2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
teləyir... “Erməni adındakı hərflər” əsərində də təsvir
olunub.
Səhərdən bağrı yarıla-yarıla mələyən quzu da anasını
tapır... Yan-yörə sakitdi, səs-küy çəkilib. Teləkçi qoyunun
başını sığallayır, onun da üzü-gözü işıq içindədir,
gülümsəyir. Qoyun öz səmtini yaxınlaşdırır, başıyla
quzunu yelininə sarı itələyir, -həə, yelininə süd gəldi
təzədən, indi əmizdirəcək,- bunu Teləkçi deyir.
Qumral qoyun təzəcə doğduğuna inanıb ləzzət içində
balasını yedirdir, hamı telək mərasiminin baş tutduğunu
görüb gülümsəyir...
***
Xalq yaşam tərzinə çevrilmiş bu adət-ənənələrə görə
də YARANIŞI-TƏBİƏTİ özünün yaratdığı kimi qavrayır.
Bizim xalqın Təbiətə ərki də ona görə böyükdür. Belə
ifadələr var, bir-birini çox istyənlərə deyərlər: “elə bil
teləkdən çıxıblar”, “elə bil teləkçi teləyib, gör bir-birindən
ayrılırmı...” “Telək quzusudu elə bil, dalımcan düşüb”.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Quzu doğulandan iki-üç gün sonra, çobanın özünün
dediyi kimi ayaqlanıb, dırnaqlanandan sonra anasından
ayırırlar.Çox qalsa deyərlər, “südə düşə bilər; yəni süd
artıqlıq edər. Bir də q ış vaxtıdır, quzu çənəsinə qoyun
dayanmaz. Həm də deyərlər, quzu yun götürər. Yəni yun
udar... Sərkər çobanlar deyərlər ki, quzunun yatdığı yeri
qaranlıq eləmə, ciyəri xallı böyüyər...
Yaz açılanda sərkər çobanlar bir-birinin quzularına
baş çəkməyə gedərlər ki, görək kim necə quzu çıxardıb
yaza. Yeri qaranlıq olan, qaranlıqda böyüyən quzuları
görən kimi tutqun yunlarından tanıyarlar. Quzuları çox
yatmağa qoymazlar, çox yatan quzu öhvə (övkə) olar,
deyərlər, tez-tez quyruqla hürküdürlər ki, qırışığını açsın.
Quyruq da nədir? Quzuları ağacla, ya da qamçıyla
vurmazlar, deyərlər, bərk şeylə vurarsan ətinə dəyər,
qarası qalar, sümüyünə dəyər göyü qalar. Ona görə dana
dərisi tapan kimi quyruğunu kəsib quzu qamçısı
düzəldirlər. Quzuları elə bu qamçıyla gündə azı üç kərə
səksəndirərlər ki övkə xəstəliyinə tutulmasınlar.
Adətə görə nənələr döl üstündə corab toxumazdılar,
babalar çarıq tikməzdilər, dəri aşıyıb, köşə çəkilməzdi. Bir
də deyərlər, döl düşdümü yatağa ayağı yalın getmə.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qaydadır, quzuları birdən-birə qara çıxartmazlar. Küləkli-
yelli havalarda çıxartsan yelqursaq olar. Hərdən quzular
çox atdanmaqdan bağırsağı dolaşır, bu xəstəliyə də elə öz
adyla deyərlər: “quzu bağırsaq oldu”. Onda bilici çoban
quzunun dal ayaqlarının arasından əlini salıb qabaq
ayaqlarını tutut, dartıb quzunun qatını açır, bununla da
bağırsaqlarının dolaşığı açılır. El arasında ifadə var, “quzu
bəndi”, bu, döl çağı quzulara düşən xəstəliyin adıdı.
Deyərlər, bu xəstəliyin dərmanı canavar sümüyüdü.
Canavarı öldürüb dizindən aşıq sümüyünü çıxardırlar,
asırlar quzunun boynundan, ya da yatağın, küzün
qapısından. Deyərlər, qoyunlar canavarı yalnız qırxılanda,
qırxılıq altında olarkən unudurlar...
Su...
Xalq suyu oğlu, qızı kimi tanıyır, suyu canlı bildiyi də
ona görədir. Yaratdıqlarında, deyimlərində də su canlıdır,
loğman və bilicidir, ona görə də deyir, “...dəlini suyla
döy...”, “su suya qarışmaz...” deyir. Suyu canlı, atası-anası
kimi sayqılı, doğma bildiyinə görə “...suya tüpürməzlər”,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
deyir. Su onun həm də inanc yeridir, islamı qəbul
edəndən sonra Qurana and içdiyi tək suya da and içir;
“...bu su haqqı”, Suyla dost kimidir, kirli suya baxıb ərklə
deyər: “Su murdar götürməz, canı sağdı, axıb özünü
duruldacaq”, “Su özünü durultmaqçün axır...”, “Su özünə
axar”, “Su kimi getdiyin yolu bil ”, “Su axar, çuxurun
tapar”, “Dərdini suya söylə...” Ata sözü adlandırılan bu
deyimlər Ötükən yaylalarında yaşayan uyğurçün də
aydındır, Qafqazda yaşayan azərbaycan türkü üçün
də...Bütün bunlara əsaslanıb deyə bilərəm ki, türklər eyni
yerdən, eyni fövqəlbəşər mərkəzdən təbiətin qanunlarıyla
idarə olunurlar... Çox təəssüf ki, bunu, -bu idarə
olunmanı, onun əlindən müəyyən mənada ala bildilər.
Bəlkə də təbiətin özü kimi asanlıqla hamının ola bilmələri
də ona görədir. Onun özünü yox, yönünü-səmtini
dəyişmək asandır... Doğrudur, səmtini dəyişir, ona görə
su kimi altını, -getdiyi yeri hiss edəndir, hara yumşaqdır,
hara ilıq və gülümsərdir, məmuniyyətlə ora hopar, yox
olduğundan xəbər tutmaz... Dediyim kimi yalnız dəyişil-
məyi mümkün olmayan xarakteri, - qanındakı qorxmazlığı,
igidliyi, ayıqlığı və təbəti anlamağıyla əhatəsində olan
xalqlardan seçilə-seçilə minilliklər boyu azala-azala da
olsa yaşayar, mənşəyini, kökünü adicə bir dəstə yemşan
bitgisiylə, kək otu- kəklik otuyla da tanıyıb özünə gələ
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
bilər, ya da bir saz havasının, bir muğam tapşırmasının
ardına düşüb dünyanın axırına gedib çıxar... Sovetlər
Birliyi dövründə də belə oldu... Savad, bilik aldıqca niyəsə
tələsə-tələsə başqalarına bənzəməyə başladı... Bir neçə
ilin içində rus dilini rusdan yaxşı mənimsədi. Amma özü
bilirdi; özü daha dəqiq deyib “...hər şeyə bənzəyən heç
nəyə oxşamaz...”. Özü yaranışı boyu hamı üçün xırdalıq-
larınacan aydın olub, “su yerin yumşağına hopar, su
açıqdan qayıtmaz...” Bu cür deyimləri ona görə yarada
bilib ki, özü də elə su kimi mövsümlərə- fəsillərə qarışıb
yaşayıb, “su kimi üzü yola ol”, doğrudan da su kimi üzü
yola olub, dövləti kağız üstündə qurulan bolşeviklərin
yalanına uyub hara çəkirdilərsə ora getmirdimi? O boyda
imperatorluqlar yiyəsi Türkiyə türkləri Avropanın bir
barmağının işarəsiylə özündən, keçmişindən yəni, nece
məmuniyyətlə uzaqlaşdı, hələ də uzaqlaşmaqda davam
etmirmi? Nə qədər uzaqlaşdığından xəbəri yoxdu,
qayıtmaq istəsə belə nəinki özünü, heç geyimini tapa
bilməz ki, kəndisinə bənzəsin, üstünü örtə biilsin ki, ayıb
yerləri görünməsin... Günlərin birində sorsalar: -Kimsin
sen? Maləsəf: -Müslümanım, - söyləməkdən ayrı söz
bulamaz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İki min il bundan qabaq da elə beləydi, üzü yola,
hardan işıq gəlirdi ora, yerin harası yumşaqdı ora, tabqaç-
çin xanımlarının ipək dilinə aldana –aldana, bütün
yaratdıqlarını da özgəninmiş kimi unudulmaqçün gözdən-
könüldən uzaqlarda qoyub məhv etdi. ...Güntəkin,
Tanyukuk, Bilgə xaqanın daş abidləri də iki min ildi ona
görə bağırır: “Ey Türk xalqı, çox sayda öldün, Çin
xalqının(Tabqaç bəylərinin) yağlı dilinə, ipək qumaşına
aldandın, ey Türk xalqı, öleceksən! Güneydə Çuğay dağla-
rına, Tögültün obasına qonum deyirsən, ey Türk xalqı, ölə-
cəksən!... Aclığı toxluğu düşünməzsən, (tox olanda aclığı,
ac
olanda
toxluğu)
bir
doyarsan,
aclığı
heç
düşünməzsən...!” (Tələt Təkinin, “Orxon Yazıtları”
kitabından, Gül Təkin yazısı, güney üzü.)
Minilliklər boyu türklərə qarşı yaşanan acıq-qisas izi
var... Düşünək, görək nə acıqdır bu? Nə vaxtın qisasıdır ki,
minilliklərə qalıb?! Ozü demiş, “qisası qiyamətə qaldı”. Nə
qisasıdır bu? Yuxarıda qeyd etdim ki, türklər, azərbaycan
türkləri də içində üstün və çatışmayan cəhətləriylə yanaşı
daha çox tabiət hadisəsidir. Yəni, qazanmış olduğu
uğurlarla da, uğursuzluğuyla da ancaq təbətlə müqayisə
oluna bilər... Doğrudur, irili-xırdalı bütün dünya xalqları
da təbiət hadisəsindən başqa bir şey deyillər, amma
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yaşayış
tərzindən,
-
dünyaya
baxışlarından,
düşüncəsindən, görünənlərlə yanaşı, görünməyənlərə də
bəslədiyi münasibətindən asılı olaraq bir-birindən əsaslı
fərqlənirlər... Daha doğrusu, təbiətdə, təbiətə qarışmış
halda,-payızında payızı, qışında qışı, yazında yazı, yayında
yayı yaşayanlar, (mən türkləri bura aid edirəm) təbiətə
qarışmayıb ayrıca,- təbiətlə üzə duraraq yaşayanlar, misal
üçün, Avropalılar kimi təbiəti öz hökmü altında saxlamaq
istəyənlər... Bütün bunlar, bu, fərqli yaşam tərzi insanın
nəinki sözünə-söhbətinə, hətta onun görkəminə-
görünüşünə də təsir edib, dəyişdirə bilir. Ona görə də
aran adamıyla dağ adamı, şəhərliylə kəndçi mövcuddur.
Burdan çıxış etsək, deyə bilərik ki, həyatda görünən və
görünməyən yönlər və yöndəmlər var, bu yöndəmlərin-
tərəflərin izahı xalqları bir- birindən kəskin surətdə fərqli
göstərir...
Qoç...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tərəkəmə, döltutma vaxtı olsa da, olmasa da qoçu
həmişə sürüdən ayrı saxlayar. Çoban sözüdür, ayrı
saxlanılmasa qoç həmişə qoyunun yadında olar, çünki
yanındadı. Tərəkəmənin düşündüyünə görə əslində qoç
qoyunun yadından çıxsa yaxşıdı; həm südün yaxşı verər,
həm də iştahla otlayar. Belə deyərlər ki, tərəkəmənin
yaşayışı davar eşiylə, yəni saxladığı-becərdiyi, yoldaşlıq
etdiyi sürüylə, mal-davarla dəyərləndirilər.
İçində vaxtlı-vaxtsız qoçu olan sürü gendən tanınar.
Ona görə biri o birinin sürüsünə baxıb deyər:-Sürü sınıq
görükür, içində qoç var, deyəsən. Bunu ona görə deyirlər
ki, qoç qoyuna dinclik verməz; həm özü həm qoyun ətini
tökər. Bir də döl ayı olmasa da qoç yalan yerdən qoyunun
belinə qalxır, ona görə də qoyunların sağrı yunu (ətəyinə
yaxın yerlər) həmişə çirkli olar.
Deyirlər, iki çoban varmış, bir-birinə qonşu
yaylaqlarda sürü saxlayırmışlar. Çobanın biri bilənmiş, o
biri el diliylə desək, quruca ağac tutan, yapıncı
geyinənmiş. Usta çoban qışın ağır gələcəyini hiss edir,
qoçu ayırır sürüdən, o birinə də deyir sən də ayır. -Nə
danışırsan, - deyir, o biri ,- qoçsuz qoyun olarmı?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yaylaqdan enirlər. O il doğrudan da ağır qış gəlir,
evdən eşiyə çıxmaq olmur. Usta çobanın sürüsündə quzu
yox idi, çünki vaxtında qoçu ayırmışdı. Sürüsünü bir
təhərliklə yaza çıxardır. O biri çobanın qoyunları
quzuluydu. Quzulu qoyun da deyərlər, xanım qulluğu
istəyər. Ona görə də hamısı tələf olur. İşi belə görənlər
axışıb ağıllı çobanın yanına gəlirlər: -Hardan bildin, qış
ağır gələcək, qoçu qoyunnan ayırdın?! Ağıllı çoban deyir: -
Bulud yumurlandı dedi, su damarlandı dedi, sürü xumar-
landı dedi, dilbilməz anlamadı, dedi, dilbilən anladı, dedi...
***
80-ci illərin sonlarında C.Cabbarlı adına “Azərbaycan-
film” kinostudiyasında çalışırdım. Dağlıq Qarabağda
doğulub böyümüş erməni mənşəəli qadın yazıçı-jurnalist
Qreta Qəhrəmanova da mənimlə işləyirdi... O da
Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. Son vaxtlar, yəni
“Yer üzünə məktubu” yazdığım ərəfələrdə onu bir neçə
kərə xatırlamalı olmuşam. Hər şeydən əvvəl ona görə ki,
bu maraqlı qadın mənim indi ifadə etmək, açmaq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
istədiyim bəzi milli mətləbləri öz xarakterində daşıyırdı;
azərbaycan dilini bilirdi, amma bildiyini çox böyük
ustalıqla gizlədirdi ki, biz ondan soruşaq: -Azərbaycan
dilini niyə bilmirsən, burda doğulub böyümüsən, burda da
işləyirsən. Ancaq soruşan olmurdu. Onu əhatə edən
xanımlarımızın heç ağllarına gəlməzdi, soruşsunlar.
Mən Qretanı Aşıq Ələskər haqqında yazdığı, səhv
etmirəmsə, “Durna çırağı” adında bir məqaləsiylə
tanımışdım, Anarın redaktorluq etdiyi “Qobustan”
jurnalında nəşr olunmuşdu, gözəl bir yazıydı...Mənim indi
təqdim etdiyim folklor nümunələrinə, - xalq düşüncəsinə,
xalqın yaratdıqlarına yaxın olmayan, onu dərindən hiss
etməyən, sevməyən Aşıq Ələskəri duyub, belə yazı yaza
bilməzdi. Mən o vaxt da indi də bu fikirdəyəm. Amma
Qreta bunu, bizə olan bu sevgini heç vaxt bildirmədi,
bildirməzdi də. Onun hərəkətlərində, davranışlarında, -
bütün bunlar niyə mənim deyil, ifadəsi oxunurdu.
Aramızda belə bir mübahisə oldu...
-Biz bu gün tarixlərə qayıtsaq, mən gedib filosoflara
çıxacam, erməni filosoflarına, sən çobana çıxacaqsan,
bunu yəqin ki, bilirsən, elə deyimi?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Doğrusu,mən bir az duruxdum, gözləmədiyim sual
idi:
- hə, dedim, elədi. Sən gedib yalançı tarixçilərə, hay
adlanan bir məzlum xalqı aldadıb avara-qaraçı eləyən
yalançı filosoflara, saxtakar din adamlarına çıxacaqsan,
mən çobana çıxacam, bütün Qafqazın hər qarışına öz
adını verən, Sibirdən Balkanacan, Uzaq Şərqdən Xəzər
qıyılarınacan qalalar yapan, şəhərlər, kəndlər tikən,
dünyanın o başından bu başına “İpək yolu”çəkən öz
dastanlarını yazıb, musiqisini yaradan izi itirmək üçün rus
tədqiqatçılarının işquz-quz-oğuz adını qəsdlə Skif kimi
şifrələyən, yazan sak-oğuz çobanlarına çıxacam, doğ-
rudur. Bilməmiş deyilsən ki, çobanlıq da minilliklər siviliza-
siyasının əsas mərhələlərindən-dönəmlərindən biridir. Hə-
yat məktəblərindən də demək olar. Yurdsuzdan çoban ol-
maz. Çoban yeri-yatağı, Aranı-dağı olanlara lazımdır;
çobanlıq ev, el-oba, -kənd, şəhər, -Vətən bağlarından
biridir ki,bununla yaşadığın ömrə-günə bağlana bilırsən,
həyatını, gedişatını, inkişafını qurursan, Təbiətə qarışıb öz
düşüncəndə yaranan düzənlə, qayda-qanunlarla aradakı
boşluqları doldurub yurd salırsan, quş yuvasını dimdiyində
daşıdığı kimi özünə Vətən tikib böyüdürsən, oğul-uşaq
böyütdüyün kimi. Indi əlimdəki “...məktub” boyu təqdim
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
etdiyim nümunələr də onun yaratdıqlarıdır ki, tarixim,
tarixi faktlarım kimi fəxarətlə başımın üstə qaldırıb qürur
duyuram...
Bugün siz nəyə görə özünüzə yer tapa bilmirsiz, qapı-
qapı düşüb çörək axtarırsız?! Ona görə ki, o mərhələni
yaşamamısız... Elədi, elə deyil?!
Yaylaq dərslikləri...
Belə deyimlər var: “Çobanın bildiyini bilici bilməz.
Çünki o, dilbilməzi danışdırandı.” “Şoban dilbilməzlə dil
tapandı” . Məsəl var: Oğlunu çoban qoy adam olsun, çox
qoyma ki, cüdam olar. Addı-sanlı usta çobanlara sərkər
deyərlər, sürünün sərkəri.
Sərkər çoban dan sökülər-sökülməz:- havada süd
sazağı var, yaxşı ot günüdü-dedi. - Sürünün yönünü çəkdi,
tərpənişindən bildi ki, axşamnan acdı. Çünki ayağa duran
kimi yanını, -arxacı otlamağa başlamışdı. Usta çoban ona
görə də sürüyə acıqlandı: - Arxac ətəyi, arxalıq ətəyidi,
arxac otuyla qarın doymaz, -dedi. - Yürü, yamaca.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sürünü dağın qılıcına ( zirvəyə qalxan dik) sarı apardı.
Səhərin sazaqlı çağında sürününki dağ qılıcıdı.
Aradan dağ çayı keçirdi; belə tezdən sürünü çaydan
keçirməzlər; qoyun tufana dözər, səhərin dağ çayına
dözməz, deyərlər: “sürünü üşü vurar”...
Dağın qılıcına çatıb çöksüyüb, yəni, sancılıb otlayar.
Gün qalxdı, sürünün, belə deyərlər, “dırnağı isindi,
ağzı durdu”, yəni doydurdu özünü. Sürünü “xam vurdu”
ifadəsi də var. Sərkər çobanlar həmişə sürüyə “xam
saxlayarlar”. Bəlli bir yeri qoruyub qoruq edərlər, mal-
heyvan buraxmazlar, xam saxlayarlar ki, arada bir sürünü
orda otarsınlar. Xam saxlanan yerdə yonca, yoncaya
bənzər kimi ağır yem otları olur ki, sürü çox yesə həzm
edə bilməz, ona görə də sürünü xamnan tez keçirdirlər ki,
dayanıb özünü doydurmasın, doydursa, sürü vaxtsız
gövşəməyə başlayır, onda deyərlər, sürünü “xam vurdu”.
Sürünün gövşək vaxtı günortadı. Tezdən heç bir heyvan
gövşəməz. Belə olanda, yəni qoyunu “xam vuranda” qara
çıxardarlar. Dağların qüzeyində illərdən qalma qar
qalaqları olur, sürü qara yığılır. Bu, həm gənəsini tökmək
üçündü, qarın soyuğundan gənələr tökülür, sürü
çəkiləndə qarın üstü gənəylə örtülmüş olur... həm də
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qoyun qar yeyir, xamda otlayandan sonra xarlanmış qar
yoncanın, xam otunun həzmini yüngülləşdirir.
Sağından qabaq qoyunu sulamazlar, deyərlər ki,
südünə su yığar. Səhər otunun şehiylə, günortaüstü qara
çıxmağı sürüyə bəs edir. Bütün bunlardan sonra sürü
sağına gəlir, sağmalı subayı ayrılır. Sağmal sağın bərəsinə
keçir, sağıncı çobanlar bərənin ağzında yerlərini tutub
sağına başlayırlar. Bütün bunları bərəçi tənzim edir...
Budur, minilliklərin dəyişməz yaylaq qaydaları...
Sağın növlərindən ən əsası oyşar sağınıdı, buna
sıxma sağın da deyilir. Çirtma sağın da var, tək məmə də
adlanır.
Sağın qurtarandan sonra quzuçunu səsləyirlər.
Niyəsə quzuçunu adıyla çağırmazlar. Mən o vaxtlar çox
soruşdum çobanlardan, aydınlaşdıra bilmədilər. mənə elə
gəlir ki, quzuçunun tanınmaması üçün adsız çağırırlar.
Qardaşım da elə dedi: quzuçinin adını bilməsələr yaxşıdı.
Mindən çox sağmalı, yəni ana qoyunu olan sürünü
becərmək, bəsləmək çətin-ağır sayılır, ən yaxşısı beş yüz
sağmalı olan sürüdü. Bu sayı döndərmək, qatdamaq,
becərmək asandı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Sağı n qurtaranda Quzuçunu səsləyirlər. Quzuçu
quzunu səsə gətirir; beş yüz ananı n beş yüzdən çox
balası bir-birinin səsinə qaçı rlar. Gözləri ayaqları nı n
altı nı seçmədiyi üçün nə qoyun, nə quzu bir-birini
görmür, ancaq səsi tanı yı rlar; hərə öz doğma səsinə
doğru qaçı r... Beləcə yaylaq diliylə desək, böyük
tapı şma (Türkiyə türkcəsində buluşma) anları
yaşanı r. Ana balanı n, bala ananı n səsini aramağa
başlayı r. Bu yaşı ma qədər dünyanı n heç bir
yanı nda buna bənzər mənzərə görmədim. Bir daha
görməyəcəyim duyğusu daha kədərlidir. Sürü -qoyun
hər yerdə var, amma o yaylaqlar, o adətlər, o
düzənlər ki, indi mən təsvirini verməyə çalı şı ram,
işğal altı ndadı r. Ermənilər Rus-Sovet hərbi
qüvvələrinin köməyiylə ələ keçirti, indi Türkiyə
sərhəddi boyu o yaylaqlarda rus hərbi düşərgəsi
yerləşdirilib. Qrda heç kəs yaşamı r; yaylaqlar da
yaşamı r, dağlar da yaşamı r. Orda indi dağları dağ
kimi görən yoxdur, daş-torpaq yı ğı nı kimi görən var.
Dağlar ordakı lara ona görə lazı mdı r ki, arxası nda
gizlənsinlər, ya da ayaqları nı n altı na qoyub üstünə
çı xsı nlar ki, görsünlər, türklər hardadı r... Beləcə,
orda hər şey səssizlik içində qaldı , lal-kar. Yaylaqlar
həyatı nı itirdi, bulaqlar adı nı ... Türklərin
düşüncəsində, anlayı şı nda gözdən axan yaş su
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |