-
malaşması əsasən başa çatdı. Hökumət, şəxsən Hitler qanun
vermək hüququ aldı. 1933-cü ilin martında federal dövlətin
89
tərkibinə daxil olan alman torpaqlarının muxtariyyəti ləğv
edildi. Torpaqlara faşist canişinləri başçılıq etməyə başladılar
ki, onlar da qaulyayterlər adlanırdı.
1933-cü ildə faşistlər xüsusi mühafizə dəstələri yaratdılar
ki, bu da eseslər adlanırdı. Bu mühafizə dəstələrinin rəhbəri
Gimmel idi. Bundan başqa gizli polis dəstəsi yaradıldı ki, bu da
gestapo adlandı. Gestaponun kadrları eseslərin tərkibindən
seçilirdi. Gestaponun rəhbəri Göbbels təyin edildi. Bütün bu
tədbirlər Hitlerin tərəfdarlarının bir hissəsində məyusluq hissi
doğurdu. Lakin Hitler asanlıqla onların öhdəsindən gəlməyi
bacardı. 1934-cü il iyunun 30-u Almaniya tarixinə "uzun bı-
çaqlar gecəsi" kimi daxil oldu. Həmin gecə Almaniyanın bir
sıra şəhərlərində – Berlin, Münhen, Breslau və digərlərində,
həmçinin Lüxtenburq həbsxanasında müxalifət üzərinə aman-
sızlıqla hücuma keçildi. Bir gecədə 1000-ə qədər adam həlak
oldu. Hitler müxalifətə elə bir dərs verdi ki, bu hadisədən sonra
heç kim ona qarşı çıxmağa cəsarət etmədi. Bu hadisədən sonra
SA adlanan və hələ 1931-ci ildə yaradılmış hücumçu dəstələrin
nüfuzu düşdü. Eseslərin nüfuzu artdı. 1934-cü ilin avqust
ayının 2-də prezident Hindenburqun ölümündən sonra Hitler
prezident və kansler vəzifələrini birləşdirərək özünü alman
millətinin "fürer"i adlandırdı. Reyxstaq və landtaq torpağa
gömüldü və heç bir təsirə malik olmadı.
Faşistlər hakimiyyətə gəldikdən sonra yəhudilər üzərinə
hücuma keçdilər. 1933-cü ildə yəhudilərin müəssisələri baykot
edilməyə başlandı. 1935-ci ildə onları alman vətəndaşlığından
məhrum edən və onların dövlət aparatında hər hansı vəzifə
tutmalarını qadağan edən bir sıra qanunlar verildi. 1938-ci ilin
noyabrın 9-dan 10-a keçən gecə yəhudi qırğını təşkil edildi (bu
«büllur gecə» əməliyyatı adlanır). Almanlar marksizm-leninizm
klassiklərinin bütün əsərlərini küçələrə tökərək yandırmağa
başladılar. "Hayl Hitler" salamlaşma formasına çevrildi. Onlar
güclü təbliğat maşınından da istifadə edirdilər.
90
Alman faşizmi yüksək inkişaf etmiş kapitalist ölkəsində
hakimiyyət başına gəlmişdi. Hitler diktaturası inhisarçı kapita-
lizmin sosial-siyasi əsasları üzərində quruldu və tezliklə iqtisa-
diyyatın dövlət tərəfindən tənzim edilməsi tədbirləri sistemini
işləyib hazırladı. Bu məqsədlə Almaniyada 18-ə qədər inhisarı
birləşdirən Alman təsərrüfat baş şurası təşkil edildi.
1934-cü ilin fevralın 27-də "Alman iqtisadiyyatının üzvü
qurulmasına hazırlıq haqqında" qanun qəbul edildi.
Yenidənqurma işləri beş əsas istiqamətdə getməyə başladı: 1)
hərbi xammal bazalarının yaradılması, 2) hərbi sənayenin
sürətlə inkişaf etdirilməsi, 3) Əmək ehtiyatlarının yaradılması,
4) ərzaq bazalarının yaradılması, 5) bütün ölkəni tənzimedən və
hərbiləşdirən orqanların yaradılması.
1936-cı ilin sentyabrında Nürnberqdə Alman nasional-
sosialist fəhlə partiyasının qurultayında dördillik plan qəbul
edildi ki, bundan da məqsəd alman iqtisadiyyatını müharibəyə
hazırlamaq idi. İ.Gerinqin başçılığı altında iqtisadiyyatın tən-
zimlənməsinin yeni sistemi təşkil edildi.
Bütün ölkənin iqtisadiyyatında "fürerçilik" sistemi tətbiq
olundu. Müəssisə və sənaye sahələrinin başında duran kapita-
listlər "fürer" elan edildilər və müvafiq dərəcələrə bölünərək
dövlət hakimiyyətinin nümayəndəsi səlahiyyətini aldılar. Nasist
başçıları ən iri konsernlərin səhmlərinin sahibləri oldular. Belə-
liklə, inhisarların gücü faşist dövlətinin gücü ilə birləşdirildi.
Hitler Almaniyasında dövlət-inhisarçı kaptalizminin əsas
xüsusiyyəti müharibəyə hazırlıq məqsədi ilə dövlət tərəfindən
bütün iqtisadiyyatın ümumi nizamlanması oldu. 1934-cü ildə
verilən «Milli əməyin nizama salınması haqqında» qanuna
əsasən bütün müəssisələrdə Alman nasional-sosialist fəhlə par-
tiyasının özəkləri yaradılmış oldu. 1932-ci ildə əgər hərbi xərc-
lər büdcənin 7%-ni təşkil edirdisə,1938-ci ildə bu rəqəm 32%
oldu. 1933-1939-cu illərdə hərbiyə 90 milyard marka pul xərc-
ləndi.
91
Ümumiyyətlə, Almaniya 1939-cu ildə dünya sənaye
məhsulunun 15%-ni verirdi və ABŞ-dan sonra kapitalist ölkələr
içərisində ikinci yeri, Avropada isə birinci yeri tutdu.
Gənclərin böyük bir hissəsi "Hitlerçi gənclər", "Gənc
millət", "Alman qızları ittifaqı" və başqa təşkilatlara daxil ola-
raq əxlaqın və vicdanın mənasızlığı, "böyük reyxin" mənafeyi
naminə hər cür zorakılığa yol verilməsi haqqında faşist nəzə-
riyyəsini mənimsəyirdilər.
Hitlerçilər kollektiv müqavilələr sistemini ləğv etdilər,
fabrik-zavod komitələrini dağıtdılar. Fəhlələrə iş yerini də-
yişmək qadağan olunurdu, sahibkarlar iş gününü 14 saata qədər
uzatmaq hüququ alırdılar. İnhisarların möhkəmlənməsi xırda və
orta sahibkarların kütləvi surətdə yoxsullaşmasına gətirib
çıxartdı. "İrqi" yoxlanışdan sonra onların bəzilərinə dövlət və
ya partiya aparatında sərfəli yer verilirdi.
Görülən bütün tədbirlər nəticəsində Almaniyada həm fa-
şist partiyası üzvlərinin sayı, həm də fəhlələrin sayı artdı. 1930-
cu ildə faşist partiyası üzvlərinin sayı cəmi 130 min nəfər idisə,
1933-cü ildə 300 minə, 1939-cu ildə 1 mln, 1945-ci ildə 6 mln-
a çatdı. Bu partiyanın üzvlərinin 2/3 hissəsi fəhlələr və xırda
burjuaziya, cəmisi 10%-ni isə varlı sinfin nümayəndələri təşkil
edirdi. Fəhlə sinfinin sayı 1939-cu ildə 20,8 mln nəfərə yaxın
idi ki, onun da 30%-ni qadınlar təşkil edirdi.
Hitlerçilərin aqrar siyasəti iri mülkədar torpaq sahib-
liyinin və kənd burjuaziyasının müdafiəsində ifadə olunurdu.
1933-cü ilin sentyabrın 29-da verilmiş "İrsi həyətlər" haqqında
qanun irsən yalnız böyük oğula keçən orta və iri kəndli təsər-
rüfatlarının satılmasını və ya parçalanmasını qadağan edirdi.
Kənd varlılarının timsalında faşistlər möhkəm dayaq əldə
etdilər. Onlar torpaqsız kəndlilərə Şərqdə "daimi baş torpaqlar"ı
işğal etdikdə pay torpaqları verməyi vəd edirdilər.
92
Almaniyada faşist diktaturasının xarici siyasəti
Hitler xarici siyasəti də geopolitik nəzəriyyəyə əsaslanır-
dı. Burada qarşıya qoyulan məqsəd bioloji dövlət, təbii sər-
hədlər və optimal coğrafi-iqtisadi rayonlar yaradaraq "yeni
dünya qaydası" qurmaq idi. 1933-cü ilin fevralın 1-də verilən
dekretdə yaşamaq hüququnun təsdiqi, azadlığın bərpası xarici
siyasətin əsas vəzifələri kimi müəyyənləşdirilmişdi. Nasional-
sosialist partiyasında yaradılan xarici siyasət şöbəsinə Ro-
zenberq rəhbərlik edirdi. İlk dövrdə Almaniya hökuməti əsas
diqqəti Avropa ölkələri ilə ikitərəfli münasibətlərin qurulması
və inkişafına yönəltmişdi. 1933-cü ilin fevral-iyul aylarında Ce-
nevrədə keçirilən tərksilaha dair konfransda Almaniya nüma-
yəndə heyəti də iştirak etdi və silahların saxlanması sahəsində
digər dövlətlərlə Almaniyanın bərabərliyi prinsipini təklif etdi.
Almaniyada faşist diktaturasının yaradılması ilə Versal-
Vaşinqton sistemi iflas etməyə başladı. Almaniyada faşistlər
hakimiyyət başına gələn kimi Versal sülhünün şərtlərinin ləğv
edilməsini Millətlər cəmiyyətinin qarşısında qoydular. Cəmiy-
yətin Baş şurası buna qəti etirazını bildirdiyinə görə Almaniya
həmin ilin oktyabrın 14-də Millətlər Cəmiyyətindən çıxdığını
bildirdi. Hitler 1933-cü il dekabrın 18-də Versal müqaviləsinin
bütün hərbi maddələrini ləğv etməyi, alman ordusunun sayını
artırmağı, bütün silah növlərinin istehsalının bərpa olunmasını,
hərbsizləşdirilmiş Reyn zonasının Almaniyaya verilməsini
tələb etdi. Hitlerçilərin səyi nəticəsində Almaniya Avropada
müharibə ocağına çevrildi.
1935-cir ildə məcburi hərbi mükəlləfiyyəti bərpa etmək
haqqında qanun qəbul olundu. Vermaxt, yəni alman silahlı
qüvvələri yaradılmağa başladı. Almaniya Baş qərargahı bərpa
olundu. Həmin ildə Almaniya İngiltərə ilə bağladığı sazişə
əsasən suüstü və sualtı donanmanın yaradılması işini sürət-
ləndirdi. Hərbi hava qüvvələri təşkil edilməyə başlandı. 1935-ci
ilin yanvarında Hitler hökuməti referendum keçirərək Saar
vilayətini geri aldı. 1936-cı ildə hərbisizləşdirilmiş Reyn zo-
93
nasına qoşun yeridərək oranı tutdu. 1936-cı ildə İspaniyada və-
təndaş müharibəsi başlanarkən faşistləri müdafiə edərək
Frankoya yardım üçün İspaniyaya hərbi müdaxilə etdi. 1936-
1937-ci illərdə Almaniya Yaponiya və İtaliya ilə birlikdə anti-
kommintern paktını imzalandı.
1937-ci ilin sonu və 1938-ci ilin əvvəllərində alman rəh-
bər dairələrində Almaniyanın silahlandırılmasının sürəti, me-
todları və Qərb dövlətlərinə münasibət məsələsində fikir
ayrılığı meydana gəldi. Şaxt, Tissenin rəhbərlik etdiyi bir qrup
inhisarçılar göstərirdilər ki, Almaniya hələ müharibəyə hazır
deyildir. O, Avropa və Amerika ölkələri ilə iqtisadi əlaqələri
davam etdirsin, ixracı artırsın, tam hazırlıqdan sonra
müharibəyə başlasın. Digər qrupa Hitler başda olmaqla daxil
olan "Farbenindustri", elektrotexnika konserni, Flik, Krupp,
Mannesmanın şirkətlərinin nümayəndələri göstərirdilər ki,
Almaniya müaribəyə elə indi başlamalıdır. Birincilərin etirazı
onların rəhbər vəzifələrdən götürülməsinə səbəb oldu. Belə ki,
1937-ci ilin noyabrında Şaxt təsərrüfat naziri vəzifəsindən
istefa verdi. 1938-ci ilin yanvarında Blomberq hərbi nazir,
Neyrat xarici işlər naziri, həmin ilin fevralında Fric isə quru
qoşunlarının komandanı vəzifəsindən azad edildi. Bu vəzifəyə
Hitlerin həmfikirləri təyin edildilər. Hitler özü həm kansler,
həm də hərbi nazir oldu, Vermaxın, yəni alman silahlı qüvvə-
lərinin baş komandanı Keytel, Hərbi hava qüvvələrinin baş
komandanı Q.Qerinq oldu. Quru qoşunlarının baş komandanı
vəzifəsini Brauxic, Təsərrüfat naziri vəzifəsini Funk tutdu.
Xarici işlər naziri Ribbentrop təyin edildi.
Hitler 1938-ci ilin martında Avstriyanı dinc yolla –
sadəcə bir kağıza imza atdırmaqla III imperiyanın tərkibinə
qatdı. Avstriyanı ələ keçirdikdən sonra hitlerçilər üzünü Çe-
xoslovakiyanın Sudet vilayətinə tutdu. Belə bir bəhanə irəli sü-
rüldü ki, Sudet vilayətinin əhalisinin əksəriyyəti almanlardır və
onlar Çexoslavakiyada milli zülmə məruz qalırlar. Almaniyanın
94
«sakitləşdirilməsi» siyasətinin tərəfdarı olan İngiltərə və Fransa
1938-ci ilin sentyabrın 29-30-da Münhendə Sudet vilayətinin
Almaniyaya birləşməsinə tərəfdar oldular. İngiltərə və
Fransanın biganəliyini görən Hitler 1939-cu ilin martında tərtib
etdiyi "Yaşıl" plana əsasən Çexoslavakiyanı işğal etdi.
Slovakiya "müstəqil dövlət" elan edildi və Almaniyanın satil-
letinə, yəni əlaltısı olan dövlətə çevrildi. 1939-cu ildə artıq
Almaniya ayrı-ayrı ölkələri işğal etmək üçün hərbi planlar
işləyib hazırladı. O, Polşa üçün "Vays", Skandinaviya ölkələri
üçün "Vezerdə təlim", Fransa üçün "Sarı", İngiltərə üçün
"Dəniz şiri", İspaniya üçün "İzabella" planını tərtib etdi.
1939-cu ilin aprelində Almaniya Litvadan Klaypedi, Pol-
şadan Odanski tələb etdi. Birinci istəyinə nail oldu, Klaypedi
götürdü, lakin Polşa hökuməti Qdanski verməkdən imtina etdi.
Polşa ona arxalanırdı ki, Fransa və İngiltərə onun təhlükəsizliyi
üçün təminat veriblər. 1939-cu ilin mayında Mussolini ilə
Hitler arasındakı danışıqlar nəticəsində Almaniya ilə İtaliya
arasında «polad» və ya «möhkəm pakt» bağlandı.
1939-cu ilin avqustun 23-də Almaniya SSRİ ilə bir-biri-
nə hücum etməmək haqqında on illik müqavilə bağladı. Bu mü-
qavilənin gizli protokolunda Polşa və Pribaltikanın Almaniya
və SSRİ arasında təsir dairələrinə bölünməsi öz əksini tapdı.
1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu
ilə ikinci qrupun ideyası reallaşdı. Birinci dünya müharibəsi
kimi İkinci Dünya müharibəsi də Almaniya tərəfindən
başlanmış oldu.
|