22
1. Qidanın aminturşu tərkibinin ona peptid yeridilməklə yax-
şılaşdırılması. Müəyyən olunmuşdur ki, səmərəliliyinə görə peptid
hidrolizatları aminturşuları qarışığından və zülallardan, həmçinin
mikrobioloji mənşəli zülallardan, dəniz məhsullarından, süd züla-
lından, qandan və izolyatlardan geri qalmır.
2. Qida məhsulları istehsalında rəngin, dadın, strukturun yax-
şılaşdırılması üçün müxtəlif qida əlavələrinin istifadə olunması.
Bu zaman təbii xammaldan alınan əlavələrdən istifadə edilməsi üs-
tünlüyə malikdir.
3. Qida məhsulları istehsalında tətbiqi
biotexnologiyadan isti-
fadə olunması.
4. Əvəzolunmayan qida amillərindən qida məhsullarının zən-
ginləşdirilməsində istifadə olunması.
Kemerovo Qida Sənayesi Texnologiyası İnstitutunda kombi-
nə edilmiş qida məhsulları yaradılması üçün geniş tədqiqat işləri
aparılır. Bu tədqiqatlar müasir tibbi-bioloji təlabatlara uyğundur.
Xaricdə hal-hazırda kərə yağı istehsalının artırılması üçün aş-
qarlardan istifadə edilməsi, müşahidə olunmaqdadır. Kərə yağı
dad əlavələri ancaq təbii şəkildə istifadə edilir ki, bu da onun tər-
kibinin və xüsusiyyətlərinin əsas komponentlərinin (yağ, zülal,
karbohidrat) nisbətlərinin nizamlanması hesabına kombinələşmə-
sinə və keyfiyyət yaxşılaşdırıcılarının (struktur stabilizatoru, aro-
matlaşdırıcı, rəngləyici və s.) istifadə edilməsinə imkan verir.
Süd məhsullarının kombinə edilməsinin xüsusilə perspektivli
istiqaməti bitki mənşəli xammalın süd əsaslı olmasıdır.
Bitki xammalı və onun emal məhsullarından istifadə edilmək-
lə süd yağı əsaslı məhsul istehsalı zamanı alınan məhsulun yüksək
orqanoleptik xüsusiyyətlərə və qida dəyərinə malik olması onun
geniş dairədə istifadəsini mümkün edir.
Son illər qida məhsulları istehsalında yerli bitki xammalından
istifadə edilməsi geniş inkişaf etmişdir. Bu, bahalı ərzaq ehtiyatları
sərfinə xeyli qənaət etməyə imkan verir.
Dostları ilə paylaş: