Firuddin cəFƏrov hasil fəTƏLİyev


 BİOLOJİ AKTİV ƏLAVƏLƏR (BAƏ)



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə4/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   2   3   4   5   6   7   8   9   ...   239
1.2. FUNKSIONAL QIDALANMANIN ELMI ƏSASLARI 
1.2.1. Balanslaşdırılmış qidalanma  
A.A.Pokrovskinin balanslaşdırılmış qidalanma nəzəriyyəsinə 
görə, orqanizmin normal həyat fəaliyyətinin təmin edilməsi yalnız 
enerji və zülalın adekvat miqdarından yox, həm də çox saylı əvəz-
olunmayan  qidalanma  amillərinin  qarşılıqlı  əlaqələrinə  riayət 
etməkdən asılıdır. 
Rasionda  ayrı-ayrı  maddələrin  nisbətini  müəyyənləşdirən 
balanslaşdırılmış  qidalanma  konsepsiyası  kimyəvi  prosesləri  xa-
rakterizə edən mübadilə reaksiyalarının cəmini əks etdirir. 
Təkamülün bütün mərhələlərində qida assimilyasiyası proses-
lərini müəyyən edən əsas qanunauyğunluqlar, orqanizmin ferment 
sistemlərinin qidanın kimyəvi strukturuna uyğunluğu ilə müəyyən 
olunur  və  bu  uyğunluğun  pozulması  bir  çox  xəstəliklərə  səbəb 
olur. Bu qaydaya qida assimilyasiyasının bütün  səviyyəsində və 
qida  maddələrinin  çevrilmələrində  -  mədə-bağırsaq  sistemində 
həzm olunmada, sorulmada, qida maddələrinin toxumalarda hərə-
kətində,  hüceyrənin  qidalanma  prosesində,  həmçinin  mübadilə 
məhsullarının kənar olunmasında riayət olunmalıdır.  
Yuxarıda qeyd olunan qaydanın pozulması orqanizmin fizio-
loji  vəziyyətinin  əhəmiyyətli  dərəcədə  pozulmasına  səbəb  olur. 
Buna  görə  də  onun  normal  həyat  fəaliyyətini  təmin  etmək  üçün 
qidanın  tərkibinə  mütləq  əvəzolunmayan  qida  maddələri  qatılır. 
Onların kimyəvi strukturu (orqanizmin ferment sistemi tərəfindən 
sintez olunmayan) maddələr mübadiləsinin normal getməsi üçün 
vacibdir. 
İnsanın qida məhsullarına və enerjiyə təlabatının müasir təsəv-
vürləri aşağıdakı cədvəldə verilir (cədvəl 1.2). 
Zülal maddələrinə görə balanslaşmış rasionu müəyyən edər-
kən diqqət ayrı-ayrı aminturşuların nisbətinə yönəldilməlidir. Bu, 
zülalların mənimsənilməsi və sintez prosesinin tələb olunan səviy-
yəsini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir. 


16
 
Balanslaşmış aminturşuları tərkibinə malik olan qida məhsul-
larının zülalları daha yaxşı mənimsənilir. 
Rasionda  olan  əvəzolunmayan  aminturşularının  çatışmazlığı 
və ya balanslaşmaması böyümə və inkişafın dayanmasına, həmçi-
nin bir sıra digər pozğuntulara gətirib çıxarır.  
Balanslaşmış aminturşuları tərkibinin vacibliyi tək onun yaxşı 
mənimsənilməsindən  yox,  eyni  zamanda  BAM-ın  qarşılıqlı  ney-
trallaşdırma təsirindən də asılıdır. Bu vəziyyət natural məhsulların 
ayrı-ayrı aminturşularla zənginləşdirilməsi planlaşdırılarkən nəzə-
rə alınmalıdır.  
 Cədvəl 1.2  
Yaşlı insanların qida və bəzi BAM-ə olan orta gündəlik 
təlabatı (gündə 3000 kkal enerji sərfinə görə) 


Qida maddələri 
Gündəlik təlabat 
Su, q: 
1750-2200 
o cümlədən içməli (su, çay, kofe, şirə və s.) 
800-1000 
o cümlədən şorbada 
250-500 
o cümlədən qida məhsulunda 
700 
Zülallar, q 
83-100 
o cümlədən heyvani, q 
45-55 
Əvəzolunmayan aminturşuları, q: 
 
triptofan  

leysin  
4-6 
izoleysin  
3-4 
valin  

lizin  
3-5 
metionin  
2-4 
fenilalanin  
2-4 
treonin  
2-3 
Əvəzolunan aminturşuları, q: 
 
Histidin 

Arqinin 
5-6 
Sistein 
2-3 
Tirozin 
3-4 
Alanin 

Serin 

qlütamin turşusu 
16 
asparagil turşusu 



17
 
Cədvəl 1.2 –nin davamı 


Prolin 

Qlikoqol 

Karbohidratlar, q:  
 
o cümlədən nişasta 
400-500 
şəkər, q 
50-100 
mineral maddələr, mq: 

PP (nikotin turşusu) 
15-20 
pantoten turşusu B
3
 və ya B
5
 vitamini 
5-10 
A vitamini (müxtəlif formalar) 
1,5-2,5 
biotin  
0,15-0,3 
xolin xlorid 
500-1000 
Qida lifləri, q: 
20-25 
o cümlədən sellüloza, pektin 
10-15 
yağlar, q: 
80-100 
o cümlədən bitki yağları 
20-25 
xolesterin, q 
0,3-0,6 
Fosfolipidlər (lesitin və başq.) q, Üzvi turşular 
(alma, süd və başq.) q 

Kalsium 
800-100 
Ca:P nisbəti 
1:1,5 
Fosfor 
1000-1500 
natrium  
4000-6000 
kalium  
2500-5000 
xlor  
5000-7000 
Ca:Mg nisbəti 
1-0,7 
maqnezium  
300-500 
dəmir 
15 
Sink 
10-15 
Manqan 
5-10 
Xrom 
2-2,5 
Mis 

Kobalt 
0,1-0,2 
Molibden 
0,5 
Selen 
0,5 
Flor 
0,5-1,0 
Yod 
0,1-0,2 
Vitaminlər, mq:  
 
C vitamini(askorbin turşusu) 
70-100 


18
 
Cədvəl 1.2 –nin davamı 


B
1
 (tiamin) 
1,5-2 
B
6
 (piridoksin) 
2-3 
B
12
 (kobalamin) 
0,002-0,003 
B
2
 (riboflavin) 
2,0-2,5 
P (rutin) 
25 
Foli turşusu (folasin) 
0,2-0,4 
E vitamini (müxtəlif formalar) 
2-6 
K vitamini (müxtılif formalar) 
0,5-2,0 
Lipo turşusu 
3-5 
Inozit  
500-1000 
Bioflavonoidlər 
30-50 
D vitamini, ME/mkq 
100-400/2,5 
Enerji dəyəri, kkal /kcoul 
1800/42 
Əvəz olumayan yarımdoymamış yağ turşuları tək orqanizmin 
normal qidalanması üçün vacib olmayıb, eyni zamanda xolesterin 
mübadiləsinə əlverişli təsir göstərir. Ən optimal variant rasiona 1/3 
pay bitki yağının qatılmasıdır. Bitki yağlarının bioloji dəyəri yal-
nız  yarımdoymamış  yağ  turşularının  miqdarından  asılı  olmayıb, 
eyni zamanda onun tərkibində yüksək keyfiyyətli fosfatidlərin və 
tokoferolların olmasından da asılıdır. Qeyd etmək lazımdır ki, mü-
badilənin tipi və onun biokimyəvi sistemləri qidalanmanın dəyişən 
xarakterləri  ilə  birgə  tədricən  inkişafı  təmin  edir.  Buna  görə  də 
cədvəldə orqanizmin ferment və hormon sitemlərinin qurulmasın-
da vacib olan, həyati fəaliyyət üçün mühüm rol oynayan mikroele-
ment və vitaminlərin miqdarı göstərilmişdir.  
Vitamin  və  mikroelementlərə  olan  təlabat  qidalanmanın  xa-
rakterindən, orqanizmin yaşından və s. asılı olaraq dəyişir. 
Beləliklə, balanslaşmış qidalanma prinsipi insan orqanizminin 
həyat fəaliyyəti üçün vacib olan hər hansı qrup maddələrlə məh-
dudlaşa bilməz.  
Balanslaşmış və ya balanslaşmamış qidalanmanı qiymətləndi-
rərkən mütləq qidalanmada əvəzolunmayan amillər kompleksinə 
istiqamətlənmək  lazımdır.  Optimal  qidalanma  dedikdə  düzgün 
təşkil olunmuş və fizioloji ritmə uyğun gələn dadlı, yüksək qida-


19
 
lılıq  dəyəri  olan  adekvat  miqdarda  əvəzolunmayan  qida  maddə-
lərinə malik olan məhsullar başa düşülür.  
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin