2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
cənublu şimallı Qafqazın başına nə oyunlar açdı, yenə heç
nə edə bilmədi. Bəlkə də yaxşısı budur, çünki Yaradan nə
yaratdığının fərqindədir. Təbiətin də üzü yaratdıqlarına
görə gülür...
Amma biz minilliklər boyu yaratdıqlarımızın çox vaxt
mənasını anlamadığımızdan onu qorumaq haqda
düşünməmişik. Çünki su kimi yatağından çıxıb gerçəkləri
ifadə etməkdən uzaqlaşan TARİX artıq siyasiləşib siyasətə
qulluq etməyə başlamışdı...Bir şeyi dəqiq anladıq, gec də
olsa əmin olduq ki, siyasətsiz heç nə yoxmuş, anladıq ki,
hər şeyin, ən kiçik hadisənin belə siyasi məntiqi, düşüncəsi
var. Nəinki hər hansı bir xalqın, adicə bir ailənin, bir evin
də öz siyasəti mövcudmuş.
Səhv etmirəmsə siyasət sözü ərəb sözü olub quruluş
mənasına yaxındır. Siyasət-siyasi düşüncə həm qura bilər,
həm yıxa bilər. Uğurlar da, uğursuzluqlar da, savaş da,
barışıq da siyasi bacarıqdan, siyasi anlamdan asılıdır.
Baxmayaraq, bir çox yazıçılarımızdan soruşsan, deyər, -
yox, mən siyasi əsər yazmıram və yazmamışam. Amma
mən düşünürəm ki, siyasətdən uzaq heç nə yoxdur, bir
cümlənin belə əsaslandığı siyasət var. Dediyimiz sözün
canı elə onun siyasətidir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Fikrimi davam etdirib onu da deyə bilərəm ki, zəif
əsərlər də ona görə zəifdir ki, siyasi məntiqi səviyyəsizdir.
Obyektiv deyil, haqqı arada görmür, gerçəkdən uzaqdır...
Kirpiylə Dovşanın yarışması...
Günlərin birində kirpi dovşana deyir, gəl ötüşək, kim
mənzil başına tez çatsa uduzan gündə iki kərə yeməyini
ona versin. Dovşan sevindiyindən əlini-əlinə sürtüb
razılaşır, ötüşürlər. Dovşan bir, deyəndə mənzil başına
çatır, görür ki, kirpi ordadı. Məətəl qalır, çığır-bağır salıb
bir də ötüşək deyir. Ötüşürlər, dovşan bu dəfə daha bərk
qaçır, gedir görür ki, kirpi yenə mənzil başındadı, onu
gözləyir. Bu minvalla dovşan nə qədər qaçdısa kirpini
mənzil başında gördü. Belə də olacaqdı; çünki kirpi
oynaşını mənzil başına qoymuşdu, hərəsi mənzilin bir
başındaydı.
Bu məsəldən sonra erməni hərəkatına diqqət edək...
Fikir verin, tarixdə “erməni məsələsi” kimlərə lazım
olub. Bu məsələ zaman-zaman niyə ortalıqdadır və niyə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
aradan çıxmır? Daha doğrusu, erməniləri hansı siyasi
meydanlarda oynadıblar və oynadırlar. Rus imperiyası öz
işğalçı məqsədləri üçün ermənilərdən niyə istifadə edib,
niyə indi də öz oyunlarından əl çəkmir. Artıq bu suallar
gizlində deyil, cavabı da bütün aydınlığıyla üzdədir.
Məsələ burasındadır ki, kim onu necə anlayır...Təxminən
iki yüz il öncə rus dövləti erməniləri niyə Qarabağa
yerləşdirdi, bu bicliyi – bu siyasi uzaqgörənliyi anlaya
bildikmi. Anlaya bilsəydik, altını, ağrısını çəkməzdik.
Düşünək... Niyə biz? Niyə İrandan, Turandan
erməniləri bizim torpaqlara-yurdlara köçürdülər? Niyə
ancaq bizim torpaqların hesabına Ermənistan dövləti
quruldu. “Zəncir zəif halqasndan qırılar”, biz bu oyunları
zamanında anlaya bilmədik, milli təəsübkeşliyimizin
zəifliyindən üstümüzə atılan addımların heç birinə ağılla
cavab verə bilmədik. Xalqın öz diliylə deyək:“Ac başım,
salamat başım”, “azacıq aşım, ağrımaz başım”, ona görə
də “mənnən ötdü, qardaşıma dəydi”... Osmanlı dövləti
səviyyəsində də bu məsələyə düzgün yanaşılmadı. İranda
Qacarlar sülaləsi hakimiyyətdəydi, Çar Rusiyasının atdığı
siyasi addımların güddüyü məqsədi düzgün qiymət-
ləndirmədilər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qafqazı Türkiyənin təsirindən qurtarmaq, onsuz da
xanlıqlara bölünmüş Azərbaycanı parçalamaq, özünün
nəhəng ayaqlarını qoymaq üçün yer açmaq lazım idi
Rusiyaya
ki,
ermənilərin
vasitəçiliyiylə
bu
işi
gördü...Ermənilərin bu yerlərə köçürülməsi Rusiya üçün
hər cəhətdən əlverişli idi. Ermənilərin yeri-yurdu yox idi
ki, sınırını-sərhəddini qorumaqla məşğul olaydı, torpağı
yox idi ki, əkib becərəydi, şəhəri yox idi ki, “başı bir yerə
bağlanaydı”. Ona görə də gözü orda-burdaydı, bununla
bağlı çox iri dövlətlərə əl açmışdı; kilsə kitablarındakı
yalançı tarixin Dənizdən Dənizə dediyi yeri-yurdu hələ də
arayıb axtarırdı. Kilsə onu o qədər inandırmışdı ki,
dənizdən dənizə böyük Ermənistanın yoxluğuna inanmaq
istəmirdi. Bilmirdi ki, yalanın heç vaxt ayağı yerdə olmur,
ona görə də yalanı tapmaq mümkün deyil.
Onu deyək ki, yurd yarananda onun qalası, şəhəri,
kəndi yaranır, sözü-sovu yaranır; nağılları dastanları
yaranır, içlərə-xalqın daxili aləminə yazılmış yalanlardan
uzaq etnoqrafik duyğuları, baxışları doğulub formalaşır.
Ona görə də su oxşarlığı, torpaq oxşarlığı anlayışı var,
yurd başqasının ola bilmir, onu zəbt eləsə, işğal eləsə də
özünə oxşada bilmir. Bəs, boş yerə deyilmir ki,
ermənilərdə Qafqaz xarakteri yoxdur. Onunçün də Rusiya
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
kimi dövlətlər asan ələ gəldikləri üçün ermənilərdən öz
siyasi maraqları üçün istifadə etməkdədirlər. Yəni, dovşan
hələ çox qaçacaq; həmişə də kirpi oynaşıyla mənzil
başında olacaq...
Balığın susuz yaşaması...
(El arasında deyilənlərə görə)
Balıqçı gəmilərində o zamanlar ki, soyuducular yox
idi, ovlanan balıqlar xarab olmasın, diri qalsın deyə,
gəmidə ac pişiklər saxlayırdılar. Tutulan balıqları diri-diri
göyərtənin əl çatmayan yerindən asardılar, ac pişikləri
buraxardılar üstünə. Amma pişiklərin əli balıqlara
çatmazdı. Pişiklər yemək gördükləri üçün balıqlar
qorxusundan sağ qalardılar...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu gün şadlıq saraylarında keçirtdiyimiz toylar
görün nə kökdədir! Elə bil dünyaya yenicə gəlmişik;
yenicə gəlmiş kimi kasıbıq, nə musiqimiz var, nə sazımız,
nə sözümüz...Görün, ağabəyimizi, xatun gəlinimizi indiki
toylarımızla nə günlərə qoymuşuq...heç biri özünə yer
tapa bilmir, çünki o quruluşda bəylə gəlinə yer
düşünülməyib, ayrıca masa ayrılsa da, heç özümüzə də
yer yoxdur, özümüzə oxşamamağımız da ona görədir. Toy
evində başımıza yağan səs-küyü,- oxunan mahnıları,
çalınan musiqiləri, hətta alxış-xeyir-dua adına deyilən
sözləri belə yaşadığımız minilliklərin heç birində
eşitməmişik... Mən bu halımıza çox yer ayırmaq
istəmirəm, çünki bu hala düşməyimizin səbəbləri o qədər
üzdədir ki, yanımızda, özümüzdə, aramızdadır, deyə
bilərik. Yəni, biz yox, VAXT-ZAMAN bizə toy tutur, toy
çaldırır. Biz özümüzü atdıq bir qırağa, özümüzdə olanları
bəyənmədik,
kimlərəsə
bənzəməyə
çalışdıq
və
çalışmaqdayıq, yuxarıda dediyim kimi bu bizim
soyunmağımız idi. Bu ifadəylə sözün hərfi mənasında
fiziki soyunmağı nəzərdə tutmuram, iç çılpaqlığı, mənəvi
kasadlıq olduğunu anlamağımızı istəyirəm. Düşünək...
Son onilliklərəcən toylarımızın quruluşu bu millətin
dərk etdiyi öz fəlsəfi görüşlərinə, milli anlayışına
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
əsaslanan mərhələlərdən ibarət idi; yəni, qız bəyənmək,
oğlan seçmək, elçilik, yeni qohumluqda bir-birini
anlamaq, evlilik, yeni ailənin qurulması, ailə anlayışı da
yuxarıda dediyim kimi təbiət hadisələrinə bağlıydı, hər
şey
bir-birini
təbiətdə-Yaranışda
olduğu
kimi
tamamlayırdı; yəni, bu xalq döyüş, savaş havalarını,
nəğmələrini unutmamışdı, döyüşməsə də oxuyurdu, bu
nəğmələr, çalğılar onu kökdən düşməyə qoymurdu, ona
görə də həmişə döyüşə hazır idi... Yaylağın yaylaq, Aranın
aran havaları olduğu kimi, At-Cıdır havaları da var idi ki,
kənddə bu havaya kəhərlər qanadlanardı. Güləşəngi
adlanan ayrıca güləşmək havası vardı, doğrudan doğruya,
xüsusən də yenyetmələri havalandırırdı, suya, işığa
böyüyəntək böyüdürdü. Əkin-səpin nəğmələri, çalğısı
olduğu kimi, toy nəğmələri, çalğısı da vardı ki, bu haqda
danışmağımız bu günlər üçün çox vacibdir...
Sevib-sevilməkdə bütün minilliklərboyu sərbəstlik,
genişlik, cəmimilik hökm sürüb. Bu gün xalqın
yaratdıqlarında bunu aydın şəkildə görüb anlamaq
mümkündür...
Minilliklərdən misal...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
(elçilik)
Maday şahı qızını ərə vermək istəyirdi. Gözünün ağı-
qarası bir dənə qızı vardı. Qızın adı da elə Bircəydi. Şah
qızına elə belə də dedi:
-Bircəm,Vaxtdı, ərə getmək haqda nə düşünürsən?
Qız dedi:
-Sevəcəyim oğlanı özüm bəyənib seçməliyəm...
Maday şahının qızı ağıllı, bilikli, tədbirliydi; şah onsuz
bir iş görməzdi... Ona görə də qızın sorağı ətraf ölkələrə
də yayılmışdı. Adı dillərdə əzbər idi...
Günlərin birində belə bir əmr oxundu:
-Maday şahının qızı Bircəylə kim evlənmək istəyirsə
şah meydanına gəlsin... Bircə meydanda sevgilisini özü se-
çəcək...
Beləliklə, nəinki Maday elindən dünyanın bütün
ölkələrindən igid oğlanlar Şah meydanına at sürdülər,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yarışdılar, döyüşdülər, amma Bircənin tapmacalarından
heç kəs sağ çıxa bilmədi...
Aradan
illər
keçmişdi,
amma
atlılar
yenə
gəlməkdəydi...
At yarışı təyin edilmişdi. Bu at yarışının qaydasını
Bircə özü bildirdi; kimin atı birinci yox, sonuncu kəlsə o
mənim ərim olacaq...birinci yox, sonuncu.
Birinci yox, sonuncu...necə ola bilər?!
Ağ, qara, kəhər atlardı...Çaparlar eyni cür geyiniblər,
bir birindən seçilmirlər, ancaq atlara görə seçilirlər; ağatlı,
qaraatlı, kəhər atlı...
Dəmir dəbilqələr, polad üzlüklər geyib, qılınc-qalxan
taxmış üç igid bir yedə ilişib qalmışdılar, irəli çıxan atının
başını çəkirdi ki, sona qalsın. Çünki, ancaq sona qalan
Bircənin sevgilisi olacaqdı...
Atlılar çaş-baş halda bilmirdilər neyləsinlər...Şah
vəzir-vəkilləriylə, Bircə qırx incəbel qızla meydanın yuxarı
başında, el-elat aşağı ayaqda tamaşaya durmuşdular.
Meydanda atlılar gedə bilmədikləri üçün atlarından enib
çarə fikirləşirdilər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu vaxt dəvənin belində bir ağsaqqal cıdır yoluna
çıxdı, atlıları bu halda görüb məsələdən agah oldu, elə
ordaca atlılara nə dedisə atlılar tələsik atlara minib
çapdılar...Ag at sonuncu yeri tutdu, ag atın yiyəsi
Birdənənin svgilisi oldu...
Tapın görək, ağsaqqal atlılara nə deyə bilərdi?
***
Döl məktəbi...
Döl ayı qoyun-quzunun doğum ayına deyilir...Döl
məktəbi də döl ayında açılır. Döl ayında, deyərlər,
kənddən-kəsəkdən süd qoxusu gələr. Döl ayı əsasən boz
aya düşür, yəni yanvarın yarısından martın yarısınacan
uzanır. El arasında deyərlər, döl ayında analar balalarını
çox ictəyər. Uşaq mehirli, yəni uşağını çox istəyən gəlinlər
uşagının ardınca dolananda deyərlər, döl ayınamı
düşmüsən, uşağı ərkəsöyün böyüdəcəksən... Ona görə də
məsəl var, “ ağacı kökündən qoru, uşağı ərköyünlükdən...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Döl ayı tərəkəmə məktəbinin sınaq, təcrübə ayıdır,
əgər bir tərəkəmə döl ayının nə demək olduğunu
bilmirsə, tərəkəmə deyil. Tərəkəmə suyu, torpağı, otu-
çiçəyi necə anlayırsa dölü də elə anlayır; həmişə ona
hazırdı, səhv etsə dölü baş tutmaz, o bu dərsi keçməlidir...
Bu həm də qoyunların yelin çağıdır, yelin çağında
qoyunları soyuqdan qoruyurlar. Deyərlər, döl çağı
qoyunun yelini soyuğa açıqdır, soyuqdan gözlə.
Quzulayandan sonra həlim içirdərlər, südü durulanacan.
Çünki doğuşdan sonra qoyunun südü qatı olur, buna ağız
bulaması deyirlər, arpa həlimi qoyunun südünü
duruldur...
Quzu doğulan kimi gərək anası yalayıb quruda, anası
yalamasa quzunun dərisi açılmaz. Elə qoyunlar olur,
quzusunu yalamır, onda deyərlər, quzu quru qaldı, yəni
yalanmadı. O zaman qoyunu duzla aldadırlar; quzunun
üstünə azacıq duz səpirlər, ana balasının üstündən duz
yaladıqca öz iyini, içinin qoxusunu tanıyır, quzunu
qurudur…
Döl ayında ölüm-itim çox olur. Bu da hər hansı bir
tərəkəmə üçün, tərəkəmə dolanışığı üçün itgidir, çox ağır,
çox ağrılı bir işdir həm də… Bir qoyunun balası ölür, bir
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
quzunun anası. Onları ana-bala etməkçün teləkçi çağırılır.
Tərəkəmələr arasında teləkçilər vardı, daha doğrusu,
teləkçi mütləq olmalıydı. Əgər bir qoyun balasız, bir quzu
anasız qalırdısa, bu artımın dayanmasıydı. Anasız quzunun
sağ qalma etmalı az idi. Balasız qoyunsa azından süd
vermirdi, süddən kəsilirdi. Ona görə də onları, yad ana-
balanı bir-birinə bağlamaq üçün teləkçi çağırılardı…
Teləkçi gələn kimi birinci göstərişi bu olardı:
-Bunları qarıblığa aparın, (qəribçiliyə) təkliyin, tək
qalsınlar, darıxmalıdılar.
Mən yazının bu yerində çox sevdiyim bir xalq
mahnısını xatırladım...
Aman kəklik əlindən,
Zülüm kəklik əlindən.
Baş götürüb gedəydım,
Mən bu təklik əlindən..
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Deməli düzgün anlaşılsa, yalqız, tənha, tək qalmaq
da bu xalqın düşüncəsində mənalar, anlayışlar daşıyır...
Amma çox təəssüf ki, indi bu mahnının sözlərini düzgün
oxumurlar; təklik əvəzinə kəklik deyirlər:
Baş götürüb gedəydim,
Mən bu kəklik əlindən, -bu cür oxuyurlar. Əgər
müğənni bu iki beytin fərqini anlamırsa oxuduğu nə
olmalıdır?
***
Maday şahının qızı Bircənin tapmacasının açması;
Ağsaqqal atlılara deyir:
– Atları dəyişin!...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sözümüzü unutmayaq, yeri gəlmişkən bu fikri
aydınlaşdırmaq üçün qardaşımla bağlı bir görüşü də
danışım...
Azərbaycan Dövlət Universitetində oxuyurdum,
1960- illərin ortalarıydı, yay tətilində kəndə getdim, ordan
da qardaşımın yanına,-yaylağa qalxdım... Bir neçə gün
keçəndən sonra şəhər üçün darıxmağa başladım,
dözülməz bir darıxmaq tutdu məni, kənd üçün də yox,
şəhər üçün. Bunu qardaşıma da dedim:
-Yaman darıxmaq tutub məni. Bəlkə qayıdam mən.
Qardaşım yan-yörəni göstərib:
-Başını qaldır, yan-yörənə bax, -dedi, -gör nələr var,
əgər sən başımızın üstündə oynayan bu qara buludları,
sağına gələn sağmalları, ayaq döyən ilxıları, bu gülü-çiçəyi
qoyub darıxırsansa doğrudan da sənə nəsə olub, şəhər
nəsə eləyb sənə.
O vaxt qardaşımın sözü mənə təsir etdi, inandım,
indi də inanıram ki, darxmaq dah çox boşluqdan, özünə
yer tapmamaqdan yaranır...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Nə isə... sözümüzü unutmayaq, balası ölmüş qoyunu
sürüdən ayırıb bir səmtə, anası ölmüş quzunu başqa
səmtə aparırlar. Elə yerə ki, bir-birini eşitməsinlər.
Teləkçinin işarəsiylə ayağı yer tutan teləkçün ayrılmış
meydana axışır. Atı olan atını minir, biri qazan gətirir ki,
səs eləsin, qazan dibi döysün, biri tonqal çatır ki, lazım
olanda havaya od səpələsin, tüfəngi olan tüfəng
atmalıdır. İtlər gətirirlər ki, bu hay-küyə hürüb aranı daha
da qatsınlar.
Çıx hörmət etdiyim tarixçi alim Zaur Həsənov “Çar
skiflər” əsərində yazır: “Qədim türklərdə ovsunlama
mərasimi göyə od atmaqla keçirilirdi. Menandr 568-ci ildə
türklərin qonağını xanın yanına buraxmazdan əvvəl onu
odla nece bəd ruhlardan təmizlədiklərini təsvir edir. Hətta
bu ölkələrə gəlib çıxmış ilk avropalıları da iki yanan tonqal
arasından keçirməklə odla təmizləyirdilər.”
Telək mərasiminin keçirildyi meydanda da tonqallar
qalanır, qoyuna da, quzuya da ovsunlamaq, -təlqin, təsir
etmək üçün havaya od- qığılcım səpələyirdilər...
Hamısı ona görədir ki, qoyun da quzu da harda
olduğunu unutsunlar; sürünü unutsunlar, yiyəsini,
çobanını, yeri-yurdu unutsunlar... Belə də olur, öncə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
meydana
qoyunu
gətirirlər.
Biri
qoyunu
başı
hərlənənəcən fırlayır, biri qoyunun təninə,- uşaqlığına
duzlu su vurur, qoyunun uşaqlığı doğanda olduğu kimi
acışmağa, yanmağa başlayır, biri nar qırıb qoyunun gözlə-
rinə yaxır. Bunların hamısı ona görədir ki, qoyun təzədən
doğmağına inansın, elə bilsin doğur. Həə, qoyun axşam
ölmüş quzunu doğanda da buna oxşar ağrılar keçirmişdi,
indiki kimi hər yanı qan rəngində görürdü. Elə bu zaman
Teləkçi quzu da qucağında görünür, quzu bağrı yarıla-
yarıla mələməkdədi. Qoyun yaşadığı, keçirtdiyi bu
ağrıların, bu hay-küyün içində özünü eşitdiyi bu doğma
səsin üstünə salır. Amma gözləri doğanda olduğu kimi
qıpqırmızı qan içindədi, Teləkçini də, quzunu da yaxşı
seçmir. Kimsə gözlərinə yenə nar suyu çiləyir. Teləkçi
artıq qoyunu yenidən doğmağına inandırdığını hiss eləyir,
quzunu qoyunun duzlu sudan alışıb yanan təninə- uşaqlı-
ğına sürtüb qarşısına qoyur. Bu hay-küydən dəliyə
dönmüş qoyun öz içinin qoxusunu tanıyıb quzunu
yalamağa başlayır... Quzudan başqa nə istəyirsən olsun,
qoyun elə biləcək öz içindən çıxıb. Qoyun bu minvalla
papağa da telənir... “Köç” romanında belə bir mənzərə
var; Bəkil oğlunu gözləyir, əhd edir, “...oğlum gəlsin,
papağımı qoyuna teləyəcəm, qoy papağım quzu olsun.”
Elə də eləyir, oğlu Alay gəlib çıxanda papağını qoyuna
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |