Şəkil 4. Malların mədaxilinin, məxaricinin və mal qalıqlarının "Hərəkəti"
dialoqu
Bu tənzimləmədən sonra, "OK" düyməsi basırıq və onun nəticəsi olaraq ek-
randa malların qrupları üzrə təsnifləşdirilməsi və malların hərəkətinə aid cədvəldə
əks edilən ikinci "Hərəkəti"i dialoqu açılır. Bu dialoqun ikinci forması şəkil 4-də
göstərilib.
Həmin dialoqun sol pəncərəsində isə verilən malların qruplar üzrə
təsnifləşdirilir, malların adları, ölçü vahidləri və təsnifatı əks edilən məlumatlar
bazasını açmaqla yaradılır. Həmin məlumatlar bazası "Hərəkəti" dialoqunun
verilən "Malın adı" xanasının sağ künc hissəsində olan üç nöqtə düyməsini
basmaqla açılacaq. Bu məlumatlar bazası "Mallar" adlı dialoqunda yerləşir. Eyni
dialoqun sol pəncərəsində mallar qrupları üzrə təsnifatı, sağ pəncərədə isə seçilmiş
müəyyən bir qrupa aid olan malların adları və ölçü vahidləri verilmişdir.
Məlumatlar bazasında müəyyən bir malın adnı və ölçü vahidini daxil edilməsi üçün
sol pəncərədə görsənən həmin mala uyğun qrupu seçmək və sonra kursoru sağ
pəncərəyə keçirmək, həmin dialoqun yuxarısında alətlər panelindəki "Yeni" yəni
ağ vərəq formasında olan işarəsini seçməliyik. Bundan sonra ekranda "Malın
77
qeydiyyatı" adlı dialoqu açılır və burada malın adı klaviatura vasitəsilə daxil
olunur, ölçü vahidləri isə həmin məlumatlar bazasından seçirik. Ondan sonra isə
"OK" düyməsini basırıq, yeni yazılan sətirdə "Mallar" dialoqu cədvəli hissəsinə
əlavə edirik.
Şəkil 5. Malların qalıqları "Qalıq" dialoqu (ikinci formada).
Mallar qruplar üzrə təsnifatına yeni qrup əlavə etmək lazımdırsa, o zaman
kursoru yeni daxil olunacaq qrupdan bir pillə yuxarı qrupun üzərində saxlayırıq,
sonra isə "Yeni" işarəsini seçmək lazımdır. Bundan sonra təsnifatda yeni qrup
yaranacaq, ancaq bunun adı mal qrupuna uyğun deyl. Bu səbəbdən də alətlər
panelində "Dəyişmək" işarəsi seçilməli, yeni yarandılmış qrupa uyğun ad seçilir.
Bundan sonra "OK" düyməsini basırıq və dialoqu bağlayırıq. Ondan başq
"Hesabat" bölməsində dialoq mallar üzrə təsnifatı əks olunan pəncərə açıb-
bağlanması üçün dialoqun alətlər panelin olan "Budaqlanma" işarəsi seçilir.
Proqramda malların qalıqları barəsində miqdarı-məbləği göstəricilərinə uyğun
məlumatları almaq üçün "Hesabat" bölməsində göstərilmiş "Qalıq" elementini
seçirik. Ekranda müəyyən bir tarixə malların qalıqları barəsində dialoqunu
formalaşdırmaq üçün "Qalıq" dialoqunu açılıq. Burada tarixini, malsatanı və ya
malalanların adılarını və malların adlarını silmək üçün xanalar mövcuddur.
78
Nəzərdə tutlan tənzimləməni apardıqdan sonra isə, "OK" düyməsini basırıq,
seçilən malların qruplar müvafiq tarixə malların qalıqlarını və həmçinin malların
qruplar üzrə təsnifatını əks edirən növbəti "Qalıq" dialoqu açılır. Qeyd olunan
dialoqun görünüşü şəkil 5-də göstərilib. Malların qalıqlarının formalaşması prinsipi
bundan başqa verilən dialoqa oxşar olduğuna görə onları ətraflı şərh etməyə
ehtiyac duymuram.
Şəkil 6. "Gəlir" dialoqu
Qeyd edək ki, müəssisədə müəyyən bir tarixə qalıq barəsində cədvəlin
müxtəlif məqsədlərdə istifadə edilə bilər. Malların satışının tənzimlənməsi,
malların tədarükü barəsində qərarların qəbul olunması, inventarizasiya aparılmaq
və ya idarəetmə məsələlərinin belə məlumatlardan istifadə olunması tələb olunur.
Buna görə də malların qalıqları barəsində məlumatlar əks olunan cədvəllər
mütəmadi çap olunur, mühasibat və idarəetmə uçotu sənədlərinə əlavə olunması
lazımdır. Bu tip cədvəlləri çap etmək üçün "Qalıq" dialoqunda olan alətlər
panelindən "Lupa" işarəsini seçirik, cədvəli nəzərdən keçiririk və sonra printerdən
çap olunacaq.
Bu proqramda malların satışını və satışıjndan əldə olunan gəlirin və ya
ziyanın barəsində məlumatlar almaq üçün "Hesabat" bölməsindən olan, "Gəlir"
elementi seçilməlidir. O zaman biz ekranda malların satışı barəsində
79
formalaşdırılan məlumatların parametrlərin silmək üçün nəzərdə tutulan "Gəlir"
dialoqunu açırıq.
Şəkil 7. "Məlumat" dialoqu
Qeyd olunan dialoqda hesabat dövrü, məxaric sənədlərinin nömrəsi, maddi-
məsul şəxsləri, malsatanlar-malalanlar və malların adını seçilən xanalar
mövcuddur. Orada lazım olan tənzimləmə işi aparılandan sonra, "OK" düyməsi
basılır, ekrandan seçilən maddi-məsul şəxsin tələb olunan hesabat dövrünə aid
malların satışı və satışının nəticələri barəsində məlumatların əks olunmuş "Gəlir"
dialoqu açılır. Həmin dialoq iki hissədən ibarət olur, sol pəncərədə malların qruplar
üzrə təsnifatı, sağ pəncərədə isə ayrı-ayrı mallara uyğun alışlar, satışlar, gəlirlər və
ziyanlar barəsində məlumatlar cədvəlində əks olunur. "Gəlir" dialoqun görünüşü
şəkil 7-də göstərilib. Bu "Hesabat" bölməsindən olan "Məlumat" elementi
seçiləndə, ekranda mallar və eynən də taraların mədaxili və məxarici barəsində
ümumi məlumatlar formalaşdıran eyniadlı dialoqu açılır. Həmin dialoqun birinci
formasında əks olunan məlumatların parametrini daxil edilməsi üçün müvafiq
xanalar nəzərdə tutulur. Bu xanalarda isə tənzimlənmə prosesinin aparılmasından
sonra, "OK" düyməsi basılan zaman, "Məlumat" dialoqunun növbəti forması açılır
və həmin dialoqun görünüşü şəkil 7-də göstərilmişdir.
80
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Hazırda hər bir sənaye müəssisəsi yuxarıdan verilən göstərişlərə əsasən
deyil, öz imkanlarını və daxili ehtiyat mənbələrini nəzərə alaraq illik məhsul
istehsalını və bunun satışını planlaşdırır.
Məhsul istehsalı və satışı prosesinin çox məsuliyyətli bir məqam olmasını
nəzərə alaraq bunun üzərində daim uçot və audit nəzarətinin həyata keçirilməsi
ciddi əhəmiyyət kəsb edir. Belə bir vaxtda nəinki istehsal edilən və satılan
məhsulların uçotunun aparılmasına diqqət artırılmalıdır, yeni zamanda məhsul
istehsalının və satışının gələcəkdə həcminin daha da artırılması imkanlarının
aşkar etdirilməsinə xüsusi fikir verilməlidir. Sənaye müəssisələrində məhsul
istehsalının və satışının artırılması ilə yanaşı həm də onların keyfiyyətinin
yüksək olmasına və rəqabət davamlılığına xüsusi diqqət yetirilməlidir.
Yuxarıda qeyd edilənlarla yanaşı həm də məhsul istehsalına və satışına
çəkilən xərclərin mümkün kimi azaldılmasına və bu yolla məhsulun maya
dəyərinin mümün kimi ucuz başa gəlməsinə ciddi səy göstərilməlidir.
Müəssisədə uçot işlərinin yüksək səviyyədə qurulmasını təmin etmək üçün
və bu sahədəki nöqsanları aşkara çıxarıb aradan qaldırmaq üçün daxili audit
xidmətindən istifadə olunmasına geniş yer verilməlidir. Apardığımız tədqiqat
işləri göstərir ki, məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların uçotu və
auditinin gələcəkdə daha təkmilləşməsinə nail olmaq üçün bir sıra tədbirlər
hazırlanıb həyata keçirilməlidir. Bunlara əsas etibarı ilə qrup halında
aşağıdakıları aid etmək olur:
1 – sənaye müəssisələrində məhsul istehsalı uyğun əməliyyatların uçotunun
hazırki səviyyəsini yüksəltmək məqsədi ilə istehsal edilən məhsulun ilk uçotunu
düzgün qurmaq, baş vermiş əməliyyatları vaxtında və tam halda ilk sənədlərlə
rəsmiyyətə salmaq və uçotda dəqiq əks etidirmək.
2 – istehsala çəkilən məsrəfləri düzgün müəyyən etmək və məhsulun maya
dəyərinə daxil edilməsini təmin etmək.
81
3 – hazır məhsulun anbar uçotunu nümunəvi təşkil etmək və bunun
uçotunun mexanikləşmə səviyyəsini yüksəltmək.
4 – məhsulun (hazır sənaye məhsulunun)istehsal maya dəyərini düzgün
müəyyən etmək və bu sahədə nöqsanlara yol verməmək.
5 - məhsul satışı uyğun əməliyyatların vaxtında rəsmiyyətə salınmasını və
uçotda düzgün əks etdirilməsini təmin etmək.
6 – satılmış məhsullar uyğun əməliyyatların uçotunun düzgünlüyünü təmin
etmək, satılmış məhsulların tam maya dəyərinin dəqiq hesablaqmasına nail
olmaq.
7 – məhsul istehsalı və satışı ilə əlaqədar əməliyyatların auditinin
keyfiyyətini daha da yüksəltmək və bu məqsədlə daxili audit xidmətinin
yaradılmasından daim bəhrələnmək.
82
ƏDƏBİYYAT SİYAHISI
1.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 1996, 62 s.
2.
Azərbaycan Respublikasının vergi məcəlləsi. Bakı, 2008, 295 s.
3.
Azərbaycan Respublikasının əmək məcəlləsi. Bakı, 2007,270 s.
4.
«Azərbaycanda mülkiyyət barəsində» Azərbaycan Respublikasının
qanunu II Biznesmenin bülleteni № 16, 2001, 19- s.
5.
«Azərbaycan Respublikasının soial-iqtisadi inkişafının sürətləndirilməsi
tədbirləri barəsində» Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2003-cü il
tarixli fərmanı. «Azərbaycan» qəzeti. 24 noyabr, 2003.
6.
«Azərbaycan Republikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Modulu (2004-2008-ci illər). «Respublika» qəzeti. 12 fevral, 2004.
7.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Kiçik sahibkarlıq sub-
yektlərində sadələşmiş uçotun aparılması qaydaları»nın təsdiq edilməsi barəsində
13 yanvar 2003-cü il tarixli qərarı II Maliyyə və uçot, 2003, № 3, s. 32-39.
8.
Azərbaycan
Respublikasında
mühasibat
uçotunun
beynəlxalq
standartlara uyğunlaşdırılınası problemləri / Elmi-praktiki konfransın materialları.
Bakı, 1997, s. 3-107.
9.
Azərbaycan Respublikasında mühasibat uçotu, iqtisadi təhlil və
statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasmın əsas istiqamətləri Elmi-
praktiki konfransın materialları. Bakı, 1999, s. 3-154.
10. Abbasov A.R. Sahibkarlıq fəaliyyəti: növləri, təşəkkülü və inkişaf
problemləri. Bakı, 1998, 212 s.
11. "Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması
Qaydaları"nın təsdiq edilməsi barəsində Azərbaycan Respublikasi Nazirlər
Kabinetinin Qərari Bakı şəhəri, 18 yanvar 2003-cü il № 9
12. "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə uyğun Milli
Strategiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
sərəncamı, 28 iyul 2007-ci il, JN» 2292 // Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, JY2 7, maddə 728, s. 1985- 2015.
83
13. A.Kərimov. “Mühasibat ucotu, vergilər” Bakı-2014.
14.
Abbasov i.m., Məmmədov i.a., Cabbarov a.s. “Mühasibat uçotu (sahələr
uyğun)” - dərslik. Baki, 2017 - 424 s
.
15. Abbasov Q.Ə. İdarəetmə uçotunun təşkilinin nəzəri-metodoloji və praktiki
problemləri: Doktorluq dissertasiyasının avtoreferatı. 2013, 55 s., S.202
16. Əliyev H.H., Salahov Ə.S, Amerika, Rusiya və Azərbaycan ölkələrində
mühasibat uçotu sisteminin fərqli və oxşar prinsipləri. “Maliyyə və uçot" jurnalı.
Bakı, 2012
17. Financial Accounting Standards,
www.fasb.org
18. Q.Ə.Abbasov “Sıfırdan başlanan mühasibat ucotu”, Bakı- 2013;
19. Qasımov
S.M. Azərbaycanda Beynəlxalq Maliyyə Hesabatları
Standartlarına keçidlə əlaqəli yaranan problemlər və onların həlli yolları
//"Maliyyə və uçot” jurnalı, (185), Bakı, 2015
20. S.Səbzəliyev və Q.Ə.Abbasov “Xidmət sahələrində mühasibat uçotu”-
Bakı-2015
21. Salahov Ə.S. Milli Mühasibat Uçotu Standartları ve kompüter
mühasibatının bəzi prinsipləri barəsində // “Kooperasiya” elmi-nəzəri jurnalı,
2(17), Bakı, 2008. s.78-84
22. V.Quliyev,S.M.Səbzəliyev “İdarəetmə uçotu”, Bakı-2014;
23. Бурменкo Т.Д., Даниленкo II.IL, Туренкo Т.А. Сфера услуг:
экoнoмика: учебнoе пoсoбие. Мoсква, Кнoрус, 2014. 328 с. c.151
24.
Ивашкевич В.Б. Управленческий учет в инфoрмациoннoй системе пред-
приятии // Бухгалтерский учет. 2017, № 4., c.104
25. Cəfərov A., Kərımzadə K., Audit işinin necə təşkil etməli?, Bakı.
İqtisadi və Sosial İnkişaf Mərkəzi, 2009.
26. Daxili audit. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: Nağıl Evi, 2008,
s.6, 64.
27. Daxili audit. Novruzov Vahid və başqaları. Tədris-praktika vəsaiti.
Bakı: Nağıl Evi, 2002, s.5.
28. Daxili audit: reallıqlar və perspektivlər II Beynəlxalq konfransın
84
materialları/. Bakı: Nağd Evi, 2012, s.8, 9,12, 16
29. Əhmədov İ.B., İsmayılov M.H., Muxtarova P.E., Allahverdiyeva C.C.
Audit. Praktikam. Bakı, “Mütərcim”, 2015.
30. Hacıyev R.Ş., Səbzəliyev S.M. Auditin əsaslan. Bakı, ADİU-nun
nəşriyyatı,2003
31. 31.Hüseynov Ə.M, Maliyyə nəzarətinin hüquqi əsaslan. Bakı, 2000.
32. Musayev A. Vergi sisteminin iqtisadi problemləri. Bakı, 2004.
33. Namazova Cəmilə, Kazımov Rahib. Praktiki audit. Bakı: 2012, s,118.
34. Sadıqov M.M., Bədəlov Q. və b.Maliyyə resursları və maliyyə bazan.
Bakı, 2003.
35. Səbzəliyev S.M., Süleymanov S.M., Cəfərov E.O. Kommersiya
təşkilatlan üçün Milli Mühasibat Uçotu Standartlarının tədrisinə aid tədris-
metodik vəsait. Bakı. Tədris işçisi, 2010.
36. S.M, Səbzəliyev - Maliyyə hesabatı: formalasması və təkmilləsməsi
problemləri. Baku, “Elm”, 2003.
Dostları ilə paylaş: |