2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Zaur Həsənovun bu dəyərli əsərini oxuyandan sonra
araşdırmalarıma, daha doğrusu, yaddaşıma bir də
qayıtdım, daşlarla bağlı inanclarımızı, deyimlərimizi,
məsəllərimizi yazıb araya ərsəyə gətirməyi gərəkli saydım.
El arasında “Daşatma” adəti də olub. Elliklə yığışıb
kiminsə daşını atardılar. Yəni dediyimiz bu “kimsə” El adı
batırandırsa, satqınlıq edib yurd satıbsa, dostunu darda
qoyub qaçıbsa, buna görə də Elə - Obaya xətər toxunubsa
yığışıb onun “daşını atardılar”...Bu çox ağır cəza idi;
dediyim bu “Kimsə” də ona atılan bu daşların altında
üzünü döndərib çıxıb gedərdi, bir də qayıtmazdı. Eldən
“dışqarı “ olardı. Ona görə də dilimizdə indi də tez-tez
işlədilən belə ifadələr var: “mən onun daşını atdım...”,
“onun daşı çoxdan atılıb...” “Eldən dışqarı adamdı”.
Son dövrlərə qədər, yəni bizim uşaqlıq çağlarımızda
belə bir oyun vardı: beş-on dənə ağlı-qaralı daşları
qarşımıza səpələyir, gözlərimizi yumub: “Ağ daş, qara daş,
Allah mənə bir yoldaş”...- deyə-deyə ağı-qaradan
seçməliydik.
Ağ daşları kim çox seçərdi, oyunu udmuş hesab
olunurdu.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
“Mənim daşım ağırdı” ifadəsi də var, mənə elə gəlir
ki, “ heç kəsin gözü məni götürmür”, “hamı paxıllığımı
çəkir” mənalarında işlədilir...Belə də deyirlər, “gəl, daşı
ətəyindən tök...” Uşaq vaxtı yağışdan sonra üfüqlərdən
asılan göy qurşağına çatmaq üçün ətəyimizə daş doldurub
üfüq boyu çox qaçmışıq. Nənələrimiz deyərdi ki, qurşağa
çatsanız ətəyinizdəki daşlar qızıl olacaq. Biz də yağışdan
sonra: “Nənə qurşağı əlimnən tut”, deyə-deyə şehli
yamaclar boyu yorulub “əldən-dildən” düşənəcən
qaçardıq.
Bir də deyərdilər, ilin ayın axır çərşənbəsində, yəni
çox-çox qədim adıyla desək, İl-Ay gecəsində atlar bir kərə
gövşəyirlər, başqa vaxt atlar gövşəməz. Kim ətəyinə daş
doldurub atın gövşəməyini görsə daşları qızıl olacaq.
Beləcə, gözləyənlər çox oldu, səhəri, ətəyində daş, diri
gözlə qarşıladılar, atların gövşəməyini görən olmadı. “Daşı
ətəyinnən tök”, “at gövşəməz”, məsəli də güman ki, ona
görə yaranıb...
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Belə deyirlər ki, bir ana qızını köçürdəndə cehiziylə
yanaşı cibinə də daş qoydu: “Bax bu daş dinsə, sən də
dinərsən”. Gəlin getdi ər evinə, bir müddət dinib
danışmadı. Gördülər, gəlin danşmır, elə bildilər laldı,
gedib üstünə təzə gəlin gətirdilər. Köhnə gəlin süd
asmışdı, özü də çıxıb oturmuşdu taxtın üstündə, cibindəki
daşı da ovcunda tutmuşdu. Təzə gəlin gördü süd daşır,
dedi:
-Ay lal gəlin, kar gəlin, südün daşdı, düşürsənə.
Köhnə gəlin gözlənilmədən dilləndi:
-Tumanı yəhər qaşında,
Gözü ocaq başında
Durub düşürsənə...
Təzə gəlin ocağı söndürməyə yox, qışqıra-qışqıra
həyətə qaçır:
-Muştuluğumu verin, köhnə gəlin danışdı!
Köhnə gəlinin sirri açılır; daşı cibindən çıxardıb tul-
layırlar...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
***
Daşlarla bağlı mənim bu kiçik tədqiqat işimi hər
halda rus transkripsiyasıyla yanlış olaraq skif kimi oxunan
işquz-oguzların inancı ilə bir hesab edir, minilliklərdən
sonra da azərbaycan türklərinin həyatında adət-
ənənəsində
yaşadığı
qənaətinə
gəldiyimə
görə
sevindiyimi, qürur duyduğumu bildirirəm...
Çöngə əhvalatı...
Günlərin birində İlan qayası deyilən bir yerə köç
düşür. Yaxınlıqdakı kənddə də Aşıq Abbas yaşayırdı. Aşıq
Abbasın Nağı adında bir oğlu vardı. Nağı başının tay-
tuşuyla gedib həmən köçdən bir cöngə oğurlayırlar,
gətirib elə Aşıq Abbasgildə kəsirlər. Aşıq Abbas da qonşu
kənddə toydaymış... Toydan qayıdır, görür ki, evdə yaman
tünlükdü, toy evinə oxşayır; kabab bişirənə bax, su
gətirənə bax, odun yaran kim, ocaq qalayan kim... Aşıq
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
fikirləşir ki, yaxşı, oğlanlarımnan subayı yox, özüm də qırx
ildi evliyəm, bə, bu toy kimin ola?
Nağı atasının gəldiyini görüb özünü üstünə salır:
-Dədə, başına dönüm, bir işdi eləmişik, açıb-
ağartma!
Aşıq Abbas öz-özünə deyir, yəqin cavanlardan
hansısa qız qaçırıb gətirib bizim evə:
-Nolar,-deyir,-bala, hamının başına gələn işdi, xoş
gəlib, səfa gətirib.
Oğlu deyir:
-Uşaqlar başdan çıxartdı, mən getdim gətirdim...
-Nə danışdığındı, belə- şelə oğlu,- Aşıq yəqin elədi ki,
oğlu evə ikinci arvad gətirib.- Oğul demərəm sənə, adımızı
batırdın, iki uşağın ola-ola demək özünə toy eləyirsən?
Cavanlardan biri işin nə yerdə olduğunu anlayıb
deyir:
-Abbas dayı, qız deyil, öküzdü, oküz...
Aşıq yenə bir şey başa düşmür, deyir:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
-Ə bu neynirdi öküzü, evdə biri vardı daa...
Nə isə, aşığı bir təhər başa salırlar ki, gətirdiyimiz
doğrudan da öküzdü, cöngə...
İndi sizə kimdən deyim, öküz yiyəsindən. Öküz yiyəsi
görür ki, cöngə yoxdu, oranı axtarır, buranı axtarır, tapa
bilmir. Yer bir az höyüş imiş, yəni yaş...Kişi öküzün izini
tutub gəlir. Gəl ha gəl, gəlib çıxır düz Aşıq Abbasın
qapısına. Aşıq Abbas qapıya çıxır, sən demə, çoxdanın
tanışlarıymış. Xoş beş, on beş, kişi də Aşıq Abbas kimi elə
bilir toydu, deyir:
-Aşıq, çox mübarəkdi, ayağı sayalı, başı dövlətli
olsun, qoşa qarısınlar.
Aşıq öz-özünə deyir, “ kələfin ucunu kişi də itirdi”.
Kişi də fikirləşir ki, “indi Aşığa necə deyim ki, öküzüm itib,
izi də gəlib çıxır sənin qapına...”
Aşıq görür ki, Kişi sözlü adama oxşayır, yenə öz-
özünə deyir, “yəqin öküz elə bunundu”, bir-iki addım irəli
yeriyib əlindən tutur:
-Gərək məni bağışlayasan, qardaş, səni özüm çağıra-
caqdım. Oğlum gətirib utanmazlıq eləyib.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Kişi yenə bir şey anlamır:
-Əşi, yaxşı eləyib gətirib, bir qız bir oğlanın döyülmü,
Allah mübarək eləsin.
Ortaya kabab gəlir, Aşıq qabı Kişiyə sarı çəkib deyir:
-Öz malın kimi ye... Öz halal malın kimi.
Dörd yandan da him-cim eləyirlər ki, açıb ağartma...
Amma kişi əlini yeməyə uzatmadı. Aşıq işi belə görüb
arvadına baxır:
-Sazı gətir görüm...
Saz gəlir, görək Aşıq cöngə yiyəsinə nə deyir, necə
deyir.
And içim, arpa biçim,
Başında bağı cöngənin.
Gönünnən bir cüt çarıq,
Tikəcək Nağı cöngənin.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bu çuludu, bu alığı,
Itlərə bəsdi qalığı.
Dolanıb aranı, dağı,
Yığılıb yağı cöngənin,
Yəqin mələyir anası,
Canım odlara yanası.
Altında dovşan tanası,
Budunda dağı cöngənin.
Sağ yanınnan saldırdılar,
Bir deyəndə öldürdülər,
Gərdəyini qaldırdılar,
Uçdu duvağı cöngənin.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Boyük oğlum gəlib ovdan,
Kiçik oğlum düşüb tovdan,
İndi axtar, çıxar evdən,
Başı-ayağı cöngənin...
Söz tamama yetir, cöngənin yiyəsi işin nə yerdə
olduğunu bilib çöngəni Aşığa bağışlayır...
***
Dediyimiz fikrə qayıdaq...
Bizim özümüzə olan inamı sarsıtmaq istəyənlərsə
heç şübhəsiz, bizi bizdən yaxşı tanıyırdı. Ona görə də
hardan başlamağı, daha doğrusu, hardan yapışmağı, nə
deməyi, nece deməyi yaxşı bilirdi. “...Bunlar köçəri-
gəlmələrdi, hər yerə hardansa gəlmədilər...” “Bunu de,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
dönə-dönə de, yorulma, usanma söylə, sən gəlməsən, de.
De, bezdirənəcən de, yurdundan soyut, soyuyacaq.
Özünün nəyi varsa, gözdən sal, dəyərsiz elə. Tarixini dəyiş,
onun olub qarşına çıxan nə varsa tapdala, qır, dağıt, izini
itir, özünə qayıda bilməsin. Elə et ki, həmişə başı qarışıq
olsun, məsciddən çıxmasın, başı duadan ayılmasın.
Mollası nə qədər çox olsa, o qədər yaxşıdı. Bütün
imkanlarından-varından yoxunnan keç, elə elə ki, hər
tində bir məscid olsun”. Yüzillər boyu üstüörtülü, açıq, gizli
də olsa belə deyə-deyə müəyyən mənada bizi özümüzdən
uzaqlaşdırmağı, kökümüzdən, soyumuzdan soyutmağı
bacardılar.
Ona görə də Rus sovet tədqiqatçısı Padolnıy “Sovet
xalqlarının mənşəyinə dair” əsərində yazırdı. “Azərbaycan
xalqı ən gənc xalqlardandır, Sovet İttifaqı yaranandan
sonra əmələ gəlib...”
Heç şübhəsiz, bu, onun Azərbaycan xalqını tanımadı-
ğından irəli gəlir. Onun tanıdğı minilliklərin dərin
qatlarından gələn Azərbaycan türkləri yox, rus-sovet
təbliğatıyla yaranmış Azərbaycan milləti idi. O millət ki,
nümayəndələri,-üzdən iraq tarixçiləri, tədqiqatçıları
millətinin yenicə yaranmasıyla fəxr edirdi və yaltaqlıqla
irişə-irişə cavan olmağını elmi əsaslarla sübut eləməyə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
çalışırdı. Onunçün də bir çox tarixi əsərlərimiz elə o
zamandan rus, erməni, fars şovinistləri tərəfindən alqış-
larla qarşılanırdı. Çünki Padolnıya bənzər tədqiqatçılar
bizim bic toxumlar üzərində bitib böyümüş tarixçilərimizi,
- millət nümayəndələrini tanıyırdı, bu nümayəndələr doğ-
rudan da rus işğalından sonra meydana çıxmış millət-
lərdən idilər. Belə tədqiqatçılar da yaddaşını incidən
qüdrətli keçmişi dağıtmaq üçün “erməniyə dayı” deyən
millətin nümayəndələrindən istifadə edirdilər.
***
Dədələr sözü...
Deyərlər, ocağı elə yerdə qala ki, nəfəs ala bilsin.
Deyərlər, ocaqda kösövlər səs elədisə, ardınca
danışan var.
Dədələr deyər, ocağın yan-yörəsi kirli gəlinin çörəyi
qarın doyurmaz.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Dədələr deyər, süd içib, üstündən su içməyənlər, dan
sökülməmiş şehə çıxanlar mat qalmışam, niyə min
yaşamırlar.
Üzü üstə uzanıb su içənlərin gözləri yaxşı görməz.
Yuxudan ayılan kimi su içənlər yaxşı eşitməzlər.
Ələ - üzə boz düşəndə qaratikanın yağıyla yağlayın.
Qaratikanın yağını almaq üçün kolunu yandırıb alovunu
şüşəyə tutarlar, yağı belə almaq olar.
Qalyan çubuğunun hisi dəmrovun dərmanıdı.
Bulaq üstü tamaşa...
Payızın ala-qurşaq çağında, yəni toyların çox olan,
bəzək-düzək vaxtında gözəl bir qız səhəngini götürür,
gedir, bulaq başına. El arasında deyərlər: Günəbaxan
günə baxar, ərgən (yeniyetmə) oğlan gözaltısına... Nə isə,
ərgən oğlanın gözü qızdaydı, gizləndiyi yerdən baxırdı.
Qız o yana baxdı- bu yana baxdı, gördü heç kəs yoxdu,
başmağını çıxartdı, hörüklərini gərdənindən endərdi,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yuyunmağa başladı. Oğlan gizləndiyi yerdən çıxıb qızın
başmaqlarını gizlətdi...
Qız da yuyundu, yaxandı, saçlarını yığdı, təzədən atdı
gərdəninə, istədi başmaqlarını geyinsin, başmaqları
yoxdu. Qız ora baxdı, bura baxdı, tapa bilmədi, başını
qaldıranda oğlanı gördü. Aşıqlar demiş, qız ürəyidi, oğlanı
görəndə başmaq yadından çıxdı, özünə təzədən düzən
verdi, yalın ayaqlarını görəndə başmaq yadına düşdü.
Başqa çarə yox idi, yenə aşıqlar demiş, “saçından üç tel
ayırıb” görək oğlannan başmağı necə istədi...
Bulaq üstə duran oğlan,
Bığlarını buran oğlan
Ox-yayını quran oğlan,
Ver mənim güllü başmağımı,
Dabanı xallı başmağımı.
Oğlan da elə bunu gözləyirdi, cavabında dedi:
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bulaq üstə duran laçın,
Zülfün kəmənd necə açım,
Gəl, səni götürüm qaçım,
Mən də yox, güllü başmağın,
Dabanı xallı başmağın.
Qız işin daha da dolaşdığını görüb qardaşının adını
dedi ki, bəlkə qardaşından çəkindi:
Çıxdım bulaq başına ,
Qərq oldum göz yaşına,
Xəbər verrəm, qardaşıma
Qaytar telli başmağımı
Allı- güllü başmağımı.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Oğlan aldı, görək nə dedi:
Endim bulaq başına,
Sevgi çıxdı, qarşıma,
Qurban ollam qardaşına
Götür, telli başmağını,
Dabanı xallı başmağını.
Qız başmağını alıb geyindi, dönüb bir də oğlana
baxdı, gördü ürəyincədi, dedi:
Bulaq üstə söz olu,
Qonum-qonşu göz olu,
Elçi göndər, düz olu
Geydim telli başmağımı,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Allı-güllü, başmağımı...
Beləcə, payızın yelənində bir toy da cücərməyə
başladı...
Darağacı...
1940-cı illərin sonlarına yaxın qonşuluğumuzdakı
erməni kəndində erməni uşaqları balaca,-daha doğrusu
oyuncaq bir darağacı qurub sazı darağacından
asmışdılar...Mən uşaqdım, beş-altı yaşım olardı, yaxşı
yadımdadı, bizim kəndin adamları bazara gedirdi, mən də
anamla onların arasındaydım. Dara çəkilmiş sazı görəndə
arvadlar ağlaşıb vay-şivən qopartdılar, kişilər əvvəl
başlarını saldılar aşağı, sonra darağacına sarı getdilər ki,
sazı açıb götürsünlər, erməni uşaqları hamımızı daşa
basdı... Döngələrdən, pəncərələrdən, qapı diblərindən
erməni böyükləri çıxıb gülə- gülə yaxınlaşdılar:
-Zarafat eləyirlər, ay kirvə... -deyə-deyə uşaqları
aralayıb apardılar.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Bizim böyüklərimiz də özlərini daha çox başa
düşməmiş kimi köstərib:
-Belə zarafat olmaz, -dedilər, vəssalam...
Beləcə, hər şey unuduldu getdi, amma darağacından
asılmış saz unudulmadı, hələ də mənim yadımdan
çıxmır... Yaddaşımda dar ağacından asılı qalıb ağrıdır
məni.
Sazı niyə asmışdılar? Niyə qorxurdular sazdan? Bir
taxta parçasının darağacındakı görünüşü niyə elə ağır idi
ki, ömrüm boyu unuda bilmədim? Anam o vaxt ağlaya-
ağlaya məni darağacına sarı itələyib niyə dedi ki, bunu
assaydılar heç belə yanmazdım? Niyə belə dedi, anam?
Bütün bunların niyəsini çox sonralar öyrəndim, mən
bu yazımda “təbiət hadisəsi” ifadəsini çox işlətmişəm,
müəyyən məqamlarda da yerinə düşdüyünü bilirəm,
bizim üçün sazın nə demək olduğunu anlatmaqda da
həmin ifadəni işlətmək istəyirəm: saz da bizim üçün
təbiət hadisəsidir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Tut ağacı boyunca...
(televiziya proqramları üçün)
Saz
bu
xalqın
yaratdığı
ilk
musiqi
alətlərindəndir...Məncə
“yaratmaq”
sözü
burda
doğulmaq kimi anlaşılsa daha dəqiq olar. Saz
yaradılmaqdan daha çox anadan olmağa, doğulmağa
bənzəyir. Adicə bir musiqi aləti olsa da onunla bağlı bildik-
lərimiz bunu deməyə əsas verir...
Hər ağacdan saz olmaz, deyərlər. Saz ancaq tut
ağacından yaranır. Tut ağacının da yalnız güney üzündən,
yəni gün düşən, gün döyən üzündən. Quzey üzündən
yaranan sazın səsi olmaz, ona görə də lal sazlar var,
neynirsən elə, lal saz istədiyin səsi verməz, ona görə ki,
ağacın gün düşməyən kölgəli tərəfindən düzəlib.
...El-oba yaddaşında, -yaradıcılığında başqa ağaclarla
yanaşı Tut ağacının da çox geniş yeri var...hardasa bir az
da qutlu-sayalı...yəni müqəddəsliyi var... Deyərlər, tut
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
ağacını “kəsmə, qarğışı qalır... kəssən də deynən, səni
kəsmirəm, o taya aparıram... inanacaq”... Deyərlər,
“Beşiyi tutdan as, özü yırğalanacaq...” “Ən dərin yuxu tut
ağacıyla söyüd ağacının altındadı...” həm də “Bəsləsən
atlas olar, tut yarpağınnan...Səbr ilə halva bişər, ey qora
səndən.” Bir də deyərlər, odunu-közünü düz versən, yəni
meyvəsini arayıb-darayıb ocaqda düz qaynatsan, bəkməzi
can dərmanıdı... İğid - bahadır oğlanlar üçün deyərlər,
“...qolları əyilməz, elə bil gər tutdandı...” Gər tut meyvə
verməz, onun meyvəsi əyilməzliyidi, ipək də onun yarpa-
ğından olur. Toxumu torpağa düşdüsə qayanı da yarıb ke-
çəcək...Yiyəsini anlayandı; sən də onu anlasan, nə calaq
etsən tutacaq...
Bütün bunlar bir yana, sazın anasıdı tut... sazın
doğulduğu yerdi, sazın tellərində dil-dil ötəndi, tut ağacı...
İndinin özündə də düzəltdiyi sazlarla ad-san
qazanmış
sazbənd
Kövrək
Murad
qaçqınlıqdan-
köçgünlükdən sonra günlərin birində Şamaxı rayonunda
yurd saldığım kənddəki qapımda günəqarşıda bitib boy
vermiş tut ağacının güney üzünə baxıb:
-Tutun boyunda saz var, -dedi. -İnan ki, bətninnən
sazın səsini eşidirəm. -Əlini ağacın gün döyən üzünə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |