2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarazurnada “Sabah sazı” çalınır, çox zildə səslənən,
çağırış xarakterində olan bir havadır; mənasını bir
cümləylə belə açmaq olar: “Gəl hee-eeey...!” Kənd
yerlərində indinin özündə də dəvətnamələr olmadığına
görə xeyir işlərə adamlar bu havayla çağırılır...
Orda-burda,- həyət-bacalarda, bulaq başında, xalça
dəzgahının üstündə, pəncərələrdən boylanan üzlərdə, bir-
birinə doğru qaçan yeniyetmə qızların sevincində,
həyəcanında bu havanı elə bu anlayışda da hiss edirik.
Ordan-burdan səslər eşidilir:
-Aaa, toydu? Nə yaxşı...!
-Kimin toyudu? Həmişə toyda...!
-Toya çağırırlar...ba-aax...
Alabəzək geyinmiş qızlar ordan-burdan çıxıb bir yerə
yığışırlar... Yeddi qızdı, baş-başa verib qarazurnanı
dinləyirlər.
-Hə, toydu, baax...bizi çağırırlar!
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qarazurna doğrudan da dil açıb, qaydalada-
qaydalada, usta çalı havasıyla “toy var deyir”, “gəlin, sizi
gözləyirik”, deyir...
Analar da görükür, toy havasını eşidib ayaqlarının
ucuna qalxıb boylanırlar, qızlarını, oğlanlarını görürlər...
Hamısı sevinc içindədi.
-Mübarəkdi, - deyirlər. -Subaylarımızçün olsun!
Bəxtləri açılsın, gözlədikləri gəlsin...!
-Ərgən oğlanlarımız, ərlik qızlarımızçün olsun...!
-Subaylarımızçün olsun!
Oğlanlar da görükür, tamaşa-filmimizə uyğun hərəsi
bir iş üstündə... (biri atını yuyr, biri maşından düşür, biri
idman eləyir, biri qamçı hörür və s...)
Musiqi havası dəyişir, nağarada oynaq xırdalıqlar
edilir və bunun nə demək olduğunu, nağara diliylə nə
demək istədiyini adamların, daha doğrusu, artıq
qəhrəmanlarımıza
çevrilmişlərin
üz-gözlərindən
anlayırıq...
Oğlanların dilindən eşidirik:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Aha, qızları da çağırdılar. Ba-ax...“Oız yallısı” çalındı.
Musiqi sədaları dəyişir, “Qız yallısı”nın başlanğıcı su
səsinə oxşar lirik melodiyadı, elə bil üstümüzə axıdılır.
Qızlar doğrudan da bu çağırışı anlayıb musiqinin
dediyinə uyğun, ritm altında süzə-süzə yığışırlar, səs
onları çağırmaqda davam edır...
Görürük ki, bura bir toy evinin (Şadlıq sarayının) səh-
nəsidi.
Qızlar yallı cərgəsinə durublar...
Onların
ora-bura
boylanmağından
nəyinsə
çatmadığını, kimisə gözlədiklərini hiss edirik. Oğlanları
gözləyrlərmiş...
Qarazurna da, nağara da elə bil onların nə istədiyini
anlayır, havasını dəyişib yenidən səslənir, bu yeni
melodiyadı, bir az sərt, amma sahmanlı, səfərbər, hərbi
marşlara bənzər... Oğlanları çağıırırlar. Qızlar bunu
anlayıb canlanırlar:
-Oğlanları da çağırdılar... Bax, nağara gəl, deyir.
Analar bir-birinə əl eləyir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Filmin əvvəlində gırdüyümüz adamlar, musiqini
eşidib elə bil danışığa qulaq asırlar; oğlanların əllərindəki
işlər əllərində qalıb; atını yuyan, maşından düşən, qamçı
hörən...velosiped sürən, üzünü qırxan...
Musiqinin nə dediyini anlayıb gülümsəyirlər,
əllərindəki işləri atıb, hamısı birdən nağara sədalarına
uyğun hərəkətlərlə nizama düzülə-düzülə səsə gedirlər.
Onları da həmin toy evinin səhnəsində görürük...
Qızlarla yan-yana qatara düzülürlər...
Musiqi sədaları saz havasıyla əvəz olunur. “Almanı
atdım xarala...” havası çalınır, musiqini eşidən kimi
ordan-burdan səslər eşidilir...
...hamı ara verib diqqətlə musiqini dinləyirlər.
-“Alma yallısı”...! - hamısı birdən sevinc içində qışqı-
rırlar... -Alma yallısı olacaq! Deyin yallısı-ıı!
-Nə yaxşı, çoxdandı yox idi...! -Analar səs səsə
verirlər: -Deyin yallısı-ıı...?!
Dinləyirlər...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Biri başını səs gələn tərəfə tutub...
-Mənim alma yallısına deyinim var.
-Mənim də...
-İstəyirəm oğlum “Deyin yallısı”nda qız seçsin...!
Yastı balabanda doğrudan da elə bil kimisə
çağırırlar... Balabanda “Sarı gəlin” mahnısının sədaları
eşidilir.
Saçın ucun hörməzlər,
Sarı gəlin...
Orta yaşlarında bir adam musiqini eşidib harasa
qaçır, görünməz olur...
Onu qiyafəsini dəyişmiş halda görürük, milli
geyimdə, çiyinindən qotazlı qamçı asılıb, əlində
nağıllardan çıxmış kimi, qırmızı yanaq iri bir alma tutub.
Alma görünən kimi mahnı sədaları yenidən yayılır.
Səslər eşidilir:
-Saç hörüləcək...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qızlar baş-başa verib sevindiklərini bildirirlər.
Yara qurban, yara qurban,
Yara qurban olum...
Almanı al eylərəm,
Örpəyi şal eylərəm.
Tək yarım gələn olsun
Yolları gül eylərəm...
Aşıq arada məni,
Tutma qarada məni...
Alma qurbanın olum,
Çatdır murada məni...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qızlar oxuya-oxuya almaya tərəf gedirlər...
Oğlanlar da o biri tərəfdən oxuya-oxuya yaxınlaşırlar:
Alma atana qurban,
Atıb tutana qurban.
Məxmər döşək, naz balış,
Yalqız yatana qurban...
Yeddi oğlan yeddi qız oynaya-oynaya almanın
önündə dua eləyirmiş kimi bir anlığa dayanırlar, əllərini
yüngülcə almanın üstünə qoyub baş əyib keçirlər.
Yallının ən qaynar vaxtıdı, Toybabası əlindəki
qamçıyla istədiyi işarələri verir, bu işarələrlə yallı düzlənir,
yeni nizam qurur, bükülür, açılır...
Oğlanlarla qızların rəqsləri tez-tez dəyişir, ritmik
hərəkətlər bir-birini əvəz edir... Əlində alma tutmuş
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Toybəyinin qamçısının kəskin işarələriylə yallıdan yallıya
keçirlər.
Qamçının səsi də nəsə demək üçündü, belə də
anaşılır, bu dəfə, qamçının səsi, dur, deyir, oğlanlar da,
qızlar da dayanırlar... Toybəyi qamçısını oynada-oynada
yenidən işarələr verir, bu dəfəki işarə sakitlik yaradır...
Toy babası qamçısını boynundan asıb almanı ovcuna
götürür, əllərini qoşalayıb irəli uzadır, sağda qızlar, solda
oğlanlar, yallının arasıyla o biri başa keçir. Kəskin dönüşlə
çevrilib almanı oğlan yallısının birincisinə atır... Alma
kimin əlindən düşdü oyundan çıxmalıdı.
Bütün bu hərəkətləri musuqi sədaları izləyir, daha
doğrusu, musiqi nə deyirsə ona da əməl olunur.
Oğlan almanı göydə tutur, başının üstə qaldırır,
sümüyə düşən bir havanı oynayırlar... Alma əldən ələ
dolaşır, biri əlindən salır, tez də sıranı tərk edir, yerinə
hazır olan bir başqası qatılır. Alma birinin əlində qərar
tutur.
Qızlar üz-üzə əl çalmaqla ritm altında xırda
hərəkətlərlə oynaya-oynaya oğlanları müşayət edirlər.
Alqışlar musiqi sədalarına qarışır... Oğlan almanı hansı
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qıza atacaq, hamı narahatlıq içindədi, ən çox narahat olan
da qızlardı...
Baxışırlar... alma ritmə uyğun olaraq sürətlə oğlan
yallısı boyu əldən-ələ keçir... Bir neçəsinin əlindən düşür,
almanı salanlar peşimançılıq içində dəstədən çıxırlar,
tamaşaçılar arasında analar yenilərini, -öz qızlarını,
oğlanlarını hazır saxlayıblar, onları meydana ötürürlər,
eyni ritmlə yeniləri qatılır. Qız yallısı hərəkətə başlayır,
oğlanlara üz tutaraq:
Ağ alma, qızıl alma,
Yallıya düzül alma,
Vaxt keçdi, vədə gəldi,
Budaqdan üzül alma...
Oğlanlardan biri alma əlində bir addım irəli çıxır,
oxuyur, yallı onu müşayət eləyir:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bağçalar bar gətirər,
Gül açar bar gətirər,
Almam bəxt almasıdı,
Tez gedib yar gətirər.
Oxuya-oxuya almanı seçdiyi qıza atır...
Hiss olunur ki, qız bunu gözləmirdi, alma əlini yandı-
rırmış kimi o əlindən bu əlinə ötürür....
Nəqarət oxunur...
Yara qurban, yara qurban...
Mən yara qurban olum,
Bağçada bir gül bitib,
Bu gülə qurban olum...
Yarım yallı boyunca,
Tez gələ qurban olum...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yallı ortada üz-üzə dayanmış oğlanla qızın başına
dolanır... Oğlan qızdan cavab gözləyir.
Yara qurban, yara qurban,
Yara qurban olum...
Qız almanı geri oğlana atır...
Hamı çaşqınlıq içində boylanır, oğlan diksinən təki
olur, oğlan almanı tutub, kəskin hərəkətlərlə yallının
başına dolanır.
Nəqarət oxunur:
Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Səni mənə verməzlər,
Neynim aman Sarı gəlin...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Ölsün nənən, Sarı gəlin...
Oğlanlar da qızlar da heç nə olmamış kimi yallını poz-
madan hamısı bir yerdə əllərini irəli uzadıb oxuya-oxuya
oğlanı rəqsə dəvət edirlər ki, buna da “Qamçıyla tək
oyun...” deyirlər. Toybəyi qamçını oğlana atır, oğlan da
almanı Toybabasına atır, qamçını tutub, qamçının eninə-
uzununa bir-iki uyğun hərəkət edir, qamçıyla rəqsə
başlayır. (Qamçı rəqsi)
Çox mənalarla dolu olan bu Qamçı rəqsi bitəndən
sonra bütün musiqi alətləri səs-səsə verir, hərəsi öz
dilində, öz ifadəsində deyir, daha doğrusu xahiş edir:
barışmaq lazımdı,qızın istəyini anlamaq və barışmaq...
Yara qurban, yara qurban,
Yara qurban olum...
Nağara da xırdalıqlarıyla bunu tamamlayır... oğlan
təzədən qıza yaxınlaşır, nəqarətin müşayətiylə.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Aşıq nişana gəlməz,
Gedər nişana gəlməz,
Ovçu ovun seçməsə,
Oxu nişana gəlməz...
Oğlan barışmaq üçün yaxınlaşır, qız bunu belə də
anlayır, əlini ona doğru uzadır, oğlan indiyəcən
dinlədiyimiz bütün musiqi alətlərinin uyğun sədaları
altında qızın əlini öpmək üçün əyilir, qız əlini çevirir, oğlan
onun ovcundan öpür, yəni, biz qardaş bacı ola bilərik...
Oğlan qızla qoşa oynaya-oynaya onu qızlar yallısına təhvil
verir.
Biri almanı tuta bilmir, əlindən salır, musiqini də elə
bil qəsdən saxlayırlar, melodiya kəsilir, bu da o deməkdi
ki, almanı əlindən salan oyundan çıxmalıdı, həmin qız
yallıdan çıxmalı olur.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Yara qurban, yara qurban,
Yara qurban olum...
Gül əkdim yollarına,
Yar gələ qurban olum...
Bu gül mənim gülümdü,
Bu gülə qurban olum
Alma əldən ələ keçir, biz üz-üzə durmuş yallıda qızla
oğlanın gizlicə gözləşməsinin şahidi oluruq. Qız oğlanın
işarələrini anlayıb almanı ona atır, oğlan almanı alıb öpür,
yenidən qıza atır, qız da almanı öpür, bununla da
alqışsədaları yayılır...
Yara qurban, yara qurban,
Yara qurban olum,
Bu elin yazısıyla,
Qoyunlar quzusuyla,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Mən sənə hə, demişəm,
Tanrının yazısıyla...
Oğlanla qız oynaya-oynaya dövrə vururlar, hər
yandan onları təbrik edirlər, ətrafdan təbrik sədaları gəlir.
Oğlan qamçını Toybabasına qaytarır... Toybabası
qamçının hərəkətləriylə işarələr edir, iki yallı bir olur; bir
oğlan bir qız halında düzülürlər.
Yara qurban, yara qurban,
Mən yara qurban olum...
“Sarı gəlin” mahnısı oxunur:
Səni mənə verərlər,
Sarı gəlin.
Gülü sulu dərərlər,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Saçın ucun hörərlər,
Qoy anan anam olsun,
Sarı gəlin,
Hörüyüm hörən olsun,
Sarı gəlin...
Oğlanla qızı yuxarı başda oturdublar...
Gümüş qabda almanı gətirirlər, oğlan almanı
götürüb qıza verir, qız almanı dişləyib oğlana qaytarır, oğ-
lan da dişləyir... Toybabası qamçının qayışını oğlanın
başına dolayır, qamçının sapı oğlanın boynunun ardına
düşüb, qotazları alnında qəribə, amma əzəmətli bir
görkəm yaradıb. Qızın hörüyünü açıblar, darayıb, ayırıb
saçlarını yenidən oğlanın başına dolanmış qamçının
qayışına hörürlər... Onlar, -qız oğlan hörüklərinin ucları
bir-birinə hörülmüş halda yanaşı oturub gülümsəyirlər.
Yallı onların başına dolana-dolana oxuyur:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Səni mənə verdilər, Sarı gəlin,
Gülü sulu dərdilər,
Saçın ucun hördülər,
Qoy anan anam olsun, Sarı gəlin...
Hörüyüm hörən olsun, Sarı gəlin...
Ağaclarımız...
Eldə-obada deyərlər, dağdağan ağacı “pis gözü, pis
nəzəri kəsir, qaytarır. “Deyərlər, dağdağan su səsi
eşidilməyən yerlərdə bitir. Tərəkəmələr yarar inəklərin
boynundan dağdağan asarlar ki, göz dəyməsin. “Yarar”
sözü aydın olsun deyə belə bir misal çəkim, deyərlər:
“Filankəsin inəyi yarar inəkdi”, yəni, südü yağlıdı.
Dağdağan həm də bəzək ağacıdı,...
Nar ağacı el arasında istək, sevgi ağacıdı. Palıd,
fındıq, arçan ağacları sayılan, seçilən ağaclar olub.
Deyərlər, Arçan ağacının şirəsi dərdlərə dərmandı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Barama qurdunu Arçan ağacının tüstüsüylə sağaldarlar.
Arçan ağacının ocağında bişən süd çürüyüb kəsməz. Bar
saxlamayan ağacın dibinə paslı dəmir sancarlar. Yaz başı
tumurcuq açmayan ağacı səksəndirməklə,-qorxutmaqla
sağaltmaq olur... Balta götürüb üstünə yüyür, -vurdum
səni, de, amma vurma, azacıq yarala, sonra yarasına su
tök, sarı, sığallaya-sığallaya, de: niyə gəlmirsən de, ağac
bacım, yeminmi az oldu, suyunmu az oldu, bax, hamı
gəlib, sən də gəl! Beləcə de, gözlə, tumurcuqlayacaq.
Göyrüc ağacı inam ağacı sayılır.
El arasında “köp ağacı” deyilən ağac olur. Nar
ağacının çubuğundan düzəlir, düzəldəndə gərək elə
eləyəsən ki, çubuq torpağa toxunmasın. Mal-qara köpəndə
bu çubuqla vura-vura qaçırdırlar...
Söyüd ağacının kölgəsi, deyərlər, meyvəsidi. Söyüd
ağacının çubuğunu axmayan suya at, uzun müddət keçsə
də iylənməz.
Təzə ağac basdıranda, təzə bostan əkəndə qayqanaq
bişirirlər...
Adamın nağılı...
Belə deyirlər ki, Adam yaxşı dolana bilmirmiş.
Günlərin birində düşünür daşınır, deyir: -Gedib harda
olur-olsun arayıb-axtarıb Allahı tapacam, soruşacam ki,
məni niyə yaratmısan? Niyə eşitmirsən səsimi?
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Elə bu fikirlə də evdən çıxır; az gedir, uz gedir, dərə-
təpə düz gedir, dərələrdən sel kimi, təpələrdən yel kimi
gethaget, iri bir armud ağacına rast olur, deyir: - Elə
bunun altında dincəlim, qalxıb gedərəm...
Yenicə dincini alırdı ki, səs eşitdi, başını qaldırdı,
heç kəs yox idi. Ora boylandı, bura boylandı, kimsəni,
görmədi.
“Bilirdim gələcəksən, səni gözləyirdim. Çox uzun
çəkdi...” Başını qaldırdı, yenə heç kəsi görmədi. Səs
ağacın içindən gəlirdi: - hə, mənəm, -dedi, Ağac. -Bilirəm
Allahın yanına gedirsən, mənim də dərdimi deyərsən.
Cavabsız gəlmə...
-Dərdin nədi, sənin?
-Meyvəmi saxlaya bilmirəm, neçə illərdi meyvəm
qalmır, elə çiçəkdə tökülür. Allaha de, dərdimə əlac
eləsin.
-Yaxşı,-deyib yola düzəlir.
Nağıl dili yüyrək olar; nece deyirlər elə, aranda ayla-
illə, dağda küləklə-yellə, aşağıda yağışla-sellə, yolda
şirin dillə, Allahı kimdən soruşur, gördüm, deyən
olmur...gəlir bir kimsəsizliyə düşür.
“Hardasan,
bilirsən
gəlirəm,
bə
niyə
görünmürsən?!”-fikrində Allahla danışa-danışa gəlirdi,
gördü. təpənin başında bir Bozqurd quyruğu üstə şöngəyib
onu gözləyir.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |