2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sürtdü. - Ağacın gün düşməyən tərəfindən düzələn saz
yaxşı dillənməz, ona görə də adına lal saz deyərlər... Sazın
dillənməsi
üçün
günün
düşməyinnən,
yellərin
əsməyinnən çox şey asılıdı. Saz da uşaq kimidi, ağacın
gövdəsində onun da vaxtı-vədəsi var, “uşaq” kimi gərək
vaxtını bilib götürəsən...
Deyərlər,“sazın yeri dördədi”, yəni evin sayılan,
seçilən yerində. Çalınsa da çalınmasa da öz yerindən asılı
olar...
Daş uşaq...
Deyirlər ki, bir kişinin uşağı olmurmuş, gecə-gündüz
fikir eləyir, ağrılar-acılar çəkirmiş. Çox düşünür-daşınır,
günlərin birində arvadına deyir:
-İzin ver, karvanın birinə qoşulum gedim, dərdim-
qəmim dağılsın, dolanıb gələrəm. –Dönüb dördən asılmış
saza baxır.-Mənim qayıtdığımı saz bildirəcək... -deyir. -
Fikir verərsən, saz öz-özünə səs eləsə bil ki, mənəm,
qayıdıram.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Elə də eləyir, bir karvana qoşulub gedir...
Ay keçir, il dolanır, günlərin birində arvadın qulağına
saz səsi gəlir. Bilir ki, əri qayıdır. Ora vurnuxur, bura
vurnuxur, bilmir neyləsin, oğul yox, uşaq yox, qabağına
yüyürsün.Qaxılıb təzədən oturur, birdən nə fikirləşir, nə
fikirləşmir, əriylə zarafat eləmək istəyir, yanındakı duz
daşını qucağına götürür, sonra da uşaq kimi büküb beşiyə
qoyur. Çıxır ki, əri qapıdadı. Əri onu görən kimi gülə-gülə:
-Niyə gec çıxdın? -deyir.
Arvad özündən asılı olmadan cavab verir:
-Uşağı əmizdirirdim!
Elə bu vaxt içəridən uşaq səsi gəlir, kişi də arvad da
evə qaçıllar, görürlər ki, beşikdə ki, doğrudan da uşaqdı.
Deyiulənlərə görə həmin uşaq Sarı Aşıqdı. Ona görə
də Sarı Aşıq özü haqda deyir:
Başdan mən,
Binadan mən, başdan mən.
Nə atam var, nə anam,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yaranmışam daşdan mən...
***
Beləcə, düşünək...!
Düzdür, hamı öz xalqının oğludur, hərə öz ailəsinin,
hər ailə öz xalqınındır, amma hamı öz xalqını bir cürmü,
eyni səviyyədəmi tanıyır?! Məncə yox...Xalqı tanımaq
xalqı sevməkdən də asılı deyil... təəssübünü çəkməkdən
daha çox asılıdır. Xalq dediyimiz anlayış mühit kimidir,
nəfəs dərdiyimiz hava kimi.
Mənə elə gəlir ki, xalqdan qidalanan xalqını da yaxşı
tanımalıdır. Xalqdan qidalanmaqsa anadan süd əmmək
kimi başa düşülməlidir... Xalq doğrudan da təbiət kimidir;
boş yerə təşəkkül tapmır. Doğulur, yaranır, özünün də
xəbəri olmadan özünə lazım olanları yaradır, yəni hər
yerindən tumurcuq açmağa başlayır, bu onun inkişafı -
gəlişməyidir, qüdrətli xalqlar özündə boş yer qoymur ki,
inkişaf etməmiş qalsın, yaşadığı və keçirtdiyi sınaqlar,
təcrübələr də ona görədir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dediyimiz sınaqlar və təcrübələr də əslində onun
yaradıcılıq məktəbidir. Xalq bütün münasibətlər üzrə “çiy
yer” saxlamaz; boşluqları doldurmaqla öz möhtəşəmliyini
qurur, ona görə də yaşayır və inkişaf edir...
Dədələr deyər: “Eldən əl alan dağ oynadar, dil alan
yığnaq”...El dediyimiz, yurd dediyimiz əslində torpaqdır,
bir ovuc darını bir batman eləyən torpaq. El diliylə desək,
bəyin amanı, kasıbın imanı, yoxsulun gümanı olan torpaq.
Yağışlarımız...
Xalq düşüncəsində müxtəlif adda yağış növləri var.
Belə bir ifadə işlədilir. “Elə bil durduğum yerdə gürşada
düşdüm”. “Gürşad aparsın səni...” Belə də deyərlər,
“gürşad şimşəklə gələr, ildırımla gedər”. Torpaq, deyərlər,
“qara gürşadda özünü sıxar ki, canına üşütmə keçməsin”.
Ən qorxulusu gecə gürşadıdır. Atlara qamçı kimi dəyər,
ona görə də açıqda olan atlar qaçıb canını qurtarmağa
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çalışar. Ona görə də deyərlər, “gürşad at bağrı
çatdadar”...
Sürüləri döyüb arxacdan çıxarar... Bütün heyvanlar
gürşad yağışını qabaqcadan hiss eləyir. Köhlən atlar
yalman çırpar, ayaq döyər, itlər cənsiyər, qoyunlar
imrənər, göy üzündə quş görməzsən. Bu dilləri bilən
adamlara sərkər, baytal adamlar deyərlər. Belə olanda
baytal, sərkər adamlar səs eləyər ki, sürülər, ilxılar, sığırlar
səsə yığılsın, tütək çalınar, qamçı açılar, ya da elə belə
üzünü gürşada tutub səslənərlər...Çox vaxt gürşad özüylə
dolu gətirər. Dolunu qaytarmaqdan ötrü mis qablara duz
doldurub dolunun altına qoyarlar. İlkbeşik uşaqları qarğı
ata mindirib dolu yağışının altına göndərərlər. Uşaq da
qarğı atını çapa-çapa doludan götürüb dişlərinin altına
qoyub oxuyar.
Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm,
Mən kəsdim, sən də kəs,
Yığış yuvana qayıt,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dədə, babana qayıt...
Adətən gürşad yağışlardan sonra ağyel gələr, bu vaxt
deyərlər “gürşad dərd idi, ağyel dərman olacaq”. Belə bir
alxış da var, “ağ yelə tuş olasan səni”, “üstünnən ağyellər
əssin”....
Ağ yağış da var; bu vaxt deyərlər, “Göydən yerə nur
yağır”. Ağ yağışda göyün bir yanı açıq, buludsuz olur,
Göyün açıq yerindən gün düşür, damcılar işığa bələnir.
Buna görə də ağyağışa çox yerdə günlü yağış deyirlər...
Leysan yağışı da var; Leysan sel gətirər, deyərlər,
birdən gəldiyi kimi birdən də gedər. Belə bir ifadə var;
leysan getdi, sel qaldı...Sallama yağış, çiskin yağış var,
çoban aldadan, qum-quma yağış, alaçalpo, çapıtma yağış
növləri var.
Sallama yağış dolu olar, iri damcılı, ona görə də tez
kəsər. Sallama yağışda deyərlər, “göydən yerə tel
düşər...” Günlü gündə yağarsa çayları qabaran görərsən.
Ona görə belə deyirlər ki, balıqlar sudan baş çıxardıb
günlü-günəşli damcıları udar. Elin düşəncəsinə görə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
balıqların udduğu bu işıqlı damcılardan da dəniz
mirvariləri yaranır...
Bir də baxarsan dərə yuxarı duman süründü,
bilməzsən hardan gəldi, özüylə, daha doğrusu, içiylə də
çiskin gətirdi. Ona görə də belə bir ifadə var, “Çiskin
dumana bağlıdır”. Çiskində torpaq quzulayar, deyərlər,
yəni qoynu-qucağı tumurcuqla dolar, bir üksüyündə beş
quzuya yem olar. Birdən də duman elə qatılaşar ki, gözün
ayağın altını görməz. Bir-birini səslə taparsan. Bu cür
dumana “Kor duman” deyərlər. Bunu da deyərlər ki, “Kor
dumanda” yamaca köbələklər gələr. Getdiyin yerdən
“dabandönmə” qayıdarsan, görərsən ki, papaq-papaq
köbələklərdi, balaca-balaca alaçıqlar kimi düzülüb
çəhliminə. Dumanda-çiskində deyərlər, canavarın qursağı
səs eləyər, yəni aclığı başlayar. Dumana bürünüb ova
çıxar...
Babam deyərdi, “Kor duman” gələndə sürünün
yanındasansa heç nə görməsən də özünü itirmə, gir
sürünün içinə, qorxunu bidirmə, dinc səslə dindir sürünü.
Sürü sənin səsinə yığışıb, topalaşıb səni də, özünü də
otlaya-otlaya, qırpına-qırpına arxaca gətirib çıxardacaq...
Yaylaq həyatımda mən bunu çox gördüm...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarı nənə ki, dilini dinc saxlamadı, Marta barmaq
elədi, sataşdı, buna görə də oglaqları borana düşdü,
qırıldı. Onnan sonra da “Yarma soyrugu” (sovruq) gəldi,
“Tüpü”, “Quş boranı” axırda da “ Camış qıran”... Güclü
olmasalar da tumurcuq qaytarandılar..
Bir də baxırsan günün gözəl, göy üzünün buludsuz,
təmiz, dinc bir vaxtında yağış başladı. Bu yağışın halına
bələd olanlar heç fikir vermədi, bilməyənlərsə qaçıb
gizləndilər. Naşı, xam çobanlar yapıncılarını çiyinlərinə
atdılar, elə o an da yağış kəsdi. Ona görə də bu cür yağışa
“Çoban aldadan” deyirlər...
Qum-quma yağış...Qum yağışı da deyirlər. Qum
yağışı elə kirmişcə yağar ki, heç islandığını da bilməzsən.
Əkin-biçinçün çox xeyirlidir. Qum yağışında bütün quşlar
yuvasından çıxır, göyün göylüyündə oyun oynayırlar. El
arasında belə ifadələr var: “Qum yağışı cücük çıxardar”,
“Qum yağışına düşdüm, cücüyüm çıxdı...” “Cücük” sözünü
araşdıra bilmədim. Məncə, tumurcuq sözünə yaxındır,
“cecək” sözünə də qohumluğu ola bilər Amma Ərəş
mahalnda Cücük adında kənd olduğu dəqiqdir.
Yuxarıda ona görə dedim ki, böyük olan Xalq hətta
ən xırda münasibətlərində belə, “boş yer”, yəni çiy,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
işlənməmiş səmt qoymur, hər şeyi nizama salır, öz
düşüncəsində düzən, səliqə yaratmasa gəlişməsi-inkişafı
baş tutmaz. Bütün bunlar onun görüb-götürməyidir, onu
gələcəyə alıb aparan proqramı da demək olar...
Bu mənada biz mənsub olduğumuz xalqı dərindən
tanıyıb, öyrənib araşdırmalıyıq, boş yerə tərifləmədən
doğrudan-doğruya fəxr etməliyik. Xalq özü bu haqda belə
deyir; “Biliyini,-dərsini tərs oxumuş adam, yəni səviyyəsiz
ziyalı yeri gəldi-gəlmədi xalqını tərifləyər, axmaq çoban
itini tərifləyər, arvadağız kişi də arvadını...”
Bayaq dedik, bir də deyək, Xalq öz münasibətlərində
“çiy yer” saxlamaz. İrili-xırdalı bütün münasibətlərə göz
qoymağı bacarar...Ona görə də bu cür deyimləri var, söz
deyib, yaradıb, hər yerdə də özünə, daha doğrusu bizə
baş ucalığı gətirib, gətirir də. Deyərlər, “Elin dinazı ağırdı”
yəni elin təənəsi... Çəkdiyi dərdlərdə, acılarda da boş
yerlər qoymayıb. Dərdi sarsılmadan nece çəkməyin,
dərdli, sıxıntılı anları nece yaşamağın da yollarını işləyib
hazır qoyub...Vaxt olub göz yaşını içinə axıdıb, gizlədib ki,
düşmənləri onun ağlamağını görməsin. Bunu özü daha
dəqiq deyir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gülənbirdə,
Yol gedər, Güləbirdə,
Düşməni gördüm güldüm,
Ya qismət güləm bir də...
Kim sənəmdi,
Kim xandı, kim sənəmdi.
Gizli ağla, gözlərim
Bilməsin kimsə, nəmdi...
Sarı Aşığın nağılını da ona görə misal gətirdim. Bu
kiçicik nağılda öz mifaloji baxışlarını ifadə etməklə Xalq
həm də özünün doğma, kəndi obrazını yaradıb...
Urfanı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
1960-cı illərin sonlarıydı, Azərbaycan Dövlət Univer-
sitetinin filologiya fakültəsini bitirib Azərbaycan Dövlət
Radiosunda işləyirdim. Ustad aşıq Hüseyn Saraclı
Borçalıdan (Boççalı) qonaq gəlmişdi, Radionun səs yazma
studiyasında üz-üzə oturmuşduq, saz havalarıyla bağlı
sorğu götürürdüm. Ustadın yüzilliklərlə yaşı olan
qaraçanaq sazı dizinin üstündəydi. Saza baxıb erməni
kəndində
oyuncaq “dar
ağacından”
asılan
sazı
xatırlayırdım, amma efirdə vaxtla bir başa üz-üzə
dayandığın üçün vaxtın nece qiymətli olduğunu daha
yaxşı anlayırsan, ona görə də Aşığa ayrılmış vaxtı almayım
deyə o haqda danışmadım:
-Ustad, bu günki saz dərsimizdə “Ruhani”
havasından danışacayıq... Dinləyicilərimizi gözlətməyək,
zəhmət olmasa...
Aşıq sözümü kəsib:
-Sən sazı bilənsən, -dedi, - o havanın adına “Ruhani”
niyə deyirsən bəs?!
Mən çaşıb qalmışdım, dar ağacından asılan saz da
yaddaşımda bilmirdim nə deyəm.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Qoy bizi indi dinləyənlər də anlasın ki, bu havanın
adı “Urfanı”dı, -dedi Aşıq. -Mollalar sazı görəndə az
qalırdılar yiyəsi qarışıq dar ağacından assınlar. Bir fikirləş,
saz havasının adına “Ruhani” deyərdilərmi, “Urfanı”dı bu
havanın adı, bunlar eyni kök üstə olan üç qardaş havadı,;
“Urfanı”dı, “Bəhməni”di, “Mansırı”dı. Ustaddar deyərdi
ki, bu havaları yaradanın dərisini soydular... “Mənsuriyyə”
adında muğam havası da həmin adamın yaratdığıdı.
1940-cı ilin sonlarında “darağacından asılmış” sazı
unudub X əsrin sonlaında darağacında dərisi soyulmuş
Həllac Mansuru və hürufiləri xatırladım...Bu havanın da
heç şübhəsiz, Həllac Mansurun yaratdığını, onun adıyla
bağlı olduğunu düşündüm...
Qodu...
Deyərlər, yaz axşamlarının düşdüyünü bilməzsən,
yaz axşamları obaya durna kimi enər... Bir də yamaca
çıxarsız ki, lalələr elə düzülüb ki, elə bilərsən sərgiyə gəlib,
canıyanmışlar, utancaq-ytancaq baş endəriblər, xalları,
dəmgilləri də yanaqlarında. Lalələri belə görüb gəlinlər də
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yaşındılar. Nənələr də göz qoyurmiş: -Gəlinimiz lalədən
yaşmaq öyrəndi, -deyərlər, -baxın, yaşmaqlandılar.
Məsəl var; “Urvan özündən olsa xəmirin küt
getməz”...
Bir də baxarsan dediyimiz belə bir yaz axşamlarında
“buludlar qarın bağladı”, yer aradı ki, ayağını qoysun,
sonra da bir dağa dirsəklənib “yumub tökdü”. Belə
yağışlar uzun çəkər, yəni ayağı yer tutmuş buludun yağışı
uzun çəkər...
Hava yağışlı keçəndə kənd uşaqları yığışıb Qodu bə-
zəyərdik, dingəli, toqqalı bir gəlincik düzəldərdik, öz
geyim-gecimimizi də dəyişib gülünc eliyərdik, düşərdik
qapı-qapı...İp götürüb qırx düyün vurardıq, hər qapıda bir
düyün kəsib, deyərdik: -bax, mən kəsdim, sən də kəs.
Sonra da başlayardıq oxumağa:
Qodu- qodunu gördünmü,
Qoduya salam verdinmi?
Qodu gedənnən bəri,
Qırmızı gün gördünmü?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qodunun qızıl sancağı,
Günə düşdü yançağı...
Yağ gətirin yağlayaq,
Bağ gətirin bağlayaq...
Nənələr
də
qabaqcadan:
-Qoduya
patava
toxuyuram, -deyə-deyə patava toxuyurdular ki, gələndə
uşaqlara paylasınlar.
Patavanı geyinək,
Gedək, günü gətirək.
Oyalıdı, oyalı,
Yumurtası boyalı,
Qodu ayağın sayalı,
Günün yağlı, boyalı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Pay verməzlərin qapısında ayaq döyərdik, pay alana
kimi əl çəkməzdik...
Ay çatma, çat, çatdadı,
Günün yanı çıtdadı...
Qoduya pay verməyənin
İlməsi ip tapmadı,
Ərişi üstdən addadı...
Nənələr də düşərdi əl-ayağa:-ay gəlinlər, ay qızlar,
Qodunun payını verin, yoxsa:
Əllərimiz iş tutmaz,
Hanamız əriş tutmaz,
Yamağımız tikiş tutmaz.
İynəmiz gözə dəyər,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Həvəmiz dizə dəyər
Xalçasız, gəvəsiz qalarıq,
Sığırsız, dəvəsiz qalarıq...
Biz də pay alandan sonra səs-səsə verərdik:
Dediyimim doğru olsun,
Pay verənin oğlu olsun,
Verməyənin qızı olsun,
Yanağı qırmızı olsun...
Beləcə, Günəşi gətirib gələrdik ...
İlin belə çağında dədələr-babalar deyərdi:-ilimiz
tumurcuq üstündədi, torpağa toxum atın, iliniz qalsın...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Torpağa çiyid-toxum atardıq, ilimiz qalardı...
***
Beləcə... Varsaqdan Baxşıya, Baxşıdan Ozana,
Ozandan Akına, Aşığa qalan, dildən dilə, yaddaşdan
yaddaşa, dövrdən dövrə keçən, kağızlara, kitablara yox,
içimizə yazılmış atüstü, ayaqüstü tariximizə sığındım...
“Çərşənbəqovdu” mərasimləri...
Xalqda belə bir ifadə var: “Öyüdü deməsən qarğışdı,
qarğışı deməsən alxışdı”. El-oba düşüncəsində hər bir
günün öz sınağı var; çərşənbə günləri el arasında ağır gün
sayılar. Ona görə də çərşənbə günü çöl işi başlamazdılar.
Hana asmazdılar, uğura çıxmazdılar. Həmin gün adətən
yarımçıq işlər görülərdi, bir də tənbəlləri çimizdirərdilər.
“İşbilməzləri suya çəkin, ay tənbəl yiyələri!” Belə deyib
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yarızarafat,
yarıgerçək
yarımçıq
iş
görənləri
utandırardılar.
Uğura, yəni səfərə çıxmazdılar, dedik, doğrudan da
belədir, indinin özündə də elə ailə var, çərşənbə günü
yola çıxmaz.
Mən el, kənd, şəhər deyə bilmədim, sadəcə, bir ailə,
deyə bildim. Çünki, düşünürəm ki, dediyim bu sınaq
unudulub, sıxılıb bir ailə boyunda qalıb. Buna da, şükür,
deyib araşdırmağımı davam etdirdim, bildiklərimi qələmə
aldım.
Eldə belə bir söz var: “çərşənbə, tərpənmə”. Bu
ifadələr İl-Ay günündə, yəni ilin-ayın axır çərşənbəsinin,
daha doğrusu, həmin çərşənbə gününün başlanğıcında
işlədilərdi, bu yeni il günündə oynalınan bir mərasim
oyunu idi; tənəkə doyərdilər, qazan tovlayardılar, at
üstündə kənd yollarına çıxardılar, at sürərdilər, qamçı
səsləndirib tüfəng atılardı. Buna da el arasında “Çərşən-
bəqovdu” deyərdilər. Beləcə, el-oba öz inancına,
düşüncəsinə görə Çərşənbəyə daraşmış pis ruhları qovub
çıxardardı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |