Firuddin cəFƏrov hasil fəTƏLİyev


Bioflavonoidlərin  tətbiqi



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə55/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   51   52   53   54   55   56   57   58   ...   239
Bioflavonoidlərin  tətbiqi.  Bioflavonoid  mənbəyi  kimi  yaşıl 
çay (çay rəngləyicisi) maraq doğurur. O, toz şəklində məhsul olub, 
təbii  çaydan  spirtlə  ekstraksiya  yolu  ilə  alınır,  buğa  verilir  və 
alınan konsentrat vallı vaakum qurğusunda qurudulur. 
Müəyyən  edilmişdir  ki,  yaşıl  çayın  flavonoid  birləşmələri  P 


91
 
vitamininə və antioksidant aktivliyinə malikdir. Fenol birləşmələ-
rinin vacib xüsusiyyətlərindən biri ağır metalları və davamlı bir-
ləşmələri tutub saxlamaqdır.  
Çay polifenollarının vacib xüsusiyyətləri onun şüaya qarşı əks 
təsiridir.  
Çay  ekstraktlarının  amin  turşuları  tərkibi  17  amin  turşusun-
dan, o cümlədən sistein, asporagin və qlütamin turşularından, se-
rin, treonin, alanin, oksiprolin, tirozin, triptofandan ibarətdir. Qlü-
tamin turşusu insan orqanizminin həyati fəaliyyəti üçün son dərəcə 
vacib olub, zəifləmiş əsəb sisteminin bərpasında aktiv rol oynayır. 
Şəkərlərin keyfiyyət tərkibi, saxaroza, qlükoza və fruktozadan 
ibarətdir.  
Çay ekstraktında kofein alkoloidi vardır. Kofein həm də çayda 
taninlə kompleks əmələ gətirir (kofein tanatı). Bu da insan orqa-
nizminə tonuslaşdırıcı və farmakoloji təsir göstərir.  
Çayın kofeini insan orqanizmində toplanmış yaşıl çayın eks-
traktının  kimyəvi  tərkib  xüsusiyyətləri,  onun  çörək-kökə  məmu-
latlarının  bioloji  aktiv  maddələrlə  zənginləşdirilməsi  üçün  isti-
fadəyə  yararlı  olduğunu  göstərir.  Ekstraktın  istifadə  edilməsi  ilə 
çayın tamına malik olan yeni növ qida məhsulları yaratmaq olar. 
Moskva  Dövlət  Yeyinti  İstehsalı  Universitetində  aparılan  tədqi-
qatlarla çay ekstraktının zənginləşmiş çörək-kökə və unlu qənnadı 
məmulatların 
hazırlanmasında 
istifadəsinin 
mümkünlüyü 
müəyyən edilmişdir. 
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin