29
şəkərlər, amin turşuları, peptidlər və zülallar, qlükozidlər, spirtlər,
izopren və vitaminlər, xolun, süd turşusu bakteriyaları, doymamış
yağ turşuları, mineral maddələr və digərləridir (məsələn, antioksi-
dantlar).
Funksional əlavələr və ya başqa sözlə desək bioloji aktiv
əlavələr (BAƏ) reseptin əsas komponenti olub, qida məhsuluna,
insan orqanizminə təsir etmək üçün müəyyən istiqamət verən əsas
komponentlərdəndir.
Hal hazırda dünyada ümumi qida məhsulları arasında funk-
sional qida məhsullarının payı 10%-dən azdır. Eyni zamanda
funksional qida məhsulları dünya bazarında intensiv artmaqdadır.
Bu artım hər il 10-15% təşkil edir. Əgər 2000-ci ildə bazarın həcmi
34,2 mld. dollar idisə, 2008-ci ildə bu rəqəm təxminən 67,8 mld.
dollar təşkil etmişdir.
Dünya bazarında funksional qida məhsullarının 40%-i ABŞ,
25% - Yaponiya, 30%-dən çoxu Mərkəzi Avropa dövlətlərinin pa-
yına düşür ki, bunların da arasında Almaniya, Böyük Britaniya və
Fransa liderlik edir.
Son illər qonşu Rusiyada da bu işlərlə intensiv məşğul olmaq-
dadırlar.
Dostları ilə paylaş: