Çağdaş Azərbaycan nəsri


Tərəkəmə öynəsi, sınanclar



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə47/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   43   44   45   46   47   48   49   50   ...   56

Tərəkəmə öynəsi, sınanclar... 

 

Ağsaqqallar  deyər:  uca  boylu,  nazik  buynuzlu, 

göyümsov,  yekəqarın,  sağ  yanından  ön  qabırğası  aralı 

olan inəklər süddü olar; amma südü yağlı-yararlı olmaz. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qara rəngli, gödək buynuzlu, tökmə, yəni ağır sığırın südü 

az,  amma  yağlı-yararlı  olar.  Belə  inəklər,  dədələr  sözü, 

qışa da dözümlüdü. Elə inək var ki, boynu gödək, həm də 

yoğundu.  Başıda  yasdıdı.  Belə  inəklər  süd  verməz, 

yeməyini  bol  eləsən  də  xeyri  yoxdu.  Adına  öküz  inək 

deyərlər, daha çox  ətliyə saxlayarlar. Belə deyirlər ki, ağ 

inəklərin südü cır olar, yəni bir az turş. Nə istiyə dözümlə-

ri  olar,  nə  soyuğa.  Çox  yaxşı  bala  bəsləyirlər.Belə 

inəklərə yuxa mal deyirlər.... Qara, ala mallar südlü olur, 

həm  də  qılığa  gedəndilər,  eydirmə  de,  qılıqla.  Nəyi  var 

versin  sənə.  Amma  çox  yeyicidi,  kəndin  diliylə  desək, 

boğazlı olurlar. Ona görə də ot az olan yerlərdə belə inək 

saxlamırlar.  Məsəl  var:  Deyərlər,  qızıl  inək  qaraqabaq 

gəlinə südün verməz.  

 

 



Bayatılar... 

 

 

 



Bağça bara bağlıdı, 

 

 



Heyva nara bağlıdı. 

 

 



Viran qalmış mahnının 

 

 



Hamsı yara bağlıdı. 

 

 



 

Damları dam üstədi

 

 

Qırğısı qol üstədi. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



Suya hardan gedim mən, 

 

 



Nişanlım yol üstədi. 

 

 



 

Düşən ağlar, 

 

 

Yıxılıb düşən ağlar. 



 

 

Qoy düşsün yad gözünə 



 

 

Zülfünə düşən ağlar... 



 

 

*** 



 

Mən  əslinə  qalsa  bu  fikirləri  bildirmək  istəyirəm; 

yazının  əvvəlində  də  dedim,    biz  tarixi  səliqəylə,  yəni 

yalnız tarix kimi yox, təbiət hadisəsi kimi yaratdıq, amma 

tarixi  yaratdığımız  kimi  yazmaqda,  yaşatmaqda  səliqəli 

olmadıq...  Yazsaq  da  əlimizdə  saxlamağı  bacarmadıq, 

unutduq,  itirdik.  İndi  özümə  məxsus  bir  ifadəylə  bu  fikri 

belə  təqdim  edərdim:  əsil  tarix  yazılmaq  üçün 

yaradılmasa da tarixi yazmaq lazımmış; bir həqiqət var ki, 

bizim  əsil  tariximiz  özümüzün  xəbərimiz  olmadan 

xalqımızın  yaddaşına,  içinə  yazıldı.  Xalqın  iç  dünyasına, 

yaddaşına yazılanlar; məsəllərimiz, atalar sözləri, nağılla-

rımız,  dastanlarımız  yaşayışımızda,  məişətimizdə,  həyat 

tərzimizdə  bizi  indinin  özündə  də  dahiyanə  üstünlüklərlə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

idarə  edən  və  idarə  etməkdə  olan  adət-ənənələrimiz  elə 

bizim TARİXİMİZdir. 

“Qorqud Atanın kitabı” dastanı haqda belə bir fikrim-

qənaətim var. Qorqudşünas alimlərimizdən üzr istəyərək, 

bir yazıçı kimi hisslərimi, duyduqlarımı bidirim: Mənə belə 

gəlir  ki,  “Koroğlu”,  “Əsli  Kərəm”,  “Aşıq  Qərib”  və  sair 

dastanlarımız  kimi  “Kitabi-Dədə  Qorqud”  dastanı 

yaddaşın, şifahi ədəbiyyatın məhsulu deyil. “Dədə Qorqud 

dastanı” daşıdığı fikrə, düşüncəyə, əsasən bu düşüncənin 

ifadəsinə, özü də yüksək səviyyədə obrazlı ifadəsinə görə 

yazılı abidə, islam dininə qədər mövcud olmuş hansısa bir 

yazılı  qaynaqdan  köçürülmüş  olduğu  iddiasındayam. 

Əlbətdə  bu  mənim  öz  subyektiv  fikrimdir.  Dastanın 

özünün yazılış dili, dilin ifadə gücü, bir cümlə ilə anlaşılan 

və  açılan  geniş  mənzərə,  əsərin  əhatə  tutumu  bu  fikri 

müdafiə etməyə imkan verir.   

   


 

 

Milli oyunlarımızdan – Beş daş... 

 

  Bu 


oyunu 

oynamaqçün 

beş 

dənə 


daş 

götürülür...Vacib  deyil  ki,  mütləq  daş  olsun...  İndiki 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

şəraitdə  müxtəlif  meteriallardan  da  ola  bilər.  amma 



yumru, dənəvər daşlar seçilməlidi ki, əl üstündə saxlamaq 

o qədər də asan olmasın, çünki, hər oyunun sonunda xal 

yığmaq üçün daşları göyə atıb əl üstündə saxlamaq lazım 

gəlir. Daşın hamısını əlinin üstündə saxlamağı bacaran ən 

yüksək  bal  yığır.  Bunu  tək  əlli  də  etmək  olar,  cüt  əlli  də. 

Bununçün  öncədən  danışmaq  lazımdı.  Əlbətdə,  tək  əllə 

oynamaq,  -  bir  əlin  üstündə  çox  daş  saxlamaq  təbii  ki, 

çətindir,  elə  bu  çətinlik  də  oyunun  dramatik,  kəskin 

keçməsi üçündür... 

Bu  oyunu  beş  adam  da  oynaya  bilər,  iki  adam  da... 

Daha çox qız oyunu kimi tanınır. 

1-ci  gediş...  Beş  dənə  daşı  bir  əldə  tutursan...  Birini 

göyə  atıb  dördünü  yerə  qoymalısan;  yerə  qoydugun 

daşlar  göydəki daş  yerə düşənəcən  yerini  tapmalıdı...  Bir 

şeyi  də  bilməlisən  ki,  ikinci  gedişdə  yerdəki  daşları 

göydəki  daş  ovcuna  düşənəcən  götürməlisən...  Ona  görə 

də  birinci  gedişdə  daşları  elə  qoymalısan  ikinci  gedişdə 

yerdən götürmək sənə asan olsun. 

2-ci  gediş,  dənnəmə...Göydəki  daşı  tutub  təzədən 

göyə  atırsan,  yerdəkiləri  bir-bir  götürənəcən  təkrar 

edirsən... Buna “dənnəmə” deyilir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

3-cü  gediş,  ikiləmə...Daşın  birini  göyə  atıb  dördünü 



yerə  qoyursan,  sonra  həmin  qaydada,  yəni  göydəki  daşı 

tutanacan  yerdəkiləri  iki-iki    götürməlisən.  Ona  görə  də 

əvvəlcədən  elə  eləməlisən  ki,  daşlar  bir-birindən  aralı  və 

yaxud səmtsiz düşməsin ki, yerdən götürmək asan olsun. 

4-cü  gediş,  üçləmə...  Üçü  bir,  biri  tək...həmin 

qaydada, tək daşı göyə atıb tutanacan yerdəkiləri  üçünü 

bir, birini bir ayırıb götürməlisən... 

5-cü  gediş,  gözətçi  adlanır...  Öz  əl  çərəyinlə  qapı 

düzəldirsən,  bu  qapının  ağzına  gözətçi  qoyursan. 

Gğzətçinin adı olmalıdı. Şirvan-Ərəş mahalında gözətçinin 

adı  adətən  İgid  olur.  Yurdumuzun  batı,  -qərb  bölgəsində 

gözətçi  adətən  Molla  adlanır...  Bəzi  yerlərdə  Çərək 

qapısına  gözətçi  kimi  it  bağlanır.  Nə  isə...  Çərəyinlə  qapı 

qurmalısan, göy daşını atıb tutanacan yerdəki daşları bir-

bir  bu  qapıdan  içəri  ötürməlisən,  elə  eləməlisən  ki,  içəri 

ötürülən daşlar qapıdakı gözətçi daşa toxunmasın... 

Gediş  edən  oyunçu  çərəyiylə  qapı  düzəldib  rəqibini 

gözləyir.  

Rəqib  oyunçu  içəri  ötürüləcək  daşları  izləmək  üçün 

dediyimiz  kimi  çərək  qapının  agzına  gözətçi  qoyub 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

adlandırmalıdı... Bunun üçün gediş edən oyunçu rəqibinə 



deyir: 

- Özünə gözətçi seç! 

Rəqib: 

-Mən qapıya it bağlayıram, gözətçim itdi. 



Oyunçu: 

-Olmaz! İt qapar məni... 

Rəqib: 

-Yaxşı, qurd bağlayıram... 



Oyunçu: 

-Qorxuram, qurd yeyər məni... 

Rəqib: 

-Yaxşı, qoy gözətçim İgid olsun... 



Oyunçu: 

-Yox-yox, iğid sevər məni... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Rəqib: 


-Yaxşı, onda qapını Mollaya tapşıraq... 

Beləliklə,  Molla  gözətçi  olur...  Dediyimiz  kimi  gediş 

edən  elə  etməlidi  ki,  daşlar  çərək  qapıdan  keçəndə 

Mollaya (Molla adlanan daşa) toxunmadan keçsin. 

Sonra,  oyunun  sonunda  daşların  hamısını  atıb  əl 

üstündə saxlamalısan. Kim əlinin üstündə çox daş saxlasa 

xalı da çox olur... 

Beləliklə, həmin adam qalib olur, oyunu udur... 

 

İnanclarımız... 

 

Quzey otu qaraya çalar, güney otu qırmızıya. 



Sürülər dağ güneyində tərpənməz, iynə olub bir qarış 

otluğa sancılar. 

Tumov (qrip) oldun, reyhan çiçəyini iylə. 

Əncirlə qursaq-mədə ağrısını sağaltmaq olar. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Quru  qoz  qabığını  əz,  külfəcdən  keçir,  qan  axmanı 

dayandırar. 

Deyərlər,bir  uşağa  on  beş  yaşınacan  sarımsaq 

yedirtsən gündüz göydə ulduzları görə bilər. 

Qaraçərək  otu  ölümnən  başqa  bütün  ağrıların 

dərmanıdı.. 

 

*** 

 

Mənim  amacım  bildiyim,  anladığım  qədərində  yazılı 



tarixdən,  kitab  tarixindən  yox,  bu,  dediyim,  içimizdə,  -iç 

dünyamızda 

möhtəşəm 

abidələrə 

dönmüş 

tarixi 


yaradıcılıq haqda yazmaqdır... 

“Yağışda  at,  küləkli,  yelli  havada  qoyun,  toyda  qız 

bəyənən,  səhv  edər”.    Bu  atalar  sözünün  daşıdığı 

mənaların üzərində dayanaq... 

Yağışlı  havada  yer  sürüşkən  olur,  ona  görə  də  atın 

yerişini doğru-düzgün bilmək mümkün deyil. Yelli havada 

qoyun seçmək çətindi,  külək əsir, qoyunu başqa görkəmə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

salır, yel yunun arasına dolub qoyunu kök göstərir, olduğu 



kimi  görünməyinə  mane  olur;  səhv  etməyə  məhkumsan. 

Qaldı sonuncu anlayış... toyda qız bəyənmək. Heç bir qız, 

heç  bir  toyda  təbii  halında  deyil,  ola  da  bilməz.  Bəzək-

düzəklər,  işvələr,  cilvələr  onu  gizlətməlidi.  Ona  görə  də 

dədə-babadan  toyda  gördükləri  qızı  toysuz  ,  toydan 

sonraların sınaqları gözləyir... 



Birinci  sınaq,  bulaq  başına  oğlan  evindən  adam 

göndərilir;  qızı  suya  gedəndə  yox,  sudan  qayıdanda 

danışığa-söhbətə  tutur,  əgər  qız  çiynində  səhəng  yük 

altında  dayanıb  söhbətə  qatılırsa    bu  kifayət  eləyir  ki 

ondan üz döndərilsin...Ən azı ona görə ki, çiynində sənək 

dayanıb qeybətə qoşulan qızdan gəlin olmaz. 



Ikinci  sınaq,  qız  keçdiyi  yola  əşyalar  atılır,  əgər  qız 

onların üstündən heç nə yoxmuş kimi keçib gedəcəksə üz 

döndərilir. Misal üçün gəlin süpürgəni evin baş tərəfində 

görüb  götürüb  yerinə  qoymursa  bu  onun  anlaqsız, 

səliqəsiz, pinti olmağını göstərmirmi...?! 

Əlbəttə,  deyəcəklər  ki,  indi  səhəng  əsri  deyil, 

süpürgə  vaxtı  deyil,  bu  cür  qız  bəynmək  artıq  gülüncdü. 

Mən  sayqılı,  sayın  oxucumdan  təmkinli  olmağı  xahiş 

edirəm. Söhbət heç də  səhəngdən getmir. Söhbət heçdə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

toyda qız bəyənməkdən və s... getmir. Söhbət ana qızdan 



gedir, yəni ana olmağı bacara bilən qızdan gedir... Mənim 

xahişimi  nəzərə  alıb  tələsməsək  bu  gün  bütün  dünyanın 

anasızlıqla  üz-üzə  qalmaq  qorxusunun  gerçək  olduğunu 

anlayarıq... 

İndi  mən  bu  hüssləri  ifadə  etdikcə  1980-ci  illərin 

əvəllərində yazdığım bir şeri xatırlayıram... 

 

 

Yoxsan bu rənglər altda, qız, 



üzün-gözün hanı?! 

İtirmisən vaxtı-vədəni, 

gecən-gündüzün hanı?! 

Hanı o gülüşlərin ki, 

əksimi görərdim üstündə, şüşə kimiydi?! 

Nədən döngələrdə qırılır sevgin, 

bir vaxt ki, başa kimiydi?! 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Sən ki, sevimli bir varlıqdın, 

özünü qorumursan, niyə? 

Niyə bitib-tükənib ətrin, 

çiçək tək qoxumursan, niyə?!  

Anasız qalacayıq, qız, inan, 

Dərdlərin ən ağırıdı, bu! 

Bütün ölümlər-itimlər yalan, 

Dünyanın axırıdı, bu! 

 

*** 


   

 

 



Gözaltı... 

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir  qarı  nəvəsini  evləndirmək  istəyirdi.  Günlərin 

birində  nəvəsi  dedi:  -  Nənə,  qonşunun  qızını  gözaltı 

eləmişəm,  get,  gör,  sən  də  bəyənərsənmi,  ağızlarını  ara, 

gör nə deyirlər?! 

Qarı: - hə, -dedi, -gedim, dindirim, söylədim, görüm, 

kimdi sevib seçdiyin? 

Qarının  öz  diliylə  desək,  “dəlikli  muncuq  yerdə 

qalmaz”,  ətəyini  dəstələyib  üz  tutdu  qız  evinə.  Yenə 

qarının diliylə desək, qız evi də nolacaq, “on qonağı gəlsə 

onunu  da  elçi  biləcək”...pah,  qarını  bir  mərtəbəylə 

qarşıladılar  ki,  tərifini  gərək  sazla  deyəsən.  Qulaqlarına 

söz  çatmışdı,  axı.  Qarı  hal-əhvaldan  sonra  qızı  çağırtdırdı 

yanına. 

-Qızım, mən səni alıb aparsam, qışda nəyim olarsan, 

yayda nəyim, payızda nəyim?. 

Qız  dedi:  -    Nənə,  məni  alıb  aparsan,  qışda  ocağın 

olaram, yayda sazağın, payızda bucağın. 

Qarı dedi: - Qızım, atan evi sənin nəyindi? 

Qız dedi: - Ər evinnən baxıb deyərəm, görüm ordan 

necə görünür. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarı dedi: -Yaxşı, ağıllı qızım, harda olur, sənin süpür-



gən? 

Qız  dedi:  -Səhər  erkən  əlimdə,  günorta  eşikdə, 

axşam ayaqda... 

Qarı dedi: - Qızım, halal olsun ananın südü. 

Yıxıla-qalxa  özünü  saldı  evə  nəvəsinin  üz-gözündın 

öpüb dedi: 

-Yaxşı  qız  seçmisən,  halalın  olsun,  qoşa  qarıyasan, 

yığvalı yeyinnən, ocağın eyinnən olun... 

 

*** 


 

Yaranışın,  -dünyanın  yəni,  -  qanunları  dəyişilməzdir, 

bu  qanunların  yaxşı  ki,  yaranması  da  icrası  da  səndən, 

məndən,-bizdən  asılı  deyil...  Bu  qanunlar  həm  də  Vaxt 

deməkdir; gəlir, səhvləri, yanlışlıqları düzəltməkdən daha 

çox  göstərmək  üçün,  görk  üçün  gəlir,  heç  nəyi  heç  kəsə 

bağışlamır; yalanları itirir, yaşanası olanları yaşadır... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Gənəçi... 



 

Tərəkəmələrdə,  -  yaylaq-qışlaq  həyatı  yaşayan  türk 

tayfalarında  GƏNƏÇİ  deyilən  bir  termin  var,  əsasən 

maldarlıqla-qoyunçuluqla  məşğul  olduğu  üçün  ona 

həmişə  Gənəçi,  yəni  baytar  həkim  lazım  idi.Ona  görə  ki, 

GƏNƏ  xəstəiyi,  -  mala-qoyuna  gənənin  yayılmağı  indi 

olduğu  kimi  bütün  zamanlarda  vardı;  yaşayışa  ən  çox 

ziyan vuran xəstəliklərdən biridi... 

GƏNƏÇİ  –  həkim  hazırlamaq,  yetişdirmək,  təlim 

vermək  də  çox  cətin  olduğu  üçün  gənəçilər  tapılmırdı. 

Eldə-obada  adıyla  sayılan  bir-iki  GƏNƏÇİ  olardı,  ya 

olmazdı,  Olanda  da  o  eldən  bu  elə  var-dövlət 

bağışlamaqla, təntənəylə dəvət olunardı, çünki gənəçinin 

təlim  görüb  yaranması  da  Şamanlar  tərəfindən  ruhun 

çağırılması,  ruhun  qovulması  kimi  bir  başa  təbiət 

hadisəsiydi,    daha  doğrusu  təbiət  hadisəsi  olmalıydı; 

anadan gəlmə... Elə etmək lazım idi ki, uşaq,- fərqi yoxdu, 

oğlan  ya  qız  hələ  ana  bətninə  düşən  anından  təlim 

mərasiminə  başlasın,  ona  görə  ki,  bu  mərasim  dəqiq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

hesablamalara  bağlıdı  ki,  bunu  ancaq  el  arasında  vergi-



görücülük  verilmiş  kimi  tanınan    bir-iki  qoca  qarı 

bacarardı... 

Bu  haqda  mən  1960-cı  illərin  sonu  70-ci  illərin 

önlərində  “Bulaq”  radio  verilişinə  gələn  məktubların 

birində oxumuşdum. Bu məktubun ardınca getdim, kənd-

kənd,  oba-oba  öyrəndim,  araşdırdım,  tədqiqat  apardım, 

bildiklərimi bir neçə radio verilişində səsləndirdim, 1979-

cu ildəsə “Köç” romanında da xırdalıqlarınacan işlədim. 

Bu mərasim dediyim kimi bir başa təbiət hadisəsinə,- 

yazın  gəlməyinə,  varlığın  dəyişməyinə  bənzədiyi  üçün 

gerçək hesablamalara çox bağlıdı... 

Bu təəlim-mərasim necə başlayır? 

İlk öncə Şaman qarının üstünə minnətə gedilir, elin-

obanın seçilmiş adamları (şahın, bəyin, xanın adamları da 

ola  bilir)  pay-ürüşlə  QARININ  qapısına  gedib  razılığını 

alırlar...  sonra  QARININ  iştirakıyla  təzə  toyluların 

arasından  cütlük  seçilir. Ən  çətin  və  əsas  işlərdən  biri bu 

seçimdi,  QARI  gərək  seçimində  yanılmasın.  Ona  görə  də 

qarı  cütlüyün  yeddi  arxa  dönənindən,  nəslindən-


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

nəcabətindən  başlayır;  südünə,  sümüyünə,  qanınacan 



öyrənir. 

Gəlin  Qarının  göstərişiylə  uşağa  qalmalıdı,  Qarının 

göstərişiylə  oturub  durmalı,  Qarınım  göstərişiylə  yeyib 

içməlidi,  boyundakı  uşağın  ilk  anından  səs  eşitdirməlidi, 

laylalarla öz səsini duyurmalıdı... 

Uşağın  doğulmağına  yeddi  gün  qalmış  Qarı  yeddi 

arxacdan  yeddi  gənə  yığır,  bir  qarış  uzunluğunda  qarğını 

buğumundan kəsir, gənələri qarğıya ötürür, ağzını mumla 

qapayır,  əlçatmaz  bir  yerə  qoyur,  (məktubda  yazılmışdı, 

kərənin gəzinə). Uşaq anadan olanacan, içində yeddi gənə 

olan  qarğı-qamış  Qarının  nəzarətində  qalır.  Qarı  hər  gün 

qamışı  nəm  olsun  deyə  suya  batırıb  yerinə  qoyur. 

Gənələrsə  gündə  yığışıb  hansı  zəifdisə  onu  yeyirlər,  hər 

gün  biri  azalır.  Beləliklə,  axıra  ən  güclüsü  qalır.  Yeddi 

gündən  sonra,  yəni uşaq  anadan  olan  kimi,  Qarı qamışın 

müşəmbəsini açır, bir dənə gənə qalıb, yan-yörəsini yeyb 

dırnaq boyda olub. İşığa çıxan kimi partlayacaq, Qarı bilir 

bunu,  ona  görə  də  gənəni  üksükdə  çıxardır...Gəlinin  ağız 

südünü,  alır,  ona  qarışdırır,  -  ağız  bulaması  da  deyilir,  

(məktubda  ağız  bulaması  yazılmışdı).  Uşağı  onunla 

mayalayır,  qırxı  çıxanacan  uşağı  qovrulmuş  gənə  yağıyla 

yağlayır...Sonra  uşağı  hələ  qundaqda  ikən  oymaq-oymaq 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

gəzdirirlər,  uşağın  getdiyi  yerdə  gənə  qalmır,  mal-



qaradan,  qoyun-quzudan,  yataqdan,  arxacdan  gənələr 

tökülüb qırılırlar... 

 

*** 


 

Mən  uşaq  ikən  Gürcüstana  bağlı  Dağ  Borçalının 

Yırğançaq  kəndindən  bizim  kəndə  gənəçi  gəlmişdi... 

Niyəsə bu gəlişin vahiməsini indi də xatırlayıram. 

Yeri gəlmişkən bu kəndin adıyla bağlı fikrimi bildirim. 

Məncə  İrqancay,  Yırğançay,  Yırğançaq  kimi  səslənən  bu 

kəndin adı Ürgençək yer adıyla bağlıdır. Ürgenç türk-hun 

tayfalarının  birinin  adıdır.  Özünə  məxsus  görünüşü, daha 

çox  qıpçaq  üzlü  olan,  sazlı  sözlü,  dönməz,  alt  qatları 

yaradıcılıqla  dolu,  dastanlar  yaradan,  dastanlar  bilən  bir 

eldi, var olsun. Qayım-qədim olsun, biz köçməyə məcbur 

olduq, 


onlar 

köçməsin... 

Bir 

zamanlar 



gürcü 

arxeoloqlarının  yerli  xalqı  belə  yaxınına  buraxmadıqları 

qazıntılardan  daş  arabalar  çıxmışdı,  hələ  yazılı  gil 

lövhəciklərdən də söhbət gedirdi...  



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin