2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tanrıçılığın sağlam anlayışlarını, tanrıçılıqla bağlı
inanclarını qoruyub saxladı. Tanrıya necə inanırdısa
Allaha da elə inandı. Tanrıçılığa görə Su onun and
yeriydi, Ucalıq and yeriydi; məsələn, uca dağlara
tıapınmağı vardı, görəndə bağır basıb baş əyirdi. İslamı
qəbul edəndən sonra isə əlini yzünə çəkib salavat cevirdi...
Ona elə gəldi əslində heç nə dəyişməyib YARADANIN
sadəcə adı dəyişib, vəssalam...Amma hər halda Tanrıyla
Allahın arasında az da olsa fərq vardı, o fərqi Xalq elmi
izahlarla yox, ruhuyla hiss etdiyinə görə bütün bunları
yaşada bildi, indi də yaşatmaqdadır...
Ustad aşıq Hüseyn Saraclını da yuxarıda ona görə
xatırladım...Məlumdur ki, vaxtın müəyyən vaxtlarında
islam dini tərəfindən çalıb oxumaq, aşıqlıq eləmək
qadağan olundu; dediyim fərq bu cür məsələlərdə,
mənalardaydı. Bu fərqlərsə islam dininin kökündən-
mahiyyətindən yox, bizi sevməyən hər hansı bir din
xadimindən gəlirdi...
Bu Xalq öz yaşam tərzini də islam dini qaydaları
üzrə demək olar ki, dəyişmədi, dini dairələri nəzərə
almasaq min illiklər boyu necə yaşamışdısa elə də
yaşamağında oldu...
Çobanla minbər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Günlərin birində bir çoban sürüsünü yaylaqdan
endərdi. Kənddə gördüyünə məətəl qaldı. Minbəri birinci
kərə görürdü; o yaylaqda olanda obada minarəli məscid
tikmişdilər, görməmişdi. Ona görə sürünü də saxlayıb
mat-məətəl minbərə baxırdı. Ondan bundan soruşdu.
-Bu nədi? Nəyin nəsidi?
Dedilər:
-Minbərdi.
Dedi:
-Bəs minbərdəki kimdi? Nə deyir? Oxuduğu nədi?
Dedilər:
-Molladı, əzan çəkir.
-Əzandı, nədi, onun dediklərinin mənim qoyunlarıma
bir ziyanı yoxdu ki?
-Heç bir ziyanı yoxdu,-dedilər,- əksinə xeyri var.
-Onda qoy nə qədər istəyir oxusun,- dedi Çoban,
sürüsünü çəkib uzaqlaşdı...
***
Bir adam uzaq yoldan gəlirdi, bərk yorulmuşdu,
mənzilə çatmağa da hələ xeyli vardı...Allaha yalvardı ki,
bir atlı göndər, məni tərkinə alsın, artıq yeriyə bilmirəm.
Bir dedi, iki dedi, gördü budu, bir atlı gəlir, yanında da
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
daylağı. Atlı çatan kimi kişini heç ağzını açmağa
qoymadı:-Daylaq yorulub,-dedi,- götür dalına! Kişi nəsə
demək istəyirdi, Atlı qılıncını azacıq qınından çıxardıb
tiyəsini göstərdi. Kişi çar-naçar daylağı aldı dalına,
başını qaldırıb göyə baxdı dedi:-Saqqalı yanmış da
yetirəndə tərsinə yetirir...
***
Bu cür hekayətlərlə, detallarla(qırıntılarla) Xalq
zaman-zaman
özü
öz
münasibətlərinə
aydınlıq
gətirməliydi, gətirirdi də, çünki Xalq ayrı-ayrı adamlarıyla
yox, bütöv halında vaxta-zamana bənzəyir, içini-çölünü
aydınlatmalı, yaşayışının hər anına düzən verməlidir;
dinini dəyişsə də öz işindəydi, sürüsünü artırırdı,
dolanışığını düzəldirdi, oğul-uşaq böyüdürdü. Bütöv halda
götürsək, din öz möhtəşəm gücüylə ona təsir edə bilmirdi.
Yuxarı təbəqələrdə məscidlər inşa edilib, dini mərasimlər
keçirilsə də xalq əslində öz işindəydi. Onun fikrini-düşün-
cəsini yalnız təbiət hadisəsi dəyişdirə bilərdi. Adət-
ənənələri də bu cür köklənmişdi, yəni yazla, güzlə
(payızla), bir söz, fəsillərlə bağlı idi. Toy-düyün adətləri
əslində yazın –payızın tərkib hissəsi kimiydi. Bütün
düyünlər qız görməkdən, qız seçməkdən, “hə”ni almaqdan
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
elçiliyə,
toya-düyünə,
uşağa
qalmaqdan
uşağın
doğulmağınacan öz vaxtına-zamanına bağlıydı; yaz
özüylə öz yaşıllığını-tumurcuğunu gətirdiyi kimi Xalqın
da adət-ənənəsini cücərdirdi... Bir vaxtlar bu adət-ənənələr
də dediyim kimi vaxtın-zamanın içini doldururdu, vaxtdan
ayrı deyildi. Hər şeyin öz vaxtı var idi...Baxmayaraq yeni
din özünün yeni adətlərini təbliğ edirdi, yerli adətlərə
qadağalar qoyur, aranı öz istədikləriylə doldurmağa
çalışırdı. Yeni dinə görə qızlar, gəlinlər örtünməliydilər,
ümumiyyətlə qadın olan kəs görünməməliydi. Bu cür
moüzələr oxunurdu... Xalqsa, hə, desə də çiyini qalxa-
qalxa gülür, amma yaratdığını yaradır, sözünü deyir,
sazını çalıb, mahnısını oxuyurdu.
Dəyirman üstü çiçək,
Oraq gətirin biçək.
Qardaş bir qız sevibdi,
Uzun boy, qara birçək...
Deyişmə...
Günlərin birində eşitdim ki, aşıq dostum evlənib,
ayınnan-uyunnan da(şey-şüy)alıb getdim təzə ailənin
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“gördüsünə”. Xoş-beş, ordan-burdan, anrıdan-bəridən,
hancarısan, necesən? Gəlinin ayağı sayalı,başı dövlətli,
dırnağı bərk olsun, qulluğu-zadı necedi, göntöy, söz
qaytaran deyil ki?
Pah, dediyimə peşiman olmadımmı? “Dəli qızın
dərdi varmış” dost dediyim Aşıq cumub sazı
götürmədimi? Balaca daxmada özünə yr eləyib: -Qulaq
as, -dedi, -saznan deyim, söznən deyə bilmərəm.
Arvad aldım, bir ev qurdum özümə,
Küllüklərin külü yağdı gözümə.
On dörd put buğdanı verib özümə,
Yeyib içər, yenə doymadım deyər.
Dedim, əl saxla, ayıbdı, təzə gəlindi, eşidər, peşiman
eləmə məni. Kimə deyirsən?! Saz sinəsində bir də dövran
vurub,-Qulaq as, dedi, xəbərdən xəbərin yoxdu sənin:
Dedim allam, yıxıq evə dirəkdi,
Nə biləydim bir açılmaz kələkdi.
Hər öynədə yeddi qazan xörəkdi,
Soruşsan neçədi,saymadım deyər.
Dedim, -məni yaxşı qarşılamadın, qonağı gileylə qar-
şılamazlar.
Dedi, -soruşmusan al cavabını:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Duran kimi qonşularnan dalaşar,
Xoruz təki al qanına bulaşar.
Qab-qacağı əl-ayağa dolaşar,
Üç ay keçib hələ yumadım deyər.
Çəkilib durdum qıraqda: “Özü bilən məsləhətdi,
yəqin nece deyir elədi” fikirləşdim.Elə bu vaxt gəlin o biri
otaqdan güllə kimi çıxdı, boynuma alım ki, hələ bu
vaxtacan belə qorxmamışdım. İrəli yeriyib sazı ərinin
əlindən alıb:-Qonaq qardaş, -dedi, - bir mənim də
dərdimə qulaq as!
Cəhrə deyib bəyi-bəyir bəyirdim,
Iyə, tağalağa, muma səyirdim.
Üç ay keçdi, bircə cüt bağ əyirdim,
Onda bildim bədnəzərə gəlmişəm.
Gördüm bunnarın ki, mənnik deyil, arvad da aşıq
çıxdı.
Çıxar evdən papağını yan qoyar,
Bir bənd deyər, gözün yumar, uyuyar.
Öküz yeyər, nə bəs olar, nə doyar,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Təzə yurdda təzə gözə gəlmişəm...
Baxdım gördüm dostum bığaltı gülür, bildim ki,
arada iş var. Dedim, bir az da gözləyim, görüm nə olacaq.
Gəlin tapşırmasını deyirdi.
Bir də baxdın dərə keçdi, dağ aşdı,
Saz götürdü, elə bil ki,ağacdı.
Sual verdim, çaşdı qaldı, dolaşdı,
Görən deyər, mən də ərə gəlmişəm.
Söz tamama yetişdi, sən demə, zarafatları varmış.
Dedim bəs mənim suçum nədi ki, biriniz sağdan deyirsiz,
biriniz soldan...
***
Toy adətlərimizdən – Şax ağacı...
Qərbi Azərbaycan bölgələrində toyun ikinci günü,
günortadan sonra qız evində “Şax” bəzədilərdi. “Şax”
nədir? Əslində dağdağan ağacından düzəldilir. Piramidaya
oxşar quruluşu olur, gövdəsinə elə dağdağan ağacının
budaqlarından asılqanlar quraşdırılır. Aşağıdan iki adam
üçün tutacaq qoyulur. Qğlan bəyinin sağdışı, soldışıyla
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qız bəyinin sağdışı, soldışının hədiyyələri, sovqatları,
qohum-qonşuların verdikləri paylar bu asılqanlardan
asılır. “Şax”ın götürülmə vaxtı axşam üstüdü, “Şax ağacı”
qız evindən elə vaxt çıxarılardı ki, yolun yarısında işıq lo-
paları yandırılsın, toy evinə işıq lopalarıyla çatsınlar. İşıq
lopaları da gilas ağacının qabığından düzəldilirdi. Əsas
məsələlərdən biri oydu ki, “Şax” qız evindən oğlan evinə
təzə yolla getməliydi, yəni, hamının getdiyi yolla yox,
təzə cığır salınmalıdır ki, qız bəyi ər evində qayım-qədim
olsun, şeytan geri qayıtmağına yol tapa bilməsin, yol
göstərəmməsin...
Adətə görə “Şax ağacı”na bələdşi seçilərdi. Bələdçi
də “Şax ağacını” başının dəstəsiylə bir yerdə bəy evinə
ayrı yolla aparmalıdır, divardan aşırır, hasarlardan keçirir,
qız da başının dəstəsiylə “Şax ağacı”nın ardınca toy evinə
yollanırlar...Nə qədər gec çatsalar, nə qədər uzun yol
getsələr o qədər yaxşı sayılardı. “Şax” yolunun öz
qaydaları olduğundan unudulmaz tamaşalar göstərilir ki,
təzə toyluların ömürləri boyu danışılsın.
“Şax”ı hər toy yiyəsi öz imkanına, adına görə
bəzəyərdi, yəni adla söylənərdi ki, filankəs gözəl “Şax”
bəzəmişdi, məsələ təkcə sovqatlarda deyildi, təntənəylə
gətirilməyindəydi; “Şax ağacı”na dediyim kimi bələdçi,
qoruqçu seçilirdi, Qoruqçu da özünün dəstəsini yığırdı ki,
“Şax ağacını” bütövlükdə qoruya bilsin. Ona görə ki,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“Şax”ın yağmalanmağına-talanmağına izin verilirdi:
Gəlini də onun sağdış, soldışını da oğurlayıb nəmər-sov-
qat alıb qaytarmaq adətdəndi... Bu da bir tamaşaydı, bu-
nunla belə adətə görə kim bacararsa “Şax ağacı”ndan
istədiyini götürə bilərdi. Amma qoruqçu dəstəsinin
qamçısına heç kim yaxın düşə bilməzdi...Bu arada
nayğara deyilən adamlar, yəni güldürücülər “Şax”ın
önünə çıxırdı, Qız bəyini (gəlini) kim güldürərdisə,
istədiyi payı ala bilərdi... “Şax” çal-çağırıyla təzədən
yoluna düzələrdi, hansı məhlədəsə yenə yolunu kəsərdilər.
Bələdçi irəli çıxıb soruşar:
-Nə istəirsən?!
-Güləş havası çalınsın. Güləşmək istəyirəm.
Güləş havası çalınır, şaxın qoruqçu dəstəsindən
güləşçi çıxır, Qoruqçu meydanı genəldir, “Güləşəngi”
havası altında görünməmiş bir güləş baş tutur... Ona görə
də el arasında belə deyim, ifadə yaranıb: “Elə bil şah
güləşçisidi...” Əvvəl hesab edirdim ki, “şah” sözü burda
“padşah” mənasındadır. İndi mənə elə gəlir ki, “Şax
ağacı”nın güləşçisi kimi anlasaq daha düz olar...
“Şax”ın güləşçisi udardısa yol açılardı, uduzardısa
şaxdan nəmər-mükafat verməliydilər...
“Şax ağacı”nın yanından qız oğurlamaq-qaçırmaq
adəti də var, daha doğrusu, adətdi, qız bəyini oğurlayıb
gizlədirlər ki, bahalı hədiyyələr alıb yerini desinlər. Ona
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
görə “Şax ağacı”na bələdçiylə yanaşı gizlincə çuğul da
seçilir; qız bəyi itəndə çuğul kəndi bir-birinə qatıb oğlan
evinə xəbər göndərir ki filan yerdədi. Oğlan bəyinin
başının dəstəsi həmin qapıya gedib qız bəyini sazla-sözlə
istəyirlər:
Bizdən salam olsun nazənilərə,
Verin qız bəyini, yar bzimkidi.
Çuğul söz gətirdi, oyun oynadı,
Yardan xəbərimiz var bizimkidi.
Qızlar istəyirlər yox, deyib işi bir az da bərkitsinlər:
Başına döndüyüm el igidləri,
Varın gedin burdan, yar sizin deyil.
Gözəllər toruna düşüb qalarsız,
Gedib çatammazsız yol sizin deyil...
Qızlar görürlər ki, oğlanlar əl çəkmir, bütün el-oba da
axışıb bura, hamı bu zarafatın, bu oyunun içindədi; biri
qızı ver deyir, biri vermə deyir. Sonda oğlan evi yeyib
içməyə bir qoç boyun olur. Qız bəyini gizlədənlər bu
sözlərlə qızı verirlər:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Gözünüz yoldadı, könül səsdədi,
Qaşları qələmdi, ağzı püstədi.
Yığval ətəyidi, muraz üstədi,
Alın gedin oğlan yar sizinkidi...
Bu cür toy tamaşalarının, zarafatlarının içindən keçə-
keçə gəlib çatırlar toy evinə; “Usta çal” havasıyla
gəldiklərini bildirirlər, şənlik-şənliyə qarşır, saz-saza...
“Şax”
adamları
(obrazları)
Bələdçi,
Qoruqçu,Nayğara, Çuğul başına gələnləri gülməli şəkildə,
biz sizə nece danışdıq eləcə, oynaya-oynaya bəzəyib-
düzəyib danışıb toy adamlarını əyləndirirlər. Danışdıqları
da beləcə, yüzilliklərə addayır...Bu obarazlar –yəni “Şax
ağacı”nın adamları çox vaxt dəyişdirilmir, elin-obanın
toyunu-şənliyini
onlar idarə edir; sağdış, soldış
dəyişdirilir, onlar yox...
***
Böyük türk tədqiqatçısı Ziya Göyalp “Türk
mədəniyyəti tarixi” kitabında yazır: “Avropa tədqiqatçısı
Grenar, Çin Türkistanında ailə qurmaq - evlilik törənlərini
üç cür işləyərək toplamışdır:
a) Güvey, (Azərbaycan türklərində kürəkən, yeznə,
göyü, giyov) dostlarıyla birlikdə qayınbabasının ( bizdə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qaynata) evinə gedərlər, indi mənası bilinməyən “Hay,
Hay evlənin! Hay evlənin” mahnısını oxuyarlar. Qızın
atası onları qapıda çörəklə qarşılayar, sonra onları
təntənəylə evə dəvət edər, oğlanın boynuna bir yazma-şərf
dolayar, qızını ona təqdim edər. Tədqiqatçı Grenar belə
hesab edir ki, bununla da, yəni yazmanın oğlanın boynuna
salındığıyla qızın üzərində olan atalıq haqqının artıq
oğlana keçmiş olduğu bildirilir...Bundan sora bir qab su
gətirilir, oğlanla qızın ata-anası su qabında çörək isladıb
nişanlılara verirlər. Bu da o deməkdir ki, qız artıq ata evini
tərk edə bilər.
b) Qızı ata evindən qızın qadın qohumları ağlaya-
ağlaya yola salarlar.
Kazaklarda qonşu oğlanlar bizdə olduğu kimi yolu
kəsib bəy evindən “Torpaq basdı” istəyərlər. Bəyin
boynuna salınmış yazmanı-şərfi oğurlamağa çalışarlar.
Kürəkən yazmanı verməmək üçün pul-para xərcləyir....
Bəy evinə çatanda qızı xalça üzərində aparırlar, çünki
qızın ayağı ilk qədəmində bəy evinin həyətinə
dəyməməlidir. Icəridə yanan bir ocağla üz-üzə qoyurlar,
bu da Çin Türküstan türklərinə görə qızın ruh pərisinin
oğlanın ruh pərisiylə tanışlığı üçündür.
c) İndiyə qədər bir-birini görməmiş olan bu iki pəri
birdən-birə sevişməzlər. Ona görə də qaynanayla qaynata
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
azı üç gün gəlini görməməlidir ki, bu iki gəncin könül
pəriləri isnişə bilsinlər.
Sartlarla Qırğızlarda gəlin bu üç günü pərdə
arxasında (bizlərdə gərdək) keçirir, ona yalnız bir qız
arkadaşı qulluq edir. Üç gündən sonra üz açılması törəni
başlayır. Qırğızlar buna “bet açar toy”, Çin Türküstanında
“üz açıqdır”, Türkiyə türklərində “üz görümlüyü”
Azərbaycan türklərində (əlavə mənimdir) “üz gördü”yə
yığışıb hədiyyələr gətirirlər...
Ziya Göyalp bəy əfəndiyə görə də bütün bunlar iki
gəncin sıxıntısını, utanmağını aradan qaldırmaq üçündür.
Mən də bu fikirdəyəm...
***
Dədə-babadan qalma toy adətlərimiz həmişə bir
adamın yaratdığına yox, təbiətin özünün yaratdığına
bənzəyib, təbiətin dəyişilməz qanunu kimi qavranılıb. İndi
toylarımızdakı
sahmansızlıq
özümüzdə
olanları
unutduğumuza görədir.
Vaxt, onu anladıq-anlamadıq, güclüdür, zəifləri öz
havasına oynatmağı sevir... Sən min-min illərlə sınaqdan
çıxartdığın inancları, işləri-işləkləri, adət-ənənələri atıb
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
başqa – yad şeylərə cumanda özün də bilmədən vaxtın
çaldığına oynayırsan. Vaxt gedir, Vaxt hərəkətdə olandı,
onunçün də düşüncəsiz, sınanılmamış, haya-küyə aldanıb
nə eləyirsənsə bu günlükdür, sabaha qalmır. Bizim bu
günkü
toylarımızdan
gileylənə-gileylənə
qeybət
etməyimizin səbəbi də budur. Bir zamanlar hər hansı bir
toyu mövsüm kimi yaşayırdıq, ona görə ki, toyun ilki, ilk
addımı elə mövsüm kimi başlayırdı; cücərirdi, göyərib-
yaşıllanırdı, arınır-daranırdı, yetişib meyvəsini gətirirdi...
Xalqın özünün yaratdığı ifadədir: “Toy-toyu gətirər...”
“Bir toydan yüz toy çıxar” deyib. Düz deyib, təbiətdə də
bir-birindən ayrı heç nə yoxdur. Bir kökdən min kök
ayrılar, uzaqdan-uzağa sevgi havasına sevgi çiçəkləri
açılar...İndiki kimi toylara az qala bir ay qabaqdan
dəvətnamələr paylanmazdı. Qara zurnada “Sabah sazı”
deyilən bir hava adında olduğu kimi sabah-sabah çalınar,
çalınan kimi də səsi çatan yeddi para kənd bilər ki, axşam
filan yerdə toy var; tələsməz, qara zurna yenə nəsə
deməlidir, indiki dilimizlə desək, toyun proqramını
bildirməlidir.
Saçın ucun hörməzlər; toy havaları...
(musiqili tamaşa üşün libretto)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |