Çağdaş Azərbaycan nəsri



Yüklə 6,83 Mb.
Pdf görüntüsü
səhifə46/56
tarix25.12.2019
ölçüsü6,83 Mb.
#30006
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Oturub  səni  gözləyirəm,  -dedi,  Bozqurd.  -  Bilirdim 



gələcəksən,  Allaha  deyərsən,  başım  ağrıyır,  ulaya-ulaya 

qalmışam, bir çarə eləsin. 

 -Yaxşı,-dedi, 

Adam- 


gözlə  burda,  cavabını 

gətirərəm. 

Az getdi, çox getdi, dərə getdi, dağ getdi, qara getdi, 

ağ  getdi,  sol  getdi,  sağ  getdi,  günəşli  isti  bir  gündü,  iri 

damcılı ağ yağış başladı. Adamın ürəyinə damdı ki, Allah 

buralardadı,  hardaymışsa  yağışla  gəlib  çıxıb.  Yan-

yörəsinə  baxdı,  nə  vardısa  hər  şey,-ot,  çiçək  ayağının 

ucuna  qalxmışdı,  ilıq,  işıqlı,  ağ  yağışa-Allaha  yəni, 

dartınırdı.  Adam  da  ayağının  ucuna  qalxdı,  Yağışdan  səs 

gəldi, ağyağış Allahın səsini gətirmişdi: 

-Ey  Adam,  sənin  qismətini  verdim,  hardan  gəlmisən 

ora  qayıt.  Ağaca  de  ki,  dibində  yatır  (xəzinə)  var,  onu 

çıxartdırsın, sağalacaq. Bozqurda de ki, yanına bir axmaq 

adam  gələcək,  onun  beyini  dərmanındı.  Get,  Adam,  elə 

beləcə  de.  Sənin  qismətini  anadan  olanda  da  vermişdim, 

görmədin  qismətini,  indi  görərsən,  get  qismətin  qarşına 

çıxacaq... 

Adam  sevinə-sevinə,  daha  doğrusu,  tələsə-tələsə 

getdiyi  yolu  qayıdırdı  ki,  qismətinə  çatsın.  Armud  ağacı 

onu gözləyirdi, görən kimi yüz yerindən gərildi: 

-Noldu, -dedi, -Allahı görə bildinmi? 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Gördüm,  Allah sənin  dərdini  bilirmiş, dərmanını da 



dedi.  Dedi  ki,  dibində  yatır-xəzinə  var,  çıxartdır, 

sağalacaqsan. 

Ağac elə sevindi, az qaldı kökündən çıxsın:  

-Sən özün çıxart, xəzinə də sənin olsun. 

-Yox,-dedi,  Adam,  -  sənin  dibini  qazmaq  ağır  işdi. 

Allah  mənim  öz  qismətimi  verib,  gedib  öz  qismətimi 

tapacam, -dedi də getdi. 

Ağac Adamın ardınca baxa-baxa qaldı... 

Bozqurd Adamı gözləyirdi: 

-Gəldinmi, -dedi, - Allahı gördünmü?! 

-Gördüm,  bir  axmaq  adamın  beyni  onun  dərmanıdı, 

dedi  Allah,  -  yesə  sağalacaq.  Get  bir  axmaq  adam  tap, 

beyinini ye. 

Qurd soruşdu: 

-Ağaca nə dedi? 

-Ağacın,  -dedi,  -dibində  xəzinə  var,  xəzinəni 

çıxartsalar sağalacaq, dedi. 

-Çıxartdınmı? 

-Yox, -dedi Adam. 

-Niyə? -soruşdu Qurd 

-  Allah  mənim  öz  qismətimi  verib,  gedirəm  onu 

tapmağa. 

Bozqurd  gördü  bunnan  axmağını  tapa  bilməyəcək, 

Allahın  göndərdiyi  dərman  elə  budu...Adam  aralanmışdı, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dörd yanına baxa-baxa gedirdi ki, görsün Allah qismətini 



hara qoyub. Amma Bozqurd artıq ona çatmışdı...  

*** 


 

Məsəl var,  deyərlər: “Qurd anıldığı yerə gələr”. Ona 

görə  də  qurdun  adını  çəkməzlə,  həmişə  “ağzıyanmış” 

deyərlər. Qurdun bir adı da börüdü, “məşədi börü”... Uşaq 

vaxtı “kor duman” gələndə dumana üz tutub oxuyardıq:  

 

 



 

 

Börü-börü, meşədə börü. 



 

 

 



İt gördü üşüdü börü, 

 

 



 

At gördü üşüdü börü. 

 

 

 



Yemək-içmək dalınca 

 

 



 

Düz bizim kəndə gəldi, 

 

 

 



Oldu, Məşədi börü... 

 

“Qurd  üzü  müarəkdi”,  deyərlər.  Yazı  boyunca  yeri 



gəldikcə  “bu  mübarək  üz”  anılacaq,  qurdla  bağlı  xalqın 

bildiklərini,  baxışlarını-görüşlərini  qeyd  edəcəyəm.  İndi 

isə... 

 

Üzlü qonaq... 



 

Belə  deyirlər  ki,  günün  birində  bir  evə  qonaq  gəlir. 

Allah  qonağıdı,  bu  gün  gəlib  sabah  da  gedər,  deyib  içəri 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

alırlar, yeməyini-içməyini veririlər, hörmətlərini eləyirlər. 



Səhər  açılır,  sabah  olur,  qonaq  gedənə  oxşamır.  Yenə 

qulluğunu  eləyirlər,  eybi  yox,  bu  gün  getmədi,  sabah 

gedər,  deyib  yeməyini-içməyini  verirlər.    Bir  belə,  beş 

belə,  görürlər  yox,  qonaq  yaman  ağır  oturub,  tərpənmək 

fikrində  deyil.  Ev  yiyəsi  anlaqlı  adam  idi,  baxdı,  qonaq 

evin  yuxarı  başında,  -  dör,  deyilən  yerdə  “yeddi 

mərtəbədən”  əyləşib  yeyib-içib  indi  də  evin  pişiyiylə 

məzələnir,  pişiyə  də  nə  var,  qılıq  kimin  üzündədi,  yiyəsi 

odu, deyərlər.  Ev yiyəsi yenə şeytana lənət deyir, qonaqla 

bağlı  nə  qədər  məsəllər,  atalar  sözü  bilirsə  fikrindən 

keşirir:  “Qonaq  ruzudu”,  “  Qonaq  özüylə  ruzusunu  da 

gətirər”, “Qonaq qonağı istəməz, ev yiyəsi də heş birini”, 

“Qonaqsız  ev  suyu  soğulmuş  dəyirmandı”.  Nə  isə,  ev 

yiyəsi  bir  gün  yenə  səbr  edir.  Bir  gündən  sonra  görür 

qonaq mütəkkəyə dirsəklənib uzanıb taxtın üstünə burdan-

ora,  çay  istəyir.  Ev  yiyəsi  işi  belə  görüb  pişiyi  qucağına 

götürür, qonağa baxa-baxa oxuyur: 

 

 



 

 

Pişiyim, pişik ovuna



 

 

 



Siçan düşər ovuna. 

 

 



 

Qonaq bu gün burdadı, 

 

 

 



Sabah  gedər evinə. 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qonaq da himə bənd imiş, mütəkkədən azacıq dikəlib 



pişiyi çağırır: -piş-pişş. Pişik də elə gəldiyi gündən qonağa 

işləyirdi.  Dırmaşıb  girdi  qonağın  qucağına.  Qonaq  pişiyi 

tumarlaya-tumarlaya oxudu: 

 

 



 

 

Pişiyim pişik izlə, ha, 



 

 

 



Siçan tutdun gizlə, ha. 

 

 



 

Qonaq bu il burdadı, 

 

 

 



Gələn ili gözlə, ha... 

 

*** 



 

Dədələr  deyər,yer  üzündə  bircə  qarış  yerin  də 

“əyəsi”  var,  yəni  yiyəsi.  Buna  da  bizdən  yeylər”deyirik, 

yəni bizdən yaxşılar. Indinin özündə də aramızda belə bir 

inam yaşayır: “Yurdu biz tərk etsək də bizdən yeylər, yəni 

yaxşı  ruhlar  yurdu  tərk  etməz”.  Ona  görə  də  kimsəsiz 

yurdlara,- evlərə gedəndə salam ver:-Salam, ey bu yurdun 

əyəsi.  İnancımıza  görə  qapının  ağzına  qaynar  su 

tökməzlər, çünki gördüklərin qədər də görmədiklərin var. 

Axşamüstü qapı süpürülməz, çünki o vaxt astanalara 

hər  ailənin  öz  ruzusu  bərəkəti  gəlir,  deyərlər,  qapılar  bu 

vaxtlar bərəkət ətəyinə dönür. Bərəkəti süpürmə, deyərlər. 

Qırt yatan anaş toyuğun üstünə güllə gəlməzlər... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Gülü  solduranda    yerə  atma,  suya  at  ki,  ömründən 

olmasın. 

Deyərlər,  hər  yetənə  sirrini  açma,  özün  üstü  açıq 

qalarsan...   

 

 

                      

Çoban Məmməddən gözəlləmə... 

 

Aşıq Ələsgərin qardaşı çoban Məmmədin də sinədən 

söz deməyi vardı. Kasıb idi, bir bölük də oğul uşağı vardı, 

bir  qarına  ac,  bir  qarına  tox  yaşayırdılar.  Arvad  bir  gün 

ərinə deyir:  -Dananı  sat,  əynimə paltar al,  kənd  bir  yana, 

artıq öz uşaqlarımdan da utanıram. 

Çoban  Məmmədin  çarəsi  qalmır,  görür  arvad  düz 

deyir,  dananı  yedəkləyib  aparır  bazara.  Düşərinə-

düşməzinə yenicə satıbmış ki, borclular tökülüşür üstünə, 

əlindəkinin  hamısını  alırlar.  Məmməd  də  neynəsin,  suyu 

süzülə-süzülə  qayıdır  evə.  Arvad  elə  dana  gedəndən 

qapıda  gızləyirdi,  gördü,  əri  gəlir,  özü  də  əli  ətəyindən 

uzun  gəlir,  istədi  daşı-kəsəyi  başına  yağdırsın,  amma 

düşündü ki, bunun da xeyri yoxdu. Deyərlər “gəlin ocağa 

çəkər,  kömbə  bucağa”,  arvad  da  sinədən  deyənmiş.  Saz 

divardan asılıydı, götürüb görək nə dedi, necə dedi: 

 

Dedim paltar gəti, yaşıldan-aldan, 



Əbrüdən-atlasdan, tirmədən, şaldan, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Alışdım-yandımnan, bahalı maldan  



Gün vermərəm, günü qara düşərsən. 

 

Çoban Məmməd bazardan çıxandan qorxu içindəydi, 



elə bilirdi ki, arvad ağac götürəcək, saz yox. Qılığa keçdi: 

 

Paltar allam, qızıl düymə taxılar, 



Onu görən nəfsin salar, yıxılar.  

Ocağım qaralar, evim yıxılar, 

Nə bilirsən bəxtəfərə düşərsən. 

 

Arvad  səsini  daha  da  qaldırdı,  fikrində  dedi,  ağzım 



açılmışkən ürəyimi boşaldım. 

 

Mənnən gözəl kimdi qızda-gəlində, 



Ağkilsə kəndində, Göyçə elində, 

Gedərəm qalarsan yetim əlində 

Ah çəkibən ahu-zara düşərsən. 

 

Məmməd gördü, “xına o xınadan deyil”, qılığ keçmə-



yəcək, üzünü bozartdı. 

 

 



Axmaq oldum, niyə düşdüm felinə, 

 

Dana getdi, əlin qoydun belinə. 



 

Indi budu çatammıram dilinə 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Üz çevirrəm, qapılara düşərsən. 



 

Söz arvada əsər elədi, bir az özünə gələn kimi oldu. 

 

 

Demədim ki, yüz ver, yüzdən al gəti, 



 

Elə belə, ağdan-bezdən al gəti, 

 

Gücün çatan çoxdan-azdan al gəti 



 

Vaxtı gələr bahalara düşərsən. 

 

Çoban  Məmməd  gördü  arvad  yumşalır,  o  da 



yumşaldı. 

 

 



Çoban Məmməd de neynəsin yoxunan, 

 

Əyir yunnan özünə don toxuynan. 



 

Bacarmazsan lap o qədər çoxunan 

 

Bezikərsən min bazara düşərsən... 



 

Söz tamama yetişdi... 

 

*** 


 

Elə bu cür saza-sözə  görə də el  arasında deyim  var: 

Aclıq  olsun,  kef  olsun”,  “Kasıbam,  dediyinə  baxma, 

gündə  toy-düyündədi”...  Ona  görə  də  deyərlər:  “kasıbın 

əkdiyi bitməz,.... bitər”. 

Məsəl var: “Cavan oğlan cavan qızdan həyalı gərək”. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Deyərlər, suyu durultmaq üçün ağac salmısansa, bu, 



suyu bulandırmaqdı, çünki “dəyənəklə su durulmaz”. 

Deyərlər: “Əl comərddi, göz namərd”... 

 

Qız anasıının bəd öyüdü... 

 

Bir  arvad  qızını  gəlin  köçürürdü.Yengəli,  sağdışlı, 



soldışlı,  təmtaraqla  yola  salırdı.  Nə  demişdi,  nə 

deməmişdi,  qapıdan  çıxanda  son  öyüdünü  deyirdi: 

“Qızım,  anadan  olannan  üzün  ər  evinədi.  Bunu  Dədələr 

deyib,  “ qız  üzü ər evinə doğular”. Gedirsən, bu gündən 

ər  evində  olacaqsan,  yadında  saxla,  qarşına  üç  arx 

çıxacaq,  əgər  bu  arxları  bir  deyəndə  atdana  bildin,ər 

sənindi,  mindin  boynuna,  yox,  atdana  bilmədin  onda 

özünnən küs. Qız dedi: - Can ana, açıq de, bir şey anlaya 

bilmədim... 

Anası  dedi:  -  Qızım,  birinci  arx  odu  ki,  ərin  sənnən 

su istəyəcək. Onda de: -Odu səhəng get iç, birin də mənə 

gətir. İkinci arx odu ki,  deyəcək,  -paltarımı ver,  geyinim. 

Deyərsən,  paltarını  da  mənmi  geyindirim.  Onunçünmü 

gəlmişəm,de,  qaş-qabağını  salla,  dinib  danışma. 

Üçüncüdə  deyəcək:  -  Çaydan-  çörəkdən  gətir,  yeyək. 

Yeməyə bir şey olsa da deynən, nə gətirmisən, nə də olsun. 

Beləcə,  hay-harayla  qızını  köçürdü,  ər  evinə.  Səhər 

açıldı, bəyin də nece deyərlər, təzə çağı; ağır otur, yüngül 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

dur.  Dedi:-Paltarımı  ver  geyinim.  Gəlin  ürəyində  dedi:  -

Aha,  birinci  arxa  çatdım.  Qayıdıb,-  paltarını  da  mənmi 

geyindirəcəm,  -dedi-get,  geyin.  Əri  qalxdı,sakitcə 

paltarını geyinib getdi işinin ardınca. Günorta gəldi: -Su 

ver,  içim,  -dedi.  Gəlin  dedi:  -Odu,  shəng,  get  nə  qədər 

istəyirsən  iç.  Yenə  əri  heç  nə  demədi,  qalxıb  su  götürüb 

içdi.  Axşam  düşdü,  əri  gəldi:  -  Nəyin  var,  çaydan-

çörəkdən,  -ded,  -  gətir  yeyək...  Gəlin  də  üçüncü  arxı 

gözləirdi: -Nə gətirmisən, nə də olsun, -dedi. - Get, bir şey 

tap,  ye...!  Əri  qalxıb  onu  döydü,  qolunun  birini  qırıb 

yanına saldı. 

Xəbər çatdı anasına, başı alovlu özünü yetirdi. İstədi, 

çığır-bağır  salsın,  qöz  qoymadı:  -dinmə,  -  dedi,  -mənim 

qolumu  sən  qırdın,  sənin  sözünə  baxdım,  birinci  arxı 

atdandım,  ikincini  atdandım,  üçüncünü  atdananda  qolum 

sındı... 

 

*** 

 

Bütün  zamanların  gerçəyi  budur  ki,  Xalq  min  il 



qabaq  olduğu  kimi  həmişə  də  öz  sözünü  deyir, 

yaratdıqlarını  yaradır  və  yaratmaqdadır.    Heç  nəyi 

nəzərindən  yayındırıb  gözündən  qoymaz,  o  an  da 

münasibətini bildirər, desə də deməsə də, hər şeyi, olanları 

da olacaqları da qiymətləndirər. Bütün bunlar xalqın milli 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

səmtindən,  özünü  dərk  edib  anladığı  yöndən  gəlir.  Yəni  

bu  münasibət  xalqın    millət  olmağından  bəhrələnir.  Heç 

nədən asılı deyil; nə siyasətdən, nə dindən... 

 

Elin həndi... 

 

Bir  kənddə  bir  molla  yaşayırmış,  amma  bu  molla 



gündüz  mollalıq,  gecə  oğurluq  eləyirmiş.  Payız  ayı,  bar-

bəhər  vaxtıymış.  Molla  gecənin  bir  yarısında:  ya  Allah, 

deyib  zəmiyə  taxıl  oğurluğuna  gedir.  Çatan  kimi 

yavaşcadan deyir: 

-Salam  əleyküm,  eey  elin  həndi...!  -  Zəminin  yerinə 

də özü cavab verir: 

-Ay əleykümə salam, Molleyi Rəcəb əfəndi. 

Qayıdıb deyir: 

-Nə deyirsən, çin götürüb qırpınmağa gəlmişəm. 

Çırpınımmı, qırpınımmı?! 

Yenə zəminin yerinə özü cavab verir:  

-Xoş gəlib səfalara gəlmisən, 

Çırpınna da, qırpınna da... 

Molla  beləcə,  torbasını  doldurur,  evinə  qayıdır. 

Deyərlər,  tamarzıdan  al,dadanmışa  ver.  Bununla  bağlı 

belə  məsəl  də  var:  dadanan  dadda  qalar,bir  gün  gələr 



yadda qalar. Molla dadanmışdı, bir getdi, iki gedti, axırda 

zəmi yiyəsinin dalağı sancdı, bildi ki, taxıla dadanan var. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yeddi  qotazlı  qamçısı  vardı,  açılanda  elə  bil  tüfəng 



açılırdı. Bunu da götürüb getdi, zəminin içində gizləndi... 

Molla yola elə öyrəşmişdi ki, artıq qımqını çala-çala 

gedirdi. Zəmiyə çatıb həmişəki kimi dedi: 

-Səlamün əleykümə, eyy elin həndi. 

Yenə özü cavab verdi: 

-Ay əieyküm-əssəlam, molleyi-Rəcəb əfəndi. 

Zəmi  yiyəsi  kirimişcə  qulaq  asır,  yeddi  mərtəbəli 

qamçısını hazırlayırdı, Molla yenə dedi: 

-Çin  götürüb  qırpınmağa  gəlmişəm,  izin  ver,  qırpım 

səni! 


Sözün bu yerində zəmi yiyəsi gizləndiyi yerdən çıxıb 

dedi: 


-Həə, Molleyi-Rəcəb əfəndi, sən bura çırpılmağa gəl-

misən.  İzin  ver,  çırpım  səni!  -  Belə  deyib  doğrudan  da 

Mollanı çırpmağa başladı...  

 

Toy-düyün tapmacası... 

 

Deyir günlərin birində gəlini atdandırdılar, toy-düyün 



karvanı  yola  düşdü,  kənddən  çıxa-çıxdaydı,  kəndin 

ağsaqqalı  durdu  ayağa  ki,  toyun  qarşısını  kəsəcəm, 

bağlama  deyərəm,  açmasını  bilərlər  yol  onlarındı,  yox, 

bilməzlər,  yol  mənimdi.  Elə  də  elədi.  Toyun  qarşısına 

çıxıb əl qaldırdı. Toy igidləri gülüb dedilər: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Baba deyəsən güləşmək istəyir. 



Ağsaqqal dedi: 

-Bir bağlama deyəcəm, cavabını tapsanız yol sizindi, 

tapmasanız  mənim.  Nə  vaxt  istəsəm  o  vaxt  da  yol 

verərəm. 

 

Dedilər: 



-Buyurun... 

Ağsaqqal dedi:   

O nədi ki, 

 

Ataya dəyməz, 



Babaya dəyər, 

Xalaya dəyməz, 

Əmiyə dəyər. 

Dəyərə dəyməz,  

Dəyməzə dəyər. 

 

Toy-düyün  adamları  qaldılar  baxa-baxa...  Cavabı 



tapa  bilmədilər.  Gəlin  hər  şeyi  duvaq  altından  görürdü, 

duvağı üzündən çəkib dedi: 

 

     


      Baba o dodaqdı... 

 

 



Dəyərə dəyməz, 

 

 



Dəyməzə dəyər... 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Ağsaqqal baş endərib: 



-Düzdü, - dedi, - qızım, halal olsun səni doğan anaya, 

buyurun, uğurlar olsun, yol sizindi... 

 

*** 


 

 

 



 

Bığ yağı... 

 

Belə deyirlər ki, bir ər, bir arvad varmış, bunların da 

xeyrə-şərə yaramaz  bir oğulları. Bir təhər yaşayırmışlar. 

Amma  kişi  özünə  baxanmış,  üzünə-gözünə,  taxımına  fikir 

verənmiş.  El  diliylə  desək,  şenliyə-kəndin  içinə  çıxanda 

həmişə  bığını  yağlayarmış.  Günlərin  birində  görür  ki, 

küpədə yağ qurtarha-qurtardı, yağdan  bir qaşıq götürüb 

qoyur bir yana ki, kəndə-kəsyə çıxanda bığını yağlasın. Nə 

isə,bığını  yağlayıb  yenə  çıxmışdı  şenlyə,  adam  arasına. 

Görən də deyirmiş ki, kişi ya quymaq yeyib, ya da plov... 

Günlərin  birində  kişinin  oğlu  bərk  acıbmış,  evdə  də 

heç  nə  yox.  Ora  baxır,  bura  baxır,  əlinə  bir  şey  keçmir, 

götürüb  kişinin  bığ  yağını  yeyir,  çıxır  bayıra.  Görür  ki, 

dədəsi  camaatı  arasındadı,  bığı  da  par-par  parıldayır. 

Qaça-qaça gəlir ki, bəs, ay dədə, pişik bığ yağını yedi 

“Bığ yağı”ifadəsi belə yaranıb... 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

***. 

 

Türklərin  su,  işıq,  külək  (hava)  kimi  azad,  sərbəst 

dövrləriydi,  torpağın  harası  yumşaqdı  ora  axırdılar, 

rüzgarlara qatılıb keçib  gedirdilər, işıq tək  getdiyi  yerlərı 

aydınlada-aydınlada  öz  milli  mədəniyyətini-kültürünü 

yayıb yaşayıb, yaşatdığı zamanlar idi... 

Yerüzündə çox geniş anlamda yer-yurd adlarının türk 

mənşəli  olduğu  faktı  da  ona  görə  danılmazdır...Bu  cür 

danılmaz  faktlarsa  onun  yaddaşının  yaşamasıdı.  Daha 

doğrusu,  yaddaşlarda  yaşamagıdı...  İşıq  göstərdikləriylə 

göründüyü kimi TÜRK də yaddaşıyla görünür. Özü fikrini 

yaratdığı hekayətlərlə belə bildirir... 

 

Dodaqqaçdılar... 

 

Biri varmış, biri yoxmuş, bir dəvəymiş, bir qurdmuş, 

bir  də  tülkü.  Dünyanın  harasıymışsa  yol  gəlirlərmiş.  Bir 

kökyə  (kömbə  çörəyi)  rast  gəlirlər.  Dəvə  deyir:  -  Kökəni 

bölməliyik.  Tülkü  deyir:  -  Bölməyək,  bölsək  nə  düşəcək 

bizə. Hərə öz yaşını desin, kimin  yaşı çox olarsa, kökə də 

onun olsun... 

Deyirlər,  yaxşı.    Qurd  önə  çıxır,  deyir:  -  Anamın 

birçəyi haqqı, dünya binə olanda mən vardım. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Tülkü  tez  onun  sözünü  kəsir:  -  Nə  danışırsan  sən, 

arsız-arsız hələ bir and da içirsən, dünya binə olanda mən 

vardım,  bir  də  bir  oğlum  vardı,  adını  da  Binəli 

qoymuşdun. Sən vardınsa , bə niyə görmədim səni?!. 

Sıra  çatır  dəvəyə.  Dəvə  işi  belə  görüb  əyilib  kökəni 

götürür,  atır  ağzına,  gövşəyə-gövşəyə  deyir:  -Hə,  onda 

dəvə uşaq olarmış... 

 

*** 


 

Amma  bir  şey  var  ki,  tarixlərin  bütün  dönəmində 

niyəsə,  hansı  istila  nə  göstərdisə,  nəyini  göstərdisə, 

istədik,  istəmədik,  mənimsəməyə  çalışdıq.  Amma  heç  nə 

bizim  olmadı,  arada  da  bizim  olmayan  yad  şeylər  qaldı, 

özümüzün 

olanlar 

unuduldu... 

Böyük 

Hun 


imperatorluğunu, 

Göytürk 


imperatorluğunu 

Kiçik 


Midiyanın,  -  Qızılbaş  Midiyasının  adını  düşünmədən 

dəyişib  babamızın  adına  Səlcuq,  Osmanlı,  Səfəvi  dövləti 

qoyanda buna da şükür deməkdən başqa çarə qalmır. 

 


Yüklə 6,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin