7
Bu, təkrar material ehtiyatlarından istifadədən asılıdır. Yeni
texnologiyaların tətbiqi yüksək keyfiyyətli təhlükəsiz qida məh-
sullarının yaradılmasına imkan verəcəkdir.
Qida sənayesi və ictimai iaşənin mühəndis texnoloqlarının
prioritet fəaliyyət istiqaməti, yerli təbii xammalın əsasında yeni
texnologiyaların işlənməsidir.
Qida məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin
edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına döv-
lət nəzarətinin həyata keçirilməsi qaydaları elm və aqrar sənaye
kompleksinin qarşısında əhalinin fizioloji təlabatını yüksək key-
fiyyətli bioloji qiymətli və təhlükəsiz qida məhsulları ilə təmin
edilməsi məsələsini qoyur. Bu qaydalar “Yeyinti məhsulları haq-
qında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə
bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidenti-
nin 2003-cü il 23 oktyabr tarixli, 969 saylı Fərmanına və qüvvədə
olan digər qanunvericilik aktlarına əsasən hazırlanmışdır.
Sağlam qidalanmada dövlət siyasətinin əsas prinsipləri aşağı-
dakılardır:
1. Qida məhsulları insan sağlamlığına zərər vurmamalıdır
2. Uşaqların səmərəli qidalanması və onların sağlamlıqlarının
vəziyyəti dövlətin əsas diqqət predmeti olmalıdır
3. Havanın, su hövzələrinin və torpağın davamlı çirklənməsi
ilə əlaqədar olaraq qidalanma insan orqanizmini ətraf mühitin
əlverişsiz şəraitindən mühafizə etməlidir
4. Qidalanma tək insan orqanizminin qida maddələrinə və
enerjiyə olan fizioloji təlabatını ödəməməli, eyni zamanda
profilaktiki və müalicə məsələlərini də həll etməlidir.
Bütün bu məsələlər “2008-2015-ci illərdə Azərbaycan Res-
publikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair”
Dövlət Proqramında geniş şərh olunmaqla məqsəd və vəzifələr
müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: