1.2.2. Adekvat qidalanma
Bu gün qida texnologiyasının bazisi balanslaşdırılmış qidalan-
ma nəzəriyyəsidir. O, enerji və plastik komponentlərə olan təlabata
görə vitaminlər, əvəzolunmayan aminturşular, mikroelementlər və
s. çatışmazlığından yaranan xəstəliklərin aradan qaldırılmasının
elmi cəhətdən əsaslandırılmasına imkan vermişdir.
Onun əsasında bütün əhali qrupları üçün fiziki yükü, iqlimi və
s. həyat şəraitini nəzərə almaqla müxtəlif rasionlar yaradılmışdır.
Bu nəzəriyəyə uyğun olaraq bitkiçilik və heyvandarlıq məh-
sullarının müasir emal texnologiyaları qurulmuşdur.
Eyni zamanda balanslaşdırılmış qidalanma nəzəriyyəsinin nə-
ticəsində bir sıra fövqaladə ciddi səhvlər olmuşdur:
1.
Birbaşa maddələr mübadiləsində iştirak edən məhsulların
maddələrlə zənginləşdirilməsi ilə yaxşılaşdırılmış qidanın yaradıl-
ması və həmçinin ballast və zərərli birləşmələrin kənar edilməsi.
Ancaq bu yol bir çox pozğuntulara gətirib çıxarır ki, bu da bə-
şəriyyətin xəstəlikləri kimi xarakterizə olunur.
2.
Elementli (monomer) qidalanma. Qidanın maksimum də-
rəcədə faydalı olması ideyası, həyatı təmin etmək üçün, emala və
tərkibinin korreksiyasına və s. ehtiyac olmayan kompleks maddə
yaratmaq ideyasını formalaşdırmışdır. Sorulan elementlər qarışı-
ğından xüsusilə monomerlərdən ibarət olan optimal qarışıqlardan
ideal qidanın sənaye istehsalına keçmə təsəvvürü yaranmışdır.
3.
Birbaşa (parenteral) qidalanma. 1908-ci ildə Fransız kim-
yaçısı Bertlo tərəfindən formalaşmış belə bir fikir vardır ki, gə-
ləcəyin əsas məsələlərindən biri, qana nutrientlərin birbaşa mədə-
bağırsaq sistemindən kənar yeridilməsidir.
Balanslaşdırılmış qidalanma nəzəriyyəsinin bir sıra vəziyyət-
lərinin membran həzminin nəzərə alınması ilə eksperimental yox-
lanılması və elmdə yeni kəşflərin olması, əsas müddəalara yenidən
baxılması zərurətinə gətirib çıxarmışdır.
20
Tədqiqatların nəticəsi göstərmişdir ki, qidaya balanslı yanaş-
ma və ondan yaranan qidanın rafinləşməsi (ballastız) ideyası xeyli
zərərə səbəb olmuşdur. Belə ki, ballast maddələrin, sellülozanın
payının rasionda azadılması, mədə-bağırsaq sistemində, qara ci-
yərdə, öd yollarında bir çox xəstəliklərin artmasına, maddələr mü-
badiləsinin pozulmasına, piylənmənin yaranmasına və s. səbəb
olmuşdur.
Balanslaşdırılmış qidalanma nəzəriyyəsində yaranan böhran
və əvvəllər məlum olmayan vacib mexanizmlərin kəşf edilməsi
(lizosom və membran tipli həzmetmə, müxtəlif tip nəqletmə, ba-
ğırsaq-hormon sisteminin ümumi səmərəsi), orqanizmlərinə nəza-
rət edilən bakteriyalar yeridilmiş, mikrobsuz heyvan və insanın bir
sıra xüsusiyyətlərinin müqayisəli nəticəsi, orqanizmə element pəh-
rizinın təsirinin bir başa tədqiqının göstəriciləri kimi onun əsas
müddəalarına yenidən baxılmasına gətirib çıxarmışdır.
Belə təftiş adekvat qidalanmanın formalaşmasına imkan
vermişdir ki, onun da əsasını yeni müddəalar təşkil edir:
1. Qidalanma molekulyar tərkibi saxlayır və orqanizmin əsas
mübadiləyə, xarici işə və böyüməyə enerji və plastik sərfiyyatının
yerini doldurur (bu klassik və yeni qidalanma nəzəriyyəsinin ümu-
mi müddəasıdır).
2. Qidanın vacib komponentləri tək nutrientlər yox, həm də
ballast maddələridir.
3. Normal qidalanma mədə-bağırsaq sisteminin nutrientlərinin
bir axımından yox, həyati əhimiyyətə malik olan bir neçə nutrient
axımından və nizamlayıcı maddələrdən asılıdır.
4. Orqanizmdə bağırsaq mikroflorası tərəfindən yaradılan en-
doekologiya mövcuddur.
5. Qida maddələrinin balansı qidanın strukturu, nutrientlərin
makromolekullarının fermentativ parçalanması, həmçinin yeni
maddələrin sintezi hesabına tənzimlənir.
İlkin və ikinci hazır nutrientlərin nisbi rolu geniş həddə özünü
göstərir.
|