2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Çayın suyu qorxudan damar-damar olmuşdu, hava
qabarcıqları bir-birinin ardınca səs eləyə-eləyə çatdayıb
açılırdı.
Şeytanın balası üzə çıxıb anasına baxdı:
-Kimsə xəbər verir. Yerimi sənə göstərən var.
Şeytanın anası güldü:
-Yerlə Göyün arası bir bizik. Tanrıdan başqa bizi
görən olmaz.
Tanrının adını eşidən kimi şeytanın balası dik atıldı,
başı buludlara dəydi. ağ-ağ, topa-topa buludlardı,
çaxnaşma düşdü, qapqara qaralıb iki ayrıldı, ildırım
çaxdı...
-Bulud da suymuş,-dedi, şeytanın balası.
Şeytanın anası onu izləyirdi:
-Hə, sudu, -dedi, -su bizi götürmür...
Elə yağış başladı ki, yerlə göy bir oldu.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bu da Tanrının işidi, -dedi, şeytanın balası. - Mənim
yerimi də sənə O göstərir. Ona de, bizim oyunumuza
qarışmasın.
Tanrı doğrudan da hər şeyi görürdü...
Aralıda çiçəkli bir yamac vardı, şeytanın anası yağışı,
seli o yamaca göndərmişdi. Amma mələklər qanadlarını
gərmişdi yamacın üstünə, çiçəkləri qoruyurdu. Hər şey
nizam-düzən altındaydı, hər şeyin üzərində Yaradanın
nəzəri vardı.
Tanrı yuxarıdan aşağı baxıb gülümsədi. Yer üzü
köynək-köynək işıqlandı. Yağış damcıları Tanrının
gülümsəməyindən nura qərq oldu. Çayın da elə bil suyuna
sığal çəkdilər. Çöl-çəmən yenidən öz əbədi mahnısını
oxumağa başladı.
Şeytan balasına:
-Bir də gizlən, -dedi. -Elə yer tap, heç Tanrının da
xəbəri olmasın.
Şeytanın balası hər yeri ələk-vələk elədi, Aladağdan
Qaradağa qarış-qarış gəzdi, gizlənməyə yer tapmadı. Hər
yer Tanrının ovcunun içindəydi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Şeytanın balası bir dağın yamacında oturub özü öz
quyruğuyla oynayırdı. Elə bu vaxt qarşı yamacda Adam
Ata göründü. Əlində əsası, çiynində xurcunu, çayın
addamacından keçirdi. Şeytanın balası ora baxdı, bura
baxdı, “hopp” eləyib Adam Atanın ürəyinə girdi...
“Tıp-tıp, tıp-tıp...”
Şeytanın anası balasını arayırdı, gördü tapa bilmir
adıyla çağırmağa başladı:
-Vasvası, Vasvası...
Vasvası heç yanda yox idi. Anası onu axtarmaqdan
yorulub əldən düşmüşdü. Yamacda Adam Atanı gördü, nə
fikirləşdisə yenə balasını çağırdı.
-Vasvası, Vasvası...
Vasvasının səsi Adam Atanın içindən gəldi:
-Burdyam, tıp-tıp, burdyam...!
Şeytanın anası çox sevindi, çünki balasının yeri
istiydi, Tanrının da baş açmadığı bir yer tapıb gizlənə
bilmişdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
XI hekayət...
Yağış uşaqlar
(1970-ci
illərin
ortalarında
“Azərbaycanfilm”
kinostudiyasında işimlə bağlı silsilə nağıl-filmlər yazdım.
Mövzuları yenə də xalq düşüncəsindən götürmüşdüm.
Bilirəm,indinin özündə də ölkəmizdə olan, olmayan
kinostudiyalar,-kinostudiyaların nəinki rəhbərliyi hətta
yaradıcı adamları belə bu yazdıqlarımı görəcək səviyyədə
deyillər. Amma əminəm ki, vaxt gələr, görərlər. Ona görə
də işləyib həmin Vaxt-Zaman üçün hazırladım...
Göy üzünə topa bulud gəldi. Aşağılarda dərələr
ağızlarını açıb nəfəs dərirdi. Bir yandan da külək
əsməkdəydi. Buna görə də bulud özünə yer tapa bilmirdi;
dartına-dartına, əyilə-əyilə özünü güclə saxlayırdı. Yerə
baxdı...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Elə bil topa buludu sıxdılar, suyu damcıladı...Torpaq
aşağılarda arxası üstə səvərmişdi, damcıları görüb
gərnəşdi, kökləri şaqqıldadı. Dovşanlar, tülkülər, quşlar,
böcəklər, - torpağın üstündə nə vardısa qaçışdılar...
İldırım çaxdı. Bulud neçə yerindən yarıldı. Uca
binaları az qala buluda dirənən şəhərin camaatı bir-birinə
qarışa-qarışa ora-bura doluşdu... Yuxarıdan baxanda ardı-
arası kəsilmədən axışan maşınlar təsbeh düzümünə
bənzədi.
Topa bulud yun kimi çırpıldı, içi-çölü açıldı, canından
iri-iri damcılar düşdü. Nağıl danışanın sözüylə desək,
buluddan düşən damcılar yer üzünə çatanda gördük ki,
damçı deyil, sudan düzəldilmiş dupduru, apaydın,
bapbalaca uşaqlardı...
Balıqlar suda, ağaclar meşədə, çiçəklər düzdə yağış
uşaqlarını qarşılamağa çıxmışdı. Yağış uşaqlar çığırışa-
çığırışa tökülüşürdülər. Biri yarıyacan sudan qırağa çıxmış
balığın burnunun ucuna düşdü. Balıq, Yağış uşaq da
burnunun ucunda suyun altıyla gedirdi. Suyun dibi Yağış
uşağın gəlişiylə işıqlanmışdı. Yağış uşaq get-gedə rəngini
dəyişir, kəhrabaya dönüb işıq saçırdı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Meşəyə tökülən Yağış uşaqlar şərqi oxuya-oxuya
ağacları, yarpaqları, talada otlayan kəhər atı yuyub,
təmizləyirdilər...
Çiçəklər ləçəklərini açmışdı, Yağış uşaqlar iki bir, üç
bir çiçəklərin qoynuna düşdü. Çiçəklər həsrətlə onları
bağrına basdı, qucaqlaşdılar.
Bayaq buludu görüb gərnəşən torpaq gülümsəyirdi,
hər yan işıq içindəydi...Elə bil İl-Ay bayramıydı, canlı-
cansız nə vardısa oyun çıxardırdı.
Dovşanlar Yağış uşaqlar da bellərində o yamacdan
bu yamaca qaçırdılar.
Kirpilər
bir
açıqlıqda
başlarını
içlərindən
çıxartmışdılar, yağış uşaqlar tikanlara batmasınlar deyə,
çataçatda yollarını dəyişib kirpilərin başına qonurdular.
Hər kirpinin başına üzlərlə Yağış uşaq qonmuşdu.
Bir yamacda Yağış uşaqlar canavarı çimizdirirdilər...
Yağış uşaqlar şəhərə də yağırdı.
Amma şəhərin havasından keçəndə Yağış uşaqların
rəngi qaraldı. Bir binanın üstündə Yağış uşaqlar bir-birinin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
üz-gözünü təmizləyirdi. Sonra binanı təmizləməyə
başladılar...
Bir ev uşağı əlini pəncərədən çıxartmışdı. Ovcuna
Yağış uşaqlar düşürdü. Ev uşağının əlinin içi yarpaq kimi
təmiz, dinc idi.
Bir əl hirslə uşağı çəkib pəncərəni bağladı. Uşağın ov-
cundakı Yağış uşaqlar asfalta dəyib parçalandılar, tez də
bir-birindən yapışıb səkinin dibiylə axdılar.
Bayaq təsbeh dənələrinə bənzəyən maşın qatarı
yenə bir-birinin acığına, bəhsinə keçib getməkdəydilər.
Şərqilər oxuya-oxuya asfalt yolu yuyan Yağış uşaqlarsa
təkərlərin altında qalıb çığırışa- çığırışa qırağa dağılışırdı...
Uzun saçları kürəyini bürümüş qız qarşıdakı binaya
tələsirdi. Yağış uşaqlar qızın saçlarına çəmənliyə
tökülürmüş kimi tökülürdü.
Arxadan biri də gəlirdi, amma çətir tutduğuna görə
onun üzünü görmürdük. Çətirin üstə düşən yağış uşaqlar
sürüşə-sürüşə çətirin qırağınacan gəlir, bir anlığa sallanıb
baxırdılar: bığıburma bir kişidi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yağış kəsmişdi, göy üzü yuylub apaydın olmuşdu.
Şəhər də tərtəmiz idi. Yağış uşaqlar indi yerdə-asfaltın
üstəydilər; hərəsi arxasınca çirk, kir bağlaması sürüyə-
sürüyə səkilərin dibiylə gedirdilər. Binaların divarları boyu
gecikən Yağış uşaqlar da yüklənib ağır-ağır enirdi.
Yer asfalt olduğuna görə hara getdiklərini bilmirdilər.
Amma hardansa su səsi eşidirdilər, bilmirdilər hardadı.
Azala-azala getməkdəydilər.
Səkilərin qıraqlarında ağaclar vardı, ağacları duyduq-
larından bir-birinin çiyininə çıxıb özlərini ağaclara
çatdırmaq istəyirdilər. Getdilər-getdilər, bir əl yollarını
kəsdi, dönüb başqa yerə axdılar.
Aşağıda asfalt örtüklərin ortasında bir parça torpaq
gördülər, üstünün çiçəkləri ləçək yelləyə-yelləyə Yağış
uşaqları çağırırdı...
XII hekayət...
Oğru öskürəyi. (Nağıl-film)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
(El arasında “oğru öskürəyi” ifadəsi var. Sürü
oğrunun gəldiyini hiss edəndə içini vura-vura çobana
bildirir. Buna “oğru öskürəyi” deyirlər...Bir də canavar
adətən oğrunun kölgəsinə girib sürüyə girər, istədiyini
götürər. Ay arxadan düşdüyü üçün oğrunun kölgəsi
özündən çox-çox qabaq sürüyə çatar.Canavarın ovu
oğrunun kölgəsinə girib gizləndiyinə görə uğurlu olar.
Nağıl-filmimiz bu mövzuya həsr olunub)
Yalquzaq da boz idi, təpəliklər də, ona görə də
yalquzaq yerdən-göydən seçilmirdi. Neçə gündü acdı,
amma hardansa, nədənsə ağzında dad-tam vardı, ağzı
dada gəlmişdi. Yaddaşına tam damcılayırdı...nəsə
yeyəcəkdi. Beləcə, bozümtul qayaların arasında ruzusunu
gözləyirdi.
Neçə gündü dağ dələn, xırmanda darı seçən
gözləriylə dörd yanı seyr eləyirdi ki, nə ruzusudu bu? Bu
ov hardan gəlməlidi, kim gətirməlidi?!
Axşam düşmüşdü. Sürülər arxaca axışır, çoban
itlərinin dözüm daşıyan səsləri yaylaq qaranlıqlarına
təskinlik, toxdaqlıq vəd eləyirdi...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İnsanların tamahı ayaq üstəydi, hərəni bir yana
dartırdı... Elə də oldu, gecə yarını ötəndən sonra hərə öz
tamahının dalınca düşdü. Əl əldən uzun olmuşdu.
Dünyanın varı tamaha yüklənirdi. Gün çıxanacan azın
azından, çoxun çoxundan götürməliydilər. Bağ oğrusu
bağa, dağ oğrusu dağa getdi...
Kökələr yağlanmaqda, karvanlar saxlanmaqdaydı;
var-dövləti daşan, cibləri şişən vardı, halallar aldan
keçirdi, haramlar əldən. Halalın gözündən, doğrunun
üzündən uzaq, nə gedirdi bağdan gedirdi...
Nə isə, bizim nağılımız Yalquzaqdandı...Görək bu
getha- getdə ruzusunu, qismətini gözləyən Yalquzaq
neynədi?
Qorqud Dədə demiş, qaranqu düşmüş, qurdun bəxti
oyanmışdı...
Ay doğdu, gecənin qoynuna nur çiləndi, elə bil. Ay
doğan kimi sürüyə yaxınlaşan oğrunun kölgəsi canavarın
ystündən aşıb sürünün ətəyinəcən uzandı. Canavarın
ağzını dada gətirən tam, ruzu elə bu yoldaymış; oğrunun
kölgəsiylə gedib sürüyə girdi. Onu da bilirdi ki, ən kök, ən
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yağlı heyvan sürüdən qıraqda yatar; ən qıraqda yatanını
tutub arxacdan çıxartdı...
Qayaların arasında ovunu yeyirdi...Üstündən bir
kölgə yenə keçdi, bayaqkı oğruydu. Bir qoyunla gözü
doymamışdı, yenə gətirməyə gedirdi...
XIII hekayət...
Ceviz qurdunun balası. (Nağıl-film)
Ceviz qurdu balasını yalayıb tüpürcəyinə bükdü,
sonra da qoz ağacının qabığının altında gizlətdi...Payız
gəlmişdi artıq, meyvələr yığılmış, yarpaqlar tökülmüşdü.
Hər şey mənzilinə çatmış kimi görünürdü...
Ceviz qurdinin balası bələkdəydi, ağacın gövdəsi
istiydi bu istiyə uyumuşdu. Yazacan da beləcə
uyuyacaqdı...
Qoz ağacı çox böyükdü, başı bluddan, ayağı
dəryadan nəm çəkirdi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deidiyim kimi soyuqlar düşdü. Ceviz qurdunun özü
torpağa qarışıb qış yuxusuna getdi, blası da ağacın qabığı
altda...
Ağacın başında ceviz qurdlarının yeyib boşaltdıqları
beş-altı qoz qabığı qalmışdı, külək əsdikcə boş-boşuna
yellənirdi.
Ötən yazdan qalan elə bunlardı. Elin-obanın nağılçısı
da bunlara baxıb ona görə dedi:
-Ee-yy, gidi dünya, bir çürük qozcan da
deyilmişsən...!
Amma dünya, daha doğrusu, Varlıq-Gedişat özü
özünü sağaldan, ağrılarını unudandı.
Beləcə, yaz gəldi, hər şey yenidən doğulana oxşadı.
Torpaq öz cücərtiləriylə yollara çıxdı yenə. Bütün qışı
köklərinə sığınan qoz ağacı da ayılıb özünü cana gətirdi;
tumurcuqları içindən-içindən çırtlayıb açıldı...
Hər şey o biri illərdə olduğu kimi gözəldi...
Ceviz qurdunun balası hava dəydikcə, daha doğrusu
bələyi isindikcə böyüyürdü. Hava əslində Vaxt idi,-Tamah,
bütün gücü, tutumuyla qurdun balasından keçirdi. Ona
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
görə də qurdun balası, bir anın içində böyüdü. Həə, qurdu
böyüdən tamahdı, qurd tamaha böyüyürdü...
Bələyini yırtıb çıxdı, ağacın başında turş-məzə dad
vardı, bu dad onun içindən canını çəkib çıxardırdı. Ağac
yarpaqlamışdı, meyvəsi yaşıl örtük içindəydi, hələ
süddüydü, süd qoxuyurdu, sümüyünü bərkitməmişdi.
Qurd bu turşməzə qoxuya yeriyirdi, çatıb qozun hələ
bərkiməmiş, yaşıl gövdəsinə sancıldı...
Günəş yarpaqların arasından süzülüb qurdun balasını
işıqlandırırdı. Hər şey dadlı, doğma, onunku idi. Beləcə,
böyüyüb cana-qana gəldi, cevizlər də özünü tutub iriləndi,
qorxunu hiss eləyəsi oldu, amma gec idi, qurdun balası
qoz bərkiməmiş, hara cancılmışdı ordan içəri girdi...
Bələkdən təzəcə çıxmışdı, nə görmüşdü ki? Arıq
çəlimsiz idi. Amma bilirdi ki, hər şey onundu... Elə girdiyi
yerdən söküb yeməyə başladı...
Qozun içi də dünyada olduğu kimiymiş. Arakəsmələri
varmış, enişi-yoxuşu, batısı-doğusu, sağı-solu varmış...
Çox tez kökəlib enləndi. Yenə iştahla yediyi bir
vaxtda özünün açdığı deşikdən bir qurd yenə gəldi. Çox
vaxtında qalxdı, təzə gələni əzib heç elədi. Vaxtı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ötürsəydi, gec olacaqdı, qurdun dəqiq bildiyi şeylərdən
biri də buydu: nə qədər toxsan yerini qoru...
Yağış yağırdı, qurdun açdığı deşikdən damcılar
sürüşüb keçirdi, qurd bundan da ləzzət alırdı, gördü hər
şey onundu, sevindiyindən az qaldı ürəyi getsin. Başını
çıxardıb boşluqlara doğru uladı.
-Uuuuu-uuuu!
Qurdun boşluq hesab etdiyi aşağılarda nə olmuşdusa
nağılçı əlinin qanını yuyurdu, bir də dedi:
-Gidi dünya, bir çürük qozcan da deyilsənmiş!
Qurd yeyib-içib o qədər kökəlmişdi ki, dərisinə
cığmırdı. Cevizin yer üzündəki sərhədlərə bənzəyən
arakəsmələrini dağıdıb yeyib-içib toxluğundan hıçqırır,
girdiyi deşikdən aşağıları seyr edirdi.
-Uuu-uuu...!
Qoz ağacının boyu uzunu sinirləri titrədi, üstündə nə
qədər quş vardı uçub dağılışdılar...
Qurd günlərlə beləcə, toxluğunu yaşadı, acanda
özünə gəldi; qozün içi bomboşdu, o baş bu başa getdi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
özü bilməsə də aradan xeyli keçmişdi. Gəldi ki, girdiyi
deşikdən çıxsın, heç burnunun ucu da yerləşmədi. özünü
bir də deşiyə vurdu, gicəllənib, boşalıb külə dönmüş
arakəsmələrin üstünə uzandı. Qozun içində yellər əsirdi.
Aradan nə qədər keçmişdi bilmədi. Ac idi, yemək istəyirdi,
amma küllükdən başqa heç nə yoxdu. Özünü deşiyə bir də
çırpdı, çıxa bilmədi.
-Uuuu-uu!
Gözləri baxa-baxa arıqlayıb çöpə döndü. Qozün içinə
girəndə nə boydaydısa, təzədən o boyda olub deşikdən
çıxdı.
Qurd harda səhv eləmişdi, biləmmədi. Qalxıb heç nə
olmamış kimi nəsil artırmağa getdi...
XIV hekayət...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yalan-doğru.
Bir məclisin şirin yerində Adam Aşığın sözünü kəsib
sual verdi:
-Aşıq mənə bir yalan danış, həm inanım, həm
inanmayım.
Aşıq bi az fikrə gedib dedi:
-Bir düzənliklə gedirdim, nə dağ vardı, nə dərə, nə
daş vardı, nə ağac. Günün də günorta vaxtıydı. Birdən
göydə küçük hürdü.
-Nə hürdü?!
-Küçük...
-Aşıq, biz sənlə söz damışmışıq. Göydə küçük
hürməz.
-Mən də bilirəm hürməz.
-Bəs onda niyə deyirsən? Kimi inandıra bilərsən?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Bir qartal caynaqlarına bir küçük alıb başımın
üstündə dolanırdı. Küçük göydə hürürdü, mən də
küçüyün səsinə başımı qaldırdım. Olarmı?
-Olar,- dedi, Adam.- Həm inandım, həm inanmadım.
***
Fidana məktublar...
Fidanın üç yaşı üçün
I məktub
Fidan hələ məktəbə getmir, amma yazıb oxumağı
bacarır. İlk sözü də mənə yazıb: “Necesən...” Sual işarəsi
də qoymayıb. İkinci məktubunda iki söz yazdı, üçüncü
məktubunda üç sız. Beləcə, məktuba bənzətməyə başladı.
Günlərin birində- baba, sən də mənə məktub yaz, -dedi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Düz deyirdi, cavab yazmalıydım...
Bütün səmimiyyətimlə deyim ki, yazıçılıq edəndə heç
belə çətinliyə düşməmişdim. Bir daha anladım ki, uşağı
aldatmaq olmaz, uşaq oyuncağın özünü sevər, oyunbazlığı
yox. Daha doğrusu, uşağa oyunbazlığı göstərmək lazım
deyil. Yəni, ən ciddi sözünü uşaq üçün deməlisən, ən ciddi
həyat tərzi, ən dəqiq vaxt bölgüsü uşaq üçün ayrılmalıdır.
Bütün bunlara görə nəvəmə ilk məktubu yazanda
çətinlik çəkdim, axırda belə bir şer yazıldı. Şeir də yəqin ki,
söz tapa bilmədiyim üçün yaranmışdı.
Quşdan xəbər aldım səni,
-Fidanı görmüşəm, -dedi.
Başından bir tel istədim,
-Fidana vermişəm, -dedi.
Gül əkdim, tutdu eyvanı;
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bitdi, bürüdü hər yanı.
Elaya dedim: -gül hanı?
-Fidana dərmişəm, - dedi.
Bahar özünü yetirib,
Daşda da yarpaq bitirib.
Fidana çiçək gətirib
-Qapıya sərmişəm, -dedi.
Bilmədim, başlayım nədən,
Bir sözdü gəldi sinədən,
Fidanı soruşdum nənədən
-Yuxuda görmüşəm, - dedi.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
II məktub
Sonrakı məktublarda hissi duyğunu dəyişməliydim.
Yoxsa söz tükənərdi. Yəni, şəxsi hisslərdən çıxmalıydıq.
Doğma, azad Azərbaycanımızda Fidanlar çoxdu...Söz indi
onarın hamısına deyilməliydi. Belə də düşünməyə və
çalışıb işləməyə başladım. Tapmacalar, təkərləmələr,
düzgülər, yanıltmaclar, hekayətlər yazdım. Tanıdığım,
tapındığım xalq yaradıcılığı yenə köməyimə gəldi..
Dostları ilə paylaş: |