2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Buzovun hanı, damazdığı gödək, yoxsa Qara Şah
qoşununu qoyub qaçan kimi sən də buzovunumu qoydun
qaçdın?!
Qara Şah üstünü vurmur, elə onu deyir:
-Şah neynəsin, ay nənə, o qala alınmazdı.
-Canına azar eləsin, ağılı olsaydı, atları tərsinə nalla-
dardı, izi azdırardı...
Qara Sah ürəyində deyir, “eyy dili-qafil, nə
durmusan tərpən”.
Şah qayıdıb təzədən qoşun yığır, atları da tərsinə
nalladıb Qalaya tərəf qalxır, küllükdən keçəndən sonra
qoşunu yoldan çıxardıb gizlədir. Qala gözətçiləri izi görüb
izə düşürlər. İz tərs, bunnar da tərsinə gedirlər.
Qara Şaha da elə bu lazım idi, qalxıb qalanı aldı,
amma belə deyirlər ki, içəridəki gizlin su yolunu
bilmədiyinə görə Qalanı əlində çox saxlya bilmədi...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
XX yüzilliyin sonlarında təsəvvürə gəlməz, ağıla
sığmaz, daha dəqiq decək, gözlənilməz bir tarixi mərhələ,
tarixi dönüş baş verdi. Heç kəsin gözləmədiyi səmtdən
Vaxt özünü yetirdi, yalanları yıxa-yıxa, gerçəyi-doğru
olanları dikəldə-dikəldə gəldi, bütün gücüylə özünü
göstərdi. Sovet İttifaqı deyilən imperiyanı çökdürdü.
Doğrudanmı belədir? Doğrudanmı Sovet İttifaqı
deyilən qüdrətli bir imperatorluğu Vaxt-Zaman parçaladı.
Məncə yox, Vaxt bir iş görərkən həm də nəticəni
hazırlayır. Yəni açdığı qapılar boşuna yellənmir, orda
həyat işarır.
Sovet İttifaqını özünün yaşadığı məntiqsizlik, lazımsız
qapalılıq, dünyadan təcrid, ayrı, tək bir başla idarə olmaq,
bütün bunlardan doğan yalanlar, hiylələr, ikiüzlülük,
könüllər sındırmaq, xalqı hiss edib duymamaq, Yaradan
adına üz tutacaq müqəddəs bir şeyin qalmaması,
olmaması yıxdı...Bir dövlət kimi yarananda içini-çölünü,
yan-yörəsini bərkitmək üçün istifadə etdiyi qorxular, heç
vaxt aydın olmayacaq siyasi vahimələr, represiyalar,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yalnız dini mənada yox, bütün mənaların ruhuna enmiş
allahsızlıq yıxdı onu...
Yaddaş anları...
Belə deyirlər ki, dəvə yenicə dünyaya gəlmişdi, hələ
heç kəs dəvəni görməmişdi. Adam səhər tezdən evdən
çıxdı, gördü, yolun qırağında qəribə bir canlı ayaqlarını
altına qatdayıb gövşəyə-gövşəyə ona baxır. Adam qorxdu,
istədi fikir verməyib keçib getsin, amma nəsə heyvanın
çox dinc görkəmi vardı, belindəki hürgüclərsə elə bil
oturmaq üçün düzəldilmişdi; Adama gəl, gəl deyirdi.
Doğrudan da Adam özünü saxlaya bilmədi, çıxıb oturdu
orda, hürgüclərin arasında. Yenicə yerini rahatlamışdı ki,
dəvə qalxdı, üzü günbatana yol aldı...Adam çox hündür-
dəydi, enə bilməzdi, bir az gedəndən sonra dəvənin belə
yeriməyi ona ləzzət elədi. Aşağılarda hay-küy vardı,
insanlar çığırışırdılar, dəvənin ardınca qaçıb nəsə demək
istəyirdilər. Amma Adam heç nə anlaya bilmirdi, o da
aşağılara baxıb nəsə deyirdi, onu da orda anlayan yox idi.
Adamın bu çağacan görmədiyi dəvə yerişi, dəvənin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
belindəki yastığa oxşar qalın yunlu hürgüclər hər şeyi
unutdururdu...Azmı keçdi, çoxmu, Adamın xəbəri olmadı,
özünə gələndə gördü tamam başqa yerdədi, sağına baxdı,
soluna baxdı, hər şey,-yerdən göyəcən dəyişmişdi, heç nə
tanış deyildi. Elə bu vaxt başının üstündən səs gəldi, səsə
başını qaldırdı, bir qara qarğaydı, günbatandan gəlirdi.
Qarğanı görəndə çox sevindi.
-Ay xır-xır dost, -dedi, qarğaya, -gedərsən bizim evə,
pendir çörək yeyərsən, arvadıma da deyərsən ki, ərini lök
apardı.- Ardınca da kövrəlib bir bayatı dedi.
Fağıram yekə, mənnən,
Kimsə yox, çəkə mənnən
Vaxt məni yük eylədi,
Yüklədi lökə mənnən...
Yerini-yurdunu xatırlayıb, dərindən ah çəkdi:
-Ax vətən-dedi.-Ax, axxx...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“Axx”, deyən kimi, dəvə dizlərini qatlayıb yatdı.
Dəvənin belindən enib dörd yanına baxdı. Amma vaxt çox
keçdiyindən Adam heç yeri tanıya bilmədi, səmtini-
yönünü itirmişdi, bilmirdi hansı səmtə getsin...Dörd yol
ayrıcında dayanıb hardan gəldiyini xatırlamaq istəyirdi.
Hardan gəldiyini tapsaydı, hara gedəcəyini biləcəydi...
Hə, bu Dədələr məsəlini çəkməkdə məqsədim var;
Sovet İttifaqı həmin dəvə kimi dizlərini qatdayıb yatdı,
bütün yer üzünü təbrik etmək olar. Amma bir şey var ki,
Avropanın da əslində nə olduğunu yaxşı anlamayan,
tanımayan bizlər üzümüzü elə o səmtə tutub - Urraaa! -
deyə qışqırmağa başladıq...
Bir dəmir barmaqlıqlar arasında yaşayıb, bir
qazandan yeyənlər, bir yerdən idarə olunub bir əmri
yerinə yetirənlər hələ ki qəfəs canlıları kimi, ya da dəvə
belindən düşmüş kimi çaşqınlıq içindəydilər... İmperiya
dəvətək cökmüşdü, gerçək olan bu idi... Azadlıq yelləri
əsməkdəydi.
Əl altından, -müstəmləkəçilikdən yəni, qurtarmaq
yük altından çıxmaqdır. Yəni ömrün boyu daşıdığın yükün
birdən-birə
üstündən
götürülməyidir.
Qəddini
düzəldirsən, əvvəl-əvvəl öz boyunu hiss edirsən, başını
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qaldırıb daha uzaqlara baxırsan... heç vaxt görmədiyin,
dəvə kimi adını belə bilmədiyin uzaqlar... Nə eləyəcəyini
fikirləşirsən.
Bütün bir xalqın Millət kimi formalaşmağı həmin
andan başlayır. Qul olmayan, qanında köləlik hissini
daşımayan xalqı sındırmaq mümkün deyil. İtayətdə
yaşasa da ağalığını öz həyət-bacasında, əkinində-
səpinində, ən azından adəd-ənənəsində göstərəcək...
Bu mənada müxtəlif adlarla Sovet İttifaqında
yaşayan türk xalqları, tayfa birləşmələri üzdə sınmış kimi
görünsələr də, “dəvə belində özündən uzaqlaşsalar da”
qanında-ruhunda gətirib çıxartdığı adət-ənənəsiylə hələ
də özündəydi, azad idi. Yəni yenə ilxılarını otarırdı, atını
sağırdı yenə, yenə kımız düzəldirdi. Sürülərin ardınca
dolaşa-dolaşa
keçmişini
xatırlayırdı,
dastanlarını
oxuyurdu. Bunun özü əslində azad olmaq demək idi. Bu
da gerçəkdir ki, Azadlıq bu cür varsa qazanıla bilər. “İki
daşın arasında” sazını-sözünü qoruyan, əlindəki qamçının
hardan gəldiyini kökünəcən bilən və hələ də ona bayatılar
oxuyan, hələ də işığa, suya, ucalığa, yola, aydınlığa and
içən Azərbaycan türkləri bunun fərqinə varmasalar da
azad idilər. Yenə sazını çalıb sözünü oxuyurdu, yenə
minilliklər boyu oldğu kimi, yayda yaylağa, qışda qışlağa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daşınırdı, yenə yəhər-yüyənini düzəltməkdə, qamçısını
hörməkdəydi...
Qamçı...
(Qamçı haqda araşdırıb hazırladığım bu kiçik
etnoqrafiq yazını daha yaxşı qavranılsın deyə televiziya
proqramları üçün ssenarı kimi yazmağı lazım bildim...hər
halda bu da məktubdur).
(İri, qara qotazlı qamçı bütün boyuyla ekrana gəlir,
kiminsə əlində gözlənilmədən açılır və tüfəng səsi
çıxardır... Qamçının hörgüsü boyunca verilişin adı yazılır.)
K. a.səs: Qamçının yaranmasını bir başa şamançılıqla
bağlayan araşdırmaçılar var. Bizim fikrimizcə bu daha
inandırıcı, daha ağlabatan yozumdu, versiyadı...Qamçının
adı da “Kitabi Dədə Qorqud” dastanında deyildiyi kimi
qam qamlayanın, Qamın, yəni, Şamanın əlindəki alətlə
bağlıdı. Qamçı adının da qam sözündən yarandığı etimalı
var Qam-çı... Bu alətlə Şaman, yəni Qam qamlayan pis
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ruhları qovur, eydən eyləri, - yaxşıların yaxşısı sayılan
ruhları salamlayırdı.
Sibir türklərində Şamanlar indi də qamçıdan istifadə
edirlər...
(Qamçı ustası, köşə çəkir, yəni dana dərisindən qayış
hazırlayır, kamera ustanın bu işlərini izləyir...)
SƏS: Qamçı beş hissədən ibarətdi.
(Kamera divardakı xalçanın üstündən asılmış
qamçıları göstərir. Tələsmədən detallarınacan diqqət
ayırır, qayışlarını, hörgülərini, qotazlarını nümayiş etdirir)
Birinci hissə, qamçı sapı... hər ağacdan qamçıya sap
olmaz. Elə ağacdan olmalıdı ki, çəkidən yüngül, dözümdə
bərk olsun. Əsil qamçı sapı dağdağan, ya da zoğal
ağacından olur... Oamçının hörmə sapı da ola bilir, yəni
göndən-qayışdan da sap hörülür...
Qamçılar çox qatlı, yəni çox mərtəbəlidi. Qotazlı
mərtəbələr... Dörd tağdan başlamış, doqquz, on dörd, on
səkkiz tağdan hörülə bilir... Bu ustanın bacarığından
asılıdı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dəridən
hazırlanır,
daha
doğrusu,
dana
gönündən...Gön işlənir, aşılanır, ölçülüb, biçilib, kəsilib,
tağlara ayrılır. Qamçı hörən el arasında seçilən-sevilən
daha doğrusu, sınaqlı adamlardan sayılardı, indi də
belədi... bu da yəqin ki, yenə də şamançılıqla bağlı
olduğundandır...
Qamçı sapından sonra dib qotazı gəlir...
Dib qotazı, çox tağlı olur, yəni qamçının ən yoğun
yeri...
Sonra orta qat gəlir, yəni orta qotaz. Dib qotazdan
hiss ediləcək drəcədə nazik olur.
Sonuncu qat şoldu adlanır, qamçının şoldusu tək
qayışdan ibarətdi.
El arasında məsəl var:
Kənd şortusunnan tanınar, qamçı şoldusunnan...
Şoldunun qayışı o biri tağlardan fərqli olaraq
heyvanın baş gönündən düzələr, çünki baş-alın gönü çox
qatı, möhkəm, dözümlü olur, ona görə də deyirlər;
“Qamçını şoldusunnan tanı, kəndi şortusunnan.” “Qamçı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
şoldusunnan üzülər...” deyərlər, çünki yerə qamçının
şoldusu dəyir...
(Kamera qamçıları müxtəlif vəziyyətlərdə göstərir; at
belində, atlının əlində, at çapır, qamçı yellənir. Qoyn
sürüsü yanında çobanın əlində görürük...
Toy babasının əlindədi, qamçının səslənməsi və
işarələriylə yallını idarə edir. Qamçıdan kəmənd kimi də
istifadə etmək olur. Bu mənada qamçını ağaca dolayb
atdanmaq mümkündü...)
El arasında belə bir deyim də var: ellərə şoldu canım,
yerə dəydim üzüldüm.. Deyilənlərə görə hürufilər-
əliallahılar üstlərində dəmir gəzdirmirdilər, ağac və
qayışla silahlanardılar. Onların hər birinin çox qatlı
qamçıları olurdu, ünvanlarını da yalnız özlərinin bilib
anladıqları işarələrlə qamçı tağlarına həkk edirdilər.
Tarixdən bildiyimiz kimi bu təriqət yarandığı gündən
ruhanilər,- İslam dini mərkəzləri tərəfindən izlənilib. Ona
görə
də
Hürufi
dərvişləri
yerlərdə
təşkilatlanırdlar.Yerlərini də heç kəs bilməsin deyə bir-
birilərinə qamçılar vasitəsiylə ötürürdülər: təxminən belə,
“bizi dib qotazın altıncı tağının qurtardığı yerdə arayın...”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qamçının dib qotazı, yəni dib qatı hansısa
bir dağı, bir yaylağı bildirirdi, hörülmüş,
hörgüdə olan tağlarsa ora gedən yolu
göstərirdi...Yəni bu gün lazımsız əşya kimi
qavrayıb diqqət ayırmadığımız Qamçı ümum
türk
mədəniyətində,-
düşüncəsində,
yaşayışında
önəmli
yer
tutub.
Xalq
yaradıcılığında bu gün də izi görünür.
Haqqında çox sözlər deyilib...
Tapmaca...
Göyə dəyər səs eylər,
Yerə dəyər iz eylər...(açması Qamçı)
Deyimlər...
(Əlində qamçı oğlan uşağı görürük, uşaq qamçını
səsləndirmək istəyir, bu görüntünün üzərində)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Səs: Qurd dedi, dam dolusu qız gördüm qorxmadım,
əlindəki qamçı boyda oğlan gördüm qorxdum.
Qamçı
şoldusunnan
üzülər...(Şoldu
qamçının
qurtaracaq sonuncu qayışıdı)
Ellərə şoldu canım, yerə dəydim üzüldüm...
Qara kəl qamçı görüb...
***
Qamçının növləri çoxdu...
Tatarı...
Matraq...
Hər iki növ qamçı at qamçıları sayılır...Qotazlı, qara
qamçılar kimi uzun olmazlar. Atı çox incitməsin deyə
şoldusu, yəni ucu enli yarpaq boyda qayışdan düzəlir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Toy qamçıları da olub. Bu növ qamçılar bəzək-
düzəyiylə seçilərdi, yağlanıb asılardı bir yerdən, toyu, toy
babasını gözləyərdi...İndiki dillə desək, tamadaları. Qamçı
yallıları deyilən yallılar Toy babasının əlindəki qamçılarla
idarə olunardı.
Toy babası toya qamçısız gəlməzdi...Ona görə də
belə bir deyim işlənərdi...
Ağacsız çoban gördüm, qamçısız toy babası
görmədim...
Bütün bu dediklərim və imkan daxilində göstərə bil-
diklərim yaddaşımızda ilişib qalanlardı...Yaddaşımızın
anlarıdı, yaşadığımız tarixdi. Bir suya ikinci kərə girmək
olmaz, deyərlər. Tarix də belədi, ikinci kərə yaşanmaz.
Ona görə də deyərlər... yanlışını yaşama, uğurunu yaşa.
Bütün bunlar yaddaşımızın uğurlu anlarıdı. Ona
qayıtmasaq da bu günki uğurundan güc almalıyıq...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İnsanı diri saxlayan, sınmağa qoymayan hər şeydən
öncə onun əsilli-nəsilli, nəcabətli olmasıdır. Nəcabətli
olmaqsa bir başa qanla, genetik gerçəkliklərlə bağlıdır.
Nəcabətli olmaq həm də tərbiyəli olmaqdır. Nəcabət
qanın təmiz qalması üçün insan əxlaqının mayalandığı
qaynaqdır...Xalq da belədir, öz kökü ystündə yaşayarsa,
bu nizamı saxlaya bilirsə inkişafı da sağlam və başacan
olmalıdır.
Sovet İttifaqının bayrağı altında yaşayan bir çox
xalqlar Sovet İttifaqının öz qanununlarına görə öz kökünü,
hardan gəldiyini unutmalıydı. Müəyyən mənada unutdu
da. Amma yeni yaranan Şura dövlətinin gələcək planları
tutulub,
sabahların
projeləri
cızılsa
da
keçmiş
unudulmamışdı, qüdrətli tarixlər yaşamış xalqların
keçmişi aradaydı, dövlətdə hələ də narahatçılıq
doğururdu. Bu qüdrətli keçmiş yeni yaranan Şura hökü-
mətini qorxudurdu. Ona görə də elə ilk gündən təbliğat
maşını işləməyə başlamışdı. Bu fikri bu cür ifadə etsəm
daha yaxşı olar: təbliğat maşınının hələki özü yox,
təkərləri işləyirdi, Xalqda özünün olan doğma, milli nə
varsa
çeynıyib,əzib,məhv
etməkçün
işləyirdi,
son
günlərinəcən də işlədi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu mənada kökünü-nəcabətini danmaq adi hal oldu.
El arasında belə bir məsəl var: “İşimin xətrinə erməniyə
dayı dedim...” Elədir, bir çox Sovet xalqı dolanmasının,-
həyatda qalmasının xətrinə Şura hökümətinə “dayı” dedi.
Bununla da Sovet İttifaqının tərkibində Şura hökumətinə
“dayı deyən” yeni millətlər yarandı, xalq yox, Millət...Ona
görə ki, xalqı yaratmaq mümkün deyil, Xalq təbii olaraq
doğulandır, millətsə yuxarıda dediym kimi doğulmur, süni
şəraitlərlə, “düşmən dəyirmanının suyuyla”, təsir və
təzyiqlərlə, yeni yaranmış mühitin təbliğat havasıyla
qidalanıb yaranandır.
Zoğal ağacı...
Belə söyləyirlər ki, dəyirmanda novat (növbə) idi,
neçə para kəndin adamları sıraya düzülmüşdü, sıra
uzanıb-uzanıb dəyirmandan xeyli aralanmışdı. Sıraçıların,
yəni novatda duranların hərəsinin əlində bir şey vardı, bir
yana gedəndə yerinə əlindəkini qoyub gedirdi. Birinin
əlindəki bıçaq idi, birinin ki, qamçı idi, beləcə, hərənin öz
nişanası vardı.Əlində söyüd ağacı olanın sırası yaxınlaşdı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Elə yenicə dən torbalarını içəri daşımaq istəyirdi ki,əlində
zoğal dəyənək olan birisi özünü çatdırdı. Elə gendəncə
əlindəki zoğal ağacını silkələyib işarə elədi ki,növbə
mənimdi, mən üyüdəcəm...
Ağacı söyüddən olan istədi, yox, desin, zoğal
dəyənəyini görüb nə fikirləşdisə əyilib yavaşcadan
ağacının qulağına dedi:
Ay ağacım söyüd,
Sənə verim bir öyüd,
Qoy indi zoğal üyüdsün,
Sonra sən üyüd...
***
Öz soyundan-kökündən uzaqlaşmaq sonda millətini
də tanımadığı, anlamadığı yeni münasibətlərə aparıb
çıxardır. Yeni münasibətlər də özünü unutmaq,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
minilliklərin yaşayış tərzindən, adət-ənənəsindən çıxmaq
deməkdir, bu da yeniləşmək yox, əksinə təbliğata uyub
yellərə, sellərə qarışıb yox olmaq deməkdir...
Hərəkətdə olan hər şeyin “başını qaytarmaq”
anlayışı var. Kiçicik bir hərəkət nizamsızdırsa fəlakətə
doğru gedər. İnsan addımını hara atdığını bilmirsə
yıxılacağı qaçılmazdır.
“ATBELİ” oyunu...
( sənədli film üçün ssenari...)
Köynəyindən çıxmamış saz görünür...
Uca bir yerdə dikinə qoyulub...
Yiyəsi görünməyən əllər sazın yan-yörəsini bərkidir
ki, külək yıxmasın...
Sonra milli cıdır geyimində atlılar görünür, hiss
olunur ki, işarə gözləyirlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Aparıcı: (k.a.) –Yaddaşımızda ilişib qalmış...bizim “At-
beli” oyunumuz...Yaşamağı bir tükdən asılıdı, desək daha
dəqiq olar...
(Cıdır atlarını meydanda dolandırırlar... Biri atını
cövlana gətirir, biri məşq edir; atın belindən əyilib qalxır,
elə bil yerdən nəsə götürür...Biri atını tumarlayır...
Biri əlində bayraq tutub işarə gözləyir... Bu
görüntülərin üstündə...)
Aparıcı: -Məsəl var, at ayağı külüng, aşıq dili yüyrəg
olar... Nə yaxşı ki, “Atbeli” oyununu tək-tük də olsa
xatırlayanlarımız var. İgidlərimizin, ərənlərimizin döyüş,
çeviklik, qoçaqlıq, mərdlik oyunu...
Bir az da soyuqluq-laqeydlik göstərib fikir verməsək,
başımızın qarışıq vaxtı elə bu atların belində də çıxıb ge-
dəcək...
çünki
bayaq
dediyimiz
kimi
tükdən
asılıdı...Deyərlər malı itənin imanı itər, imanı itmiş kimi
görünməyimizin də səbəbi belə itgilərimizə görədi...
(Kamera atlıları bir də göstərir, atlar da, yiyələri də
həyəcan içindədi...
Qara zurnanı görürük, hələ köynəyindən çıxmayıb...)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |