25
Funksional qida məhsullarına qoyulan tibbi-bioloji tələblərlə
yanaşı, onların yaradılması və istifadəsi üçün əsas şərt, istifadəsinə
dair tövsiyələrin işlənməsi və ya kliniki aprobasiyanın aparılması
vacib sayılır.
Pəhriz qida məhsullarına klinik sınaq keçirilməsi tələb olun-
madığı halda müalicəvi qida məhsulları üçün bu tələb mütləqdir.
Qida məhsullarının funksional məhsula çevrilməsinin 2 əsas
prinsipi mövcuddur. Bunlar məhsulun istehsalı prosesində nut-
rientlərlə zənginləşdirilməsi və xammalın nəzərdə tutulmuş müəy-
yən komponent tərkibində alınmasıdır. Bu onun funksional istiqa-
mətini gücləndirir.
Birinci prinsipin praktik həlli kimi qida məhsullarının kal-
siumla zənginləşdirilməsini qeyd etmək olar. Bu məqsədlə ət məh-
sullarının istehsalı zamanı süd məhsullarından, sümükdən mexa-
niki yolla ayrılmış quş əti və s. istifadə oluna bilər. Kalsiumla zən-
ginləşdirilmiş qidadan uşaq qidalarında və osteoporoz xəstəliyinin
müalicə-profilaktikasında geniş istifadə olunur.
Eyni zamanda qida məhsullarının vitaminlərlə zənginləşdiril-
məsi çox mürəkkəb prosesdir, çünki vitaminlər yüksək bişirilmə
və sretilizə temperaturuna dözümsüz olur, C vitamini dəmirin tə-
sirindən hətta otaq temperaturunda da parçalanır.
Ət xammalının nəzərdə tutulmuş müəyyən komponent tərki-
bində alınması üsulu heyvanın yem rasionunun dəyişdirilməsinə
əsaslanır. Məsələn, bu üsulla ətin müəyyən komponent tərkibində
yağ turşularının və tokoferolun müəyyən nisbətdə alınmasına im-
kan yaranır.
Funksional qida məhsullarının işlənməsini 2 üsulla aparmaq
olar:
funksional qida məhsullarının artıq mövcud olan, işlənmiş
ümumi təyinatlı məhsullar əsasında yaradılması. Bu zaman bir və
ya bir neçə komponent reseptə daxil edilir və ya məhsulun bir his-
səsi digər tərkib hissələri ilə əvəz edilir ki, bu da məhsula müəyyən
istiqamət verir.
Dostları ilə paylaş: