2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Amma onu da deyim ki, xalqın minillik yaddaşında
çərşənbə adı yoxdur; gün adlarını öz doğma dilimizdə
bərpa edə bilsək çərşənbə sözünə rast gəlmərik.
Bazarertəsi, Xas, Duz, Süd,(Tək), Adna, Adnaaxşamı,
Bazar...
Bu mənada Xas günü sınanılmış ən yaxşı gün sayılır,
Duz, Süd günləri həftənin ara-orta günləri olduğuna görə
Elat-tərəkəmə günləri sayılırdı. Bu günlərə Həp-Hap-Xap
günləri də deyilir. Qərbi Azərbaycanda, ölkəmizin qərb
bölgələrində “Xap” adlanan günləri var. Bu söz məncə
türk sözü olub “həp” sözündəndir; Bir, birləşmək-bərabər
olmaq mənasındadır. Həmin anlayışda erməni dilində də
işlədilir... Bu söz özüylə hansı adət-ənənəni, hansı
mənanı daşıyır?
Kəndlərimizdə,-misalçün Şamaxı rayonunun Kərkənc
kəndinə köçmüş Ermənistan türkləri bu minillik ənənəni
Şirvanda da yaşatmaqdadırlar. Xapçı ailələr, yəni malqara
saxlayan ona qədər ailə birləşir, həftəlik sağılan süd ara
günlərdə bir ailəyə verilir. Beləliklə,- Xap kimdədi? –
Filankəsdə. “Duz günü sənin, Süd günü mənim...”. “Tək
günü sənin, cüt günü mənim” ifadəsi də işlənir. Yəni on
ailənin bir həftəlik yığdığı süd bir ailəyə verilir.
Tərəkəmənin minillik təzrübəsiylə kəndin Həp dediyi
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Birlik qış azığını-azuqəsini düzəltmiş olur...Ərgən
(yeniyetmə) vaxtlarımızda biz də belə edərdik,
soruşardıq:-Xap kimdədi? Yerini öyrənib o evə qaymaq
yeməyə gedərdik. Bunu ancaq yeniyetmələr edə bilərdi.
Uşaqlara, yaşlılara ayıb sayılardı..
Pəhlivan bacı-qardaş...
Bir odunçunun bir oğlu, bir qızı vardı...Kasıbçılıq idi,
kişi meşədən odun gətirib satıb güzəranını keçirirdi; bir
qarına ac, bir qarına tox yaşayırdılar.Bu minvalla uşaqlar
böyüdü, yeniyetmə çağlarına çatdılar. Oğlu işə-gücə
meyilli deyildi, bacısı da onu kimi. Atası da səhərdən
axşama deyinirdi:-Bu boyda boyunuzla heç oldunuz.
Günlərin birində oğlunu da özüylə meşəyə odun
qırmağa apardı:
-Heç olmasa odun yarmağı öyrən,-dedi,-mən öləndə
ac qalmayasan.
Oğlu dinib danışan deyildi, atası nə deyirdisə kirmişcə
qulaq asırdı... Nə isə atası odunu ulağa yüklədi, meşədən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çıxdılar. Bir çaya rast gəldilər. Ulaq çaydan keçə bilmədi,
yük qarışıq dizlərini qatlayıb suyun içində yatdı. Ha
dartındı ki, qalxsın, qalxa bilmədi. Atası bir oğluna baxdı,
bir ulağa:
-Ulaqcan da olmadın, -dedi, - xeyirsiz oğul, bir işə
yaramadın.
Söz oğlana nece təsir elədisə çaya girib ulaq qarışıq
odunu çiyininə qaldırıb çayı keçirtdi. Odunçu qaldı baxa-
baxa, mat-məətəl...
Elə-obaya söz yayıldı ki, odunçu oğluna vergi verilib.
Amma odunçunun qızından hələ heç kəsin xəbəri yox idi.
Bir gün qız gecə qardaşının çarıqlarını damın orta kərənini
qaldırıb altına qoydu. Kərən palıd ağacından idi; iki boyun
ulaq güclə sürüyüb gətirmişdi, qonum-qonşu da yığışıb
damın üstə qaldırmışdı.
Səhər açıldı, oğlan çarıqlarını aradı tapa bilmədi,
çıxdı bayırda axtardı, qonum-qonşunun gözü onsuz da
oğlandaydı, yığışıb tamaşaya durdular. Odunçu da
gəldi,çarıq tapılmadı. Bir də baxdılar ki, qız qapıya
söykənib gülümsəyir. Oğlan bacısına tərəf getdi:
-Sənin işindi, ver çarığımı!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qız orta kərəni göstərib:
-Odu, ee, çarığın.
Odunçu oğlu əl atdı kərənə, qaldıra bilmədi. Qız
kərəni qaldırıb, -Götür, - dedi. -İndən belə bir özündən
deyəndə beş də mənnən de...
***
Deyimlər: “Qapını haramdan gözlə,yoxsa bərəkətin
olmaz”. “Əlini işdən soyutma,bucağın isti olmaz”. “Yolu
ulu tut, ayağın sayalı olar”. “El od başına yığılar, bacanı
tüstülü elə”...
***
Çox düşündüm...düşünək; belə çıxır ki, biz içə yazıl-
mışlara, - yaddaşa, Sibirdən tutmuş Qafqaza, Qafqazdan
tutmuş Balkanlaracan yayılmış yer adlarına, ayrı-ayrı
millətlərin, xalqların düşüncəsində hələ də yaşamaqda
olan izlərimizə inana bilmirik, yüz illiklərdir əlini hara
uzadırsa bizdən yapışmağa məcbur olan qonşu xalqların
danışdığı dilin tərkibini, yediyi yeməyi, çalıb oynadığı
musiqini, yaşadığı adət-ənənəni, bir sözlə damarlarından
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
axan qana qədər etdiyimiz dəyişiklikləri görüb anlamaq,
nəyin bizim, nəyin onun olduğunu bilmək istəmirik.
Amma yalana inanırıq. Yalan da bildiyimiz kimi aparır,
qaytarmır...
Mayıs ayı- özək ayı...
May ayına özək ayı da deyərlər, malın-heyvanın
“göyə” çıxan vaxtı.... El arasında belə bir bağlama var:
Yamacda sığır gördüm, yiyəsi haya çıxdı...
Ikisi suya endi, səkkizi göyə çıxdı...
Sığır əsgi türkcəmizdə mal-qaraya deyərdilər, bəzi
bölgələrimizdə indi də inəyə sığır, naxırçıya sığırçı
deyirlər. Sığır ana maralın da adıdır... Z. Həsənov “Çar
Skiflər “ əsərində qeyd edir:
“Saka etnonimi “sağlam”, “sağ-salamat”, “saf”, “sağ
(qol), Heyvan adı-maral (sığın) və inək adları bildirən
sözlər də bu kökdəndir...Həmin bu kökün əsasında bir sıra
digər sözlər də meydana gəlmişdir”...(səh. 60)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bağlamanın açmasına gəldikdə isə; on sığırın- inəyin
səkkizi örüşə-göylüyə -“göyə” çıxır, ikisi də su içməyə,
açması budur...Misal gətirdiyimiz bütün nümunələrdən
görürük ki, xalq düşüncəsi və bu düşüncənin ifadəsi
əslində təbiətin özündən doğub. Bu da bir daha sübut
edir ki, heç nə heç nədən ayrı deyil, Varlıqdakı, yəni
təbiətdəki uyğunluqdur ki, hər şeyə düzən verir...Təbiətin
özü, yəni təbiətin yaratdıqları obrazlı olduğuna, yəni çox
mənalar daşıdığına görə, xalq da onun çox mənalı, obrazlı
ifadəsini tapıb ifadə edir...
Haxışda...
Durmaqdan oysan (usan) oğlan, haxışda
Baxmaqdan oysan oğlan, haxışda.
Eldən elə qız köçür,
Sən elə osan oğlan, haxışda...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Araxcının badamı, haxışda,
Igid allam qadanı, haxışda
Qabaqca özüm qurban, haxışda,
Sonra kəndin adamı, haxışda...
***
Yaylaq sazağında deyərlər, qocaların özündən çox
sümüyü üşüyər. Harda od var, özlərini ora salarlar, əllərini
ocağa tutub deyərlər: “Gorum ol, ocaq, gorumda yan...”
Tənbəl...
Bir kişinin bir tənbəl oğlu varmış...Kişi oğlunu
evləndirir. Deyir, “bir it bir dərini sürüyə biməyəcəkmi”,
evləndirim bəlkə düzəldi, adam oldu. Elə də eləyir. Oğlan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
evlənəndən sonra daha da tərpənməz olur. “Ver yeyim,
ört yatım.”
Bir gün arvadı ev süpürürdü, tənbəl də oturmuşdu
sobanın qırağında. Arvad güc-bəlayla onu ocağın o biri
yanına keçirir ki, altını süpürsün. Tənbəl bayaq oturduğu
yerə baxır, həsrətlə deyir:
-Ay gidi dünya, insan quş kimi şeydi, bayaq
hardaydım, indi hardayam...
***
Bir tənbəl də tez-tez deyirdi: üçdə alacağım yox,
beşdə verəcəyim yox, niyə işləyirəm, kimin üçün
işləməliyəm. O gəlir deyir: qalx, bu gəlir deyir, qalx.
Nolaydı qıymaqulada toğlu otaraydım, salmasaçaqda
sağmal otaraydım, yayda camış, payızda at otaraydım.
Qışda da bir yanım ağrıyaydı,ağrımın üstə də beşini
qoyub yaza kimi yataydım, bir yanımda toy olaydı, bir
yanımda vay; toydan da pay, vaydan da pay...
İndi görək bu tənbəl adamın istədikləri nəymiş?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qıymaqulada deyir, toğlu otaraydım”. Qıymaqula
otun yenicə cücərən çağıdır. “Cücük çağı” da deyirlər.
Toğlu da ona görə hara qoyarsan ora sancılıb otlayar, heç
çoban lazım olmaz. Salmasaçaqda sağmal otarmaq
istəyir. Sağmal, qoyunun sağılanlarına deyilir. Salmasaçaq
otun dadlı, ballı vaxtıdı, sağılan qoyunun, yəni sağmalın
qarnı bu vaxt doyar; çobana zəhmət verməz. Yayda da
camış otaraydım deyir. Yayda camış ot yox, su axtarar,
dədələr belə deyib, su tapıb girər içinə, bir də axşam üstü
çıxar. Payızda da deyir, at otaraydım. Payız ayları kəhər
atların soyuq aylarıdı. Yaylaqlardan, yamaclardan enərlər
oba ətəyinə, çoban lazım olmaz...Beləcə, tənbəl də deyər;
bütün bunlar mənim hünərimdi:
Dağ başını qar alıbdı,
Geyinməyə kürk gətir,
Ipək əldən quymağı
Ağ fətirə bük gətir.
Yağca verin yağlanım,
Balca verin ballanım,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Haça buynuzdan eydirmə,
Qoç ətinnən döydürmə
Verin yeyim, örtün yatım,
Ağ taxtım, qızıl baxtım...
Oğlaq...
Bir qarı quzularını çaya çıxartmışdı, yəni ağırlığını-
yağırlığını yusun deyə, bilirdi ki, quzu tez- tez su səsi
eşitməlidi, bu da el arası bir sınaqdı; deyərlər: quzunu çox
yatırtsan övkə xəstəliyinə tutular. Ona görə də qarı
quzularını
çayın
yaxasıyla
aşağı-yuxarı
gəzdirirdi.
Quzuların içində bir oğlaq da, yəni keçi balası, vardı,
birdən atdanıb düşməyə başladı. Qarı gülə-gülə dedi:
-İndi suya düşəcək, nə tez başladı, bu?!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dildə-ağızda belə bir ifadə yaşayır:“keçilərin şeytanla
qohumluğu var”. Onu da deyirlər ki, “ Dıbır keçilər qıza-
gəlinə pis baxarlar”...
May ayında deyərlər, torpaq can gətirər. Qışda sirr
yığar, martda, apreldə sirri cücərər, mayısda sir qalmaz,
torpaq sirrini açar. Ona görə də dədələr deyib: “mayısdan
baxanda payız görükər...” Yəni payızın varı-dövləti may
ayından bəlli olar.
Mayısda deyərlər, arxaclar yamaca qarışdı. Arxac
otuyla yamac otunu bir-birindən ayıra bilməzsən...Amma
bilənlər vardı; güney otunu qüzey otundan, arxac otunu
yamac otundan seçən bilicilər vardı... Südün, qaymağın,
pendirin dadınnan bilərdilər ki, sürü hansı dağın hansı
yamacında otlayıb...Ot var, südü yağlı edər, ot var sulu
edər.
Arxac otuna sürü yaxın düşməz, çünki arxacda bitən
otun dadı-tamı yoxdur, bir yekəliyi var, ona görə ki, arxac
otunun bitdiyindən torpağın xəbəri olmaz; arxac otu
peyin otudur. Ona görə də boylu-buxunlu, amma ürəksiz,
qorxaq oğlanlara deyərlər, “arxac otudu”...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əkin bayatıları...
(holavarlar)
Sarı kəl kəsə dönər,
El-oba bəhsə dönər.
Dolaşalar pay istəyər,
Öküzlər səsə dönər,
Əlləş kəlim, çək kəlim,
Qaldım çöldə tək kəlim...
Düzləri ək, xop döndər,
Sarı kəlim hop, döndər
Gün günorta olubdu,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ay xanım, yağlı göndər
Sarı kəlim naz eylər,
Quyruğu pərvaz eylər,
Xanımda insafmı var-
Xaşılı yağsız eylər.
Herik yeri, xam yeri,
Qan ayağı, qan yeri,
Tərpən ha, kəlim, tərpən,
Sökülübdü dan yeri...
Holavarlarda işlədilən “xop”, “hop” sözü kotan hissə-
lərindəndir...
Kotanlar cürbə-cür olurdu; ən böyüyünə “Qara
kotan” deyirdilər, iri gavahanlı, -tutacaqlı kotanlar idi, on
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
boyun ulaq,- tapmacada deyilən kimi “səksən ayaq, qırx
buynuz”, yəni iyirmi gəl qoşulardı. Açması kotan olan
həmin tapmaca budur.
Bay ola, bayquş ola,
Bayquda yatan quş ola.
Səksən ayaq, qırx buynuz-
Bu nə dövlətli quş ola?...
Ağzı zoddu...
Ən kiçik kotan cütdür, tək at qoşulur, ağacın
kötüyündən düzəldilirdi.
Dəmir kotanların torpağa
işləyən yerində el arasında “hop” deyilən iri, iti, kəsərli bir
parça uzunsov polad olur, tez-tez də korşalır, yəni kəsərini
itirir. Torpağı yaxşı yarmır...Onda həmin polad parçasını,
yəni hopu dəmirçiyə aparırlar ki, itiləsin. Dəmirçi hopu
körük odunda “pul kimi” qızardır, suyunu təzədən verir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Suyu da gərək elə verəsən ki, sərtliyini itirməsin. Suyunu
alandan sonra itilənir. İtiləndiyi yerə, yəni kəsərinə isə zod
deyilir.Ona görə də tez- tez işlədilən belə bir ifadə var.
“Filankəsin ağzı zoddudu...” El arasında kiməsə arxalanan
adamlara “ağzı zoddudu” deyərlər...
Bayatılar ...
Quşum gəl, hay quşum gəl,
Qanadı sınmışım gəl.
Xalqlar ölər ayrılar,
Diri ayrılmışım gəl.
Armud ağacı haça,
Əlim dolaşdı saça.
Iyid ona deyərəm,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sevdiyin ala qaça...
Yaznan gəli,
Sonalar yaznan gəli.
Qəm yemə dəli könlüm,
Başa yazılan gəli...
***
Hansı ilin sərcəsi çoxdur, onda deyərlər, qarışıqlıq,
dava-dalaş çox olacaq. Deyərlər, sərçələri suyla qovun ki,
öcəşməsin, yoxsa dalınızla danışan çox olacaq...daşla
qovanda daha çox deyinirlər, üstünüzə deyindirməyin.
Ona görə də sərçələr topalaşanda üstlərinə su səpib
oxuyardıq:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Haşa, haşa, bizdən haşa,
Qarğışın dağa-daşa.
Ardınca su sənin, su sənin...
***
Deyərlər, ən yaxşı boya gicitikan boyasıdı, amma
boyası alınar, tutmaz, həm də qanın sevdiyi, qana xeyirli
bitgidi, ye, qanın durulsun...
Deyərlər, quraqlığı çayquşundan soruş... Axşamlar
çay qırağında nəğməsini oxuyarsa bil ki, yağış yağacaq...
Gül-çiçəyin sulu vaxtı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
May ayının ortalarında deyərlər, gül suyunun
vaxtıdır, bəzi bölgələrimizdə buna “gül yağı” mövsümü
deyilir. Qızılgülün suyu mayıs ayında az qalır şehə
qarışsın, elə qarışır da. Qızılgüllər səhər tezdən elə şehli-
şehli yığılır, mis qazanlara doldurulur, sonra gülün üstü
örtülənəcən su tökülür. Qoyulur ocağa. Şəki yörələrində
“əngənə” deyilən qapaqla qazanın ağzı qapanır, yanları da
xəmirlənir ki, gülün havası çıxmasın. Əngənənin qırağında
balaca deşik olur, həmin deşiyə bir arşın uzunluğunda
qamış taxılır, bir ucu da bağlanır güyümə, güyüm də axar
suya qoyulur. Qazanın buxarı qamışla gəlir güyümə, orda
da dönüb olur gül suyu, -gül yağı.
***
Deyərlər:“Səhər gəzər obanı, axşam qızar dabanı”...
“Atıcı atar qurd oynar, ağlı kəsən bir də oynar”
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
HƏKƏTLƏR – HEKAYƏTLƏR...
Qərb bölgələrimizdə olaylara-olmuşlara “həkət”
deyirlər. İndinin özündə də tez-tez işlədilən belə ifadələr
var: “həkətini gördünmü?” “Başıma gələn həkəti
eşitdinmi?” Mənə elə gəlir ki, “həkət”sözü hekayət
sözünün qərb ləhcəsidə işlənən formasıdır. Mən bu kiçik
hekayətləri toplayıb işlıəmişəm. Beləliklə, eşitdiyim kimi:
Dostları ilə paylaş: |